Bu gün dəyərli aydınımız, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Göyüşün müəllifi olduğu, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr edilmiş “Ellər yaşadacaq şair ömrünü” kitabının təqdimat mərasimi Atatürk Mərkəzində yüksək səviyyədə keçirildi. Ramiz Göyüş Yazarlar Jurnalı tərəfindən “Ziyadar” Mükafatı ilə təltif olundu. Təbrik edirik! Tədbirdən fotolar:
AZƏRBAYCAN ASKERİ (marş) Kafkasyanın dumanlı dağlarında, Oynaşarak koşuyor Dört bir yana aşıyor, Azərbaycan askeri. Od yurdunun hüdudların düşmənlərdən Sarsılmadan koruyor, Aslan kibi ölüyor, Azərbaycan askeri. Arş irəli,arş irəli Azərbaycan. Marş irəli,marş irəli Yaşasın Azərbaycan! Cəfər Cabbarlı
27 sentyabr 2024-cü il tarixdə Əzim Əzimzadənin ev-muzeyində Cəfər Cabbarlının ev-muzeyinin və Əzim Əzimzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə torpaqlarımızın bütövlüyü uğrunda 44 günlük haqq savaşımızda gedən qızğın döyüşlərdə vuruşaraq qəhrəmancasına həlak olan Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edildi. Mərasimdə Şəhid Anaları da iştirak edirdi. Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Məzarları nurlu,məkanları Cənnət olsun.Amin!
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, təhsilinin inkişafında böyük xidmətləri olan şair-publisist, uzun müddət Siyəzən rayon Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə direktor işləmiş, “Tərəqqi”medallı, Prezident təqaüdçüsü Nəcməddin Tacı oğlu Mürvətov AYB-nin sədri, Xalq yazıçısı Anar müəllim tərəfindən görkəmli Xalq şairi Rəsul Rzanın adına təsis olunmuş “Beynəlxalq Rəsul Mükafatı” ilə təltif olunan zaman. Hər birimizin sevimlisi, gözəl insan, dəyərli ziyalımız Nəcməddin müəllimi ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayırıq!