Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək
Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının I Bakı Forumu” layihəsi davam edir. İctimai Birliyin sədri İntiqam Yaşar bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır. Layihə çərçivəsində 4 oktyabr tarixində Bakıda “Türk dünyası şeir günü – Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni”, 5 oktyabr tarixində isə Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək. Tədbirlərdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər. İştirakçılara layihə çərçivəsində Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət çap olunmuş kitab təqdim olunacaq. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyidir.
Bu gün Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvü, şairə-publisist Güləmail Murad ın ad günüdür. TƏBRİK EDİRİK! SİZƏ MÖHKƏM CAN VƏ YARADICILIQ FƏALİYYƏTİNİZDƏ UĞURLAR ARZU EDİRİK!
GÜLƏMAİL MURAD (İsayeva Güləmayıl Novruzəli qızı) şairə-publisist
1950-ci ildə Qazax rayonunun (indiki Ağstafa) Sadıqlı kəndində dünyaya göz açıb. Böyük Kəsik kənd məktəbini 1968-ci ildə fərqlənmə attestatı ilə bitirib və həmin ildə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) neft-mədən fakultəsinə daxil olub. Nümunəvi tələbə kimi Tələbə Elmi Cəmiyyətinə üzv seçilib. Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da, ilk mətbu şeiri 1969-cu ilin sonlarında Neft-Kimya İnstitutunun “Neft kadrı uğrunda” qəzetində dərc edilib. İlk elmi məqaləsi də həmin qəzetdə dərc olunub. O məqaləyə görə mükafata layiq görülüb. İlk qonararı da ordan alıb. 1973-cü ildə ali təhsilini tamamlayıb və əmək fəaliyyətinə başlayıb. Ali dərəcəli mühəndis-müəllimdir. Uzun müddət Gürcüstan Respublikası Qardabani rayonunun 47N-li SPTU-də öz ixtisası üzrə işləyib (1974-1991). Sonra Bakıya köçüb və müxtəlif elmi müəssisələrdə Ali dərəcəli mühəndis-müəllim kimi fəaliyyət göstərib. Və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdindəki Neft-Energetika Kollecində ixtisas fənnindən dərs demişdir. Güləmail Murad ədəbi ictimaiyyətin maraqla qarşıladığı “Güldüm göynəyə-göynəyə” (2002), “Sənli-sənsiz” (2006), “Gecələr ulduzlar üstümə tökülür” (2007), “Qarabağ harayı” (2009), “Anasızlıq fəryadı” (2010), “Qələmim əlimdə lələkdən idi” (2010), “Yazmadıqlarım qapımı döyür” (2012), “Vətən sağ olsun!” (2012), “Balaca müdrik” (2013), “Dağlarda şəhid səsi” (2014), “Günəş qürub edəndə” (2015), “Bir damla yaş” (2016), “Ruhumun qanadları” (2016), “Qayıdış” (2017), “Aprel döyüşləri” (2018), “Yaddaşlardan gələn səslər” (2018), “Qəhrəmanlıq yüksəkliyi” (2018), “Aprel döyüşləri” – trilogiya (2018), “Günnüt zəfəri“ (2019), “Canını vətənə sərhəd elədi…” (2019), “Zəka çırağı” (2019), “Mən bulud gözlü, sən yağış “ (hayku və vakalar, 2019), “Döyüş yolları” (2020), “”Akula” ləqəbli kəşfiyyatçı” (2021), “Tovuz döyüşləri” (2021), “Zəfərnamə” (2021), “Vətən uğrunda” (2021),” Boyevıye doroqi” (2022), “Qürur dastanı”(2022), “Nuru Paşa dastanı” (2022), “Cənnətim Şuşa” (2022), “Kadirlidə 4 gün” (2022), “Dədə Anar dastanı” (2023), “Sən Azərbaycansan”, ”Ağdam kəndi-Qəhrəmanlar diyarı” (2023), “Teymurun səsi” (2023) və “Beş ulduz” kitablarının müəllifidir. Şeirləri bir neçə xarici dilə tərcümə edilib və kitab şəkilində çap olunub. “Qarabağ fəryadı” (türkcə, 2010), “Sevgi dastanı”(fransızca, 2013), “Dostluq körpüsü” (ingiliscə və ərəbcə), 2013) və “Döyüş yolları” rus dilində, 2022), “Nuru Paşa dastanı” dörd dilə tərcümə edilb,2023)”, həmçinin”Sən Azərbaycansan” kitabı da 4 dilə, “Kadirlidə 4 gün kitabı Özbək dilinə tərcümə edilib… Sözlərinə mahnılar, hərbi marşlar bəstələnib. Ən böyük uğurlarından biri hayku və vakalardan ibarət “Mən – bulud gözlü, sən – yağış” kitabıdır. Azərbaycan ədəbiyyatında ilk xanım yazardır ki, yapon janrı olan haykuda – 3 misra və 17 hecada on bəndlik şeirdə söylənə biləcək sözünü deyə bilir. Vakaları, tankaları da eynilə… Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvüdür. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İdarə Heyətinə üzv və həmin Mərkəzin Qadınlar Şurasına sədr müavini seçilib ( 2007). Avrasiya Sanat Kültür Edebiyat ve Bilim Federasyonunun, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür. İran İslam Respublikası Beynəlxalq şeir festivalının laureatı olub. Fəxri diplom və ödüllərlə təltif olunub. 2006-cı ildə “Sənli-sənsiz” şeir kitabı “İlin lirika kitabı” fəxri diplomuna, “Oskar-Ozan” Mükafatı Fəxri Diplomuna (2009), Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomuna (2010), “Dostluq körpüsü” kitabına görə Misir Mədəniyyət Mərkəzi tərəfindən Fəxri fərmana (2010) və Təşəkkürnaməyə (2012), Gürcüstanın Qardabani şəhər 3 saylı məktəbinin Fəxri fərmanına (2011) və Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin Fəxri Fərmanına (2012) layiq görülüb. 17 oktyabr 2012-ci ildə Azərbaycan Sərhəd Mühafizəsinin 93-cü ildönümünə həsr olunmuş müsabiqənin ədəbiyyat nominasiyası üzrə Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun xatirəsinə yazılmış «Qəhrəmanlıq dərsi” hekayəsi 2-ci yeri tutub, Güləmail Murad mükafat və Fəxri Diplomla təltif edilib. Vətənpərvər şeir müsabiqəsinin qalibi, ADSO Xidmətinin keçirdiyi müsabiqənin Az.TV-nin keçirdiyi Vətənpərvərlik mövzusunda ilin ən yaxşı şeiri müsabiqəsinin lauratı olub. Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş «Vətən sağ olsun» kitabına görə H.B.Zərdabi diplomuna layiq görülüb. Həmin kitab əsasında çəkilmiş sənədli filmə görə 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən «General Əliağa Şıxlinski» yubiley medalı ilə təltif olunmuşdur. “Vətənpərvərlik işində xidmətlərinə görə” medala (2018), Ordunun yaranmasının 100 illiyi münasibətilə təsis edilmiş “Milli Ordu-100” medalına və “Faşizm üzərində qələbəmizin 75 illiyi” medalına layiq görülüb. Xocalı soyqırımının təbliğ edilməsində və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub (2017). Aprel döyüşlərinə həsr olunmuş «Qayıdış» kitabına görə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Fəxri fərmana layiq görülüb (2017). ASKEF-Avrasiya Sanat Kültür Edebiyat və Bilim Federsyonunun üzvü, eyni zamanda, Fəxri diplomçusudur. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətənpərvərlik təbliğatında fəal iştirakına görə Fəxri Fərmanla (2022) təltif olunub. Uluslararası Kadirli Türk Dünyası Kültür ve Sanat Festivalı KATILMA BELGESİ (2022), Kaya Haber Ajansı Okurlarına Görə Yılın “Edebiyat Oskarı” mükafatına layiq görülüb. Dövri mətbuatda xüsusi olaraq fərqləndiyinə görə «Qafqaz-Media» İctimai Birliyi və ASKEF-in Milli Mətbuat günü münasibəti ilə «Ustad Qələm Sahibi» diplomu ilə (2017), Dünya Ozanlar, Şairler və Yazarlar Derneyinin (Bursa) “Onur Belgesi” (2022) ilə təltif olunub. BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh Səfiridir (2017). Yaradıcılıq uğurlarına görə “Xarıbülbül” poeziya diplomu ilə təltif olunub. Türkmen Edebiyatçı və Yazarlar Birliyinin üzvü, İLESAM (Türkiye İlim və Edebiyat Eseri Sahipleri Meslek birliyinin), “İrak Türkmen Edebiyatçılar Örgütünün üzvüdür. Beynəlxalq “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb (2013). İstanbulda “Şiir Fırtınası”nın iştirakçısı olub və “Türk kültürünə, Türk Edebiyatına vermiş olduğu xidmətlərinə görə” fəxri diplomu ilə mükafatlandırılıb (2014). Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqədə ədəbiyyat nominasiyası üzrə birinci yeri tutmuş və I dərəcəli Diplomla təltif olunmuşdur. 27 avqust 2023- cü ildə Qala gecəsində ilin peşəkar yazarı nominasiyalarında ödül mükafatı və Trend Of The Year” 2023 layihəsində peşakar TREND yazar adı verildi. Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi (Ankara) tərəfindən Altın Yıldız Madalyası Türk Dünyası Edebiyatına Üstün Hizmetlerinden Dolayı Ödüllendirilmiştir
Hərbi-Vətənpərvərlik Komissiyasının üzvüdür (2022). Yeni Azərbaycan Partiyasının üzvüdür. Prezident təqaüdçüsüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyinin əməkdaşıdır. Ailəlidir. Üç övladı, 6 nəvəsi var.
Rövşən Abdullaoğlu: – “Təsəvvür edin: siz elə bir şəhərdə yaşayırsınız ki, orada poçt şöbəsi, kilsə, mağaza, məktəb və hətta polis bölməsi mənzilinizdən bir neçə dəqiqəlik məsafədə yerləşir. Və bütün bunlar bir binada. Alyaskada belə bir şəhər var! Uittier – bütün əhalinin bir binada yaşadığı şəhər.” Fotolar:
“Azərbaycan müəllimi” qəzetinin fəaliyyətə başlamasından 90 il ötür.
Bu gün, sentyabrın 2-si tarixi “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətə başlamasından 90 il ötür.
“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan Ibrahimov başda olmaqla hər bir əməkdaşını yubiley münasibəti ilə ayrı-ayrılıqda təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzu edirik!
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
QISA ARAYIŞ: 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu.
Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.
Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.
Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.
Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.
Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib.
Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.
Əmir Teymurla Şah İsmayılın ulu babası Şeyx Əlinin görüşü
Xoca Əli, Əmir Teymurla yaxşı münasibətlərə malik olmuş və onunla üç dəfə (Ceyhun çayı kənarında, Dizfulda və Ərdəbildə) görüşmüşdür. Sonuncu görüş 806-cı ilin şəvvalında / 1404-cü ilin aprelində baş tutmuşdur
Onun (Şeyx Əlinin) zamanında Səfəvilərin şöhrəti o qədər artmışdı ki, ariflərə və şeyxlərə ehtiramı ilə seçilən Əmir Teymur “Rum qeysəri” üzərindəki qələbədən (1402-ci ildə Əmir Teymurla Osmanlı sultanı İldırım Bayəzid arasında baş vermiş Ankara vuruşması nəzərdə tutulur) sonra Anadoludan qayıdarkən Ərdəbildə olmuş, Xoca Əli ilə görüşüb, Ərdəbil bölgəsində “Həzrət Şeyx Səfi övladına və onun astanasına vəqf olaraq” torpaqlar bağışlamışdı.
Onun fərmanına əsasən, Ərdəbildəki Səfəviyyə xanəgahı “Bəst●” elan edilmişdi: “Əgər bir şəxs min günah etmiş olsa, istər məşriq, istərsə məğrib tərəfdən qaçıb o astanaya pənah gətirsə, həmin müqəddəs rövzədə olduğu və oranı öz iradəsi ilə tərk etmədiyi müddət ərzində amanda olacaqdır”. Teymur həmçinin şeyxin xahişi ilə Anadoludan gətirdiyi minlərlə əsiri azad etmişdi. Azadlığa çıxanların “hamısı Şeyx Səfi ocağının müridlərinə çevrildilər, bir hissəsi Sultan Xoca Əlinin xidmətində qaldılar, qalanları isə öz vətənlərinə getdilər”. Onun kəramətləri və söhbətləri Əmir Teymurun üzərində dərin təsir buraxmışdı…
●Bəst elə bir müqəddəs yer idi ki, təqib olunan bir kimsə orada sığınacaq alsaydı, onu orada həbs etmək mümkün olmazdı. Bu statusu alan məkanlar toxunulmazlıq imtiyazına malik idilər və oraya hökumət dairələri zorakı müdaxilələr edə bilməzdilər…
Mənbələr: Aləmara (Sahib), s.19-26 B.Səfəri. Ərdəbil, s.73; О.А.Эфендиев. Тимур и сефевидский шейх Хадже Али