Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək

Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək

Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının I Bakı Forumu” layihəsi davam edir.
İctimai Birliyin sədri İntiqam Yaşar bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır.
Layihə çərçivəsində 4 oktyabr tarixində Bakıda “Türk dünyası şeir günü – Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni”, 5 oktyabr tarixində isə Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək.
Tədbirlərdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər. İştirakçılara layihə çərçivəsində Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət çap olunmuş kitab təqdim olunacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyidir.

Mənbə: İntiqam Yaşar

İNTİQAM YAŞARIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir