Etiket arxivi: TUNCAY ŞƏHRİLİ

“Əsərimi yazıram” layihəsi uğurla davam edir – fotolar

Tanınmış yazıçı Nigar Səttarzadənin “Əsərimi yazıram” layihəsi uğurla davam etdir. “Əsərimi yazıram” layihəsi çərçivəsində gənc yazıçılar Bahar Bəxtiyarqızının və Mehriban Məmmədovanın yeni kitabıları işıq üzü görüb. Təşəkkürlər, Nigar Səttarzadə! Uğurlarınız bol olsun! Fotolar (05.10.2025, Bakı şəhəri, Bakı Ekspo Mərkəzi (ing. Baku Expo Center)):

Tanınmış yazıçı Nigar Səttarzadə layihənin uğurlu icrası və bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə “Fəxri yazar” mükafatı ilə təltif olunub.

Mukafatı bu gün – imza günündə “Yazarlar” jurnalının baş redaktoru ZAUR USTAC şəxsən özü təqdim edib:

YAZARLAR olaraq başda Nigar xanım olmaqla bütün yaradıcı heyəti təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA KİTABLARINI TƏQDİM EDİB

SƏMA MUĞANNA KİTABLARINI TƏQDİM EDİB

Bu gün – 26 sentyabr 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında İsa Muğanna ocağının varisi gənc yazıçı Səma Mugannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” adlı kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Zaur Ustac qonaqları Muğannalar ailəsi adından salamlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru Zaur Ustac Səma Muğannanın yaradıcılığı və təqdim olunan kitablar haqqında geniş məlumat verdikdən sonra sözü “Həyatımdan parçalar” adlı kitaba ön söz yazmış akademik Nizami Cəfərova verib. Nizami Cəfərov ümumilikdə Səma Muğannanın yaradıcılığı barədə ətraflı söhbət açaraq, Səmanın bu günə qədər yazdıqlarını geniş təhlil edib və prespektiv imkanlarının istiqamətlərini göstərib. Sonra “Qeyb olan uşaqlıq” kitabının ərsəyə gəlməsində xüsusi xidmətləri olan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədova söz verilib. Professor İlham Pirməmmədov, şair Nazim Muğanlı, tənqidçi Əsəd Cahangir, Azərbaycanın əmək qəhrəmanlarından (Sosialist Əməyi Qəhrəmanı) Tərlan Musayeva, Arzu Nəbioğlu (şair Nəbi Xəzrinin oğlu) Səmanın yaradıcılığı barədə fikirlərini və babası İsa Muğanna ilə bağlı olan xatirələrini bölüşüblər. Sonra şair və yazıçılardan Nazim Əhmədli, Güllü Eldar Tomarlı, Kənan Hacı, Fuad Biləsuvarlı, Nəzakət Eminqızı çıxış edərək Səma Mugannanın yaradıcılığından söhbət açıblar. Səmanı təbrik etməyə gələnlərin arasında tanınmış ziyalılardan şairlər Avdı Qoşqar, Dayandur Sevgin, müəllimləri Elnarə xanım, Səlminaz xanım, Nazlı xanım, Lalə xanım, Günel xanım, ailənin yaxınları Nigar Həsənzadə, Namiq İslamzadə, Könül xanım, Səbinə xanım və digər doğmalar da olub. Tədbirin gedişində Ülviyyə Orucova Səma Mugannanın əsərlərindən parçalar təqdim edib. Tədbirin fəxri qonaqlarından olan tanınmış qiraətçi Rəsmiyyə xanım məclisin abu-havasına uyğun olaraq Cəfər Cabbarlının “Ana” şeirini səsləndirib. Sonda söz Səma Mugannanın ailə üzvləri, həm də “Həyatımdan parçalar” romanının qəhrəmanları İsaya (qardaşı – babasının adaşı) və anası Sevinc xanıma verilib. Yekun olaraq Səma Muganna qonaqlara və xüsusi qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə Muğannalar ailəsi adından təşəkkür edib, xatirə şəkilləri çəkdirib, arzu edənlər üçün kitablar imzalayıb. Tədbirin gedişində Səma Muganna bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SƏMA MUĞANNANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nəsiminin edamı – Vaqeə

Nəsimi (1369–1417) 1417-ci ildə Hələbdə (indiki Suriya ərazisində) edam olunmuşdu. O dövrdə Hələb Misirdə iqamətgahı olan Məmlük Sultanlığına tabe idi.

Tarixi faktlar:

-Məmlük Sultanlığının həmin dövrdə başında əl-Müəyyəd Şeyx əl-Mahmudi (1412–1421) dayanırdı.

-Hələbin idarəsi isə sultanın təyin etdiyi vali və əmirliklər vasitəsilə həyata keçirilirdi. Yəni, Nəsiminin edam hökmünü birbaşa yerli hakimiyyət – Hələbin əmiri və dini-siyasi çevrələr vermişdi.

Vaqeə:

-Vaqeə belə olmuşdu. Nəsimi təxminən indi məzarının (məqbərəsinin) olduğu ərazidə Hələbin küçələrində Allahın adlarını (99 adını) zikr edə-edə gəzirdi, bu zaman məmlük əsgərləri onu gördü və küfür etdiyini zənn edərək tutub əmirin yanına apardılar. Nəhayətdə onun edamına qərar verildi. Edam icra olunandan sonra əsl həqiqət üzə çıxdı. Başda sultan olmaqla hamı çox peşman oldu. Şairi hörmətlə dəfn etdilər. Sonradan məzarının üstündə məqbərə tikildi.

-Nəsiminin təriqətçi, hürufi dünyagörüşü ortodoksal dini dairələr üçün “təhlükəli” sayılırdı, buna görə də onun edamı həm dini, həm də siyasi motivli idi.

Deməli, Nəsimi edam ediləndə Hələbdə Məmlük Sultanlığı hakimiyyətdə idi və sultan əl-Müəyyəd Şeyx əl-Mahmudi idi.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün – 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir

Bu gün – 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir

Digər şəhər və rayonlarımız kimi Laçın rayonunun da işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib, igid əsgər və zabitlərimiz bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər.

Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də ermənilər tərəfindən işğal olunmuşdu.
İşğal nəticəsində 64 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.

Rayonun 65507 nəfər əhalisi öz dədə-baba torpaqlarından qovularaq respublikamızın 59 şəhər və rayonunda məskunlaşmağa məcbur olub.

Düşmənlə döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərmiş 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğala qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib.

Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub.

Ümumilikdə, ilkin hesablamalara görə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Erməni işğalçılarının Laçın rayonunda törətdikləri dağıntılarla Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” (https://karabakh.center/az/c-16/lacin) saytında tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

Laçın rayonu 1924-cü ildə təsis edilib. 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. Ərazisi 1.84 min km2 olan Laçın rayonu 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı) və 125 kənddən ibarətdir.

Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası (Qərbi Azərbaycan) ilə həmsərhəddir.

Əhalisinin sayı hazırda 80 mindən artıqdır. İşğaldan əvvəl əhali əsasən heyvandarlıqla məşğul olsa da, əkinçilik, arıçılıq, bağ-bostançılıq da inkişaf etmişdi.

Laçınlı qadınların hazırladığı toxuculuq məhsulları böyük şöhrət qazanmışdı. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Zəngin fauna və floraya malik təbiət muzeyi olan, qiymətli mineral suları ilə tanınan Laçın rayonu ərazisində dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, həddindən çox dərman bitkiləri və s. var.

Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Mahalın aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan o tərəfdə Pirdavan, Qacaran, Kiqin dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, kobalt, uran, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

Laçın rayonu tarixi və memarlıq quruluşu ilə seçilən abidələrlə və tikililərlə də zəngindir. Rayonda 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidəsi, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at və qoç fiqurları, süjetli daşlar var. Rayon ərazisində Ağoğlan məbədi, Cicimli kəndinin türbələri, Həmzə Soltan sarayı, Laçın Tarix və Diyarşünaslıq Muzeyi, Sarı Aşığın xatirə muzeyi və s. kimi tarixi muzeylərlər olub.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ağır məğlubiyyətə uğrayan düşmən təslim olaraq ağ bayraq qaldırmağa məcbur oldu.

10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, dekabrın 1-də erməni silahlı birləşmələri Laçın rayonunu tərk etdi. 2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu.

Laçının azad olunması təkcə hərbi-siyasi qələbə deyil, həm də 30 illik həsrətin bitməsi, doğma yurd yerlərinə qovuşmağın simvoludur. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində Laçın yeni simasına qovuşur, günü-gündən abadlaşır, inkişaf edir.

Laçın Şəhəri Günümüz mübarək olsun!

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

12 iyun 1993 – 12 iyun 2025 – Yusifcanlılar belə qayıtdılar

Yusfcanlılar öz doğma kəndində

12 iyun 2025 – ci il tarixində Ağdam rayonu, Yusifcanlı kəndinin sakinləri 12 iyun 1993-cu ildə təxminən elə bu saatlarda (~səhər 9:00-10:00)

qəfil, ayaqyalın-başaçıq tərk etməyə məcbur olduqları (həmin gün kəndin evləri yandırılmış, dinc sakinlər şəhid edilmiş və əsir götürülmüşdü) doğma kəndlərini ziyarət ediblər. Yeni çəkilən Ağdam – Füzuli magistral yolunun hərəkət istiqamətində sol tərəfində Yusifcanlı kəhrizinin gözündən təxminən 150-200 m məsafədə kəndə gedən əsas yolun sağ tərəfində üzərində “Yusifcanlı” yazılmış bildiriş və kəndin girəcəyində “Yusifcanlı şəhidləri” məlumat lövhələri quraşdırılmışdır. Sonra kənd camaatı ötən günlər və gələcək planlarından söhbət açıblar. 32 ildən sonra öz torpaqlarında, öz kəhrizlərinin suyundan çay süfrəsi arxasında söhbətə davam ediblər. Fotolar:

Xeyirli -uğurlu olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Bu da bir tarixdir.

Mənbə: Əbiş Abbaszadə

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Заур Устаҹ – ҜӘЗДИМ

ҜӘЗДИМ
Ҝәздим гарыш-гарыш Вәтән торпағын,
Һәр дағда, дәрәдә изим вар мәним.
Һәлә кечилмәмиш уҹа дағларын,
Уҹа зирвәсиндә ҝөзүм вар мәним.


Ҝәздим јорулмадан араны, дағы,
Сејр етдим ән уҹгар чәмәни, бағы,
Һеч вахт гынамадым заманы, чағы,
Чох булаг башында үзүм вар мәним.


Ҝәздим бу торпағы мән ојмаг-ојмаг,
Ән ади даша да олмушам гонаг,
Һәр отун, чичәјин һалын сорараг,
Синәмә јығдығым сөзүм вар мәним.
01.12.2000. Батабат.
Мүәллиф: Заур Устаҹ
Транслитерасија: Тунҹај Шәһрили

Ağdam rayonunun Yusifcanlı kəndindən olan şəhid Hüseyn Hüseynovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

20 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Mədinə” mərasim evində Ağdam rayonunun Yusifcanlı kəndindən olan şəhid Hüseyn Hüseynovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Qısa arayış
Hüseynov Hüseyn Əkbər oğlu 1973-cü il Ağdam rayonu , Yusifcanlı kəndində anadan olub. 1994-cü ildə qəhrəmancasına şəhid olmuşdur.
İkinci Fəxri xiyabanda dəfn edilmişdir.
Tədbirdə 20 yanvar şəhidlərinin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, dualar oxunub, ehsan verilib.
Tədbirin gedişi zamanı şəhid Hüseyn Hüseynovun xatirəsinə həsr olunmuş “Xatirələrdə yaşayan ömür” kitabı qonaqlara təqdim olunub. Tədbiri giriş sözü ilə açan Ağdam rayonunu Yusifcanlı kənd icmasının nümayəndəsi Seyid Mirxuda Məmmədov tədbirin məqsəd və məramı, Hüseyn haqqında geniş məlumat verdikdən sonra sözü Cəfər həkimə verib. Cəfər həkim Hüseynovlar ailəsi və Hüseyn haqqında xatirələrini bölüşüb. Sonra söz Hüseyn haqqında yazılmış kitabın müəllifi tanınmış yazıçı, şair, Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən biri mayor Vaqif İsaqoğlu na verilib. Vaqif İsaqoğlu kitabın yaranma prosesindən danışıb. Tədbirdə iştirak edən Zaur Ustac Hüseyn haqqında xatirələrini danışıb, təqdim olunan kitabdan şeirlər oxuyub. Yusifcanlı kənd camaatı adından müəllifə təşəkkür edən Zaur Ustac Vaqif İsaqoğluna “Yazarlar” jurnalı tərəfindən verilən “İsa Muğanna” diplomunu təqdim edib. Tədbirdə Ağdam rayonu ziyalıları adından Əli Yunisov çıxış edib. Sonra Yusifcanlı kənd sakini Rafət xanım Hüseynə həsr etdiyi şeirini oxuyub. Sonda ailənin adından çıxış edən Arzu xanım tədbirin təşkilinə görə qardaşları Misir və Məhəmmədəliyə, Hüseynin xatirəsini əbədiləşdirdiyi üçün Vaqif İsaqoğluna, tədbirdə iştirak edən qonaqlara adbaad təşəkkürünü bildirib. Tədbirdə Yusifcanlı kənd sakinlərindən Zülfü İsmayılov, Seyidəliş Məmmədov, Qalib İsmayılov, Filman İsmixanov, Vahid Binnətov, Nahid Məmmədov, Səməd Əmirov, Rəfael müəllim, Rəhim bəy, Yusif bəy, Qəhrəmanova Gülüzə, Solmaz müəllim, Əsmə müəllim, Reyhan müəllim, Bəyaz müəllim, Pəri xanım, Tahirə xanım, Bənövşə xanım, Şəhla xanım, Almaz xanım, Maral xanım, və digərləri iştirak ediblər. Tədbirdən fotolar:


Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səkinə Əliyeva (1925)

TARİXDƏ BU GÜN

Bu gün Naxçıvanın SSRİ-dən ayrılması ilə bağlı Muxtar Respublika Ali Sovetinin qəbul etdiyi qərardan 35 il keçir. 19 yanvar 1990-cı ildə qəbul edilən bu qərarla o vaxtkı Naxçıvan MSSR özünü rəsmən müstəqil elan edərək, Sovet imperiyasından ayrılan ilk respublika oldu.

Bu tarixi qərarın qəbulunda Naxçıvan Ali Soveti (indiki Ali Məclis) Rəyasət Heyətinin o vaxtkı rəhbəri Səkinə Əliyevanın əvəzsiz rolu olub. Moskva və Bakı rəhbərliklərinin təhdidlərinə baxmayaraq, Səkinə Əliyeva Naxçıvan Ali Sovetinin fövqəladə sessiyasını çağırır və çətinliklə də olsa bu qərarın qəbuluna nail olur.

O dövrdə belə bir qərarın qəbul edilməsi üçün Naxçıvan Ali Soveti deputatlarının 50 faiz + 1 iştirakı mütləq idi. Lakin imperiyaya sadiq deputatlar bu sessiyanın əleyhinə çıxır, təbliğat aparırdılar. Səkinə Əliyevanın qətiyyəti və cəsarəti sayəsində sessiya baş tutur. Gərgin keçən yığıncaqda tarixi qərar qəbul olunur və ilk dəfə Naxçıvan Televiziyasında elan edilir. Bu qərar Naxçıvanı beynəlxalq arenada tanıtdı və onun qadın rəhbəri Səkinə Əliyevanı məşhurlaşdırdı.

Fövqəladə sessiyadan bir neçə saat sonra Sovet ordusu Bakıda 20 Yanvar faciəsini törətdi. Bu hadisə həmin qərarın necə vaxtında və doğru qəbul edildiyini bir daha sübut etdi.

QƏARARIN SƏBƏBİ VƏ MƏZMUNU

1980-ci illərin sonunda SSRİ-də etnik münaqişələr və separatçı hərəkatlar baş qaldırmağa başlamışdı. Azərbaycan bu münaqişələrdən ən çox əziyyət çəkən regionlardan biri idi. Dağlıq Qarabağda ermənilər Azərbaycanın ərazilərinə iddia edir, SSRİ isə bu münaqişəyə lazımi reaksiya vermirdi. Bundan həvəslənən ermənilər sovet ordusunun dəstəyi ilə artıq Naxçıvana da hücum edirdilər. Nəticədə dinc sakinlər qətlə yetirilirdi.

1990-cı ilin yanvarında sovet ordusunun dəstəyi ilə Naxçıvanın Kərki kəndi işğal edildi. Bu hadisə Naxçıvan əhalisinin Sovet rejiminə qarşı nifrətini daha da artırdı. SSRİ-dən ayrılmaq fikri məhz bu hadisələrlə formalaşdı. Səkinə Əliyeva xalqın istəyinə arxalanaraq bu tarixi qərarın qəbul olunmasına nail oldu.

Qərarda SSRİ Konstitusiyasının 81-ci maddəsinə və Qars müqaviləsinə istinad edilərək, Naxçıvanın suverenliyi və ərazi bütövlüyünün qorunmadığı vurğulanırdı. Sənəddə aşağıdakı tələblər irəli sürülürdü:

Qars müqaviləsinə uyğun olaraq Naxçıvanın ərazi bütövlüyünü qorumaq üçün Türkiyəyə müraciət edilsin.
Yaranmış vəziyyətlə bağlı BMT, İran və digər dövlətlərə kömək üçün müraciət olunsun.
SSRİ qoşunları Naxçıvan ərazisindən çıxarılsın.
SSRİ rəhbərliyindən Naxçıvana edilən təcavüzə son qoyulması tələb edilsin.
Bu qərar dünyada böyük əks-səda yaratdı. Qars müqaviləsinin yenidən gündəmə gətirilməsi Naxçıvanın işğaldan qorunmasında mühüm rol oynadı. Tarixi qərar həm də Sovet imperiyasının dağılmasına təkan verdi.

SƏKİNƏ ƏLİYEVANIN SONRAKI TALEYİ

Səkinə Əliyeva 15 aprel 1925-ci ildə Naxçıvanda anadan olub. 1963-cü ildən 1990-cı ilə qədər Naxçıvan MSSR Ali Sovetinə rəhbərlik edib. 1990-cı ilin yanvarında qəbul edilən məlum qərar onu Sovet rəhbərliyinin hədəfinə çevirdi. Qısa müddət sonra o, vəzifəsindən uzaqlaşdırıldı və siyasətdən çəkildi. O, 2010-cu ildə, 85 yaşında Bakıda dünyasını dəyişib.

Səkinə Əliyevanın adı Naxçıvan və Azərbaycanın tarixində cəsarət və liderlik simvolu kimi xatırlanır. Onun qəhrəmanlığı nə vaxtsa tarix dərsliklərində də yer alacaq və gənc nəsillərə örnək kimi tədris ediləcək.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“YAZARLAR” JURNALININ OKTYABR – 2024 № 10 (46)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ OKTYABR – 2024 № 10 (46)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUR: PDF >>>> yazarlar-46

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aleksandr Şirvanzadə və Əbdürrəhim bəy Haqverdiyev

Erməniəsilli yazıçı, bəzi mənbələrə görə Azərbaycan SSRİ-nin ilk Xalq yazıçısı fəxri adını almış Aleksandr Şirvanzadə və görkəmli ədib, yazıçı – publisist Əbdürrəhim bəy Haqverdiyev.