Hörmətli Laçın şəhər sakini Pünhan Xanoğlan oğlu Laçın şəhərində yerləşən “Simurq” kitabxanasının qonağı olub. O, #Kitabbəxşetmə kampaniyası çərçivəsində şəxsi kitabxanasından dəyərli kitablar hədiyyə edərək kitabsevərləri sevindirib.
Bu nəcib təşəbbüsünə görə Pünhan Xanoğlan oğluna dərin təşəkkürümüzü bildirir, işlərində uğurlar arzulayırıq.
Simurq izləyicilərimiz. Bu dəfə sizə şair, yazıçı, tərcüməçi Zaur Ustacın Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Oriyentir Ulduzu” kitabı haqqında danışmaq istəyirəm. Kitab orta məktəb şagirdləri və yeniyetmələr üçün nəzərdə tutulub. Bu kitab 2016 cı ildə çap olunanda heç birimizin ağlına gəlməzdi ki, kitabda adı çəkilən yerlərə yenidən qayıdacayıq, düşmən tapdağında olan ərazilərdən əsgərlərimizin yığıb qurutduğu bənövşəni özümüz dərəcəyik. Zaur Ustac həm də hərbiçi olduğu üçün hərbi hissəni, döyüşü çox gözəl təsvir edib.
… İndi Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki gəl, gəl bu tərəfə gəl, buralar səni gözləyir deyir …
Uğurlarınız bol olsun Zaur bəy. Qalib Azərbaycanın qürurlu vətəndaşı olmağın sevincini yaşayaq hər zaman.
Laçın Simurq Kitabxanasıyeni rubrika : Kitabxanamızda olan kitablar haqqında izləyicilərə hər həftə məlumat verməyi qərara aldıq. İlk olaraq yazıçı olduğunu 2 il əvvəl öyrəndiyim, tanınan aparıcı və bir neçə verıişin redaktoru Azər Qismətin “Duman” kitabı ilə başlamaq istədim.
Hekayələrin dili o qədər axıcılır ki, ilk oxuyanda mündəricat yazılanda doğrusu təəcüb etdim. Müəllif bəzən bir cümlə ilə hekayənin bütün məzğini anladır. Sadəcə bir cumlə kifayətdir ki, əsər qəhrəmanının iç üzü açılsın.: Axi necə ola bilərdi ki, illərlə hamını qarmağa keçirməyi bacaran milyonçu kiçik balığın əlində əsir-yesir qalıb. Bașqa bir cəhət: Müəllif guya qəhrəmanı tərifləyir, əslində isə yazıçı dili ilə onu tənqid edir və bir cumlə ilə hekayəyə möhürünü vurur: Hətta ailəlikcə șüar da filirləşmişdik. Kaş ki, hamı lal və kar olaydı. Açığı bütün hekayələr diqqətimi çəkdi. Hər kəsə kömək etmək istəyi ilə başından zərbə almaq istəyən yeniyetmə, beyinin düşünən damarını kəsdirmək istəyən pasientə qoșularaq ağlayan psixoloq, üzgün ușaqları güldürən eynəkli oğlan, psixoloqun axmaq müavininə verdiyi dərs, şaxta babanın müğənninin evinə getməyi və ordakl söhbət. Bir sözlə hansı hekayəni oxudumsa bir məna kəsb etdi mənim üçün. Sonda qərara gəldim ki, bu kitab doğrudan da ən yüksək yerlərə layiqdir. Əziz dostlar hər birinizə oxumağı tövsiyə edirəm. Həqiqətən qazancım oldu bu kitab.
Mənə çox da qərib gəlməz suların yadı, Fırtınalar qərq olmağa doğma ad sayır. Adam var ki, başı batmış, adam var adı, Sinəm altda ürək dolu ağrı çağlayır.
Üzmək olmur sərt dalğalar önü kəsəndə, Ümmanların yaddaşında bəlkə də varıq. Bu qaydadır – istəsən də, istəməsən də, Biz qürubda unudulmuş son şüalarıq.
Əl-qol atmaq mənasızdır alatoranda, Nə fərqi var, qopsa tufan, yağsa qar daha. Yolu azmış bir gəmiyəm düşüb boranda, Göz qırpmaz gəlişimə mayaklar daha.
Bir arzu da suya düşdü ümid səfimdən, İstəmirəm nə danışa, nə dinə ağrı. Bir cərəyan ötüb keçdi sağ tərəfimdən, Sol yanımda ürək adlı bir sinə ağrı…
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
QISA ARAYIŞ: 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu.
Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.
Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.
Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.
Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.
Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib.
Şəhər günlərinin təntənəli şəkildə qeyd olunması nəzərdə tutulur.