Etiket arxivi: VAQİF SULTANLI HAQQINDA

Bakı kitab sərgisində Vaqif Sultanlının oxucularla görüşü və imza saatı olacaq

Dəyərli oxucular!
20 dekabr, Saat 13:00-da Bakı İdman Sarayında (Keçmiş Əl oyunları sarayı) keçiriləcək Bakı kitab sərgisində Vaqif Sultanlının oxucularla görüşü və imza saatı olacaq.
Yazıçı ilə görüşmək üçün “Kritika” Nəşriyyatının stendinə yaxınlaşa bilərsiniz.
Əlaqə telefonu: 055 430 89 71


VAQİF SULTANLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR TOPLUSU YAYINLANDI

GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR

TOPLUSU YAYINLANDI

Bu günlərdə “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu yayınlanıb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın hazırladığı, “Aveprint” nəşriyyatında yayınlanan kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanmışdır.

Oxucuların mühakiməsinə verilən kitab Güney Azər­bay­canla bağlı tarixi, siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə ay­dın­lıq gətirilməsi məqsədilə hazırlanmışdır. Burada bir tərəfdən tarixi-siyasi, qarşı tərəfdən ədəbi-kulturoloji səpkili araşdırmalara yer ve­rilmiş, bu isə problemin hərtərəfli müstəvidə dəyərləndiril­mə­sinə imkanlar açmışdır.

Vaqif Sultanlı və İrəc İsmayılın kitaba yazdığı “Güney Azərbaycan problemi çağdaş düşüncə axarında” adlı öz sözdə problemin aktuallığına diqqət çəkilir:  “Çox təəssüf ki, demokratik dünya uzun illərdən bəri şovi­nist İran fars rejiminin basqıları altında inləyən, hər cür insani hüquqlardan məhrum olan, dar ağacına sürüklənən, məhbəslərdə, sürgünlərdə ağır işgəncələrdən ölümə tərk edilən, qür­bətdə can verən Güney Azərbaycan Türklərinin taleyinə hələ də səs­siz qal­maq­dadır. Dəqiq olmayan statikstik bilgilərə görə, İran bu gün dün­yada edamların sayına görə ilk yerdə dayanan dövlətlər sırasın­dadır. Ölkədə narkotik alveri adı altında məhkum edilən, dar ağacından asılan gənclərin böyük əksəriyyəti siyasi fəaliyyətlə məş­ğul olan şəxslərdir”. “Ön söz”də daha sonra  Güney Azərbaycan probleminin çözüm yolları ilə bağlı məsələlərərə aydınlıq gətirilir: “Güney Azərbaycan probleminin həlli bölgə dövlətləri ilə bağlı əsrlərdən bəri həllini gözləyən bir sıra ortaq siyasi məsələ­lərin çözül­mə­sinə imkan ve­rə­cəkdir. Başqa sözlə, Güney Azər­baycanın ba­ğımsızlıq qazan­ma­sı ilə yad güclərin əlilə par­ça­lanmış vahid xalqın birləşərək gələ­cəkdə yara­tmış olacağı Bü­töv Azərbaycan dövləti bütünlükdə Şərqin taleyində həlledici rol oynacayacqdır”.

Kitaba daxil edilən, mövzu-problem baxımından çeşidli olan, biri digərini tamamlayan məqalələr Azər­bay­can araşdı­rıcıları ilə yanaşı, Türkiyə və Misir alimlərinin əsərlərini də əhatə etməkdədir.




VAQİF SULTANLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RƏŞAD NURİ GÜNTƏKİNİN “DƏYİRMAN” ROMANININ YENİ NƏŞRİ

RƏŞAD NURİ GÜNTƏKİNİN “DƏYİRMAN”

ROMANININ YENİ NƏŞRİ

Bu günlərdə məşhur Türkiyə yazıçısı Rəşad Nuri Gün­təkinin (1889-1956) yaradıcılığında önəmli yer tutan “Dəyirman” romanı yenidən yayınlanmışdır. İlk dəfə Azərbaycan oxucularına 1994-cü ildə kiril əlifbasında təqdim olunan romanı “Kritika” nəşriyyatının yenidən yayınlaması əsərin aktuallığı, ideya müasirliyi, dərin sosial məzmunu ilə bağlıdır. Azərbaycan türkcəsinə yazıçı Vaqif Sultanlının uyğunlaşdırdığı romanda Osmanlının İmperiyasının son dönəmlərində Anadolunun mərkəzdən uzaq, yoxsul bir qəsəbə olan Sarıpinar əyalətində uydurma zəlzələ xəbərinin böyüyərək ölkənin və bütövlükdə dünyanın gündəminə gəlməsi satirik üslubda təsvir edilir.

Əsərdə rəhbər vəzifədə çalışanların daxili-mənəvi dünyası canlandırılmış, fərdi xarakter cizgiləri ilə seçilən səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır.

Romandan hasil olan sonuc budur ki, vazifə sahibləri olmayan hadisələri sanki baş vermiş kimi göstərməklə, yanlışları ört-basdır etməklə zəncirvari şəkildə daha böyük problemlərə yol açır, idarəçilik sistemini gülüş hədəfinə çevirərək dövlətin nüfuzunu zədələyir.

Qeyd edək ki, 1987-ci ildə Türkiyədə “Dəyirman” romanının motivləri əsasında Barış Pirhasanın ssenarisi əsasında Atıf Yılmaz tərəfindən eyniadlı bədii film çəkilmişdir.


VAQİF SULTANLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr olunmuşdur

YAZIÇI VAQİF SULTANLININ “SƏHRA SAVAŞI”

ROMANI YENİDƏN YAYINLANDI

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr olunmuşdur. “Kritika” nəşriyyatının yayınladığı, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələ­cəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. İnsanlığın keçib gəldiyi yolun ənənəvi axarda deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.

“Səhra savaşı” romanı XXI yüzildə qloballaşan dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biga­nələşmə, gərəksizləşmə kimi mənəvi-əxlaqi çöküş və humanitar böhranla müşayiət olunan bəşəri problemlərə sərt etiraz ruhu ilə seçilir. Süjet hörüyü fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın baş qəhrəmanı kimi canlandırılan Qocanın timsalında yer üzündə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın gerçək mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.

Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman daha sonra Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili araşdırmalar aparılmışdır.

VAQİF SULTANLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YAZIÇI VAQİF SULTANLI HAQQINDA “DƏNİZLƏ SAHİL ARASINDA” KİTABI YAYINLANDI

YAZIÇI VAQİF SULTANLI HAQQINDA

“DƏNİZLƏ SAHİL ARASINDA” KİTABI YAYINLANDI

Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlanıb. “Turan evi” nəşriyyatında yayınlanan kitaba müəllifin həyat və yaradıcılıq yolundan bəhs edən müxtəlif səpkili araşdırmalar – yubiley yazıları, esselər, ədəbi portretlər, tanıtım məqalələri, xatirələr daxil edilmişdir. Yazıçının doğumunun altmış beş illiyinə həsr olunmuş kitabın tərtibçisi və yayına hazırlayanı gənc yazar Fidan Vahid, redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.

 “Dənizlə sahil arasında” kitabına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Misir, Böyük Britaniya, Koreya, Rusiya və başqa ölkələrin alimlərinin Vaqif Sultanlı haqqında yazıları yer almışdır. Bunların içərisində Azərbaycan müəlliflərindən Rais Rəsulzadənin “Mənalı ömür yolu”, Əli Şamilin “Vaqif Sultanlının həyatının bəzi anları”, Almaz Əliqızının “Zolaqlı yuva”nın sakinləri”, Cavanşir Yusiflinin “Küldən təpəcik olmaz”, Bədirxan Əhmədlinin “Vaqif Sultanlı portretinin bəzi cizgiləri”, Müzahim İsmayılzadənin “Vaqif Sultanlının “Qul bazarı”, Elnarə Akimovanın “Ədəbi tənqid diskursu: bütöv Azərbaycan məramı ilə”, Salidə Şərifovanın “İnsan dənizi”nin problematikası və bədii üslub palitrası”, Ağaverdi Xəlilin “Vaqif Sultanlının “Kilidli dönüş” hekayəsində dönüş konsepti”, Sürəyya Sultanovanın “Bir ömrün özəti”, İradə Musayevanın “Vaqif Sultanlının “Səhra savaşı” romanı haqqında”, Osman Fərmanoğlunun “Uzaq illərin yaxınlığı – təsadüflər yazısı”, Yusif Yusiflinin “Sənətlə elmin vəhdəti”, Eluca Atalının “Zamanından üstün ziyalı”, Samirə Məmmədlinin “Söz savaşı, səhra günəşi, yaxud axına qarşı”, İlahə Dadaşovanın “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək”, Fərhad Mədətovun “Vaqif Sultanlının “Səhra savaşı” romanında fəlsəfi motivlər”, İlhamə Qəsəbovanın “Öyrədənlərin öyrədəni: Vaqif Sultanlı”, Xəyalə Zərrabqızının “Tək bir insan dənizi”, Şahnaz Kamalın “Mənim elmdə atam”, Ruhəngiz Sultanovanın “Mənim müəllimim”, Fəxriyyə İsayevanın “İnsan dənizi”ndə tənhalaşan qəhrəman”, Gülay Tahirlinin “Kölgə tənhalığı”, Cansel Cavidin “Fenomenal yaddaş tapıntısı”, Nəzrin Rəsulzadənin “Ölümsüz”, Fidan Vahidin “Dənizlə sahil arasında…”,  Sel Canın “Həyat, Qələm və Ölüm, ”Fəxriyyə Yüksəlin “Vaqif Sultanlının “İnsan dənizi” romanında şəxsiyyətin ikiləşməsi”, Elmir Həsənin “Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti”, Nəzrin Mirzəlinin “Adsız qəhrəmanların taleyi” yazıları diqqəti çəkir.

Kitaba daxil edilmiş Əhməd Sami Elaydinin (Misir) “Keçmiş və gələcək arasında zaman metaforası”, Pərvanə Bayramın (Türkiyə) “Tarixə işıqtutan bir hekayə: “Kulikovo savaşı”, Burak Sarıcının (Türkiyə) “İnsan dənizi” romanı haqqında incələmə”, Alsu Kamaliyevanın (Tatarıstan), “Azərbaycan postmodern romanında fəlsəfi bir arayış”, Salavat İshakovun (Rusiya) “Tarixçinin bir neçə sözü”, Min Can Kimin (Koreya) “Vaqif Sultanlının sönmüş ulduzları”, Bakıtgül Kuljanovanın (Qazaxıstan) “Yaxşılığın özgələşməsi yoxdur”,  Xurşidə Qədirovanın (Özbəkistan) “Həyat və xəyalların inikası”, Mixail Brannokun (Böyük Britaniya) “Tərs axın” kitabı ilə bağlı düşüncələr” və başqa yazılar müəllifin yaradıcılığına yanaşma tərzinin fərqliliyi ilə maraq doğurur.

Kitabın mühüm özəlliklərindən biri məqalələrin yazıldığı dildə təqdim olunmasıdır. Qeyd edək ki, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olan Vaqif Sultanlı “İnsan dənizi”, “Səhra savaşı”, “Ölüm yuxusu” romanlarının, “Sönmüş ulduzlar”, “Qul bazarı”, “Heçlik vadisi”, “Tərs axın” adlı hekayələr toplusunun müəllifidir. Onun elmi-nəzəri araşdırmaları “Ağır yolun yolçusu”, “Azadlığın üfüqləri”, “Ədəbi-nəzəri illüstasiyalar”, “İstiqlal sevgisi”, “Ömrün nicat sahili”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Azərbaycan ədəbi tənqidi”, “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” və başqa kitablarda əksini tapmışdır. Vaqif Sultanlı həmçinin tərcümə yaradıcılığı ilə də məşğul olmuş, Sergey Jitomirskinin “Surakuzlu alim” tarixi romanını, Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” və “Dəyirman” romanlarını, Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabını, habelə bir sıra dünya yazıçılarının hekayələrini Azərbaycan türkcəsinə çevirmişdir. Müəllifin bədii və elmi əsərləri dünyanın bir sıra dillərinə çevrilərək yayınlanmışdır.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

VAQİF SULTANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru