Etiket arxivi: YUNUS OĞUZ – 65

“YAZARLAR” JURNALININ AVQUST – 2025 № 08 (56)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ AVQUST – 2025 № 08 (56)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF: Yazarlar-56

SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Adı çəkiləndə tarix xatırlanır: ” Yunus Oğuz haqqında

Adı çəkiləndə tarix xatırlanır

Bu bir həqiqətdir ki, hər bir şəxsin adı çəkiləndə onun özünə məxsus bir assosiasiya yaranır. Yəni o insanı xəyalında canlandıranda dərhal müəyyən bir keyfiyyət yada düşür. Məsələyə bu kontekstdə yanaşdıqda, “Yunus Oğuz” dedikdə mənim ağlıma gələn ilk assosiasiya budur: müasir dövrümüzdə tarixi romanların ustadı.

Mənə sual veriləndə ki, Azərbaycanda tarixi romanları kim yazır, beynim ilk olaraq onu tapır – Yunus Oğuzu. Düşünmədən deyirəm: o yazıb. “Nadir Şah”ı da o yazıb, “Təhmasib Şah”ı da o yazıb, “Attila”nı da, “Əmir Teymur”u da… Bildiyim qədərilə, 22 ölkədə 47 kitabı işıq üzü görüb. Bax, məndə belə bir assosiasiya formalaşıb və doğrudan da gözəl qələmi var, çox istedadlıdır.
İstedadlı insanlar bənzərsiz olurlar. Bənzərsizlik isə istedada yaraşır – necə ki , bahar seli çaya, qəriblik qürub çağına, məğrurluq dağa, dalğa isə dənizə yaraşır. Yunus Oğuza da bu istedad və bənzərsizlik yaraşır.
Mən uzun müddətdir ki, istedadlı ədibi, jurnalisti, yazarı, həm də ictimai xadimi – Yunus Oğuzu tanıyıram. Onu tanıdığım illər ərzində  hər zaman vətənpərvər bir insan kimi qəbul etmişəm. Həmişə sözünün sahibi olub, həmişə sözünü deyib. Onun üçün ən əsası dövlətdir, dövlətçilikdir.
İstər ictimai-siyasi fəaliyyətində, istərsə də yazdığı əsərlərində bu ruh və bu mövqe özünü göstərir. Və illər necə də sürətlə keçir… 1960-cı ildə, 22 iyulda dünyaya gəlib. Bu tarix – 22 iyul – mənim üçün xüsusi əhəmiyyət daşıyır.
Görünür, bunun da bir mənası var. Elə bil, gələcəkdə Yunus Oğuz təkcə gözəl bir yazar deyil, həm də istedadlı bir jurnalist olacaqmış. Hansı gündə? 22 iyulda – yəni milli mətbuatımızın təməl daşının qoyulduğu gündə.
Yəqin ki, bu təsadüfi deyil. Bu illər ərzində biz görmüşük ki, Yunus Oğuz hər yeni əsərində püxtələşib, hər yeni əsərində öz imzasını daha da tanıdıb. Artıq qeyd etdiyim kimi, Yunus Oğuz dedikdə, tarixi romanları onun qədər yazan ikinci bir şəxs bu gün Azərbaycan ədəbiyyatında ağlıma gəlmir.
Yazarlarımız çoxdur, müxtəlif mövzularda yazırlar, amma tarixi şəxsiyyətləri Yunus Oğuzun qələmi ilə zirvəyə yüksəldən başqa bir yazıçı xatırlamıram. Baxıram : illər necə də tez keçir. İndi dostumuzun 65 yaşını qeyd edirik. Bu gün onu sevən hər kəs – dostları, yaradıcı insanlar, oxucuları – təbrik edirlər.
Mən də bu təbriklərə qoşuluram. Yunus Oğuza möhkəm can sağlığı arzulayıram. Bütün arzularına çatsın. Arzular isə ikidir: biri dostlarla, yoldaşlarla, insanlarla paylaşılan arzular, biri də yalnız Allahla bölüşülən – heç kimə demədiyin arzular. Mən Yunus Oğuza hər iki arzularına çatmağı arzulayıram – həm yaxınlarının bildiyi, həm də Allahla bölüşdüyü arzularına.
Təbrik edirəm, əziz dost, əziz qardaş. Ad günün mübarək olsun! Səsin həmişə ucalardan gəlsin. Dostlarının sevgisini qazanasan və bu sevgini qoruyub saxlaya biləsən. Bunun yolu isə ancaq – yeni-yeni əsərlər yazmaqdır. O əsərlər ki, Yunus Oğuzun istedadını, qabiliyyətini, yaradıcılıq ruhunu tam şəkildə ortaya qoyur və onu geniş oxucu kütləsinin sevimlisinə çevirir.
Bir daha ad günün mübarək olsun!

Elman NƏSİROV,

Milli Məclisin deputatı

Yunus Oğuz – çoxşaxəli istedad sahibi, dərin intellektualdır- Aydın Mirzəzadə

Yunus Oğuz – çoxşaxəli istedad sahibi, dərin intellektualdı

Yunus Oğuz ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan ictimai fikrində tanınmağa başlayan görkəmli ziyalılardan biridir. İxtisasca filosof, fəaliyyətinə görə jurnalist, yaradıcılığına baxdıqda isə tarixi romanlar müəllifi olan Yunus Oğuz özünün çoxşaxəli istedada sahib olduğunu təsdiq edən bir şəxsiyyətdir. Mənim Yunus bəylə tanışlığım da həmin dövrlərə – 90-cı illərə təsadüf edir.

O, insan kimi çox maraqlı, ünsiyyətcil və dərin intellektual bir şəxsiyyət təsiri bağışlayır. Onunla istənilən mövzu ətrafında sərbəst və rahat söhbət aparmaq mümkündür. Yunus bəy insanı dinləməyi bacarır, söhbətə məzmun qatır və öz intellektual səviyyəsini də daim nümayiş etdirir.
Bu gün Azərbaycan cəmiyyətində elə bir şəxs tapmaq çətindir ki, Yunus Oğuzu tanımasın. O, Azərbaycan mətbuatına da özünün mühüm töhfələrini verib. Yaratdığı “Olaylar” qəzeti geniş və zəngin mövzuları ilə daim diqqət çəkir. Günün əsas məsələlərinə dair həm redaktor, həm jurnalistlər, həm də müxtəlif ziyalılar bu qəzet vasitəsilə öz mövqelərini ifadə edə bilirlər. Kəskin rəqabət şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, bu gün də “Olaylar” qəzeti və informasiya agentliyi Azərbaycan mətbuatında tanınan və öz sözünü deyən media qurumlarındandır. Bütün bu uğurların arxasında Yunus bəyin əvəzsiz xidmətləri dayanır.
Yunus Oğuzun tarixi mövzularda yazdığı əsərlər bu gün də yüksək qiymətləndirilir. Hesab edirəm ki, gələcək nəsillər tariximizin bəzi səhifələri haqqında məhz Yunus bəyin əsərlərindən daha dolğun təsəvvür əldə edə biləcəklər.
Onun ictimai-siyasi fəaliyyəti də diqqətəlayiqdir. Yunus Oğuz üçün hər zaman Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün təmin olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması əsas prioritetlər olub. Bu prinsiplər onun siyasi fəaliyyətinin də ana xəttini təşkil edir.
Bu dəyərli ziyalını doğum günü və yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində böyük uğurlar arzulayıram. Əminəm ki, bundan sonra da Yunus Oğuzun həm siyasi, həm ədəbi, həm də jurnalistik fəaliyyətində maraqlı nəticələrə şahid olacağıq.

Aydın MİRZƏZADƏ,

Milli Məclisin deputatı

Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik edib

Millət vəkili Vüqar İskəndərovun təbriki

Yunus bəy bizim üçün təkcə dost deyil, həm də uzun illər ərzində tanıdığımız, hörmət etdiyimiz, yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi olan bir şəxsiyyətdir. Onun xidmətlərini, fəaliyyəti və zəhmətini hər kəs yaxşı bilir və dəyərləndirir. O, yalnız siyasi və ictimai sahədə deyil, eyni zamanda söz və fikir sahəsində də böyük təcrübəyə malikdir. Onun fəaliyyəti hər zaman milli maraqlara, milli dəyərlərə sadiq bir mövqe ilə seçilib.
Digər tərəfdən, o, dərin araşdırmaları, tarixçi kimi dəqiq biliyi və geniş dünyagörüşü ilə seçilir. Həmçinin o, siyasi fəaliyyətini də böyük məsuliyyət və enerji ilə davam etdirir.
Yunus bəy həm ictimai-siyasi xadim, həm də publisist, jurnalist və tarixçi kimi yüksək səviyyəli peşəkar olmaqla yanaşı, kamil insandır. Onun uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatına verdiyi töhfələr qiymətsizdir. Yazılarında, çıxışlarında, fəaliyyətində milli dəyərlərə və prinsiplərə bağlılıq hər zaman aydın şəkildə görünür.
65 yaşı münasibətlə Yunus bəyi ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, zəkasının həmişə üstündə olmasını və gələcəkdə də böyük yaradıcılıq uğurları arzulayırıq. Hər zaman enerjili və məhsuldar qalması, jurnalistika, siyasi fəaliyyət və digər sahələrdə ölkəmizə, xalqımıza faydalı işlər görməsi diləyimizdir

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı

YUNUS OĞUZUN 65 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ KİTAB NƏŞR OLUNUB

YUNUS OĞUZUN 65 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ KİTAB NƏŞR OLUNUB

Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, “Olaylar” qəzetinin baş redaktoru, vacib mövzularda tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Munis yazılar – 1” adlı yeni kitab işıq üzü görüb.

Kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Yunus Oğuz – 65”  layihəsinin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda,  eyni zamnda “olaylar.az”, “yazarlar.az”, “zefernews.az” və digər saytlarda yayımlanmış Yunus Oğuzun 65 illik yubileyi münasibətilə ölkənin tanınmış ziyalılarının məqalələri – ürək sözləri, səmimi dost arzuları  əsasında ərsəyə gətirilib.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin “Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar” adlı giriş məqaləsində yubilyarın jurnalist və yazıçı kimi yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib.

Kitabda Yunus Oğuz haqqında uzun illərdir onu yaxından tanıyan, çoxşaxəli fəaliyyətinə yaxşı bələd olan Rəşad Məcid, Nizami Cəfərov, Fazil Mustafa, Əkbər Qoşalı, Aydın Mirzəzadə, Vüqar İskəndərov, Zahid Oruc, Səyyad Aran, Təranə Dəmi, Asif Mərzili, Zaur Ustac  və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının ədəbi tənqid məsələləri üzrə meneceri Günnur Ağayeva  tərəfindən tərtib olunmuş “Munis yazılar – 1” kitabının redaktoru Zaur Ustac, naşiri isə Tuncay Şəhrilidir.

OXU>>Günnur Ağayeva “Munis yazılar 1” (Yunus Oguz-65) PDF

Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.

Gənclər Kitabxanasından yazıçı-publisist, türkoloq-alim Yunus Oğuzun 65 illiyinə töhfə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Yunus Oğuz “Cığırı” 65″ adlı elektron məlumat bazası və “Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Yunus_Oguz_el_melumat_bazasi/index.htmlyerləşdirilib (ehtiyat keçid: >>>> Yunus_Oguz_el_melumat_bazasi) .

Elektron məlumat bazasında Yunus Oğuzun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, akademik Nizami Cəfərovun “Şuşanın Zəfər Dastanı – Cığır”, “Tarix yalnız arxada qalmır, həm də öndən gəlir…”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Tarixi romançılıqda Yunus Oğuz yolu” və filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözovanın “Tariximizin şanlı səhifələri Yunus Oğuzun qələmində” kimi məqalələrin tam mətni təqdim edilir.

Elektron bazada yazıçının redaktoru, məsləhətçisi, “Ön söz” müəllifi olduğu kitabların, esse, məqalə, felyeton və müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Yunus Oğuzun 65 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Yunus Oğuzun sözlərində görkəmli şəxsiyyətlər”, “Dövri mətbuatda çap olunan romanlarından parçalar”, “Yunus Oğuz yaradıcılığı dünya kıtabxanalarında”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir. Bununla yanaşı elektron bazada kitabxana əməkdaşlarının hazırladığı “chr(“39″)Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi də yer alır.

Materialda tarixçi alim imzası seçilən Yunus Oğuzun “Siyasi hakimiyyətin idarəetmə prinsipləri” adlı ilk kitabının 1994-cü ildə çap edildiyi, onun “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi” əsərlərinin müəllifi olması diqqətə çatdırılır.

Virtual kitab sərgisində yazıçı-publisist, türkoloq – alim Yunus Oğuzun müəllifi olduğu və klassik tarixi romanın mükəmməl nümunələri hesab edilən “Nadir şah”, “Təhmasib şah”, “Atabəy Eldeniz”, “Səfəvi Şeyxi”, 2016-cı ilin Aprel döyüşlərinə həsr edilmiş ilk roman – “Ovçu”, “Əmir Teymur”, “Çingiz Xan”, “Cığır” romanları haqqında geniş məlumat verilir. Bu əsərlərin Azərbaycanın qədim köklərə əsaslanan tarixinin araşdırılması, təbliğ edilməsi, milli türk genefondunun, mənəvi dəyərlərin qorunub saxlanması sahəsində oynadığı mühüm tarixi əhəmiyyətdən bəhs edilir. 

“Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/yunus-oguz yerləşdirilib.
 
AZƏRTAC

Yunus peyğəmbərdən sonra üçüncü Yunus… Yunus Oğuz – 65

Yunus peyğəmbərdən sonra üçüncü Yunus

“- Qədeş, nə yaxşı şlyapan var?
– Yeri ala, sən yaxşı adam deyilsən.
– Hə, ürəyini yemə, iki manatını verəcəm də…
– Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, iş “vinimatelni” olmaqdadır. Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə…
– Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır?
– Ala, sən mənim dostumsan? Hə! Harda işləyirsən- ət kombinatında. Bir dəfə də olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə…”

Söhbətimə nahaq yerə məşhur “Uşaqlığın son gecəsi” filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, “vinimatelni” adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. Və adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır…

Müsahibələrindən birində deyir ki:- “Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz…”

Hər şeydə lider olmağı xoşlayır və ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir və gördüyü hər yeri və obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən və onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir və həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir…

“Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki!  Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər.  Mən də hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır.”- söyləyir.

Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik və mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq və etibarlıdır. Bir sözlə, şən və gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir və bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var…

Deyir ki:- “Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur…”

Evində yaratdığı rahatlıq və geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir və ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli və bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi və hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal və aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə və tez düşünən zəka yatır…

Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək “Azad söz” qəzetinin, həmçinin “Xüsusi bulleten”lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə “Ordu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. “Tərəqqi” medallı “Əməkdar mədəniyyət işçisi”-dir…

Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. “Oğuz” kəlməsi isə fərqlənməsi üçündür…

İyulun 22-si Yunus Oğuzun 65 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

“…Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə…”

Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanrının verdiyi istedad sahibi- YUNUS OĞUZ -65

Tanrının verdiyi istedad sahibi

Yunus Oğuzu 1993-cü ildən tanıyıram. Bu tanışlığa ümumi dostumuz, Yunuz Oğuzun tələbə yoldaşı, onunla birlikdə Rostov Dövlət Universitetində təhsil almış, mənim də 30 illik dostum Zahir Abdullayev vəsilə olmuşdu. O vaxtlar Yunus Oğuz gənc olmasına baxmayaraq, dövlət qulluğunda yüksək vəzifə sahibi idi- dövlət müşaviri. Bir az sonra biz Yunus Oğuzla ailəvi  görüşdük. Bu görüş mənim Yunus Oğuzla ən yaxın təmasım idi…      Sonralar müxtəlif dost məclislərində, ədəbi, ictimai-siyasi tədbirlərdə vaxtaşırı görüşür, ünsiyyətimiz daha da intensivləşirdi…Əlaqələrimiz sıxlaşdıqca  bir-birimizi daha yaxşı başa düşür, fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırırdı. İndi əvvəlki dövrlərdən daha çox ünsiyyətdəyik və mən bu ünsiyyətdən bir yaxınlıq, doğmalıq,  səmimiyyət duyuram….
    …   Ümumiyyətlə götürdükdə ömrünə-gününə bir dövlət adamı, siyasətçi, publisist və yazıçı qisməti yazılmış, keşməkeşlər və mübarizələrlə dolu bir ömür yaşayan Yunus Oğuz bir vücudda üç əsas fəaliyyəti birləşdirmişdir. Bu xüsusiyyətlərin hər üçü də paralel olaraq yaşanır və ideal formada bir- birini tamamlayır. Sözsüz ki, onun bütün fəaliyyətini bu kiçik yazıya sığışdırmaq mümkün deyil. Yunus Oğuzun həyat və fəaliyyətinin hər bir istiqaməti böyük bir mövzudur və onların hər biri haqqında ayrıca tədqiqatlar, monoqrafiyalar yazmaq lazımdır və bu monoqrafiyalar yazılır. 
      Yunus Oğuz siyasi fəaliyyətə gənc yaşlarından başlamışdır. 1988-ci ildə Rostov Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirərək mükəmməl fəlsəfə ixtisasına yiyələnən Yunus Oğuz təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstitutuna göndərilir və burada kiçik elmi işçi vəzifəsində çalışır. Bu həmin dövr idi ki, Azərbaycanın da tərkibində olduğu SSR İttifaqının mənəvi  və siyasi, həm də sosial səbəblərdən aşınmış divarları yavaş-yavaş sökülür və çökürdü…Bu çökmələr fonunda müttəfiq respublikalarda xalqların milli oyanışı özünü qabarıq şəkildə göstərir, SSRİ  hökuməti və hakimiyyətdə olan Kommunist Partiyası bu oyanışların qarşısını zorla almağa çalışsa da buna müvəffəq ola bilmirdi. Qatar tərpənmişdi və tarixin təkərini geri döndərmək mümkün deyildi.
     SSRi-nin o zamankı  rəhbəri satqın Mixail Qorbaçovun dəstəyi, Moskvada yaşayan və Qorbaçovun ətrafında yuva salmış erməni ideoloqlarının birbaşa çağırışı ilə keçmiş Dağlıq Qarabağda separatçıların törətdiyi ixtişaşlar nəticəsində Bakıda və bölgələrdə Milli Azadlıq Hərəkatı daha aktiv fazaya keçirdi və bu hərəkata qoşulanların böyük əksəriyyəti gənclər idi. Həmin gənclərin önündə gedən, onlara ideoloji istiqamət verən, yol göstərən gənclərdən biri də Yunus Oğuz idi…
     Dövlət müstəqilliyimizin bərpası, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın azadlığının və firavan yaşamasının, ərazi bütövlüyümüzün təmin edilməsi, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə nüfuz sahibinə çevrilməsi, türkçülük, turançılıq Yunus Oğuzun həyat amalı və mübarizəsinin əsas qayəsi idi və o, həyatının sonrakı dövrlərində bütün fəaliyyətini bu müqəddəs işə həsr etdi. Bu mübarizədə o iki taktiki yol seçdi. Publisistika və yaradıcılıq. 
        Yunus Oğuz hələ Fəlsəfə və Hüquq İnstitutunda işləyərkən 1989- 1991-ci illərdə “Azad söz” qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib və 1991-1992-ci illərdə “Ordu”qəzetinin baş redaktoru vəzifəsində çalışırıb. 1995-ci ildən  isə “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru vəzifəsində çalışır. 
        Mətbuat, publisistika həm də Yunus Oğuzun tale yazısı imiş. Bu il ölkəmiz Azərbaycan mətbuatının yaranmasının 150 illiyini qeyd edir. Həm də ölkəmizin mətbu ictimaiyyəti “Olaylar”ın 30 illik yubileyini qeyd edir. 22 iyul Azərbaycan mətbuatının yaranma günüdür, eyni zamanda Yunus Oğuz 22 iyulda dünyaya gəlib. Üstəlik həmin gün Yunus Oğuz həm də 65 illik yubileyini qeyd edəcək. Sadaladığım bu qədər əlamətdar tarixi günlərin Yunus Oğuzun tale göstəricisi olduğu təsadüfdür, yoxsa zərurət?  Bunu hər halda bir filosof kim Yunus Oğuz daha aydın izah edə bilər. Ancaq görünür bu tarixi rəqəmlərdə də bir mistika var.
       Bu yaxınlarda Azərbaycan Mətbuat Şurasında “Olaylar”n 30 illik tədbirinə mən də dəvət almışdım. Tədbirdə ölkəmizin görkəmli elm, mətbuat və ədəbiyyat adamları iştirak edirdi. Tədbir boyu iştirakçılar çıxış etdikcə məni sevinc qarışıq təəccüb bürüyürdü. Çağdaş mətbuatımızın öncül nümayəndələri, media kapitanları, mətbuatımızın aparıcı simalarının, görkəmli jurnalistlərin böyük bir dəstəsi sən demə öz fəaliyyətlərini Yunus Oğuzun yaratdığı və 30 il rəhbərlik etdiyi “Olaylar”dan başlamışlar. Deməli Yunus Oğuz təkcə qəzet yaratmayıb, həm də məktəb yaradıb və ölkəmizin jurnalistlər ordusunun xeyli hissəsi “Olaylar” məktəbini keçib. Yunus Oğuzun nüfuzlu bir informasiya agentliyinin rəhbəri olaraq haqqında çox dəyərli sözlər deyilib, lakin mənim ən xoşuma gələn fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini hörmətli Natiq Məmmədlinin ifadəsindən eşitdim : “Olaylar”ın ənənə yaratmış başqa qəzetlərdən fərqli xüsusiyyəti ondan ibarətdir ki, “Olaylar” bir fikir məktəbidir. “Olaylar” həm də bir ədəbi məktəbdir. Onun başında dayanan, rəhbərlik edən şəxsiyyətin öz keyfiyyəti, xarakteri, yaradıcılıq tərzi yaratdığı qəzetdə özünü ifadə edib. Bir yazıçı kimi Yunus Oğuzun məqsədi Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan ibarətdir. “Olaylar” da bizim mətbu yaddaşımızdır”. Məncə şərhə ehtiyac yoxdur.
 Yunus Oğuzun fəaliyyətinin 3-cü hissəsini,  vaxtının və düşüncəsinin əhəmiyyətli hissəsini bədii yaradıcılıq təşkil edir. Ümumiyyətlə, yaradıcılıq Yunus Oğuzun stixiyasıdır. O, publisistikasında da, nəsrində də, dramaturgiyasında da yaradıcı bir şəxs olaraq çıxış edir. Nə qədər mübahisəli də olsa mən jurnalistikanı da yaradıcılıq hesab edirəm. Və bu mənada Yunus Oğuzu həm jurnalist, həm də yazıçı və nasir kimi hərtərəfli yaradıcı bir şəxs hesab edirəm. Belə düşünürəm ki, onun publisistikasında bir bədiilik, nəsr əsərlərində və pyeslərində publisistika var. Bəlkə də dediyim bu fikir mübahisə doğurar. Ancaq mənim qənaətim belədir.
      Heç şübhəsiz ədəbiyyat tariximizdə Yunus Oğuz cox ciddi və maraqlı publisistikası,  dramaturgiyası ilə yanaşı  məşhur bir romançı- tarixi romanlar müəllifi kimi qalacaq. Azərbaycan ədəbiyyatı tarixində tarixi roman yazan müəlliflərimiz kifayət qədər olmuşdur və bu gün də bu ədəbi proses davam edir. Bununla belə Yunus Oğuz qədər məhsuldar tarixi roman yazan ikinci bir müəllif yadıma gəlmir. Hər kəs bilir ki, bu səpkili əsər yazmaq müəllifdən istedad qarışıq, həm də müraciət etdiyi tarixi dövr və hadisələr barədə zəngin bilik və informasiya tələb edir. Onun tariximizi dərindən bilməsi, ictimai özünüdərk, vətənpərvərlik, vətəndaşlıq mövqeyi, Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələlərində keçdiyimiz çətin və şərəfli yolu, həm də səhvlərimizi öz əsərlərində əks etdirən və tarixdən ibrət götürmək üçün bir çağırış edən Yunus Oğuzun tarixi mövzulara müraciət etməsinin əsas səbəbləridir, Bu istək həm də onun vətəndaşlıq, dövlətçilik, milliyyətçilik mövqeyindən irəli gəlr.  Qeyd etdiyim kimi Yunus Oğuz çox məhsuldar bir yazıçıdır. Onun tarixi roman və pyeslərinin adları saymaqla bitmir və bu əsərlər oxunur, sevilir, təkrar-təkrar nəşr edilir, dərsliklərə salınır, dərsdənkənar oxu ədəbiyyatı kimi istifadə olunur, tərcümə edilir, xarici ölkələrdə təqdimatı keçirilir, haqqında araşdırmalar aparılır, tamaşaya qoyulur, həmin əsərlər əsasında ssenarilər yazılır, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda müxtəlif çoxsaylı mükafatlar, ödüllər alır. Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatıda, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib. Bütövlükdə 30 -a yaxın ölkədə 50-dən çox kitabı nəşr edilib. Kitabları haqqında üç monoqrafiya yazılıb. Əsərlərinin xarici dillərə tərcümə olunaraq nəşr edilməsi dövlətimizin və xalqımızın tarixinin və dəyərlərinin dünyada tanıdılmasında, təbliğində mühüm rol oynayır və bütün bunlar Yunus Oğuzun xalqına vətəninə, dövlətinə xidmət nümunəsidir.
       Yunus Oğuzun 44 günlük Vətən müharibəsi və   qələbəmizə həsr olunmuş “Cığır” romanı bu mövzuda son illər yaradılmış ən dəyərli əsərlər sırasındadır. O, “Cığır”ı qibtə ediləcək bir sürətlə yazdı. Ümumiyyətlə, sürətli yazı Yunus Oğuz yaradıcılığı üçün xasdır ki, bu da onun yaradıcılıq stixiyasından irəli gəlir.  Sanki, mövzu onun içində illərlə yuva salır və kiçicik bir qığılcım lazımdır ki, mövzu müəlifin içindən vulkan kimi püskürsün. Yunus Oğuz əsərlərində tarixi paralellər apramaqla, həm də bu prosesləri bir-biri ilə sıx bağlayır. Əsər boyu tarixi dərinliklərə vararaq oxucuya haşiyələrlə daha maraqlı məlumatlar verir. Onun tarixi romanlarının adlarına, əsərdə nəql olunan hadisələrə və bu əsərlərin baş qəhrəmanlarına diqqət yetirsək görərik ki, bu əsərlər tarixin müxtəlif dönəmlərində fəaliyyət göstərmiş türk dünyasının hökmdarlarına, sərkərdələrinə, dövlət xadimlərinə və onların iştirakı ilə cərəyan edən hadisələrə həsr olunmuşdur ki, burda da müəllifin əsas məqsədi “Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan”və tarixdən ibrət götürməkdən ibarətdir
      Son vaxtlar “Olaylar” qəzetinin səhfələrində dərc olunan parçalardan aydın olur ki, Yunus Öğuz “Türk etnonimləri və törələri” adlanan daha bir qiymətli əsər üzərində işləyir və  hiss olunur ki, bu əsər türklük və türkçülük elminə daha bir qiymətli və sanballı töhvə olmaqla onu daha da zənginləşirəcək. 
      Yunus Oğuzun şəxsiyyəti də yaradıcılığıl və fəaliyyəti kimi bütövdür.Tanrının verdiyi istedad, zəngin tarixi bilgi, fəlsəfi düşüncə, zəhmətsevərlik, sürətli və məhsuldar yaradıcılıq, təvazökarlıq və sadəlik, dövlətçilik, milliyətçilik, türklük və türkçülük, turançılıq onun yaradıcılığı üçün xarakterikdirsə, peşəkarlıq, operativlik, yenilik, qərəzsizlik, vətənpərvərlik, vətəndaşlıq onun publisistikası üçün xarakterikdir və o, şəxsi keyfiyyətləri ilə də yaradıcılığını tamamlayır. Bütün istedadı və möhtəşəm yaradıcılığı ilə həm də son dərəcə təvazökar, təkəbbürdən uzaq, sadə, səmimi, hay-küydən kənar, dövlətinə, xalqına, vətəninə, dostluğa sədaqət nümunəsi, mövqeyinə görə həm özünə, həm də qarşı tərəfə münasibətini dəyişməyən bir şəxsiyyətdir.
       Yunus bəy bu günlər 65 illik yubileyini qeyd edərək yaşının müdriklik çağına qədəm qoyur. Onsuz da müdrik olan Yunus bəyi səmimiyyətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırm. 
 Ramiz GÖYÜŞ,