Etiket arxivi: AZƏRTAC xəbər verir ki

Gənclər Kitabxanasından yazıçı-publisist, türkoloq-alim Yunus Oğuzun 65 illiyinə töhfə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Yunus Oğuz “Cığırı” 65″ adlı elektron məlumat bazası və “Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Yunus_Oguz_el_melumat_bazasi/index.htmlyerləşdirilib (ehtiyat keçid: >>>> Yunus_Oguz_el_melumat_bazasi) .

Elektron məlumat bazasında Yunus Oğuzun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, akademik Nizami Cəfərovun “Şuşanın Zəfər Dastanı – Cığır”, “Tarix yalnız arxada qalmır, həm də öndən gəlir…”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Tarixi romançılıqda Yunus Oğuz yolu” və filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözovanın “Tariximizin şanlı səhifələri Yunus Oğuzun qələmində” kimi məqalələrin tam mətni təqdim edilir.

Elektron bazada yazıçının redaktoru, məsləhətçisi, “Ön söz” müəllifi olduğu kitabların, esse, məqalə, felyeton və müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Yunus Oğuzun 65 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Yunus Oğuzun sözlərində görkəmli şəxsiyyətlər”, “Dövri mətbuatda çap olunan romanlarından parçalar”, “Yunus Oğuz yaradıcılığı dünya kıtabxanalarında”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir. Bununla yanaşı elektron bazada kitabxana əməkdaşlarının hazırladığı “chr(“39″)Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi də yer alır.

Materialda tarixçi alim imzası seçilən Yunus Oğuzun “Siyasi hakimiyyətin idarəetmə prinsipləri” adlı ilk kitabının 1994-cü ildə çap edildiyi, onun “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi” əsərlərinin müəllifi olması diqqətə çatdırılır.

Virtual kitab sərgisində yazıçı-publisist, türkoloq – alim Yunus Oğuzun müəllifi olduğu və klassik tarixi romanın mükəmməl nümunələri hesab edilən “Nadir şah”, “Təhmasib şah”, “Atabəy Eldeniz”, “Səfəvi Şeyxi”, 2016-cı ilin Aprel döyüşlərinə həsr edilmiş ilk roman – “Ovçu”, “Əmir Teymur”, “Çingiz Xan”, “Cığır” romanları haqqında geniş məlumat verilir. Bu əsərlərin Azərbaycanın qədim köklərə əsaslanan tarixinin araşdırılması, təbliğ edilməsi, milli türk genefondunun, mənəvi dəyərlərin qorunub saxlanması sahəsində oynadığı mühüm tarixi əhəmiyyətdən bəhs edilir. 

“Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/yunus-oguz yerləşdirilib.
 

AZƏRTAC

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Türkiyənin Trabzon Sənət Teatrı Bakıda Firuz Mustafanın “Neytral zona” tamaşasını təqdim edib.

Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqı sədri vəzifəsi səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov sözügedən layihədən danışıb. Bildirib ki, ötən illər ərzində Layihə çərçivəsində bəzi teatrlar Teatr Xadimləri İttifaqının səhnəmizdə maraqlı tamaşalarla çıxış edib.

Trabzon Sənət Teatrının 1993-cü ildən fəaliyyət göstərdiyini diqqətə çatdıran H.İsmayılov qeyd edib ki, sənət ocağının yaradıcısı və bədii rəhbəri Necati Zengindir və o, teatrda çox sayda tamaşaya quruluş verilib. Bu tamaşaların əksəriyyəti türk və dünya dramaturqlarının əsərləri əsasında hazırlanıb. Türkdilli xalqların dramaturgiya nümunələri teatrın repertuarında möhkəm yer tutur. Ötən 30 il ərzində Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi teatrı daim dəstəkləyib. Trabzon Sənət Teatrı Ankara, İstanbul, Qars, Ərzurum, Ordu və digər əksər şəhərlərdə çıxış edib.

“Teatr 2006 və 2009-cu illərdə Gürcüstanda uzunmüddətli qastrollarda iştirak edib. Repertuarında bir çox klassik və müasir dramaturqların əsərlərinə müraciət olunub. Buna misal olaraq, Maksim Qorkinin “Birincilər”, Eduardo de Filipponun “Milyonçu Napoli”, Nazim Hikmətin “Fərhad və Şirin”, Yaşar Kamalın “Yer dəmir, Göy bakir”, Əziz Nesinin “Qaragözün antenorluğu”, Çingiz Aytmatovun “Dənizdə ala köpək”, Tufan Minulinin “Şeytana lənət” və digər müəlliflərin əsərlərinin adlarını çəkmək olar. “Neytral Zona” indiyə qədər bir sıra ölkələrin – Türkiyə, Ukrayna, Azərbaycan və Rusiyanın teatrlarında uğurla oynanılıb. Səhnə bədii rəhbəri Necati Zəngin, rejissoru Cemire Can Avçıdır”,- deyə o əlavə edib.

Tamaşanın nümayişindən sonra Trabzon Sənət Teatrı və sənət ocağının bədii rəhbəri Necati Zengin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə əsasən mükafata layiq görülüb. Həmçinin Əməkdar incəsənət xadimi Firuz Mustafa “Neytral zona” tamaşasının orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

AZƏRTAC 

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru