Etiket arxivi: AZƏRTAC

Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib

Dekabrın 9-da (2024) Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Fond ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstərir.

“Bu, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış 17-ci kitabın təqdimatıdır. Kitabı Rəbiqə Nazimqızı tərcümə edib. Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” adlı 3 kitab seriyası təsis edib. Parisdə dekabrın 13-də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər”, – deyə A.Raimkulova əlavə edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Azərbaycan xalqı Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına dərin hörmətlə yanaşır. “Bu il Bakıda artıq ikinci dəfə Qırğızıstanın görkəmli ədəbiyyat nümayəndəsi TÜRKSOY-un Baş katibi Sultan Rayevin kitabının təqdimatına toplaşmışıq. Azərbaycan Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu birgə bir sıra layihələr reallaşdırır. Bu bizim birgə həyata keçirdiyimiz növbəti layihədir. Əminəm ki, gələcəkdə belə layihələrin sayı daha çox olacaq”, – deyə nazir vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışlarında Sultan Rayevin “Daşqın” əsəri barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, Azərbaycanda Türk dünyasının yazıçılarının əsərlərinə daim maraq olub. Bu günlərdə Bakıda türk xalqları ədəbiyyatının yeni məzmun və ideyalarla zənginləşməsində böyük xidmətləri olan, ümumtürk dünyasının parlaq simalarından biri Çingiz Aytmatova həsr olunmuş böyük görüş keçiriləcək.

Diqqətə çatdırılıb ki, Sultan Rayevin “Daşqın” əsərində “Nuhun tufanı yeni dövrdə baş versə nələr olar” axtarışında fikirlər irəli sürülüb. Kitabda əslində Nuhun tufanın müasir zamanda baş verdiyini göstərilir. Belə ki, hazırda insanlar suya deyil, internetə qərq olub boğulurlar. Kitabda, həmçinin süni intellektin gətirdiyi problemlər araşdırılır.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında deyib ki, Manas kimi min yaşlı zəngin ədəbi-bədii irs üzərində boy atmış müasir qırğız ədəbiyyatı XX əsr dünya ədəbiyyatına Çingiz Aytmatov kimi nəhəng düha sahibini bəxş etdi. “Düşünmək olardı ki, qırğız ədəbiyyatı artıq öz sözünü deyib. Ən azı Ç.Aytmatovdan sonra müasir qırğız ədəbiyyatında yeni söz demək çox böyük cəsarət tələb edəcəyindən yeni möcüzə gözləmək ağıllara gəlməzdi. Amma möcüzə baş verdi, Sultan Rayev özündə bu cəsarəti tapdı və kifayət qədər uğurlu bir şəkildə öz ədəbi dəst-xətini Türk dünyası ədəbiyyatının rəqabət meydanına çıxara bildi. Sultan Rayev nə Manas yazdı, nə də Aytmatov üslubunu təkrar etdi. O yazdığı romanlarla hörmətli akademik İsa Həbibbəylinin “magik realizm” adlandırdığı ən müasir ədəbi trendinin altında öz imzasını atdı. Bu imza olduqca möhtəşəmdir və bütün Türk dünyasına Sultan Rayevlə fəxr etmək imkanı qazandırıb”, – deyə Cavanşir Feyziyev əlavə edib.

“Daşqın” əsərinin müəllifi Sultan Rayev çıxışında kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi keçən hər kəsə təşəkkür bildirib.

Daha sonra Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Hüsniyyə Mürvətova “Daşqın” romanından bir parçanı oxuyub.

Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Qırğızıstan səfirliyinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mənbə: AzərTac

Sultan Rayev haqqında

Gənclər Kitabxanasından yazıçı-publisist, türkoloq-alim Yunus Oğuzun 65 illiyinə töhfə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Yunus Oğuz “Cığırı” 65″ adlı elektron məlumat bazası və “Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Yunus_Oguz_el_melumat_bazasi/index.htmlyerləşdirilib (ehtiyat keçid: >>>> Yunus_Oguz_el_melumat_bazasi) .

Elektron məlumat bazasında Yunus Oğuzun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, akademik Nizami Cəfərovun “Şuşanın Zəfər Dastanı – Cığır”, “Tarix yalnız arxada qalmır, həm də öndən gəlir…”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Tarixi romançılıqda Yunus Oğuz yolu” və filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözovanın “Tariximizin şanlı səhifələri Yunus Oğuzun qələmində” kimi məqalələrin tam mətni təqdim edilir.

Elektron bazada yazıçının redaktoru, məsləhətçisi, “Ön söz” müəllifi olduğu kitabların, esse, məqalə, felyeton və müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Yunus Oğuzun 65 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Yunus Oğuzun sözlərində görkəmli şəxsiyyətlər”, “Dövri mətbuatda çap olunan romanlarından parçalar”, “Yunus Oğuz yaradıcılığı dünya kıtabxanalarında”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir. Bununla yanaşı elektron bazada kitabxana əməkdaşlarının hazırladığı “chr(“39″)Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi də yer alır.

Materialda tarixçi alim imzası seçilən Yunus Oğuzun “Siyasi hakimiyyətin idarəetmə prinsipləri” adlı ilk kitabının 1994-cü ildə çap edildiyi, onun “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi” əsərlərinin müəllifi olması diqqətə çatdırılır.

Virtual kitab sərgisində yazıçı-publisist, türkoloq – alim Yunus Oğuzun müəllifi olduğu və klassik tarixi romanın mükəmməl nümunələri hesab edilən “Nadir şah”, “Təhmasib şah”, “Atabəy Eldeniz”, “Səfəvi Şeyxi”, 2016-cı ilin Aprel döyüşlərinə həsr edilmiş ilk roman – “Ovçu”, “Əmir Teymur”, “Çingiz Xan”, “Cığır” romanları haqqında geniş məlumat verilir. Bu əsərlərin Azərbaycanın qədim köklərə əsaslanan tarixinin araşdırılması, təbliğ edilməsi, milli türk genefondunun, mənəvi dəyərlərin qorunub saxlanması sahəsində oynadığı mühüm tarixi əhəmiyyətdən bəhs edilir. 

“Yunus Oğuz – tarixi romanların müasir ustası mövqeyində” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/yunus-oguz yerləşdirilib.
 

AZƏRTAC

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Türkiyənin Trabzon Sənət Teatrı Bakıda Firuz Mustafanın “Neytral zona” tamaşasını təqdim edib.

Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqı sədri vəzifəsi səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov sözügedən layihədən danışıb. Bildirib ki, ötən illər ərzində Layihə çərçivəsində bəzi teatrlar Teatr Xadimləri İttifaqının səhnəmizdə maraqlı tamaşalarla çıxış edib.

Trabzon Sənət Teatrının 1993-cü ildən fəaliyyət göstərdiyini diqqətə çatdıran H.İsmayılov qeyd edib ki, sənət ocağının yaradıcısı və bədii rəhbəri Necati Zengindir və o, teatrda çox sayda tamaşaya quruluş verilib. Bu tamaşaların əksəriyyəti türk və dünya dramaturqlarının əsərləri əsasında hazırlanıb. Türkdilli xalqların dramaturgiya nümunələri teatrın repertuarında möhkəm yer tutur. Ötən 30 il ərzində Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi teatrı daim dəstəkləyib. Trabzon Sənət Teatrı Ankara, İstanbul, Qars, Ərzurum, Ordu və digər əksər şəhərlərdə çıxış edib.

“Teatr 2006 və 2009-cu illərdə Gürcüstanda uzunmüddətli qastrollarda iştirak edib. Repertuarında bir çox klassik və müasir dramaturqların əsərlərinə müraciət olunub. Buna misal olaraq, Maksim Qorkinin “Birincilər”, Eduardo de Filipponun “Milyonçu Napoli”, Nazim Hikmətin “Fərhad və Şirin”, Yaşar Kamalın “Yer dəmir, Göy bakir”, Əziz Nesinin “Qaragözün antenorluğu”, Çingiz Aytmatovun “Dənizdə ala köpək”, Tufan Minulinin “Şeytana lənət” və digər müəlliflərin əsərlərinin adlarını çəkmək olar. “Neytral Zona” indiyə qədər bir sıra ölkələrin – Türkiyə, Ukrayna, Azərbaycan və Rusiyanın teatrlarında uğurla oynanılıb. Səhnə bədii rəhbəri Necati Zəngin, rejissoru Cemire Can Avçıdır”,- deyə o əlavə edib.

Tamaşanın nümayişindən sonra Trabzon Sənət Teatrı və sənət ocağının bədii rəhbəri Necati Zengin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə əsasən mükafata layiq görülüb. Həmçinin Əməkdar incəsənət xadimi Firuz Mustafa “Neytral zona” tamaşasının orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

AZƏRTAC 

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İstanbulda nəşr edilib

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İslambulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.

Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.

“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.

Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.

İlkin mənbə: /azertag.az/

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ


ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.

Jurnalistlərin VIII qurultayı çərçivəsində baş tutan səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:

1. Rəşad Məcid

2. Vüqar Rəhimzadə

3. Vüsalə Mahirqızı

4. Elçin Mirzəbəyli

5. Rauf Arifoğlu

6. Niyaz Niftiyev

7. Aydın Quliyev

8. Azər Həsrət

9. Elşad Eyvazlı

10. Aqil Ələsgər

11. Hacıbəy Heydərli

12. Alqış Musayev

13. Akif Aşırlı

14. Səadət Məmmədova

MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır:

15. Əflatun Amaşov

16. Qulu Məhərrəmli

17. Vüqar Zifəroğlu

18. Bəhruz Məmmədzadə

19. Yadigar Məmmədli

20. Ceyhun Musaoğlu

21. Umud Mirzəyev

22. Müşfiq Ələsgərli

23. Fərid Pərdəşünas


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru