“ŞAH” adlı almaz rus çarına Tehrandakı qətliamı unutdurdu Tarix dərsliklərindən sizə yaxş məlumdur ki, 30 yanvar 1829-cu ildə Tehranda Rusiya səfirliyinin əməkdaşları bir qrup təxribatçı tərəfindən qətlə yetirilib. Səbəbkar- iki təxribatçı erməni qadını olmuşdu. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub. Söhbət təlcə bundan getmir. Bəs gəlin görək Rusiya imperiyasının rəhbərliyi bu məsələyə necə münasibət göstərdi və nəticə necə oldu? Tehran səfirliyində baş verən qətliam əvvəlcə ciddi diplomatik qalmaqala səbəb oldu. Bir il öncə biabırçı Türkmənçay sazişini bağlamış İran rusların yeni hədəfi oldu. Fətəli Şah qorxudan tez əl-ayağa düşdü, Rusiya ilə münasibətləri nizamlamaq üçün nəvəsi Xosrov Mirzəni Sankt Peterburqa bir növ girov göndərdi. Onun vəzifəsi səfirin öldürülməsinə görə üzrxahlığın qəbul edilməsinə və təzminat yükünün yüngülləşdirilməsinə nail olmaq idi. Xosrov Mirzənin Rusiya imperatoru I Nikolaya təqdim etdiyi saysız-hesabsız zəngin hədiyyələr arasında məşhur, qiyməti milyardlarla ölçülən 88,7 karatlıq “Şah” almazı – brilliantı da var idi. Yeri gəlmişkən, həmin almaz 1450-ci illərdə Hindistanda (Qolkonda mədənlərində) tapılmışdır. Bu tarixi incəsənət əsəri günümüzdə Rusiyanın Almaz Fondunda (Moskva Kremli) nümayiş etdirilir. Mütəxəssislər ona qiymət qoya bilmir, qiymətsiz hesab edir. Çünki dünyanın ən qiymətli- brilliantının-almazın qiyməti milyardlar dəyərindədir. Amma misal olaraq deyim ki, almazın 1 qramının 10 min dollaracan qiymətləndirilir. Haqqında haqlı olaraq əfsanələr dolaşan almazı görəndə necə deyərlər Rusiya Çarının gözü kəlləsinə çıxdı. I Nikolay – Xosrov Mirzədən almazı qəbul edərkən çox məmnun oldu, baş verən qətliamı unutdu və sevincək dedi: “Mən bundan sonra faciəli Tehran hadisəsini əbədi unudacagam”.
Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin köşə yazarı.
ÖLKƏM QƏDƏR
Ölkəm qədər qırğınam, kölgəm qədər kədərli, nə çöldə çölçü oldum, nə şəhərdə şəhərli.
Nəfəsim yanğın yeri, qəlbim paramparçadı, içimdə üsyanlarım çəkilmiş tapançadı.
Min nalədən qurulmuş bu taxt-tac viran olsa, Tanrıya məktubum var, alıb aparan olsa…
Bir yalanın hökmünə, bütün yalanlar haqlı, nə sevdalar yaşanır, zindanlarda yasaqlı!
Öfkəm qədər doluyam, ölkəm qədər yıxılmış, hirsim ovuclarımda süngü kimi sıxılmış!
***
Gəlişimi gözləmə, çəkilən yuxun kimi, səni qoyub gedirəm, arzuladığın kimi.
Nə tez keçdi son bahar, nə tez düşdü soyuqlar, qəlbimdən hara üzür, bu ağ kağız qayıqlar?
Qar yağır narın-narın, köhnə gecəqondular elə bil sırsıradan yerə çöküb dondular.
yenə hər şey yarımçıq, havadakı bu kədər, bu sarılıq tanışdı, yenə uzaqlardasan, dilimdə o misra var- “bir gün qayıdacaqsan…” nə gözəl aldanışdı…
TOPLA BU AYRILIĞIN SARI YARPAQLARINI
İnandığım nağıllar “daha bitdi burda” de, ta qırmızıpapaq da gəlməyəcək, qurda de…
Bir ümiddi… kəsim qoy, sən də son nöqtəsin qoy, gözlərim gözləsin qoy, düşdüyü çuxurda, de…
Qarşı şəhər qardadı, ` yol da hələ hardadı, fikrin uzaqlardadı, gəlməsin bu yurda, de…
Pərilər suda qaldı, hər şey arzuda qaldı, səssiz bir vida qaldı, onu da axırda de…
Gecənin ortasında bir özünsən, bir “o” var, bir də fikirlərindən asılı bir tablo var…
bir çöl kimsəsizliyi, üşüyən astanalar, içəridə boş evlər, dolu həbsxanalar…
pəncərələr dumanlı, şüşələri his vurub, gözlərini qıyarsan, küçədə polis durub…
qəfil bir kölgə düşər bayırdan pəncərəyə, xoflanıb öz-özünə, çəkilərsən geriyə…
baxarsan boş otağın küncünə qısılmısan, o kədərli tablonun ipindən asılmısan…
Sənsiz piyada yoldu səkilər qaranlığa, pərdəli pəncərələr çəkilər qaranlığa, baxaram xəyalların boz-bulanıq rəsminə, yandırdığım həyatın üzü yanıq rəsminə…
Fikirlər acı çəkir ömrün tütün yerində, bir qarağac quruyub son ümidin yerində, bir əl uçurumunda çırpınır tutmaq üçün, özüylə savaşdadı kimsə unutmaq üçün…
Baxıram qanı sızır ovcumdan tikanların, yarısı göz yaşıdı duzlu okeanların, payızdan yarpaq tökür yeni günə ayrılıq, ən gözəl şeirlərin sonu yenə ayrılıq…
Yenə işıqlar sönük… fənərlər hanı, yoxdu, dolaşıq küçələrin sənə ünvanı yoxdu… sənsiz piyada yoldu səkilər qaranlığa, gəlsən, gözəl görərdik dünyanı bir anlığa…
Əslində, nə gözəl şey mövsümlə yaşananlar, lap bu çiskinli hava, bu hüzünlü son bahar…
əslində, insanca yaşamağın özgə bir halı varmı, mərmilər yağıb, ardınca göy qurşağı çıxarmı? . əslində, nə gözəl şey dalıb getmək payızlaşan bağlara, kədərlənmək yarpaq tökümünə məhkum sovrulan ağaclara… əslində, hər payız da bir bahara nəfəs ki, son yarpaqla bir məhkumun son sözü bənzəməz ki…
Fikirlərin dolaşıq, havalar külək yenə, bağla pəncərələri, pərdələri çək yenə, hər gün elə bilirsən kimsə gedəcək yenə, bir köç hüznü sovurur ilin bu vaxtlarını… . kimdi, heç kiriməzmi, içindəki ağlağan, çiçək arzularına lopa-lopa qar yağan, yuxusuz yatağında bir avara sağsağan boğuq qırıltısıyla açar sabahlarını… . üzü qışa uzanar uzaqlar gecən kimi, nə tez keçdin, ağacdan son bahar keçən kimi, mən ki yer dəyişmədim, qayıt öz küçən kimi, topla bu ayrılığın sarı yarpaqlarını…
Bu qış da əriyib getdi donmuş ovuclarımdan, aprel yağmurlarında günəşli sabahlara zaman gözləyir sıram, təqvimdən yoxsul günlərin paradı keçir, yarımçıq arzuların rekviyemi çalınır və mən məğlub tərəfi həyatın… susuram… balaca məsum kəndlər rəngli çocuqluğudu xatirələrin, milyonların qocaman tənhalığıdı böyük şəhərlərin dayanılmaz tünlüyü, yaşamaq da bu yorğun xorun ifasısa kədərli, üzülmə, bir matəm marşı ilə bitər hər kəsin üzgünlüyü… yenə qaranquş yuvaları qondu budağına baharın, sağ çıxdıq altından əriyən qarın, yenə bir şeir oxu yenilərdən, ötənlərdən bir türkü dinlə, bəlkə bu da ayrılığın formulu, sənin susqunluğun küylü insanlarla dolu, mənim yalnızlığım səninlə…
Başlayanda yaşıl yaz yağışları, qarağaclar çağıranda quşları, buludlarda gizli qalmış qış qarı vaxtsız bir gülə düşər, bax eləyəm… yolda qalan iki yolçu, sən biri, göy üzündə qoşa leyləkdən biri qəflətən tüfəng səsinə diksinib çırpınıb gölə düşər, bax eləyəm… bir adam sükutun səsindən dəli, bağlandığı can qəfəsindən dəli, ruhu necə quru cisimdən dəli ayrılıb çölə düşər, bax eləyəm… şairlərin ey kimsəsiz qəribi, kim kiridər, ağlama, biz qəribi, son nəfəsdən qopan intihar ipi qırılıb yerə düşər, bax eləyəm…
Hələ baxma göy üzünə, sorğu-sual burdadı, necə düşübsə qəlibə, hamı bir fiqurdadı. Görəsən, ilk heroqlifi daş üstünə kim çəkib, sanki daşmış adamlar da, kim isə qrim çəkib.
Ey quraqda bağça salan, bizə viranı qalmış, çatıb gördük kölgəsi yox, quru tikanı qalmış. İndi kəsik ağacların ardınca bir ah çəkib, düşünürəm dərdli-dərdli, bura hardan su gətirim, bura hardan arx çəkim?..
Sən də gendə duran adam, nə baxırsan, ta durma, əl at topla o çöpləri, kötük kimi oturma. Gəl başlayaq, hərəkətdə hər zaman diriliş var, söz dünyanı düzəltməksə, hələ dünyalıq iş var…
Hələ səni güldürməyə səbəbim yox, kefsizəm, neçə həpənd gizli-gizli quyu qazır gör bizə. Hələ başdan çayı kəsən əjdaha var arxada, əlbət, bir gün su gələcək bu qurumuş arxa da,
diriləcək ölü yerə basdırılan toxumlar, qayıdacaq bilinməzə sürgün gedən yaxınlar, ağaclar çiçəklənincə, qaranquşlar gəlincə, ruhumuz da şad olacaq göylərə çəkilincə…
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Qayıt, mənim gülüm, yerbəyer elə, Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi, Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı…
QAYTAR ANA BORCUNU
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!” Ana yuxularında tez-tez Bakıya getdi, Ana məktub yazdı ki: “Yanıltma gümanımı, Pul nədir, pul deyirsən, göndərərəm canımı”. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi tətil oldu, Ananı fikir aldı, ananın əsdi dizi Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu… O yolmadı saçını, Səsləri qonşuları Əsmər, Çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub məktub dalınca axdı, Bakıya xdı, Ana da məktubların dalınca baxdı, baxdı… Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, Məktublar əzik-üzük, məktublar bezdi gəldi, Ana yenə də baxdı gah dolama yollara, Gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdümü o büzmədodaq bir qıza? Oğul böyütdümü o. min işvəyə, min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu, Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri! O sözü, o söhbəti gülüşü anan verib, Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul, ayaqlarına Yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha Qaytar, qaytar onları. qaytar qoyma sabaha! Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. Oğul demərəm sənə! Deyirəm ki, o boyu, buxunu qaytar geri! Deyirəm ki, varını, yoxunu qaytar geri! Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri! Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!
İKI SEVGI
Paylaş Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub,
Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə.
1953
O QIZA
Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda. Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən. Kamal ol ki ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində. kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Kimə. niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta. yada deyilməz. Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti. Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana. Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.
BABƏKIN QOLLARI
Qolu sındırılmış Babək. Yurdu yandırılmış Babək. Qan rəngli bir arabada Şərq boyda bir xarabada Söyə-söyə, Döyə-döyə, Hamıya görk olsun deyə Kənd-kənd gəzdirilən Babək, Ölübən-dirilən Babək; Qollarını görməyəndə Azca rahat olan Babək; Bir qırmızı yuxu içrə, Uzaqlara dalan Babək. Deyən Babək: – Aman dostlar, Hücum çəkin qoşun-qoşun, Orda mənsiz qılınc çalan Qollarımla bir vuruşun.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
SÜCAƏT (Sücaət Yunus oğlu Əhmədov – 1946-2002) Sücaət Yunus oğlu Əhmədov 1946-cı il iyun ayının 4-də Kəlbəcərdə dünyaya göz açıb. 2002-ci il noyabr ayının 7-də Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat edib. Məzarı Göygöl rayonundadır.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.