Etiket arxivi: ZAUR USTAC KİMDİR

ZAUR USTAC “BB” HEKAYƏSİ

BAYRAQ HEKAYƏLƏR TOPLUSU

ZAUR USTAC

Zaur Mustafa oğlu Mustafayev 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonu, Yusifcanlı kəndindəndir. Hazırda Bakı şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

BB

20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də, ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasında əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü:

-Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14-ü qaldırın.

-Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi, görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular, ay xanım?” – deyə bir də xanımdan soruşdum.

-Xeyr. Soruşdular işçilərdən orada kim var?

-Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı, – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – Xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi:

-Olar, sizə elə kəsədən Əli müəllim deyim?

-Bəli. Olar. Buyurun. Eşidirəm sizi.

-Sizi “BB”-dən İlahə xanım narahat edir.

-Buyurun, İlahə xanım, – Məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz, xoşdur. – davam etdim.

-Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım?

-Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi?

-Bəli. Zəhmət olmasa, qeyd edin.

-Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam.

Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB”nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB”nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104”-ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı:

-Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm.

-Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik.

-Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin, mən saxlayım. Bu qalstuklardan birini bağlasanız, lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar-naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb:

-Mən hazır, – dedim.

Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət:

-Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə:

-Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu? – deyə düz gözlərimin içinə baxdı.

-Əli Mülayim.

-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun.

-Elədir.

-Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25-i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin.

-Lap yaxşı. Aydındır, Bəy Bala müəllim.

-Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı.

-Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum.

-İndi deyin görüm, hazır gəlmisiniz, yoxsa, hər işi mən görəcəm?

-Nə mənada?

-Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün?

-Əlbəttə.

-Onda başlayaq.

-Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum.

-Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. Maşallah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala, və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir.

-Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa, bu barədə danışın.

-Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə dayandı. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir, fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da bizdə idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək, deyərəm alıb gətirər. Narahat olma, ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni, mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı?

-Bəli. Bəli. Yaxşı yadımdadır.

-Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər, camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonunun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da birbaşa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim, səhər açılan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşallah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e… mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz-özünə düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam-tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara.

-Üzr istəyirəm, niyə məhz belə?

-Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşallah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər.

-Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada?

-Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur, vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun.

-Bəs onlar nə iş görürdülər?

-“Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər.

-Bəs sökməyiblər oranı?

-Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz, çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz, hər ayın 5-i həm xərcliyinizi, həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər-axşam şəhərin insanlar gur olan yerlərdə, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin.

-Üzr istəyirəm, belə niyə?

-Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşallah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Özü də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşallah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100-ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu, bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi.

-Bu işlə yalnız Bakıda məşğulsunuz?

-Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk.

-Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı?

-Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni, o, işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm.

-Bəs Ballı xanımdan başqa?

-Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var-yox bircə oğlum Bic Bala buraxdı bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun, halal uşaqdır. Demişəm, əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa, qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da oldu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var, adını da yenə arvad tərəf 2 “B”-ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə, qızm Böyük Bacıyla  baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək:

-Evlisiniz, subay?

-Subay.

-Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız?

Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim.

-Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də, xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi.

-Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişsə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam.

-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan, get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək!

-Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım.

İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır.

26.12.2021 – Bakı şəhəri

MÜƏLLİF: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

RAMİZ İSMAYILIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
 HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEVİNDİK NƏSİBOĞLUNUN QƏLƏMİNDƏN:-TƏBRİK!

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

ZAUR USTAC HAQQINDA

Bu gün şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü hörmətli Zaur Ustacın doğum günüdür.

Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışdır.Ali təhsilimi Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində almışdır.

Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitdir.

”Günaydın “, “Mum kimi yumşalanda”, ”Məhdud həyatın məchul düşüncələri”, ”İstəməzdim şair olum hələ mən”, ”Gülzar”, ”Şehçiçəyim”, “Gülünün şeirləri”, ”Balçiçəyim”, ”Bayatılar”, “Qələmdar”, “Yaradanla baş-başa”, “Zimistan”, “45” (şeirlər), “Ülyahəzrət”, “Qədimliyə bürünmüş yenilik”, “Gülüzənin şeirləri” və s. kitabların, çoxlu sayda məqalələrin müəllifidir.

Zaur müəllim biz gənclərin tanınmasına daima dəstək olmuş, məqalələrimi dəfələrlə “Yazarlar” jurnalında və eyniadlı saytda dərc etdirmişdir. Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma görə məni “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görmüşdür.

Hörmətli Zaur müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

Hörmətlə: Sevindik Nəsiboğlu

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN 2022-Cİ İL ÜÇÜN HESABATI

ZAUR USTACIN YAZILARI

ZAUR USTAC MƏTBUATDA-2022
(hesabat)
1. “Baş redaktordan”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.3.
2. Qurban Bayramov, “Zaur Ustac – Qələmdar olmaq missiyası”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.4-10.
3. Akif Abbasov – Zaur Ustacın “Uşaq boğçası”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.11-12.
4. Kamal Camalov “Zaur Ustac uşaq ruhunun bilicisidir”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.13-15.
5. Ayətxan Ziyad (İsgəndərov) “Zaur Ustacın öyrətmə yöntəmi”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.16-19.
6. Zaur Ustac “BB” (hekayə), “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.20-33.
7. Tuncay Şəhrili “Zaur Ustacın 33 illik hesabatı”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.109-116.
8. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Bütöv Azərbaycan” qəzeti, 20.01.2022, say: 03 (430), s.10.
9. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Həftə içi” qəzeti, 20-26.01.2022, say: 03 (3419), s.8.
10. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “ Ədəbiyyat qəzeti”, 22.01.2022, say: 02 (5340), s.25.
11. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Təzadlar” qəzeti, 25.01.2022, say: 03 (2332), s.13.
12. Zaur Ustac “Ustacam” şeiri (Şiirlei derleyen: Kemal’eren / Kemal Berk), “Sungurlu Gazetesi”, 31.01.2022, Pazartesi, sayı: 225, s.7.
13. “Baş redaktordan”, “Yazarlar” jurnalı, fevral – 2022, say: 02 (14), s.3.
14. Zaur Ustac “MİQ-17” (hekayə), “Yazarlar” jurnalı, fevral – 2022, say: 02 (14), s.26-29.
15. Zaur Ustac “Hər gün nəfdir” (şeirlər), “Yazarlar” jurnalı, fevral – 2022, say: 02 (14), s.100-106.
16. Zaur Ustac “Qırmızı yarpaqlı ağac” (hekayə), “Xəzan” jurnalı, yanvar-fevral – 2022, say: 01 (38), s.107-119.
17. Zaur Ustac – Lətifə Orucun “Sirli gedişlər”inin sehri (kitab haqqında düşüncələr), “Bütöv Azərbaycan” qəzeti, 11 fevral 2022-ci il, say: 06 (433), s.13.
18. “Baş redaktordan”, “Yazarlar” jurnalı, mart – 2022, say: 03 (15), s.3.
19. Zaur Ustac “Qismət” (hekayə), “Yazarlar” jurnalı, mart – 2022, say: 03 (15), s.48-53.
20. Zaur Ustac, Şeirlər, “Yazarlar” jurnalı, mart – 2022, say: 03 (15), s.126-130.
21. Zaur Ustac, “Göyçə gölünün sonası”- təqdimat, “Yazarlar” jurnalı, mart – 2022, say: 03 (15), s.131-135.
22. Zaur Ustac – “Göyçə gölünün sonası”, “Bütöv Azərbaycan” qəzeti, 4 mart 2022-ci il, say: 09 (436), s.9.
23. Publisistika – Vüqar Əhməd, “Ədəbiyyat qəzeti”, 5 mart 2022-ci il, say: 08 (5346), s.26.
24. Zaur Ustac – “Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi.” (Rahilə Qaralovanın özü və sözü), “Bütöv Azərbaycan” qəzeti, 11 mart 2022-ci il, say: 10 (437), s.8.
25. Zaur Ustac – “Ruhu duru, sözü bütöv Əsgər Ordubadlı”, “Bütöv Azərbaycan” qəzeti, 18 mart 2022-ci il, say: 11 (438), s.13.
26. “Baş redaktordan”, “Yazarlar” jurnalı, aprel – 2022, say: 04 (16), s.3.
27. Zaur Ustac “Göləqələmsancan” (hekayə), “Yazarlar” jurnalı, aprel – 2022, say: 04 (16), s.43-46.
28. Zaur Ustac, Yeni şeirlər, “Yazarlar” jurnalı, aprel – 2022, say: 04 (16), s.95-98.
29. Zaur Ustac – “Mənə bircə gilə göz yaşı bəsdi”, “Bütöv Azərbaycan” qəzeti, 8 aprel 2022-ci il, say: 13 (440), s.8.
30. Zaur Ustac, “BB” (hekayə), “Xəzan” jurnalı, Mart-aprel – 2022, say: 02 (39), s.125-128.
31. Zaur Ustac – “Mum kimi – “Daş adam””, “Bütöv Azərbaycan” qəzeti, 15 aprel 2022-ci il, say: 14 (441), s.12.
32. Zaur Ustac “Vallah, kəhrizdən ayıbdı…” (şeir), “Təzadlar” qəzeti, 19.04.2022, say: 13 (2342), s.15.
33. Zaur Ustac “Vallah, kəhrizdən ayıbdı…” (şeir), “Kredo” qəzeti, 20.04.2022, say: 16 (1096), s.15.
34. Zaur Ustac “Vallah, kəhrizdən ayıbdı…” (şeir), “Həftə içi” qəzeti, 21-27.04.2022, say: 15 (3431), s.8.
35. Zaur Ustac – “Əbülfəz Əhməd – “Gəldim””, “Bütöv Azərbaycan” qəzeti, 22 aprel 2022-ci il, say: 15 (442), s.14.
36. “Baş redaktordan”, “Yazarlar” jurnalı, may – 2022, say: 05 (17), s.3.
37. Zaur Ustac “Qismət” (hekayə), “Yazarlar” jurnalı, may – 2022, say: 05 (17), s.100-105.
38. Zaur Ustac – “Yeni şeirlər”, “Bütöv Azərbaycan” qəzeti, 6 may 2022-ci il, say: 16 (443), s.9.
39. Ayətxan Ziyad “Uşaq şeirimizdə sərlövhə adlar” (Zahid Xəlilin və Zaur Ustacın yaradıcılığı nümunəsində), “Kredo” qəzeti, 20.05.2022, say: 20 (1100), s.7.
40. Zaur Ustac “Hermafrodit” (şeirlər), “Ədəbiyyat qəzeti”, 21.05.2022, say: 18 (5356), s.26.
41. Vaqif Yusifli “Çiçəklər, dağlar… və Xudayar dastanı” (Zaur Ustacın söz çələngi haqqında), “525-ci qəzet”, 26.05.2022, say: 91 (5897), s.14.
42. Vaqif Yusifli “Zaur Ustacın söz çələngi” (çiçəklər, dağlar… və Xudayar dastanı), “Həftə içi”, 26 may – 01 iyun 2022, say: 20 (3436), s.7.
43. “Baş redaktordan”, “Yazarlar” jurnalı, iyun – 2022, say: 06 (18), s.3.
44. Zaur Ustac “Psixoloqun qəbulunda” (hekayə), “Yazarlar” jurnalı, iyun – 2022, say: 06 (18), s.32-59.
45. Zaur Ustacdan yeni şeirlər “Yazarlar” jurnalı, iyun – 2022, say: 06 (18), s.87-91.
46. “Ziyadarla” bağlı layihə (hekayə), “Yazarlar” jurnalı, iyun – 2022, say: 06 (18), s.107.
47. “Günahın kölgəsi” təqdim olundu, “Təzadlar” qəzeti, 14 iyun – 2022, say: 20 (2349), s.15.
48. “Seymur sönməzin söz dünyası”, “Kredo” qəzeti, 15 iyun – 2022, say: 24 (1104), s.16.
49. Zaur Ustac, “Psixoloqun qəbulunda” (hekayə), “Xəzan” jurnalı, İyun – 2022, say: 04 (41), s.68-75.
50. Rəmzi Dönməz yeni kitabını təqdim edib, “Bütöv Azərbaycan” qəzeti, 17 iyun – 2022, say: 22 (449), s.14.
51. “Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır…”, “Vətən səsi” qəzeti, 17 iyun – 2022, say: 22 (1486), s.4.
52. Zaur Ustac “Növbətçi xəstə” (hekayə), “Ədəbi ovqat” dərgi, aprel-iyun – 2022, say: 04 (4), s. 37 – 40
53. “Baş redaktordan”, “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.3.
54. Vaqif Yusifli “Çiçəklər, dağlar … və Xudayar dastanı” (Zaur Ustac sözünün sehrində), “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.29-37.
55. Zaur Ustac “Mələk” (hekayə), “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.41-50.
56. Zaur Ustac “Vallah kəhrizdən aybdır…” (şeir), “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.63-56.
57. “Zaur Ustacın Yurd həsrəti”, “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.84-89.
58. “Sözün Ağ rəngi layihəsi” (Şahmar Əkbərzadə), “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.100-105
59. Səma Muğanna “Tanrı evində gizlənən sevgi” (“Əliş və Anna” poemasından), “Həftə içi”, 7 – 13 iyul 2022, say: 26 (3442), s.8.
60. Tuncay Şəhrili – “Yazarlar jurnalının iyul sayı Ağdama həsr olnub”, “Bütöv Azərbaycan” qəzeti, 8 iyul 2022-ci il, say: 24 (451), s.13.
61. Zaur Ustac “Səkkiz şeir və sonsuzluq” (Polkovnik İlqar Mirzəyevə həsr olunmuş şeirlər), “Həftə içi”, 14 – 20 iyul 2022, say: 27 (3443), s.8.
62. Zaur Ustac – “Qardaş” (Polkovnik İlqar Mirzəyevə həsr olunmuş şeirlər), “Bütöv Azərbaycan” qəzeti, 15 iyul 2022-ci il, say: 25 (452), s.8.
63. “Baş redaktordan”, “Yazarlar” jurnalı, avqust – 2022, say: 08 (20), s.3.
64. Zaur Ustac “And olsun Qələmə” və insan ömrü. (Ayətxan Ziyad İsgəndərov haqqında), “Həftə içi”, 4 – 10 avqust 2022, say: 30 (3446), s.7.
65. Zaur Ustac – “And olsun Qələmə” və insan ömrü. (Ayətxan Ziyad İsgəndərov haqqında), “Bütöv Azərbaycan” qəzeti, 5 avqust 2022-ci il, say: 28 (455), s.8.
66. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Həftə içi” qəzeti, 18-24 avqust 2022-ci il, say: 32 (3448), s.7.
67. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Bütöv Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, say: 30 (457), s.13.
68. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Olaylar” qəzeti, 19-25 avqust 2022-ci il, say: 159 (4915), s.12.
69. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Ədalət” qəzeti, 20 avqust 2022-ci il, say: 37 (5974), s.5.
70. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Ədəbiyyat qəzeti”, 20 avqust 2022-ci il, say: 31 (5369), s.10.
71. Tuncay Şəhrili – “Nuranə Rafailqızı ilk kitabını təqdim edib”, “Bütöv Azərbaycan” qəzeti, 26 avqust 2022-ci il, say: 31 (458), s.19.
72. Zaur Ustac, “Çiçəklər ruhumun yelləncəyidir” silsiləsindən şeirlər, “Xəzan” jurnalı, İyul – Avqust 2022, say: 05 (42), s.92-93.
73. Zaur Ustac – “Uşaq ədəbiyyatı” (məktəbəqədər səviyyədə), “Həftə içi” qəzeti, 1-7 sentyabr 2022-ci il, say: 34 (3450), s.7.
74. Zaur Ustac – “Uşaq ədəbiyyatı” (məktəbəqədər səviyyədə), “Bütöv Azərbaycan” qəzeti, 2 sentyabr 2022-ci il, say: 32 (459), s.14. (I hissə)
75. Zaur Ustac – “Uşaq ədəbiyyatı” (məktəbəqədər səviyyədə), “Bütöv Azərbaycan” qəzeti, 9 sentyabr 2022-ci il, say: 33 (460), s.14. (II hissə)
76. “Baş redaktordan”, “Yazarlar” jurnalı, sentyabr – 2022, say: 09 (21), s.3.
77. Zaur Ustac “Uşaq ədəbiyyatı” (məktəbəqədər səviyyədə), “Yazarlar” jurnalı, sentyabr – 2022, say: 09 (21), s.17-23.
78. Baş redaktordan”, “Yazarlar” jurnalı, oktyabr – 2022, say: 10 (22), s.3.
79. Zaur Ustac “Mütaliə niyə vacibdir?!” (V YAZI), “Yazarlar” jurnalı, oktyabr – 2022, say: 10 (22), s.25-30.
80. Zaur Ustac, “Mələk” (hekayə), “Xəzan” jurnalı, Sentyabr – Oktyabr 2022, say: 06 (43), s.73-75.
81. Zaur Ustac – “22 oktyabr Xudayarın şəhid olduğu gündür” (sonet çələngi), “Olaylar” qəzeti, 21-27 oktyabr 2022-ci il, say: 167 (4923), s.23.
82. Baş redaktordan”, “Yazarlar” jurnalı, noyabr – 2022, say: 11 (23), s.3.
83. Zaur Ustac “Xudayar dastanı” (sonet çələngi), “Yazarlar” jurnalı, noyabr – 2022, say: 11 (23), s.57-66.
84. Zaur Ustac – “Ədəbiyyatımızın baş qəhrəman problemi” (Təranə Məmməd sirri “Sirr” ilə çözdü), “Həftə içi” qəzeti, 17-23 noyabr 2022-ci il, say: 44 (3460), s.7.
85. Zaur Ustac – “Araz” (Səmamız masmavi, göy üzü təmiz! Gözün aydın olsun, sevin a Təbriz!), “525-ci qəzet”, 23 noyabr 2022-ci il, say: 213 (6019), s.12.
86. Zaur Ustac – “Araz” (Səmamız masmavi, göy üzü təmiz! Gözün aydın olsun, sevin a Təbriz!), “525-ci qəzet”, 23 noyabr 2022-ci il, say: 213 (6019), s.12.
87. Zaur Ustac – “Araz” (Səmamız masmavi, göy üzü təmiz! Gözün aydın olsun, sevin a Təbriz!), “Türküstan” qəzeti, 29 noyabr – 5 dekabr 2022-ci il, say: 45 (734), s.11.
88. Əli bəy Azəri – “Zaur Ustac nasir kimi” (“BB” hekayəsi – böyük bir sahənin söz mənzərəsi), “Həftə içi” qəzeti, 8-14 dekabr 2022-ci il, say: 47 (3463), s.8.
89. Mina Rəşid – “Qırmızı yarpaqlı ağaclar” (Yazı şair, publisist Zaur Ustacın hekayələri, xüsusi ilə “Qırmızı yarpaqlı ağac” əsəri haqqında yazılıb), “Bütöv Azərbaycan” qəzeti, 9 dekabr 2022-ci il, say: 46 (473), s.15.
90. Baş redaktordan”, “Yazarlar” jurnalı, dekabr – 2022, say: 12 (24), s.3.
91. Zaur Ustac “Yeni şeirlər” (Cənub mövzusu), “Yazarlar” jurnalı, dekabr – 2022, say: 12 (24), s.46-53.
92. Zaur Ustac – “Qarabağ sinəmdə açılan şırım” (Şair Budaq Təhməzin yaradıcılığı haqqında), “Həftə içi” qəzeti, 15-21 dekabr 2022-ci il, say: 48 (3464), s.7.
93. Vaqif Yusifli, “Çiçəklər, dağlar… və Xudayar dastanı” (Zaur Ustac sözünün sehrində), “Xəzan” jurnalı, Dekabr 2022, say: 08 (45), s.47-49.
94. Zaur Ustac, “Xudayar dastanı” (sonet çələngi), “Xəzan” jurnalı, Dekabr 2022, say: 08 (45), s.50-53.
95. Zaur Ustac – “Sevin, a Təbriz!”, “Xalq qəzeti”, 25 dekabr 2022-ci il, say: 283 (30111), s.12.
*Davamı 2023-cü il siyahısında.

ZAUR USTAC KİTABLAR-2022
(hesabat)

MÜƏLLİF ƏSƏRLƏRİ
1. “Xəzər deltasında göy qurşağı” – şeirlər,
2. “BB” – hekayələr,
3. “Qələmdar-2” – məqalələr,
4. “39 həftə” – proqram,
5. “Güllünün şeirləri” – uşaq şeirləri,
6. “Çiçəklər, dağlar və Xudayar dastanı” – şeirlər,
7. “Xudayar dastanı” – şeirlər,
8. “Yulğun çiçəyi” –şeirlər,
9. “Dağ” – sonetlər,
10. “Seçilmiş əsərləri” – birinci cild,
11. “Seçilmiş əsərləri” – ikinci cild,
12. “Seçilmiş əsərləri” – üçüncü cild,

ANTOLOGİYALAR
1.“Həsrətin sonu” – poeziya,
2.“Sevgilim, yuxunu dənizə danış” – poeziya,
3.“Gəlirik, Qarabağ!!!” – poeziya,
4.“Gözüm yolda, könlüm səsdə” – poeziya,
5.“Gəlin, gedək Ağdama” (birinci hissə) – toplu,
6.“Gəlin, gedək Ağdama” (ikinci hissə) – toplu,
7.“Bayraq hekayələr toplusu” (22 yazıçı) – toplu,

HAQQINDA YAZILANLAR
1. “Zaur Ustac yaradıcılığı ədəbi-tənqid müstəvisində” – məqalələr. Tərtibçi: Ayətxan Ziyad (İsgəndərov).
2. “Caroline Laurent Bakıda” – fotolar, (Zaur Ustacın və Caroline Laurent Turuncun fotoları). Tərtibçi: Tuncay Şəhrili (Mustafayev).
3. “Mustafa Müseyiboğlu-1” – resenziyalar, (“BB” kitabı haqqında). Tərtibçi: Tuncay Şəhrili (Mustafayev).

MÜKAFATALAR-2022
1.2022-ci ilin yekunlarına görə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin “Fəxri Fərmanı” ilə təltif olunub.

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. SÜBH ÇAĞI.

ZAUR USTACIN YAZILARI

SÜBH ÇAĞI
Pozur addım səsləri,
Gecənin kor sükutun.
Uzaqdan yeyin-yeyin
Yeyir ürəyin qutun…
* * *
Qəfil başlayır quşlar,
Necə gəlirsə buyruq.
Sanki komanda verir,
Gözəgörünməz çubuq…
* * *
Bürüyür bircə anda,
Hər yanı sübh nəğməsi…
İfa edir təbiət,
Əsər Tanrı bəstəsi…
* * *
Getdikcə addım səsi
Eşidilir yaxından.
Gecə qaranlığında,
Ötüb keçir yanımdan…
* * *
Tələsik addımlarda,
Təlaşlı qəlbin səsi…
Elə tələsir, sanki,
(Ta dünyanın sonudur,)
Tükənəcək nəfəsi…
* * *
Uzaqda dan sökülür,
Gecənin rəngi qaçır…
Yaxında purç tumurcuq,
Qətran ətrini sacır…
* * *
Addımlar uzaqlaşır,
Səngiyir sübh nəğməsi…
“Allahu Əkbər”- deyə,
Ucalır azan səsi…
* * *
Aydın olur səbəbi,
O təlaşlı yerişin…
Avazıyır qaranlıq,
Anlamı var gərdişin…
* * *
“La ilahə illəllah”,
Yenə də çökür sükut…
Əllər açılır göyə,
Möminlər tutur qunut…
* * *
Gecənin bağrın yarıb,
Gündüz sıyrılır qından…
Kimisi tövbə edir,
Neçəsi çıxır dondan…
* * *
Həmin şəxs yenə keçir,
Qayıdanbaş yanımdan.
İndi özü görünür,
Səs çıxmır addımından…
17.11.2022. Bakı.

Müəllif: ZAUR USTAC زائـــور اوستاج

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

Zaur USTAC“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist.

ZAUR USTACIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

Zaur USTAC – şair-publisist.

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. SARI YARPAQ GÖR NƏ GÖZƏL…

ZAUR USTACIN YAZILARI

PAYIZ
(Fəridə xanıma)
Təbiiətin möcüzəsi,
Bizə olan sözdü payız…
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız…
* * *
Sarı yarpaq gör nə gözəl,
Kimə güldü, kimə xəzəl,
Həzin-həzin, gözəl-gözəl,
Cıbrıq olan qozdu payız…
* * *
Ustac dəyər verər sözə,
Qabda nə var, çıxar üzə,
Aram-aram, məzə-məzə,
Ömrə düşən izdi payız…
07.10.2016. Bakı.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac “Xəzər deltasında göyqurşağı” (şeirlər)

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
  1. Zaur Ustac “Xəzər deltasında göyqurşağı” (şeirlər)

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “MİQ – 17”

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“MİQ – 17”
(hekayə)
Sanki süd gölünə düşmüşdüm. Gözlərimin önündə dümağappaq buludlar uçuşurdu. Mavi səmadan əsər-əlamət qalmamışdı. Pambıq kimi ağ, yumşaq, sonsuz ənginliklər məni qəfil öz qoynuna almışdı. Ucu-bucağı görünməyən bu “ağ dəniz”in dərinliklərinə doğru yuvarlanaraq boğulurdum. Ancaq heç nə edə bilmirdim. Gücüm sadəcə bir təhər insan selini yarıb, yaxınlıqdakı divara söykənməyə çatdı. Maraqlıdır, həmişə eşitmişdim ki, insan müəyyən bir səbəbdən özündən gedəndə “gözü qaralar”. Məndə isə tam əksinə olmuşdu, “gözüm ağarırdı”. Dünya gözümdə “ağ cənnətə” dönmüşdü. Ətrafa boylandım. Əvvəlcə harada olduğumu heç cür kəsdirə bilmədim. Bu insanların buraya nə üçün toplaşdığını da unutmuşdum. Xeyli vaxt keçdi. Bir az toxdayandan sonra xatırladım ki, 14 avqust 2017 – ci ildir və mən səhər evdən çıxıb müəllimlərin işə qəbul imtahanına gəlmişəm. İmtahan saat 11:00 – da başlamalı idi. Artıq saat 11-ə işləyəndən insanlar, – bir namizəd, beş nəfər də onun qohumu – toplaşıb buraya. Kölgəlik bir yer olmadığına görə qocalı-cavanlı, uşaqlı-böyüklü hamı günün altında gözləyir. Bu an hardansa alnıma bir damcı su düşdü. Elə bil yuxudan oyandım. Yuxarı baxdım. Kondisionerdən su damcılayırdı. Divardan əlimi çəkib bir az aralandım ki, üstümə su düşüb, ağ köynəyimi ləkələməsin. Ancaq elə o an anladım ki, hələ tam özümə gəlməmişəm. Müvazinətimi saxlaya bilmirəm. İmtahana tək gəlmişdim. Özümlə telefon da götürməmişdim. Üstümdə evin açarından, cib dəsmalından və 5-10 qəpik yol pulundan başqa heç nə yox idi. “İndi mən neyləyim?” – sualı altında sıxılırdım. Yavaş-yavaş sərin, yumşaq, ağ buludlardan isti, bərk, qara asfalt-betonun üstünə enməyə başlamışdım. Elə özümü tam burada hiss edirdim ki, rəngarəng insan seli hərəkətə gəlib, ləngər verməyə başladı. Bu minvalla yavaş-yavaş giriş qapısına çatdım və bütün vacib yoxlamalardan keçib içəri daxil oldum. Bələdçilərin müşayəti ilə, – “ora keç”, “bura keç”, – axır ki, gəlib imtahan verəcəyimiz zala çatdım. Bura üzərində müxtəlif rəngli kağızlar və kompüterlər sıra ilə səliqəli şəkildə düzülmüş masalar olan universitetlərdən birinin idman zalı idi. Son illər vacib imtahanlar adətən bu böyük idman zalında keçirilir. Bütün sıraların arasında namizədlər və nəzarətçilər qaynaşırdı. Sıraların arasında gəzən gənc nəzarətçilər zala yeni daxil olan namizədləri üzərində müxtəlif rəngli kağızlar olan masaların arxasında bir-bir oturdur, hələlik kompüterə toxunmamağı tapşırırdı. Xatırladığım odur ki, sarı, yaşıl, rəngli kağızlar qoyulmuş masaların yanından keçərək üzərində ağ kağızlar olan bir masaya yaxınlaşdıq və nəzarətçi mənə burada oturmalı olduğumu söylədi. Dinməz-söyləməz mənə göstərilmiş yerdə əyləşib, növbəti elan olunacaq göstərişləri gözləməyə başladım. Bu vaxt mənim qarşımda sol tərəfdə üzərində sarı rəngli vərəqlər olan boş yerə bir xanım namizəd əyləşdi. Bunu görən gənc nəzarətçi xanım cəld ona yaxınlaşaraq:
– Zəhmət olmasa, qalxıb o yerdə əyləşin, – deyə, – mənim tuşumdakı paralel,
üzərində ağ kağzlar olan boş yeri göstərdi. Xanım namizəd isə qəti etiraz edərək, bunun səbəbini soruşdu:
– Niyə qalxmalıyam? Boş yerdir, mən də oturmuşam!
– Sizə deyirəm, qalxın! Yoxsa, başınız ağrıyacaq!
– Başım onsuzda ağrıyır… Səhərdən gün təpəmə o qədər döşəyib ki…
– Bu dəfə başınız başqa cür ağrıyacaq…
– Baş ağrısının təhir-töhrü də olur?! Ağrıyır də, başım ağrıyır…
Vəziyyətin ciddiləşdiyini görən başqa bir oğlan nəzarətçi yer üstündə mübahisə edən xanımlara yaxınlaşdı. Bu zaman xanım nəzarətçi oradan uzaqlaşaraq, digər yeni gələn namizədləri qarşılamağa getdi. Oğlan nəzarətçi yer üstə mübahisə edən xanım namizədə tərəf əyilib astadan bir neçə kəlmə nəsə dedi. Xanım sakitcə qalxıb göstərilən yerdə oturdu. Elə bu zaman bayaqkı nəzarətçi xanım yanında yeni bir namizəd xanımla boşalmış “sarı kağızlı yerə” yaxınlaşdı və həmin yerdə oturmalı olduğunu bildirdi. Xanım da sanki tamaşaya baxmağa gəlibmiş kimi xüsusi bir əda ilə əyləşdi və həmən sarı vərəqlərdən birini götürüb özünü küləkləməyə başladı. Bu sarı vərəqlər yelləndikcə onu sərinlədib-sərinlətmədiyini deyə bilmərəm. Ancaq bir yer arxada sanki təndirdəymiş kimi “ağ vərəqli yer”də oturdulmuş xanımın ocağını necə körükləyirdisə, fısıltısı qulaqlarımda cingildəyirdi… Elə bu vaxt səs ucaldıcıdan eşidilən: “Diqqət! Diqqət! Hamının fikri burada olsun…” kəlməsi bütün məsələləri arxa plana atdı…
Vacib göstərişlər elan olundu. Nəzarətçilər bir-bir hamıya yaxınlaşıb giriş kodlarını daxil etdilər. İmtahan başladı. Arada gözlərimi monitor yoranda başımı qaldırıb, gözucu “tamaşaya gələn” xanıma da diqqət yetirirdim. Bütün imtahan boyu əhvalını pozmadan, sarı vərəqləri haldan salana qədər özünü küləklədi və namizədlərə imtahan zalını tərk etməyə icazə verilən kimi qalxıb getdi. O qalxıb gedəndə mənim tuşumda əyləşmiş “ağ vərəqli“ xanıma da nəzər saldım. O da ağ vərəqlərlə bir-bir tərini silərək, bükələyib masanın üzərinə göz dağı kimi düzmüşdü. Bir əli alnında, gözlərini monitora zilləmiş nə barədəsə dərindən düşünürdü. O artıq çoxdan buralarda deyildi…
Nəsə, imtahan bitdi. Mən də bu imtahandan sonra öz gündəlik qayğılarımla yaşamağa davam etdim. Ancaq hələ heç müəllimlərin işə qəbul imtahanları bitməmiş rəngli kağızlar barədə müxtəlif söz-söhbətlər dolaşmağa başladı. Düzü, bu barədə dost-tanış məndən də bir-iki dəfə soruşub. Hərdən elə olub ki, istər-istəməz bu mövzuda söhbətə qulaq müsafiri olmuşam. Ancaq hər dəfə özümdən asılı olmayaraq demişəm:
– Yalan söhbətdi! Belə boş-boş sözlərə inanmayın! Bizi gözü götürməyənlərin
yaydığı şayələrdir! Heç elə də iş olar?!
Son.
15.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “QIRMIZI YARPAQLI AĞAC” HEKAYƏSİ

ZAUR USTACIN YAZILARI

QIRMIZI YARPAQLI AĞAC
(hekayə)
2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin tən ortasında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa oxuduğum şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Zabitlər” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər:
“Qazi qardaş, səndələmə, mətin ol,
Bu torpağın altı, üstü sənindir!
Addımını ürəklə at, şax yeri,
Bu torpağın altı, üstü sənindir!
* * *
Altda qalan, “üzü bərkdir” deyilən,
Yerli-yersiz harda gəldi söyülən,
Dağı, daşı “əppək” kimi yeyilən,
Bu torpağın altı, üstü sənindir!”
Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et,”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum.
– Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam, – deyə yardım etməyimi istədi. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi.
– Buyurun, – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o andaca onu belə saxlaya bilməyəcəyimi anladım. Eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq, onu güclə ayaqda saxlayır və addım atmasına yardımçı olmağa çalışırdım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu.
– Deyiləsi dərd deyil, müəllim. Boş ver, – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq.
– Yenə də, – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı.
– Nə bilim, Vallah.
– Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun.
– Nədən bildiniz ki, hərbçiyəm?
– Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız.
– Bəli, zabitəm.
– Rütbəniz?
– Kapitan.
– Məlum hadisələrdə hansı tərəfdə idiniz?
– Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm.
– Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz.
– Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından?
– Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
– Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir.
– Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu.
– Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var?
– Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir.
– Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm.
– Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi:
– Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil.
– Bəs nədir sizi belə narahat edən?
– Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin.
– Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək:
– Dostum deyəsən rusdur? – deyə soruşdum.
– Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur.
– Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım.
– Adım Çingizdir. Çingiz.
– Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur?
– Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir.
– Hansı idə anadan olmusunuz, Çingiz müəllim?
– 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada?
– Harada?
– Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq.
– Mənim adım Vahiddir. Vahid Dilsiz.
– Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun.
– Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir.
– Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var.
– Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan biraz kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik, – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi.
Son.
03.12.2021-09.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru