
Ucqar dağ kəndlərinin birindən başlayaraq Salyan məktəbinə direktor vəzifəsinə doğru uzanan uğurlu bir yol- Lənkəranda anadan olan Zeynəb Məmmədlini tanıyaq.
Zeynəb Məmmədli 1993-cü ildə Lənkəran şəhərində anadan olub. 1999-2010-cu illərdə Lənkəran şəhəri 5 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alıb.
Z.Məmmədli 2017-ci ildə Quba rayonu Cimi kənd tam orta məktəbinə informatika müəllimi kimi işə qəbul olunub. 2022-ci ildə Salyan rayonu Kərimbəyli kənd tam orta məktəbinə informatika müəllimi kimi işə qəbul olunub.
Z.Məmmədli 2024-cü ildə Salyan rayonu Qarabağlı kənd 2 nömrəli tam orta məktəbinə direktor müavini (tədris-tərbiyə işləri üzrə) təyin olunub.
Z.Məmmədli 2020, 2023 və 2024-cü illərdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV, VII və VIII qrant müsabiqələrinin qalibi olub.
Hazırda Salyan rayonu Qarabağlı kəndi 2 nömrəli tam orta məktəbində tədris-tərbiyə işləri üzrə direktor müavini və eyni zamanda həmin məktəbin direktor vəzifəsinin səlahiyyətlərini icra edir. Əlavə olaraq o, qrant layihələrinin yazılması və idarə edilməsi sahəsində müstəqil təlimçilik fəaliyyəti ilə də məşğuldur.
Zeynəb müəllimlə qürur duyuruq, ona uğurlar arzu edirik.
Məlumatı hazırladı: Bəxtiyar
Oxuyun >> Gözündə tük var