HEYDƏR ƏLİYEV-100
DƏDƏ QORQUD DÜNYASI
“Biz fәxr edirik ki, “Kitabi-Dәdә Qorqud” kimi böyük tarixi abidәmiz var. Biz fәxr edirik ki, Dәdә Qorqud övladlarıyıq. Biz fәxr edirik ki, Dәdә Qorqud elindә yaşayırıq. Biz fәxr edirik ki, “Kitabi-Dәdә Qorqud” bütün türkdilli dövlәtlәrә mәnsub olaraq, eyni zamanda vә birinci növbәdә Azәrbaycan xalqına mәnsubdur. Fәxr edirik ki, biz “Kitabi-Dәdә Qorqud”un sahibiyik, onu yaşadacağıq və gәlәcәk nәsillәrә daha da böyük töhfәlәrlә verәcәyik”
Heydər Əliyev
Yeni Era Türk erasıdır. Türkün dünyaya bəxşeyişi:-Elm, mədəniyyət, mənəviyyat, sülh,barış.Türk dünyasının uğurlarına dəstək olmaq, dünyada sülhün, əminamanlığın qorunmasına töhfə vermək üçün daha səylə çalışmaq gərəkdir. Ömrü boyu yol gedirik.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərlə gedəcəksən bu yolu. İlk növbədə səni başa düşən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan insanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündür. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona kömək də göndərir. Rastına çıxan xeyirxah xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqadı onun ən yaxşı keyfiyyət göstəricisidir. Xalqını, millətini, dövlətini, dilini, dinini sevən harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar, türk dilli xalqlar, bəşəri duyğularla yaşayan insanlar bu illər ərzində bizimlə birgə çalışıblar. “Kitabi – Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənəli keçirilməsi Azərbaycan xalqının tarixi yaddaşında ilk hadisə olmaqla bərabər, “Kitabi-Dədə Qorqud” eposuna dair müvafiq istiqamətdə çoxşaxəli elmi-tədqiqatların aparılmasına zəmin yaratmışdır. Bu məqsədlə hal-hazırda Respublikamızda “Dədə Qorqud” Milli Fondu, AMEA-nın Folklor İnstitutu nəzdində “Dədə Qorqud Mərkəzi” fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” elmi – tədqiqat laboratoriyası Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider H.Əliyevin 21 fevral 1999-cu il, 98 saylı sərəncamına əsasən Təhsil Nazirliyinin 04 may 1999-cu il 303 saylı əmri ilə yaradılmışdır.
Kitabi – Dədə Qorqud” eposuna maraq təkcə bununla bitmir. Bütün bu uğur və irəliləyişlərlə yanaşı, doxsanıncı illər “Kitabi-Dədə Qorqud” eposu üçün ən uğurlu, sözün əsl mənasında böyük əhəmiyyət kəsb edən illərdir. Ulu öndər H.Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra onun bütün sahələrə göstərdiyi diqqət və qayğı “Kitabi-Dədə Qorqud” eposundan da yan keçmədi. Dastanın tədqiqi və araşdırılması işləri ilə birbaşa özü maraqlanan H.Əliyevin sayəsində dastan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider bu istiqamətdə dastanın 1300 illik yubileyi münasibətilə 1997-ci il 20 aprel tarixində fərman, 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” sərəncam imzaladı. Fərmanda deyilirdi: “Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının yaradılmasından 1300 il keçir. Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanının dünya mədəniyyət tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqı ilə yanaşı bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq, bu möhtəşəm epik əsərin 1300 illik yubileyi layiqincə keçirilmişdir. Amma bir faktı da qeyd etmək yerinə düşərdi ki, H.Əliyev siyasi hakimiyyətinin birinci dövründə belə dastana diqqət göstərmiş və onun tapşırığı ilə 1975-ci ildə “Dədə Qorqud” filmi çəkilmişdir.
2010-cu ildə “Dədə Qorqud” ETL-nin müdiriprofessor Qara Namazovun təşəbbüs və redaktorluğu ilə “Dədə Qorqud dünyası” adlı elmi nəzəri jurnalın I cildi, 2012-ci ildə isə II cildi çap olundu. 2021-ci ildən etibarən filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Folklor və Etnoqrafiya” jurnalının redaksiya üzvü, “Dədə-Qorqud” mükafatı laureatı Almara Vəzir qızı Nəbiyeva laboratoriyaya müdir təyin olunandan sonra “Dədə Qorqud dünyası” beynəlxalq elmi-nəzəri məcmuəsinin “III-IV-V-VI” cildi çap olunub. Hazırda elmi jurnalın VII nəşrinin materialları toplanılır. Jurnalın ərsəyə gəlməsində laboratoriya əməkdaşlarının hər birinin zəhmət payı vardır.
“Kitabi-Dədə Qorqud” – ədəbiyyat abidəsi: tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığın müasir inkişaf mərhələsində olduqca önəmlidir. Bu baxımdan, elmi- tədqiqat laboratoriyasının əsas məqsədi “Kitabi-Dədə Qorqud” dastanının: yazıya alınma tarixini, poetik strukturunu, türk xalqlarının, eləcə də xalqımızın şifahi xalq ədəbiyyatındakı rolunu, dastanın ümumi dastançılıq ənənələrinə bəxş verdiyi töhfəni, eyni zamanda qədim və orta əsrlər Azərbaycan tarixinin araşdırılmasında tarixi qaynaq kimi əhəmiyyətini özündə kəsb edir. Bu geniş miqyaslı araşdırmalar elmi tədqiqat planına əsasən aparılr.“Dədə Qorqud” elmi tədqiqat laboratoriyası: Türkiyənin, Özbəkistanın,Türkmənistanın, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın və diqər ölkələrin müvafiq elm və təhsil ocaqları ilə elmi əlaqələrə malikdir.
Heydər Əliyevin -100-illiyinə həsr olunmuş “Dədə Qorqud Dünyası” beynəlxalq elmi-nəzəri jurnalının 6-cı sayı 10.05.2023 il tarixində çapdan çıxıb, jurnal elmi məqalələrlə zəngindir:
BDU-nun “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının filologiya elmləri doktoru, professor, Səhər Orucovanın “Ulu öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, tarix üzrə fəlsəfə elmləri doktoru Günel Əliyeva-Məmmədova “Müasir Azərbaycanda İslam dininin dirçəlməsində və dövlət-din münasibətlərinin qurulmasında Heydər Əliyevin müstəsna rolu”, “Dədə Qorqud” ETL-nin müdiri filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyevanın “Heydər Əliyevin yaşayan ideyaları”, filologiya elmləri doktoru, professor Adil Babayevin “Heydər Əliyevin yaşayan ideyaları milli kimliyimizin simvolu”, İlhamə Babanlının “Heydər Əliyev diskursunda məcazi sabit birləşmələr”, Fərqanə Əliyeva “Məşəl kimi yanan ürək”, Azərbaycan Təhsil İnstitutu, Psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyasının müdiri, Tibbi Biologiya Elmləri doktoru, professor Yaşar İbadovun “Dədə Qorqud – tarixi şəxsiyyətdir” ADPU ETM-in elmi işçisi, Respublikanın əməkdar müəllimi Zülfiyyə Vəliyevanın “Dahi Şəxsiyyət: Ümummilli Lider Heydər Əliyev”, kiçik elmi işçi Gülşən Mehdizadənin “Uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur”, Elmira Məhərrəmovanın “Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasında rolu”, və AMEA Nəsimi adına Dilçilik İnstitutu Milli Akademiyasının filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü “Heydər Əliyevin böyük dil siyasəti”.
Yuxarıda qeyd etdiyimiz kimi “Dədə Qorqud Dünyası” beynəlxalq elmi-nəzəri jurnalının 6-cı sayı Ulu Öndər Heydər Əlyevin 100 illik yubileyi münasibəti ilə dərc olunmuşdur. Burada Ümummilli liderin ölkəsinə, xalqına, dininə, dilinə, milli kimliyimizin simvoluna, mədəniyyətinə, gənc nəsilin vətənpərvər ruhda yetişməsinə göstərdiyi qayğı və xidmətləri, onun yaşayan ideyaları haqqında maraqlı məqalələr dərc olunmuşdur.
Müəllif: Almara NƏBİYEVA
Bakı Dövlət Universitetinin Filologiya
fakültəsi nəzdində fəaliyyət göstərən
“Dədə Qorqud” laboratoriyasının müdiri
VAQİF POEZİYA GÜNLƏRİ 2023
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru