“9” RƏQƏMİNİN VƏ “DOQQUZ” SÖZÜNÜN MƏNASI NƏDİR?

“9” RƏQƏMİNİN VƏ “DOQQUZ” SÖZÜNÜN MƏNASI NƏDİR?
(DİLÇİLİK ELMİNİN FƏLSƏFƏSİNDƏN SƏTİRLƏR…)

Mövcud olan bütün elmlərin fəlsəfəsi vardır.Məhz bu səbəbdən də müasir dövrdə hər hansı elmi müdafiə edən şəxsə həmin elm üzrə fəlsəfə doktoru elmi adı verilir.
Qədim Yunanıstanda, Qədim Romada əhali içərisində düşüncə sahibi olan şəxsiyyətlər filosof adlanırdılar.
Bu elmi dərəcə dilçilik elminə də şamil olunur.Dildə olan hər bir sözün açıq və ya gizli mənaları vardır.Yəni dildə mənası bilinən və bilinməyən sözlər.
Söz əgər mövcuddursa, onun mütləq şəkildə mənası da vardır.Elə “mövcud” sözünün mənası da “var olan” deməkdir.”Varlıq” özü mahiyyətcə fəlsəfənin təməl daşıdır.
Mövzuya keçək.Niyə “9” rəqəminin adı “doqquz”dur?
Qədim Oğuz dillərində “doqquz” sözü “tokuz, toğuz” kimi tələffüz edilmişdir.”Doğmaq” sözü də “toğ, toğtur, toğur” və s. kimi işlənmişdir.
Ən qədim türklər körpənin doqquz ayın tamamında doğulmasını özlərinə məxsus qayda ilə hesablaya bilmişlər.Məhz bu səbəbdən də 9 “toğuz, doqquz” rəqəminin adlanmasını “toğurmaq” sözündən yaratmışlar.”Yaranmaq” sözünün kökü də “Ğor Tanrısı”nın adındandır.(ğ-y keçidi, “yar-ğar”)Yaradan Tanrının epitetidir.”Toğurmaq” sözü Qədim Oğuzların “ta+n və Qa+r” tanrılarının qoşa adlarındandır.Tayfalar birləşərkən tolerantlıq göstərərək tanrılarının adlarını yaşatmağa razı olurdular.
Bu fəlsəfi nominasiya heç bir rabitə olmadan latın və yunan dillərində də eyni paralellikdədir.Latın dilində 9 rəqəmi “novem”, “doğum sözü isə “natio” kimi tələffüz olunur.( Natella adı da “doğum günü” kimi mənalanır.)
Latın dilində hər iki sözün mənası Nuh peyğəmbərin adı lə bağlıdır.Latın dilində Nuh peyğəmbərin adı ”Noe” kimi tələffüz olunur.Qədim latınlar Nuh peyğəmbəri insanların və digər canlıların xilaskarı, onlara yenidən həyat verən(doğulmalarına) peyğəmbər hesab edirdilər.Məhz bu səbəbdən də “yeni” nə varsa bütünlükdə Nuh peyğəmbərin adı ilə bağlıdır.Ərəfəsində olduğumuz “Yeni il” də “novus, niew,novıy,nov” və s.sözlər Nuhun adındandır.(“Novruz” sözü də həmçinin)
Qədim yunan dilində də belədir.”Ennea”- 9 (doqquz); “gennis” – “doğmaq” mənasını bildirir.Bu məfhumda da Nuhun adı deformativ şəkildə vardır.
Hətta diqqət verilərsə “9” rəqəminin özü də ibtidai insan tərəfindən yeni doğulmuş körpəyə bənzədilmişdir.
Yaponların həyat rəmzi emblemində həkk olunmuş ana bətnindəki körpələrin də təsviri 9 rəqəminin əksidir.
Fars dilində də 9 rəqəmi “nöh”adlanır.
Ərəb dilində “vav” həri də “vələd” sözü ilə bağlı olaraq ərəb rəqəmi olan “doqquz”a bənzəyir.Yəni təzə doğulan körpəyə.Ərəb dilindəki “nun” hərfi də Nuhun gəmisinə bənzədilmişdir.
Maraqlıdır ki, Qədim Oğuz dillərində qoşa samitli sözlərə az rast gəlinir.”Doqquz” sözü bu səbəbdən diqqəti çəkir.
“Doqquz” sözünə sözduyumu ilə baxsaq, orada bu gün işlətdiyimiz “oğul-qız” sözlərinin izləri sezilməkdədir.Əslində oğuz dillərində “oğul” sözünün özü “oğuz” sözünün birinci hecasındandır..”Qız” sözü də həmçinin “oğız” söündəki “ğız” sözündən yaranmadır.Bu latın dilində də eyni paralellikdədir.Latın dilində “natio” – “doğum”, “natus”-“ oğlan”, “nata” isə “qız” deməkdir.
Türk dilində ” doğal”, latın dilində “natural” sözləri “doğulduğu kimi” mənalanır.
“Doğu”, “orient” ( fironizmdən gələn (H)or- günəş tanrısının adındandır) sözləri də günəşin doğulduğu istiqaməti bildirir.
Bu nominasiyaların yaşı insanın yaşı ilə yaşdaşdır.Keçən qərinələr ərzində fonetik hadisələr nəticəsində sözün yarandığı kök sözlər deformasiyaya uğrayaraq başqa şəkillərə düşmüşdür.Saitlə başlayan sözlər özünə samitləri, samitlə başlayan sözlə isə özlərinə sait səsləri proteza etmişlər.Hər bir sözün genezində onun mənası gizlənmişdir.Bunu tapmaq üçün dilçilikdən tələb olunan əsas şərtlər: məntiq, psixologiya, sintez, sözduyumu, fəlsəfi semantika və s.kimi məziyyətlərdir.
P.S.Əgər fəlsəfə sözlərlə izhar edilirsə, sözlərin yaranışı da dərketmənin – yəni fəlsəfənin məhsuludur.Mənanı dərk etmək fəlsəfi məqamdır.Əgər hər bir sözün mənası varsa, onun fəlsəfəsi də vardır.Böyük Nizaminin, Xəqaninin, Nəsiminin, Füzulinin yaratdıqları sözlərin sehri onların fəlsəfəsi deyilmi.
Söz təfəkkürün məhsuludur.Təfəkkürsüz də fəlsəfə yoxdur.
DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir