Dayandur Sevgin – Millətin xilaskarı

Bu gün Ulu Öndər Heyydər Əliyevin anım günüdür, ruhu şad olsun.

Millətin xilaskarı

Təsəlli soyutmaz ağrı-acımı,
Fələk öz sazını tərsinə çaldı.
Xəbər güllə kimi dəydi sinəmə,
Əllərim quruyub havada qaldı.

Köçdü xilaskarı bu məmləkətin,
Demə xatirəsi qəlblərdən itər.
Xilaskarı tapmaq çətindən-çətin,
İtirmək, nə deyim, ölümdən betər.

Ölüm hey axtarıb yaxşını arar,
Fürsəti düşdümü deyər dəmidir.
İldırım birinci zirvəni vurar,
Dahi adamlar da zirvə kimidir.

Gedir çiynində öz millətinin,
Gedir son mənzilə, əbədiyyətə.
Gedir dahi öndər Heydər Əliyev,
O, nələr vermədi bu məmləkətə.

Yaşadı, yaratdı saf diləklərlə,
Oldu öz xalqının arxa-dayağı.
Qəbrinə səpilən gül-çiçəklərlə,
Bir boy da ucaldı Vətən torpağı.

05 yanvar 2004

Müəllif: Dayandur SEVGİN

DAYANDUR SEVGİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru.

Həsən Əliyev dilçilik haqqında yazır – Oxu

JURNALİSTİKA VƏ DİLÇİLİK
(dilçilik etüdləri)

Adətən jurnalistlər məqalələr yazır, kütlə oxuyur.Ancaq jurnalistikadan yazmaq bir az çətindir.Buna yalnız dilçilik prizmasından baxdıqda cürətlənib yazmaq mümkündür.
Doğrusu bütün elmlərin terminologiyasında sirli aləm açılmamış qalmaqdadır.Bunun səbəbləri müxtəlifdir.Əsasən hamı tərəfindən başa düşülən terminlərin izahının gərəkliyinə ehtiyac duyulmur.Doğrudanmı bu belədir?
Jurnalistlərin peşə işlərindən olan “mətbuat toplantısı” və “press konfrans” terminləri haqda fikirlərimi təqdim etmək istərdim.
Çox vaxt bir sıra mütəxəssislər bu iki termininin təyinatını ayırmağa çalışır.Mətbuat toplantısını ümümi, press konfransı isə xüsusi rəhbər orqanlar üçün təyinatlı olduğunu iddia edərək bunlar arasında sərhəd yaratmağa çalışırlar.
Həqiqətən bu belədirmi?
Hər hansı bir elm sahəsinin özünəməxsus terminlər toplusu vardır.Bu terminlərin hər biri hansı dildən yaranıbsa, məhz həmin dildə bu terminlərin orfoqrafik qaydada mənaları da vardır.
Ilk anda mətbuat toplantısı və ya mətbuat konfransı terminlərini eşitdikdə bunun mənası bizim üçün tam aydın olur.Türklərin mətbuat toplantısı termininin türkcə ” basın toplantısı” ifadəsi son illərdə leksikonumuza daxil olmuşdur və ara-sıra işlənməkdədir.Məhz türk dilində bu terminin leksik mənası digər dillərdə olan terminlərin açılmasına istiqamət verir.
Ta qədimdə çap üsulu ” daş basma” üsulu kimi nominativləşmişdir.Bu üsulun texniki məzmunu hərf və ya hər hansı bir əlamətin surətini sürətlə tirajlamaq üçün bu üsuldan istifadə edilmişdir.Yəni bugünkü müxbirlərin yazdıqları məqaləĺərin çap edilməsi forması olmuşdur.
latın mənşəli ” press” sözü də öz növbəsində “basın” mənasını bildirir.Yəni təzyiq tətbiqetmə metodu ilə.
Ərəb dilindən dilimizə keçən ” mətbuat” sozü də eyni paralellikdədir.Mətbuat sözü ərəb dilində “təb¹” sözündəndir.(sonda apostrof)” Mətbu” sözü də buradandır.
Ərəb dilində bu söz bir neçə mənada işlənsə də onun bir mənası da ” basın” (basılmış, çap edilmiş) anlamına gəlir.Təbaət, təbgah, təbxanə sözləri də bu qəbildəndir.Hətta ” təbaşir” sözü də ərəb- fars mənşəli sözlərdən yaranmadır.”Şir” fars dilində ” süd” mənasında “ağ”, “təb” isə ərəbcə basma mənasıni bildirir.Soz yaradıcılığının psixolinqvistik hadisəsinin məhsuludur
Maraqlıdır bəs “çap” sözü hansı sözün orfoqrafik mənasındandır?(təsvir yox, orfoqrafik mütləqdir)
Əgər lüğətlərə müracıət olunarsa dilçi mütəxəssislərin hamısı bu sözün lüğətə əsasən fars mənşəli “çap” sözündən keçdiyini əminliklə izah edərlər.
Mən deyərdim ki, əsla yox.(əslində ” mən” sözünün burada təvazökarlığa bənzəməsi mənbənin olmamasından irəli gəlir)
Fars dilində ” çap” sözünün mənası ” çap etmək, çapxana, at çapmaq, çapar” mənalarını bildirir.Bu səbəbdən də mənbəyə əsaslanmış sayılır.
Həqiqətdə isə bu belə deyildir.
“Klassik ədəbiyyatda işlənən ərəb və fars dili lüğəti” kitabinda (EA-nın nəşridır) “çalak, çapuk, çapuksuvar” sözləri fars dilində olsa da qeyd olunmuşdur ki, bu sözlərin əsli azərbaycancadandır.Eyni zamanda “Türkcə- Rusca” lüğətdə də ” çabuk, çabucacıq, çabukça, çabukluk” sözləri fars dilində olduğu kimi türk dilində də ” cəld, iti, yeyin” mənalarını bildirir.
Sual oluna bilər ki, ” çabuk” sözünün nəşr mənasını verən “çap” sözü ilə nə əlaqəsi vardır.Ümumiyyətlə bütün xalqların dillərində olan ilkin sözdən yaranan derivativlərin hamışı psixolinqvistikanın məhsuludur.Çox təəssüf ki, bu sahə də teolinqvistika kimi öyrənilməmişdir.Sözlərin ilkin kökü tanrı adlarından, derivativlər isə psixolinqvistikadan yaranmadır.Əgər dilçilik elmi sözdən başlayırsa, onun nəzəriyyəsinin əsası məhz budur.Bu nəzəriyyənin tətbiqi gecikdikcə dilçilik elmində leksika sahəsi qüsurlu olaraq qalacaqdır.
Qədim dövrlərdə padşahlar yazdıqları məktubları çaparlar vasitəsi ilə yola salırdılar.Yol üstlərində çaparların at dəyişdirmə məntəqələri karvansaraylarda icra olunurdu.Bunun əhəmiyyəti onda idi ki, çapar atı sürətlə sürdüyündən uzun yola at tab gətirə bilmirdi.
” Çap” sözünün “çapmaq” sözündən nominativləşməsi psixolinqvistik hadişədir.
Qədim Oğuz dilindən yaranan bu termin eyni zamanda müasir poçt xidmətinin məhz türklər tərəfindən yarandığını məlum edir.
“Çap” sözünün “çapmaq” feilindən yaranması məntiqi cəhətdən onun təcililiyi anlamından alınmadır.
Hətta oğuzların “çəpik çalmaq” sözü də bu sözdəndir.Yəni çəpiyin alınması üçün əlləri sürətlə biri birinə vurmaqdan alınır.Çap sözünün yazı məhsuluna çevrilmə prosesi məktubun yazı məhsulu olması ilə əlaqədardır.
P.S.Mənim yazi stilimdə hazır yazılmış materiallardan istifadə etmək praktikası yoxdur.Bu yazıları ona görə yazıram ki, oxucu rast gəlmədiyi məlumatları oxusun.
Yəqin ki, mənim yazdıqlarımı da onlar yeni mənbə kimi qəbul edirlər.
Hər zaman olduğu kimi təşəkkürümü bildirirəm.

DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TURAN FƏDAİSİ – BÖYÜK SÖZ USTASI

TURAN FƏDAİSİ – BÖYÜK SÖZ USTASI

Söz müdriklərindən olan Pablo Nerudanın dəyərli bir frazasını xatırlayıram: “Şeir yazan üçün deyil, ona ehtiyac hiss edən oxucu üçündür”
Rüstəm Behrudi də hər vaxt özünü, öz qanadlı düşüncələrini qələmə alsa da, sevimli oxucusunu, onun ruhi rahatlığını düşünüb.
Rüstəm nəhəng şairdir, onun hüdudsuz, intəhasız poetik dünyası var.
Onun poeziyası nadir nüsxələrdəndir. Özünəməxsus, bənzərsiz bədii üslubu, cilalı dili, geniş nəfəsi ilə poeziyanın dərin qatlarına enib Rüstəm…
Hələ neçə illər qabaq mərhum professor, ədəbiyyat bilicisi Tofiq Haciyev yazırdı: …”Dədə Qorqud” kitabından sonra heç kəsdə etnik tariximiz Rüstəm Behrudi poeziyasında olduğu qədər bədiilik predmetinə çevrilməyib.
Əhməd Bican Ərcilasun isə deyir: “Əslində o, qopuzuyla, davuluyla, duasıyla zamanı tilsimləyən bir Şaman nəvəsidir. Sehrli misralarıyla zamanı düyünləmiş, zamanın axışı dupdurulmuşdur…”
Təkcə “Salam, dar ağacı” şeirini yazmaq bəs edərdi ki, Rüstəm uludan ulu şeirimizin ən üst qatında yer alsın.
Sözə bir baxın:

…Rəngi bayrağımda yarpağlarının
Salam, dar ağacı! Əleyküm-salam!

Böyük ruh şairinin elə bu şeirinə Ramiz Rövşənin qiyməti yetərlidir: “Dar ağacına salam verən çox şair olub, ancaq dar ağacının salamını aldığı yeganə şair Rüstəm Behrudidir”
Rüstəm Behrudi Şaman dualarıyla Turan yolçuluğuna çıxan şairdir.
Rüstəm Behrudi- zamanın fövqündə yaşayan bu böyük şair həm də mənim dostumdur, qürur duyduğum dostum!
O, alicənab və səmimidir, bütöv xarakterdir. Rüstəm o qədər mərhəmətlidir ki, son pencəyini çıxarıb üşüyən bir ağacın çiyninə də ata bilər…
Rüstəm böyük poeziyaya kitabdan, mütaliədən yox, tanrıdan gəlir- Tanrı şairidir Rüstəm Behrudi!
Poeziyası ilahi heyrətdən doğan şair, Tanrı səni və qələmini qorusun!
“Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz” deyirdi Aqutaqava.
Arxayın ol, Rüstəm, bu dünyada heç bir zənginlik sənin poeziyanın bədəli deyil!

Sevgi və hörmətlə: ƏLİZADƏ NURİ

RÜSTƏM BEHRUDİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sima Azadqızı Göyçəli – Məni

Canımı rahat buraxın,
Ruhumla basdırın məni

Aşıq Ələsgərin İrsi ilə Böyüyən Şəxsiyyət: “Elm və təhsil Mərkəzi”nin filologiya üzrə Fəxri Doktoru Sima Azadqızı Göyçəli.
Dədə Ələsgər nəslinin davamçısı, özündə həm elmin işığını, həm də ədəbiyyatın sehrini birləşdirən, görkəmli alim və şair Sima xanım Azərbaycan, Türkiyə və İraq-Türkmən Yazıçılar Birliyinin fəxri üzvü, böyük mədəni irsimizin daşıyıcısı və qoruyucusudur.
O elmi nailiyyətləri ilə yanaşı, bədii yaradıcılığı ilə də seçilir. Onun müəllifi olduğu kitab və çoxsaylı şeirlər, eləcə də mənzum əsərlər oxucuların könlünü fəth etmişdir. O, təkcə söz sənətinin yox, həm də milli-mənəvi dəyərlərimizin təbliğində böyük bir məktəb yaradan şəxsiyyətdir. Uzun illərdir qürbətdə yaşamasına baxmayaraq, qoşma, gəraylı, qıfılbənd, təcnis, dodaqdəyməz təcnis, dodaqdəyməz cığalı təcnis və s. şeir nümunələri ilə ana dilimizin zənginliyini qoruyub saxlamışdır.
Bu görkəmli insanın irsi yalnız Aşıq Ələsgərin ruhunu yaşatmaqla kifayətlənmir, həm də müasir dövrün elmi və bədii ehtiyaclarına cavab verir. Onun sözləri təkcə qəlbimizi oxşamır, həm də düşüncələrimizi zənginləşdirir. Ədəbi-bədii yaradıcılığı müxtəlif qurumlar tərəfindən qiymətləndirilən Sima Azadqızı Göyçəli “Qızıl qələm”, “Xəlil Rza Ulutürk, “Ulu Öndər”, “Səməd Behrəngi” və “Ziyadar” mükafatlarının laureatıdır. Eyni zamanda, ulu babasına həsr etdiyi “Əbədi zirvədə qaldı Ələsgər” adlı şeirinə görə 2020-ci ildə “İlin Ən Yaxşı Qadın şairi” adını qazanaraq, Türkiyədə KHA tərəfindən “OSCAR -2020” mükafatına layiq görülmüşdür. 2024-cü ildə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən “AŞIQ ƏLƏSGƏR – 200” Yubiley Medalı və Fəxri Diplomu ilə də təltif olunmuşdur.
Sima Azadqızı Göyçəli ASKEF-in Moskva üzrə təmsilçisidir.
Hörmətli Sima xanım siz bizim milli sərvətimizsiniz. Sizin kimi insanlar sayəsində mədəniyyətimiz və tariximiz nəsildən-nəslə ötürülür, gələcəyə işıq saçır.
Qələminiz həmişə iti, ilhamınız bol olsun!
Bu paylaşımla dəyərli dostlarımı da bu böyük şəxsiyyətlə tanış etməyi özümə borc bildim. Gəlin, Aşıq Ələsgər irsini yaşadan bu dəyərli insanın fəaliyyətinə dəstək olaq və qiymət verək!

       

MƏNİ

Toxunmayın sarı simə!
Kim deyir: “əsdirin” məni…
Kimdir fərman verən kimə,
Kim deyir: küsdürün məni?!

Çarmıxa çəkin özümü,
Şər desə, oyun gözümü.
Hərraca qoyun sözümü,
Dilimdən asdırın məni.

Qorxu bürüsə simamı,
Fətva versin “köy imamı”.
Şahid tutun “Göy imam”ı,
Haqq ilə susdurun məni.

Kürsüdə salın yerimi,
Səbr ilə soyun dərimi.
Kim bağlasa əllərimi,
Önündə kəsdirin məni.

El yasıma etsin axın,
Qohum-qonşu, uzaq-yaxın…
Canımı rahat buraxın,
Ruhumla basdırın məni!09.

Müəllif:Sima Azadqızı Göyçəli
09.11.2024

Qırğız dilinə tərcümə :

Tərcümə edən: Эржан Бекмуратов

         MEНИ

Тийбеңиз сары кыргыйымдын үзүңө!
Ким дейт: “чайпалтып туруп салгыла мени…”
Кимге буйрук берип жатат ким,
Ким дейт: “кайгыга чөктүрүп алгыла мени?!”

Керме кылып асып койгула денемди,
Жамандыгым болсо, көзүмдү да алгыла.
Сөзүмдү базарга коюп сатып,
Тилимди кесип, үнсүз калтыргыла.

Эгер коркуп өңүм өзгөрсө,
Адамдардын укугу берсин өкүм.
Асмандагы Жараткандын алдында,
Акыйкаттык менен мени токтоткула.

Тактта отургузгула ордумду,
Сабырдуу болгула, сыйрыгыла теримди.
Ким байласа колдорумду,
Алдындыда моюнумду берейин.

Элим, жоктоомо келип күбө болгула,
Туугандарым, кошуналарым, алыстар-жакындар…
Жанымды тынч коюп, өз жолумда,
Рухум менен көмүңүздөр мени!

Акын :Сима Азад кызы Гөйчөлү
11.11.2024
Которгон: Эржан Бекмуратов

Təqdim etdi: SONA ABBASƏLİQIZI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm İsabəylinin yeni hekayəsi – Maraqlı


SƏRÇƏNİ TANIMIYAN ADAM
(hekayə)

Cəfər Cabbarlı adına Kinostudiyanın Xronika şöbəsində redaktor işləyirdim. Bir səhər, əlimyandı işimiz olmadığından, yığılıb koridorda, söhbət eləyirdik. Məndən başqa daha kim var idi orda, bir az bəstəboy, bir az dolubədən kinooperator Köçəridən yana heç kim yadımda qalmayıb indi. Tappıltı səsinə çevrildik – bir qədər arıq, bir qarış bizdən uca, bir az da boyun tərəfindən beli donqarlaşmış bir adam keçib getdi yanımızdan. Heç salam da vermədi bizə. Köçəri min ilin sirrini deyəcəkmiş kimi pıqqıldayıb gülmək üçün zurna çalanlar kimi ordlarını köpürdüb, qıyılmış gözlərini üzümüzə dikib, başını qabağa əyib, pıçıldadı:
–Gördünüz?!
Orda duranlardan kimi gülümsədi, kimi siqaretinə bir qullab vurub, başını aşağı saldı, kimi də, yəni mən özümü saxlaya bilmədim:
–Nədi ki?
–Sərçəni tanımır ey bu adam.
–O nə deməkdi, ay Köçəri?
– laboratoriyada işləyir, işi-gücü kino-plyonka aşkarlayıb yumaqdı. Həmişə də başı aşağı. Göyə baxmağı da yadından çıxarıb! O qədər vərdiş eləyib işə, imkanı olsa istirahət günü də gələr. Səhərdən girir, bir də axşam çıxır. Baxmayaraq ki, qaratikan kolu kimi düşüb qız-qadınların arasına, elə hırıldayıb gülməyi bilir zalımın balası. Birinin də yanından bir çimdik götürməyir ki, həm barmaqları isti ətə dəysin, həm də qız-qadınlar onlara göstərilən nəvazişdən məmnun olsun. Bir sözlə… kötük. Burdan çıxmağıyla da 400 addım gedib, girir yuvasına girməyi bir olur. Toy bilməz, vay bilməz, araq içməz, siqaret çəkməz, qadınla da məlum… bir sözlə – varlıq.
–Deməli araq içib, siqaret çəkib, qadına tamah salmaqdı həyatın mənası, deyirsən?!
–Bunlar da olmasa, bəs onda niyə gəlmişik dünyaya?!
Gülüşdük.
–Adam kimi yaşamaq lazımdı. – Köçəri koridordan bizə tərəf gələn direktorumuz Fəraməz müəllimi görən kimi nöqtəni qoydu.
–Yenə də nə filosofluq eləyirsən, ay Köçəri?!
–Salam, Fəraməz müəllim, sərçəni tanımayan adamdan danışıram.
–Köçəri, sən mənim canım, onsuz da bilirəm arxamca deyirsən, bəs mənə nə ad qoymusan?
–Yox, Fəraməz müəllim, üz vurmayın!
–Bax, bu dəqiqə çəkilişə getmək lazımdı, desən, səni göndərəcəm, beş-on manat qabağa düşə¬cəksən!
–Qorxuram axı.
–Qorxma!
–Fəraməz müəllim, sizə gözəl ad qoymuşam.
–Nədi?
–“Balamın canı!”
–Ay səni, qırışmal! – Fəraməz müəllim gülə-gülə çıxıb getdi.
–Bəs çəkiliş?
–Yarım saatdan sonra gələrsən yanıma.
–O nə deməkdi, ay Köçəri? – Soruşdum.
–Fəraməz müəllim and içəndə, “balamın canı” deyir həmişə.


Hər ilin sonu kinostudiyanı həyəcana salırdı Məlik-Yeqanov. Hazır olun, kadrların ixtisarı gəlir. İxtisardan qorxan kimi də heç nədən qorxmurduq. Axı bu, bir işçini tutduğu vəzifədən azad eləmək deyildi ki, haqqını müdafiə üçün məhkəməyə üz tutasan. Onlarla adam, həmkarlar təşkilatının razılığı ilə bir parça çörəkdən məhrum edilirdi.
Bu söhbətdən bir həftə keçməmiş səhər kinostudiyanın yaşayış binasının qarşısından keçib, işə gələndə, elə bil mənə dedilər, başını qaldır, yuxarı bax. Gördüm bir cüt imdad diləyən göz dikilib üzü¬mə. Belə baxışları dilənçilərdə görmüşdüm əslində. Ürəyimdə “bu kimdi, bu nə istəyir, görəsən”, deyə bir şey anlamadan keçib getdim. 10-15 addımdan sonra yenidən çevrildim arxaya. Bayaqkı adam qəfəsə salınmış aslan kimi balaca balkonda ora-bura vurnuxurdu.
İşə gələndə Allahdan olan kimi Fəxrəddin qarşıma çıxdı.
–Kinostudiyanın yaşayış binasının üçüncü mərtəbəsində bir kişi gördüm, eni-uzunu bir qarış balkonda fırfıra kimi fırlanırdı.
Fəxrəddin sağ əlini gözünün üstünə qoyub, güldü.
–Nəyə gülürsən?!
–Bilmədin kimdi?!
Başımı yellədim.
–Məlik-Yeqanovun qurbanlarındandı. – Qaşlarımı çatdığımı gördü. – “Sərçəni tanımıyan adam”.
–Onu da ixtisara salıblar?
–Bəs nə bilmişdin?!
Bütün günü fikrim o adamın yanında qaldı. Arada ürəyimdə gileylənirdim də: “Belə işgüzar adamı da ixtisara salarlar?!”.
Səhəri günü yenidən yolum Kinostudiyanın yaşayış binasının qarşısından düşdü. Dünənki maraqla başımı qal¬dırıb üçüncü mərtəbəyə baxdım. Balkonda heç kim gözə dəymirdi. Amma evdən zümzüməyə oxşayan səs gəlirdi.
Qapıçı Xanım xalaya “sabahınız xeyir!” deyib, ehtiramla Cəfər Cabbarlının büstünə baxıb, kinostudiyaya girəndə kinooperator Azərlə üz-üzə gəldim.
–Xəbərin var?! – Dedi.
–Nədən?
–Sərçəni tanımayan adam rəhmətə gedib.
10-12.12.2024

Müəllif: Qəşəm İsabəyli

Qəşəm İsabəylinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

12 dekabr –Ulu öndər Heydər Əliyevin anım günüdür

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HEYDƏR ƏLİYEV BARƏDƏ BİLMƏDİYİNİZ MARAQLI FAKT

HEYDƏR ƏLİYEV BARƏDƏ BİLMƏDİYİNİZ MARAQLI FAKT

Macarıstan, Oktyabr, 1956-cı il. Tələbələrin təşəbbüsü ilə başlanan antisovet inqilabına artıq fəhlə və ziyalılar da qoşulur. Macarıstanın paytaxtı Budapeştin əsas meydanına artıq bir neçə gündür 200 min inqilabçıdan ibarət mitinq toplaşmışdı. 24 Oktyabr bir sıra antisovet və antikommunist çıxışlardan sonra kütlənin bir hissəsi dövlət radiosu binasından millətə müraciət etmək üçün hərəkət etdilər, digəri isə SSRİ-nin şəhərdə yerləşən səfirliyinə hücum etdi. Artıq odlu silah və “Molotov kokteylləri” ilə silahlanmış inqilabçılar radio binasını ələ keçirir və döyüşlər zamanı bir neçə ağır texnikanı da zəbt etməyə müvəffəq olurlar.

SSRİ səfirliyinə hücum edənlər hasar və bir sıra obyektləri yandıraraq yaşayış binasını ələ ala bilirlər və Moskvanın Macarıstandakı səfiri, Yuri Andropovun oğlu, 14 yaşlı İqoru oğurlayırlar. Vəziyyət ciddiləşir. İngilabçılar tələb edirlər ki, Sovet ordu hissələri dərhal şəhəri azad etsinlər, əks halda onlar SSRİ səfiri Yuri Andropovun oğlunu edam edəcəklər.

Moskvada Budapeştdəki vəziyyəti müzakirə etmək üçün Siyasi Büronun fövqəladə toplantısı yığışır. Yenicə Macarıstandan qayıdan Siyasi Büronun üzvü Mixail Suslov və SSRİ Baş nazirinin birinci müavini Anastas Mikoyanın hesabatını dinləyən SSRİ Kommunist Partiyasının Baş katibi Nikita Xruşşov Budapeştdən 6 minlik Sovet qoşun kontingentinin müvəqqəti çıxarılmasına əmr verir. Lakin inqilabçılar bununla kifayətlənmirlər – qələbələri ilə ruhlanmış üsyançılar bir sıra dövlət təşkilatlarını ələ keçirir, Stalin və digər SSRİ-nin simvolu olan heykəl, monument və hətta bayraqlarında olan çəkic və oraq hissələrini cıraraq ölkədə sosialist rejiminin ləğvini və Macarıstanın ümumiyyətlə Varşava müqaviləsindən çıxmasını tələb edirlər. Eyni zamanda Yuri Andropovun oğurlanan oğlunu qaytarmır və onun barədə heç bir məlumat vermirlər, əksinə, onun üzərində spekulyasiyaları davam etdirərək İqoru öldürməklə hədələyirlər.

Bu vəziyyətdən çıxış yolu tapmaq üçün Macarıstana az saylı xüsusi təyinatlılar dəstəsi göndərilir. Bu dəstə yüksək peşəkarlıqla hərəkət edərək 8 saata tanımadığı məkanda nəinki Yuri Andropovun oğlu İqorun yerini müəyyən edir, hətta baxmayaraq ki, uşaq ciddi nəzarət və silahlıların mühafizəsi altında yerləşirdi, onu heç bir kəsə xəsarət yetirmədən ələ keçirib birbaşa ölkədən çıxarmağa müvəffəq olurlar. Maraqlı fakt həm də budur ki, bu xüsusi təyinatlıların komandiri 33 yaşlı Heydər Əlirza oğlu Əliyev idi.

Bir neçə gündən sonra Nikita Xruşşovun növbəti sərəncamı əsasında Budapeştə Rumıniyada məskunlaşan 60 minlik Sovet ordusu daxil olur və cəmi 3 min inqilabçının ciddi müqaviməti ilə rastlaşmasına baxmayaraq bir neçə günə Macarıstanda Yanoş Kadorun başçılığı ilə sosialist hakimiyyətini bərpa edir.

Sözsüz ki, Heydər Əliyevin bu şücaəti və peşəkarlığı unudulmur. Son günlərinədək Yuri Andropov ona dərin minnətdarlıq hissi ilə, habelə Heydər Əliyevin fövqəladə savad və mərdlik xüsusiyyətlərini nəzərə alaraq ona dəstək olur. Belə ki, 18 may 1967-ci ildə Andropov SSRİ “KQB”nin rəhbəri vəzifəsinə təyin olunandan iki ay sonra Heydər Əliyev Azərbaycan “KQB”sinin sədri təyin olunur, bundan sonra 1969-cu ildə respublikanın Birinci katibi seçilir. 1982-ci ildə Yuri Andropov SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi seçiləndən sonra həmin il Heydər Əliyev Mərkəzi Siyasi Büronun üzvü və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyin olunur.

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin vəfat günüdür, Allah ona rəhmət eləsin. Eyni zamanda, bu ay onun sadiq silahdaşı və onunla 1969-cu ildən 14 il çalışan əmim Arif Mustafayev də rəhmətə gedib, Allah ona da rəhmət eləsin!
Yeriniz behiştlik olsun, kişilər!

Sağdan sola: Heydər Əliyev, İlham Əliyev, Arif Mustafayev

Bu məqaləni ANS Press saytında da qxuya bilərsiniz:
https://anspress.com/heyd%C9%99r-%C6%8Fliyev-bar%C9%99sind%C9%99-bilm%C9%99diyimiz-maraqli-fakt

Müəllif və mənbə: Vahid Mustafayev

ULDUZUN BÜTÜN SAYLARI – 2024 – PDF

Təsisçilər: AYB və ULDUZ JURNALININ ƏMƏKDAŞLARI

Baş redaktor: Qulu AĞSƏS

“ULDUZ” JURNALI – 2024 (PDF) :

  1. YANVAR – 2024
  2. FEVRAL – MART 2024
  3. APREL – 2024
  4. MAY – 2024
  5. İYUN – 2024
  6.  İYUL – AVQUST 2024
  7.  ulduz-sentyabr-2024
  8. ulduz-oktyabr-2024
  9. Ulduz – noyabr – dekaber – 2024


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ulduz” jurnalının dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi noyabr-dekabr sayı çap olunub – PDF

“Ulduz” jurnalının noyabr-dekabr sayı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.

Jurnal “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə açılır. Sonrakı səhifədə ümummilli lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi yer alır. Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” yazıları yer alır. Bu sayda Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Bahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi” yazılarını oxuya bilərsiniz.  Əli Kərimin  “Füzuli”, Zəlimxan Yaqubun “Görüş – ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi  Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası” dahi şairin yaradıcılığından söz açır.

Xüsusi buraxılışda Füzulinin söz gülşənindən seçmə qəzəllər təqdim olunur.

“Dərgidə sərgi”də əsərləriylə Əfşan Rafaelqızıdır.

“Ulduz” jirnalı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi və “Təhsil” Nəşriyyatının birgə layihəsi olan xüsusi nömrənin redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.

Xüsusi buraxılış PDF: Ulduz – noyabr – dekaber – 2024

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kolumbiyalı ədiblər Azərbaycan Yazıçılar Birliyinin ziyarət ediblər

Kolumbiyalı ədiblər Azərbaycan Yazıçılar Birliyinin ziyarət ediblər

Dekabrın 11-də Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Quartas Ayalanın rəhbərliyi ilə tanınmış Kolumbiyalı ədiblər- Lauren Mendinueta, Martin Gomez, Carlos Alfredo Betancourt Azərbaycan Yazıçılar Birliyini ziyarət ediblər. Qonaqları Birlyinin sədri Xalq yazıçısı Anar qəbul edib. Görüşdə Azərbaycan Yazıçılar Birlyinin katibi, şair Səlim Babullaoğlu, sədrin baş müşaviri Rauf Aslanov, mətbuat xidmətinin rəhbəri Xəyal Rza da iştirak ediblər.
Qonaqları salamlayan Xalq yazıçısı Anar bu görüşün əlamətdar olduğunu söyləyib, qonaqlar Azərbaycan Yazıçılar Birliyinin tarixi, ədəbi mühitdəki rolu, Birliyin nəşri haqqında ətraflı məlumat verib. Eyni zamanda Kolumbiya ədəbiyyatının, xüsusən Qabriel Qarsia Markesin yaradıcılığının Azərbaycanda populyarlığı, kitablarının dəfələrlə nəşri barədə danışıb.
Səfir Luis Fernando Quartas Ayala Birliyə bu ziyarətdən məmnunluğunu ifadə edib və görüşün gələcəkdə öz bəhrəsini verəcəyinə inamını ifadə edib.

AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu da öz növbəsində həm Kolumbiya ədəbiyyatının, bütövlükdə ispandilli ədəbiyyatın və Latın Amerikası ədəbiyyatının dünyadakı xüsusi çəkisindən, ədəbi mübadilə işinin perspektivlərindən danışıb.

Görüşün sonunda qonaqlar kitablar hədiyyə olunub, xatirə şəkli çəkilib.

Mənbə: SƏLİM BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru