Dünya Kubokunun gümüş mükafatçısı

Dünya kubokunun gümüş mükafatçısı

Gürcüstan respublikasının Kutaisi şəhərində 6-8 dekabrda Alpaqut döyüş sənəti üzrə Dünya Kuboku uğrunda 14 ölkənin 465 idmançısı mübarizə apardı. Bu mötəbər yarışda iştirak edən Milli komandamızın üzvü Rövşən Əlı oğlu Həsənov 95 kq çəki dərəcəsində 41 yaşdan yuxarı olanlar arasında Caymaz sistemi üzrə Dünya Kubokunun gümüş mükafatçısı oldu.
Rövşən Həsənov 27.08.1983-cü ildə Şəki şəhərində dünyaya gəlib. Şəki şəhər 4 saylı orta məktəbində oxuyub. Hələ 7 yaşından “Məhsul” ( o zaman rayonlarda. ” Məhsul” idman cəmiyyətləri fəaliyyət göstərirdi) Kənd Könüllü idman cəmiyyətinə gəlir. Burada peşəkar idmançı Tahir müəllimlə tanış olur. Tahir müəllimin rəhbərliyi altında Şotakan Karate Do şərq döyüş növünün sirlərini öyrənir.
Orta məktəbi bitirdikdən sonra 2001-03-cü illərdə Milli ordumuzda vətənə hərbi xidmət borcunu yerinə yetirir. Burda da hissədaxili idman yarışlarında iştirak edib birincilərdən olur.
Hərbi xidmətdən sonra 2004-06-cı illərdə Şəki Texniki peşə məktəbində “Turizm ağenti” peşəsinə yiyələnir. Bununla da kifayətlənməyib Şəki şəhər Mədəniyyət evində təşkil olunmuş “Jurnalist” kursunda təhsilini davam etdirib.
Peşəkar idmançı Rövşən Həsənov dəfələrlə ölkə çempionatının, müxtəlif turnirlərin qalibi olub. Şəki şəhərindəki “Qafqaz” idman klubunun idarə heyətinin üzvüdü. Alpaqut Turan döyüş sənəti üzrə məşqçi, həm də Alpaqutun Şəki şəhəri üzrə mətbuat katibidi.
Rövşən (yarğan) Kutaisi şəhərindəki Dünya Kubokunda ikinci yer tutsa da, məqsədi növbəti Alpaqut üzrə Dünya çempionatında birinci yer tutmaqdı. Uğurlar olsun Rövşən! Mətnlə əlaqəli fotolar:

Müəllif: Məmməd MƏRZİLİ

Alpaqutun Qarabağ üzrə mətbuat katibi

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Oksford Akademiyası İttifaqının akademiki Yaşar Saday oğlu İbadov Azərbaycanımızı Dünyada layiqincə  təmsil edir

TƏBRİK EDİRİK!

         İngiltərənin Oksford Akademiyası İttifaqında

Alternativ Pisixologiya Departamenti   fəaliyyət göstərir.

 Hər bir Vətəndaşımızın milli və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir.“Alternativ psixologiya” XXİ əsrin yeni elmi kimi canlı sistemlərin zaman və məkan daxilində davranışlarının və metamorfozalarının öyrənilməsində yeni imkanlar açır. Tibbi biologiya üzrə elmlər doktoru, professor Y.S.İbadovun tətbiq etdiyi psixoqrafiya metodu (“Metamorfoza səbəbi üzrə iş” metodu) canlı orqanizmlərin faza sistemlərinin tədqiqindən, insanın həyat fəaliyyətini pozan neqativ informasiya mənşəli blokların üzə çıxarılmasından ibarət olub, sonrakı etapda onların korreksiyasını təşkil etməklə insanlığın  mənəvi-psixoloji yüksəlişinə xidmət edir. Metodun tətbiqi təbiətlə insan arasında olan qarşılıqlı təsirlərin xarakterini qiymətləndirməyə imkan verərək, təkcə fiziki bədəni deyil, həm də energetik bədənləri təmizləməyə və sağlamlaşdırmağa imkan yaradır.

Oksford Akademiyası İttifaqının akademiki Yaşar Saday oğlu İbadov “Alternativ Psixologiya” elminin müəllifi olmaqla Azərbaycanımızı layiqincə dünyada təmsil edir. Onun tibb sahəsində insanlarln tibbi-psixoloji sağlamlığının beynəlxalq səviyyədə qorunurması yolunda dünya təbabətinə gətirdiyi elmi yeniliklər və  töhfələr qürurvericidir! Qalib Azərbaycanın, doğulduğu Qarabağın azadlığına qovuşması sevincini yaşayan Yaşar həkim  növbəti uğura imza atmışdırşdır. İngiltərənin Oksford Akademiyası İttifaqında 7 noyabr 2024-cü il tarixindən Alternativ Pisixologiya Departamenti fəaliyyətə başlayıb.

           Departamentin rəhbəri dünya şöhrətli Azərbaycanlı alim, Tibbi-biologiya elmləri doktoru, professor, “Alternativ pisixologiya” elminin müəllifi, Oksford Akademiyası İttifaqının akademiki, “Yay-Osido” İnnovasiya İnkişaf Mərkəzi”-nin təsisçisi və direktoru Yaşar Saday oğlu İbadovdur. O, həm də Beynəlxalq Nobel mükafatı İnformasiya komissiyasının eksperti olmaqla yanaşı, özü də Nobel mükafatı namizədidir.

        Orijinal dəsti-xətti olan, elmi nailiyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan akademik Yaşar İbadovun  Alternativ psixologiya  Departamentinin fəaliyyəti ilə bağlı təqdimatı zamanı, nəzəri və praktiki elmi nailiyyətləri və nanotexnologiya ilə hazırlanmış harmonizatorlarının, ixtiralarının, praktik olaraq insanların  sağlamlığının qorunmasına verdiyi töhfələr və nəticələr haqqında məlumatları iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

           Akademikin yaratdığı “Alternativ psixologiya”- XXI əsrin elmi kimi Zamanın movcud olan problemlərinin həlli istiqamətində bəşəriyyətə öz töhfəsini verə biləcək informasiya elmidir. Bu elm Təbiət qanunlarına əsaslanaraq İnsanlığa xidmət etməkdədir. Akademik Yaşar Saday oğlu Ibadov dünyanın aparıcı ölkələrindən olan ABŞ, İngiltərə, Türkiyə,Rusiya, Avropa ölkələrinin akademiyalarının fəxri üzvü, Beynəlxalq Sistemologiya Akademiyasının, Ukrayna və Gürcüstanın Milli Elmlər

Akademiyalarının həqiqi üzvü seçilmişdir.

        2023-cü ildə Yaşar Saday oğlu İbadov İtaliyanın Roma şəhərində keçirilmiş konqressdə Beynəlxalq Biznes İnstitutunun Azərbaycandakı Ambassadoru təyin olunmuşdur.  Elmi nailiyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla

təqdim olunan azərbaycanlı alim,professor Y.S.İbadovun tibb sahəsində olan elmi yenilikləri yüksək qiymətləndirilmiş və Avroasiya ölkələri üzrə “Enerqoinformasion diaqnostika və müalicə üsulu” adında 29 dekabr 2005-ci il tarixli patent almışdır

 № 006449 (protokol № a 20040215, 21.10.2004-ci il). Metodun tətbiqi bioenergetik matrisanı tədqiq etməkdə və enerqoinformasion gigiyena elmində yeni yollar açır, sağlamlıq proqramının enerqo informasion səviyyədə bərpa olunmasını mümkün edir.Yaşar İbadovun tibb və psixologiya sahəsindəki xidmətləri beynəlxalq aləmdə tanınmışdır. O, dünya tarixində ilk dəfə “Faza Portret” adlanan rəsmlərin yaradılmasına elmi istiqamətdə əsaslanan yeni bir yol açmışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan tarixi şəxsiyyətlərin Dədə Qorqud, Nəsrəddin Tusu, Odinin, o cümlədən Nuh peyğəmbərin Faza Portretlərinin müəlifidir. Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti-xəttinin və elmi nailiyyətlərinin əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyi elmi töhfələrinə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşdür. Avropa tibb assosiyasının 2021-ci ildə dərc etdirdiyi Sokrat Almanax ensiklopedik kitabında Yaşar İbadovun yeni elmi metodologiyası tibb və sağlamlıq yolunda ən yaxşı təcrübə kimi təbliğ edilir və onu “Elm Cəngavəri” adlandırırlar.

        Akademik Yaşar İbadov müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyası əsasında həm nəzəri, həm də praktik nəticələri ilə İnsanlığın qorunması yolunda İnnovativ İxtiralar yaratmışdır (məs, Yay-Osido adlı ixtiralar toplusu, saat əqrəbinin əks istiqamətində hərəkət edən saatları, harmonizatorları və s.). Bu ixtiralar Avropa keyfiyyət nişanına layiq gğrülmüş və Beynəlxalq Lisenziya verilmişdir.  Onun elmi yenilikləri  hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət edir! Xoşbəxtliyini insanların sağlamlığna xidmətdə görən Yaşar həkim üçün dünyada ən böyük dəyər İnsanlıqdır! Öz elmi və xidmətləri ilə Dünyada Vətənimizi layiqincə  təmsil edən akademik Yaşar Saday oğlu İbadovun uğurları qururvericidir!

Hörmətli akademik Yaşar Saday oğlu  İbadovu  növbəti uğuru – İngiltərənin Oksford Akademiyası İttifaqında Alternativ Pisixologiya Departamentinin fəaliyyətə başlaması münasibətilə təbrik edirik!

 Sağlıqlı, xoşbəxt ömür payınız olsun! Səmərəli fəaliyyətinizdə yaradıcılıq uğurları diləyirik!         

Mətnlə əlaqəli fotolar:

Müəllif: Zülfiyyə VƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Respublikanın Əməkdar müəllimi

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əbilin gündəliyindən

Əbilin gündəliyindən:

11 dekabr 2006.
… Mən azərbaycanlı olmağımla fəxr edirəm. Avropada inkişaf var, o inkişafın bir parçası olmağa nə var ki… Əsas olan o inkişafın özüdür. Hz. Mövlananın dediyi ki, madam ki,dəniz olmaq istəyirsən qətrəliyi yox et,getsin. Ancaq qəbul etmək lazımdır ki, dəniz olmaq üçün dənizin qətrəyə ehtiyacı var. Avropada mədəniyyət bir dənizdir, hər parça bir dətrə. Qətrə olsa da, olmasa da dənizin dəniz kimi adı var. Ancaq qəbul edək ki, dənizi qətrə meydana gətirir. O dənizdən qətrə-qətrə götürməyi bacarsan əgər,zamanla görərsən ki, o dəniz özü qətrəyə çevrilir. Belə bir əfsanə var: Qaranquşlar qurbağaların səsindən yata bilmir, nəhayət, həmin qurbağaların yaşadığı göldən hərəsi bir qətrə götürməklə həmin gölü qurutmuşlar. Avropa onsuz da bir dənizdi və hər bizim ölkələr kimi ölkələrdən gedən qətrələr özləri də bilmədən o mədəniyyətin inkişafında böyük xidmətləri olur. Ancaq yazıqlar bilmirlər ki, həmin möhtəşəm mədəniyyəti elə onların özləri kimi insanlar qurub. Baxaq ABŞ-a. II dünya müharibəsindən sonra ABŞ dünyanın ıkincı və üçüncü ölkələrindən işçi qüvvələri çəlb etməklə öz inkişafını qurdu. Madam ki, xarici ölkələrdə mədəniyyətə xidmət edirsən, elə qal öz ölkənə xidmət et. Dənizə qətrə olmaq yaxşıdı? yoxsa qətrədən dənizə çevrilmək. Əlbətdə, hər kəs, – təbii ki, səbirli olanlar, millət uğrunda yananlar, əqidəsi olanlar, həyatda yaşamaq üçün anlamlı amalları olanlar- qətrədən dənizə çevrilməyi istərlər. Həyatın bu zaman bir anlam qazanmış olar.

Əbilin gündəliyindən:

Mənbə:  Etibar Əbilov

ƏBİL ƏBİLOVUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ADA” Universitetinə Kolumbiya ədibləri ilə görüş keçirilib

“ADA” Universitetinə Kolumbiya ədibləri ilə görüş keçirilib

Dekabrın 10-da “ADA” Universtetində Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Quartas Ayalanın iştirakı ilə tanınmış Kolumbiyalı ədiblər- Lauren Mendinueta, Martin Gomez, Carlos Alfredo Betancourtla görüş, “Kolumbiya ədəbiyyatı dünya ilə dialoqda” adlı ədəbi tədbir keçirilib. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu da iştirak edib.

Tədbiri giriş sözü açan Milli Məclisinin deputatı, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə qonaqları salamlayıb, keçirilən tədbirin vacibliyini dilə gətirib, Kolumbiya ədəbiyyatının həm Latın Amerikası, həm də ispandilli ədəbi arealda xüsusi və vacib çəkisindən danışıb. Daha sonra isə səfir Luis Fernando Quartasa söz verilib. Cənab səfir ADA Universitetinə minnətdarlığımı ifadə edib, belə bir tədbirin ölkələrimizin mədəni əlaqələrində mühüm rol oynayacağına inamını ifadə edib.
Sonra Fariz İsmayılzadənin moderatorlığı ilə tədbir öz işinə başlayıb.
Səlim Babullaoğlu “Kolumbiya-Azərbaycan ədəbi əlaqələri: Markesdən başlayan yol, tərcümə məsələləri, perspektivlər” mövzusunda çıxış edib, Markesin Azərbaycan dilinə tərcüməsinin tarixindən, Xose Asunsiyon Silva, Pyedad Bonet kimi Kolumbiya şairlərin yaradıcılığından, ümumiyyətlə Borxes, Lorka, Ximenes, Pas, Xuarros, Vila-Matas, Lyosa və başqa görkəmli ispandilli ədiblərə Azərbaycanda maraqdan söz açıb.
Tanınmış şair, esseist və tərcüməçi Lauren Mendinueta Milli və mədəni kimlik haqqında düşüncə vasitəsi olaraq poeziyanın əhəmiyyəti, kolumbiyalı qadın kimliyini müəyyən edən mədəni kontekst, yazıçı və şairlərin ictimai rolu ilə bağlı fikirlərini bölüşüb. Eyni zamanda xanım Lauren görüş iştirakçılarının maraqla qarşıladığı şeirləri oxuyub.

Kolumbiyalı naşir, mədəni işlər üzrə təşkilatçı Martín Gómez İspan-Amerika ədəbiyyatının beynəlxalq bazarlarda təbliği, kolumbiyalı yazıçıların dünya səhnəsində tanıdılması ilə bağlı təcrübələrini bölüşüb. O, yazıçıları yeni regionlara tanıtmaq üçün istifadə olunan mexanizmləri, həmçinin İspan-Amerika ədəbiyyatının qlobal kontekstdə qarşılaşdığı imkanlar və çətinlikləri dilə gətirib.

Kolumbiyalı tanınmış tarixçi və yazıçı Carlos Alfredo Betancourt Valle del Cauca bölgəsinin tarixi qorunması sahəsində fəaliyyətində, tarix və ədəbiyyat mövzusundan danışıb, tarix və yerli biliklərin mədəni kimliyin qorunmasında və gücləndirilməsində oynadığı rolu, yerli hekayələrin kollektiv yaddaşın mühüm tərkib hissəsi olaraq necə xidmət etməsi, bu hekayələrin beynəlxalq səviyyədə tanıdılması yolları problemi ilə bağlı fikirlərini səsləndirib.

Tədbirin sonunda “ADA” Universteti tələbə xidmətləri şöbəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Günel Əsgərovanın moderatorluğu ilə qonaqlar tələbə və müəllim heyətinin çoxsaylı suallarını cavablandırıblar.

Mənbə: SƏLİM BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru