21 dekabr 2024-cü il tarixində, “Kitabçı” mağazasında, tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirildi.
Tədbirdə müəllifin oxucuları, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, gənc yazıçı Məhəmməd Kərimov, Bahar Bəxtiyarqızı, Şah Sənəm və digər qələm adamları iştirak etdi.
Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.
Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.
Tədbirdən fotolar:
“Yazarlar” olaraq, bu münasibətləNigar Səttar-zadənitəbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!
(Birinci yazı) …Yenə də Türkçülük barəsində… İlk ocağı türklər qalayır və Ergenokon dağını əridib dastana çevirirlər. Oçaq sözü dünya dillərinə ordan keçib, yayılır. Dünya mədəniyyəti ocaqdan başlayır. İlk ocaq mağarada qızınmaq üçün qalanmayıb. İlk ocaq mədəniyyətə xidmət edib. İlk ocaq dağı əridib yol açıb.Türkçülüyün dünyada yayılmasına işıq tutub, məşəl olub. Hz. Mevlana “Məsnəvi”də dönə-dönə şamın yanması üzərində durur. Şam yanır, ətrafı nura qərq edir, hər kəsə fayda verir. Onun bir amalı var və amalı uğrunda qətrə-qətrə yanır, əriyib, kiçilir. Hər kəsə xeyir verir, amma bir tək özünə xeyri toxunmir,məhv olur. Qətrə-qətrı sonsuzluğa doğru getsə də, bunu bir amal üçün edir. Şam mövzusuna Mevlanadan daha çox Məhəmməd Füzuli toxunur: “Məni əşk oduna pərvanə tək, ey şəm yandırma” və s. beytlər. Nazim Hikmətin belə şeiri var: Mən yanmasam, Sən yanmasan, Biz yanmasaq. Necə çıxar qaranlıqlar aydınlığa… …Həqiqətən ən gözəl tale şamın payına düşmüş bu dünyada. Nə gözəl, başqalarının səadəti üçün yanacaqsan. Kaş mən də millətimin aydınlıq sabahlarına çıxması üçün yana bilsıydim.Zatən sevgi,amal uğrunda yandıqdan sonra, sənin yanman Hz.İbrahimin bir zamanlar Nemrud tərəfindən oda atılıb da, güllər, cənnət içərisində hüzura qovuşmaq kimi bir şey olacaq. Dönək mətləbə. Artıq türkcülüyün bir qurtarıcısı var: Böyük Dımirçi. Ergenokondan çıxdıqdan sonra hədəf də var artıq: “Qızıl alma”. Yol göstərəni var: “Simurğ” və yaxid “Əbədi Səməndər quşu”. M.Ə.Rəsulzadə 1920- ci ildə Azərbaycan gəncliyinə xitabında “Böyük Dəmirçi”nin tərəfinə keçməyi bizə tapşırır. Rəsulzadə də inanırdı; Böyük Dəmirçinin bizi Qızıl Almaya tərəf aparacağına. Çünki Dəmirçi bir dəfə ən çətin anda bunu bacarmışdı. Dağı dəlib türklüyün yolunu dünyaya açmışdı. M.Ə.Rəsulzadə yanılmadl: Böyük Dəmirçi bizi Qızıl almaya tərıf apardı…
Alpaqut Turan döyüş sənəti üzrə IX Azərbaycan çempionatı Dekarbrın 21-22 -də Bakı Şəhər Xəzər rayonu “Şağan” İdman İompleksində keçirilir. İdmançılarımız bu yarışa çox inamla hazırlaşıblar. Alpaqut federatsiyasının təşkilat komitəsi çempionatın keçirilməsinə ciddi nəzarət edir. Alpaqut federatsiyasının vitse-prezidenti Kurşad Rafiq Qasımov çempionatı şəxsən izləyir. Fotolar: