Distinguished ladies and gentlemen Peace and blessing be upon you,
I would like to greet everybody.We gather today to discuss one of the greatest human values that nobility, humanity needs now more than ever, which is world peace.This nuance, dream, which has long been a noble zeal, goal we all strive for, is not only about stopping the bleeding of wars and conflicts, but about building a world where security, love and justice prevail.
Honorable guests, Peace is not merely the absence of war; it is a state of harmony between nations, built on the foundations of dialogue and mutual understanding. Peace is the force that unites us despite our differences in color, religion, race. It is the basis upon which development is built, and the bridge that leads us to brighter and more prosperous future. As well as, we know last and lost time is never found again. We should effort to be humanity. Time is always on the wings…We should not spare our time in vain. Life is test, we are guests. We need peace and friendship. No flying from fate… However, let us be frank: the challenges facing world peace are immence. Armed conflicts, extreme poverty, increasing hatred and intellectual extremism all represent obstacles to it. Yet hope remains, for change begins with a single step and with the collective effort of individuals, communities and governments. Dear attendees, Peace starts within each of us. It begins when we choose to spread love instead of hate, tolerance, instead of vengeanceand understanding instead of division.We are all responsible for achieving this goal, for as it has been said, “ There can be no world peace without peace in the souls, hearts.” In conclusion we never forget “A friend in need is a friend indeed.” Now we must all unite, regardless of our differences, to achieve world peace. Let us always remember that peace is not weakness, but the true strength that builds justice and sows hope. We cannot overlook the role of International Institutions, such as the United Nations, which work tirelessly to spread peace, resolve conflicts and support nations suffering from the ravages of war. Let us all be messengers of peace, carrying this message to every corner of the earth…
I would like to thank the Leaders of this Institute of International Peace for this conference. Thanks for your attention. Nasser group. II PL Award ceremony. Ecovision Global compact conference. 30 January, 2025
3 Mart 2010’da Sirderya vilayetinin Boyovut ilçesinde doğdu. Halima Hudayberdiyeva Adındaki Yaratıcılık Okulu’nun 8. sınıf öğrencisidir. Makaleleri “İrfan ve Gençler” gazetesinde yayımlanmış.
İNSANLAR DÜŞÜNDÜĞÜMÜZ GİBİ DEĞİL…
Neden birbirimizden kırılıyoruz? Gerçekten kırılmak gerekir mi? Birçok insan sebepsiz yere kırılıyor. Onlar kendilerini ve bir- birlerini anlamıyorlar. Belki sinirleri bozulmuştur. Bilmiyorum. Neden kırılmalıyız? Her insanın bir kalbi var. Birkaç yıl önce, bana da tam böyle bir şey olmuştu. Asla kimseyi üzmeyin. Kendi canınız sıkılsa da. Ah, insanlar, gözlerinizi açın. İnsanlara iyi davranın. Birinin kalbini kırmak, Kâbe’yi yıkmakla eşdeğerdir. Asla sadece kendinizi düşünmeyin, başkalarının fikirlerini de dinleyin. Başkalarının düşüncelerine karşı çıkmamalısınız. Çünkü her insanın bir fikri vardır. Kırdığınız kişiden özür dileyin. İlk önce affedici, iyi niyetli bir insan olun. O zaman birbirinize kırılmazsınız!
YAPRAK DÖKÜMÜNDE BİLE GÜZELLİK VARDIR…
Yanılmıyorsam, dördüncü sınıf öğrencisiydim. Bir sonbahar günü, dedemle verandada sohbet ediyorduk. Dedemin dizine mavi, güzel bir yaprak, tıpkı güzellik kelebeği gibi, sessizce kondu. Dedem yaprağı eline alıp: – Görüyor musun, kızım, bunun güzelliğini? Her şeyin kendi mucizesi ve güzelliği vardır, hatta bu sonba- harın bile insanı büyüleyen bir zarafeti vardır, – dedi. Başlangıçta sararmış ve dökülmüş bir yaprakta nasıl bir güzellik olabilir diye düşündüm; sonuçta o sadece bir sonbahar yaprağıydı. Diğer bir deyişle, kısa süre sonra çürüyüp kaybolacak bir artık, – diye şaşırdım. Yani dedemin söylediklerini tam olarak anlamadım. Bu yüzden ona: – Dedeciğim, sonbahar yapraklarında da güzellik olur mu? – diye sordum. – Evet, elbette kızım. Sadece güzellik oradaki zarafeti kalpten anlamakta, gönülden görmede gizlidir. Yani çevreye sadece gözle değil, kalpteki duygu ile bakarsan, birçok şeyde güzellik bulursun… Bu yılki sonbaharı on üç yaşımda karşıladım. Bugün sadece altın sarısı yapraklarda değil, tüm sonbahar mevsiminin her manzarasında eşsiz bir zarafet olduğunu fark ettim. Çünkü artık dedemin dediği gibi doğanın ve varlığın güzelliğini kalbimle hissetmeyi öğrendim.
Tercume: Cahangir NAMAZOV, “Butov Azerbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Sağ olsun Səadəti. Bələdiyyədə bir işləmişdilər. Düz beş il. Onun səlahiyyət müddəti bitəndən sonra başqa işə keçmiş, Səadət isə hələ də qalıb işləyirdi. Abırlı-hayalı, işgüzar, məsuliyyətli qızdı. Biləndə ki, qurumuş ağacları kəsmək üçün bələdiyyəyə müraciət etmək lazımdı, çox sevinmişdi, elə zənn etmişdi ki, artıq həyətindəki qurumuş qovaq ağacının sonu çatıb. Birbaşa bələdiyyəyə getdi. Yaxşı ki, ağacın üç yerdən şəkilini çəkmişdi. Sən demə, əsas şəkil vacib imiş. Köhnə dostları ilə görüşdü. Dedilər ki, bu işə Səadət xanımın şöbəsi baxır. Aha, deməli, Səadət artıq şöbə müdiridir. Əla! Lap yaxşı idi. Xətrini çox istədiyi, zarafat etdiyi xanım onun işini atüstü həll edəcəkdi.
Səmimi görüşdülər, hal-əhval tutdular.
– Nə yaxşı müəllim? Nə qulluq?
– Qulluq sahibi olasan. Xırda bir iş üçün gəlmişəm.
– Nə məsələdi?
– Həyətin çöl tərəfindən üç dənə şam ağacı əkmişəm.
– Çox gözəl, müəllim. Yaşıllıq salmaq ən gözəl işlərdən biridir. Nə problem var?
– Elə problem də ondandır də. Şamın birinin dibində bir qovaq ağacı öz-özünə bitdi. Neçə dəfə baltaladım, xeyri olmadı. Elə bil mənnən acığa düşmüşdü. Kəsiləndən sonra daha sürətlə boy atırdı. Axır bezdim, dedim qoy haraya nə qədər istəsə uzansın. Bir də onda ayıldım ki, çinar hasardan yuxarıya qalxıb. Təəccüb etsəm də, fikir vermədim. İndi səlvər uzanıb göyün yeddi qatına çatıb. Üç dənə yüksək gərginlik xətlərini də ötüb. Külək əsəndə o yan-bu yana ləngər vurur. O dəfə baxanda nə görsəm yaxşıdı? Qovaq kökündən qopub, əyilib özünü şam ağacının üstünə yıxıb.
Səadət məsələdən xəbər tutandan sonra stolun sol küncündəki toplanmış vərəqləri əlinə götürdü:
– Müəllim, bunları görürsən? Bir ay ərzində qəsəbəmizdən gələn ərizələrdi. Day bu ərizələrdən cana gəlmişik. Nə qədər olar? Yazıb göndərərik nazirliyə. Kəsinti işləri onlarlıqdı.
Dalağı sancdı. Zənnində yanıldığını düşündü. İş ki, nazirliyə qaldı, elə bil quyunun dibinə daş diyirləyib, sonra çıxarırsan. Camaat düz deyir də. Deyirlər ki, nazirlikdən əməkdaşlar o vaxt gəlirlər ki, artıq iş-işdən keçmiş olurdu. Qonşusu sürücü Qasım lap filosof imiş ki! Araları sərin idi. Bunun səbəbi sadə idi. Sözləri düz gəlmirdi. Gəlməzdi də. O elmdən, sənətdən danışırdı, Qasım maşınlardan, onun ehtiyat hissələrindən, qəzalardan. Bunlara bir söz demirdi, taksi şöferi onun maaşını, qazancını lağa qoyurdu:
– Sənin aldığın üç yüz manatı mən üç günə çıxartmasam, qulaqlarımı kəsərəm.
Çığal adam idi. Çinar kökündən çıxıb şama söykənəndə baxdı ki, onun yıxılmaq istiqaməti Qasımgilin darvazası tərəfədir, odur ki, içində bir qorxu baş qaldırdı. Bu ağac o tərəfə yıxılacaq. Qasımın sınıq-salxaq “Opel”ini bir təhər edəcəkdi. Allah o günü göstərməsin ki, belə hal baş verəydi. Qasım qırsaqqız olub yaxasından yapışacaqdı ki, bəs mənim maşınım təptəzəydi, apar, təmir elətdir. Köhnə maşını təzə eləməyincə əl çəkməyəcəkdi. Odur ki, Qasımı çölə çağırıb ağacı göstərdi:
– Görürsən də! Ağac pis vəziyyətdədi. Kəsməyə qoymurlar. Filan qədər cəriməsi var. İndi lazımi yerlərə ərizələr yazmışam. Bax, səni xəbərdar edirəm. Maşınını darvazanın ağzında saxlama. Üzbəüzdə saxla. Allah eləməmiş, bir zərər olsa, məni narahat eləmə.
Qasım onun sözlərini vecinə almadı:
– Mənə nə gəlib ki, maşınımı başqa yerdə saxlayım? Onu gözləmə, bunu ağacları əkəndə fikirləşəydin.
– Mən o ağacı əkməmişəm, öz-özünə bitib.
– Qəribə söz danışırsan. Məni avam sayırsan? Bir diplomun var deyin məni minəcəksən?! Başqa yerdə niyə bitmir?!
Qasımdan rahatlıqla ayrılsa da, evə çatıb çay süfrəsi arxasında əhvalsız oldu. “Xəbərlər” proqramı başa çatmışdı, artıq, mini-yubkada olan sarışın qızın hava haqqında olan məlumatı onu dilxor elədi:
– Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, güclü şimal küləyi əsəcək!
Gecə yarısı doğrudan da, külək gücləndi. Yola çıxıb ağaca baxdı. Qovaq şam ağacını sevgili kimi qucaqlamışdı. Qasımın “Opel”i də düz çinarın yaxınlığında yuxuya getmişdi.
– Səni… Köpəkoğlu! – Papiros çıxarıb yandırdı. Fikirləşdi ki, ağac yıxılacaq, yıxılanda da maşının uzununa – üstünə düşəcəkdi. Gəl, sən Qasıma təzə maşın al!
O gecəni yatmadı. Gözünə yuxu gedərdimi? İlan vuran kimi o üz-bu üz çevrildi.
– Allah, sən özün saxla! Məni bu itlə üzbəüz qoyma!
Hələ o yadına düşdü ki, Qasıma yüksək gərginlik xətti haqqında heç nə deməyib. Gecə-gündüz bilmirdi… Kabel qırılıb yerə düşsəydi, Qasımı cəhənnəmlik eləyəcəkdi. Di gəl, bundan sonra düş polisə. İzahat izahat dalınca. Ağacı nə vaxt əkmisən? Hündürlüyü neçə metr idi? Ağac nə vaxt yerindən tərpənmişdi? Niyə lazımi orqanlara məlumat verməmisən? İnsan ölüb! Günahkar sənsən! Cinayət Məcəlləsinin filan maddəsi ilə həbs olunursan!
Qalxıb əynini qalın geyindi, bayıra çıxdı. Hələ sakitlik idi. Çinar ləngər vursa da, şam ağacı onun nazına dözürdü. “Opel” dərin yuxu içindəydi. Evdə kəndir, məftil deyilən şey yox idi. Olsaydı, çinarı o biri şamlara da hörükləyərdi.
– Müsəlman belədi də, ölənə yaxın həkimə gedir. Ə, bu yanmış məftilin qiyməti nədi? İki-üç manat. İki kilo al, ağacı, işıq dirəyinə, o biri ağaclara bağla də! Qoy canın da rahat olsun.
Özünə söz verdi ki, səhər açılan kimi “Tikinti materialları” mağazasına gedəcək…
Səadətin işləri çox idi. Tez-tez daxili telefonu, mobil telefonu zəng çalırdı. Tapşırıq tapşırıq dalınca gəlirdi.
– Rübün sonudur. Hesabatları verməliyik. Özün vəziyyəti görürsən də! Əməlli-başlı çay da içə bilmirəm.
Ona mane olduğunu bağa düşürdü, ancaq işinə son nöqtə qoymalı idi.
– İndi neyləyək deyirsən?
– Bir ərizə yaz, qonşular nə qədər çox olsa, o qədər yaxşıdır. Hə, deməli, sədrin adına ərizə, sənin şəxsiyyət vəsiqənin surəti, bir də ağacın müxtəlif şəkilləri.
– Hamısı hazırdı.
Ərizəni, şəxsiyyət vəsiqəsini çıxartdı.
– Şəxsiyyət vəsiqəsini qızlara ver. Otaqda surətini çıxartsınlar. Bəs şəkillər?
Mobil telefonu açıb şəkilləri onun “Whatsap”ına atdı.
– Oldu, bizim əməkdaşlar ağaca baxış keçirəcəklər. Mən ərizəni sədrə imzaladıb, nazirliyə məktub göndərəcəyəm. Siz gedə bilərsiniz. Çalışacam ki, tez bir zamanda məktubu hazırlayım.
– Elə olsun ki, gecikməyək. Mən ondan narahatam. Ağacın yıxılmağı ani haldır. Bərk külək əssə, o məsələ. Nazirlik tezmi cavab verər? Daha doğrusu, tezmi gəlib kəsəcəklər?
– Onu deyə bilmərəm. Tez də ola bilər, gec də. Ola da bilər ki, kəsməsinlər.
– Necə?
– Qərara alarlar ki, ağacı kəsmək üçün səbəb yoxdur.
– Ay Səadət, ağac qurtarıb eey.
– Bilirəm, mən hər ehtimala qarşı deyirəm.
Üç gün sonra Səadətin telefonunu yığdı. Xoş beş-on beşdən sonra məlum oldu ki, məktub hazırdı, ancaq sədrin başı qarışıq olduğundan imzalatmağa vaxt olmayıb. Axı, bələdiyyə seçkilərinə az qalıb.
– Bu gün nə olur-olsun imzalatdıracam. Sabah gəl məktubun bir nüsxəsini götür. Vaxtın yoxsa, poçtla göndərim.
– Yox, poçtla on günə gələcək. Gəlib götürərəm.
Həkimlər məsləhət görmüşdü, həm də özü piyada gəzməyi çox sevirdi. Avtobusu gözləməyib yolu əlinə aldı, parkda üç dəfə dövrə vurdu. Buradan evlərinə 1271 addım qalırdı. Saymışdı. Yolüstü marketdən çörək də alacaqdı. Arxadan adını eşitdi. Dönüb Qadiri gördü. Həmyerlisi, həm də tələbə yoldaşı idi:
– Salam, dağlar oğlu! – Amiranə səslə dilləndi:
– Salam, Qədir.
Yaxınlaşıb əl tutdular, əlini sıxıb düz gözünün içinə baxdı:
– Qədir yox, Qadir! Qədir ayrıdı, Qadir ayrı! Oldumu? Sən ki, belə şeyləri məndən yaxşı bilirsən!
– Qadir, hardan gəlirsən? Əlindəki nədi? Deyəsən, cana qulluq edirsən?
– Bəs nədi! Cana qulluq eləmək insanın birinci vacib işidi. Axşama meyvə almışam. Şam yeməyini ləğv eləmişəm. Qatıq, meyvə. Meyvə də rayon meyvədir. Satıcıya tapırmışam, tanışdı, ancaq kənddən gətizdirir. Zəng eləyir ki, təzə mal gəlib, mən də gedirəm.
– Bəs niyə cəmi dörd alma, dörd nar götürmüsən?
– Evdə qoca-qarı qalırıq. Axşam hərəmiz ikisini yeyirik, səhər gedib təzə-təzə alıram. Evəmi gedirsən?
– Hə.
– Fikirlisən, yoxsa gözümə yorğun dəyirsən?
– Elə hər ikisindən.
– Nə məsələdi?
– Qadir, bir qovaq ağacı var həyətimizdə. Külək dibindən laxladıb.
– Ə, adam da həyətə qovaq əkərmi?
– Qadir, əkməmişəm, üç şam ağacı əkmişdim. Birinin dibindən öz-özünə çıxıb. Yüksək gərginlikli xəttə toxunur. Ən pisi də odur ki, yıxnağı qonşu tərəfədi. O, da orda bir köhnə maşınını qəsdən saxlayır ki, ağac onun üstünə düşsün.
Qadir qəribə şəkildə dayandı, üzünü günçıxana tutdu, sanki günəş üfüqündən təzəcə boylanırdı və onun qızılı şəfəqləri yanaqlarına təbəssüm kimi qondu.
– Bu zeytunluğu görürsənmi? Əvvəllər də görmüşdün də!
– Bəli.
– Bura sıx meşəliyi xatırladırdı. Yüzlərlə adam burdan nə qədər zeytun yığırdı. Zeytun çox xeyirli meyvədi.
– Tamamilə düz deyirən.
– Hə, indi gör nətərdi. Heç yarısı qalmayıb. Əvvəlcə qurudurlar, sonra kəsib atırlar. Düz dörd dənə restoran açılıb. Hərəsinin də sahəsi nə qədər. Yay üçün çöldə neçə stol açırlar? Hər nə isə. Bilirsən də kimlərindi?! Nətər olur adı “Quran”a düşən ağacı semiçka (günəbaxan) kimi çırtlayırlar, lazımsız, – mən barsız-bəhərsiz demək istədim, niyə qovaq da pis ağac deyil, havaya oksigen verir, quruyub, kökü laxlayıb – onu gəlib kəsmirlər. Kəsənə də elə cərimə yazırlar ki, adamın cızdağı çıxır. Dörd min manat. O qonşuya fikir vermə! Qələt eləyir. Ağacı sən kəsib atmırsan ki? Pis halda təbii fəlakət! Hara istəyir yazsın, hara istəyir şikayət etsin, xeyri yoxdu. Özün kəsib ata bilərsənmi?
– Ay Qadir, nə var onu kəsməyə. Beş dəqiqəlik işdi. İntəhası, sən demişkən, cərimələyərlər, qalaram belə. Bu mənə lazımdır?
– Sən belə eləyə bilərsən. Demirsən, bir yerdən iki ağac çıxıb? Birini kəs, tez də rədd elə getsin.
– Eləmək istəyirdim. ÇPA (Çevik Polis Alayı) uşaqlarına yüngülvari hörmət elədim. Dedilər ki, biz göz yumarıq, ancaq ağsaqqal, göydən çəkirlər, o saat bilib gələcəklər. Havayı yerdən cərimələnəcəksən. Qadir, mən bir dənə qonşudan narahatam, yoxsa vecimə deyil, istəyir yıxılsın, istəyir yıxılmasın.
– Ə, yox, o sənlik deyil. Təbii fəlakət. Vəssalam. Bir nazirliklə gör əlaqə yarada bilirsənmi? Pul verənləri bir-iki günə həll edirlər.
Ayrıldılar. Evə çatıb Səadəti yığdı.
– Bəlkə nazirliyin nömrəsini biləsən? Məktub çatana qədər bəlkə danışıb bir iş görə bildim.
Yalan-gerçək and-aman elədi ki, bilmir. Saytlardan tapmaq olar. Sonra daxili telefonla kiməsə yığıb nazirliyin qaynar xəttinin nömrəsini soruşdu.
– 77-77-dir. Qaynar xətt. Onlarla əlaqə saxlayın. – Nömrə yadında qalacaqdı.
– Yəni, demək istəyirsən, daha sən tərəflərə baxmayım?
– Yox, Allah eləməsin. Sizinlə görüşmək xoşdu. Ancaq daha bizlik bir iş qalmır. Biz də nə lazımdı onu eləmişik. Nazirliyə söz demək hüququmuz yoxdu.
– Sağ ol.
Evə gəlib çay içmədən telefonun yanına keçdi. Qaynar xəttin asan nömrəsini yığmağa başladı. Yolboyu fikirləşmişdi ki, nazirliklə danışığı tez baş tutacaq və yekunu yaxşı olacaq.
– …Siz nazirliyə zəng etmisiniz. Azərbaycan dili üçün 1, rus dili üçün 2, ingilis dili üçün 3 düyməsini yığın. Daxili nömrəni bilirsinizsə, sizi operatorla birləşdiririk. Xətdə gözləyin!
– Baş üstə! – Az qala telefondakı xahişə əmr forması kimi baxdı… Ancaq musiqi sədaları neçə dəqiqəsə çəkdi. Əsəblərini cilovlayıb qulaq asdı. Səs kəsildi. – Xətdə gözləyin! – yenə musiqi. Təqribən 1 saata qədər eyni musiqini, eyni sözləri eşitdi. Dəstəyi çırpıb yerinə qoydu.
Üç gün qaynar xəttlə məşğul olub, bir şey əldə etmədiyini görüb, qərara aldı ki, nazirliyin özünə getsin. Getdi. Qapıda yolları kəsildi:
– Kimi istəyirsiniz?
Məqsədini dedi.
– Balasadıq müəllimin gəlişinizdən xəbəri var?
– Xeyr. Mən üç gündür ki, qaynar xəttə düşə bilmirəm. Məcbur olub gəldim.
Bələdiyyədə Səadətdən aldığı məktubu çıxarıb qapıda duran polisə göstərdi:
– Lap yaxşı, məktub gəlibsə, gedin göstərin.
– Nə qədər?
– Vaxtı çatana qədər. Sizinlə əlaqə saxlayacaqlar. Cavab yazmalıdılar, baxışdan keçirməlidilər. Uzun prosesdi.
– Bir aydan çoxdu gözləyirəm. Nə qədər gözləmək olar?
– Şəhərdə nə qədər qəzalı ağaclar var? Minlərlə. Hamısını birdən-birə çatdırmaq olmur.
– Niyə çatdırmaq olmur? İşlərinin adı nədir? Bütün günü komputerlərin arxasında oturub oyun oynayırlar. Məni şöbənin müdiri ilə görüşdürün.
– Olmaz.
– Niyə olmur?
– Məşğuldu.
Səsini yuxarı qaldırdı, məktubdan cavab almayınca getməyəcəyini bildirdi. Qəbul otağına zəng çaldı. Axır məlum oldu ki, indi şöbənin məsul işçisi onunla görüşəcək. Beş dəqiqədən sonra gombul, səliqə ilə geyinmiş oğlan əlində kitabça ilə aşağı düşdü.
– Şikayətim odur ki… – Bələdiyyə məktubunu ona uzatdı. Əməkdaş kağızı diqqətlə oxuyub stolun üstünə qoydu.
– Deməli belə. Mən sizin məktubla tanış oldum. Adınızı qeyd etdim. Rəhbərliyi məlumatlandıracam. Müvafiq qərar qəbul ediləcək.
– Nə zaman?
– Məlumunuz edim ki, bu cür vəziyyət yüzlərlə, minlərlədir. Biz də çalışırıq ki, operativ olaraq məsələləri həll edək. Sizdən də pis vəziyyətdə olanlar var.
– Bunları qapıda duran polis də dedi. Məni maraqlandıran bircə məsələ var: kökü laxlamış, yıxılmaq təklükəsi olan ağac yüksək gərginik elektrik xətlərini qıra bilər, daşınan əmlaka ziyan vurar. Ən qorxulusu odur ki, elektrik xətti ordan keçən xəbərsiz insanlara ciddi xətər yetirər. Bir dənə qurumuş, kökdən laxlamış ağac insan taleyindən qiymətlidi?
– Bilirsiniz? – dedi nazirliyin məsul işçisi və əlindəki qələmi kitabçanın arasına qoyub örtdü – hər şeyin öz ölçüsü, öz dəyəri var. Bizim nazirliyin qarşısında duran əsas, bir nömrəli vacib məsələ yaşıllıqları qorumaqdır. Biz bir budağın kəsilməsinin qarşısını almaq üçün var-gücümüzlə çalışırıq. Sizin həyətdəki ağac çəkdiyin şəkildən də görsənir, hələ yaşamaqdadır. Bax, yarpaqları yamyaşıldır.
– Payızda yarpaq yaşıl olur? Sən diqqətlə bax, yarpaqlar günəş şüaları altında parıldayır, bombozdu. Görmürsən, ağac yıxılıb, şama söykənib. Şam olmasa, aşacaqdı.
– Görürəm, lap yaxşı görürəm. Şam saxlayır də. Bu da təbiətin bir möcüzəsidi. O bilirsənmi, nə qədər oksigen verir? O oksigendən necə nəfər təmiz hava udur?
Məmuru başa salmağı bir kənara qoydu, gözləri önünə kəsilmiş zeytun ağacları və yerində ucalan villa canlandı. Otuzdan artıq nadir ağacın kəsilməsi hay-küyə səbəb oldu, televiziyada göstərildi, ancaq nə faydası? Villa da tikildi, hələ ətrafına topdağıtmaz hasar çəkildi. Çin səddi onun yanında çox kiçik görünür.
– Sən zeytunluğu tanıyırsan?
Tutulan kimi oldu, özünü bilməməzliyə vurdu:
– Hansı? Nə zeytunluq?
– Zeytunluğu tanımırsan? Şəhərdə yaşamırsan? Otuz ağacı qırıb yerində villa tikilən yeri deyirəm.
– Nə olub ki?
– O olub ki, cavan, meyvə verən qiymətli ağacları “uf” demədən kəsməyə heç nə demirsiniz, qurumuş ağacdan oksigen umursunuz. Elə bilirsiniz ki, heç kəs heç nəyi görüb eləmir? Vaxtı uzatmağın mənası yoxdu, gəlin ağacı kəsin!
– Mən söz verə bilmərəm. Söz komissiyanın qərarından asılıdır. Mən nazirliyin qayda-qanunlarını poza bilmərəm və o qaydaları sizin nəzərinizə çatdırdım. Başqa sözünüz yoxdur ki?
– Başqa nə sözüm olacaq? Ağacı kəsmək lazımdır. Onu da kəsmək istəmirsiniz. Nəzərə almırsınız ki, ağac artıq qurtarıb, özü də insan həyatı üçün çox təhlükəlidir.
Mən qayğılı, o isə laqeyd halda otağı tərk etdik.
***
Hava buludlu, sakit idi. Həyətdə xırda-para işlərlə vaxtını keçirirdi. Qovaq ağacı yerində dayanmışdı. Ağlına da gəlməzdi ki, nə isə hadisə baş versin.
Ancaq sən saydığını say. Bir anın içində yolda hadisələrin səsi qulağında cingildədi. Əvvəlcə maşın səsi eşidildi. Bildi ki, Qasımın maşınıdı. Qapı açıldı və örtülmədi. Qovaq ağacı xırıldadı. Sonra ağac maşının üstündə səs çıxartdı. Sonra Qasımın tükürpədici səsi küçəni başına götürdü.
Çölə çıxdı. Qasımı qovaq ağacının budaqları altında gördü. Birtəhər qaldırıb maşına tərəf apardı, arxa oturacağa uzadıb “Təcili Yardım”a üz tutdu.
Leyla uşaqlığından bəri qırmızı şərfi çox sevirdi. Bu, nənəsinin ona sonuncu dəfə toxuduğu əl işi idi. Şərfin hər ilməsində nənəsinin sevgisini, qayğısını hiss edirdi. Amma bir gün, küləkli bir havada, o şərfi itirdi. Bu itki onu çox üzmüşdü. Şərfi axtarsa da, tapa bilmədi. Nənəsinin ölümündən sonra isə bu şərf onun üçün daha da dəyərli xatirəyə çevrilmişdi. İllər keçdi, amma Leyla şərfi unutmadı. Leyla indi bir rəssam idi və işləri ilə bağlı tez-tez müxtəlif ölkələrə səyahət edirdi. Bu dəfə sərgisini Parisdə keçirməli idi. Günlərin birində o, kiçik bir antik mağazaya girdi. Mağazanın dərinliklərində rəflərin birində diqqətini parlaq bir şey çəkdi. Bu, qırmızı bir şərf idi – onun nənəsinin toxuduğu şərf!
Leylanın nəfəsi kəsildi. Şərfin üzərində nənəsinin toxuduğu kiçik işarə hələ də dururdu. Bu, təsadüf ola bilməzdi. O, şərfi əlinə götürdü və satıcıya yaxınlaşdı. “Bu şərfi haradan əldə etmisiniz?”
Satıcı bir qədər düşündü və dedi: “Bu, bizə yerli bir qadından gəlib. Amma o qadın bu şərfin hekayəsini danışmışdı. Mənə elə gəlir, siz bunu bilmək istəyərsiniz.” Leyla həyəcanla başını tərpətdi. Satıcının dediyinə görə, illər əvvəl yaşlı bir qadın bu şərfi küçədən tapıbmış. O, bu şərfi öz nəvəsinə bağışlayıb. Amma həmin qadının nəvəsi, adını Mari olaraq təqdim etdiyi gənc qız, çətin bir həyat keçirmişdi. Onun ailəsi müharibədə hər şeyini itirmiş, özü isə uzun müddət yalnızlıqla mübarizə aparmışdı. Şərf isə onun üçün təsəlli olmuşdu. Mari deyirdi ki, bu şərf sanki ona güc verir, keçmişdəki xoşbəxtliyi xatırladır.
Leylanın ürəyi yumşaldı. Şərfin onun üçün nə qədər vacib olduğunu bilsə də, onun başqa birinin həyatını necə dəyişdirdiyini eşitmək onu təsirləndirdi. “Mari indi haradadır?” – Leyla soruşdu.
Satıcı Mari ilə əlaqə qurmağa kömək etdi. Onlar ertəsi gün görüşmək üçün razılaşdılar. Görüş vaxtı Leyla parkın oturacaqlarından birində oturmuşdu. Mari gəldikdə, onun cavan, amma gözlərində dərin kədər və təcrübə izi olan bir qadın olduğunu gördü.
Leyla bir qədər tərəddüd etdi, amma sonda şərfin ona aid olduğunu söylədi. Mari isə təəccüblə gülümsədi: “Bu şərf mənim həyatıma təsəlli gətirdi, amma mən həmişə bilirdim ki, onun keçmişdə bir başqa hekayəsi var. Bu şərf sizə aiddir.”
Leyla təklif etdi: “Bəlkə, bu şərfi paylaşaq? Çünki onun hekayəsi indi bizim ikimizə aiddir.”
Leyla və Mari arasında qəribə bir dostluq başladı. Şərf onların hər ikisi üçün həyatın gözlənilməz sürprizlərini təmsil edirdi. Leyla, Mari ilə daha çox vaxt keçirdikcə, onun həyatı ilə bağlı bir çox şey öyrəndi və ona dəstək oldu. Mari də Leylanın keçmişi haqqında öyrəndikcə, onun nənəsinin hekayəsini daha yaxşı başa düşdü.
Şərf artıq bir insandan digərinə keçən sadə bir parça deyildi. O, iki qadının həyatını dəyişdirən, onları bir araya gətirən bir xatirə idi. Leyla bu hekayəni rəssamlıqda əks etdirdi, Mari isə öz həyatını yenidən qurmağa başladı.
Hərdən Leyla və Mari birlikdə oturub şərfi paylaşaraq nənənin toxuduğu ilmələrə baxar, onun nə qədər insanın həyatına toxunduğunu düşünərdilər.
Bəzən sükuta bürünərsən bir səsin harayında. Təkliyinə, tənhalığına dönərsən. Yolunu aydınladar bu səs. İşıq tutar sabahına. Külünə bələnərsən. Təzədən doğularsan bu harayın səssizliyində. Heca -heca doğularsan, misra-misra var olarsan. Səsin sehrindən çıxmaq istəməzsən uzun müddət. Çəkib çıxarar səni qaranlığın , zülmətin içindən bu səs. Xəyalların əlindən tutub üz tutarsan məchulluğa. Paklanarsan , durularsan. Unudarsan dünyadakı bütün pislikləri. İçin dolar gözəlliklə və düşünərsən ki, hələ yaşamağa dəyər. Eynən Murad Zeynalın səsindəki işıq kimi . Pıçıltısında haray var , üsyan var bu səsin. Eşidən bilər. İstər nəğmələrində, istər qiraətlərində səsiylə danışır Murad Zeynal. Səsiylə anladır özünü, duyğularını, hiss etdiklərini, yaşadıqlarını və yaşamadıqlarını. Ovuda-ovuda , sarıya-sarıya danışır bu səs adamla. Qanatmadan, qırıb tökmədən. İnsanı yaşamağa, sevgiyə , Tanrya inandırır. Səsin mələk qanadlarında uçursan göyün yeddinci qatına. Kimin gücü çatar səni göydən endirməyə. Səsinin sehrində unudarsan bütün ağrılarını , kədərini, inçikliyini, narahatlığını. Səsiylə tanımışam bu gənci. Elə səsiylə də anladıb özünü və elə bilmişəm ki, onu min ildi tanıyıram. Yol yoldaşı edib məni səsinə. Zərrə -zərrə hopub ruhumuza bu səs. Qəribə arxayınçılığa da var Murad Zeynalın. Özünə , səsinə güvəndən irəli gəlir bu arxayınçılıq yəqin ki. Sözü yaşaya- yaşaya yaşadanlardandı axı. Sözümüz onun səsində çiçəkləyir, qol -budaq atır, böyüyür. Murad Zeynalın səsinin qanadları var sanki. Bizim yaşadıqlarımızı nöqtəsinəcən, vergülünəcən özününkü edə bilir bu gənc adam. Dinləyicini ilk andan özünə ram etməyi bacarır. Sakit, pafossuz danışmağı sevir. Azadlığına düşkündü. Riyadan və boyadan uzaqdı . Heç nə ummaz adamdan. Yetər ki, şeir ürəyinə yatsın. Tez bir zamanda ya musiqiyə çevriləcək, ya səsə. Ürəyində kin və paxıllığa yer yoxdu. Ədalətlidi. Həqiqətin əllərindən tutub addımlayar sabaha. Dünəni də unutmaz. Tez kövrələndi. Söz verdisə edər. Bir də qəribə bir nigarançılığı var. Adama sirrini açmaz. Səsindən duyarıq narahatlığını. Amma içində həmişə bir ümid saxlayar. Yıxılanda tutmağa. Sözü urvatdan salanlardan deyil, dağ başına qoyanlardandı. İşığından hər kəsə pay düşər. Mən bu gəncin , səsi ilə sözümüzü sehrləyən Murad Zeynalın üzünü görməsəm də ruhunu gözəl tanıyıram . Bilirəm ki, bu səsin sahibindən heç kimə ziyan gəlməz. Mənə görə bu da bir uğurdu. Hələ ki, səsində yol gedirik. Onsuz da bütün yollar Tanrıdan keçir.
Hələ SSRİ dağılmamışdı, hələ sovetlərin cəza maşınının xəncəri iti idi, 37-ci illər başkəsənliyinin məqsədi və niyyəti eyni olaraq qalırdı; – digər ölkələri öldürücü, dağıdıcı silahların qorxusu altında saxlamaqla, həm də “xalqlar birliyi” adlanan müttəfiq respublikaları, zorla “sovetləşdirilmiş” millətləri əsarətdən qurtulmağa imkan verməmək. Kremlin gücünü dünyaya nümayiş etdirmək üçün imperialist qüvvələr hazır dayanmışdı; -bunu sonrakı illərdə Vilnus, Tiflis, Bakı (bütövlükdə Azərbaycan) qırğınları da sübut edəcəkdi. Təkcə işğalın, irticanın, təcavüzün, əsarətin forma və məzmunu dəyişmişdi. İndi 37-ci illərdə olduğu kimi qara şinellilər gecələr qapı döymürdülər, zindanlarda əzabverici, alçaldıcı üsullarla insanları insanlıqdan çıxarmırdılar. Günahsız insanların güllələnməsi, sürgünə göndərilməsi, zindanlarda çürüdülməsi üzrə planlar doldurulmurdu. Sadəcə yox edirdilər, gizli, naməlum üsullarla aradan götürürdülər. Bəli, ötən əsrin son onilliyinədək SSRİ ərazisində dəyişən təkcə sərhədlər, hüdudlar-hədlər deyildi, həm də ideyaların, şüurların, təbliğatın, şüarların dəyişməsi prossesi durmadan davam edirdi. Liderlər dəyişdikcə simalar, təsir mexanizmləri bir cilddən o biri cildə aşırılırdı. …Hələ SSRİ dağılmamışdı, hələ sovetlərin cəza maşınının tırtılları insanları, millətləri, xalqları tapdalayıb, əzib keçirdi, 37-ci illər… yox, dəyişməmişdi, hələ də qara şinellilər gecə qapıları döyürdülər, insanları anaların, uşaqların gözü qabağında döyür, süngünün qabağına qatıb sürgünə göndərirdilər. Hələ də repressiyanın xofu insanların canına bütün dəhşət və vəhşətiylə hopurdu…, – ancaq bu dəfə Xırdalan şəhəri mədəniyyət sarayının səhnəsindən! Görkəmli ictimai-siyasi xadim, şair və dramaturq Nəbi Xəzrinin “Gecə döyülən qapılar”ı oynanılırdı. Oynanılırdı sözü, bəlkə (bəlkəsiz) də yerinə düşmür; – insan ürəyinə dağ çəkəcək, canı candan söküb çıxara biləcək ən ağrılı nə var, o ifadəni tapmaq mümkünsə, yerinə qoymaq lazımdır. Zaldakıların nələr çəkdiyi yadımda deyil, çünki diqqətim tam olaraq səhnədə idi. Bu günkü düşüncə tərzimlə dəyərləndirsəm, yenidənqurma oyunlarındakı “aşkarlıqlar” ötən əsrin 20-ci illərindəki ilk türkoloji qurultaylar silsiləsindən başqa bir şey deyildi, yəni aşkarlıqdan çox kimin kim olduğunu, nə düşündüyünü aşkarlamağa xidmət edirdi və zaman göstərdi ki, etdi də. O gün bəlkə kiminsə ürəyindən zalı tərk etmək də keçib, bəlkə, xüsusən 60 yaşdan yuxarılar arasında “indi qara şinellilər gələrlər” qorxusu da yaşanıb, deyə bilmərəm, tək onu bilirəm ki, mən gənc jurnalist kimi millət dərdinin canlı səhnəsini ilk dəfə belə açıq-aşkar görürdüm. Yeri gəlmişkən: 1994-cü ildə “Sərhəd” qəzetinin müxbiri kimi DTX-nın arxiv materialında rast gəldiyim Razdaqov kimliyi ilə bağlı araşdırma aparmaq məqsədilə Neftçalanın Xıllı kəndinə getməli oldum. Ünvana Neftçala Təlim Mərkəzinin hərbi maşını ilə yollandıq. Əynimdə o vaxt dəbdə olan qara rəngli gödəkcə vardı. Ünvana çatdıq, ərklə (hərbi hissənin zabiti ev yiyəsinin qohumu idi) qapıdan həyətə daxil olduq. Bu vaxt arxamızca bir yaşlı kişi içəri şığıdı, bizi görəndə halı pisləşdi, yaxınlıqdakı ot tayasına çökdü. Bir azdan su içib zabit qohumunun dilindən toxtaqlıq dolu sözləri eşidəndə pıçıldayırmış kimi; – “bax, 37-də də belə gəlmişdilər!”- dedi. Əlbəttə, o dövr tariximizə, repressiya mövzusuna aid bir-iki kitab oxumuşdum, lakin həmin gün səhnə başqa səhnə, aktyorlar başqa aktyorlar idilər. Çox yəqin ki, “Abşeron” qəzetinin baş redaktoru Bəhlul Abbasovun (mərhum yazıçımız Seyfəddin Dağlının oğlu) premyeraya məni də dəvət etməsi, yazı hazırlamağı tapşırması da az əhəmiyyət kəsb etmirdi. Evə geç şatdım. Bir-iki loxma alıb (adətim üzrə çayı iş prosesində içirdim) makinamın arxasına keçdim. Bir neçə sətir yazmışdım ki, işıqlar söndü, çıxış variantı hazır idi. Mən yazımı yekunlaşdıranda makinanın hər iki tərəfdən şamdanından gələn işartı sozalırdı. Səhər 9-a qalmış işdə idim. Bilirdim ki, onsuz bir azdan gələn qocaman həmkarlarım həm elə oradaca çay xoruldada-xoruldada makinanı məşqul edəcək, həm də yazılarını nömrəyə salmaq üçün düzəlişlərə növbələr yaranacaq. Gecə yazdıqlarımı katibəyə verib baş redaktora çatdırmasını xahiş etdim. Bir az keçmiş təcili çağırıldım. “Ay maşallah!”dan sonra cüzi redaktə elə yanımdaca aparıldı. Sonra elə oradaca fotoqrafa tapşırıqlar verildi və mən bir azdan əlimdəki digər yazılarla nəşriyyata yolladım. Redaksiyadakılar nə baş verdiyini anlamamışdılar. Baş redaktor “sən bunları yığdırana qədər o biri yazıları da göndərərəm, çalış saat dördə-beşə qəzetlərlə birlikdə burda ol”, deyəndə təəccüblü gözlər diqqətimi cəlb elədi. Çox rəğbət bəslədiyim Bəhlul Abbasov yenidənqurma dövründə mətbəələrdə hansı proseslər getdiyini bilmirdi. Bütün bunlara baxmayaraq, saat 4.00-da qəzetin xüsusi kağızda yeni nüsxələri ilə taksidə özümü redaksiyaya çatdırdım. Bəhlul müəllim: Heç hara getmə, bu axşam tamaşa yenə oynanılacaq, – dedi. Baş üstə!- deyib çıxdım. Qəzet redaksiyada da maraqla qarşılandı, Məsul katib Aydın Kərimov ilk səhifəyə çıxarmaqla yazıma üç şəkillə son səhifədə yer vermişdi. Qəzet nüsxələri icra hakimiyyətinə, mədəniyyət evinə və digər vacib qurumlara çatdırıldı. Axşam yenidən salonda arxa cərgələrdən birində əyləşib tamaşanın başlanmasını gözləyirdim ki, çağırdılar. Baş redaktorumla üst-başımıza bir daha nəzər yetirib içəri keçdik. Nəbi Xəzrinin şax duruşu, gülmsər çöhrəsi diqqətimi necə cəlb etdisə, nə dediyinin mahiyyətinə vara bilmədim. Bəhlul müəllim irəliləyib salamlaşdı. Mən hələ də yerimdə qalmışdım. Şair “Abşeron” qəzetinin sonuncu səhifəsini göstərərək gülümsəyəndə əziyyətimin hədər getmədiyinə sevindim. Birdən Nəbi Xəzri dönüb mən tərəfə baxdı: Niyə dayanmısan, cavan oğlan, gəl, sıxılma! -deyib əlini uzatdı. Mən iti addımlarla ona yaxınlaşdım. Əlimi sıxıb, sol əli ilə çiyninə aşırdığı paltosunu düzəltdi. Axşam premyeraya baxıb, səhər qəzetdə çıxıb, buna deyərlər operativlik. Özü də pis alınmayıb, çox sağ ol! Təşəkkür etdim. İmkan yarananda tamaşaya yenidən baxmaq üçün yerimi tutmağa tələsdim. Dünən əyləşdiyim arxa sıra künc oturacaqdan məni ön sıraya orta oturacağa dəvət edəndə sıxılsam da, məmnun qaldığımı dana bilmərəm.
Nadir fotoşəkillər silsiləsindən. Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov. Ötən əsrin 40 – cı illəri… Ziya Bünyadov 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi. Bundan sonra o, xidməti vəzifəsinə başladı. Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdi. Belə ki, o, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi… Ziya Bünyadov İkinci Dünya Müharibəsi yekunlaşdığı ildə, yəni 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür…
Qulu Ağsəsin Hidayət Orucovla “Ayrı söhbət”ini “Ulduz” jurnalı ilə “Xalq qəzeti” TV-nın birgə layihəsində oxuya bilərsiniz.
“Nəsr”də Anar Adilin “Kloun Muğuş”, Sevinc Elsevərin “Gizlənpaç”, Günel Mehri “Sarmaşıq” hekayəsi təqdim olunur.
“Tribuna”da Həyat Şəmi “Tam anlamı ilə Anar”, Aslanlı Huntürk “M.T.Sidqinin “Ədəbi-pedaqoji görüşlərində sağlam həyat tərzi problemləri”, Zəhra Namazlı “Tarixin kölgəsində bu gün” yazıları ilə görüşünüzə gəlib.
Şəfa Vəli “ “Ulduz”da “Gənc ürəklər””dən yazır.
“Tərcümə saatı”nda Nazir Rüstəm Robert Byornsun “İşdə məhəbbət macərası” filmində şeirini dilimizə çevirib.
“Esseistika”da “Vətənim sənsən”, “Füzuli və Hüqo”, “Ana” esseləri ilə Ayna Asimqızıdır.
“Tənqid”də İlahə Səfərzadə “Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri əsasında” yazısını təqdim edir.
“Dərgidə kitab”da “XX əsr Danimarka şeiri” Səlim Babullaoğlu və türk şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında ilk dəfə geniş şəkildə oxuculara təqdim olunur.
“Dərgidə sərgi”də rəsm əsərləri ilə Tünzalə Ağabalayevadır.