BİR ŞEİRİN TARİXÇƏSİ Bir yas mərasimində böyük şairimiz Şahmar Əkbərzadənin xanımı təklif etdi ki, gəlin əzizlərimizin ruhu şad olsun deyə sevdiyimiz şeirlərindən səsləndirək. Və icazə verin elə özümdən başlayım: “Şahmarla bir dəfə düz üç ay küsülü qaldıq… Uşaq məktəbdə sözə baxmamışdı. Şikayət etdim…Şahmar da məni danladı nə danladı…. mən bir az da üstünə getdim..Ömründə çırtma vurmayan Şahmar bir şillə çəkdi…nə çəkdi….vallah fırlandım.. Üç ay kabinetdə divanın üstündə nazik örtüklə yatdim. Evə gələn kimi qaçıb gizlənirdim… Bir gün sübh vaxtı hiss etdim ki, kabinetə tez girib çıxdı… Hə xanımlar, stolun üstündə bu şeiri gördüm. Hikkəmdən bir-iki saat əl vurmasam da sonra oxudum.. Bununla da hicrana son qoyduq” Həmin şeiri təqdim edirik:
AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA
Burax inadını, ay ömrüm, günüm Çəkilər göylərə harayım, ünüm. Dolaşar qəfildən ömür düyünüm, Ayırar bu dünya bizi nə vaxtsa.