www.bitik.az tərəfindən yazılmış bütün yazılar

“KULTURA” – “ MƏDƏNİYYƏT” DEMƏKDİRMİ?

“KULTURA” – “ MƏDƏNİYYƏT” DEMƏKDİRMİ?

Bu gün biz beynəlxalq söz kimi işlənən “kultura” sözünü “mədəniyyət” sözü kimi başa düşürük və onun işlənməsini sinonim kimi qəbul edirirk.Demək olar ki, kultura sözü ilə mədəniyyət sözü danışıqda yarıbayarı işlənir.
Həqiqətənmi “kultura” sözü dilimizə ərəb dilindən keçmiş “mədəniyyət” sözüdürmü?
Bütün dünya dillərində Ulu dilə aid az saylı sözlərdən biri də “kult” sözüdür.Bu söz başlanğıcını tanrıçılıqdan almışdır.Dilçilik tarixinə nəzər salsaq görərik ki, ən ulu dilə aid ilkin söz “ka”dır.(Prof.Qəzənfər Kazımov)O, bütün tanrıçılıqda “tanrı” mənasında işlənmişdir.Qədim Oğuzlarda “qor, qut”,qərb mənşəli dillərdə “kor, kr, kur, kir, qot, qod.”, Qədim Misirdə “gi – qibti” və s.
Əslində latın dilində “cult” sözü “cur, cor” sözündəndir.Yəni Tanrı sözündəndir.Sözdə mümkün r-l samitinin fonetik dəyişikliyi baş vermişdir.Cur- cul.
Ən qədim insanlar tanrının təsviri kimi qəbul olunan inanclara, tanrının məkanı hesab etdikləri uca dağlara,ağac kultlarına və s.səcdə edərək inam gətirmiş və onların qarşısında dini ayinlər, bayram təntənələri, məhsul bayramları, təbiət bayramları və s. toplu şəkildə yığıncaqlar keçirmişlər.Qədim Oğuzların Novruz bayramı da bizim qədim mədəniyyətimiz hesab edilir.Eyni zamanda digər xalqların mədəniyyətinə xas milli bayramlar, rəngarəng adət-ənənələr mövcuddur.
“Kult” sözü bütün dillərdə bir neçə mənada işlənilir.Kənd təsərrüfatında torpağa qulluq (kultivatsiya), bədənə qulluq (bədən tərbiyəsi-fizkultura), geyim və bəzək əşyalarının istifadəsi, qədim mədəni irsin nümayiş etdirilməsi və s. bu kimi tədbirlər bütövlükdə mədəniyyət-kültür hesab olunur.
Latın dilində olan “CULTURA” sözünü izah edək.
Maraqlı burasıdır ki, “kultura” sözü günümüzə haradan gəlmişdir?Əvvəldə qeyd edildiyi kimi qədim insanlar tanrı inancları, tanrı məkanları hesab etdikləri, tanrının təsvir olunduğu bütlər və s. qarşısında dini ayinlər və dualar edib ona səcdə edirdilər.
Sözün 1-ci hecası latın dilində olan “cult” sözü “cur” sözündən olub, ulu dildə “tanrı” deməkdir.
2-ci heca “ur”, bu günkü “or” sözünün əski formasıdır.”Hor” –“adam” sözündən şəkilçi halına düşən “or” sözü peşə sahibliyini bildirir.
Sözün 3-cü hecası “Ra” günəş tanrısının adındandır.Cultura sözündə “r” samitinin biri eliziyaya uğrayaraq düşmüşdür.
“CULTURA – KULTURA” sözü bütıvlükdə “Günəş tanrısına ibadət edənlər” mənasına gəlirSovet dövründə işlənən (Stalin haqqında), bu gün Şimali Koreyada mövcud olan “şəxsiyyətə pərəstiş” sözü də bu mənadan yaranmadır.
Qədim türk dillərində olan “qulluq etmək, qul işi” sözləri də ulu dildən gəlmədir.Rus dilində də “раб, работа” (Ra tanrısının adından), ingilis dilində “work, worker” sözləri Fironun tanrı titulundan gəlmədir.”For” sözünün latın variantıdır.
Dilimizdə işlənən “abid” sözü də qərb mənşəlidir.İngilis dilində “abbey” sözü “monastr, kilsə” mənasını bildirir Orada ibadət edənlər isə “abbat” – “rahib” adlanırlar.”Ra” sözünün özü “tanrı” mənasındadır.Abidlər təkyəçilər (zahidlər) kimi də başa düşülür.Onlar monastr həyatı keçirirlər.Yəni tərkidünyaçılıq edirlər.Ola bilsin ki, ingilis dilində “Abbat” sözü “abandon” – “tərk etmək, qapılmaq,əl çəkmək, uymaq,” sözündən alınmadır.Dilimizdəki ”təkyə, təkyədə oturan, təkyədə sakin olan (təkyənişin)” sözlərinin mənasına gəlir.
P.S. Dilimizdə olan sözlər çox vaxt şablon kimi işlənir.Lakin hər bir sözün nüvəsində sözün mənası vardır.İstər öz sözümüz olsun, istərsə də digər dillərdən keçən sözlər.Dilçilik elmi sözdən başlayırsa, sözün mənşəyi həmin dildə öyrənməlidir və bu mümkündür.Bu səbəbdən də dilçi alim 5-6 dilə bələd olmalı, sözləri sözduyumu, paralelliklə, müqayisəli şəkildə axtarıb, onun yuvasını tapmalıdır.
Dilçilik elmində reformaya böyük ehtiyac duyulur.Qədim sözlərin fonetik qaydada öyrənilməsi praktikası nəzəri cəhətdən elmi surətdə işlənib hazırlanmamışdır.
Bu gün bütün elmlər kimi, dilçilik elmi də müasir tələblərə cavab verməlidir.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Leonid Kannegiser kimdir?

Leonid Kannegiser kimdir?

1920-ci il avqust ayının 30-da baş verən iki qətl hadisəsi bütün Rusiyanı silkələdi. Bunlardan biri Fanni Kaplan tərəfindən “proletariatın dahi rəhbəri” Vladimir İliç Leninə atılan zəhərli güllə idi.
Həmin gün daha bir gurultulu qətl hadisəsi oldu. Belə ki, 22 yaşlı gənc şair Leonid Kannegiser (1896-1918) 30 avqust 1918-ci il tarixdə Petroqrad “ÇK”-sının sədri “çekist” Moisey Uritskini qətlə yetirdi. Birinci hadisə bütün dünyada əks-səda verdi, ikinci hadisənin üstü isə Sovet “çekistləri” tərəfindən tezliklə ört-basdır edildi. Kannegiserin adının çəkilməsi uzun müddət qadağan olundu.
Yeri gəlmişkən, Leonid Kannegiser o zamanlar artıq məşhurlaşmaqda olan Sergey Yeseninin ən yaxın dostlarından biri idi. Onu bəzən terrorist, habelə, pozğun və əyyaş kimi də təqdim edirlər.
Kannegiserin bir şeirinin tərcüməsi ilə tanış ola bilərsiz.

Aman, onyeddidə tökülən o qan
Hələ kəsilməyib, durmadan axır –
Axı azadlığın sevinci hər an
Bizə ruhumuztək yaxındır, yaxın.

Biz ölsək- arzumuz çin olar bəlkə.
Özünəvurğunluq, qısqanclıq, kədər,
Boş-mənasız sözlər, nifrət, səksəkə,
Sevincə çevrilər, biz dözsək əgər.

Ağrılar sıxmasın qoy qəlbimizi,
Məhbəsdən çıxmışıq –ruhumuz təmiz…
Qoy ölüm kandarda gözləsin bizi,
Ölsək də ölümsüz olacağıq biz.

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“bellum omnium contra omnes”

“bellum omnium contra omnes”
Tomas Hobbs deyirdi ki, insanlıq vəziyyəti hamının hər kəsə qarşı olan müharibəsidir. Bu vəziyyətdə hər kəs öz ağlı ilə idarə olunur və öz canını düşməndən qorumaq üçün əlindən gələni edir. Buradan belə nəticə çıxır ki, hər kəsin hər şeyə, hətta başqasının bədəni üzərində də haqqı var. Buna görə də, hər bir insanın hər şeyə olan bu təbii hüququ davam etdikcə, təbiətin normal olaraq insanların sağ qalmasına icazə verdiyi müddətcə, nə qədər güclü, ağıllı və ya başqa cür olursa olsun, heç bir insanın yaşaması üçün heç bir təminat ola bilməz.
Buradan da ağılın ümumi qaydası belə çıxır:“Hər kəs sülh əldə etmək ümidi olduğu müddətcə onu təmin etməyə çalışmalıdır.Əgər bunu əldə edə bilməsə, o zaman müharibədən kömək və fayda axtarıb istifadə edə bilər”

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

12 May – Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur

12 May – Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Başqa sözlə desək, bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə təşəkkür etməyə dəyər.

İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.

Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onun üzərinə böyük vəzifə düşür.

Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.
Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası – baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Azərbaycanın dünya miqyasında tanınmış tibb bacısı:

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda” medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.

Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.
Ruhu şad olsun. Amin.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu – SÖZÜ İÇİNDƏ

SÖZÜ İÇİNDƏ

Rahatlıq gətirmir, ha danış, ha çöz,
Qəlbində yaralar açılıb göz- göz.
Daha pöhrələmir sözləri söz- söz,
Dindirmə, öləni sözü içində!

Gözləri nursuzdu, baxışları lal,
Dəymişi budaqda, töküləni kal,
Duyğusu kütləşib…soruşma əhval,
Dindirmə, öləni özü içində!

Üzlərdən içincə üzlünün üzü,
Düzlərdə qalıbdı düzlünün düzü,
Odur ki, yerimir sözlünün sözü,
Dindirmə, öləni düzü içində!

Ha çalış köhnədən biçilməz təzə,
Goruslu yorulub, gəlibdi dizə,
Ölənin nəşini bükərlər bezə,
Dindirmə, öləni bezi içində!

2024

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Opera studiyasında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Bu axşam Opera studiyasında Xalq yazıçısı Çingiz Abdullayevlə, onun 65 illiyi ilə əlaqədar yaradıcılıq görüşü oldu. Xəstəlikdən sonra bu gün o 2 saat ayağ üstə oxucuları ilə səmimi söhbət etdi. Fotolar:

Məlumat və Foto: Nadir Əliyev

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…(6)

Baba bəy Şakir

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)
Qədim Cavanşir elinin, Sarıcalı oymağında yetişən, Pənahəli xanın nəslindən
(Pənahəli xanın qardaşı nəvəsi) daha bir imza, daha bir qələm sahibi-Baba bəy Şakir…
Keçmişdə yazılan məqalələri çözələyəndə əksər yazılarda “Bababəy” şəklində yazılıb yəni bəy titulunu səhvən adına bitişik yazıblar.
Bunun iki səbəbi ola bilər:
1) Ya araşdırmaçılar yuxarıların qamçılarına məruz qalmamaq naminə “bəy” titulunu ada bitişik yazıblar.Xüsusən sovet vaxtı izi azdırmaq:
Yəni “bəylə, xanla sənin nə işin var?!” tənəsindən yaxalarını yan çevirmək üçün;
2) Yaxud da təzkirəçilər elə düşünüblər ki, onsuz da bəy oğlu bəy övladına elə adın tərkib hissəsi kimi “bəy” pərçim edilməlidir.
Bütün hallarda, Şakirin soyuna-sopuna aşina, şəcərəsinə bələd olan araşdırmaçılar onun adını təzkirələrində vurğulayıblar, hərçənd onun şeirlərini tənqid edən ədəbiyyatşünaslarımız da az olmayıb.
Əslində, Baba bəy Şakiri “analı-atalı yetim” saymaq daha doğru olardı.Bəy nəslindən oluban Mehdiqulu xanın, Cəfərqulu xanın mərhəmətindən kilometrlərlə aralı düşmək Baba bəyin mənhus taleyinə yazılmışdı: sözün həm məcazi, həm də həqiqi mənasında.
Ağdam yaxınlığında Qarqar çayın üstündə bir parça əkin yerində qurdalanmaqla baş girləyən Babanın görəsən qohum-əqrabası qarşısında suçu nə idi?
-Çömçə aşdan isti olmayacaq ki?
Onsuzda, nə qədər can atsaq da, şairin öz yaxınlarından çox məhrəmləri bilmək çabamız faydasızdır. Ona görə bu sualı taleyin ümidinə buraxıb mövzu ətrafında hərlənməyə davam edək, hərçənd taleyin ümidinə qalmaq da yönlü bir iş deyilmiş. Baba bəyin güzərandan gileyli məktublarından, şeirlərindən yaşadığı sıxıntılardan duyuram.Yazığın dərdləri, kədərləri Cinni Cəfər qoşunu kimi adamın üstünə elə gəlir ki, deyirsən şair bir çobanın, ya fəhlə-babanın daxmasında doğulsaydı başı bu qədər qeylü-qal çəkməzdi.

Külli-Qarabağa olub mehriban,
Gətirdikcə dövlət eylədi ehsan,
Bizlərə yetəndə xani-valaşan,
İşıqlı dünyanı eylədi zülmət.

Haşiyə: Valaşan
Vala-farscada yüksək, ali, uca mənasını verir.
Şan isə ərəbcədir.Bildiyimiz şan-şöhrət.
Deməli, yüksək şana çatmış, şan-şöhrətli deməkdir.Bəs Baba bəy Şakir bu şeirlə bizə nə demək istəyib?
Yəni bütün Qarabağa var-dövləti ilə mehriban olan, malını ehsan edən bu şanlı adam-Mehdiqulu xan bizə çatanda işıqlı dünyanı zülmət elədi.
Görünür, Baba bəy Şakir təkcə biganəlikdən deyil, həm də qohumlarının ona qarşı olan hansısa zülmündən oxucusunu agah etmək niyyətindədir.Zira burada təkcə mehribanlıqdan söhbət getmir, hətta nəsil arasında olan nifaqdan bəhs edilir.Mehriban dedim, yeri gəlmişkən, Şakirin doğulduğu kəndin adı da Mehribandır.Orada doğulub, orada yaşayıb, orada vəfat edib.Təkcə qohumu Qasım bəy Zakirlə ülfəti varmış şairin.Zatən Zakirin şeirlərində Baba bəyin dəfələrlə adı çəkilir.Şakiri özünə ustad sayıb, təxəllüsünü oxşadaraq Zakir götürüb Qasım bəy. -Çox gözəl!
-Çox pakizə!
Biri şükr edən-Şakir, o biri zikr edən-Zakir.
Sözünü yaz, şükrunü de, zikrini elə!
Lap Nəimi-Nəsimi dəstiri.
Bir vəzndə, bir ahəngdə, bir amalda, bir niyyətdə.
“Niyyətin hara, mənzilin ora” deyən atalarımızı da unutnayaq.Elə bil Baba bəy üçün çəkiblərmiş bu məsəli.
Axı son mənzili də elə ilk niyyəti oldu Şakirin.Hicri təqvimi ilə 1261-ci ildə doğulduğu kənddə torpağa tapşırıldı.
Baba bəyin ölümündən sonra onu hələ xeyli zikr edəcəkdi Zakir.

Rişteyi-təbimə yox tab verən, çərx əfsus,
Eyləyib xak ilə yeksani-qəddi-Babani.

Onu deyirdim axı…
Baba bəy dövrünün yaltaqlarını, yalaqlarını, rüşfətxorlarını həcvlərində doyunca top atəşinə tutub.
Şairin yaltaq Molla Qasımı yerin dibinə batıracaq misraları bu gün də meydandadır.Ancaq meydanda nə rüşfətxor Mehdi bəylər, nə 500 manat rüşfət verib Cavanşir elinə naib təyin olunan Əmiraslanlar, nə də yaltaq Molla Qasımlar var.

İbrət deyil, bəs nədir?!
-Təəssüf ki, deyil.Anındaca məşhur bir deyimi xatırladım:
“Tarix təkkərrür edər, fəqət bir dürlü ibrət alınmaz”
Hər zaman ibrət alanlardan olmaq diləyi ilə…

12 may 2024

(Yazımda ərəb-fars sözləri lüğətimə, habelə Salman Mümtazın, Məhəmməd ağa Müctəhidzadənin araşdırmalarına istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub

Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub.
Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKSOY-un konfrans salonunda baş tutan yubiley törəninin açılış nitqini söyləyən TÜRKSOY -un baş katibi Sultan Rayev TÜRKSOY-un qurulduğu 1993-cü ildən bu günümüzə qədər Türk dünyasının mədəniyyətinin və sənətinin təbliğ olunması üçün fəaliyyət göstərdiyini vurğulayaraq, hər il üzv ölkələrin yazarları tərəfindən qələmə alınan önəmli əsərlərin qardaş dillərə uyğunlaşdırılaraq çap olunmasını təmin etdiyini, TÜRKSOY-un Türk dünyası yazarlarını bir platforma ətrafında birləşdirmə özəlliyini daşıdığını vurğuladı.

“Bu fəaliyyətlər nəticəsində Türk dünyası bir çox önəmli yazarı tanıma fürsəti tapmış, yazarlarımız Anadolunu Ata torpaqları ilə qovuşdurmuş, qədim mədəniyyətimizin əsintiləri oxuculara qovuşmuşdur.”
Çıxışının davamında Dünya Gənc Türk Yazarlar Birliyinin mərkəzi qardaş ölkə Azərbaycanda olsa da mənəvi mərkəzinin Ankara olduğunu bildirən Rayev “Birliyin qurulduğu gündən bu yana 50-dən çox əsərin çap olunmasına vəsilə olması, ədəbi-mədəni fəaliyyətlərdə və önəmli tədbirlərdə aktiv olması təqdir olunmalı haldır” dedi.
Yubiley tədbirində çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Dr. Şəmsəddin Kuzəçi: DGTYB olaraq təkcə Türkiyədən 20-ə yaxın kitab çap etdik, 35 şair və yazıçıya Türk dünyasına xidmət ödülü verdik. Türkiyənin bir çox tədbirlərində yer aldıq.
2000-ci ildə Fizuli şeir yarışması ilə Türk Dünyası Şeir şöləni təşkil etdik deyərək, çıxışını TÜRKSOY -a təşəkkür etməklə yekunlaşdırdı.
Çıxış üçün söz alan DGTYB-nin qurucu-başqanı, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı göstərmiş olduğu qonaqpərvərlik üçün TÜRKSOY-a və Sultan Rayevə təşəkkür edərək, Türk dünyasına 25 il müddətində xidmət etmiş DGTYB-nin bundan sonra da geniş fəaliyyətinə davam edəcəyinə inamını ifadə etdi.
Əkbər Qoşalı çıxışının davamında Türkiyənin dünyadakı bütün türklərin vətəni olduğu kimi, TÜRKSOY-un da Türk dünyasının bütün mədəniyyət xadimlərinin öz evi olduğunu bildirdi. 25 illiyin bir bitmə yox başlanğıc olduğunu qeyd edərək, DGTYB -nin fəaliyyətinin davam edəcəyini, yeni nəsillərin təşkilatı daha da irəliyə aparacağını söylədi.
DGTYB başqanı İntiqam Yaşar çıxışında 25 illik yubiley törəninin TÜRKSOY-un mərkəzi ofisində keçirilməsini əlamətdar hadisə kimi qeyd etdi. Bütün türk coğrafiyalarından olan üzvlərlə fəaliyyətin davam edəcəyini, Türk dünyasını əhatə edəcək layihələrin davamlı olacağını söylədi. TÜRKSOY-un bu kimi tədbirlərə ev sahibliyi etməklə Türk dünyası üçün bir mədəni körpü təmin etdiyini vurğuladı.
Toplantıda söz alan DGTYB-nin Məsləhət Şurasının üzvü, professor Rəsmiyyə Sabir isə 25 il öncə heç bir maddi imkan olmadan sadəcə sevgi ilə yola çıxan birliyin bu keçən zaman ərzində qət elədiyi yolun təqdirəlayiq olduğunu söylədi. O təşkilatın davamlı fəaliyyətinin hələ çox əlamətdar günlərə vəsilə olacağına inamını ifadə edərək, dahi şair Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” misraları ilə çıxışını yekunlaşdırdı.

Toplantının panel bölümündə söz alan Avrasya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətinin çox ürəkaçan olduğunu bildirdi. O təşkilatın fəaliyyətini mütəmadi izlədiyini, görülən işlərin Türk dünyası üçün önəmli olduğunu bildirdi.

Kitab təqdimatı panelində Rəsmiyyə Sabirin “Yerlə göy arasında” , Əkbər Qoşalının “Altaylardan qopan atlar”, Şəmsəddin Kuzeçinin “Şeirlərim”, İntiqam Yaşarın “Adını çəkirəm” kitabları təqdim olundu. DGTYB və yeni çıxan kitablar haqqında Avrasiya Yazarlar Birliyinin başqanı dr. Yaqub Öməroğlu, Dünya Söz Akademiyası başqanı Prof. Dr. Hayrettin İvgin və keçmiş millət vəkili, şair Mehmet Atilla Maraş Dünya Gənc Türk Yazarlar Birliyi və kitablar haqqında düşüncələrini bölüşdülər.
Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi münasibətilə TÜRKSOY baş katibi Sultan Rayevə, baş katibin yardımçısı Sait Yusufa, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna və Hayrettin İvginə “25 illik” yubiley medalı təqdim olundu. Bundan əlavə TÜRKSOY-un Türkdilli topluluqlar ilə əlaqələr departamentinin müdiri dr. Cavid Mövsümlüyə Xidmət plaketi ilə təqdim olundu.
Bundan əlavə TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən Dr. Şəmsəddin Kuzəçi, prof.dr Rəsmiyyə Sabir, Əkbər Qoşalı, İntiqam Yaşar və Murad Toyluya TÜRKSOY-un 30 illik yubiley medalları təqdim olundu.
Tədbirə sənətçi Kaya Kuzunun ifası və kollektiv foto ilə yekun vuruldu. Fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Beyond Good and Evil – Xeyirin və Şərin ötəsində

Fridrix Nitsşenin 1886-cı ildə yazdığı “”Beyond Good and Evil” (Xeyirin və Şərin ötəsində”) ən yüksək məna sıxlığı olan əsəridir. O, bu əsərində gələcəyin fəlsəfəsi ilə bağlı fikirlərini açıqlayır.
Sosial normaları sorğulamaq: Nitsşe adi əxlaqa meydan oxumuş və müəyyən edilmiş dəyərlərin şübhə altına alınmasını təşviq etmişdir, Təbii ki, bu bütün əxlaqi prosesləri rədd etmək demək deyil, niyə inandığınız inanclara sahib olduğunuzu tənqidi şəkildə araşdırmaq deməkdir.
Mürəkkəbliyimizi qəbul etmək: Nitsşe iddia edirdi ki, biz hamımız ziddiyyətlərin qarışığıyıq. Mürəkkəbliklərimizi qəbul etməli və bir qəlibə sığdırmaqdansa, orijinallığa can atmalıyıq
Çətinliklərdən qorxmamaq: Böyümə, irəliləmə prosesi çox vaxt rahatlıq zonanızdan kənarda olur. Çətinlikləri qəbul etmək və bunlarla güclü tərəflərimizi kəşf etmək, onlara davamlı fəaliyyətinizi artırmaq üçün fürsətlər kimi baxmağımız vacibdir. Çətinliklər katalizator rolu oynaya bilər. Çətin təcrübələr xoşagəlməz olsa da, böyümə və müsbət dəyişikliklər üçün katalizator ola bilər. Mübarizələrdən təcrübə almaq, güc və möhkəmlik yaratmaq üçün onlardan istifadə etmək lazımdır.
İnsan həyatında ağlın rolunu yenidən nəzərdən keçirmək: Ağıl vacib olsa da, Nitsşe onun davranışlarımızı tamamilə idarə etməməsi lazım olduğunu iddia etmişdir. Emosiyaların və intuisiyanın qərar qəbul etməyinizə təsirini nəzərə almaq lazımdır.
Xoşbəxtliyimizin məsuliyyəti : Bədbəxtliyinizdə xarici amilləri günahlandırmamalıyıq, həyatımıza nəzarət etmək və çətinliklərin öhdəsindən gəlmək üçün optimist, proaktiv yanaşmamızı inkişaf etdirmək lazımdır.
Güc iradəsi: Nitsşenin “Güc iradəsi” konsepsiyası kamilliyə, özünü təkmilləşdirməyə və məhdudiyyətləri dəf etməyə çalışmaq üçün daxili həvəsi nəzərdə tutur.
Utopik xəyallardan çəkinmək lazımdır: Nitsşe qeyri-real ideallara və mükəmməl cəmiyyətə can atmağın potensial təhlükələrinə qarşı xəbərdarlıq etmişdir. Real dünyanın mürəkkəbliyi daxilində mənalı bir həyat yaratmağa diqqət yetirmək lazımdır.
Öz dəyərlərimizi yaratmalıyıq: Nitsşe bizi ictimai gözləntiləri kor-koranə izləməkdənsə, öz dəyərlərimizi müəyyənləşdirməyə və öz məqsədlərinizi təyin etməyə təşviq etmişdir. Onun fikrincə, istəklərimizi alovlandıran və həyatımıza məna verən şeyin arxasınca getməliyik.

Müəllif: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YUNUS OĞUZ – DÜŞÜN!

DÜŞÜN!

Göy üzünü ha dəlsən də, dəlinməz,

Əməlinə nə yazdınsa, silinməz.

Əzrayıldı, Cəbrayldı biinməz,

Bir mələyə tuş olarsan son anda,

***

Sən insansan, nə heyvansan,nə sürü,

Qəzəbindən doğra çayı, yıx Kürü!

Əməlini sovur göyə, dağ kürü,

Fəryadına gələ bilməz sonan da.

***

Yığılacaq qalaq-qalaq daş indi,

Hər əməlin göz görməyən daşındı.

Yığış atam, yığış, ruhun daşındı,

Haqq-hesab var, tərəzi var sonunda.

Müəllif:  YUNUS OĞUZ (  olaylar.az )

YUNUS  OĞUZUN  BLOQU – CIĞIR

YUNUS OĞUZUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru