Aygün Öztürklə müsahibə – Turan NOVRUZLU.

“ULU ÖNDƏR HEYDƏR ƏLİYEVLƏ MÜSAHİBƏMİZ HƏYATIMIN ƏN GÖZƏL TƏSADÜFÜ İDİ.” Aygün ÖZTÜRK

Artıq altı aydır ki, Türkiyədəyəm. Eskişəhərdə magistratura təhsili alıram. Bu qısa vaxt ərzində bir çox maraqlı, istedadlı azərbaycanlılarla tanış olmuşam. Həmin istedadlı, dəyərli insanlardan biri də Aygün Azəridir (Aygün Öztürk) . Aygün xanımla “Eskişəhərdə Yaşayan Azərbaycanlılar Dərnəyi”ndə tanış olmuşam. İlk söhbətimiz çox ürəkaçan və səmimi oldu. Daha sonra Aygün xanımın moda evində qonaq oldum. Divarda Ulu Öndər Heydər Əliyevlə şəklini görəndə təəccüb və maraqla şəklin tarixçəsini soruşdum. Və beləcə bu müsahibəmiz yarandı.
Bakıda müəllim ailəsində dünyaya gələn Aygün Öztürk Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində bakalavr təhsili aldıqdan sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistr təhsili alır. 15 ildən çox televiziya, jurnal və qəzetlerde çalışır. Aztv, Ans, Space, Lider, Atv, İtv kimi aparıcı televiziya kanallarında aparıcı-müxbir, redaktor, ssenarist, prodüser, rejissor, layihə rəhbəri olaraq fəaliyyət göstərir. Aygün xanımın müəllifi olduğu proqramlardan : ” Moda Xətti”( Aztv ), ” Günaydında” “Həyat tərzi” bloku(Space TV ) , ” Antrakt” (İTV), ” Salam programinda ” Stil” rubrikası (ANS), usaq programi ” Cücələrim”, ” Vur çatlasın”, ” Bax belə!” (Lider TV), ” Ləziz saat” (Atv) kimi proqramların adını çəkə bilərik. ” Atv- maqazin”, ” Onlar”, ” Günaydin”, “Bazara qədər”, “Bir mahnının tarixcəsi”, “Həyat davam edir”, “Üz-üzə” kimi programlarda və bir sıra tok-şoularda müxtəlif vəzifələrdə çalışıb.
Aygün xanım o qədər maraqlı, rəngarəng ruhlu və möhtəşəm insandır ki, onunla bu müsahibəmizdən çox zövq aldım.
-Aygün xanım, istərdim ki, sənət seçiminiz barədə başlayaq söhbətimizi, niyə məhz incəsənəti seçibsiniz?

  • Mən uşaqlıqdan rəsm çəkməyi çox sevmişəm, demək olar ki, səhərdən axşama kişi rəsm çəkirdim. Uşaqlıq arzum olub rəssamlıq, moda, dizayn.
  • Mənə maraqlıdır ki, moda sahəsində təhsil alan xanım necə oldu ki, televiziyada çalışdı, özü də nə az, nə çox düz on beş ilə yaxın bir müddətdə.
  • Mənim televiziyaya getməyim həyatımdakı ən böyük təsadüflərdən biri olub. Deməli, o zamanlar hələ tələbə idim. Ans TV-nin “Salam ” adlı səhər proqramı var idi. Bir gün səhər -səhər həmin bu proqramı izləyəndə düşündüm ki, proqram gözəldir, rubrikaları maraqlıdır. Amma dekor heç ürəkaçan deyil, səhnə, əşyalar hamısı ağappaqdır, elə bil, xəstəxana divarıdır. Gənclik illərində adamın enerjisi bol olur axı. Tənbəllik eləmədim. Çizimlərimi, əl işlərimi götürüb getdim Ans telekanalına. Mühafizəçi nə üçün gəldiyimi soruşanda ciddi- ciddi dedim ki, “Salam” proqramının rejissoru ilə görüşməliyəm. Rejissorla görüşdüm, dekorasiya haqqında fikirlərimi dedim. O da dedi ki, gəl, bu proqramda sənə bir moda rubrikası verək, o rubrikanı ürəyin necə istəyir elə də hazırla. Əvvəl tərəddüd etdim ki, mən bura dekorasiya barədə danışmaq üçün gəlmişəm, sizin proqramınıza tamamilə təmənnasız dizayn vermək, dekor hazırlamaq istəyirəm. Amma sonda moda rubrikasını hazırlamağa razılıq verdim. Beləliklə, televiziyada fəaliyyətə başladım. Sonra digər televiziya kanallarında müxtəlif programlar hazırladım.
  • Bəs Ulu Öndərimiz Heydər Əliyevlə olan müsahibənizin tarixçəsi necədir?
  • Bu görüş mənim həyatımdakı ən gözəl təsadüflərdən biridir. O zamanlar Space telekanalında çalışırdım. 28 May günü iş yoldaşlarıma dedim ki, gəlin, şəhərə çıxaq, reportaj hazırlayaq, görək, xalqımız bu günü necə qeyd edir. Düzü, iş yoldaşlarım bir az tənbəllik edirdilər, çünki, istirahət vaxtı idi. Təkidlə dedim ki, burda boş- boş oturduğumuza şəhərə çıxaq. Mən, bir nəfər stajor qız və operator şəhərə çıxdıq. Nizami küçəsinə (Tarqovuya) çatanda avtomobildən düşdük ki, vətəndaşlardan, Bakı sakinlərindən müsahibə götürək. Bizdən bir qədər aralıda Ulu Öndər Heydər Əliyevi gördük. Hamımız sevinc və təəccüb içində idik. ( Ümumiyyətlə, mənim Ulu Öndərimizə olan sevgim ailəmdən, anamdan gəlir. Anam müəllimədir, hətta o vaxtlar bağçada uşaqlar üçün “Heydərçilər” marşı da yazmış, sonra o marşı səhnələşdirmişdi. ) O an hamımız həyəcan içində bir az aralıda dayanıb baxırdıq. Ulu Öndər bizi yanına çağırdı. Hansı kanaldan olduğumuzu soruşdu. Space telekanalından olduğumuzu söylədiyim zaman , “afərin Space, çox operstivsiniz, gəlin şəhəri birlikdə gəzək” dedi. Başladıq birlikdə şəhəri gəzməyə. O qədər səmimi, gözəl gəzinti oldu ki, o görüşü heç vaxt unutmaram. Hətta mən müsahibə götürən zaman mühafizəçilərdən biri bir qədər kənara çəkilməyimi istəyəndə Ulu Öndər dedi ki, “bu qızla işiniz olmasın, qoy müsahibəsini götürsün.” Sonralar rəhbərlikdən eşitdim ki, müsahibəmizlə bağlı hazırladığım programı izləyib və çox bəyənib. O zamanlar mən “Günaydın” verilişini hazırlayırdım. Telekanalımızın rəhbərliyinə məlumat verdim ki, xəbərlər programı üçün də jurnalist göndərsinlər. Beləcə təxminən on beş sonra digər jurnalistlər də gəldilər.
  • Aygün xanım, bəs necə oldu ki, Eskişəhərə gəldiniz?
  • Həyat yoldaşım səkkiz il əvvəl işləri ilə əlaqədar Azərbaycana gedir və reklam, moda, dizayn sahəsində çalışan birindən məsləhət almaq lazım olur, bu zaman məni tövsiyyə edirlər. Beləcə tanışlığımız başladı. Bir müddət sonra da ailə qurduq və Eskişəhərdə yaşayırıq . Bu şəhərə gələn kimi internetdən maraqlandım ki, görüm , burda azərbaycanlılardan kimlər var. Beləcə Eskişəhərdə Yaşayan Azərbaycanlılar Dərnəyinin təsisçisi və rəhbəri Cavid Aydın bəylə tanış oldum. Dərnəkdə iki il ərzində fəaliyyətim oldu, “Halkla Basın İlişkileri Sorumlusu” olaraq çalışdım. “ESAZDER” lə birlikdə, yəni komandamızla birgə Eskişəhərin televiziya kanalında təxminən bir il ərzində hər həftənin cümə günü efirə gedən ” Üç Çizgi” verilişini hazırladıq. Bu program Azərbaycan mədəniyyətinin, incəsənətinin, Türkiyə -Azərbaycan dostluq əlaqələrinin təbliği ilə bağlı idi. Daha sonra qızım dünyaya gəldi. Həmişə yeni-yeni layihələrimi görməyə alışan dostlar məndən yeni layihə soruşanda deyirəm ki, artıq yeni layihəm qızımdır. Bir ana üçün övladından önəmli heç nə yoxdur. Televiziya çox vaxt, çox enerji tələb edir. Ona görə də hal-hazırda öz moda evimi açmışam. Burada modelyer- dizayner kimi fəaliyyət göstərirəm.
    -Aygün xanım, sənətinizdə ən böyük dəstəkçiniz kim olub?
  • Ümumiyyətlə, həyatda ən böyük dəstəkçim, uğurlarımın memarı anam olub. Anam ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimidir, uzun müddət universitetdə, orta məktəbdə, daha sonra da uşaq bağçası- körpələr evində metodist olaraq çalışıb. Çox vətənpərvər, zəhmətkeş qadındır. Mən də ona bənzəmişəm. Mustafa Sandal, Rafet El Roman, Boniem, Tarkan və başqa sənətçilər Azərbaycana gələndə onlardan ilk müsahibə alan jurnalistlərdən biri də mən olmuşam. Həmişə çalışmışam ki, Azərbaycanca da suallar verim, istəmişəm ki, onlar bizim dilimizlə, mədəniyyətimizlə bağlı məlumat alsınlar. Hətta Tarkan ilk dəfə Bakıya gələndə ondan “Sizcə xoşbəxtlik nədir?” deyə soruşdum. O da “xoşbəxtlik” kəlməsinin anlamını soruşanda “mutluluk” olduğunu söyləmişdim.
    Mənim ölkəmizdən kənarda da Vətənimizlə bağlı yazılar yazıb, verilişlər hazırlamağım da anamdan keçən vətən sevgimin bariz nümunəsidir.
    Sənətimdə ən böyük dəstəkçilərimdən biri də rəssam-modelyer, əməkdar incəsənət xadimi dəyərli Fəxriyyə xanım Xələfova olub. O vaxt jurnalistika sahəsində çalışdığım və tanındığım üçün magistr təhsili üçün sənədlərimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına versəm də sənədlərimi götürmək istəmirdilər ki, “Sən ki, tanınmış jurnalistsən, burda nə işin var, apar sənədlərini BDU-nun jurnalistikasına ver.” Mən də çox üzüldüm, ruhdan düşdün, bu üzüntümü Fəxriyyə xanımla paylaşanda mənə çox dəstək oldu, ruhdan düşməyə qoymadı. Fəxriyyə xanımın və Fəxriyyə xanımın anası akademik Rəfiqə xanım Əliyevanın dəstəyini heç vaxt unutmaram.
    -Aygün xanım, qızınız Məryəmin gələcəkdə jurnalist və ya moda tadarımcısı olmağını istəyərdinizmi?
  • Hamımız bilirik ki, televiziya, jurnalistika gərgin iş rejimi olan, çox böyük enerji tələb edən, stressiz ötüşməyən bir sahədir. Moda tasarımcılığı isə daha sakit, mənəvi cəhətdən daha çox zövq ala biləcəyimiz xanım peşəsidir. Ona görə də qızımın gələcəkdə moda tasarımcısı olmağını istəyərdim. Həm də Məryəmin rəssamlıqla, incəsənətlə bağlı istedadını görürəm və bu məni çox sevindirir. Arzu edirəm ki, dünyamızda əmin-amanlıq olsun və uşaqlar qayğısız, sağlam, xoşbəxt böyüsünlər. Hər dövlətin, hər xalqın gələcəyi uşaqlar və gənclərdir. Fotolar:

Söhbətləşdi: TURAN NOVRUZLU

TURAN NOVRUZLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir