www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Bu gün Abdulla Şahmirin doğum günüdür!

Hal-hazırda haqqında oxuduğunuz insan ömrünü gənc fidanların gələcəyi üçün fəda etmiş müəllimdir, öz dünyasını, qəlbinin dərinliklərin hopdurub, qələmi ilə könülləri oxşayan əvəzi olmayan şairdir! O, hələ yeni-yeni addımlar atan gənclərin qocaman dostu, onlara yol göstərən sadiq yol yoldaşıdır…
Qax rayonunun Dəymədağlı kəndində dünyaya göz açmış Şahmirov Abdulla Abdulhəmid oğlu əsl ziyalı, nəcib xarakteri ilə qəlbləri fəth edən şəxsiyyətdir! Onun dünyada baş verən hadisələrə baxış tərzi, ətrafında yaranan müxtəlif stiuasiyalar qarşı irəli sürdüyü fikirlər, biz gənclərdə “sağlam təfəkkür “formalaşdırır. Kaş ki, özünü “ziyalı” adlandıran insanların hamısı elə Abdulla müəllim kimi biri olaydı.İnanın ki, cəmiyyətimizin artıq pas atmış, gələcəyə heç bir müsbət təsir göstərməyən qeyri-ciddi və məntiqsiz fikirlərinin bir qismi qeybə çəkilərdi.
Çünki gələcəyi doğru istiqamətə yönləndirib, gənclərə həqiqi insani keyfiyyətləri aşılayan məhz aqillərdir, kamillərdir…
Belə insanlarla eyni dövrdə yaşamaq, eyni masa ətrafında əyləşib onların sözünü-söhbətini dinləmək, böyük bir xoşbəxtlikdir!


Bu gün Abdulla Şahmirin doğum günüdür.Biz, Qax yazarları bu münasibət ilə onu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılığında uğurlar arzulayırıq!

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifogludan bir şeir

BİZ KÖÇƏNDƏ

Biz köçəndə bu dünyada
Qalacaqmı ömrün izi?
Var-dövlət yığmaqdan ötrü
Xərcləyirik ömrümüzü.

Niyə bu qədər hərisik
İnciyə, dürrə, altuna?
Dünya çox “mənəm” deyəni
Alıb dizinin altına.

Acılar yaddan silinir
Elə ki biz bal dadırıq.
Xırda-xuruş sevinclərlə
Özümüzü aldadırıq.

Ömrü güdaza veririk
Qurdalana-qurdalana.
Əriyirik, yox oluruq
Xırdalana-xırdalana…
06.04.2007

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İbrahim Rüstəmli – Yad

YAD
(avtoportret)

Daha çox yabançı təhsili qabardanlarla ünsiyyət qurmaq, xüsusilə ölkə başçısı tərəfindən şəxsən təqdim olunmuş “Əməkdar jurnalist” fəxri adını “Əməkdar artist” adı ilə “səhv salanlarla” eyni masa arxasında oturmaq elə də asan iş deyil, yəqin. Xüsusilə bəndəniz üçün…

Axı mən dünyanın teatr səhnəsi olduğunu Şekspirdən qabaq bilirdim. Şekspiri ondan sonra tanıdım, elə (roldan-rola girən) adamları da…

O vaxtdan hər səhərimi yeni “MƏN”imlə açıram. Və hər “MƏN”imlə cəmi bir gün yol gedirəm: yola gedirəm…
Ötən günlərdə qalan dostlarım var, məni tanımayan: ötən günlərimdə qalan “MƏN”imi. Çoxunu heç özüm tanımıram…

Həyat mənə nəfəs dərməyə, ayaq saxlamağa nə vaxt macal verdi ki?.. Bütün günü ya öz “MƏN”imin yerini-yurdunu axtarıram, ya da arxasınca yüyürürəm…

Bütün günü dəli kimi öz üçimdə gəzirəm…

Öz içimi gəzirəm…

Və hər gün yeni bir insana gəlirəm…

Və hər səhərə yeni bir insanla…

Üstüm-başım rəngbərəngdi. İsti və soyuq rənglərin məngənəsində çırpınıram – əzizini itirmiş adam kimi…
Əzablarım o qədər böyük, ürəyim o qədər həssasdı ki, haqqımda iynə sədəfi boyda xoş düşünənlərin varlığı saçlarıma səmum yeli kimi sığal çəkir. Hərarətində ilk gördüyüm balaca bir uşaqdı: rüblüyünü hələ də köynəyinin altında gizlətmiş yeddi yaşlı oğlan. Eyni vaxtda həm küçənin bu başında, həm də o başında görünən dəcəl…

İti yaddaşı ilə daim indimin yanındadı; daim yanımdadı, daim yadımdadı…

Biz həmişə bir yerdəyik; mən ÖZ axtarışlarımla, o ÖZ həqiqətlərilə:

“Sinif otağına girdiyim ilk gündən məktəbdən küsmüşəm – əlimə qələm aldığım andan. Günahım solaxay doğulmağımdı. Böyük-böyük adamlar aylarla qəsdimə durdular. Lap axırda nənəm sol əlimi yandırdı. Tənziflə sarıyıb boynumdan asdı: yazmağı sağ əlimin boynuna qoydu….

Əlimin ağrısı keçdi. Ruhumun ağrısı keçmir…

İllər sonra yenidən lövhə önündə dayananda uşaqlardan kimsə ürəkdən güldü. İstər-istəməz geriyə… çevrildim. Abbas idi:

  • Müəllim, siz sol əllə necə gözəl yazırsızsa, mən heç sağ əllə elə yaza bilmirəm…

Yox, o sən deyildin, mən idim – sol əli boynundan asılmış uşaq! Yanağından süzülən göz yaşları da sənin deyildi, mənim idi: sinifdən gizlətdiyin. Mən ağlayırdım, hamının qabağında, içimdə danışa-danışa:

  • Uşaqları öz dərisindən – ÖZündən çıxarmağa çalışmayın! ÖZündən qovmayın! Uşaqları ÖZünə qovun!..

Xoşbəxtliyin əsil ünvanını insanı ÖZünə aparan yol tanıyır ancaq!..”

Həm də hardasa çox-çox uzaqlarımda neçə illərdi bir qadın ayaq üstə dayanıb – üzü mənə sarı. Onu baxışlarındakı sevgidən, xeyir-duadan və… yanağında donub qalmış göz yaşlarından tanımışam: Anamdı…

Öz övladından cavan olduğuna görə ağlayan Anam…

Xanım Anam, sənin oğlun üst-başının rəngbərəng olduğunu hamıdan yaxşı bilir, amma hər gün nə üstünə atılan çamurları, nə də kənardan necə göründüyünü eyninə almır. Çünki haqqında ən az düşündüyü başqalarıdı…

Özünə zorla vaxt tapır…

ÖZünü zorla tapır…

Çünki mənim yaşadığım şəhərdə nə kitab alanlar sevilər, Ana, nə də rüşvət almayanlar…

Mənim yaşadığım şəhərdən kitab qoxusu gəlmir, kabab qoxusu gəlir…

Daha çox qədəh və qəhqəhə səsləri eşidilir, eşidilməsin deyə pıçıltı ilə danışırlar; sözləri tapdalaya-tapdalaya, əzə-əzə. Elə adamları da…

Mənim şəhərimin sakinləri mənim şəhərimdən çox, başqalarının həyatında yaşayırlar; həm qorxuda-qorxuda, həm də qorxa-qorxa…

Tez-tez zibillikdə eşələnən adamlarla rastlaşıram. Tez-tez zibillikdən tapdığım kitablar kimi…

Mən öz həyatımın rəssamıyam, Ana, uğursuz rəssamı…

Gecə-gündüz dəridən-qabıqdan çıxıram, amma yenə də hər yeni“MƏN”im ÖZümdən əskik gəlir…

Ən ağır işim hər yeni günümün rəngini kəşf etmək, obrazını yaratmaqdı – hər yeni günümün şəklini çəkməkdi…

Molbertim boyat cizgilərə yiyə durmur, ögey gözlə baxır: məni hər günümün qatilinə çevirib…

Həyatım qandalabənzər çərçivələrlə doludu – zəncir kimi uzandıqca-uzanan…

Mənim çərçivələrim – mənim pəncərələrimdi, Ana, dünyaya baxdığım…

İnsan ömrünü yollara bənzədirəm, yolları – hörümçək toruna…

İnam və şübhə, sevgi və nifrət, qəzəb və mərhəmət labirintindəyəm…

Zülmət qaranlıqla – qara rənglə üzbəüz…

Qara rəngi sevirəm – hər şeyi qara rəngdə görənləri yox amma!..

Ağrılarım özümdən böyükdü…

Mən hər gün öz ağrılarımdan doğuluram; həm öz ağrılarımdan, həm də öz ağrılarımla…

Ən sevimli işim heç vaxt görmədiyim yerlərə getmək, heç vaxt tanımadığım insanlarla görüşməkdi…

Axı ömür çox qısadı, Ana! İnsan nəinki bir ilini, bir ayını, bir həftəsini, heç bir gününü də təzələmədən – yeni bir şey kəşf etmədən başa vurmamalıdı…

Uşaqlar düşüncələrimdən diksinirlər; qorxanları da olur, ağlayanları da. Hərdən onlara qoşulub için-için hönkürmək keçir ürəyimdən! Qürurum üzümə durur, Ana. Və məni daha sərt insana çevirir: qarşıda sizi ədalətsiz bir dünya gözləyir – hər fürsətdə haqqınıza girən adamlarla dolu. Buna görə böyük kimi sizdən üzr istəyirəm, ancaq müəllim kimi istədiklərim başqadı: Möhkəm dayanın! Həyatınızın sizə məxsus olduğunu unutmayın; unutdurmayın. O sizin şəxsi mülkiyyətinizdi. ÖZünüzə yiyə durun! ÖZünüzü sahibsiz buraxmayın və heç kimə güzəştə getməyin, heç kimə, hətta valideynlərinizə də! Axı onlar sizdən çox-çox uzaqdadırlar! Ya da siz onlardan çox-çox irəlidəsiniz!..

Mən xəyal adamıyam…

Xəyal adasıyam…

Sükutun içində oturmağı sevirəm. Otururam, torpağa-daşa, dənizə-çaya… və insanlara qulaq asıram. Ən çox da ağaclara…

Göyə baxmaqdan xoşum gəlir.
Və hər baxdıqca görürəm ki, mənim şəhərimdə həyat göyün altından çox, torpağın altında yaşanır…

Mən yeriyən qalereyayam, Ana, ritorik üslub və fiqurlar, dekorasiya və miniatürlər, marina və peyzajlar, portret və tablolarla… dolu.

Ən çox da batal görüntülərlə zəngin palitra: həddi və sərhəddi ilə…

Həddin və sərhəddin olduğu yerdə döyüş var. Mən hər gün döyüşürəm. Hər günümlə döyüşürəm! Məni ÖZümdən qovmağa çalışanlarla yox amma!

Mən ÖZ müharibəmin əsgəriyəm!

Mən hər gün özümlə dalaşıram! Özümdən daşıram!..

Sızlayan yaralarımla, göynəyən ruhumla həmişə ÖZ yanımdayam, amma…

Hər günüm qanımı axıda-axıda bitir! Hər gecə qatı zülmətin sirlərlə dolu qoynunda əriyib itirəm…

Və sabah yenidən dünyaya gəlirəm…

Və sabah dünya ilə yenidən tanış oluram…

Hər sabah…

P.S. Uşaqdım, ilk dəfə Yer kürəsinin yumru olduğunu biləndə, ayaqlarım tutulmuşdu…

Dünyadan yıxılacağımdan qorxurdum…

Qorxurdum ki, ayağım sürüşər…

İndi də ayağı sürüşkən adamlardan qorxuram…

Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Çox şükür!

ÇOX ŞÜKÜR, BU İLKİ
QIŞI DA GÖRDÜK

Çırpıb qanadını qara buludlar,
Səpdi başımıza ağ lələkləri…
Gördü qəlbim əsir zirvədən ötrü,
Mənə qonaq gəldi dağ küləkləri.

Kəpənək qanadlı qarın altında
Könlümdən keçdi ki, bir az tək qalım.
Həsrət sazağında titrədi qəlbim,
Sevindi ağaran saçım, saqqalım…

Qoşulub göylərdən ələnən qara
Qərib kəndimizə enmək istədim…
Gözlərim yol çəkdi kəndimdən ötrü,
Ağ atlı oğlana dönmək istədim…

Birdən doğma yurda çata bilmərəm,
Macalım qalıbmı nəfəs dərim mən?
Minib köhlənimi çapdım xəyalən,
Qayalar səksəndi nal səslərindən…

Dünya başdan-başa müəmma olub,
Əzəmət gətirib qara sirr qəmə!
Gümanım tək sənə qalıb, ay bulud,
Həsrət ürəyimdən qar əsirgəmə!

Ağartdı bir anda kirli dünyanı,
Deyəsən qarlı qış eşitdi məni…
Onun şaxtası yox, sevdiklərimin
Soyuq baxışları üşütdü məni…

Ocağı soyuyan qərib kəndləri,
Yuvası boş qalan quşu da gördük.
Hələ ki, yoldadı ömür karvanım,
Çox şükür, bu ilki qışı da gördük…

08.12.2016

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar” jurnalının Yanvar – 2024 N:01 (37) – ci sayı işıq üzü görüb.

“YAZARLAR”JURNALININ YANVAR – 2024 N: 01 (37)-Cİ SAYI  İŞIQ ÜZÜ GÖRÜB PDF:>>>>>yazarlar-37

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Arifə Əliyevanın doğum günüdür! – Təbrik!

Bu gün əzizimiz, Azərbaycan Yazıçılar Birliyinin Kadırlr şöbəsinin rəisi, səmimi və duyğusal insan Arifə xanımın doğum günüdür. Doğma insan, əziz bacım Arifə xanımı ürəkdən təbrik edir, can sağlığı və uğurlar arzulayıram!!!

Hörmətlə: Dayandur SEVGİN

DAYANDUR SEVGİNİN YAZILARI

ARİFƏ ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əzimov Səlim Köçəri oğlu

Əzimov Səlim Köçəri oğlu
31dekabr 1929 cu ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. O,1937 ci ildə Novruzlu kənd 7 illik məktəbinin 1ci sinifnə getmiş, 1944 cü ildə həmin kənd məktəbinin 7 ci sinifni bitirmişdir.
Əzimov Səlim Köçəri oğlu
1945 ci ildən 1949 cu ilə qədər Ağdam pedaqoji texnikumunda, 1949 cu ildən 1951 ci ilə qədər Ağdam 2 illik müəllimlər institutunda,
1952 ci ldən 1955 ci ilə qədər Bakı Dövlət Pedaqoji institutunda təhsil almışdır.
O, əmək fəaliyyətinə 1951 ci ildə Novruzlu kənd orta və Pirzadlı kənd 7 illik məktəblərində müəllim, 1952 ci ildən 1953 cü ilə qədər Ağdam şəhərində
“Lenin yolu” qazetinin əməkdaşı,
1954 cü ildə Novruzlu kənd orta məktəbində direktor müavini, 1955 ci ildən 1956 cı ilə qədər Bağbanlar kənd 7 illik məktəbinin direktoru, 1957 ci ildən 1965 ci ilə qədər Novruzlu kənd orta məktəbində direktor müavini, 1966 cı ildən 1993 cü ilə qədər Novruzlu kənd orta məktəbinin direktoru olmuşdur.
Əzimov Səlim Köçəri oğlu
23 iyul 1993 cü ildə Ağdam şəhəri və bir neçə ətraf kəndləri işğal olunduqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və orada məcburi köçkün kimi məskunlaşmışdır. 1993 cü ilin dekabrından 2011 ci ilin sentyabr ayına qədər Bakı şəhərində olan 71 saylı Ağdam rayonunun köçkün tam orta məktəbinin direktoru olmuşdur.
Ona,1983 cü ildə Qabaqcıl maarif xadimi , 2007 ci ildə Respublikanın “Əməkdar müəllim” fəxri adları verilmişdir.
Əzimov Səlim Köçəri oğlu
2011 ci ildə yaşa görə təqaüdə çıxmışdır .
O , “Müəllim ömrü”, “Kamillik zirvəsi”, “Yurd yeri”, “Hayat hekayələri”, “Ömür deyir yaşa hələ”, “Ağdama gedən yol”, “Ömrün işığı”, “Ömür keçir, gün keçir”, “Xatirələrdə yaşanan ömür” və “Əsrə bərabər ömür” adlı kitabların müəllifi olmuşdur.
Onun Böyük Vətən Müharibəsi illərində arxa cəbhədəki fəaliyyətlərinə görə “Rəşadətli əməyə
görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuş, Mediada fərqləndiyinə görə də “Media
mükafatı”, “Qızıl qələm” mükafatı laureatı olmuşdur.
Ailəli idi, 4 oğlu, 1 qızı, 13 nəvəsi, 7 nəticəsi var.
Əməkdar müəllim 56 il fasiləsiz məktəb direktoru vəzifəsində çalışmışdır.
Əzimov Səlim Köçəri oğlu
3 dekabr 2020 ci ildə 91 yaşında vəfat etmişdir.
Allah rəhmət eləsin,ruhu şad məkanı cənnət olsun.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Prins Randian

1871-1934-cü illərdə yaşamış məşhur sideshow (sirk yan şousu) ifaçısı Prins Randian

O, tetra-amelia sindromu ilə, yəni qolsuz və ayaqsız doğulmuşdu, bu səbəbdən də “Yaşayan Torso”, “İnsan Tırtıl” və ya “İnsan İlan” ləqəbləri ilə tanınırdı.

Fiziki məhdudiyyətlərinə baxmayaraq, Randian inanılmaz dərəcədə müstəqil idi. O, təraş ola, rəsm çəkə, yaza və ən məşhur nömrəsi kimi, siqaret vərəqini dodaqları, çənəsi və çiyinləri ilə büküb yandıra bilirdi.

O, ingilis, alman, fransız və hind dillərində sərbəst danışırdı.

Randian hindu əsilli Sara adlı bir qadınla evlənmişdi və cütlüyün dörd övladı var idi. Onlar Nyu Cersinin Paterson şəhərində yaşayırdılar.

Prins Randian ən çox Tod Brauningin 1932-ci ildə çəkilmiş “Freaks” (Qəribələr) adlı kult filmindəki rolu ilə yadda qalıb, burada siqaret büküb yandırma nömrəsini nümayiş etdirir.

O, 45 illik uğurlu karyeradan sonra 1934-cü ildə Nyu Yorkda 63 yaşında ürək tutmasından vəfat edib.


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Fəlsəfə ayı – fəlsəfə nədir?

Fəlsəfə nədir?
Fəlsəfə, varlıq, bilik, əxlaq, şüur, dil və insan təcrübəsi kimi əsas suallar üzərində düşünmə və sorğulama praktikasidir. Fəlsəfənin məqsədi, bu suallara sistematik, məntiqli və tənqidi bir şəkildə cavablar axtarmaqdır. Fəlsəfi suallar adətən birbaşa müşahidə və ya təcrübələrlə cavablandırıla bilməyən, abstrakt və dərin məsələlərlə əlaqəlidir.

Fəlsəfə, adətən dörd əsas alt sahəyə bölünür:

  1. Metafizika: Varlığın və gerçəkliyin mahiyyəti ilə bağlı suallar soruşur. “Niyə mövcuduq?”, “Kainatın mahiyyəti nədir?” kimi sualları əhatə edir.
  2. Epistemologiya: Bilik anlayışı, mənbəyi və sərhədləri ilə maraqlanır. “Bilik nədir?”, “Nəyə etibar edə bilərik?” kimi sualları araşdırır.
  3. Etika: Yaxşı, pis, doğru və yanlış kimi əxlaqi dəyərləri və normaları sorğulayır. “Yaxşı həyat necə yaşanır?” kimi sualları müzakirə edir.
  4. Məntiq: Düzgün düşünmə yollarını araşdıran və arqumentlərin keçərliliyini qiymətləndirən bir intizamdır.

Fəlsəfə, dəqiq cavablar verməkdənsə, dərin düşünməyi, sorğulamağı və tənqidi baxış bucağını təşviq edir. Bu xüsusiyyəti ilə digər elmlərə də töhfə verir.

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Abzas” – Əfsər Abdullayev

Əfsər Abdullayevin ilk kitabı

Oğuz rayonunun Qarabulaq kəndində boya-başa çatmış gənc qələm sahibi Əfsər Abdullayevin “Abzas” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Müəllifin kitabına belə ad verməsi təsadüfi deyil. Əfsərə görə həyatda çox şey abzasdan başlayır.

Gənc şairin mövzu dairəsi geniş və rəngarəngdir. Onun özünəməxsus həyat fəlsəfəsi var, dünyaya, cəmiyyətə yeni gözlə baxır. Lirik şeirlərində çoxlarının istifadə etdiyi bədii ifadə vasitələrinə əl atmır. Özünəməxsus təşbeh və bənzətmələrin axtarışındadır. Şeirlərində yersiz uzunçuluq da etmir. Sözünü qısa və tutarlı deməyə çalışır. Cəmiyyətdə baş verən mənəvi çöküntü şairi sarsıtsa da, insanları xeyirxahlığa səsləyir, gözəllik axtarışı ilə özünə və oxuculara təskinlik verməyə çalışır. Bu baxımdan gənc şairin “İnsanlıq”, “İnsan ömrü”, “Bir qocanın xəyalıdır xəyalım”, “Bu dünyanın”, “Sabah” kimi şeirləri təsirli və yaddaqalandır.

Əfsər Abdullayevin “Abzas” kitabı gənc şairin oxucularla ilk görüşüdür. İnanırıq ki, gələcəkdə o, poeziya aləmində daha uğurlu addımlar atacaq, öz şeirləri ilə poeziyasevərlərin qəlbinə yol tapacaq.

                 İnsanlıq

İnsanlıq diz üstə sürünən zaman,

Nadanlıq yüksəlir topuqdan dizə.

Bu qədər qan töküb, can alırıqsa,

Kim deyər, kim axı, kim insan bizə?

Yatmayın, yuxudan ayılın artıq,

Nə fərqi rəngimiz qaradır, ağdır?

Köçəndə dünyadan arxayın köçək,

Bilək ki, insanlıq hələ də sağdır.

İnsanlıq yolunda, insanam deyən,

Çəkər min əziyyət, acı, sayılmaz.

Amma hər kəbədən təsbeh gətirən,

Əbalı molla da hacı sayılmaz.

Əsil insanlığa atılan ləkə,

Yalandan insanam deməkdir elə.

Nəyinsə xətrinə görülən əməl,

İnsanın haqqını yeməkdir elə.

Əfsər Abdullayevin yazıları

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru