Etiket arxivi: Əfsər Abdullayev

Əhməd Aşurovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq

İşıqlı xatirəsi ilə: Əhməd Mustafa oğlu Aşurov

Hər bir insanın ömür yolu onun arxada qoyduğu izlərlə, işıqlı xatirələrlə ölçülür. Bir neçə gün əvvəl dünyasını dəyişən Əhməd Aşurovun ömür yolu da məhz zəhmətlə və öz işinə sadiqliklə keçib.
O, uzun illər çalışdığı məsul vəzifələrdə səmərəli fəaliyyəti ilə seçilib, bu sahədəki çoxillik təcrübəsi ilə tanınıb.
Əhməd Mustafa oğlu Aşurov 1960-cı il oktyabrın 28-də Qazax rayonunda anadan olub. O, 1978-ci ildə Qazax şəhər 1 nömrəli tam orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-Mexanika fakültəsinin axşam şöbəsinə daxil olub.
1978-ci ildə hərbi xidmətə çağırılan Əhməd Aşurov 1985-ci ildə ali təhsilini başa vurub.
Əhməd Aşurovun gənclik illəri həm də maraqlı bir televiziya tarixi ilə yadda qalıb. O, gənc yaşlarında zavodda çalışarkən dövlət televiziyasında ölkənin ilk realiti şou xarakterli layihəsi keçirilirdi. “7 sual, 7 cavab” adlı bu populyar verilişdə Əhməd Aşurovun rəhbərlik etdiyi zavodun işçilərindən ibarət komanda da iştirak edirdi. Həmin komandanın kapitanı olan Əhməd Aşurov öz bilik və bacarığı ilə komandasını qələbəyə daşıyır. Bu qalibiyyət ona o dövrdə böyük rəğbət və populyarlıq qazandırır.
O, əmək fəaliyyəti dövründə Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsində şöbə müdiri, daha sonra Bakı Şəhər İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində işləyib.
Ömrünün sonrakı mərhələsində mədəniyyət və təhsil sahəsinə də öz töhfəsini verən Əhməd müəllim, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində direktor müavini vəzifəsində çalışıb.
Öz işinə sadiqliklə səmərəli fəaliyyət göstərmiş Əhməd Aşurovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Qeyd edək ki, uşaq yaşlarından musiqiyə və incəsənətə maraq göstərən, 5 il tar təhsili alan Əhməd Mustafa oğlu Aşurov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Əməkdar Kollektiv Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurovun atası və ilk müəllimi olub.

Məlumatı hazırladı: Əfsər Abdullayev

Əfsər Abdullayevin yazıları

 Daha çox məlumat burada

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Экъвена зун

Экъвена зун

(“Gəzdim” Ləzgi dilində)

Xьайи чилиn экъвена зун гьар са чӏип,
Дагъарал, тӏамарал гел амукъна зи.
Инсандин кӏвач хкъун тӏавур гӏугӏушра,
Лекъериз тамашиз вил амукъна зи.

Экъвена кьвачерих такъат амай къван,
Багъда ригӏ секин яаз, дагъда къил къакъан.
Гьар хурал са шумуд шиир ккихьей кьван
Гьар къейи буӏахдал яал амyкъна зи.

Чӏана вал акӏунач чӏаварикй заз,
Экъвена хияалда са ватан аваз.
Никӏерин, цуькверин суракъ хабар къаз,
Ригӏе мани хьана чӏал амукъна зи.

Tərcüməçi: Əfsər Abdullayev

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, şair-publisist.

ZAUR USTACIN YAZILARI

 Əfsər Abdullayein yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Abzas” – Əfsər Abdullayev

Əfsər Abdullayevin ilk kitabı

Oğuz rayonunun Qarabulaq kəndində boya-başa çatmış gənc qələm sahibi Əfsər Abdullayevin “Abzas” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Müəllifin kitabına belə ad verməsi təsadüfi deyil. Əfsərə görə həyatda çox şey abzasdan başlayır.

Gənc şairin mövzu dairəsi geniş və rəngarəngdir. Onun özünəməxsus həyat fəlsəfəsi var, dünyaya, cəmiyyətə yeni gözlə baxır. Lirik şeirlərində çoxlarının istifadə etdiyi bədii ifadə vasitələrinə əl atmır. Özünəməxsus təşbeh və bənzətmələrin axtarışındadır. Şeirlərində yersiz uzunçuluq da etmir. Sözünü qısa və tutarlı deməyə çalışır. Cəmiyyətdə baş verən mənəvi çöküntü şairi sarsıtsa da, insanları xeyirxahlığa səsləyir, gözəllik axtarışı ilə özünə və oxuculara təskinlik verməyə çalışır. Bu baxımdan gənc şairin “İnsanlıq”, “İnsan ömrü”, “Bir qocanın xəyalıdır xəyalım”, “Bu dünyanın”, “Sabah” kimi şeirləri təsirli və yaddaqalandır.

Əfsər Abdullayevin “Abzas” kitabı gənc şairin oxucularla ilk görüşüdür. İnanırıq ki, gələcəkdə o, poeziya aləmində daha uğurlu addımlar atacaq, öz şeirləri ilə poeziyasevərlərin qəlbinə yol tapacaq.

                 İnsanlıq

İnsanlıq diz üstə sürünən zaman,

Nadanlıq yüksəlir topuqdan dizə.

Bu qədər qan töküb, can alırıqsa,

Kim deyər, kim axı, kim insan bizə?

Yatmayın, yuxudan ayılın artıq,

Nə fərqi rəngimiz qaradır, ağdır?

Köçəndə dünyadan arxayın köçək,

Bilək ki, insanlıq hələ də sağdır.

İnsanlıq yolunda, insanam deyən,

Çəkər min əziyyət, acı, sayılmaz.

Amma hər kəbədən təsbeh gətirən,

Əbalı molla da hacı sayılmaz.

Əsil insanlığa atılan ləkə,

Yalandan insanam deməkdir elə.

Nəyinsə xətrinə görülən əməl,

İnsanın haqqını yeməkdir elə.

Əfsər Abdullayevin yazıları

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru