www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Rəfail Tağızadə – Şəhərim

Şəhərim

Dünənim, sabahımsan,
Varımsan, olanımsan,
Mənimlə qalanımsan,
Hər daşı sirr şəhərim,
Tütyəm, pir şəhərim.

Adı əsrlərdən keçən,
Başı bəlalar çəkən,
O çağ, bu çağ şəhərim,
Mənim qədim şəhərim,
Mənim bəxtim şəhərim.

Dosta qucaq şəhərim,
Oğlu qoçaq şəhərim,
Mənim ocaq şəhərim,
Mənim zirvə şəhərim,
Mənim türbə şəhərim.

Elin hər harayına
Anda coşan şəhərim,
Bir qıyğacı baxışa
Tez alışan şəhərim,
Bir az da sərt şəhərim.
Mənim mərdlər şəhərim,
Mənim əhdlər şəhərim.

Əzəldən seçilənsən,
Sən yoxdan tikilənsən,
Sən içdən dikələnsən,
Ağappaq daş şəhərim,
Sən mənim baş şəhərim.

Sən muğam nəfəslisən,
Həm zilisən, pəsisən,
Qarabağın səsisən.
Mənim səda şəhərim,
Mənim əda şəhərim.
Mənim muğam şəhərim,
Mənim Ağdam şəhərim.

Müəllif: Rəfail TAĞIZADƏ.

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mənim gördüyüm Ağdam

Mənim gördüyüm Ağdam

1988 ci ilin iyul ayı idi.Biz Ağdama gedirdik.Maşınımız Kürdəmir-İmişli magistral yolundakı Kürüstü körpünü keçib, Ağdama doğru irəliləyirdi. Hələ Ağdama çatmağa neçə kənd, neçə şəhər var idi. Maşın yol boyu sütüdükcə, yol ətrafı mənzərələr adamı valeh edirdi. Gah yolun kənarındakı boz düzənlik adamın gözünü yorur, gah da yol kənarında boy- boya düzülmüş hündür, yaşıl ağaclar adamın gözünü oxşayırdı. Saatlar, dəqiqələr bir-birini əvəz edirdi. Günəşin qızılı şəfəqləri maşının pəncərəsindən keçib, adamı yandırırdı. Səhərdən başlamış yolçuluq davam edirdi. Hərdən yolun kənarında maşını saxlayıb, uzun yolun dincini alır, çaydan, sudan içib yenə də yolumuza davam edirdik. Hələ Ağdama çatmağa bir xeyli vardı. Mən çox susamışdım. Sürücüyə maşını saxlamağı xahiş etdim. Uşaqlar da maşını saxlamağı təkid etdilər. Sürücü maşının sürətini azaltdı. Bir az uzaqdan yolun kənarında hündür ağacların altında bir gəlin sac qurub, yuxa yayır, somavar qaynadır, yanında cavan oğlan çırpı yığıb, somavarın yanına gətiridi. Bir az irəliləyib, maşını onların yanında saxladı. Düşəndə onların yanında sərin bir bulağın axmasını gördük. Sərin bulaq suyunda əl -üzümüzü yuyub, bir az dincəldik. Bu ailə bizi həm də təzə dəmlənmiş somavar çayına, isti yuxa, pendirə qonaq etdi. Bir az dincəldikdən sonra yolumuza davam etdik. Yol boyu gözəl mənzərələr, yol kənarı yaşıllıq göz oxşayırdı.
Nəhayət biz gəlib Ağdama çatdıq. Düzünü deyim ki, mən ilk dəfə idi ki, Ağdamı görürdüm. Dillər dastanı olan Ağdam. İllərin, əsrlərin yadigarı Ağdam. Neçə-neçə dünya şöhrətli müğənnilərin, xanəndələrin, şair və yazıçıların, qəhrəmanların vətəni Ağdam. Biz maşından düşüb bir az o yan- bu yana boylanıb, şəhəri hansı tərəfdən gəzməyi başlamağımızı qərarlaşdırdıq. Mən ümumiyyətlə hara getsəm, hara səfər etsəm, oranın tarixi abidələri ilə maraqlanıram. Bu mənim ümdə arzularımdan biridir. Ağdamın gözəlliyini görmək lazımdır. Görmək üçünsə gəzmək. Biz əvvəl Ağdam çörək muzeyinə getdik. Muzeydə neçə illərdən qalmış çörək nümunələri nümayiş olunurdu. Mənim nəzərimi qurudulmuş, lakin hələ də rəngini özündə saxlamış çörəklərlə yanaşı həm də divarlarda rəngli boyalarla çəkilmiş həndəsi fiqurlar, illüstrasiyalar, cürbəcür naxışlar cəlb etdi. Biz muzeydən xoş təəssüratla ayrıldıq.
Sonra Cümə məscidinə yollandıq. Məscidə çatıb, maşından düşdük. Məscidin həyətində bir xeyli adam var idi. Kimi içəri keçmək üçün növbə gözləyirdi. Kimi də içəridən çıxan adamlara yol verib, onları əvəz edirdi. Biz də məscidə keçmək üçün adamların çərgəsində dayandıq. Nədənsə adam belə yerlərə gələndə özündə bir yüngüllük huss edir. Ulu tanrı hər bir insanın qəlbindən Allah xofunu əskik etməsin. Biz də başqa adamlar kimi içəri keçdik, allaha dua edib, salavat çevirib, məsciddən çıxdıq. Mən Şəhlaya Diyarşünaslıq muzeyinə getməyi təklif etdim. Dostlar mənimlə razılaşdılar. Biz muzeyə gedib, muzeydəki qədim əşyalarla tanış olduq. İllərdən qalmış qədim paltarlar, təsərrüfat əşyaları, arxeoloji qazıntılar zamanı tapılmış sikkələr, palçıq qablar, küplər, daha nələr, nələr. Bütün bunlara baxa-baxa Azərbaycanın nə qədər qədim olduğunu bir daha yəqin edirsən. Sağ olsun muzeyin bələdçisi bizi bütün muzeyi gəzib, bu əşyalarla tanış olmağımıza kömək etdi. Biz muzeyi gəzib qurtardıq. Bələdçi ilə, muzeyin başqa əməkdaşları ilə sağollaşıb maşına oturduq.
Ancaq bütün bunlarla yanaşı Ağdam deyəndə təkcə Qarabağ atını göstərmək olar ki, bu Azərbaycana dünya şöhrəti gətirmişdi.
Bir az yorulmuşduq, həm də susamışdıq. Biz Ağdamın məşhur,, Çay evi” nəgetməyi qərara aldıq. Dedik gedib həm çay içərik həm də bu bina ilə yaxından tanış olarıq. Bildiyimuz kimi bu Çay evinin belə lahiyədə tikilməsində bilavasitə Xudu Məmmədovun əməyi böyük olmuşdur. Çox sağ olsun ki, 1986 cı ildəo binanın bu formada tikilməsini təklif edib. O vaxtki raykom katibi, başqa əlaqəli məmurlar da bu binanın tikilməsini təsdiq ediblər.
Biz stolların birinin ətrafında əyləşdik. Mürəbbə, limonla çay sifariş verdik. Sağ olsunlar xidmətçilər bizə lazımı xidmət göstərdilər. Biz doyunca çay içib, pulumuzu ödəyib çay evindən çıxdıq.
Artıq günorta idi. Uşaqlar mağazaya baş çəkməklərini istədilər. Biz Ağdamın təzə istifadəyə verilmiş Ticarət mərkəzinə getdik. Tucarət mərkəzinin uzunluğu nə qədər idi bilmədim, ancaq saatlarla vaxt lazım idi ki, bu ticarət mərkəzini gəzib qurtarasan. Biz neçə köşkü gəzdik, lazım olanlardan, xoşumuza gələnlərdən bir neçə şey alıb ordan çıxıb, Ağdam bazarına getdik.
Bazar. Bir az səs-küy olanda el arasında deyillər ki, elə bil bazardı. Doğrudan da bazarda səs-küy idi. Alan kim, satan kim. Kimi gətirdiyi meyvələri satmaq üçün müştəri səsləyir, kimi toyuq-cücənin ətini nümayiş etdirir, kimi də göy-göyərtinin təzə olduğunu göstərirdi. Biz bir az bazarı dolaşdıq,bəzi mürəbbəlik meyvələrdən almaq üçün satıcılara yaxınlaşdıq. Bazarda gəzdiyimiz vaxtlarda mənim nəzərimi bir şey xüsusi cəlb elədi. Bix bazarda alış-veriş edən vaxt bazarda iki-bir, üç-bir cavan oğlanlar gəlib meyvələrin, tərəvəzlərin neçəyə olduğunu soruşur, guya xoşuna gəlmir, yaxşı deyil deyə ayaqları ilə meyvə-tərəvəz topalarını vurub dağıdırdılar. Bunlar kimdir , niyə belə edirlər?-deyə soruşduq. Yerli camaat yavaşca ermənilərdi gəlib belə dava salırlar, müdaxilə edəni də tutub aparırlar. Biz aldığımız şeyləri maşına yığıb bazardan çıxdıq. Bur az maşınla Ağdamın şəhərarası yollarında gəzib, şəhəri seyr etdik. Artıq günortadan xeyli keçmişdi. Biz Ağdamdan xoş təəssüratla, xoş xatirələrlə evimizə qayıtdıq.
Ağdam mənim yadımda o illərin insanlarının qurub, yaratdığı göz oxşayan mənzərə kimi qaldı.

Müəllif: Tənzilə ƏLİYEVA

TƏNZİLƏ ƏLİYEVANIN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çingiz Abdullayev haqqında kitab nəşr olunub – Fotolar

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev haqqında kitab nəşr olunub – FOTOLAR

Kitab tərtibçilər tərəfindən bu gün Xalq yazıçısı Çingiz Abdullayevə təqdim olunub.

“Yazarlar” jurnalının kollektivi adından Xalq yazıçısı Çingiz Abdullayevlə görüşən jurnalın baş redaktoru Zaur Ustac və texniki redaktor Tuncay Şəhrili gələcəkdə nəsr sahəsində fərqlənən yazarlara təqdim olunacaq “Çingiz Abdullayev” mükafatının təqdimat formasını müəyyən ediblər.

Xalq yazıçısı Çingiz Abdullayev Tuncay Şəhriliyə Azərbaycan dilində imzalı “Mavi mələklər” kitabını hədiyyə edib.

Qeyd edək ki, BMT-nin gizli əməkdaşlarını “mavi mələklər” adlandırırlar. Onların əsl adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik — Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər eləyir və öz məqsədinə yaxınlaşdıqca o bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur…
“Mavi mələklər”i dilimizə unudulmaz tərcüməçi, mərhum Natiq Səfərov çevirib.

Hazırladı: Pərvanə Fərhadqızı

ÇİNGİZ ABDULLAYEV HAQQINDA KİTAB PDF:

Chingiz-AbdullayevOXU!

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!

Qələbə günlərində Ağdamlı dostum Afəridə xanımın arzusu ilə yazdığım şeiri diqqətinizə çatdırıram.


MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!
Qaçqın düşdqük, əzab çəkdik aramsız,
Nə zalımmış bu erməni, bu qansız!
Düz iyrimi yeddi ili Ağdamsız,
Bu dünyaya sanki kordum Ağdamım,
Mənim doğma, gözəl yurdum Ağdamım!
* * *
Ayrı düşdün bu illər ki, elindən,
Düşməmisən bir ağdamlı dilindən.
Aldı səni yağıların əlindən,
Baş komandan, şanlı ordum, Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Ürəksizmiş harda olsa vətənsiz,
Baş neyləsin, dil neyləsin bədənsiz?
Anlamıram, bu illəri mən sənsiz,
Necə dözdüm, necə durdum Ağdamım?
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Şükür, dönüb qucağına gəlmişəm,
Sevincimdən ağlamışam, gülmüşəm.
Qiblə sanıb, səni Məkkə bilmişəm.
Yenə səndə binə qurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Uca olsun onun adı, həm şanı,
Min yaşasın Ali Baş komandanı.—*
O bəxş etdi bu payızda xoş anı,
Bu həsrəti başa vurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
Yaşa mənim əzəl yurdum Ağdamım!

*Ali Baş Komandan İlham Əliyev.
21.11.2020.

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AĞAM!.. ADAM!.. AĞDAM!..

AĞAM!.. ADAM!.. AĞDAM!..
“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..
15.11.2020.
Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuz Mustafa haqqında

Firuz Mustafa.
Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahısı:

Еlmi əsərləri:

  • “Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı” (“Elm” nəşrиyyatı, 1985)
  • “Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı” (“APİ-nin nəşriyyatı”, 1987)
  • “Sərhədsiz dünyа” (“Diplomat” nəşriyyatı, 1999)
  • “Мədəniyyəт və fəlsəfə”(“Araz” nəşriyyatı, 2005)
  • “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
  • “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
  • “Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
  • “Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)

Bədii əsərləri:

  • “Göyəm коllаrı” (“Gənclik” nəşriyyatı, 1985)
  • “Dünyаnın rəngi” (“Gənclik” nəşriyyatı, 1989)
  • “Кəhrəbа” (“Elm fondu”nun nəşri, 1997)
  • “Bəhruz-Vətənə sipər оğul” (“Azərbaycan” nəş., 1997)
  • “Çəhrаyı tunеl” (“Şur” nəşriyyatı, 1999)
  • “Теаtr mеydаnı” (“Çaşıoğlu”, 2001)
  • “Аdsız” (“Adiloğlu” nəşriyyatı, 2001
  • “Sifət” (“Araz” nəşriyyatı, 2002)
  • “Buz üstə sətirlər” (“Araz” nəşriyyatı, 2003)
  • “Коmеdiyаlаr” (“Araz” nəşriyyatı, 2004)
  • “Qаrа qutu” (“Araz” nəşriyyatı, 2006)
  • “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
  • “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
  • “…Qapı…” (“MBM” nəşriyyatı, 2008)
  • “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
  • “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
  • “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
  • “Qapı” (“Araz” nəşriyyatı, 2009)
  • “Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
  • “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
  • “At günü” (“MBM” nəşriyyatı, 2009)
  • “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
  • “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
  • “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
  • “Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
  • “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
  • “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
  • “Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
  • “Seçilmiş əsərləri” (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
  • “Seçilmiş əsərləri” (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
  • “Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
  • “Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
  • “NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
  • “Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
  • “Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
  • “AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
  • “Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
  • “Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
  • “Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
  • “Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
  • “Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
  • “Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
  • “Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
  • “Sütun” (Poeziya) (GreenPrint House” , 2021)
  • “TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House” , 2021)
  • “On pyes”. (GreenPrint House” , 2021
  • “Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2021)
  • “Gündəliklər” (“Renessans-A” nəşriyyarı, 2022)

*Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

*Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetic parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)

Rusca kitabları:

  • «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
  • «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
  • «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
  • «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
  • «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
  • «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
  • «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
  • «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
  • «Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
  • «Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
  • «ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
  • «Чародей» (пьесы) (“Renessans-A”.2019)
  • «ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)

*Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)
İngiliscə kitabları:

  • “A sea nomad” – (“Araz” nəşriyyatı, 2010)
  • “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
    Tərcüмə:
  • “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
  • “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

Tərtib etdiyi kitablar:

  • «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
  • “Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)

Rusiyada şap olunmuş kitabları:

“Райский цветок” (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
«Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
“Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018

Türkiyədə nəşr olunmuş kitabları:
“Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
“Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)

İranda çap olunmuş kitabları:
“QAPI” romanı (Sona.Tehran., 2000)
“Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
“Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017

Özbəkistanda nəşr olunan kitab:
“Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018

F.Mustafaya həsr olunmuş kitablar:

  • «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
  • “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
  • Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
  • Babək Qurbanov “Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)” (2012)

Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):

  • “Аğıllı Аdаm” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
  • “Qəfəs” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
  • “Таbut” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
  • “Vidа mаrşı” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
  • “Qаrа qutu” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
  • “Su pərisi” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
  • “Мüqəvvа” – Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
  • “Аğıllı Аdаm” – Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
  • “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
  • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında) Şuşа Dövlət МKT
  • “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
  • “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
  • “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
  • “Мüqəvvа”- Tədris Teatrı
  • “Musiqili məktublar”- Tədris Teatrı
  • “Ifritə”- Tədris Teatrı
  • “Marian çökəkliyi”- Tədris Teatrı
  • “Əqrəb bürcü”- Tədris Teatrı
  • ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
  • “Dəhliz” – Мingəçеvir Dövlət Drаm Tеаtrı
  • “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
  • “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
  • “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
  • “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
  • “Neytral zona” – Qаzах Dövlət Drаm Tеаtrı
  • “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
  • “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
  • “Tələ” – Sumqаyıt Dövlət Drаm Tеаtrı
  • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
  • “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
  • “Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
  • ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
  • “Vidа mаrşı” – Gəncə Dövlət Drаm Tеаtrı
  • “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
  • “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
  • “Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
  • “Müqəvva”- Rus Dövlət Dram teatrı
  • “Sevməsən ölərəm”- Ordubad xalq teatrı (Naxçıvan MR)

Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)

  • “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
  • “Neytral zona” (“Terefsiz Bölge”)- Türkiyə Sənət Teatrı (Türkiyə Respublikası)
  • “Neytral zona” – Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
  • “Sahibsiz adam” –Krımtatar Akademik Dövlət Musiqili Dram Teatrı
  • “Ağıllı adam” – Dərbənd Azərbaycan Dram teatrı (Rusiya Fedreasiyası)
https://www.yazyarat.com/firuz-mustafa/bioqrafiyasi-ve-eserleri

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Babək

AZƏRBAYCAN QƏHRƏMANI BABƏKİN HƏQİQİ OBRAZI

  1. Babək Azərbayacan xalqının Ərəb xilafətinə qarşı milli-azadlıq

mübarizəsinin qəhrəmanıdır

Müasir dövrdə həyatın müxtəlif sahələrində baş verən qloballaşma ilə birlikdə milli dərketmə və milli kimlik ətrafında müzakirlərin daha intensiv şəkil aldığı müşahidə olunur. Milli kimliyin dərk edilməsi üçün zəruri faktorlardan biri Vətən tarixinin keçmiş səhifələrinin dərindən, şüurlu şəkildə  öyrənilməsidir. Məhz bu baxımdan tariximizin bir sıra səhifələri daha dərindən öyrənilməli, bəzi hallarda əvvəlcədən uydurulmuş saxta konsepsiyalardan imtina edilməlidir. Azərbaycanın ayrı-ayrı tarixi şəxsiyyətlərin rolu ilə bağlı məsələlər də bu qəbildəndir.

 Bu baxımdan uzaq və yaxın keçmişdə tariximizin müxtəlif mərhələlərində mühüm rol oynamış, özündən sonra dərin iz buraxmış şəxsiyyətlərin fəaliyyəti konkret faktlar əsasında yenidən və daha dərindən araşdırılmalıdır.

Azərbaycan tarixinin ən mühüm mərhələlərindən biri onun Ərəb Xilafətinin tərkibində olduğu (VII – IX əsrlər) dövrdür. Bu dövrün özündən sonra ən böyük iz buraxmış şəxsiyyəti isə şübhəsiz, Xürrəmilər hərəkatının rəhbəri Babəkdir.

Xürrəmilər, onların rəhbərləri Əbu İmran, Cavidan və Babək haqqında tarixi mənbələrdə bir sıra məlumatlara rast gəlinir. Bu hərəkat haqqında, xüsusilə, onun ən məşhur rəhbəri sayılan Babək, və onun fəaliyyəti haqqında bir sıra Vətən və xarici ölkə tədqiqatçılar tərəfindən müəyyən fikirlər söylənilmiş, müxtəlif dövrlərdə fərqli mülahizələr irəli sürülmüşdür.

Ədalət naminə qeyd etmək lazımdır ki, Babək haqqında araşdırmalar aparmış tədqiqatçların böyük əksəriyyətinin əsərlərinin ana xəttini Babəkin cəsur və yenilməz qəhraman obrazı təşkil edir. Bununla, belə onların bir çoxlarının əsərlərində bir sıra sübyektiv yanaşmalara yol verilmiş, Babə­kin fəaliyyətinin yalnız zahiri cəhətlərinə diqqət yönəldilmiş, mənbələrdə rast gəlinən məlumatlara tənqidi münasibət bildi­rilməmişdi.

Maraqlı cəhət budur ki, Sovet hakimiyyəti dövründə İslam dinini gözdən salmaq üçün Babək obrazından istifadə edilirdi və o, İslam dininin qatı əleydarı kimi qələmə verilirdi. Hal-hazırda isə əksinə, Babəki gözdən salmaq üçün onun yalnız İslam əleydarı olması kimi səthi yanaşmalar ön plana çəkilir. Əlbəttə, hər iki yanaşma tərzi kökündən yanlışdır və mənblərdə rast gəlinən faktların təhrif olunmasından qaynaqlanır. Digər tərəfdən bu, ayrı-ayrı şəxslərin sırf ideoloji yanaşma tərzi ilə bağlıdır.

Babək və onun fəaliyyəti haqqında məlumatları əsasən, ərəbdilli mənbə­lərdən əldə etmək mümkündür. Lakin bu mənbələrdə bir sıra yalanlara və adi həqiqətlərin təhrifinə yol verilir. Digər tərəfdən ərəbdilli müəlliflərin özləri də bilmədən Babək və hərəkat iştirakçıları haqqında bəzi həqiqətləri etiraf edirlər. Babəki İslam dininin düşməni kimi tədqim edən həmin müəlliflər, nədənsə öz xalqının azadlığı uğrunda vuruşan Babəki “əxlaqsız”, “quldur” əksinə, öz həyatını eyş-işrətlə keçirən, sər­xoşluğu adi həyat normasına çevirən xəlifələri isə “mö­minlərin əmiri”, “müdrik xəlifə” kimi tədim etməkdən çəkinmirlər. Həmin mən­bələri süzgəcdən keçirmədən Babək haqqında əsərlər yazan bir çox tədqiqatçılar, eləcə də bəzi siyasətçilər onu bədnam etmək və gözdən salmaq üçün müxtəlif üsullara əl atırlar. Bir sıra ərəb tarixçiləri Z.M.Bünyadovun qeyd etdiyi kimi, mümkün olmayan bir şeyi – xəlifələrin, onları əhatə edənlərin mənəvi təmizliyini və qüsursuzluğunu sübut etməyə, tarix qarşısında onların üzünü ağartmağa cəhd edərək, xəlifələrin əleyhinə çıxan hər kəsi, o cümlədən Babəki heç bir elmi təhlil vermədən gözdən salmağa çalışırlar.

Babəkin tarixi şəxsiyyət kimi həqiqi obrazını ilk dəfə Z.M.Bünyadov öz monoqrafiyasında əks etdirməyə çalışmış və buna böyük ölçüdə nail olmuşdur. O, yazır ki, tarix elmində Babəkilər hərəkatı Abbasilər dövlətinin parçalanmasına səbəb olan siyasi qüvvələrdən biri və möhtəşəm xalq hərəkatı kimi təqdim edilir. Lakin bu, Babəkin rəhbərlik etdiyi hərəkatın və Babəkin özünün tarixi rolunu yalnız təhrif edilmiş şəkildə göstərir. IX əsrdə Azərbaycan xalq kütlələrinin hərəkatını üsyan kimi qiymətləndirmək azdır. Bu, Azərbaycan xalqının qüdrətli azadlıq müharibəsi idi.

2. Babəkin uşaqlıq və gənclik illəri

Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin “Babəkin tarixi” əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün “əl-Fehrist” əsərində məlumat vermişdir.

Ərəbdilli mənbələrin ümumi məlumatına görə Babəkin atası Abdullah, anası isə Barumənd adlı şəxs olmuşdur. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuş­dur. Babək bir yaşında olanda atası Abdullah ölür və anası Barumənd isə oğlu ilə birlikdə Səraba köçür. Babək yeniyetmə illərində 2 il Təbrizdə Rəvvadilər sülaləsindən olan Məhəmməd ibn ər-Rəvvad əl-Əzdinin yanında qulluq etdikdən sonra, 18 yaşında ikən anasının yanına qayıdır. Xür­rəmilər hərəkatının rəhbərlərindən biri, Bəzz qalasının sahibi Cavidan Zəncandan Bəzz qalasına qayıdarkən Sərabda dayanmalı olur. O, Babəkin anasından icazə alaraq onu Bəzz qalasına gətirir.

3. Bəzz qalasının yeri

Bəzz qalasının yeri haqqında müxtəlif fikirlər mövcuddur. Yazılı mənbələr bu şəhərin Cənubi Azərbaycan ərazisindəki Qaradağ bölgəsində yerləşməsi məsələsində həmrəydirlər. Lakin onun dəqiq yer haqqında mübahisələr mövcuddur. Hətta iki Bəzz şəhərinin olması haqqında fikirlər mövcuddur. Onun yeri haqqında N.Karaulov, V.Myur, M.Tomara,E.Rayt, S. Nəfisi, Z.Yampolski müəyyən fikirlər səsləndirmişlər. Ərəbdilli mənbələrin məlumatlarını müqayisə edən Z.M.Bünya­dova görə, Ərdəbildən Bəzzə qədər təqribən 21 fərsəx, yəni təxminən 145-147 kilometr yol var idi. O, belə qənaətə gəlmişdir ki, Bəzz qalası Ərdəbilinşimal-qərbində şimaldan Araz çayı, şərqdən Qarasu çayı, cənubdan Əhər və qəbdən Hacılar çayı ilə əhatə olunmuş bir ərazidə, yəni Qaradağda idi. Cənubi Azərbaycanda həmin bölgədə Kəleybar şəhəri yaxınlığında indi də xalq arasında “Babəkin qalası” kimi tanınan ərazi məlumdur və hər il əhali iyulun 1-də, yəni Babəkin şərti ad günüdə oraya yürüş edir.

4. Xürrəmilər hərəkatına rəhbərlik

Cavidan 816-cı ildə Xürrəmilərin digər rəhbəri və rəqibi Əbu İmranla vuruşmada ölümcül yaranır və bir neçə gündən sonra vəfat edir. Həmin vaxtdan başlayaraq Babək xürrəmilərin rəhbəri olur.  

Babəkə qədər xürrəmilərin Ərəb Xilafətinə qarşı iki döyük üsyanı (778-ci və 808-ci illərdə) baş vermişdir. Lakin bu üsyanlar məğlubiyyətlə nəticələnmişdir. Xürrəmilərin ən böyük uğurları məhz Babəkin rəhbərliyi dövründə olmuşdur. O, xəlifə Məmunun (813-833 ) Ərəb xilafəti orduları üzərində 819-cu, 821-ci, 827-ci, 829-cu (I Həştadsər), 830-cu (I Həmədan) illərdə qələbələr qazan­dı. Məmunu əvəz edən Mötəsimin (833-842 ) dövründə, 833-cü ildə baş verən döyüşdə (II Həmə­dan) Babək məğlub oldu. Bütün diqqətini Babəkə qarşı yönəldən xəlifə 835-ci ildə türkmənşəli Afşini xürrəmilərə qarşı müharibə edən qoşunların baş komandanı müəyyən etdi. 836-cı ildə Babək Ərəb orduları üzərində son qələbəsini (II Həştadsər) qazandı. Babəkin bütün səylərinə baxmayaraq 837-ci ildə Bəzz qalası süqut etdi. Bundan sonra Arrana gələn Babək Bizans imperatoru Feofilin yanına getmək istəyirdi. Lakin Babəkin keçmiş müttəfiqi, Sünik vilayətindəki Şəki qalasının hakimi Səhl ibn Sumbatın xəyanəti nəticəsində ərəblərin əlinə keçdi və 837-ci il martın 14-də Bağdad yaxınlığında Samirə şəhərində edam edildi.

5. Babək sərkərdə-hökmdardır

  Ərəbdilli mənbələr özləri də hiss etmədən Babəki bir sıra hallarda qüdrətli sərkərdə və hökmdar kimi tədqim edirlər. Son tədqiqatlar sübut edir ki, doğurdan da Babəkin fəaliyyətində hər bir dövlət başçısı, hökmdar üçün zəruri olan şərtlər (geniş kütlənin iradəsini ifadə edən hökmdar, geniş bir ərazinin başçısı, başqa dövlətin hücumlarına qarşı dura biləcək güclü ordunun təşkilatçısı, ərəblərə qarşı başqa dövlətlərlə danışıqlar aparan şəxsiyyət və s.) mövcud idi. Onun nəzarət etdiyi ərazilərdə soyğunçuluq və qarət deyil, vahid vergi siyasəti həyata keçirilirdi. Ən başlıcası, onun ətrafında olanlar və öz hakimiyyətini yaydığı ərazilərdəki yerli hakimlər ona “hökmdar” deyə müraciət edirdilər. Onun ordusu süvarilərdən və piyadalardan təşkil olunurdu. Onun xüsusi kəşfiyyatçılar dəstəsi var idi. Babək döyüşlər zaman qırmızı bayraqdan istifadə edirdi. Döyüşdən əvvəl Hərbi Şuranı xatırladan toplantı keçirirdi. Ət-Təbərinin əsərində h.220-ci (835) ildə “Mötəsim Babəkin ələ keçən silahdaşı İsmanı dindirib “Babəkin ölkəsi” haqqında sorğu-sual etdi” (فسال المعتصم عصمة عن بلاد بابك ) ifadəsinə də rast gəlirik. Ərəbdilli mənbələrdə “Babəkin sarayı” ifadələrinə də yer verilməsi təsadüfi deyildir.

Babək özünün fəaliyyəti və sözləri də onun müəyyən ərazinin hökmadarı kimi hərəkət etmə­si haqqında fikir söyləməyə imkan verir.  Ərəbdilli müəlliflərin əsərlərinə istinad edən Z.M.Bün­yadov Babəkin oğlundan aldığı məktuba yazdığı cavabda özünü hökmdar adlandırdığını bildirir.

Babək əsir düşmüş oğluna yazdığı cavab məktubunda “Bir gün hökmdar kimi yaşamaq qırx il qul kimi yaşamaqdan daha yaxşıdır” deməsi də təsadüfi deyildir. Babəki satan Səhl ibn Sumbatın Babəkin ayağına düşüb, ona “Ey mənim ağam” deməsi də Babəkin məqamından xəbər verir. Əl-Məsudinin əsərində rast gəlinən epizodların birində deyilir ki, Səhl ibn Sumbat Babəki “padşah kimi salamladı”, və ona “ey hökmdar” deyə müraciət etdi. O, Babəkə xəyanət etdikdən sonra isə ona demişdir: “Sən hara, dövləti idarə etmək və siyasətlə məşğul olmaq hara?”.  Burada Babəkin dövlət qurmaq cəhdinə açıq-aşkar işarə edilir. Yenə Z.M.Bünyadova görə, Cəlaləddin əs-Suyuti öz əsərində Babəki “Azərbaycan məliki” (hökmdarı) adlan­dırmışdır.

Ət-Təbəri də öz əsərinin səkkizinci cildində Babəkin öz oğluna cavab məktubundan ətraflı şəkildə bəhs etmişdir. Burada Babək deyir: “Əgər sən mənim yolumu davam etdirsəydin sülalənin başçısı olardın… Ola bilər ki, bu gündən sonra mən çox yaşamadım, lakin rəhbər adı üzərimdə qalır, hər yerdə, hər zaman “hökmdar olaraq” (كنت ملكا ) xatırlanacam”.

Unutmaq olmaz ki, Babəkin silahdaşları arasında Sünik hakimi Vasak, Beyləqan hakimi Əbu Musa kimi yeli hakimlər vardı və onlar uzun müddət Babəkə itaət etmişdilər. Bu faktın özü Babəkin yüksək mövqeyindən xəbər verir.

Babəkin Şimali Azərbaycanda baş verən bəzi üsyanları yatırması da onun hökmdar kimi hərəkət etməsinə dəlalət edir.

Babəkin bir müddət  nəinki Cənubi Azərbaycanda, hətta Azərbaycanın şimal hissəsindəki bütün Arazboyu ərazilərdə, Muğan və Şirvanda hakimiyyətə nəzarət etdiyini söyləmək mümkündür. 

6. Xürrəmilərdə ailə-əxlaq anlayışı

Babəki gözdən salmaq istəyən ərəbdilli müəlliflərin, onu əxlaqsızlıqda günah­landıranların ən mühüm arqumentlərindən biri öz oğluna “Sən mənim oğlum deyilsən” deyə müraciət etməsidir. Bu zaman iddia tərəfdarları bir faktı unut­muşlar: Belə ki, əxlaqsızlığın mövcud olduğu mühitdə qadını əxlaqsızlıqda günah­landırmaq gülüncdür. Deməli, ərəb müəlliflərinin yazdığı kimi Babək və xürrə­milər üçün əxlaqsızlıq həyat norması olsaydı, Babək heç vaxt oğluna həmin sözlərlə müraciət edə bilməzdi. Əksinə, ərəbdilli mənbələrdə Babəkin silahdaşları arasında ailə normalarının olma­sından və qorunmasından bəhs edilir. Mənbələrdə dəfələrlə “Babəkin ailəsi”, “Adinin ailəsi”, “Tar­xanın ailəsi” kmi ifadələrə rast gəlinir və Babəkin silahdaşlarına öz ailələrini təhlükəsiz yerə aparmaq haqqında göstəriş verməsindən bəhs olunur.

Digər tərəfdən Babəki əyyaş adlandıran, onun eyş-işrətlə həyat sürdüyünü iddia edən ərəb müəllifləri və onların məlumatını ehkam kimi qəbul edənlər adi bir həqiqəti yaddan çıxarmışlar; Əyyaş, eyş-işrətlə həyat sürən adam üçün Vətən, mərdlik, ölümdən qorxmamaq, xəyanət etməmək, sədaqətli olmaq kimi anlayışalar yoxdur. Babək isə amansız işgəncələr qarşısında belə öz əqidəsinə xəyanət etməmişdir.

7. Babəkin İslam dininə münasibəti

Babəkin İslam düşməni olduğunu iddia edənlər də yanılırlar. Bu hərəkatın İslama qarşı deyil, onu öz əllərində bayraq edən Abbasilərə qarşı hərəkat olduğu tarixi ədəbiyyatda öz əksini tapmışdır. Hətta Babəkin tərəfdarları arasında İslamın yayılması haqında fikirlər də  mövcuddur. Babəki İslam düşməni adlandıran ideya tərəfdarlarının diqqət yetirmədiyi bir məqam var. Belə ki, Babəkin ilk adı Həsən olmuşdur. İslam aləmində Həsən və Hüseyn adlarının geniş yayılması onların İslam Peyğəmbərinin nəvələri və xəlifə Əlinin övladları olması ilə bağlıdır. Deməli, Babək İslam ailəsində, İslam mühitində doğulmuşdur. O, bir müddət, sonralar Azərbaycanda müstəqil dövlət quran müsəlman Rəvvadilər sülaləsinə xidmət etmişdir. Kiçik yaşlarından yaşadığı mühitin ədalətsizliklərini görən Babək az sonra bu ədalətsizliyə qarşı baş verən hərəkatın rəhbərinə çevrilmişdir. 

Bəzi mənbələrdə xürrəmilərə məxsus məscidlərin də olduğuna işarə edilir. Bu fakt elmi ədəbiyyatda da öz əksini tapmışdır. Lakin bu faktı şübhə altına almaq cəhdləri vardır. Başqa sözlə, mənbələrdə belə bir faktın olmadığı iddia edilir. Belə faktlara bir sıra mənbələrdə rast gəlinir. Həmin faktlar X əsr müəllifləri Əl-İstəxri və İbn Hövqəlin əsərlərində də mövcuddur. Məsələn, əl-İstəxri yazır: و اما جبال الخرمية فانها خبال ممتنعة و فيها الخرمية ، كان منها بابك ، و في قراهم مساجد ، و هم يقراون القرآن.                                                                                                                            

Tərcüməsi: Xürrəmiyyə dağlarına gəlincə, o, həqiqətən əlçatmaz dağdır, orada (yaşayanlar) xürrəmilərdir. Babək də oradan idi. Onların kəndlərində məscidlər vardır və onlar Quran oxuyurlar.

Əd-Dinəvəri öz əsərində yazır: “Babəkin işi (üsyanı) əl-Məmunun haki­miy­yətinin son illərində başlanmışdı. Onun əsli və təlimi haqqında adamlar müxtəlif rəydədirlər (و قد اختلف الناس في نسبه و مذهبه). Beləliklə, o, Babək haqqında vahid fikrin olmadığını etiraf edir. Hətta, Fəzllulah Ruzbehan Xunəci XV əsrdə yazmış olduğu əsərində “Şeyx Heydərin Babəkin dini qayda-qanun­larını təbliğ etdiyini” bildirir.

Araşdırmalar Babəkin İslam dininə münasibəti haqqında qəti fikir söyləməyə imkan vermir. Lakin onun və tərəfdarlarının bu və ya digər şəkildə İslam məz­həb­lərindən birinə yaxın olması və yaxud sufiliklə bağlı olması da birmənalı şəkildə inkar edilə bilməz. Bu istiqamətdə son söz gələcək tədqiqatlarındır.

8. Babək Azərbaycan-türk mühitinin yetirməsidir

Babəkin etnik mənsubiyyəti haqqında da müxtəlif fikirlər vardır. Bütün tədqiqatçılar onu Azərbaycan qəhrəmanı kimi qəbul edir. Lakin onların əksəriyyəti Azərbaycanda türklərin Səlcuqlardan əvvəl yaşadıqalarını inkar etdikləri kimi, Babəki də türklərə yaxın buraxmaq istəmirlər. Yazılı qaynaqlar Babəkin azər­baycanlı olmasını dönə-dönə qeyd etsələr də onun etnik mənsubiyyəti haqqında susurlar. Lakin mənbələrdə rast gəlinən bəzi faktlar Babəkin bir türk mühitinin yetirməsi olduğunu söyləməyə imkan verir.

Ət-Təbəri Babəklə bağlı hadisələrdən danışarkən yenə türkmən­şəli əhalidən bəhs etmişdir. O yazır ki, h.221-ci (835-ci) ildə Babəkin əsas sərkərdələrindən biri olan Tarxanın Babəkdən icazə alıb Marağa nahiyəsindəki kəndinə getdiyini öyrənən Afşin Marağada yaşayan bir türkə Tarxanı öldürmək haqqında göstəriş verdi. Həmin türk isə Af­şinin tapşırığını yerinə yetirərək onun kəsilmiş başını Afşinə göndər­mişdi. Tarxan adının türkmənşəli ad olmasını da xatırlat­maq yerinə düşərdi.

Ərəbdilli mənbələrdə Babəklə bağlı epizodlarda Azərbaycan türklərinə məxsus etnik-psixoloji xüsusiyyətlərə, onun ümumi etnik simasını müəyyən edən yönüm və davranış tərzinə uyğun deyimlərə, frazeoloji ifadələrə də rast gəlinir. Zənnimizcə, bu deyimlər təsadüfi xarakter daşımır və yerli xalqın etnik mənsu­biyyəti və dili ilə bilavasitə bağlıdır. Məsələn, bir sıra ərəbdilli mənbələrdə h.222-ci (837-ci) ildə Babəkin xəyanət nəticəsində ələ keçirilməsi ilə bağlı epizodda deyilir ki, Afşin öz adamlarından birini Səhl ibn Sumbatın yanına göndərdi. Babək həmin adamdan şübhələndi və soruşdu: “Bu adam kimdir”. Səhl ibn Sumbat cavab verdi: “Bu Xo­rasandan gələn bir xaçpərəstdir”. Babək həmin adamdan soruşdu: “Bəs səni burada saxlayan nədir”? O, cavab verdi: “Mən burada evlənmişəm”. Babək dedi: “Haqlısan, çünki bizdə məsəl var deyərlər: “Birindən soruşurlar haralısan, o, cavab verir ki, “arvadım olan yerdən” (341, 330; 345, 440-441). Qeyd etmək lazımdır ki, hə­min şəxs Usruşana türklərindən idi və mənbələrdə deyilmir ki, Babək onunla tərcüməçi vasitəsi ilə danışmışdır. Başqa sözlə, onların arasın­dakı dialoqun türk dilində olmasını da söyləmək mümkündür.

Yazılı qaynaqlar Babəkin türkmənşəli sərkərdələri ilə dialoqlarından da bəhs etmişdir. Bu zaman tərcüməçilərdən istifadəsi olunması haqqında həmin qay­naqlarda heç bir söz deyilmir.

Ərəbdilli mənbələrin araşdırılması nəticəsində belə qənaətə gəlmək olar ki, Babəkin apardığı mübarizəni dini mübarizə deyil, müstəqillik uğrunda ictimai-siyasi mübarizədir. Ərəbdilli müəlliflər və hakim dairlər ona qarşı nifrət yaratmaq üçün sadəcə olaraq onu İslam düşməni kimi qələmə verməyə çalışırdılar və onu gözdən salmaq üçün ona qarşı iftiralar uydururdular. Bütün bunlara baxmayaraq onlar Babəkə qarşı heyranlıqlarını da büruzə verirdilər və onu “qeyri-adi” bir şəxsiyyət olduğunu etiraf edirdilər.

Beləliklə, araşdırma nəticəsində belə qənaətə gəlmək olar ki, Xürrəmilər hərəkatının əsl mahiyyəti və onun rəhbəri Babəkin həqiqi obrazı haqqında tarixi mənbələrdəki məlumatlar əhəmiyyətli dərəcədə təhrif olunmuş, bu sahədə aparılan bir sıra tədqiqatlarda qeyri-obyektivliyə yol verilmişdir. Zənnimizcə, gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatlar daha obyektiv və dolğun fikirlərin əldə edilməsi ilə nəticələnə bilər.

Mənbələr və ədəbiyyat.

  1. Bayramlı C. Babək və xürrəmilik (yalanlar və gerçəklər). Bakı, “Kitab aləmi”, 2011.
  2. Bayramlı C. Babək və Xürrəmilər hərəkatı barədə həqiqətlər. // Tarixi və milli dəyərlər kontekstində Azərbaycan milli kimliyi. Bakı, Elm və təhsil, 2014, s.45-61.
  3. Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, Elm, 1989.
  4. Əd-Dinəvəri. Əl-əxbar ət-tival. Əl-Qahirə, 1960.
  5. Əhməd ibn Əsəm Əl-Kufi. Kitab əl-futuh” (“Fəthlər kitabı”). Azərbaycanın  VII-IX əsrlər tari­xinə dair çıxarışlar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şərhlərin müəllifi Z.M.Bünyadov //Orta əsr ərəb mənbələrində Azər­baycan  tarixinə dair materiallar. Bakı, “Nurlan”, 2005
  6. Əl-İstəxri. Əl-məsalik va-l-məmalik. Əl-Qahirə, 1381.
  7. Əl-Kufi ibn Əsəm. Kitab əl-futuh. əl-cuz əs-sabi və samin.   Beyrut, 1411.
  8. İbn Hövqəl. Kitab surət əl-ard. Əl-qism əs-sani, Leyden,1939.
  9. Ət-Təbəri. Tarix ər-rusul va-l-muluk. Əl-cuz əs-samin, əl-Qahirə, Bi-l-mətbət əl-Hüseyniyyə, 1970.
  10.  Şamiyeva H.R. Azərbaycanda dini-siyasi hərəkatlar (VIII – IX əsrlər). Bakı: Xan, 2019.
  11.  Vəlixanlı N.M. Bir daha xürrəmilər, babəkilər və onların ideya sələfləri və xələfləri haq­qında //Azərbaycan Elmlər Akademiyasının Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1997, № 1-4, s. 87-97.

Müəllif: Ramil Ağayev

“Azərbaycanın orta əsrlər” tarixi

şöbəsinin a.e.i., t.ü.f.d., dos.

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZƏR DƏNİZİ, QIZ QALASI, BAKI VƏ AZƏRBAYCAN” TOPONİMLƏRİNİN ETİMOLOGİYASI.

“XƏZƏR DƏNİZİ, QIZ QALASI, BAKI VƏ AZƏRBAYCAN” TOPONİMLƏRİNİN ETİMOLOGİYASI.
(MƏNBƏLƏRDƏN FƏRQLİ)

Doğrusu adı çəkilən toponimlər haqqında ta qədimdən bu günə qədər dünya səyyahlarının, tarixçi-coğrafiyaçıların, müasir dilçilərin əsərlərində doğma ölkəmizin bu adlarının etimologiyaları haqqında yüzlərlə versiyalar verilmişdir.
Xəzər dənizinin adının etimologiyası hələ eramızdan əvvəl qərb tarixçi və coğrafiyaçı alimləri tərəfindən tədqiq edilməyə başlanmışdır.Herodot, Strabon, Hekatey Melitskin və digərləri tərəfindən öyrənilməyə səy edilmişdir.Onlar Xəzər dənizini Kaspi, Hirkan, Gürkan və s. kimi qeyd etmişlər.Hətta Xəzər dənizinin adını onun sahilində yerləşən vilayətlərin adları ilə: Bakı dənizi, Mazandaran dənizi, Dərbənd dənizi və s. kimi.Hətta XIII əsrdə Venetsiyanın İrandakı səfiri Kontarini də Xəzəri Bakı dənizi kimi sənədlərdə qeyd etmişdir.
Alimlərin ən üstün qənaəti Xəzərin adının onun sahillərində yaşamış xalqların adından yaranması fikirləridir.Məhz Xəzər dənizinin ətrafında yaşayan əhalinin xəzərlilər (kaspilər) olması tarixdən hamıya məlumdr. u
Coğrafiya elmindən məlumdur ki, əvvəl coğrafi obyekt mövcud olmuş, sonradan insanlarda dil təfəkkürü yarandıqca bu obyektlər onlar tərəfindən nominativləşmişdir.Eyni zamanda areala ilkin adları insanlar özlərinin tanrı və inanc təsəvvürləri əsasında vermişlər.
Əgər biz Qədim Oğuzların adının Ulu Tanrı “Qa” məhfumundan yaranmasını əsas götürsək, heç də yanılmarıq.Çünki, bu fakt özünü bütün xalqların adında öz təsdiqini tapır.”Qa” məfhumuna qoşulan “z” səsi cəmliyi.Yəni: ” bildirmişdir Qu+z və müasir cəm şəkilçisi “lar”.”O” səsi isə protezadır.Söz samitlə başlandığından “o” səsi proteza olunmuşdur.
Əgər biz “xəzər” sözünün yaşını nəzərə alsaq, sözdə olan mümkün fonetik hadisələr nəticəsində “qaz” sözünün “xəz” sözünə keçməsi qaçılmazdır.Sözdə “q” səsinin qohum samit olan “x” samitinə, “a” saitinin qohum “ə” saitinə keçməsi tam şübhəsizdir.Ən əsası odur ki, sözün nüvəsi öz oxu ətrafında fırlanaraq kənara çıxmır.Bu sözduyumu ilə də özünü göstərir.Ən əsası sözün fonetik quruluşu sezilməkdədir.
”Xəzər” sözünün 2-ci hecası Ulu dildən gəlmə “ər” “adam+lar” mənasını bildirir.Bütün Yunan və Roma tədqiqatçıları Xəzər dənizinin adının Ulu dilə mənsub olan “Ka, Qa” Od Tanrısından yarandığını bilərək öz dillərində də bu dənizin adını “Kaspiya”, əhalisini isə “Kaspi” adlandırmışlar.Latın dilində “kas” sözü “qaz”, sözün 2-ci hecası “pia” –“mömin, səcdə edən”mənasını bildirir.Yəni:Atəşpərəstlər.Əslində “atəş” sözü farslara Oğuzlardan keçmədir.Oğuzların atəşpərəst olmasının onlardan öncə olmasını özləri də etiraf edirlər.Yəqin bunun səbəbi də neftin alışıb yanmasının möcüzə, yəni Tanrı işi olmasından qaynaqlanması olmuşdur.”Od” sözü Od Tanrısının adı “Qut Tanrısı”nın adındandır.Qut- ut-ud-od.Fars dilində “atəş” sözündəki “at” sözü də “od” sözündən törəmədir.
“Qız Qalası” sözü də “Oğuz Qalası” mənşəyindən yaranmadır.Hətta Azərbaycanın digər ərazilərində də “Qız qalası” adı vardır.(Zəngilanda da mövcuddur.O ki qaldı qalanın tarixinə,müxtəlif versiyalar biri – birindən fərqlidir.Əfsanələrdən tutmuş tarixçilərə qədər.
Bəzi mənbələrdə qalanın üzərindəki XII əsrə aid olan daş kitabədəki “Davudun oğlu Məsudun qülləsi” yazısı ilə onun yaşını ölçürlər.XII əsr islamın həşəmətli bir vaxtında Od Tanrısının simvolu olan “günəş günbəzli” qalanın ərəblər tərəfindən tikilməsi mümkün idi mi?
Sual olunur, bəs onda həmin daş kitabənin üstündəki çərçivənin içərisi niyə boşdur?Hansı əlifba ilə yazılmışdır?(Tarixi özgələr silə bilər, özününkülər isə onu bərpa etməlidirlər.)
Qız qalası sözünün 2-ci hissəsi olan “qala” sözü qədim türklərdə “qor – od” sözündəki “r” səsinin “l” ilə əvəzlənməsi səbəbindən yaranmadır.Yəni od yandırılan yer.Sonralar praktik mənasını itirsə də ibtdası qalalarda od və tüstü işarətlərinin verilməsi kimi istifadə olunduğundan nominativliyini oradan götürmüşdür.Dilimizdə olan “qalmaqal, manqal , monqol, qala və s. sözlər buradandır.Şuşanın da əzəl adı Qala olmuşdur.
Əgər desəm ki, Bakı sözünün yaranması da bu semantikadan alınmadır, bəlkə də mənim yanıldığımı zənn edəcəksiniz.Bakı və Qız qalası sözündə hansı oxşar fonemlər vardır ki?Doğru sualdır.
Əslində dillərdə bəzi sözlərin yaranması psixolinqvistikdir.”Qız qalası” sözü ilkin olan “Oğuz qalası” sözündən semantik cəhətdən uzaqlaşdığından burada psixolinqvistik şərait yaranmışdır.
Bəzən fars mənbələri siyasi gediş edərək “Bakı” sözünü zərdüştlüklə (avesta) ilə bağlamaq üçün onu “Baqavan – Tanrının şəhəri”, orta dövrdə isə “badi kubə-yel tutan” kimi təsvir edirlər.
Əslində “Bakı” sözünün ilkin işlənməsinə ərəb dilində yazılmış tarixi mənbələrində rast gəlinir.Ərəb tarixçisi Əbu Dulaf ( X əsr) “Bakuya”, Hüdud əl Ələmdə (aləmin hüdudları) “Bakı”, Yaqut əl Həməvi də “Bakiyə” kimi verilmişdir.Bəzi xalq etimologiyalarında “Göz qalası” – nəzarət olununan yer mənasında.
Bəs “Bakı” sözünün “Qız qalası” sözündən yaranması hansı əsasa söykənir?Əslində bütün mühacir coğrafiyaçılar bir ölkənin xəritəsini tərtib edərkən kalka üsulundan istifadə edərək onu, öz dillərinə tərcümə edirlər.VIII-IX əsrlərdə Ərəb xilafətinin Azərbaycana yürüşü dövründə yerli xalq artıq “Qız qalası” kimi mifik hekayətlə bağlı bu qalanı əfsanəvi adla yaranmasını təsəvvür edirdilər.Əfsanə qədim padşahın qızının faciəli həyatı ilə bağlı idi və hamı tərəfindən qəbul edilmişdir.Əcnəbi tarixçilər yerli əhalidən bu qalanın adının “Qız Qalası” olduğunu yəqin edib, onu ərəb dilində “qız” mənasını bildirən “bakirə” sözü ilə tərcümə etmişlər.Tərtib etdikləri xəritələrdə də bu tərcüməni qeydə almışlar.Həmin dövrdə ərəblərin orada yaşaması bu sözün orfoqrqfiyadan orfoepiyaya keçidinə zəmin yaratmışdır.Bu gün qədim İçərişəhərlilər də Bakıya “Baki” deyirlər.
Bakı şəhərinin “Qız qalası” semantikasından yaranması məntiqi cəhətdən ağlabatandır.
Azərbaycan sözünə diqqətlə baxsaq, məqalənin əvvəlində qeyd olunan müddəa yəni, coğrafi ərazinin ətrafında yaşayan xalqlar həmin əraziyə öz tanrısal adlarını verirlər prinsipi özünü bir daha sübut edir.Bu gün mövcud olan Azərbaycanın qədim paytaxtı Xəzər dənizi sahilində yerləşmiş Bakı şəhəri olmuşdur.Onun qədim əhalisi də Xəzərlər idi.Buna dəniz yolları və ticarəti əhəmiyyətli dərəcədə zəmin yaratmışdır.Necə ki, Qədim Misirin formalaşmasında Nil çayının rolu kimi.
Məlumdur ki, Azərbaycan orta əsrlərdə ilkin müstəqillik dövründə əraziləri bəylik və xanlıqlar şəklində idarə olunurdu.Azərbaycan vahid dövlət formasına salınanda Azərbaycan adı da bu məfhumlardan yaranmışdır.Azərbaycan sözünün 1-ci hecası “Xəzər, xəzərlər”(burada “x” səsi eliziyaya-səsdüşümünə uğramışdır.), 2 və 3 –cü hecaları “bəylik və xanlıq” sözlərindən yaranmadır.Ümumilikdə Azərbaycan “Xəzər bəyxanlığı” coğrafi adının semantikasından yaranmadır.
P.S.Baxmayaraq ki, bu mövzuda çox sayda elmi məqalələr yazılsa da onların elmi məzmunu məni qane etmədiyindən yazdım.Düşünürəm ki, dilçilik elmində tədqiqatlarınsəngiməsi müasir dövrün tələbatına cavab vermir.Bütün elmlər kimi dilçilik elmi də dinamik olmalıdır.Dilimizdə çətin görünən iki səsdən ibarət sözlərin də fonetik şəkildə mənaları vardır.Tək dilə neoligizmlərin gəlməsi onu zənginləşdirmir, nə də ki hazır sözlərdə hərf dəyişiklikləri etmək…
Nə qədərki dilimizdə mənası bilinməyən əcdadlarımızın söz mirası vardırsa, biz ona sahib çıxana qədər bu yolda olmalıyıq.
Sözümüz bizim özümüzdür.Sözümüzü tanımamaq özümüzü tanımamaqdır.
Elm adamları deyirlər ki, akademik mənbə olmazsa, yazı elmi hesab edilməz.Maraqlıdır istifadə etdiyim elmi məmbələrin heç birində konkretlik yoxdur.Tədqiqatların heç biri sözün fonetik genezisinə uyuşmur, yalnız fantastik təsəvvürlər toplusudur.Məgər bu alademik mənbələrdə biz bu vacib adlarımızın milliliyini tapa bilərik?Görəsən səhih tədqiqat vacibdir, yosa saxta elmi mənbə sənədləri?…

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SATIŞDA OLAN YENİ KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə – “Qayıt, gəl!” haqqında

Çağrışı, diləyi eşidilən insan

İnsan var səsindən tanınır, insan da var baxışından. Əkbər müəllim baxışından tanınanlardandır. Onun sevinci, həsrəti, kədəri sözündən qabaq gözündən bilinir.
30 il gözündə həsrət gəzdirən insanın sevinci nə gözəl olurmuş. Artıq Əkbər müəllimin gözü özündən qabaq gülür.
Bu səmimi, sadə insanın içi sözlə, Vətən sevgisiylə, ümidlə dopdoludur.
Bu illər ərzində Əkbər müəllim çox insanları ümidiylə yaşadıb bu günə daşıya bildi.
Fikri, sözü “VƏTƏN” olan insanın gələcəyi hər zaman inamlı oldu. “O yerlərə mütləq qayıdacağıq!” “Mütləq!” – deyərək. Hamı da bu mübariz, dönməz insana inandı.
Əkbər müəllimi harda görsən, istər tədbir olsun, istər adi söhbət, orda mütləq mövzu vətən, Qarabağ olmalıdır! Bu möhkəm, dözümlü insanda torpağa, yurda çox böyük bağlılıq var, sevgi var.
Əkbər müəllim torpaqlar işğal olduqdan sonra başına papaq qoymadı. “Papağımızı Qarabağda qoyub gəldik”, – dedi. Get-gedə çallaşan saçlar qışın soyuğunda, sazağında saçında Vətən həsrəti gəzdirən insana papaq oldu.
Əkbər müəllimin özü, həsrəti haqqında düşündükcə, yadıma o vaxtlar yazdığım bir şeirim düşür. Yurdundan didərgin düşənlərin və bu məqamda Əkbər müəllimin dilindən deyildiyi kimi:

Yolçu, ordan quş göndər,
dimdiyində torpağım

Baxışımı göndərim
yoluna həmdəm kimi.
İçimdə qıvrılıram
ruhsuz bir sərsəm kimi.

Kol-kos basmış yollarda
quruyub iz yarpağım.
Yolçu, ordan quş göndər,
dimdiyində torpağım.

Yel üzümə tutulan
tor qapını açdımı?
Uşaqlığım dururmu?
Baş götürüb qaçdımı?

Daşıdılar qalmadı
torpağımı, daşımı.
Qoymağa yer qalıbmı,
ayağımı, başımı?

“Vətən çağırır bizi!” – deyən Vətən sevdalı Əkbər müəllim əsgərlərinə aşıladığı Vətən, Torpaq, İnsan sevgisini indi də gənclərə, yeniyetmələrə aşılayır.
Əsgərlərinin sevimli komandiri döyüş günlərini – gündəliyini, içinin yanğısını, həsrəti yazıya köçürüb kitablarda cəmləşdirir.
Qapısını Vətən döyən Hacı Əkbər Rüstəmovun başqa kitablarında olduğu kimi “Qayıt gəl!” kitabında da yaxın tariximizi yaşadaraq gənclərdə döyüş ruhu oyadır. Hamımızı doğma yurda, yolumuzu gözləyən Qarabağa qayıtmağa tələsdirir.
Əkbər müəllimin müqəddəs arzusu reallaşdı, doğma Qarabağımız işğaldan azad olundu. Bunu görmək hamımız kimi onun da ən böyük arzusu idi.
Bütün arzularınıza qovuşasınız, əziz Əkbər müəllim! Sizin arzunuz xalqın, millətin, dövlətin müstəqil, gözəl, firəvan yaşaması və Bütöv Azərbaycan arzusudur!
Qarabağda, Ağdamda yaşamaq diləyiylə…

Müəllif: Rəfail TAĞIZADƏ.

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu – Kişilər Günü

Təvəkkül Gorusludan kişilər gününə özəl.

KİŞİ OL

Yaman çoxalıbdı saqqal uzadan,
Kişilik yaranmır tükdən, əzadan,
Gərək ki, kişilər keçsin “qəza”dan,
Kişi ol, saqqallı ya da saqqallslz!

Çoxdandı başına papaq geyən az,
İmanla çalışıb halal yeyən az,
Yalandan yapışıb düzü deyən az,
Kişi ol, papaqlı ya da papaqsız!

Sancaqlar kişilik nişanı olub,
Surları bəzəyən ad, şanı olub,
Can fəda eləyib Şuşanı alıb,
Kişilər dönmədi yurda bayraqsız!

Kişilər qoruyar Vətən torpağın,
Hər kolun,tikanın,gülün, yarpağn,
Qoruyaq suveren azad növrağın,
Kişilər yetişməz yurdsuz, torpaqsız.

19. 11.2023.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru