www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Mir Şahin Ağayevin 60 yaşı tamam olur – Təbrik!

Bu gün – noyabrın 12-də çağdaş Azərbaycan jurnalistikasının ən parlaq imzalarından biri, Əməkdar jurnalist, Real TV-nin baş direktoru, təxminən 40 illik peşəkar jurnalist fəaliyyəti dövründə öz dəst-xəttini formalaşdırmış, Azərbaycan telejurnalistikasında öz məktəbini yaratmış Mir Şahin Ağayevin (1963 *) 60 yaşı tamam olur. Dünən o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu əlamətdar gündə 60 iilik yubileyi və ali dövlət mükafatı ilə təltif olunması münasibətilə dəyərli həmkarımızı ən xoş diləklərimizlə təbrik edir, cansağlığı, peşəkar fəaliyyətində və Azərbaycan jurnalistikasının inkişafında yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy ötən 60 ilin uğur hekayəsi bundan sonra da uzun illər davam etsin və həmkarımızı layiq olduğu daha böyük zirvələrə daşısın!

Azərbaycan Mətbuat Şurası

*- seçilmişlədən (1951, 1963, 1975, 1987 və artıq 1999-cu ildən olanlar da özlərini göstərməyə başlayıblar….)

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Mina Rəşidin “Zəfərdir mənim adım” kitabını təqdimatı və imza günü olacaq

Bu gün Mina Rəşidin “Zəfərdir mənim adım” kitabını təqdimatı və imza günü olacaq. Görüş saat 15:00-a planlaşdırılıb. Bakı Beynəlxalq Kitab sərgisi, “Təhsil” nəşriyyatının stendi. Məlumatı oxuyan hər kəs dəvətlidir!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

KƏRİM  TAHİROV HAQQINDA

KƏRİM TAHİROV

KƏRİM  TAHİROV HAQQINDA

Kərim Məhəmməd oğlu Tahirov (d.12 noyabr 1951, Ağcabədi, Azərbaycan SSR) — Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor.

HƏYATI
Tahirov Kərim Məhəmməd oğlu 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-ci ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979-1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi, 1987-1988-ci illərdə rəisi, 1988-1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000-2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır

2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır.

Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrlarının elmi rəhbəri və rəsmi oponenti olmuşdur.

Prof. Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlamış, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, müxtəlif mövzulara dair 50-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılmışdır, 34 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.

2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədri, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının sədri, 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.

Ailəlidir, iki övladı, dörd nəvəsi var.

TƏLTİF VƏ MÜKAFATLARI
Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
2013-cü ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
2014-cü il 10 yanvar tarixində TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla təltif olunmuşdur.
2014-cü ildə “QIZIL FORTUNA” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir.
Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur.
28 oktyabr 2019-cu ildə mədəniyyət nominasıyası üzrə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
2019-cu il, 24 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi. Biblioqrafiya” adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə “Ziyadar” mükafatına layiq görülüb.
Beynəlxalq qurum və təşkilatlarda üzvlüyü
2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvü, 2015-ci ildən isə vitse prezidentidir.
2003-cü ildən Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının üzvü;
Dünya elektron kitabxanasının (WDL) üzvü;
2007-ci ildən Türkdilli ölkələrin Milli Kitabxanalar Şurasının və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının üzvü;
Biblioqrafiya
Kərim Tahirov 50-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuşdur. İlk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və baş redaktoru olmuşdur. 200-dən artıq elmi məqalənin müəllifidir. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.

ƏSƏRLƏRİ
Bakı şəhərində kitabxana-klub: yaddaş. Bakı: Kommunist, 1986.-16 s.
Kitabxana işinə dair normativ aktlar: [Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu] -Bakı: M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanası, 2001.-52 s.
Kitabxana işinə dair normativ sənədlər: [Qanun və qanun qüvvəli normativ sənədlər toplusu]/ M. F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası.-Bakı, 2001.-48 s.
Kitabxana fondlarının məzmunca köhnəlmiş ədəbiyyatdan təmizlənməsi və mühafizəsi: [normativ sənədlər toplusu] -Bakı: M.F. Axundov ad. Azərbaycan Dövlət Kitabxanası, 2002.-32 s.
Kitabxana işinə dair normativ aktlar: Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu /Tərtib edən: K. M. Tahirov; Red.: Ş. Əhmədova və b.; M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası. Bakı, 2004, 52 s.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923–2008-ci illər). Bakı: Ulu, 2008, 218 s.
Ölkəşünaslıq biblioqrafiyası: [Kitabxanaçılıq-informasiya fakültəsi üçün “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə bakalavr pilləsi üçün fənn proqramı]/ Azərb. Resp. Təhsil Nazirliyi, BDU.-Bakı: Bakı Universiteti, 2011.-12 s.
Azərbaycan xalçası: [biblioqrafiya]. Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; M. F. Axundov ad. Milli Kitabxana.-Bakı, 2012.-438 s.
Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası. (dərs vəsaiti) -Bakı: Bakı Universiteti Nəşriyyatı, 2013. – 212 s.
Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində: (1941-1945-ci illər). – Bakı: Zərdabi Nəşr MMC, 2020.- 80 s.

TƏRCÜMƏLƏRİ
Mərkəzləşdirilmiş kitabxana sistemlərində işin təşkili: [təlimatlar və uçot formaları]/ Azərb. SSR Mədəniyyət Nazirliyi. M.F.Axundov adına Azərb. Dövlət Kitabxanası. – Bakı, 1988. – 176 s.

MƏQALƏLƏRİ
Görkəmli biblioqraf: [S.D.Poltaratskinin anadan olmasının 175 illiyi münasibətilə] // Mədəni maarif işi.-1978.-№1.-S.46-47
Zəhmətkeşlərin mütaliəsinə rəhbərlik // Mədəni maarif işi.-1979.-№1.-S.22-23
Köməkçi göstəricilərin tərtibi metodikası: [ Azərbaycan biblioqrafiyası materialları əsasında] // M.F.Axundov adına Azərbaycan Respublikası Dövlət Kitabxanasının elmi əsərləri.-1983.-№2.-S.61-83
80 yaşlı kitabxana: [Razin qəsəbəsindəki Y.Zevin adına uşaq kitabxanası haqqında] // Mədəni maarif işi.-1984.-№4.-S.2-3
Kitabxana xidmətinin keyfiyyətini yüksəltməli // Mədəni maarif işi.-1987.-№3.-S.2-6
Kitabxanalar yeni həyata qədəm qoyacaq: [NK-nın 1996- cı il 9 iyulda“ Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı ilə əlaqədar müsahibə ] ; müsahibəni apardı P.Cəfər // Xalq qəzeti.-1996.-17 oktyabr
Yubileyiniz və yeni nəşriniz mübarək!: [BDU-nun Kitabxanaçılıq fakültəsinin 50 illiyi ərəfəsində eyni adlı jurnalın nəşr olunması münasibətilə müəllifin təbriki ] // Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.-1997.- № 1.- S. 7.
Kitabxana elm ocağıdır // Respublika.-1999.- 11 may. -S.4.
Özəlləşdirmə kitabxanalar üçün çoxlu problemlər yaratdı // Xalq qəzeti.-1999.-2 may.-S.5
və digər.

BAŞ REDAKTORU OLDUĞU ƏSƏRLƏRDƏN SEÇMƏLƏR
“Əlamətdar və tarixi günlər təqvimi”nin nəşri 2005-ci ildə bərpa edildi və professor Kərim Tahirovun baş redaktorluğu ilə bu təqvim hər il çap edilir. Azərbaycan Milli Kitabxanasının ən əhəmiyyətli metodik nəşrlərindən biri olan “Əlamətdar və tarixi günlər təqvimi” 1961-ci ildən çap edilir. Universal xarakterli bu nəşr uzun, tarixi bir yol keçmişdir. “Əlamətdar və tarixi günlər təqvimi” adı ilə nəşrə başlayan vəsaitin yaranmasında və təşəkkülündə Milli Kitabxana əməkdaşlarının müstəsna xidmətləri olmuşdur. İlk nəşrə başladığı illərdə rübdə bir dəfə çap olunan təqvimdə müxtəlif əlamətdar günlərə, yubileylərə dair ölkəşünaslıq tövsiyə ədəbiyyat siyahıları verilirdi. Sonralar – 1970-ci ilin dördüncü rübündən 1992-ci ilədək “Kitabxana işçisinə kömək” adı ilə çap olunan vəsaitin səhifələrində metodik xarakterli materiallar, kitabxana işinə dair məlumatlar, digər araşdırmalar geniş yer tuturdu. 2005-ci ildə Milli Kitabxana rəhbərliyi tərəfindən 1992-ci ildən məlum səbəblər üzündən nəşri dayandırılmış vəsaitin çapı bərpa edilmiş, “Əlamətdar və tarixi günlər təqvimi” adı ilə ildə bir dəfə çap edilməyə başlanmışdır. Respublika kitabxanalarının fəaliyyətinin səmərəliliyinə əsaslı şəkildə təsir göstərən bu hadisə böyük rəğbətlə qarşılanmışdır.

Əlamətdar və tarixi günlər təqvimi-2005: [metodik materiallar toplusu]/ M. F. Axundov ad. Azərbaycan Milli Kitabxanası.-Bakı, 2004.- 92 s.
Əlamətdar və tarixi günlər təqvimi-2006: [metodik materiallar toplusu]/ M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası -Bakı, 2005.-155 s.
Əlamətdar və tarixi günlər təqvimi. 2007-ci il: [metodik materiallar toplusu: Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik tövsiyələr]/ M.F. Axundov ad. Azərb. Milli Kitabxanası. -Bakı: M.F.Axundov adına Milli Kitabxana, 2006.- burax.3. -197 s.
Əlamətdar və tarixi günlər təqvimi: [2008-cı il: Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana sistemləri üçün metodik tövsiyələr]/ M.F.Axundov ad. Azərb. Milli Kitabxanası. – Bakı, 2007.-183 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2009: [metodik tövsiyələr]/Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008.-385 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2010 [Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2009.-435 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2011: [Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2010.-437 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2012: [respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün] /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası. -Bakı: M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2011.-319 s.
Əlamətdar və tarixi günlər təqvimi-2013/ M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: Azərbaycan Milli Kitabxanası, 2012.-440 s.
Əlamətdar və tarixi günlər. Təqvim 2014./ M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: Azərbaycan Milli Kitabxanası, 2013.- 423 s.
Əlamətdar və tarixi günlər. [Təqvim 2015]/M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2014.-384 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2016. /M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2015.-429 s.

Əlamətdar və tarixi günlər təqvimi – 2017/ M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2016.-420 s.
Əlamətdar və tarixi günlər [Təqvimi 2018] / M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı, 2017.-578 s.
Əlamətdar və tarixi günlər təqvimi [Təqvim 2019] /Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2018.-520 s.
Əlamətdar və tarixi günlər təqvimi: [Təqvim 2020] /Azərb.Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli kitabxanası, 2019.- burax. 2020.-576 s.
Əlamətdar və tarixi günlər təqvimi 2021 /Azərb. Milli Kitabxanası.-Bakı: Azərbaycan Milli Kitabxanası, 2020.-562 s.
“Birillik Azərbaycan kitabiyyatı”nın nəşri də 2005-ci ildə bərpa edildi və professor Kərim Tahirovun baş redaktorluğu ilə çap edilməyə başladı. 1960-cı ildən nəşr edilən “Birillik Azərbaycan kitabiyyatı” il ərzində dilindən, mövzusundan, janrından asılı olmayaraq respublikada nəşr edilmiş bütün kitablar barəsində tam biblioqrafik məlumat verir. “Birillik Azərbaycan kitabiyyatı”nda materialların ayrı-ayrı elm sahələri üzrə qruplaşdırılması respublikada nəşr edilən kitab məhsulunun tərkibi, mövzu əhatəliliyi barədə müxtəlif aspektli informasiya əldə etməyə imkan yaradır. Uzun illər ərzində bu vəsaitlər kitabxanaçılar, biblioqraflar və ən müxtəlif tələbatçı qrupları tərəfindən geniş istifadə edilir. Həmin vəsaitə nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda böyük tələbat vardır. 2005-ci ildə M.F.Axundоv adına Dövlət Kitabxanası milli bibliоqrafiya vəsaitlərinin nəşri işini yеnidən bərpa etmiş, kitabxana həmin ilin iyun ayından digər milli biblioqrafiya vəsaitləri kimi, “Birillik Azərbaycan kitabiyyatı”nı da nəşr etməyə başlamışdır.

İXTİSAS REDAKTORU VƏ BURAXILIŞA MƏSUL OLDUĞU      

                           ƏSƏRLƏRDƏN  SEÇMƏLƏR
İxtisas redaktoru və buraxılışa məsul olduğu əsərlərdən seçmələr
İkirəqəmli müəllif işarəsi cədvəlləri/ M. F. Axundov ad. Azərb. Dövlət Kitabxanası.-Bakı, 2001.-24 s.
Fikrət Əmirovun anadan olmasının 80 illiyi və kitabxanaların vəzifələri:[metodik tövsiyələr]/Azərb. Resp. Mədəniyyət Nazirliyi, М. F. Axundov ad. Azərb. Dövlət Kitabxanası.-Bаkı, 2003.-16 s.
Hüseyn Cavidin anadan olmasının 120 illiyi və kitabxanaların vəzifələri:metodik tövsiyə.- Bakı, 2003, 27 s.
Böyük Vətən müharibəsində qələbənin 60 illiyi və kitabxanaların qarşısında duran vəzifələr: [metodik tövsiyələr]/Azərb. Resp. Mədəniyyət Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı, 2005.-20 s.
Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində kitabxanaların vəzifələri:[metodik vəsait]/ Azərb. Resp. Mədəniyyət Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı, 2005.-49 s.
Mir Cəlal: [biblioqrafiya]/Azərb. Resp. Mədəniyyət Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: Adiloğlu, 2006.-259 s
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı: [Dövlət Proqramının həyata keçirilməsinə dair materiallar]; M. F. Axundov Adına Azərbaycan Milli Kitabxanası Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi.-Bakı, 2007.-burax. 1.-202 s.
Azərbaycan Xalq Cümhuriyyəti-90: (1918-1920): [biblioqrafiya]/ Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı , 2008.-266 s.
Qara Qarayev: [biblioqrafiya]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb.Milli Kitabxanası.-Bakı, 2008.-332 s.
Azərbaycanın Milli Qəhrəmanları: [biblioqrafiya]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008.-233 s.

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün professor Kərim Tahirovun doğum günüdür!

Bu gün Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor KƏRİM müəllim TAHİROVUN doğum günüdür.
Hörmətli Kərim müəllimin biz gənclərə daima diqqət və qayğısını görmüşəm.Pandemiyadan əvvəl Milli Kitabxanada keçirilən çoxsaylı tədbirlərdə iştirak etmişəm.Həmin tədbirlərdə hörmətli Kərim müəllimin və rəhbərlik etdiyi kollektivin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşam.Kərim müəllimin şəxsi təşəbbüsü və yüksək diqqəti sayəsində “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitablarıma Milli Kitabxanada təqdimat keçirilmişdir. Pandemiya zamanı “Ulu Naxçlvanım” adlı kitabımın Lider TV-də keçirilən təqdimatı zamanı Kərim müəllim Tahirov video bağlantı vasitəsi ilə tədbirə qoşularaq mənim üçün xüsusi dəyər kəsb edən ürək sözlərini televiziya vasitəsi ilə tamaşaçılara çatdırmışdır.
Müəllifi olduğum 7 kitabımdan 6-ı Milli Kitabxananın Elektron Kataloqunda onlayn oxumaq üçün oxucuların istifadəsinə verilmişdir. Artıq 2 ildir ki, “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabım Azərbaycan Milli Kitabxanasının “Zəfər günü” stentdlərində nümayiş olunur.
Hörmətli professorumuzun mənə göstərdiyi diqqət və qayğısı sayagəlməzdir.
DƏYƏRLİ, SƏMİMİ, MEHRİBAN, QAYĞIKEŞ, BÜTÜN MÜSBƏT XÜSUSİYYƏTLƏRİN HAMISINI ÖZÜNDƏ CƏMLƏŞDİRMİŞ HÖRMƏTLİ PROFESSORUMUZ KƏRİM MÜƏLLİM TAHİROVU DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM. KƏRİM MÜƏLLİMƏ XOŞBƏXTLİKLƏ 💯 YAŞ YAŞAMAĞI ALLAHDAN ARZU EDİRƏM!

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Cek London və Martin İden

Cek London və Martin İden

Ədəbiyyata gəlmək istəyən adamlara, xüsusən gənclərə daim bir neçə yazıçının əsərlərini oxumağı məsləhət görmüşəm. Onlardan biri də Cek London və onun özünə bənzəyən qəhrəmanının həyatından bəhs edən “Martin İden” romanıdır.

Mən bu iki adın bir-biri ilə “səhv”, daha doğrusu “qarışıq” düşdüyünün çox şahidi olmuşam. Yəni dəfələrlə təhsilli, yarımtəhsilli və təhsilsiz adamlardan eşitmişəm: “Martin İdenin Cek London romanı”… Və yaxud, əksinə…
Çek Londonun kim olduğu ədəbiyyatsevərlərə yaxşı məlumdur. O, amerikan yazıçısıdır. Cəmi 40 il yaşayıb.
“Martin İden” romanının eyniadlı qəhrəmanı da müəllifin özü kimi yazıçıdır. Martin İden təkcə ədəbi qəhrəman yox, həm də həyat qəhrəmanıdır. Özü də sərt həyatın sərt qəhrəmanı.
Martin İden moryakdır, dənizçidir. O, fiziki cəhətdən güçlü bir gəncdir. Cəmi 21-22 yaşı var. O, “yüksək” dairədən olan Ruf adlı qıza ilk baxışdan vurulur. Ruf savadlıdır, həssasdır, şıltaqdır, ağıllıdır. Bu xanım qız gənc dostuna ədəbiyyat, dil, mədəniyyət haqda ətraflı bilgi verir. “Qaba” Martin get-gedə elit həyata nüfuz edir və… yazıçı olmaq qərarına gəlir…
Bundan sonra ədəbiyyata gəlmək istəyən gəncin ağır, məşəqqətli, həmçinin maraqlı həyatı başlayır.
Martin İden dəniz fırtınalarından uzaqlaşıb həyat və yaradıcılıq fırtınalarına baş vurur. Sən demə, həyatın fırtınaları daha təhlükəli imiş. Bunu qəhrəman və oxucu bütün çalar və rəngləri ilə görür.
Gənc, güclü, əzmkar Martin gecə-gündüz yazır. O, yüksək cəmiyyətə can atır. Kitablarından bolluca qonorar almaq istəyir. Vurulduğu qızın- Rufun rəğbətini qazanmaq istəyir. Bir sözlə, o, cəmiyyətdə özünü təsdiq etmək istəyir.
Nədənsə bu qəhrəman mənə hər zaman təkcə müəllifin (Cek Londonun) özünü yox, həm də dahi fransa yazıçısı Balzakı xatırladıb. Çünki Onore de Balzak da bu “de” titulunu və sevdiyi qrafinya Evelina Qanskayanın rəğbətini, əslində məhəbbətini qazanmaq üçün çox məşəqqətlərə düçar olur.
Martin İden gecə-gündüz yazır və öz arzusuna çatır. O, artıq məşhur, imkanlı bir şəxsdir. Bütün Amerika ondan danışır.
O vaxtlar cəmiyyətdə ədəbiyyatın və yazıçının hörməti böyük idi. Hazırkı vaxt olsaydı ola bilsin ki, Cek London öz əsərinə ya siyasətçini, ya idmançını, ya da müğənni və ya da hansısa mafiozu, indiki anlamda “biznesmeni” qəhrəman seçərdi…
Mən əsərin məzmununu danışmaq niyyətində deyiləm.
Vaxtilə Fəlsəfə tarixi ilə paralel Dünya ədəbiyyatı tarixi üzrə də mühazirələr demişəm.
“Martin İden” romanını bir neçə dəfə oxumuşam. Əlbəttə, təkcə dərs dediyim üçün yox.
Mən hələ orta məktəbdə oxuyarkən bir neçə dəfə bu əsərin o başından vurub bu başına “çıxmışam”. Martin İden sonralar evdə, işdə, səfərlərdə də mənimlə çox “dostluq” edib. Hər oxuduqca da heyran olmuşam bu qəhrəmana.
Mən indi onunla “mübahisələrimi” də xatırlayıram. Əslində o, intihar etməyə də bilərdi.Onun yaşamaq “limiti” hələ tam tükənməmişdi. Belə bir nəhəng enerjiyə malik adam mövcud cəmiyyətə uzun müddət müqavimət göstərə bilərdi…
Amma Cek Londona və ya Martin İdenə “bəraət” verdiyim vaxtlar da az olmayıb. Axı bu zalım oğlu Cek London özü də sonda öz qəhrəmanı kimi intihar edir. Belə çıxır ki, yazıçı bu əsəri yazmaqla özünü bir növ ölümə hazırlayırmış.
Mən sonralar cəmi qırx il ömür sürmüş bu böyük ədibin “Həyat eşqi”, “Dəniz canavarı”, “Dəmir daban”, “Meksikalı”, “Aylı vadi” və digər əsərlərini də oxudum. Amma “Martin İden” sərt dəniz rəngləri və cəsur dənizçi xarakteri ilə yaddaşımda əbədi iz qoydu.
Yeri gəlmişkən, “Martin İden” romanını mərhum İslam İbrahimov dilimizə çox yüksək səviyyədə çevirib.
Ədəbiyyata gəlmək istəyən adamlara, xüsusən gənclərə daim bir neçə yazıçının əsərlərini mütləq oxumağı məsləhət görmüşəm. Onlardan biri də Cek London və onun özünə bənzəyən qəhrəmanının həyatından bəhs edən “Martin İden”idir. Bu əsər həm də ədəbi fırtınanın qoynuna atılmaq istəyənlər üçün bir dərslikdir, bir xrestomatiyadır.
Böyük yazıçının olumundan və ölümündən onillər keçir.
Cek London bu gün də əsərləri dünyada ən çox tirajlanan, deməli ən çox oxunan yazıçılardan biridir.
Elə bu gün də Cek London öz əsərləri ilə daim müasirdir, maraqlıdır, aktualdır.

Müəllif: Firuz MUSTAFA

Respublikanın Əməkdar incəsənət xadimi

Mənbə: Firuz Mustafa

FİRUZ MUSTAFANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün II Fəxri xiyabanda Vətən Müharibəsi Qəhrəmanı kapitan Surxay Noçuyevin anım mərasimi keçirilib.

Bu gün II Fəxri xiyabanda Vətən Müharibəsi Qəhrəmanı kapitan Surxay Noçuyevin anım mərasimi keçirilib. Tədbirdə qəhrəmanın döyüş yoldaşları, yaxınları, ziyalılar və məktəblilər iştirak ediblər. Şəhidimiz əvvəlcə məzarı başında anıldı. Ruhuna dualar oxundu. Valideynləri, döyüş yoldaşları, qələm adamları xatirələrini danışdılar. Məktəblilər şeirlər söylədilər. Sonra tədbir II Fəxri xiyabanın ərazisində şəhidin ruhuna ehsan süfrəsi açılmış mərasim evində davam etdi.

Noçuyev Surxay Əbdül oğlu haqqında

Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi verilib.
Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib.

“Kapitan” hərbi rütbəsinədək yüksəlib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.

Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” medalları ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ona “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra), “Vətən uğrunda” medalı (ölümündən sonra), “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.
2021-ci ildə Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşir) Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin adı verilmişdir.

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ramiz İsmayıl “Erməni Borisov” haqqında

“”ERMƏNİ BORİSOV” povestim haqqında dost sözü silsiləsindən yazılar gəlməkdə davam edir. Natamamlıqlar var. Xaliq Azadi bəzi qüsurları deyib, aradan qaldırmalıyam. Ramiz İSMAYIL da ürək sözlərini yazıb göndərib.”  Əli bəy AZƏRİ

YAZARLAR.AZ  RAMİZ İSMAYILIN HƏMİN YAZISINI TƏQDİM EDİR:

RAMİZ İSMAYIL YAZIR:
“Əli bəy Azərinin “Erməni Borisov” adlandırdığı povestində aktual mövzuya toxunulub. Hadisələr XX əsrin səksəninci illərini əhatə etsə də, bu günümüzlə, hətta sabahımızla səsləşən bir əsərdir. Povestin əvvəlindən hiss olunur ki, aşağıdan yuxarı vəzifə kürsüsündə kök salmış bəzi “ermənipərəst həşəratlar” (həm də çox qorxulu həşəratlar) öz mənsəbləri naminə, şöhrət və vəzifələri naminə, nəhayət, qarınları naminə xalqın, vətənin mənafeyindən çox özləri barədə düşünmüşlər. Bəla burasındadır ki, o vaxtlar, elə indi də Toğrul kimi vətənini, xalqını sevənləri, haqq-ədaləti qorumağa çalışanları avam, ağılsız, başıboş hesab edirlər. İş yoldaşları belə Toğrula arxa-dayaq olmaqdansa, rəhbərliyin qəzəbinə tuş gəlmək qorxusundan ondan uzaq olmağa çalışır, başına “ağıl” qoymaq istəyirlər. İdarədə ondan canlarını qurtarmaq üçün sadə bir üsula əl atırlar. Yaradıcılıq – istirahət evinə dincəlməyə göndərirlər. Özü də hara – Zaqafqaziyanın zümrüd gözü Dilicana…
Yazıçı Toğrulun Dilicandakı istirahətini və fəaliyyətini, qənaətimə görə, səthi təsvir edib. Orda baş verən hadisələr, nədənsə, qabardılmayıb. Əli bəy xırda-para epizodlarla, bir-iki görüşlə kifayətlənib. Bəlkə də müəllif Dilicandakı hadisələri geniş təsvir etməyi qarşısına məqsəd qoymayıb.
Toğrulun Dağlıq Qarabağ bölgəsinə ezamiyyəti dövrü hadisələr daha dinamik təsvir olunub. Ermənilərin xisləti bəllidir, dəyişməyib, yüz il əvvəl necəydisə, eləcədir. Povestdəki təsvirlər fonunda bu daha aydın görünür. Stepanakertdə (Xankəndində) baş verən və təsvir olunan hadisələr povestin əsas məğzini təşkil edir.
Nəhayət, əsərin kulminasiyasına nəzər yetirək. İdarə rəisi çoxdan gözlədiyi fürsəti tapır. Stepanakertdə (Xankəndində) Şamilin, katibəsi Noranın qayınlarına, dayılarına, əmioğlanlarına, xalaqızlarına və digər qohumlarına keçi, inək deyib “aşağılayan” Toğrul özü hədəfə tuş gəlir. Nənəsi Nora (ümumiləşdirilmiş obraz), anası Nora, arvadı Nora, katibəsi Nora olan müdirdən başqa nə gözləmək olardı? Toğrulun – belə bir mübariz insanın eləmədiyi günah qarşısında işdən azad olunaraq sakitcə, acizanə tərzdə uzaqlaşıb getməsi təəssüf doğurur. Çünki mübarizəni davam etdirməkdə onun kömək gözləyəcəyi və görəcəyi bir adam yox idi.
Harın ermənipərəstlərin tör-töküntüləri indi də var. İstərdim ki, Əli bəy povestin davamını bu günümüzə köçürsün. Adını, soyadını dəyişən buqələmunlar kifayət qədərdir. Onlar nəinki yuxarı vəzifələrə nüfuz edə, hətta dərsliklərə öz erməni uydurmalarını sala, uşaqlarımızın dupduru könlünü bulandıra, zehnini zəhərləməyə çalışırlar.
Povesti uğurlu bir əsər hesab etmək mümkündür!”

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə – Həsrət.

Həsrət

Məni payız seçdi fəsil içində,
günümü xəzanlar hey tumarlayır.
Sənin əllərini göylər saxlayır,
mənim dizlərimi yer qamarlayır.

Sənsizlik hər gecə üşüdür məni,
donur öpüşlərin izi üzümdə.
Baxışım gözündə ağlayır sənin,
bir ağac göyərir köhnə izimdə.

Bir sazaq içimdən titrədir məni,
bahar istəyimi qəfil don vurur.
Havası sorulmuş bu boş qəfəsdə
həsrətin özünə təzə ev qurur.

Bu sənsiz dünyada nəyim var mənim?
Çəkilib gedirəm bu yer üzündən.
Nələr çəkdiyimi göydəki bilir.
“Ah!” yerin yeddinci qatından gəlir.

Müəllif: Rəfail TAĞIZADƏ.

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc

Bu derin mavi gökyüzü kimin?

Neredeyse şafak vaktiydi, uzaktan gölgeni gördüm
Gökyüzü mor kahverengiden maviye dönüyordu…
Biraz daha yürüdükçe kahverengiye doğru siyah bir bulut akıyordu, adı sürgün bulutuydu ve etrafında dilleri kelepçeli yüzlerce insan vardı.

Çok mutlu görünüyordun, sürekli gülümsüyordun

Seni orada gördüğüme pek sevinmedim.
Çünkü yalnızlığın ne olduğunu çok iyi biliyordum
Yalnız büyüdüm, aç ve sefil bir hayat yaşadım

Son kez mavi gökyüzüne baktım.
Bir asırdan fazla uzakta olmasına rağmen sanki uzanıp ona dokunabilirmişim gibi yakın görünüyordu.

Sonra bir kez daha seni hüzünle düşündüm.
Elimi uzatsam sana ulaşabilir miyim?

Kendi kendime konuştum, denemeden bilemezsin dedim

Elimi uzattım ve parmaklarım kurumuş bir yaprak gibi başımın üzerine düştü

Annem ben doğmadan önce bana her şeyin bu kadar zor olduğunu söylememişti. “Bana her şeyin mükemmel olacağını söyledi”

Kendime dokunuyorum, aynaya bakıyorum ve büyüdüğümü görüyorum, tam olarak insan olmasam da insan olduğumu görüyorum.

Peki eğer insansam neden kendime her baktığımda kendimi kendi toprağıma davetsiz gelmiş bir misafir gibi görüyorum?

Üstelik olan biten her şeyin sorumlusu benmişim gibi kendimi cezalandırıyorum.

Her şeyden uzak, korkularla dolu, bulanık bir atmosferin içindeyim sanki.

Uzaktan zayıf bir sesle, “Ya bu deveye bineceksin, ya da bu kızıl toprakları terk edeceksin” diyordu.

Bunu düşündükçe ben de sinirleniyorum. Kaç kişi artık kendi topraklarında yabancı gibi yaşıyor? Ya da kaç kişi bu durumu yaşayıp sessizliğini korudu?

Kâğıda çizilen çığlıklardan bahsetmiyorum, kâğıda çizilen kahkahalardan bahsetmiyorum.

Neden kimse bana cevap vermiyor? Neden bana cevap vermiyorsun?

Kardeş olduğumuzu bana milyonlarca kez söylediğini duydum.
Senin üzüntünün benim üzüntüm olduğunun söylendiğini defalarca duydum.

Ne oldu şimdi? Ben misafir gibi oldum, sen de ev sahibisin. Bahçemdeki gülleri suyla değil kanla sularsın.

Ah, ah biliyorum, biliyorum, üzgün görünenler, soğuk ırmaklardan boğazları şişene kadar su içerler, sonra susuzluktan öldüklerini söylerler.

Dikenli bir yolda yürümemiş bir ayak, diken batmasının ne kadar acı verici olduğunu bilemez.

11/11/2023-Paris.


#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞAHLAR HACIYEV YAZIR:

“”ERMƏNİ BORİSOV” povestini 8 noyabr 2023-cü ildə bitirdim. Yaza-yaza fb-də iki kiçik hissəni paylaşmışdım. Dostlardan gələn reaksiya məni bir az da həvəsləndirmişdi. Odur ki, yekunlaşdıran kimi bir neçə dosta oxuyub münasibət bildirmək üçün göndərdim. İlk reaksiya ŞAHLAR HACIYEVdən gəldi. Dərin təşəkkürümü bildirir, bağrıma basıram.”  Əli bəy AZƏRİ

YAZARLAR.AZ ŞAHLAR HACIYEVİN HƏMİN YAZISINI TƏQDİM EDİR:

“ERMƏNİ BORİSOV” haqqında

“Əli müəllim salam.
Povesti belə gec oxuyub reaksiya verməyimi üzürlü hesab edin. Bir az cizəm, mənbəəyə girişi gec tapdım. Sonra da Messencerim müvəqqəti dayandırdılar, qaldı yarımçıq. Şükür ki, öz-özünə açıldı.
Povest haqqında şəxsi münasibətim belədir. Məncə, mövzu elə mürəkkəb tarixi hadisələrdən götürülüb ki, onu ugurla və inandırıcı finala çatdırmaq, izah etmək böyük hünər tələb edir. Əlbəttə, bu mövzuda əsərlər çox yazılıb, bəzilərini oxumuşam. Siyasi ədəbiyyatda, tarx kitabların da idioloji istiqamət üzrə 1988-ci ildən bu yana baş verənlərin izahı, səbəb və nəticəsi artıqlaması ilə öz əksini tapıb. Amma ziddiyyətli, qaranlıq qalan məqamlar da var ki, onun subyektiv təsviri, izahı olmalıdır. Bu da düşür yazıçıların, tədqiqatçıların boynuna. Necə oldu ki, əsrin ən böyük faciələrindən olan Qarabağ müharibəsi “zühur etdi?” O sualın cavabını “Erməni Borisov” povestində tapmaq olar. Bu separatçılıq, ekspansiya öz -özünə, birdən-birə yaranmışdımı? Nədən yaranmışdı? Hansı səbəblər bu işi mürəkkəbləşdirib, Qarbağ müharibəsinə qədər müşayət etmişdi? Bütün bunlar əsərin qəhrəmanı Toğrulun dinamik və maraqlı fəaliyyəti prosesində addım-addım izlənilərək oxucuda münasibət formalaşdırır.
Ermənilərin milliyətçilik azarına tutulmağını ümumu, beynəlmiləl dövlət üçün təhlükə sayan Togrul bu işin tədqiqatına başlayarkən, heç ağlına gəlməyən mürəkkəb və qorxulu tendensiya ilə üzləşir Nəinki Yerevanda və Dilicanda, hətta respublikanın daxılındə olan Dağlıq Qarabağ Muxtar Vilayətində, Şaumyankənddə, Ermən Borisovada, Stepanakertdə yerli əhalinin erməni dilindən başqa bir dildən istifadə etmədiklərini, Bakını, Gəncəni, hətta bütün dünyanın tanıdığı Nizamını belə tanımadıqlarını, Yerevandan gələn millətçi – şovinistlərin Qrabağın ətəyindən yapışıb ermənilərə bağladığını görüb dəhşətə gəlir. Erməni xislətində olan ələ almaq, gözə girmək, bunun üçün də qadınlarla almaq siyasəti də Toğrulu məqsədindən yayındırmır. O, bu hadisələrin kökündə duran səbəbləri, qüsurları düzəltmək üçün əsil fədailik edir.
Stepanakertdə “Bilik” cəmiyyətinin təhsil işçiləri üçün yığdığı tədbirdə Toğrulun monoloqu əsərin, mən deyərdim ki, leytmotividir. Yerevandan qonaq gəlmiş millətçi ünsürlər Urartunu, Assuriyanı ermənilərin adına yazıb əhalini coşduranda, Toğrul onları düzgün yola qaytarmağa çalışır və buna qismən nail də olur. O, erməni mədəniyyətinin nümünələrindən, erməni klassiklərindən nümunə gətirib Qarabağlı erməninin Nizamini belə tanımadığını, azərbaycan dilini bilmədiyini, Yerevandan gələnlərin tarixi uydurmalarını mədəni bir dildə ifşa edəndə, onları inandıra bilir və iclasda iştirak edənlər mövcud yanaşmaya etiraz edirlər. Heç vaxt Bakıdan gələnlərin onlara həqiqəti belə açıq , inandırıcı çatdırmadığını, onların diqqətdən kənarda qaldığını bildirib, hətta öz başbilənlərini də günahlandırırlar. Bu, məncə yazıçının baş vermiş hadisələrə, tarixi həqiqətə realist yanaşmasədır. Əli bəy səbəb kimi təkcə erməni şovinizmini deyil, həm də o vaxtki Resspublika icra orqanlarının milli məsələdə, dövlət təhlükəsizliyinə zidd olan biganəliyini, siyasi səbatsızlığını da bu məqamda açıb oxucuya göstərir.
Sonda Toğrulun özünün qurbanlıq kimi görünməsi mürəkkəb bir prosesin, faciənin baş verəcəyini göstərir.
Hadisələrin davamı kimi “Hərbi Zəngilan”ı, “Adsız Döyüş”ü götürmək olar. Amma daha dolğun olması üçün “Erməni Borisov”u bir az da uzadıb roman etmək olardı və sanki bunun üçün ayaq yeri var. Toğrulun “işlərə burun soxub” vəzifəliləri incitdiyi povesti bitkin etsə də, sanki 1988-ci ilə qədər izahsz bir nüans qalır. Bu mənim öz düşüncəmdir. Mənim povest haqqinda münasobətim belədir. Maraqlıdır. Zənnimcə, uğrlu olacaq, oxucularını sevindirəcək”.

Hörmətlə:
Şahlar HACIYEV
 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru