www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

“Xəzan” jurnalının baş redaktoru, əslən Zəngilandan olan yazıçı, I Qarabağ müharibəsi iştirakçısı Əlibəy Azəri ilə görüş keçirilib.

Hərbi – vətənpərvərlik mövzusunda görüş
25 oktyabr Xaqani Poeziya Evi və Mərkəzləşdirilmiş KS-nın birgə təşkilatçılığı ilə “Xəzan” jurnalının redaktoru, əslən Zəngilanımızdan olan yazıçımız, l Qarabağ müharibəsi iştirakçısı Əlibəy Azəri ilə görüş keçirilib.
Tədbir Dövlət Himnimizin səsləndirilməsi və Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükut ehtiramı ilə açıldı. Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova tədbir iştirakçılarını salamlayandan sonra Poeziya Evinin müdiri, şair AY Bəniz Əliyar qonağın tərcümeyi-halı və ədəbi fəaliyyəti haqqında dolğun məlumat verdi. Çıxışçılar arasında Shabran Mks -nin direktoru Firəngiz Aslanova, yerli yazarlardan şair Bayram Novruz, Əşrəf Dağbilicili, Nermine Rzayeva, Gülnar Zakir Qızı, yazıçı dostlardan Daşqın Məmmədov, Vüsalə Anar da var idi. Məktəblilər də tədbirə xüsusi rəng qataraq onları maraqlandıran sualları müəllifə ünvanladılar.
Tanınmış yazıçı hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlər haqqında və keçdiyi döyüş yolundan söz açdı, sualları cavablandırdl, kitablarından tədbir iştirakçılarına hədiyyə etdi. Tədbirdən fotolar:

Fotoqraf: Füzuli Baratov

Nəticədə tədbir iştirakçıları yazıçının hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlər, “XƏZAN” jurnalı və keçdiyi döyüş yolu ilə tanış olub. Maraqlı diskusya şəraitində baş tutmuş görüşü zamanın tələbləri ilə səsləşən, aktual məsələlərin həlli istiqamətində təklifləri özündə ehtiva edən faydalı tədbirlərdən biri kimi dəyərləndirmək lazımdır.

“YAZARLAR”  JURNALI olaraq, bu qəbildən olan bütün fəaliyyətləri yüksək qiymətləndirir və işıqlandırmaqdan qürur duyuruq. Uğurlarınız bol olsun!!!

Mənbə: Xaqani Poeziya Evi

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Əli Rza Xələfli – Ağla dağlar…

Ağla dağlar

Məhəbbət Kazımovun ölümünə

Bir bülbül oxudu getdi,
Qəlbini toxudu getdi.
Elə bil yox idi getdi,
Kəs yolunu,saxla dağlar,
Ağla dağlar,ağla dağlar.

Ox dəydi yarada qaldı,
Gözləri qarada qaldı.
Ayrılıq arada qaldı,
Bu yaranı bağla dağlar
Ağla dağlar,ağla dağlar.

Gəlir ki,uyuya yata,
Dərdinə, qəminə bata.
Gümandı vüsala çata,
Bu hicranı dağla, dağlar,
Ağla dağlar,ağla dağlar.

Ağladı könlümün quşu,
Taladı ağılı,huşu.
Soyuqdu dağların başı,
Bir haray sal,çağla dağlar.
Ağla dağlar,ağla dağlar.

Ölümdümü,oldumu bu,
Bir bülkülməz qoldumu,bu
Gedər-gəlməz yoldumu bu,
Bağla dağlar,bağla dağlar.
Ağla dağlar,ağla dağlar.

Kəmənd elə qurşağını,
Çək qoynuna uşağını,
Tutma qana qaşığını.
Bulud-bulud ağla dağlar,
Ağla dağlar,ağla dağlar.

Bir aşiq yol gəlir sənə,
Bir həsrət qol gəlir sənə.
Qəhərə dol,gəlir sənə…
Qol açıb qucaqla,dağlar,
Ağla dağlar,ağla dağlar.

24.10 2015.

Muəllif: Əli Rza Xələfli

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səadət Qərib – Sənsizliyin tablosu.

Sənsizliyin tablosu
(esse)
Sənlə mən bu qədər uzun müddət ayrı qalmamışdıq..
Mən ayrılığın bu dərəcə acı olduğunu heç təsəvvür belə etməmişdim ..
Sən getdiyindən bəri unutmuşam hər şeyi..
Səndən başqa hər şeyi..
Hətta özümü, var oluşumu…
Güzgüyə baxmağı belə…
Bilirsən ki, güzgüyə baxmağı çox sevərdim..
Bu gün uzun zaman sonra aynanın qarşısına keçdim..
Ordan boylanan qızı tanımadım..
Çox dəyişmişdi..
Gözlər eyni olsa da, baxışlar fərqli idi…
Soyuq baxırdı…
O gənc, çılğın, nəşəli qız getmiş,yerinə tam başqa biri gəlmişdi…
Az müddətdə
kədərli qırışlarla kimsəsizliyin tablosu çəkilmişdi çöhrəsinə.
Soyuq bir hava çökmüşdü gözlərinə…
Sənsizlik tablosu …
Mən səni unutmaq istəmirəm, amma sənsizliyi unutmaq istəyirəm.
Çünki “sənsizlik” ,sənin yoxluğunu hər addımımda mənə xatırladır.Axı mən alışa bilmirəm sənin yoxluğuna..
Sən gedəndə əlvida demədi sənə dilim, çünki, bu bir əlvida deyil, biz sənlə gec-tez yenidən görüşəcəyik.. Bilirəm mənsiz orda qəribsən mənim kimi.
Yeni dünyamızda görüşmək ümidiylə ey unuda bilmədiyim adam..

Müəllif: Səadət QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ruhiyyə Poladova bu günlərdə qardaş Türkiyədə səfərdə olub.

FAYDALI SƏFƏR.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin l vitse prezidenti Ruhiyyə Poladova bu günlərdə qardaş Türkiyədəki səfərdən maraqlı xəbərlərlə qayıdıb.Belə ki,mədəniyyət sahəsində müəyyən məsələlər üzrə faydalı təkliflərlə qarşılıqlı layihələrin və belə qarşılıqlı görüşlərin həm Türkiyədə,həm də Bakıda keçirilməsini məqsədəuygun olduğunu nəzərə almışlar.Mədəniyyətlər arası mədəni irsimizlə daha dərindən tanış olmaq qarşıdakı fəaliyyətimiz üçün genış perspektivlər aça bilər.O cümlədən,mədəniyyət və incəsənət adamları ilə qarşılıqlı əlaqələrin daha sıx olmagına gətirib çıxarar.
Türkiyədə olarkən R.Poladova İstanbul Pendik Bələdiyyəsi Kultur işlər müdiri Mustafa Kemal Çalıkcı ilə gələcək müştərək fəaliyyətimiz barədə ətraflı söhbət aparmış,belə qarşılıqlı görüşlərin faydalı olacagını vurgulamışdır.
Eyni zamanda teatro oyunçusu,yönetmen və yazan Zülfükar Yazcaqla iş birliyi qurmağa razılııq almışdır. Görüşlərin faydalı olacagına ümid edən Ruhiyyə xanım artıq layıhənin həyata keçirilməsinə start vermişdir.Bu işdə şübhəsiz,Mədəniyyət Nazirliyinin də köməyinə arxalanmaq olardı.Görüş zamanı xatirə şəkilləri çəkilmişdir..


Məlumatı hazırladı: Nəzakət Eminqızı,DAMM- nin və “Yazarlar” jurnalının əməkdaşı ,AJB- nin üzvü,yazıçı- publisist.

Anar və Zemfira xanım – Anar – 85

61 illik birlikdəlik – Anar və Zemfira xanım.

Fotonun müəllifi: Vasif Ayan.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həvva Adəmsoy AYB-nə üzv qəbul olunub. – Təbrik!

Həvva Adəmsoyu Azərbaycan Yazıçılar Biliyinə üzv qəbul olunması münasibətilə təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Həvva xanım!

Qeyd edək ki, Həvva Adəmsoy məşhur “Şeyx Şamil” tarixi romanın müəllifidir:

“Şeyx Şamil” tarixi-publisistik romanı bu günlərdə “Vətən” nəşriyyatında nəfis şəkildə çap olunub.

AZƏRTAC xəbər verir ki, yazıçı-publisist Həvva Adəmsoyun böyük sevgi ilə qələmə aldığı bu roman müəllifin zəhmətinin, tədqiqatçı inadının sayəsində ərsəyə gəlib. Əsərdə dağlılar arasında yaşayan və artıq əfsanələşmiş Şeyx Şamil obrazı kifayət qədər canlılığı ilə təqdim edilib. Hiss olunur ki, müəllif qüdrətli xalq qəhrəmanının həyat yolu ilə bağlı xalq arasında yaranmış yarıməfsanəvi, yarımtarixi hadisələrin bir çox təfərrüatlarını zaman-zaman öyrənib. Əsəri işləyərkən həmin əhvalatlardan istifadə edib.

Kitabın redaktoru və “Ön söz” müəllifi şair-publisist Əli Rza Xələfli, rəyçisi professor Hikmət Mahmuddur.

Həvva Adəmsoy Şamil sorağı ilə Rusiya, Türkiyə, Azərbaycan, hətta İran və ərəb mənbələrinə də müraciət edib. “Ön söz”də deyildiyi kimi: “Şeyx Şamil” kitabı dəyərli tədqiqat əsəri olmaqdan başqa, həm də günümüzün dəyərli bir tarix əsəridir. Axı Şeyx Şamil özü tarixin bir hissəsidir. Tarix isə öz yaddaşını heç nəyə güzəştə getmir”.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Musa Aslanxanlı – Ədəbi mühit haqqında xatirə

Bir xatirə… Səməd Vurğun məqalələrinin birində:“Mən şair Əhməd Cəmilin şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir… Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır” -yazırdı. Həmin şairi- Əhməd Cəmili xatirladim.

Şəkildə “Ulduz” jurnalının redaksiyasında Əhməd müəllimin ətrafına yığışmışıq.Ustad şairlərimizin ruhu şad olsun.Mən o vaxt AYİ-da bir şöbədə işləyirdim. İttifaqın nəşrlərinə köməklik göstərən, onların vaxtlı-vaxtında çapına nəzarət edən şöbə idi. Əslində iş elə qurulmuşdu ki, bizə çox ehtiyac olmurdu.Şöbədə iki nəfər idik. Musa Yaqub müdir idi, mən işçi. Musa müəllim ədəbiyyatı təbliğ birosu xətti ilə, ya elə özünün bir işi ilə bağli çox vaxt rayonlarda olurdu.Mənə də tapşırığı beləydi ki, birdən iş olar, bir tapşırıq olar, heç olmasa ikimizdən birimiz iş yerində olaq. Əlbəttə, mən o tapşırığa əməl etməli idim. Getməli bir yerim olsa, icazə almalı idim. Ciddilik vardı…
Bir səhər mənə xəbər verdilər ki, Əhməd müəllim sizi çağırır. Əhməd müəllim bəzən xəstə-xəstə işə çıxırdı,onunla ünsiyyətdə bunu nəzərə almalı idik. Getdim, görüşdüm. Əhməd müəllim məni çox nikbin, mehriban qarşıladı.Hal-əhval soruşdu. Nəcib,qayğıkeş, əslizadə insan idi… Sözü,cümlələri dupduru…Kiminsə xətirinə dəyməsin deyə, səsi,tələffüzü,intonasiyası da yatımlı…
-Sənə tapşırığım olacaq-,dedi.
-Buyurun.
-“Ulduz” jurnalının çapı gecikir, mən də zəng etməli yerlərə zəng etmişəm, demişəm, hələ ki bir nəticə yoxdu. Sən bu işlə bir maraqlan.
Sağollaşıb, çıxdım.Əhməd müəllim mənə iş tapşırıb,məni ruhlandırıb… Sonradan fikirləşirəm, bəlkə də onun məqsədi elə bu imiş…

Jurnal həm də Azərbaycan LK MK orqanı idi. Məsələ ilə bağlı əvvəl həmin ünvanda oldum, orada müvafiq şöbədə işləyən tanınmış imza sahibi, diqqətəlayiq şeirlərin müəllifi Məmməd Muradla görüşdüm. ( O sonralar Murad Baykal imzası ilə tanındı)
Murad müəllimə fikrimi belə çatdırırdım ki, problemlər yarananda birlikdə hərəkət etməli, o problemi aradan qaldırmalıyıq…
O da nəşriyyata zəng etdi. Mətbəədəki vəziyyətlə maraqlandı… Tapşırıqlar verdi…
Mən sonra nəşriyyata getdim, orda da məsul şəxslərlə görüşdüm. Mümkün qədər çalışıb, nəşri tezləşdirmələrini xahiş etdim.
Səhərisi gün işə gələndə Əhməd müəllim mənə təşəkkür etdi:
-Yaxşı eləmisən, gedib onları bir silkələmisən, hərəkətə gətirmisən…
….Ancaq səhhətimə görə mən şəhərdə-o iş yerində qala bilmədim. Kəndə qayıtdım…
Səhhətimdən danışmışkən, Səyavuş Sərxanlının kənar tərəfində oturan şəxsi, rəhmətlik Vidadi Məmmədovu xatırladım. Çox istedadlı adam idi, ancaq demək olar ki, yazmadı, mənim yadımda bir hekayəsi qalıb. Az danışardı,ancaq ortaya gələn hər hansı bir məsələni aydınladan sərrast fikirlər deyərdi…. Yaddaşlarda qalan eyhamları, atmacaları da olurdu. Bir dəfə də məni hədəfə aldı.
Günortadan sonra redaksiyada çox vaxt şahmat oynayırdılar. Bəzən mən də orda olurdum. Deməli, başıma yay gününə uyğun ağ panama qoymuşam. O panamalar da cavanların yox, əsasən, yaşlı adamların başında olur. Vidadi bir-iki dəfə mənə baxandan sonra:
-Musa müəllim də böyüklərin sırasında addımlayır, panama elə belə deyil…
Bilmədim nə deyim. Ona münasib elə cavab vermək lazım idi ki, əlavə bir sözə imkan yaranmasın. Ramiz Rövşən də ordaydı, oyuna baxırdı, o atmacaya Ramiz Rövşən cavab verdi:
-Musa müəllim o panamanın altında özünü, sağlamlığını möhkəmləndirir…
Çox düzgün cavab idi…
Bu şəkildə olanlardan dünyasını dəyişənlər var. Ruhları şad olsun. Həyatda olanlara möhkəm cansağlığı arzulayıram.

Mənbə: Musa Aslanxanlı

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm isabəyli – NƏFSİN AHI


NƏFSİN AHI
(hekayə)

Uşaqlıqda anam atamın üstünə qışqıranda, elə bilərdim, dünyada anamdan güclüsü yoxdu. Bir az böyüyəndən sonra gördüm atam anamın da üstünə qışqırır, bizim də. Onda da elə bildim atam hamıdan güclüdü. Böyüdüm, başa düşdüm ki, yooo… xxx… dünyada yeganə bir güc var, o güc heç adamların üstünə qışqırıb eləmir. Gəl ki, onların canını da ala bilir! Özü də bu elə gücdü ki, yoxluğundan yoxsul əzziyyət çəkir, varlığından varlı! Tamamilə düz tapmısınız, Puldan danışıram! Sevdasını saldım ürəyimə.
Ali məktəbi bitirəndən sonra nəşriyyata işə girdim. Eşitmişdim yazıçılar yaxşı qazanır. Başladım yazmağa. Kitabım da çıxdı, amma qonorar kimi heç mürəkkəbimin də pulunu vermədilər mənə. Böyük qardaşımın dostu vəzifə sahibiydi, onun hesabına nəşriyyat redaktoru da oldum.
Bir ay işləyib yerimi qızdırmamışdım ki, bir gün dedilər:
–Direktor səni çağırır.
Başılovlu özümü saldım qəbul otağına. Katibə əliylə açıq qapını göstərdi. Girdim içəri.
–Cənab redaktor, bu, rus yazıçısı F.Dostoyevskinin Azərbaycan türkcəsinə tərcümə edilmiş əsəridi. Bunu redaktə edə bilərsən?
–Əlbəttə, cənab direktor!
Qovluğu qoltuğuma vurub, eşiyə çıxanda mülayim səsini eşitdim:
–Bir ayaq saxla, cənab redaktor.
“Geri dön!” əmrini almış əsgər kimi fırlanıb üzü arxaya dayandım:
–Eşidirəm, cənab direktor?!
–Göz-qulaq ol, müəllif gələcək, qarşılayarsan.
Cəld qovluğun üstünə baxdım:
–Bunu deyirsiniz, Dostoyevskini?!
–Tamamilə düz tapmısan.
Otağıma gedib, qovluğu açıb qoydum qabağıma. İşgüzar görkəm alıb, başımı tərcümənin üstünə əyib, əlimdə qələm, canidildən işləməyə başladım. Dostoyevski də indi gələr… Birdən əlimi elə bil qaldırıb vurdular alnıma – şapp elədi – a kişi, bu əsəri tərcümə eləyən məndən yüz qat savadlıdı, mən onun işinə nə redaktorluq eləyə bilərəm?! Odur ki, başladım bir-bir vərəqləri çevirməyə. Axır ki, gün axşam oldu. Dostoyevski də gəlib çıxmadı. Durub getdim direktorun yanına. Ağzımı qoymadı açmağa:
–Dostoyevski gəlmədi, deyirsən?!
–Gəlmədi, cənab direktor.
–Bəs kitabdan bir şey redaktə eləyə bilmisən?
–Əlbəttə, cənab direktor.
–Tərcümeyi-halını da?
–Əlbəttə, cənab direktor.
–Get, tərcümeyi-halını bir də redaktə elə.
Elə ki, ilk vərəqi açdım, bahooo… gördüm, zalım oğlu Fyodr Dostoyevski, demə 100 il qabaqdan rəhmətə gedibmiş! Day haray haraya çatacaqdı?! Düz bir həftə direktorun gözünə görünmədim – pərt olmuşdum.
Verən əlim var idi. Göyçaydan 5 dənə “mənəm-mənəm” deyən üçillik xoruz gətizdirdim. Yalançılar sözü, hərəsi bir quzu boyda idi. Bilirdim ki, direktor yaşlı xoruzların ətinə aşiqdi, verdim evlərinə, keçdi günahımdan. Amma arabir pərt eləyirdi məni:
–Həəə… Dostoyevski də gəlib çıxmadı.
Bir neçə ildən sonra Şahlıq quşu qondu başıma. Qardaşımın dostu Mətbuat naziri oldu. Nazir də əvvəl məni balaca bir vəzifəyə qoydu, ordan da nəşriyyat direktorluğuna gətirdi.
Bahooo… pul burda imiş ki! İşə adam götürmək, müəllif qonorarı, kitab satışı… hərəsindən bir az qırtanda bolluca qazanırdım.
Pula elə vərdiş eləmişdim ki, bir gün əlimə dəyməyəndə əsməcəyə düşürdüm.
Görmədiyim günə düşmüşdüm – evim-eşiyim, bağım, hovuzum, maşınım qoşa-qoşa, amma ar-vadım tək idi.
Nə başınızı ağrıdım, bu xoşbəxtliyin içində qan təzyiqi də tapdım, şəkər də, bel ağrısı da.
Bir gün də gözlərim tutuldu.
Oğluma dedim:
–Yığış gedək Moskvaya, Fyodorovun yanına, gözümün işığını qaytarsın mənə.
–Ay ata, Fyodorov sehrbazdı?!
–Nə danışırsan, Svyatoslav Fyodorov dünyanın ən böyük göz cərrahlarından biridi!
–Axı o, sənin gözünün işığını necə qaytara bilər?!
–Ay bala, pulu aparıb ölünün yanına qoysan, vallah, durub dalı üstə oturar!
–Ağlım kəsmir, ata.
–Artıq-əskik danışma, Fyodorovun pula bizdən də çox ehtiyacı var! Qızıl xəncəri də götür, gözlərimin işığını qaytaran kimi bağlayacam belinə!
Getdik Moskvaya.
Fyodorov başladı gözlərimi yoxlamağa. Cibimdə pul, ürəyimdə təpər, yekə-yekə soruşdum:
–Necədi, cənab professor, gözümün işığını nə vaxta qaytarırsınız?!
–Tələsiməyin, yoldam, imkan verin…
Düzü bu saymazlığı gözləmirdim heç. 10-15 dəqiqədən sonra dözmədim:
–Gözümün işığını qaytaracaqsınız, doktor, niyə demirsiniz?!
–Təəssüf…
–“Təəssüf” nə deməkdi, doktor?!
–Gözlərinizin işığını bərpa eləmək mümkün deyil!
–Niyə bəs?!
–Şəkərin fəsadıdı!
–Olsun da… sizin əlinizdə nədir ki, bu?!
–Bağışlayın, mən sehrbaz deyiləm!
–Cənab professor, nə qədər istəsəniz, verəcəm.
–Nə verəcəksiniz, yoldaş?!
Əlimi şappıltıyla vurdum sağ cibimə:
–Pul!
Fyodorov əyilib qulağıma pıçıldadı:
–Pul hər şeyi həll eləyə bilmir, əziz dost!
Nə pulu götürdü, nə də xəncəri verdim.
Mehmanxanaya qayıtdıq. Cibimdəki pulları çıxarıb atdım stolun üstünə. Oturdum çarpayıda, başım saplağı qırılmış armud kimi düşdü sinəmə.
Oğlum soruşdu:
–Ata, pulları neyləyim bəs?!
Səsindən hiss elədim ki, gözləri parıldayır. Demə, məndən də bərk pul aşiqiymiş zalım balası. Dözmədim:
–Pulu neyləyirsən?!
–Bıy, pulu neyləyərlər, ata?!
–Bax elə biri mən, indi neyləyə bilirəm ki, sən də neyləyəsən?!
Dinmədi.
–Cır at, sal təpiyinin altına, gözüm görməsin onu!
–Nə danışırsan, ata, pulu da cırıb atarlar?!
–Bala, pul mənim minilliyimi əlimdən aldı! Elə fikirləşirdim ki, hər bəlamın qabağında qalxan olacaq! Uşaq aşıq yığan kimi yığırdım. Pulun gücsüz olduğunu da gördüm! Bəlkə də bu, pulun gücsüzlüyü deyil, nəfsimin ahıymış ki, məni də tutdu! Lənətə gəlsin pulu!
14-22.10.2023

Müəllif: Qəşəm İsabəyli

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şairlərimiz ” Atatürk ” və ” Turan Birliyi” beynəlxalq medalları ilə təltif olundu.

Şairlərimiz “Atatürk” və “Turan Birliyi” beynəlxalq medalları ilə təltif olundu.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,tanınmış teleradiojurnalist,şair-publisist Mübariz Süleymanlı qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Cukuroba Ədəbiyyatçılar Birliyinin təsis etdiyi ” Atatürk” beynəlxalq medalı və Mərkəzi Asiya “Yeni Avaz” Yazıçılar və Tarixçilər İttifaqının və “Əmir Teymur” fondunun təsis etdiyi” Turan Birliyi ” beynəlxalq medalları ilə təltif olunub.Azərbaycanın digər şairləri-Mikayıl Bozalqanlı,Elman Tovuz,Arzu Nehrəmli və Nəcibə İlkin isə “Turan Birliyi” beynəlxalq medalı ilə təltif olunublar.
Ödülləri ölkəmidə səfərdə olan
Qırğıstan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi,
Mərkəzi Asiya ” Yeni avaz” Yazıçılar və Tarixçilər Birliyinin sədri, Əmir Teymur fondunun rəhbəri Joldoşbek Akılbeyoviç Monoldorov və bu təşkilatların türk respublikaları üzrə baş koordinatoru İlqar Türkoğlu təqdim ediblər.
Elman Tovuz ocağında keçirilən gecənin aparıcısı şair Mübariz Məsimoğlu türk xalqlarının ortaq dilindən,eyni soy-kökə malik olmasından danışdıqdan sonra sözü İki medal alan jurnalist-şair Mübariz Süleymanlıya verib.Natiq çıxışında son illər türk dövlətləri birliyinin daha da sıx əlaqələrindən bəhs edib,qardaş Qırğızstandan gələn qonaq Yoldaşbəy Monoldorova və İlqar Türkoğluna təşəkkürünü bildirib
Digər çıxış edən şairlər Mikayıl Bozalqanlı,Elman Tovuz,Nəcibə İlkin,Arzu Nehrəmli türkün qədim tarixindən,folklor və incəsənətindən danışıblar .
Qonaq qismində iştirak edən şairlər Ayaz Arabaçı,Arzu Əsəd,professor Nazim İmamverdiyev, əməkdar mühəndis Zakir Mirzəyev,jurnalist İnqilab Əbilov qələmdaşlarını təbrik etdikdən sonra türkün zəngin ədəbiyyatına tövhələr verən dühalardan sitatlar gətirib,türk xalqlarının poeziyasının bəşəriliyindən söhbət açıblar.
Ədəbi-bədii gecəyə rəng qatan gənc aşıq Şəhriyar Kərimov gözəl ifaları ilə məclisi daha da rövnəqləndirib. Tədbirdən fotolar:

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir: – “Ulduz”un Qulu Ağsəs dönəmi.

“Ulduz”un Qulu Ağsəs dönəmi

(təəssüratlar)

Azərbaycanın mətbu orqanları içərisində öz çəkisi, sanbalı və dəyəriylə seçilən (zənnimcə, ən birincilər sırasında duran) “Ulduz” bu günəcən çox uzun, keşməkeşli və dolanbac yollardan keçib. Uşaqlığımızın, gəncliyimizin jurnalı olaraq həmişə diqqət mərkəzində olub və oxucu sevgisini bu günəcən qoruyub saxlayıb.

Sözünü deyən, öz imzası ilə dünəndən bu günə inamla yol gələn yaradıcı insanların söz yuvası olub həm də “Ulduz”. Bu yuvada nə qədər şairlər, yazıçılar yetişib, pərvazlanıblar. Jurnal bütün dönəmlərdə həmişə ən aktual mövzulara toxunmaqla ölkənin mədəni həyatındakı bütün yenilikləri özündə əks etdirib. Onun formalaşmasında, ölkənin ədəbi mühitinin işıqlanmasında böyük əməyi olan, öz peşəkarlığı və obyektivliyi ilə seçilən yaradıcı heyətin əməyi də danılmazdı.
“Ulduz” ulduz olaraq bütün zamanlarda mənən saflaşdırıb, öyrədib. Axı mətbuat zamanın aynasıdı deyirik. Burda hər şeyi olduğu kimidi. Dünyanın hər üzü.
Jurnal 1967-ci ildən üzübəri müxtəlif söz adamlarının rəhbərliyi altında fəaliyyət göstərib və həqiqətən, zaman-zaman həqiqi ulduza çevrilib. Hansı yandan baxsaq, “Ulduz” ulduzdu.
…Bu günsə mən ” Ulduz”a Qulu Ağsəs tərəfdən baxmaq istədim. Mübaliğəsiz. Eynəyinin arxasından ürəyindəkiləri oxuya-oxuya həm də.
Qulu Ağsəs çalışqandı. Hətta deyərdim ki, bir az da artıq çalışqandı. Bu çalışqanlığın arxasında həm də sələflərinin qoyub getdiyi işə peşəkarlıqla yanaşmaq məsuliyyəti də var. Zarafat deyil, ” Ulduz” mətbuat tarixinə öz adını möhürləmiş, dəyərli ustadların əlindən, zamanın ələyindən keçmiş, gözəl ədəbi nümunələri özündə ehtiva edən, müəyyən yaşa çatmış ədəbiyyat jurnalıdı. Bu ağır yükün altına girmək, onu bu gündən sabaha ötürməksə hər yaradıcıya nəsib olmaz.
Qətiyyətlə deyə bilərəm ki, “Ulduz” bu gün bir Qulu Ağsəs dönəmini yaşayır. Bir az da işıqlı, bir az da parlaq. Özünəməxsusluq da var bu dönəmdə. Həm də heç kimə bənzəməmək, özünə can atmaq həvəsi. Jurnalı vərəqlədikcə hiss edirsən ki, Ağsəs üçün forma və məzmun mükəmməlliyi, mətn rəngarəngliyi və dolğunluğu önəmlidi. Bilirsən ki, şair irəliyə can atır, yenilik axtarışındadı. Bunu jurnalın hər buraxılışında hiss edirsən.
Şair üçun mətn də adamdı. Canı, ruhu var. Onun fikrincə, mətni incitmək olmaz. Mətnin nazıyla oynamaq lazımdı. Gözümüzün nuruyla, ürəyimizin oduyla yetişdirib ərsəyə gətirdiyimiz yazılar öz yerini tapanda çiynimizdən böyük bir yük götürülür. Baxın, biz təkcə öz yazılarımızın məsuliyyətini daşımaqda çətinlik çəkirik. Qulu Ağsəs isə hər buraxılışda bizim kimi neçə müəllifin narahatlığını və məsuliyyətini öz üzərində hiss edir, hər mətnin üzərində öz balası kimi əsir. Narahat olur, qoruyur. Ta ki, jurnal ərsəyə gələnəcən, yeni “Ulduz” doğulanacan. Bir yandan oxucu zövqü, bir yandan müəllif hüquqlarının qorunub saxlanılması baxımından hər şeyin dolğun və mükəmməl ərsəyə gəlməsi üçün yorulmadan, gecə -gündüz çalışır. Özü də yüksək peşəkarlıqla. Həm də sevgiylə. Ümumiyyətlə, Qulu Ağsəs mükəmməlliyə can atan yazardı. Amma bununla belə ən zəif yazıların taleyi də onu narahat edir. Əlbəttə, müəlliflə oxucu arasında narazılıq yaratmadan həm də. İşinin ustası olmaq hər rəhbərə, hər işçiyə nəsib olmur bəzən. Amma inamla deyə bilərəm ki, Qulu Ağsəs gözəl şair, gözəl publisist olmaqla yanaşı, gözəl icraçıdı həm də. “Ulduz”-un heç bir buraxılışı bir-birini təkrarlamır və əvəz etmir. O, hər dəfə görüşümüzə fərqli məzmunda, fərqli keyfiyyətdə gəldikcə bir daha əmin oluruq ki, ruhumuzun jurnalı əmin əllərdədi . “Ulduz” üz qabığından tutmuş içindəki yazılara qədər ulduzdu. Qulu Ağsəs şeirində olduğu kimi işində də son dərəcə tələbkar və məsuliyyətlidi. Gənc istedadlılara göstərdiyi qayğı və diqqət isə bir ayrı söhbətin mövzusudu. Onun həm də vaxta , zamana çatmaq öhdəlikləri də var. Hər şey zamanında və dəqiqliklə həyata keçməlidi. Bəlkə də, qıraqdan bir az sərt görünə bilər. (Eynəkdə). Amma yalnız uzaqdan. Şair-rəhbər, rəhbər-şair redaksiyaya təqdim olunan bütün yazıları gözlərinin nurundan keçirir. Dərc olunan mətnlərin üstündəki işıq gözünü qamaşdırır və öz-özünə “belə insanlar varsa, yaşamağa dəyər”-deyirsən. Bu yazdıqlarım Qulu Ağsəs haqda düşündüklərimin yalnız balaca bir hissəsidi. Əminəm ki, Ağsəsin söz və öz dünyasına işıq tutmaq üçun hələ çox zamanımız olacaq. Hələliksə, ədəbiyyatın keşiyində dördgözlə dayanan şairə sevdiyi işində dözüm, səbir və mətanət arzulayıram . Onsuz da uğur həmişə var.
Görüşənədək, əziz oxucu!

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru