www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Təranə Məmməd – Sual.

SUAL

(hekayə)

Əslində, həyat elə sual cavabdan ibarətdir. Müxtəlif suallar və onlara verilən cavablar deyilmi həyatın özü? Sual vermək də,suala cavab verə bilmək də insandan xüsusi məharət tələb edir.
Yaşı 60-ı keçmiş Nadir kişi səhər tezdən çarpayısında gözünü açıb başının üstündə duran qara libaslı adamın onun qapısı bağlı mənzilinə necə daxil olduğunu məhz sual verməklə aydınladırmağa çalışırdı.
“Bu kimdir? Mənzilə necə girib?” – deyə düşünüb gözlərini ovuşdurdu və:
-Siz kimsiniz? Bura necə gəlmisiniz?- deyə soruşdu.
Adam Nadirə cavab verməsəydi daha yaxşı olardı, çünki onun cavabı kişini çox qorxutdu.

  • Mən ölüməm!- deyə cavab verən adam yaxınlaşıb Nadirə əl uzatdı.
    Nadiri bu cavab qane etmədiyindən uzanan ələ əlini verməyib bir də sual verdi:
    -Sən kimsən?
  • Ölüməm.
  • Ay qardaş, ölüm nədir? Əzrailsən?
  • Yox. Ölüm. Əzrailin işi çox ağırdir. Gələsiii,səni aparasııı…O qaldı keçmişdə. İndi hər şey texniki vəsaitlərlə həll olunur. Tez və keyfiyyətlə. Qəfil ölümlər indi daha çox dəbdədir. Məsələn, mən birazdan hopacam sənin canına, vəssalam.
    Nadir gözlərini bir də ovuşdurdu, yorğanı üstünə möhkəm çəkib carpayının bir küncünə çəkildi və:
    -Yox! Etmə! Eləmə! Hər şey cəhənnəm, qoy təqaüdümü alım heç olmasa.
  • Vaxtın çatıb. Mən sənin yanında olmalıyam.
  • Mən öləcəmsə necə ala bilərəm təqaüdü? Hələ beş il var.
  • Niyə işləmirsən? Bəs necə yaşayırsan? Əlbəttə, bu mənim işim deyil. Mən yaşayışı yox ölümü idarə edirəm, amma maraqlıdır.
    Nadir kişini son illər ən çox əsəbiləşdirən “niyə işləmirsən?” sualı idi. O, əsəbi halda:
  • Götürmürlər. Hara gedirəm dolanmıram müdirlə. Həqiqət axtarıram. Düzgünlük axtarıram. Kül mənim başıma! Hamı kimi ola bilmirəm! Müdirin də üzünə deyirəm düz etmədiklərini. Son dəfə də belə oldu. Onlar da dedilər ki, get, öl acından! Evdəkilər də danlayırlar məni hər gün. Neyləyim ? Xasiyyətim budur. İndi də sən!- deyə cavab verdi.
    Sonra özünü ələ alıb:
  • Amma, bir yana baxanda lap xoş gəlmisən, səfa gətirmisən. Gəl! Gəl, al canımı, bitsin bu cəhənnəm!-deyə Nadir üstündəki yorğanı atıb carpayıdan durdu.
  • Geyin!- deyə özünü ölüm adlandıran kəs əmr etdi.
  • Niyə geyinim e, onsuz da mürdəşir soyunduracaq da. Amma heç bilmirəm necə olacaq? Bu məclisi necə yola verəcəklər evdəkilər. Xeyli xərcdir də.
  • Görürəm, yaxşı adamsan. Deməli belə. Mən sənin icində olacam. Sən bu gündən ölmüş hesab ediləcəkdən.İndi yuxarılara xəbər verəcəm ki , sən ölmüsən. Ancaq , yaşayacaqsan və hər gecə mənə hesabat verəcəksən.
  • Diriykən ölü? Belə şey olar?
  • Niyə olmur.O qədər diriykən ölü var ki ətrafda.
  • O da düzdür. Yaxşı. Razıyam.
    Nadr kişi durub geyindi. Əl-üzünü yudu , mətbəxə keçdi ki, yemək yesin, amma aclıq hiss etmədiyindən bir qədər su içib evdəkiləri oyatmadan çölə çıxdı.
    Həyətində əkdiyi çiçəklərə baxdı,ancaq onların nə rəngini müəyyənləşdirə bildi nə də qoxusunu hiss etmədi. Sonra Nadir həyətdə oturan təqaüd yaşı hələ çatmayan, lakin onun kimi işləməyən kişilərin yanına getdi.
    Onlar qızqın söhnət edirdilər.
  • Güya təqaüd verəndə nə olacaq?
  • Heç dərmanlara da çatmır.
    Nadir ağzını açıb nəsə demək istədi, lakin, dili tutuldu sanki. Heç nə deyə bilmədi. Həmişə belə mövzularda çox fəal olan Nadir, kişilərə salam verib getdi.
    Bütün günü hiss edirdi ki, həmişəki adam deyil. Daxilində, sanki nəsə baş verirdi. O, ta qaranlıq düşənə qədər parkda gəzişdi. Oturub dənizə baxdı. Ətrafda gəzişən gözəl qadınları həmişə gözdən itənə qədər süzən Nadir , indi onlara çox laqeyid idi. O, dənizi çox sevirdi. Həmişə saatlarla dənizkənarı parkda oturub dənizin qoxusunu sinəsinə çəkər, onun gözəlliyinə valeh olardı. Bu gün dəniz də başqalaşmışdı Nadirin gözündə. Hər şey ləzzətini itirmişdi. Amma o yaşayırdı. Nəfəsi gedib gəlirdi.
    Evə qayıdanda həyat yoldaşı onu qarşılayıb yemək təklif edəndə Nadirin yadına düşdü ki, o, gün ərzində heç nə yeməyib və yemək də istəmir.
    Həyat yoldaşı narahat olmağa başladı.
  • Çörək ye, əşi, də! Nə olub sənə?
  • Yemirəm, istəmirəm.Yuxum var,yatacam,- deyib otağına keçdi Nadir.
    Təzəcə yerinə girmişdi ki, dünən onunla danışan varlıq yenidən gəlib kəsdirdi başının üstünü.
  • Necəsən?
  • Sənsən? Bir təhərəm . Ölü kimi.
    -Əla! Deməli eksperimentim alınıb.
    Sabah gedərsən işə düzəlməyə. Götürəcəklər.
  • Sən nə danışırsan? Bu yaşda məni kimdir işə götürən? Özü də ölü.
  • Gedərsən, görərsən.İndi isə yat.
    Bu sözləri deyib ölüm yoxa çıxdı.Nadir gözlərini yumub yuxuya getdi və ölü kimi yatdı. Ertəsi gün Nadir kişi beynində səhər tezdən fırlanan bir ünvana getdi. Heç özü də bilmədən möhtəşəm bir binanın həyət qapısını döyüb sürücü işləmək arzusunu bildirdi . Onu içəri dəbət edib dedilər ki, gözləsin. Bir müddətdən sonra içəridən orta yaşlı kişi çıxıb
  • Səni bir şərtlə götürürəm. Burda olanları səndən başqa ikinci adam bilməməlidir. Mənə keçmiş rəhmətlik sürücüm kimi ağzı bağlı adam lazımdır,- dedi
    Nadir bu sərt adamı dinləyib bir kəlmə “oldu” deyib qapıdan çıxdı.
    Evə qayıdıb ailəsini, yəni həyat yoldaşı Sənəmi və qızını sevindirmək üçün işə düzəldiyini dedi.Son bir neçə gün ərinin qeyri-adiliyini sezən Sənəm əllərini belinə qoyub kişinin qarşısını kəsib
  • A kişi,dəli olmusan? Nə iş? Kim səni bu yaşda işə götürər?- deyə soruşdu
  • Götürdülər, ay Sənəm, götürdülər!-deyə Nadir kişi arvadına cavab verdi.
    Sonra otağına keçib geyimini, ayaqqabılarını, hətta neçə il qoluna taxmadığı saatı çıxardıb ətrafa düzdü. Sabah hansı kostyumu və hansı ayaqqabını geyinməkdə çətinlik çəkirdi. Kostyumlar artıq dəbdən düşmüş və hamısının üstündə illərin yüngül parıltısı hiss olunurdu. Nadir kişi uzun illər özünə geyim ala bilmədiyinə görə həmişə elə bu kostyumları geyinirdi.
    Bir neçə dəqiqə seçimdən sonra o öz qərarını verdi və bir dəst kostyumla bir cüt ayaqqabını kənara qoyub qalan geyimləri dolaba yığdı.
    Nadir kişini işə qəbul edən Zaman müəllim ona maaşdan əlavə gündəlik pul verir, özünə gələn hədiyyələrdən də pay verirdi. Nadir kişi də dinməz-söyləməz işini görürdü. Bu varlı,dövlətli evdə Nadirdən başqa bir neçə xadimə, bağban və itə baxan da işləyirdi. Zaman müəllimin nə işlə məşğul olması və bu pulları necə qazanması Nadir kişini heç maraqlandırmırdı. Daha doğrusu, faktitki ölü olduğuna görə, maraqlana bilmirdi Nadir heç nə ilə.
    Ərinin xasiyyətinə yaxşı bələd olan Sənəm Nadirin ona verdiyi pulları çox ehtiyatla xərcləyir və hər an onun işdən azad ediləcəyini gözləyirdi.
    Lakin bu dəfə bu müddət xeyli uzandı. Amma Nadir kişinin insanlarla az ünsiyyətdə olması,gün ərzində cəmi bif dəfə yemək yeməyi, evdə çox işə qarışmamağı Sənəmi çox narahat edirdi.
    Nadir kişi də hər gecə Ölümlə söhbət edir, ona gün ərzində olanları danışırdı.
    Ölüm sual verir o isə cavab verirdi. Özünün də sualları çox idi,amma Nadir kişi susurdu.
    Zaman müəllim sərt insan idi, ancaq evində işləyən insanlara münasibəti pis deyildi.
    Bu evdə işləyən qadınlar çox danışmırdılar. Yalnız evin xanımı dediklərini yerinə yetirir, axşam da evlərinə gedirdilər.
    Bir gün Nadir kişi qadınlardan birinin ağladığını görüb ondan ağlamasının səbəbini soruşmaq istədi, lakin, yenə həmişəki kimi danışa bilməyib susdu. Ancaq o axşamdan sonra həmin qadına diqqətini artırdı.
    Bir müddət sonra anladı ki, Zaman müəllim həmin qadının evinə ərzaq yollayır, qadına artıq pul verir. Qadının nədən narazı olduğunu anlamırdı Nadir .
    Bir gün Zaman müəllim Nadiri kənara çəkib bir ünvan verdi və dedi ki,ordan bir qadını götürüb xəstəxanaya aparmaq lazımdır. Nadir adəti üzrə heç nə soruşmadan Zaman müəllimin dediyini etdi. Ünvana yaxınlaşıb zəngi basdıqda qapını ona Zaman müəllimin evində xadimə işləyən həmin ağlayan qadın açdı. Nadir kişi qadının xəstə olduğunu zənn edib onu xəstəxanaya aparmaq üçün gəldiyini dedi. Lakin, qadın ağlaya-ağlaya otaqdan başqa bir qadını, təxminən 17 -18 yaşlı bir qızı çağırıb dedi ki, xəstəxanaya o ,yəni həmin qadının qızı gedəcək.
    Nadir kişi yenə heç nə soruşmadan qızı və anasını xəstəxanaya apardı.
    Bir saat gözlədikdən sonra qadınlar gəlib maşına oturdular.
    Maşında qadın və qız elə ağlayırdılar ki, Nadir kişi qızın ölümcül xəstə olmasına şübhə etmədi.
    Lakin, qadınların maşındakı söhbətini eşitdikdən sonra vəziyyət dəyişdi.
    Qadın qızını qucaqlayıb onu sakit edərək:
  • Eybi yox, qızım. Biz kimik ki, Zamanın uşağının anası,nənəsi olaq? Sən cavansan. Bəlkə hələ həyatını yenidən qura bilərsən,- dedi.
    Qız isə hönkür- hönkür ağlayır və:
  • Ölmək istəyirəm. Kaş öləydim o gün mən! -deyirdi.
    Nadir maşının sürətini artırdı. Zaman müəllimin bu cavan qızla yaşayıb onun hamiləliyini bildikdən sonra körpəni tələf etməyi ona əmr etdiyini anlamışdı.
    O qadınları evə gətirib maşını sürətlə Zaman müəllimin işlədiyi ofisə sürdü. Heç nə demədən sakitcə pilləkənləri qalxdı . Katıbəyə “Zaman müəllim çağırıb” deyib içəri keçdi .
    Zaman təəccübdən ayağa qalxıb:
  • Sənin burda nə işin var?-deyə soruşdu.
    Nadir heç nə danışmırdı. O, bir neçə addım irəliləyib Zamanla üzbəüz dayandı, sağ əlini geriyə aparıb Zamanın üzünə bir yumruq ilişdirdi.
    Gözlənilməyən zərbədən Zaman yerə yıxıldı . Bunu görən Nadir ona iki təpik də vurub bir-iki “xoş” söz deyib otaqdan çıxdı.
    O pılləkənləri düşə-düşə hiss edirdi ki, ayaqları büdrəyir,başı gicəllənir. Bir təhər özünü maşına salıb sükanın arxasına keçdi və maşının qabaq oturaçağında oturan Ölümü gördü. Ölüm sarsılmışdı. O, Nadir kişini bərk-bərk qucaqlayıb:
  • Sən kişi kimi ölürsən. Təqaüdü almasan da o pulu başından aşandan daha qeyrətlisən! Bağışla məni, bütün bunları anlasam da daha səni buraxa bilmərəm. Sən susaraq, dözərək, namussuz yaşaya bilmədin. Allah sənə rəhmət eləsin!

Bir neçə dəqiqədən sonra Nadir kişinin cəsədini evinə yola saldılar.
Onun qəfil ölümü min bir sual doğurdu.
Nədən? Nə üçün? Niyə?
Suallar… yenə suallar…
Bəlkə elə susaraq yaşayaydı Nadir kişi? Nə çox ətrafda diriykən ölü. Yenə sual…

Müəllif: Təranə MƏMMƏD

yazıçı, şair, tərcüməçi. AYB üzvü.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Fərhad Əsgərov: “Alimin oynaya bilmədiyi mahnı”

“Alimin oynaya bilmədiyi mahnı”

(hekayə)

Nəriman şəhərdə anadan olmuşdu, düz mərkəzdə. Uşaqlığı da burada keçmişdi, gəncliyi də. Ağlı kəsəndən qarşısına məqsəd qoymuşdu. Ali təhsil almaq lazımdır. Buna görə də başqa həmyaşıdları kimi şəhərin bu başından girib, o başından çıxmağı xoşlamırdı. Bütün gücünü, enerjisini oxumağa sərf eləyirdi. İstəyinə nail oldu da. Ali məktəbə daxil oldu. Təhsilini uğurla başa vurub orta məktəbdə müəllim işləməyə başlamışdı. Şagirdlərə Azərbaycan dili və ədəbiyyatı öyrədirdi. Elə işlədiyi məktəbdə təsviri incəsənət fənnindən dərs deyən Aysu xanıma ürəyini açdı. Həyatın enişli-yoxuşlu yollarında onunla qoşa addımlamaq istədiyini bildirdi. Arzusu, istəyi qarşılıqsız qalmadı. Aysu xanım bu həssas oğlanın hisslərini cavabsız qoymadı. Evləndilər. İlk övladları dünyaya gələndə sevinclərinin həddi-hüdudu yox idi, xoşbəxtlikdən göylərdə uçurdular. Adını Maqsud qoydular. İlk uşağın ayağı düşərli oldu. Bir neçə il ərzində ailənin daha üç övladı dünyaya gəldi. Gənc ata-ananın ən böyük arzusu onları tərbiyəli, mədəni və savadlı, sağlam düşüncəli bir insan kimi yetişdirmək idi. Bunun üçün hər biri əziyyətə qatlaşır, yorulmaq bilmədən uşaqların tərbiyəsi ilə məşğul olurdular. Onlara ədalətli olmağı, haqqı-nahaqqa qurban verməməyi aşılayır, mərd və vətənpərvər olmağı, yaltaq olmamağı, yalan danışmamağı tövsiyə edirdilər.
İllər bir-birini əvəz eləyir, uşaqlar böyüyürdülər. Ata-ananın zəhməti hədər getməmişdi. Çəkilən əziyyət öz bəhrəsini verirdi. Övladları tərbiyəli, böyük-kiçik yeri bilən, ağıllı-kamallı idilər. Məktəbdə də bütün müəllimlər onlardan razılıq edirdilər.
Beləcə illər keçdi. Ailənin böyük oğlu məktəbdə fəal, yaxşı oxuyan Maqsud ali təhsil dalınca getmədi, sürücülük kursuna daxil oldu. Kursu bitirib, ictimai nəqliyyatda sürücü işləməyə başladı. Evin ikinci uşağı Tamilla ali məktəbə daxil oldu. Ali təhsil aldıqdan sonra şəhərin başqa bir məktəbində tarix müəllimi kimi fəaliyyətə başladı.

Üçüncü uşaq olan Natiqə isə ən kiçik yaşlarından ibtidai sinif müəlliməsi olmağı arzulayırdı. O da bu arzusuna çatdı. Təhsilini başa vurduqdan sonra ilk dəfə sinfə girəcəkdi, birincilərə “Əlifba”nı öyrədəcəkdi. Çox həyəcanlı idi. Atası Nəriman da onun çox həyəcanlı və gərgin olduğunu görüb yanına çağırdı, öz məsləhətlərini verdi. 

Fərhad Əsgərov: "Alimin oynaya bilmədiyi mahnı" (hekayə)

– Qızım, çox məsuliyyətli bir işə başlayırsan. Müəllim olmaq, həm də ibtidai sinif müəllimi olmaq şərəfli bir işdir. Gərək onun məsuliyyətini həmişə öz üzərində hiss edəsən. Hər birimizin taleyində məktəbin və ilk müəllimin əhəmiyyətli yeri var. Yəni sənin bünövrəsini qoyacağın təlim-tərbiyənin saflığı, təmizliyi, möhkəmliyi hər bir şagirdin gələcəkdə bir şəxsiyyət kimi, insan kimi formalaşmasında önəmli rol oynayacaqdır. Məktəbə müxtəlif ailələrdən müxtəlif xarakterli uşaqlar gəlir. Tərbiyəsiz və xuliqanın uşağı da məktəbə gəlir. Bu mənada sinif müəlliminin üzərinə böyük və müqəddəs vəzifə düşür. Sinif müəllimi dörd il ərzində şagirdlərə dərs keçməklə yanaşı elə tərbiyə verməlidir ki, tərbiyəsiz və xuliqanın ailəsindən gələn uşağı da tərbiyələndirə bilsin. Əgər müəllim sinifdə sağlam tərbiyəvi mühit yarada bilirsə istədiyinə nail ola bilir. Bunun üçün işgüzarlıq və seçdiyin peşəni sevmək lazımdır. Ona görə də qızım, madam ki, bu peşəni seçmisən, cani-dildən işə girişəcəksən, peşəni sevəcəksən. Şagirdlərinin saf, ədalətli, sağlam düşüncəli, cəmiyyət üçün yararlı vətəndaş olmaları üçün var gücünü əsirgəməyəcəksən. Əgər bunları eləyə bilsən başa düşən şəxslər arasında hörmət sahibi olacaqsan. Hamı öz övladının təlim-tərbiyəsini sənə tapşırmaq istəyəcək. Hər şey gözünün qabağındadır. Elə sənin ilk müəllimin Nabat xanım belə müəllimlərdən deyilmi?
Nəriman ayağa durub onu diqqətlə dinləyən, sevincdənmi, həyəcandanmı gözləri yaşaran qızının alnından öpdü, bağrına basıb saçlarını sığalladı. Özü də kövrəlmişdi. Qəhərləndiyini qızına hiss elətdirmək istəmədi.
– Sənə uğurlar diləyirəm, qızım! Yolun işıqlı, aydın olsun, – deyib çevrilib getdi.

Qəhər boğazında düyünlənib qalmışdı. İçinə özünün də hiss eləyə bilmədiyi bir fərəh hissi dolmuşdu. Dünənə qədər hələ körpə uşaq kimi baxdığı övladı müəllim olacaq, sinfə girəcək. Allah yolunu uğurlu eləsin.
Evin sonbeşiyi Eldar da orta məktəbi bitirdi. Ürəyinin hökmü ilə sənədlərini texniki universitetə verdi. İstədiyi fakültəyə daxil oldu. Bu xəbəri atası Nərimana, anası Aysu xanıma verəndə onların sevinci bir mənzilə sığmadı. Xoşbəxtlikdən quş kimi uçan ana bu sevinci zəng edib qohum-əqrabalarla bölüşürdü. Ata dostlarına zəng eləyib, – kiçik oğlum Eldar texniki universitetə daxil olub, yığışın, sizə qonaqlıq verəcəyəm.
Çəkilən zəhmət yavaş-yavaş öz bəhrəsini verirdi. Tamilla məktəbdə müəllimə işləyə-işləyə elmi iş götürmüşdü. Tezliklə müdafiə elədi, alimlik dərəcəsi aldı. İyirmi beş yaşı olanda ona elçi gəldilər. Nəriman ürəyində fikirləşirdi:
– Qız köçəri quşdur. Əvvəl-axır uçub gedəcək.
Həyat yoldaşı ilə məsləhətləşəndən sonra elçilərə “hərisini” verdilər. Nəriman da, Aysu xanım da ilk zamanlar bununla barışa bilmirdilər. Amma zaman hər şeyə sığal çəkdiyi kimi, bu da yoluna düşdü. Toy eləyib Tamillanı ər evinə köçürəndə Nəriman qızının alnından öpüb xeyir-dua verdi:
– Get, qızım, xoşbəxt ol! Getdiyin ocağa xeyir-bərəkət, ruzi apar. Həyat yolun nurlu, uğurlu olsun!
İllər keçir, yaş üstünə yaş gəlir, Nəriman müəllimlə Aysu xanım yaşa dolurdular. Tamilladan sonra Natiqəyə də elçi gəldilər. Valideynlər el adəti ilə Natiqənin də toyunu elədilər. Ata-ananın xeyir-duası ilə evin kiçik qızı da gəlin köçdü.
Bir gün gərgin işdən sonra Nəriman divanda oturub həyat yoldaşı Aysu xanımı səslədi:
– Ay xanım, gəl otur görək. Deyirəm, ay Aysu, atalar yaxşı deyib: “Qız yükü-duz yükü”. İndi allaha şükürlər olsun ki, qızları köçürdük. Allah onları xoşbəxt eləsin! Allah qoysa, nəvələr dalbadal gələcək. Qaldı oğlanları “baş-göz” eləmək. Ömür vəfa etsə, onu da görərik.
Qızları köçürdükdən sonra ata-ananın fikri-zikri övladlarının yaşca ən böyüyü Maqsudu evləndirmək idi. Onun da yaşı keçirdi. Evə gəlin gətirmək, nəvə qayğısı çəkmək, bu sevinci yaşamaq istəyirdilər. Ona görə də tez-tez Maqsudu bu işə sövq eləmək üçün deyirdilər:

– Ay bala, sən də bir tərpən görək. Bizim də yaşımız keçir. Bir gözaltın varsa de, gedək “hərisini” alaq. Nə qədər canımızda can var, toyunu eləyək, bu evdən də körpə qığıltısı gəlsin.
Maqsud da onları ümidsiz qoymur, deyirdi:
– Ay ana, zamanı çatanda o da olacaq. Sən hazırlığını gör.
Maqsud bu zəhmətkeş, mehriban, qayğıkeş insanları çox gözlətmədi. Sevib-seçdiyi bir qızla nişanlandı. Toyunu etdilər, ata-ana sevinci bir ocağa sığmırdı. Uzun illər ana bu arzunu, istəyi ürəyində gəzdirmişdi. Bu toyu dəfələrlə xəyallarında qurmuşdu, gəlin gətirmişdi. İndi arzuları çin olmuşdu.
Nəriman müəllim də, Aysu xanım da çox mehriban, səmimi və ədalətli insan idilər. Cəmiyyətdə, gündəlik həyatlarında rastlaşdıqları ədalətsizliklər, haqsızlıqlar onları üzürdü. Uzun illər işlədikləri məktəbə yeni direktor gəlmişdi. Yeni direktor məktəbə təhsil ocağı kimi baxmırdı. O məktəbdə qeyri-sağlam mühit yaratmaqla bərabər, vəzifəsinə şəxsi qazanc mənbəyi kimi baxırdı. Bu da təmiz qəlbli insanlara çox pis təsir edirdi. Nəriman çox həssas adam idi. Hər şeyi ürəyinə salır, içində çəkirdi. İnsanları acılamaq, kiminsə xətrinə dəymək onun xarakterinə yad idi. Altmış yaşı var idi, amma çox yaşlı görünürdü. Həyat yollarında o qədər haqsızlıqlarla, eybəcərliklərlə qarşılaşmışdı ki! Ömrünün müdrik çağında da, altmış yaşında dünyasını dəyişdi Nəriman kişi. Həyat yoldaşının ölümü Aysu xanımı çox sarsıtmışdı. Onun yoxluğuna alışa bilmirdi. Gecələr yuxusundan çıxmırdı.
Nəriman müəllimin vəfatından sonra Aysu xanım yalnız bir il yaşaya bildi, haqqın rəhmətinə getdi.
Ata-ananın ölümündən bir müddət keçmişdi. Kiçik qardaş Eldar isə hələ də subay idi. Maqsud fikirləşdi ki, bu nə qədər subay gəzəcək. Onun da bir isti yuvası olmalıdır, ailə qurmalıdır. Artıq iyirmi səkkiz yaşı var. Qərara aldı ki, Eldarla bu barədə söhbət eləsin. Bir dəfə axşam ata ocağında süfrə başında Maqsud qardaşının fikrini bilmək istədi:

– Qardaş, – dedi, ata-anamız dünyadan vaxtsız getdilər. Bacılarımızın, mənim toyumu gördülər, nəvələrini gördülər. Amma səndən nisgilli getdilər, toyunu görə bilmədilər. Allah onlara rəhmət eləsin! Onlar haqq dünyasındadırlar. Evlənmək, ailə qurub oğul-uşaq sahibi olmaq sənin də haqqındır. Əgər bir istədiyin, sevib-seçdiyin varsa de, elçi gedək, nişan eləyək.
Böyük qardaşı ilə arasında pərdə saxlamışdı həmişə. Maqsudun ona olan bu isti münasibəti və valideynləri haqqındakı söhbəti Eldarı kövrəltmişdi. Anasının da vəfatı onu lap ruhdan salmışdı. Sevdiyi qız olsa da, evlənmək barədə fikirləşə bilmirdi. İndi Maqsud bu barədə söhbət açanda özünü saxlaya bilmədi. Başını sinəsinə əyib hıçqıra-hıçqıra ağladı. Maqsud da ona qoşuldu, üzünü yana çevirdi ki, Eldar onun göz yaşlarını görməsin. Tez də toxtadı, əlini Eldarın çiyninə qoydu:
– Yaxşı, yaxşı, sakitləş. Həyat davam eləyir, qardaşım. Sən əgər evlənib ailə sahibi olarsansa, onların da ruhu şad olar.
Eldar Maqsudun belə ərkyana münasibətindən ürəkləndi. Bir qızdan xoşu gəldiyini, onu çox sevdiyini dedi.
Maqsud bacılarını da götürüb, el adəti ilə elçi getdi, qızın atasının razılığını aldılar. Bir neçə aydan sonra toy gününü müəyyənləşdirdilər.
Toyun vaxtı gəlib çatdı. Qonaqlar yavaş-yavaş toplaşırdı. Bəy ilə gəlin də gəlib məclisin baş tərəfində yerlərini tutmuşdu. Eldarın üzü sanki çiçək açmışdı. Utancaq baxışları ilə hamıya nəzər salır, gülümsəyirdi. Üzündən, gözündən xoşbəxtlik yağırdı. Maqsud gözlərində toplanıb qalmış göz yaşlarını sildi. Ürəyində düşündü:
– Ay Allah, nə yaxşı oldu, qardaşım da ailə qurur. Kaş atam, anam həyatda olaydı. Eldarın bu şad gününü görəydilər. Ona öz xeyir-dualarını verəydilər, qol götürüb kiçik oğullarının toyunda oynayaydılar.
Bu düşüncələrlə tamadaya tərəf getdi. Onu bir tərəfə çəkib başa saldı: “Bəyin ata-anası vəfat eləyib. İstəmirəm məclisin ahəngi pozulsun. Musiqiçilərə çatdır ki, ata-ana haqqında kövrək notlu mahnılar oxumasınlar. Belə mahnı oxunarsa Eldar eşidib kövrələ bilər. İstəmirəm qardaşım bu gün kövrəlsin”. Maqsud bunu deyib qonaqlarla görüşüb xoşgəldin eləməyə başladı.
Çox gözəl və şən bir məclis idi. Hamı yeyib-içir, rəqs edir, şənlənirdi. Maqsud qıraqdan durub qonaqları seyr edir, onlarla rəqs edir, yeni gələn qonaqları yerləşdirirdi. Arada qohumlara, dostlara qoşulub rəqs eləyirdi. Bacıları tez-tez rəqs eləməyə çıxır, qohumları, iş yoldaşlarını, rəfiqələrini də oynamağa dəvət edirdilər, çox şən görünürdülər. Maqsud bunları görəndə həm qürur hissi keçirir, həm də kədərlənirdi.

Ancaq ürəyində öz-özünə təsəlli verirdi: “Doğrudur, bir gün yaranan, bir gün bu dünyadan köçüb gedəcək. Heç kim bu dünyanı tutub durmayacaq. Yəqin ki, indi atamın-anamın ruhları burda dolaşır. Onlar övladlarının bu sevincini, xoşbəxtliyini görür, ruhları şad olur. Şükür allaha ki, nəslimizin varlığı davam edir”.
Maqsudu xəyallarından böyük bacısı Tamilla ayırdı:
– Nə dayanmısan, bütün qohumlar rəqs eləyirlər. Sən də gəl.
Tamilla onu çəkə-çəkə məclisin ortasına apardı. Maqsud da oynaya-oynaya bir tərəfdə rəqs eləyən əmisi qızı Nurlanəyə və onun həyat yoldaşı Natiqə yaxınlaşdı. Nurlanə xanım pedaqoq idi. Uzun illər idi ki, bu yolu seçmişdi. Həm də pedaqoji elmlər doktoru idi. Hamı onu savadlı bir alim kimi tanıyırdı. Üç elmi kitabı da çap olunmuşdu. Çoxlu elmi məqalələri var idi.
Maqsud onlarla birlikdə rəqs elədi, sonra başqa qonaqların yanına keçdi. Əmisi qızı və yoldaşı Natiq hiss olunurdu ki, çox rəqs eləyib yorulmuşdular. Oynayanların yorulub bir-bir yerlərinə keçdiyini görən musiqiçilər də əllərini bir az yavaşlatdılar. Nurlanə xanım da öz masaları tərəfə yönəldi. Birdən ayaq saxladı. Arxada gələn həyat yoldaşı Natiq ona çatanda əyilib qulağına “Ana” mahnısını oynamaq istədiyini dedi. Bir neçə saniyəlik söhbətdən sonra Natiq geri dönüb musiqiçilərə sarı getdi. O, qarmonçalana “Ana” mahnısını ifa etməyi sifariş verdi. Qarmonçalan isə əl və baş hərəkətləri ilə ona vəziyyəti başa salmağa çalışırdı. Ancaq müsahibi onu başa düşmək istəmirdi. Uzaqdan baxana aydın olurdu ki, onların arasında əməlli-başlı narazılıq yaranıb. Müğənni də işə qarışdıqdan sonra Natiq əsəbi halda özünü Maqsuda yetirdi. Müqəddiməsiz-filansız onu sorğuladı:
– Maqsud, bu nə hərəkətdi eləyirsən? Nə vaxtdan toyda musiqi “zakaz” eləmək qadağan olub? Köhnə bazara təzə nırx qoyursan? Niyə qoymursan camaat istədiyini “zakaz” eləyib oynasın?
Bunları söyləyə-söyləyə Natiq tez-tez uzaqdan onları izləyən Nurlanə xanıma baxırdı. Əlbəttə, Maqsud da bunu sezməmiş deyildi. Məsələnin haradan qaynaqlandığını başa düşürdü.

Maqsud Natiqin qolundan tutub:
– Gəl, bir az kənara çəkilək, səbəbini sənə deyim.
Natiq hirsli-hirsli qolunu onun əlindən çıxarıb, yanaşı addımladı. Foyeyə çıxdılar. Maqsud musiqiçilərə belə bir tapşırıq verdiyini söylədi və səbəbini izah eləməyə başladı. Elə bil bayaqdan çox əsəbi görünən Natiqin hirsi bir az soyumuşdu. Narazı sifəti isə Maqsudla razı olmadığını büruzə verirdi:
– Daha bunun nəyi toy oldu, – deyib getmək istəyəndə Maqsud onu saxladı:
– Natiq, qardaşım, toy elə belə olar də! Deyib-gülər, şənlənərlər. Niyə axı, mütləq bu şən, xoşbəxt günümüzdə kimsə kədərlənməli, göz yaşları axıtmalıdır? Mən çox təəssüf eləyirəm, niyə başqaları bunu tələb eləmir, məhz sən və mənim sevimli əmim qızı istəyirsiniz?
Bunları deyəndə qəhər Maqsudu boğdu. Sözlərini axıra zorla çatdırdı. Kövrəldi. Gözləri yaşardı.
Natiq vəziyyətin dəyişdiyini görüb daha bir söz demədi, həyat yoldaşının yanına qayıtdı.
Bayaqdan bütün olanları uzaqdan müşahidə edən pedaqoji elmlər doktoru, pedaqoq Nurlanə xanım Natiqin gəldiyini görüb ayağa qalxıb ona tərəf gəldi. Natiq hər şeyi aydınlaşdırmağa başladı. Natiq danışır, Nurlanə isə gah gözlərini qıyır, gah da gözlərini iri açaraq o tərəf-bu tərəfə baxır, narazı-narazı başını bulayırdı. Natiq hər şeyi ona “doklad” eləyəndən sonra qəddini düzəltdi, pencəyinin düymələrini açıb ətəklərini yana elədi, iki əlini də belinə qoyub Nurlanədən cavab gözlədi:
– Nə deyirsən?
Natiqin bu sualı onu lap hövsələdən çıxardı, hikkəsini artırdı:
– Nə deyəsən, yığış gedək, – deyib masaya yaxınlaşdı. Çantasını götürüb həmin masada oturanlara ağızucu “sağ olun” dedi və heç kimlə görüşüb sağollaşmadan çıxışa doğru yönəldi.
Maqsud hər şeyi gizlin-gizlin izləyirdi. Bacılarının isə heç nədən xəbərləri yox idi. Onlar həyat yoldaşları və uşaqlar ilə, qohumlarla birlikdə bəylə gəlini rəqsə dəvət etmişdilər. Tamilla və bacısı növbə ilə onların qarşısında oynayır, hər ikisini qucaqlayıb öpür, xoş arzularını bildirir, xeyir-dua verirdilər. Bəylə gəlin çox xoşbəxt idilər. Alim xanım “Ana” mahnısını rəqs eləyə bilməmişdisə də, Maqsud yenə özünü qınamadı.

MÜƏLLİF: FƏRHAD ƏSGƏROV

FƏRHAD ƏSGƏROVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL: BİZİ YOX, VƏTƏNİ SEÇDİN, OĞUL.

            

BİZİ YOX, VƏTƏNİ SEÇDİN, OĞUL

Elə bil bir səs gəldi qulağma. “Ana, ana…” Biixtiyar ətrafa boylandım. Kimsə görünmürdü. Nədənsə, səsdə bir doğmalıq hiss etdim. Tərəddüd və həyəcan içində ikən səs yenidən eşidildi, özü də lap yaxından. Sanki yuxudan ayıldım, səsin sahibi ilə qarşı-qarşıya idim. Heyrətdən tutulmuşdum elə bil. Baxışlarımız toqquşanda vücudum titrəyirdi. Çünki o, mənim oğlum idi, o mənim Kənanım idi. Yanağımın islandığını, boğazımın düyünləndiyini, ürək döyüntülərimin artdığını hiss etdim. Oğluma yaxınlaşdım, bağrıma basıb bərk-bərk sarıldım ona, qoxusunu içimə çəkdim. Ondan cənnətin, vətən torpağının xoş ətri gəlirdi. O da mənə sarıldı, özümü gücsüz, zəif, taqətdən düşmüş hiss etdiyim halda, elə bil o mənə gücümü qaytardı. Onu dindirməyə çalışdım, axı xeyli vaxtdır onun üzünə, səsinə, nəfəsinə həsrət qalmışdım. İndi fürsət idi, onun səsini eşitmək üçün bir fürsət.

-Oğlum, niyə susursan, nə olar, danış, bir kəlmə də olsa de?! İnanırdım, inanırdım ki, geri dönəcəksən. Bu vaxtadək haralarda idin? Başına dönüm, ay oğul, danış!

-Ana, ana…

-Can, igidim, igid balam, danış!

-Niyə ağlayırsan axı, bu nə kədərdir varlığına hakim kəsilib? Bax, indi yanındayam. Mən ölməmişəm, ana, yaşayıram. Mən hər gün, hər saat, hər saniyə sənin yanında olmuşam.

-Yəqin indi ac olarsan, gəl, gəl əyləş, yemək gətirim.

-Yox, ana, yox… Sənin nəfəsin qidalandırdı məni, bu kifayətdir. Ana, indi burada olmağımın səbəbi çöhrəndə kök salmış kədərdi. O kədəri silmək üçün gəlmişəm ana! Bir ətrafına bax, ana, gör uşaqlar necə xoşbəxtdirlər. Biz elə bunun üçün canımızı, qanımızı fəda etdik. Əgər bu fədakarlığı etməsəydik, nə bu vətən azad olardı, nə də uşaqlar xoşbəxt. Sən əslində qürur duymalısan, qürur duymalısan ki, sən şəhid anasısan! Elə bilirsən bu hər kəsə nəsib olur? Yox, ana, yox…

Oğlumun bu sözlərinin qarşısında donub qalmışdım, nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Elə bil bütün kəlmələr boğazımda tıxanıb qalmışdı, göz yaşlarım isə susmaq bilmirdi. Araya çökmüş ani sükutdan sonra çətinliklə də olsa, özümü ələ alıb, “Vətəni bizdən daha çox sevdin, ailəni yox, vətəni seçdin, oğul! Bizi gözü yaşlı, qəlbi yaralı qoydun” – dedim. O isə xəfif bir təbəssümlə:

-Elə demə, ana, mənim kimi minlərlə oğul sizi qorumaq üçün çalışdıq, vuruşduq. Həm də o xain düşmən tərəfindən min cür əzaba, zülmə, təcavüzə, işgəncəyə məruz qalmış anaların, bacıların qisasını biz almalı deyildikmi? Ana,  mənsub olduğum bu xalq da mənim bir ailəmdir, düşmən əsirliyində namusu tapdananlar, alçaldılanlar da mənim xalqımın – ailəmin bir parçasıdı. Şərəfi tapdanan, torpaqları əlindən alınan bir vətənin nümayəndəsi kimi yaşamaq çox çətin idi, ana. Amma indi biz qisasımızı aldıq, şərəfimizi, torpaqlarımızı qaytardıq. Xarı bülbül ətri duyulan torpaqda vuruşduq, hər daşı, hər qayası müqəddəs olan torpaqları qanımızla suvardıq, illərdi doğma nəfəsə həsrət qalan yurdumuzu nəfəsimizlə isitdik. Bunu biz bacardıq, ana, sil gözünün yaşını. İndi mən gedirəm, ana, özünə yaxşı bax, – deyib qeybə çəkildi. Təəssüf ki, o gedişin bir dönüşü yox idi…

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“18 Oktyabr 1991- Azərbaycan Respublikasının müstəqilliyinin bərpası günü” ilə bağlı konfransın videoyazısı – birinci hissə

20 Oktyabr tarixində “18 Oktyabr 1991- Azərbaycan Respublikasının müstəqilliyinin bərpası günü” münasibətilə keçirdiyimiz konfransın videoyazısını təqdim edirik. Konfrans 4 saat davam etdiyi üçün videoyazını Youtube kanalında iki hissəyə böləsi oldum. Bu birinci hissədir.
Heç bir çıxışı qaçırmayın. Dəyərli ziyalılarımızın bir-birindən maraqlı çıxışlarını dinləyin. Səmimi ortamda fikir mübadiləsi apardıq.

Konfransda dövlətimizin müstəqilliyinin qazanılması və bərpası tarixi, müstəqilliyinin möhkəmləndirilməsi yolunda gedən processlər, suverenlik uğrunda savaş, müstəqilliyin əhəmiyyəti və digər milli məsələlər üzərində fikir mübadiləsi aparılır.

Tədbiri mediada işıqlandıran Zaur Ustaca və əziz Günay xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

Çıxış edənlər:
İsveçdən Səadət Kərimi, Eluca Atalı, Hüseyn Nəsirli, Bakıdan Güllü Yoloğlu, Mehriban Vəzir, Esmira Fuad, Xanım Qasımova, Zaur Ustac, Jalə Cəfərova, Kusey Kıprsdan prof. Mehman Dəmirli, Türkiyədən Gülarə Yenisey, Kanadadan Yeganı Cəfərova, Almaniyadan Alov İnanna Eyvazova, Fransadan Günel Səfərova, Rusiyadan Xatirə Gəmbərova, Ülviyyə Abbasova və Şahnaz Kamal, Səudiyyə Ərəbistandan Nigar Xəlilova, Norveçdən Hikmət İbrahimli.

Bakıdan qatılan iştirakçılar Əli Şamil hocaya, İradə xanım Əlili, Məhbuba Məmmədova, İlhamə Quliyeva, İrandan Eldar Sadiğ, Rusiyadan qatılan prof. Rafail Qəribov, Xeyransa Mirzoyeva, Qızqayıt Gədiriva, Sahibə Qalayeva, Türkiyədən dos. İlkin Qulusoy, İsveçdən Ülviyyə Nəcəfova, Rəşadə Moen, Taymza bəy, Azər Baxşaliyev, Norveçdən Günay Əliyeva, Təranə Mirzagayeva, və başqa soydaşlara göstərdiklri diqqət və marağa görə çox təşəkkür edirik.

Mənbə: Səadət Kərimi

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA. YOL VAR, YOLÇU VAR…

YOL VAR, YOLÇU VAR…

Yolçuluq haraya?…
Haray salma, dost!
Bütün küçələrin bir çıxışı var,
Həlim baharı var, quduz qışı var…
Bir son mənzili var bütün yolların.
Olur ki, arada enirsən pəsə,
Sürəkli zili var bütün yolların;
Getmək və bir daha geri dönməmək!

Bu nə su səsidir?
Susub da dinlə!
Gör necə susayır adam həyata,
Nə könlün istəyə, nə əlin çata…
Bütün axınların birdi məcrası,
Vaxtın axarından qurtulmaq olmur…
Bizimki bir ömür qasırğalardı,
Tanrının üzünə ağ olmaq olmur;
Düşmək və qərq olmaq fırtınalarda!

Bəs bu nə göz yaşı?
Yaşlanır adam!
Nə var bu dünyada əbədiyaşar?
İtkini, azğını…
varoğlu var, var…
Bir ucu olumdur, bir ucu ölüm,
Bir kəməndlik ipdir dolaşıq düşən.
Hər yaxşı olanın bir bəd sonu var,
Zülmətə batacaq o işıq düşən;
Çin çıxmaz dənizə söylənən yuxu!

Axı bu nə yoldu?
Yolma saçını!
Yolçu var, yoldaş var, yolun daşı var,
Hərəsi bir cürə baş ağrısıdır.
Adamı cəzb edən təkcə ürək yox,
Yaddaş ağrısıdır,
daş ağrısıdır.
Dabana tüpürmək asan iş deyil,
Ağrıyar ayağın xıra düşəndə…
Bir də var əl yeri…
tutanaqları,
Qopara düşəndə, qıra düşəndə;
Qəzası başqadır olacaqların,
Ağrıma, dostum!

20.10.2023.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı online konfrans baş tutub.

18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı online konfrans baş tutub. İsveçdə yaşayan dəyərli alim, pedaqoq, yazar Səadət Kəriminin təşkilatçılığı və moderatoluğu ilə 20.10.2023-cü il Bakı vaxtı ilə 20:55 -də başlayan online konfrans 21.10.2023-cü il Bakı vaxtı ilə 00:55-ə qədər – düz 4 saat davam etmişdir. Tədbirdə dünyanın dörd bir tərəfində müxtəlif ölkələrdə yaşayan azərbaycanlı aydınlar iştirak ediblər. Konfransda bütün çıxışçılar ancaq ana dilimizdə danışıblar. Konfransın gedişində Mehriban Vəzirin yeni kitabının online təqdimatı olub.

Tədbirdən fotolar:

Tam video material:

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Musa Yaqub – Payız üşüyür…

Nə yaman tez gəldi qışın soyuğu,
Yuvası üşüdür qaratoyuğu,
Payız üşüyür…

Bir sərçə sığınıb quru budağa,
Payızın fikrini çəkir deyəsən.
Sünbülotu yerə dikib başını,
Yaza toxumunu əkir deyəsən.
Payız üşüyür…

Gün dəyən əbrüşüm yarpaqlarında
Sanki əllərini isidir payız.
Qızılı yarpaqlar qaralıb bir az,
Elə bil Gədəbəy misidir payız.
Payız üşüyür…

Üryanlar titrəyir soyuq küləkdə,
Söhbət indi oddan, körükdən gedir,
Qovaq yelpiklənir gümüşü rəngdə,
Budağın zəhləsi yelpikdən gedir.
Payız üşüyür…

Yoxdu yarpağında o zövqü-səfa,
Şehotu üstündə buğlanır hava.
Damlalar böyüyür, düşür torpağa,
Yapışıb qanadı kəpənəklərin
Arılar özünü çəkir qırağa.
Payız üşüyür…

Yığılıb bostandan əllər, ətəklər,
Çürük yemişlərin ağarır dişi.
Yığıb arısını qaçır pətəklər,
Şanda arıların yarımçıq işi,
Alıb yarısını qaçır pətəklər.
Payız üşüyür…

Addımdan qaralan qırov cığırlar,
Əriyə-əriyə yola çıxırlar.
Payız yoxuşunda sinəm tövşüyür,
Payız üşüyür…

Müəllif: Musa Yaqub

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: – Urmu axan göz yaşımdı…

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Salmanqızı. Qadın.

Qadın

Allahın bizlərə əmanətidir,

Cənnəti bizlərə, vəsf edən qadın.

Gülüşü aləmə, işıq saçandır.

Cənnəti bizlərə,vəsf edən qadın.

Baharın ətri var, sənin telində.

Cənnəti bizlərə, vəsf edən qadın.

Bütün bəşəriyyətin, anasısan sən.

Cənnəti bizlərə, vəsf edən qadın.

Günəş tək, hər yerə işıq saçarsan.

Cənnəti bizlərə, vəsf edən qadın.

Ümüdsən, diləksən, fədakar qadın.

Cənnəti bizlərə, vəsf edən qadın.

Cənnətin əksisən,mələksən qadın.

Cənnəti bizlərə, vəsf edən qadın.

Səmada ulduzsan,aysan,günəşsən.

Cənnəti bizlərə, vəsf edən qadın.

08.03.2021.

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Yadigar Təvəkgülün doğum günüdür! – Təbrik!

“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, pedaqoq  Yadigar Təvəkgülü təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru