www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Бийбимәрьям – СЕНИ ҚУЎЫП МЕН ҲӘЛЕК

СЕНИ ҚУЎЫП МЕН ҲӘЛЕК

Шашты тарап ертелеп,
Маған кеўлиң бир пәлек.
Қарамайсаң ҳәңкийип,
Сени қуўып мен ҳәлек.

Сораспайсаң ҳал жағдай,
Мен турсамда еркелеп.
Жигит болды бул қандай?,
Сени қуўып мен ҳәлек.

Ишимдегин тап дейсең,
Сүйгиден жоқ ҳеш дәрек.
Сулыў қызлар көп дейсең,
Сени қуўып мен ҳәлек.

Қыз балаға ҳәр қашан,
Намыс пенен ар керек.
Мағанда бир яр керек,
Сени қуўып мен ҳәлек.

Жалынсын деп ойлайсаң,
Бул минезди қоймайсаң.
Бунша мени қыйнайсаң,
Сени қуўып мен ҳәлек.

Не қыл дейди бул жүрек?
Сениң орның бир бөлек.
Онда солай жүребер,
Сени қуўып мен ҳәлек.
16.07.2025 жыл

Лейла Тәтешимниң темасына.

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qurban olduğum, sadağa olduğum Pirim, Mürşüdüm


Bu yerlərə bir də gəl

Bu gün Azərbaycan Səfəvilər dövlətinin banisi, Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyət Şah İsmayıl Xətainin dogum günüdür.

Şah İsmayıl Səfəvi 1487-ci il, 17 iyulda Ərdəbildə anadan olub. Tarixçi və araşdırmaçıların verdiyi məlumatlara görə, İsmayıl 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoyur. Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş verir. Əvvəlki çıxışlardan fərqli olaraq, bu dəfə hərəkat qısa müddətdə Azərbaycanın hüdudlarından kənara yayılır. Səfəvilərin ilk çıxışlarının məqsədi yalnız Azərbaycanı birləşdirmək idisə, İsmayıl Səfəvi və onun tərəfdarları bəzi başqa ölkələri də əhatə edəcək böyük dövlət yaratmağı qərara alırlar. Ağqoyunlu və Şirvanşah qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil olur, özünü Azərbaycanın hökmdarı elan edir. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət – Səfəvilər dövləti və ya bəzi mənbələrdə deyildiyi kimi, Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır.

Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.
Səfəvi dövlətinin yaranmasında əsas amil həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlıq”a sadiq olmalarıydı.

Tarixçi alim, dosent Zaur Əliyevin yazdığı kimi: “Şah İsmayıl Xətai doğulan gündən “Günəş və Aslan” təşkilatının idarəçiləri olan ağsaqqalların, qaynaqlarda qeyd edildiyi kimi, “Gün görənlərin” himayəsi altında olub. Onun dünyaya gəlişi də İstanbulun geri alınması kimi qədim kitablarda yazılıb.

Şah İsmayıl fövqəl fiziki gücə və zəkaya sahib bir şəxs idi. Onun anadan olmasından sonra “Gün görənlər” dərhal onu himayəyə götürüb hazırlayır, həyatı Lələlərin təlimi və tərbiyəsi ilə davam etdirir. Səfəvilər dövləti onu quran və inkişaf etdirən türk tayfalarının şərəfinə “qızılbaş ölkəsi”, “qızılbaş dövləti”, Səfəvi hökmdarı isə “qızılbaş padşahı” deyə qeyd olunur. Şah İsmayıl Azərbaycan türkcəsini Hindistandan Bağdada qədər yaydı. O, Dövlət dilini türk dili elədi. Üstəlik türk dilində əsərlər yaradaraq bu gün də əsl türk sənəti olan qədim ozanlıq inkişafına təkan verdi. Onun şeir yazmağı ilə yanaşı gözəl səsi olduğu da deyilir. Özü sazda ifa edib oxuyurdu.

Şah İsmayılın çox gənc olmasına baxmayaraq, onun sərkərdəlik istedadı, döyüşçü cəsarəti və hökmdar zəkası Şərqdə və Qərbdə hökmdarları, o dövrün görkəmli adamlarını həmişə, elə bu gün də heyran edir. Şah İsmayıl Səfəvinin dövlətin siyasi-hüquqi quruluşuna baxışları onun uşaqlıq illərindən, Qızılbaşlar hərəkatının başçısı kimi fəaliyyətə hazırlandığı və bu ruhda tərbiyə edildiyi dövrdən formalaşıb.

Onun şəxsi və siyasi keyfiyyətlərinin formalaşması üçün Səfəvi əmirləri və digər türk tayfalarının başçıları da səy göstərib, lakin bu keyfiyyətlər əsasən çoxsaylı daxili siyasi amillərin təsiri altında yaranıb. Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi. Şah İsmayıl fenomenal şəxs idi. Yaxşı sərkərdə, idarəçi, mədəniyyəti sevən, şəhərsalmağa meyilli və ən əsası qeyri-adi fiziki gücə sahib idi. Məhz ona görə də hər bir onu sevən bu sözləri deyirdi “qurban olduğum, sadağa olduğum Pirim Mürşüdüm” .

Nəinki Azərbaycanda dünyanın hər yerində tarixçilər də , azərbaycanlılar da Azərbaycan düşmənləri də bilir ki, Şah İsmayıl Xətai qədər Azərbaycan dövlətçiliyinə xidmət edən ikinci bir şəxs olmayıb.
23 may 1524-cü ildə dünya tarixinin ən görkəmli şəxslərindən biri olan böyük sərkərdə, Azərbaycan xalqının böyük oğlu Şah İsmayıl Xətainin rəhmətə gedən günüdür. Cəmi 37 yaş… Ömrünün ən çal-çağırlı dövründə…Bəlkə də bu ölüm kabusu olmasaydı, şahımız hələ neçə-neçə uğurlara, qələbələrə imza atacaqdı. Onu qardaşın-qardaşla qardaş qanı tökməsimi yıxdı? Onun ömrünü nanəciblərin, başqalarının qapılarında “duz dadıb” özününkünə təpik atanların şər-böhtanları, yersiz qınaqlarımı taleyinə qara yazdı? İndi ətrafımızda bu qədər nadan varkən, gör hələ 500 il əvvəl nə qədər nadanlar, cahillər olub yurdumuzda. O nadanlar var qüvvələri ilə Şahımızın günəş kimi parlaq şəxsiyyətini çamurlara qərq edib.

Xiffət etdi, ah çəkdi, susdu, bütün dərdlərini içinə çəkdi və….Dərdə saldı çəkiləsi mümkün olmayan dərdlər, Şahımızı….Ucu -bucağı görünməyən böyük bir xaniman, böyük bir imperiya yaratdı, amma ətrafındakı murdar nəfsli, iyrənc qəlbli insanların xırda qınağına, əsilsiz yalanlarına, böhtanlarına dözüm göstərə bilmədi… Dərd içini parçaladı, parçaladı…. və bir gün…

Ömrünün son illərində ailəsinə və ardıcılı olan qızılbaşlara vəsiyyət edir:”Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox əlləşdim – müharibə olmasın, dedim, olmadı.Budur, Çaldıran döyüşündən on il keçib. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb…
… Ömrün son günlərini yaşayıram…
Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa – onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!.. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz-can sizin can onlar əmanəti!”

Ruhu şad, məkanı cənnət olsun , qüdrətli Azərbaycan oğlunun!

P.S. Qüdrətli Şah İsmayıl Xətaini Əzizə Cəfərzadə “1501” əsərində “işğalçı, qaniçən, qəddar” göstərməyə çalışsa da, Fazil Mustafa “millət vəkili” statusuna tam zidd olan müsahibəsində “Səfəvilər fəlakət tariximizdir” desə də, yazıçı Aqşin Yenisey profil statusunda “Səfəvilər İmperiyasının dağılmasına Səfəvi elitasının seksual pozğunluğunun səbəb olduğunu” iddia etsə də, bir həqiqət bu kainata əbədi hakimdir:” Günəşi örtsədə qara buludlar, Yenə günəş adlı bir qüdrəti var”.
Hələ bir həqiqət də var ki, o daha kəskindir və onu demirəm, çünki hamı bilir.

Müəllif:Əntiqə RƏŞİD

ƏNTİQƏ RƏŞİDİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – CƏNNƏTİN PİLLƏKƏNİNDƏ

CƏNNƏTİN PİLLƏKƏNİNDƏ
(qələmdaşım Azər Laçınlıya)
Şair var; qələmi, mürəkkəbi var,
Hər şeyi yerində, “suçəkən”i yox!
Həmişə elində, obanda, Şair,
Nə çox “Ağ saray”lar, pilləkəni yox!


Həsrətli qardaşım, bu günə şükür,
Hicrətli yoldaşım, bu günə şükür,
Qeyrətli sirdaşım, bu günə şükür,
Nə qədər evlər var, pilləkəni yox!


Qurulu evlər var, yox pilləkəni,
Çoxdur abad yurdlar, yox yol çəkəni,
Çoxunda çox şey var, yox “Mıxtökən”i,
O qədər “Cənnət” var, pilləkəni yox!


Kimi evin tapdı, yolun kol basmış,
Kiminin həyətin, yurdun lil basmış,
Nə çox ev-eşik var, çoxdan “dul” qalmış,
Çox yerə keçid var, pilləkəni yox!


Ustacı tanırsan, şükür aşiqi,
Hicrətdə intizar sökür aşiqi,
Yumağa döndərir, bükür aşiqi,
Onun hər şeyi var, pilləkəni yox!
17.07.2025. Laçın.
Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şuşatək ocağın mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunus Oğuzun 65 yaşına

Tarixin borclu olduğu adam

Salam olsun, çox dəyərli oxucum! Budəfəki qəhrəmanımız bütün Türk dünyasının, Oğuz elinin bir əlində qılınc, bir əlində qələm sözün, kitabın, ədəbiyyatın, mədəniyyətin, tarixin, milli kimliyin keşiyində mərdi-mərdanə dayanmış hünərvər alim oğlu Yunus Oğuzdur.

Yunus Oğuzun özü oldu-olmadı mən bu barədə dəfələrlə müxtəlif tədbirlərdə də demişəm. Yeri gəldikcə deyirəm və deyəcəm. Əsasən gənclərin üstünlük təşkil etdiyi tədbirlərdə bu məsələyə mütləq toxunur və Yunus Oğuz kimi ziyalılardan misal çəkir, belə insanlarımızı nümunə göstərirəm.

Yunus Oğuz sağlığında öz əməllərilə “Gündoğandan Günbatana” dediyimiz böyük türk dünyasının mənəvi aləmində sözdən-kitabdan ayağı bozqın bilinməyən təkində,  başı isə  sonsuz səmanın mavi ənginliklərində itib-batan  nəhəng heykəlini ucaltmış çox azsayl müasirlərimizdən biridir.

Mən Yunus Oğuz imzasını tarix dərsliklərinin demək olar ki, olmadığı bir dövrdə tarixi romanlar müəllifi kimi tanımışam.  Əgər belə demək mümkünsə – doğru olarsa,  tarixi onun yazdıqlarından öyrənmiş bir nəslin nümayəndəsi kimi, Yunus Oğuzu böyük əminliklə tarixin ona borclu olduğu adam adlandırardım. Hələ çox əvvəllər özlüyümdə onun yazdıqlarını Yevgeni Tarlenin “Napoleon”u, Vasili Yanın “Çingiz xan”, “Kurqanlardan gələn işıq” kimi möhtəşəm əsərləri ilə müqayisə etmiş və həmişə bir baş yuxarı bilmişəm.

Yunus Oğuzun yaradıcılığı və bir müasiri olaraq bütün gündəlik fəaliyyəti ilə tanış olarkən qeyri-ixtiyari Timuçinin (Çingiz xanın)  ovcunun içində qançırla doğulması əhvalatını, digər buna oxşar ayrı-ayrı şəxslərin dünyadakı müssiyaları ilə bağlı işarətləri xatırlamaya bilmirsən. Bir var tarix yazmaq, bir də var tarix yaratmaq. Yunus Oğuz tarix yaradanlardandır. Onun missiyası bundan ibarətdir. Bütün yaradılmışlar kimi tarix də ona borcludur.

22 iyulda   Yunus Oğuzun 65 yaşı tamam olur. Bu münasibətlə yazarlar cameəsi adından onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Zaur USTAC,

“YAZARLAR” jurnalının və YAZARLAR.AZ  saytının təsisçi – baş redaktoru, AVMVİB-nin, AYB-nin və AJB-nin üzvü, şair, publisist

Zaur Ustac – Şuşa!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc – Hayaller!

Hayaller!

Ah, ah, hayallerim gözlerimin önünden geçiyor, gökyüzündeki yıldızım bile beni kıskanıyor.

Kendimi kıskanılır görünce, sonsuza dek her düşünceye tabi oluyorum.

Bir yırtıcı kuş gibi, her avcının okunun hedefiyim.

(Hayallerim bir gül fidanı kadar renkli, yıldızım bir nehirde akan parlak bir su damlası kadar berrak.)

Bazen kendime soruyorum:

Hayal benden uzakta mı? Yoksa ben hayallerden daha mı uzağım?

Aslında gökyüzünde parlayan bir yıldız değil, bir nehrim ve bu yüzden hayallerim belli bir gizemle örtülü kalıyor.

Anlam alemine giriyorum ve kalbimin sırlar alemine nüfuz etmek için can attığını görüyorum.

Zihin, şefkat ve sevgi: Var olan her şey içimde.

Hayal gücünün nasıl böyle bir zamansızlığa gömüldüğünü görüyorum.

Bir kalemin hem siyah hem de beyaz yazdığı söylenir.

Rüyasını resmeden sanatçının yüzü isteksiz miydi? Bilmiyorum.

İsyan etmiyorum.

Bir rüya, bu yoğun, yekpare karanlıkta tutulan bir mum gibidir.

Gücün hayal gücünden daha kapsayıcı olduğunu duydum.

Zamanı geldiğinde, hayal gücünün gücü daha büyük bir şeyin kutsama seviyesine ulaşacaktır.

Tüm hayali kadehler yeni başlangıçlardan doğar.

Sözcükler gibi, üç eylemle var olurlar:

Başlatıcı olarak kehanet,kehanet olarak yağmur – birinci ve ikinci kader arasındaki ilişkide oluşan kavram.

Farklı biçimlerde, farklı ifadelerle, farklı sevgilerle, farklı sevinçlerle.

Ben rüyaların okçusuyum. Zihin her gökyüzünü belgeler.

Hayal gücümle, sonsuzlukla yüzleşmek ve onu sınamak için her zaman eşikte bekleyeceğim.

Rüyalarımla eşikte beklediğim sürece, anlaşılmaz, tutarlı, bütünleşik ve katmanlı bir deneyime dönüşecek bir kişilik bulacağım.

Bu dünyaya geç gelmiş olmamın bir önemi yok.

Sözlerim, hayallerimin cesedi için ikinci bir diriliştir.

Kalemin karanlık yazısı zihni nasıl ele geçiriyorsa,

Hayallerimi çizip kucaklayan da ben olacağım.

İşığın Şairi

16/07/2025- Paris

Müəllif: Caroline Laurent Turunc

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qədim Oğuzun çağdaş Yunusu! YUNUS OĞUZ – 65

Qədim Oğuzun çağdaş Yunusu!

Təsadüfdənmi, yoxsa ilahi qismətdənmi, bilmirəm, düz 65 il bundan əvvəl Azərbaycanda ilk mətbuatın yarandığı gun, yəni “ƏKİNÇİ” qəzetinin “doğulduğu” gün qədim Oğuz elinin dilbər məkanlarından birində – Şirvan torpağında dünyaya bir oğlan uşağı gəldi. Kim bilir, bəlkə də valideynləri, yaxınları bu körpənin böyüyəndə mühəndis, ya müəllim, ya həkim, ya da hansısa başqa bir peşənin sahibi olacağını xəyal edirdilər. Amma hələ o zaman valideynlərinin, yaxınlarının heç ağıllarına da gəlməzdi ki, bu körpə Azərbaycan ədəbiyyatının ağır yükünü çiyinlərinə götürəcək, xalqının unudulmaqda olan tarixini xalqın özünə, təkcə elmi yazılarla deyil, həm də bədii əsərlər vasitəsilə yenidən qaytarmaqla, tarixi bir missiyaya imza atacaq…

Yunus Oğuzu 1988-ci ilin ortalarından tanıyıram. Qarabağ uğrunda savaşın ilk günlərindən “qələmini süngüyə çevirən” bu gənc qələm adamını tanıdıqca, onun daxilində qədim Oğuz elinin ağrı-acıları ilə yoğrulmuş bir dünyanın hayqırtısını duymamaq mümkün deyildi. Həmin illərdə çoxları kimi Yunus bəy də yazmaqdan çox (zatən istədiklərini yazmağa və yaymağa imkan da verilmirdi-T.N.) canlı ünsiyyətə, Vətən və Azadlıq uğrunda ayağa qalxan insanların mənən zənginləşməsinə yönəlik təbliğata daha böyük üstünlük verirdi. Yunus bəy o həqiqəti bilir və qətiyyətlə əmin idi ki, bir milləti qələbəyə, yenilməzliyə aparan yol milli özünəinamdan, milli özünüdərkdən və milli özünəgüvəncdən keçir. Əsrlər boyu məqsədli şəkildə milləti özündən, keçmişindən ayıran rus şovinizminin ideologiyası ilə “zəhərlənmiş” xalqın şüurunda inqilaba ehtiyac olduğunu dərk edərək də, meydanlarda, küçələrdə Xəlil Rza Ulutürklə, Əbülfəz Elçibəylə, Anarla, Sabir Rüstəmxanlı ilə, Firidun Cəlilovla və digər milli ruhlu ziyalılarla birgə gecə-gündüz həm Bakıda, həm o zaman od içində yanan Qarabağda, həm də qədim Oğuz elinin bir parçası olan Azərbaycanın digər əyalətlərində sadə kütlənin maarifləndirilməsində fədakarlıq göstərirdi…

Hələ o illərdə Yunus Oğuzun tez-tez işlətdiyi bir cümləni bu gün də xatırlayıram: “Mübarizəyə gedən yol beyinlərdən başlamalıdır. Əl, qol çəkicdi, onu idarə edən isə beyindir. Beyin istiqaməti düz tutmayanda, çəkic insanın özünə dəydiyi kimi, milli mübarizədə də yanlış istiqamət zərbənin özümüzə dəyməsinə gətirib şıxarar!”

Nə yazıqlar ki, milli hərəkatda olanların heç də hamısı Yunus bəy kimi düşünmürdü. Yunus Oğuz ona görə belə düşünür və belə deyirdi ki, onun mənəvi dünyasında millətinə zərər vuracaq hər hansı bir hərəkətə yer yox idi. Şəxsinə aid olan bütün mənafelərini millət naminə qurban verməyə hazır olanlar, o cümlədən Yunus Oğuz məhz belə düşünürdü və bu gün də belə düşünür. Elə ona görə bütün ömrünü qədim Oğuz dünyasının keçdiyi çeşməkeşli yola işıq salmağa və millətini bu yolu görmək üçün oxumağa, öyrənməyə və öyrətməyə çağırmaqdan usanmadı və usanmır…

Yunus Oğuz haqqında düşünəndə içimdən qeyri-ixtiyari bir sual doğur: bir insan bu qədər zəngin tarixi irsi necə araşdıra, öyrənə, yaddaşına həkk edə, öyrəndiklərini bədii dildə, oxunaqlı bir üslubda insanlara təqdim edə bilər? Türkün ən qədim qatlarına qədər gedib də, əldə etdiyi əvəzolunmaz tarixi inciləri toplayıb bizlərə türk etnosunun tarixini öyrədən bu və digər elmi kitabların müəllifinin “Atilla”, “Nadir şah”, “Təhmasib şah”, “Cığır” və sair kimi mükəmməl bədii-tarixi romanlarla Oğuz törələrinə keçmişimizi tanıtması, onun daxilindəki milli özünüdərk idealına olan qırılmaz bağlılığın təzahürüdür. Bir vaxtlar siyasi fəaliyyətlə məşğul olarkən rəhbərlik etdiyi partıyanın “Milli Vəhdət” adlanması da, hesab edirəm ki, eyni yolun müxtəlif cığırlarını araşdırması və ən doğrusunu yəqin etməsi istəyindən başqa bir şey deyil. Bilmirəm, çağdaş elmi və bədii ədəbi simalar arasında Yunus Oğuz qədər zəngin və mükəmməl ədəbi irs yaradan ikinci yazar varmı? Mən tanımıram, tanıyan varsa, desin.

Bu günlər Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ərəfəsindəyik. Onunla birlikdə çağdaş mətbuatımızın – azad, demokratik Azərbaycanda azad mətbuatın inkişafında misilsiz xidmtləri olan Yunus Oğuzun 65 yaşı tamam olur. “Əkinçi”dən 85 il sonra doğulan Yunus Oğuz Müstəqil Azərbaycanın ən uzunömürlü və ən çox oxunan media resursuna – “Olaylar” qəzetinə və eyni adlı informasiya agentliyinə rəhbərlik etməklə qoca “Əkinçi”nin üzünü ağardan nəvələrdən oldu. Üzün hər zaman ağ, başın dik, vüqarın yenilməz olsun, Yunus bəy! Kim bilir 70-80 yaşlarına qədər bu millətə hələ nə qədər töhvələr bəxş edəcəksən!

Hörmətli Yunus bəy!

Əziz dostum!

Qədim Oğuz dünyasının çağdaş Yunusu!

Sizi 65 yaşınız münasibətilə deyil, bu 65 ildə millətinə, xalqına təmənnasız

xidmətinziin bəhrəsi olaraq yaratdığınız zəngin ədəbi-bədii və elmi irsin müəllifi

olaraq təbrik edir və hələ neçə on illər bu xalqa yeni-yeni elmi və bədii kitablar bəxş etməyinizi arzu edirəm.

Təhmasib NOVRUZOV,

Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri,

yazıçı-publisist

“Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının önəmli simalarındandır” – Taleh Şahsuvarlı

Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının önəmli simalarındandır

Yunus Oğuz uzun illərdir tanıdığım bir insandır. İlk növbədə, Yunus müəllimi bir insan kimi dəyərləndirmək istərdim. O, olduqca mehriban, dostcanlı və ətrafındakı insanların problemlərinə həssas yanaşan bir şəxsiyyətdir. Bu baxımdan, gənc yaşlarımdan etibarən Yunus Oğuzu tanımağıma, onunla ünsiyyətdə olmağıma və daimi dostluq münasibətlərimizin mövcud olmasına görə özümü xoşbəxt sayıram.

Yunus Oğuz Azərbaycan ictimai-siyasi həyatının ən önəmli simalarından biridir. O, hər zaman Azərbaycanın müstəqilliyi uğrunda, milli maraqları naminə mübarizə aparıb. Azərbaycanın haqlı mövqeyinin, dəyərlərinin həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması üçün ciddi səylər göstərib, bu istiqamətdə böyük töhfələr verib. 
Yunus müəllim haqqında biz həm də həmkarımız kimi danışmalıyıq. O, Azərbaycanın müstəqil mətbuatının əsasını qoyan şəxslərdən biridir. Vaxtilə və hazırda rəhbərlik etdiyi nəşrlər Azərbaycan mətbuat tarixində xüsusi yeri olan kütləvi informasiya vasitələridir. Şübhəsiz ki, Yunus Oğuzun həyat və yaradıcılığının ən mühüm sahələrindən biri onun ədəbi fəaliyyətidir. Onun bir çox romanları mövcuddur və bu romanların əksəriyyəti tarixi mövzulara həsr olunub. Demək olar ki, onların böyük bir qismini oxumuşam. Bu əsərlər yüksək peşəkarlıqla yazılıb və Azərbaycan tarixi şəxsiyyətlərinə həsr olunub. Bu romanlar yeni nəslə və ədəbi oxuculara həmin şəxsiyyətləri tanıtmaq istiqamətində mühüm işlərdən biridir. Təsadüfi deyil ki, Yunus Oğuzun bəzi romanlarından parçalar dərsliklərə salınıb, yaradıcılığı isə tədqiqatçılar tərəfindən geniş şəkildə araşdırılıb. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatının ən önəmli nümunələrindən biri kimi qiymətləndirilir. Yunus müəllimi doğum günü və yubiley yaşı münasibətilə təbrik edirəm. Sevindirici haldır ki, bu yubiley Azərbaycan mətbuatının 150 illiyinə təsadüf edir və Milli Mətbuat Günü ilə eyni tarixdə qeyd olunur.
Bu baxımdan, hər iki əlamətdar gün münasibətilə Yunus müəllimi səmimi-qəlbdən təbrik edirəm!

Taleh ŞAHSUVARLI,

yazıçı, jurnalist, AzNews.az analitik-informasiya portalının   rəhbəri

Yunus Oğuzun yaradıcılığı unudulmaz təsir bağışlayır – Səyyad Aran

Yunus Oğuzun yaradıcılığı unudulmaz təsir bağışlayır

Yunus Oğuz çağdaş  Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Hazırda o Azərbaycanda tarixi roman janrının bir nömrəli nümayəndəsidir. O, yazdığı romanlarında həmən dövrü çox real və canlı şəkildə təsvir edə bilir. Yunus Oğuz zəngin biliyə malikdir, tarixi hadisələrə olduqca real və həqiqi rakursdan baxmağı bacarır. Ona görə də əsərləri oxunaqlıdır. Türk tarixi ilə dünyaca şöhrətli insanları o qədər real və aydın təsvir edir ki, sanki oxucu da bu hadisələrin iştirakçısı kimi özünü hiss edir. Yunus Oğuzun romanlarının təsirindən uzun müddət çıxmaq olmur. Qardaşımı təbrik edirəm, ona can sağlığı və böyük yaradıcılıq uğurları arzulayıram.

Səyyad ARAN,

Milli Məclisin deputatı