BU PAYIZ BAYRAĞA BÜRÜNÜB ŞUŞA

BU PAYIZ BAYRAĞA BÜRÜNÜB ŞUŞA

Dağlar sinəsindən yol açdı bizə,
Daşlar qayalarda dolaşdı dizə.
Şuşa qanadlandı, qol açdı bizə,
Yolunu gözlədim 30 il, dedi.

Azsın izlərində küçə, tin, dalan.
Gündüz, axşam, səhər gəz məni, dolan.
Cıdırdan boylanıb, asılı qalan
Gözümün yaşını özün sil, dedi.

Sinəmdə açacaq güllər bu payız,
Şuşa sənsiz olmaz, sən də Şuşasız.
Gülür, nəğmə deyir gözlər, dil, ağız,
Dik tut məğrur başın, sevin, gül, dedi.

Öpdüm torpağından, öpdüm daşından,
Sevincdən çalması düşdü başından.
Üzükdür, özü də almaz qaşınnan,
Hansı dəyərlidir, indi bil, dedi.

Bu payız bayrağa bürünüb Şuşa,
İgidlər iz salıb qayaya, daşa.
Yaşa bu zəfərlə, sən məğrur yaşa,
Açıldı ürəklər, sözü dil dedi.
08.11.2020

Müəllif: Qabil NABİ

QABİL NABİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir