www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Yunus Oğuzun 65 illik yolu: Mətbuat və ədəbiyyatda dərin izlər

Mətbuat və ədəbiyyatda dərin izlər

Mən 35 ildən çoxdur ki, Yunus Oğuzu tanıyıram. Son 20-25 ildə isə demək olar ki, bir yerdə mətbu fəaliyyətimizdə Yunus Oğuzun doğum günləri həmişə bizim üçün yadda qalan olub. Çünki Yunus Oğuzun doğum günü Azərbaycan Milli Mətbuat Gününə təsadüf edir. Bunun bir simvolik mənası var. Çünki Yunus Oğuz mətbuatla sıx bağlı insandır və gənc yaşlarından mətbuat orqanları yaradıb. Onun rəhbərlik etdiyi “Olaylar” qəzetinin, “Olaylar” İnformasiya Agentliyinin 30 illiyini bir müddət əvvəl Mətbuat Şurasında təntənəli şəkildə qeyd etdik.
Azərbaycan qəzetləri sırasında özünəməxsus yer tutan “Olaylar” qəzeti Yunus Oğuzun rəhbərliyi ilə istedadlı jurnalistlərin ortaya qoyduğu bir mətbuat nümunəsidir.
Yunus Oğuz eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və dəyərli tarixi əsərlərin müəllifidir. Onun  Azərbaycan tarixinə yeni yanaşma ilə yazdığı bədii əsərlər oxucular tərəfindən böyük maraqla qarşılanır.
Mən həmişə demişəm: mənim anam Yunus Oğuzun romanlarının ən sədaqətli oxucusudur. Hər bir yeni roman çıxan kimi Yunus Oğuz onu avtografla göndərir və anam da onu maraqla oxuyur.
Eyni zamanda, Yunus Oğuzun Azərbaycan tarixi ilə bağlı elmi məqalələri də öz fərqliliyi, yeni baxışı ilə seçilir.
Yunus Oğuz enerjilidir, daim yazır, yaradır, hərəkətdədir, tədbirlərdə iştirak edir, fəaldır. Ona görə də onun 65 yaşı mənə də təəccüblü gəlir və elə bilirəm ki, Yunus Oğuz gənclik enerjisi ilə dolu bir insandır.
Yunus Oğuzla səfərə çıxmaq, müxtəlif ölkələrdə olmaq özü də maraqlı bir səyahətdir. Dəfələrlə  birlikdə müxtəlif tədbirlərdə, müxtəlif ölkələrdə iştirak etmişik. Həmişə bu barədə xoş xatirələrimiz yaranıb.
Yunus Oğuzu yubileyi – 65 yaşı münasibətilə təbrik edirəm və ona gələcək illərdə çox-çox yaradıcılıq uğurları arzulayıram.

Rəşad MƏCİD

Azərbaycan Mətbuat Şurasının sədri 

“Yunus Oğuz Azərbaycan ədəbiyyatında cığır açan ədəbi körpüdür” – Sayman Aruz 

Azərbaycan ədəbiyyatında cığır açan ədəbi körpü

Yunus Oğuz  Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən, fərqlənən və heç kəsə bənzəməyən bir yazıçıdır. O, xalqının keçmişini dərindən öyrəndiyi və bildiyi üçün bu gününə və gələcəyinə dair kifayət qədər aydın mövqeyi, fikirləri və düşüncələri olan bir müəllifdir. Bu biliyə əsaslanaraq, öz yazı üslubunu və ədəbi istiqamətini də olduqca sadə və aydın şəkildə müəyyən edə bilir. Bu isə hər yazıçıda olmayan, yalnız çox az sayda qələm sahibində rast gəlinən bir keyfiyyətdir. Məhz buna görə də Yunus Oğuzun istənilən kitabını əlinə alıb oxuyanda müəllifin adı yazılmasa belə, dərhal hiss olunur ki, bu əsər yalnız Yunus Oğuzun qələminin məhsuludur. Onun əsəri  “Cığır” olsa da, o özü  Azərbaycan ədəbiyyatında cığır aça bilmiş müvəffəq və əbədi bir  körpüdür. Digər tərəfdən, Yunus Oğuz Türk dünyasında da kifayət qədər tanınır və ədəbi, ictimai-siyasi sahədə önəmli xidmətlər göstərmişdir. 
Mənim fikrimcə, uğurlu bir ədəbiyyatçı yalnız qələmi ilə deyil, həm də ictimai mövqeyi və siyasi aktivliyi ilə seçilməlidir. Xüsusilə Şərq təfəkküründə və Şərq cəmiyyətində buna həm ehtiyac, həm də tələbat var. Məhz bu baxımdan Yunus Oğuz eyni zamanda ictimai-siyasi xadimdir. O, yaxşı bilir ki, qələmi Koroğlu, Şah İsmayıl kimi qılıncla birləşdirmədən heç bir uğur qazanmaq olmaz. O, dərk edir ki, ədəbiyyat  ən  böyük  siyasətdir. Buna görə də Vətən torpağına olan sevgisini həm əsərlərində, həm də ictimai fəaliyyətində dolğun şəkildə nümayiş etdirib. Bu isə Azərbaycan cəmiyyəti və Türk dünyası tərəfindən hər zaman yüksək qiymətləndirilib və bundan sonra da qiymətləndiriləcəkdir.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm: Yunus Oğuz xalqını və dövlətini təmənnasız şəkildə sevir. O, heç bir zaman nəyinsə qarşılığını gözləmədən xidmət edib. Həmçinin, heç bir vəzifə və məqamın arxasınca getməyib. Mən onu şəxsi tanıyan biri kimi deyə bilərəm ki, Yunus Oğuzda gördüyüm ən mühüm və əvəzolunmaz xüsusiyyətlərdən biri də bu təmənnasızlıqdır. Bu təmənnasız yanaşma həm dostlarına, həm Vətənə, həm də dövlətə münasibətdə özünü göstərir. Düşünürəm ki, bu keyfiyyət digər ədəbiyyatçılarımızda və xüsusilə ictimai-siyasi xadimlərimizdə də olmalıdır – yəni qarşılıq gözləmədən Vətənə, dostlara və dövlətə xidmət etmək! 
Yunus müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni-yeni uğurlar və davamlı yaradıcılıq uğurları arzu edirəm!

Sayman ARUZ

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri

“Yunus Oğuz – bütöv şəxsiyyətin simvolu” – Aydın Quliyev

Bütöv şəxsiyyətin simvolu

Bir neçə on illərdən keçmiş şəxsi dostluğumuz var. Onun haqqında yalnız dost olduğumuz üçün danışmıram. Dostum olmayan sadə bir azərbaycanlı kimi tanısaydım da, onun haqqında, yenə eyni sözləri deyərdim. Onu heç vaxt sınamadım. Fikirdə də olmadım. Çünki başlanğıcdan ona güvənməyin ən yaxşı başlanğıc olduğuna inandım. Əminəm ki, onunla yaxından dostluq edənlərin, onu yaxından tanıyanların hamısının qənaəti belədir. Təpədən dırnağa qədər vətənsevər, dövlətçi olan bir şəxsiyyətin insanlara özü haqqında ilk tanıtım mesajları başqa cür necə ola bilər ?! Yaratdığı “Olaylar” media qrupundan, yazdığı çoxsaylı tarixi romanlarından əvvəl o bir şəxsiyyət olaraq artıq vətənsevər və dövlətçi idi. Məhz bunlar olduğuna görə “Olaylar”-ı və tarixi romanları ərsəyə gətirdi. Bunları yazmaq üçün qandan gələn  vətənpərvər olmaq lazım idi. Necə ki,Yunus Oğuz oldu.
Onun barəsində çox mənalarda dolğun danışmaq mümkündür. Çünki həqiqətən dolu adamdır. Şəxsiyyəti bütöv, fikri qəti  və aydın, yaradıcılığı hərtərəfli, işləri məqsədyönlü, öz xarakterinə sadiq, getdiyi yolun uğurlarına inanan….Yunus bəyin bütövlük elementlərinin tam demədiyim siyahısı budur…
Azərbaycanın yaradıcı, ictimai-siyasi fəallarının hamısının olmasa da, çoxunun həyatı və fəaliyyətləri haqqında nələrisə bilirik .Üzdə olan şəxslərin kim və nəçi olduqları ən kritik dönəmlərdə üzə çıxır. Məhz bu məqamlarda “kimin əlinin hansı dövlət xadiminin və hansı dövlətin cibində olduğunu” aydın görmək olur. Müstəqillik tariximizin bütün mübarizə məqamlarında Yunus Oğuz “əli yalnız öz cibindən çıxan” şəxsiyyət kimi tanındı…
Mən Yunus Oğuzla dostluğumuzla qürur duyuram. Onunla dostluq eyni zamanda Azərbaycan ideyası ilə, milli-mənəvi , tarixi dəyərlərimizlə  və  insaniyyətlə  dostluq deməkdir…
Həmişə belə qal, DOSTUM!
65-dən başladığımız yeni ömür səhnəsinə xoş gəldin!

Aydın QULİYEV

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq və siyasətçi

“Yunus Oğuz – qələmi ilə tarix yazan, sözü ilə vətənə xidmət edən şəxsiyyətdir” – Bəhruz Quliyev

Qələmi ilə tarix yazan, sözü ilə vətənə xidmət edən şəxsiyyət

Yunus Oğuz çağdaş ədəbiyyatımızın düşünən, duyan və yazan nadir qələm sahiblərindəndir. Onun tarixi romanları – “Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur” kimi əsərlər milli yaddaşımızın ədəbi portretini yaradır. Bu əsərlərdə təkcə tarix deyil, milli kimliyimizin təməl sütunları da canlandırılır.
Eyni zamanda, Yunus Oğuzun “Ovçu” adlı əsəri xüsusi vurğulanmalıdır. Bu roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyatına və qəhrəmanlıq yoluna həsr olunub. “Ovçu” yalnız bioqrafik roman deyil – həm də  vətən uğrunda şəhid olmuş bir övladın timsalında bütün Azərbaycanın övladlarına ədəbi abidədir. Yunus Oğuz bu əsərdə Murad Mirzəyevin qəhrəmanlığını sadəcə bir döyüşçü kimi yox, bir ata, bir oğul, bir dost və bir insan kimi təqdim edir. Oxucu Muradın şəhadətə gedən yolunda onun daxili aləmini, ruh yüksəkliyini, əqidəsini dərk edir və onunla fəxr edir. Jurnalistika sahəsində də Yunus Oğuz cəmiyyətin sözünə çevrilə bilmişdir. “Olaylar” qəzeti uzun illərdir Azərbaycan mediasında prinsipial mövqeyi, obyektiv yanaşması və milli maraqlara sadiqliyi ilə seçilir. Onun rəhbərliyi ilə bu media orqanı həm informasiya platforması, həm də milli təfəkkürün daşıyıcısı olub.
Yunus Oğuz – qələmi ilə tarix yazan, sözü ilə vətənə xidmət edən bir şəxsiyyətdir. Onun həm ədəbi irsi, həm də jurnalistlik fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. 
Bir daha dəyərli qələm sahibini doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və vətənə xidmət yolunda yeni yaradıcılıq zirvələri arzulayırıq!

Bəhruz QULİYEV

“Səs” qəzetinin baş redaktoru

Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar – Yunus Oğuz

Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar

Yunus Oğuz Azərbaycan mədəni mühitində, ədəbi-bədii mühitində və jurnalistika mühitində çox ciddi, önəmli yerlərdən birini tutan bir sənətkar, bir  yazardır. Onu çox ciddi statuslarla qiymətləndirmək, dəyərləndirmək olar.
Yunus Oğuz “Olaylar”ı yaratmaqla Azərbaycan jurnalistika sistemində çox ciddi, müstəqil bir xətt formalaşdırdı. Jurnalistika sistemimizə ədəbi məktəb səviyyəsində gətirdiyi “Olaylar” qəzeti və “Olaylar” saytı ilə bizə məlumdur. Onun rəhbərlik etdiyi bu qəzet və bu sayt, sözün həqiqi mənasında, müasir Azərbaycan jurnalistikasına  bir töhfədir.
Digər tərəfdən, Yunus Oğuz  Azərbaycan bədii fikrində, ədəbiyyatında müasir dövrdə çox önəmli yer tutan bir yazıçıdır. Əlbəttə, yazıçılarımız çoxdur, sənətkarlarımız çoxdur. Amma Yunus Oğuz bizi mövzuları ilə təmin edir. Azərbaycan tarixinin ən çətin dövrlərini özünün müxtəlif romanlarında ortaya qoyub. Onun  Azərbaycan tarixi ətrafında yazdığı romanlar bəzən o qədər təəccüb doğurur ki… Təəccüb ondadır ki, bu faktları o necə axtarır, necə tapır? Çünki o faktların çoxu – bəlkə də romanlarındakı faktların əksəriyyəti, demək olar ki, yeni faktlardır.
Faktlar bir yana, həm də Yunus Oğuz bu faktları ədəbi-bədii dildə o qədər gözəl ifadə edir ki, o əsərləri oxumamaq mümkün deyil.Ona görə də Yunus Oğuzun ədəbiyyatımıza, jurnalistikamıza gəlişi və 65 yaşı mübarək olsun!

Cahangir MƏMMƏDLİ

Bakı Dövlət Universitetinin professoru 

polad hesimov

Ofeliya Salmanova: “Polad Həşimovun şəhid olduğu posta bir ildən sonra getdik. Qohumlarımız məni qoymurdular ki, ora təhlükəlidir. Həm də vəziyyətimin daha da pisləşəcəyini düşünürdülər. Özüm də fikirləşirdim, getsəm, dayana bilmərəm. Qızım atasının yoxluğunu qəbul etmək istəmirdi. O getmədi. Oğlanlarım getdilər… Elə bilirdim ürəyim tab gətirməz. Amma getdim, tamam başqa insan oldum. Əlbəttə, çox ağırdır. Baxırsınız, orda bir nöqtə var, Polad Həşimovun qanı tökülüb. Ancaq vətən sevgisi necə bir duyğu imiş, bunu orada daha yaxşı anladım. On yeddi il tanıdığım Polad, əslində, o zirvədəki Polad imiş. Çox qəribədir… Poladı gördüm o zirvədə. Varlığını hiss etdim, onunla görüşdüm. Şəhid həyat yoldaşları bu hissləri yaşayıblar. Danışırlar ki, elə bir məqam olur, şəhidinlə görüşürsən, ürəyin rahatlıq tapır. Mən də hiss etdim ki, Polad həmin an ordadır. Qəlbimə çökmüş bir illik ağrı, acı yox oldu. Uşaqlar da özlərini itirmədilər. Ancaq bilirəm, onların da qəlbində tufan qopdu”.
Tovuz döyüşlərindən 5 il ötür.

Arif Nəzər oğlu Heydərov (1926)

Tarixi foto: Heydər Əliyev və SSRİ daxili işlər naziri Nikolay Şelokov Azərbaycan daxili işlər naziri Arif Heydərovun dəfnində iştirak edirdilər. Arif Heydərovun 1978-ci ilin yayında qətlə yetirilməsi o dövrün ən səs-küylü hadisələrindən biri olmuşdu.
Arif Nəzər oğlu Heydərov 1926-cı il iyunun 28-də Ağdaş şəhərində anadan olub. Əslən Qubadlının Gürcülü kəndindən olan ailəsi Ağdaşda yaşadığı üçün atası Nəzər Heydərov burada işləyirdi. Daha sonra Bakıya təyinat alır və Arif də məhz burada böyüyür. Nəzər Heydərov 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsini icra edib. Lakin Stalinin ölümündən sonra Mircəfər Bağırovun bütün yaxın ətrafı kimi o da vəzifəsini itirib.
Arif Heydərov əmək fəaliyyətinə 1942-ci ildə neft mədənində çilingər kimi başlayıb. Bir il sonra Moskvaya göndərilərək kəşfiyyat məktəbində təhsil alıb. 1944-cü ildə oranı bitirdikdən sonra kəşfiyyatçı zabit kimi İkinci Dünya Müharibəsində iştirak edib. Müharibədən sonrakı iki il ərzində isə Şərqi Almaniyada və Polşada operativ xidmət aparıb.
1947-ci ildə Azərbaycana qayıdan Arif Heydərov təhlükəsizlik nazirliyində işləməyə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil alıb. Məhz burada Heydər Əliyevlə tanış olaraq yaxın dost olmuş, bu dostluq sonradan onun daxili işlər naziri təyin olunmasında mühüm rol oynamışdı.
1967-1970-ci illərdə Arif Heydərov Türkiyədə SSRİ-nin konsulu vəzifəsində çalışıb. Əslində isə o, sovet kəşfiyyatının həmin ölkədəki rezidenti idi.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin olunduqdan bir il sonra köhnə dostunu və KQB həmkarını Bakıya gətirərək daxili işlər naziri vəzifəsinə təyin edir.
1978-ci il iyunun 29-da, 52 yaşının tamam olmasından bir gün sonra general-leytenant Arif Heydərov öz kabinetində müavini, Sovet İttifaqı Qəhrəmanı general-mayor Səlahəddin Kazımovla birlikdə qətlə yetirilir.
Qatil Ziya Muradov Şuşa həbsxanasının zabiti idi. O zaman həbsxanalar DİN-in tabeliyində olduğundan o, xidməti səbəbdən həbsxananın klubunda qalır, buna görə də ailəsindən ayrı düşmüşdü. Dəfələrlə nazirliyə müraciət edərək mənzillə təmin olunmasını və ya başqa şəhərə köçürülməsini xahiş etmişdi. Lakin bu xahişləri cavabsız qalmışdı. O vaxt yayılan söz-söhbətlərə görə, nazir müavini Səlahəddin Kazımov süründürməçiliyə yol verir, hətta rüşvət tələb edirmiş. Ziya Muradovun da əsas narazılığı məhz ondan idi.
Hər şeydən bezən və psixoloji gərginlik keçirən Muradov 1978-ci il iyunun 29-da xidməti silahını götürərək nazirliyə gəlir. Burada Səlahəddin Kazımovun nazirin kabinetində müşavirə keçirdiyini öyrənib ora gedir. Qəbul otağında nazirin köməkçisi polkovnik Əziz Səfixanovu qətlə yetirib kabinetə daxil olur. Əvvəlcə Səlahəddin Kazımovu güllələyir. Ehtimal olunur ki, əslində Arif Heydərova atəş açmaq niyyəti yox idi. Lakin onun stolun gözündən silah çıxarmağa çalışdığını görəndə onu da vurur. Kabinetdə olan digər şəxslərə toxunmadan, Muradov sonradan silahı öz ağzına dirəyib atəş açaraq intihar edir.
Həmin ilin sentyabrında sovet lideri Leonid Brejnev Bakıya gələcəkdi. İki generalın – nazir və nazir müavininin qətli böyük rezonans doğurur, xarici radiostansiyalar bu barədə geniş materiallar yayımlayır. Lakin aparılan istintaq cinayətin arxasında hər hansı siyasi motivin olmadığını, səbəbin adi süründürməçilikdən və şəxsi narazılıqdan qaynaqlandığını müəyyənləşdirir.
Məlumatı ictimailəşdirdi: Yadigar Sadıqlı

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xələfşə Rotası Haqqında

Könüllü ruhun səngər səsi: Tarix yazan kənd- Xələfşə

(Xələfşə Rotası Haqqında)
Xalqımızın tələbi ilə rus qoşunları ölkəni tərk edirdilər. Belə bir zamanda milli ordumuz yaranırdı.1992-ci ilin fevral ayında əslən qonşu Cuvarlı kəndindən olan Zahir Həsənov Müdafiə Nazirliyinin əmri ilə könüllü hərbi hissə yaratmağa başladı.Xələfşə kəndimizdən də torpaqlarımızı sevən oğlanlar həmin hərbi hissəyə yazılaraq kəndimizin,rayonumuzun müdafiəsinə qoşuldular.Kəndimizdən hərbi hissəyə yazılaraq torpaqlarımızın müdafiəsində iştirak edən vətənpərvər döyüşçülər aşağıdakılardır:

Paşayev Rafiq Tofiq oğlu,leytenant idarəçi

Ağayev Seyfəli Mirələm oğlu,tağım komandiri

Həmzəyev Əhmədalı Yusif oğlu,döyüşçü

Qasımov Malik Şamxal oğlu,döyüşçü

Məmmədov Millət Səbzəli oğlu,döyüşçü

Ağayev Mirsadə Ağa oğlu,döyüşçü

Abdullayev Şahin Xəlifə oğlu,döyüşçü

Əhmədov Nofəl Əyyub oğlu,döyüşçü

Şirinov Əmirxan Çərkəz oğlu,döyüşçü

Şərifov Ceyhun Bəhmən oğlu,döyüşçü

Paşayev Rasim Tofiq oğlu,döyüşçü

Şərifov Zamin Bəhmən oğlu,döyüşçü

Həmidov Şaxlar Arif oğlu,döyüşçü

Kərimov İxtiyar İsa oğlu,döyüşçü

Məmmədov Qulu Orduxan oğlu,döyüşçü

Hüseynov Fərzəli İsvahan oğlu,döyüşçü

Şirinov Mürşüd Pəhlivan oğlu,döyüşçü

Sadıqov Rövşən Sadıq oğlu,döyüşçü

Cəfərov Oqtay Hədis oğlu,döyüşçü

Fərəcov Elçin(Seyfəddin) Əhliman oğlu,döyüşçü

İlqar(Xavər müəllimənin oğlu)döyüşçü

Hüseynov Abbas İsvahan oğlu,döyüşçü

Şirinov Ağasət Siyasət oglu, döyüşçü

Kərimov Namiq Kərim oğlu,döyüşçü

Qasımov Bəbir Şamxal oğlu,döyüşçü

Şirinov Fərman Pəhlivan oğlu,döyüşçü

Şirinov Yalçın Pəhlivan oğlu,döyüşçü

Qeyd edim ki,Kamil Hacıoglu da bir neçə ay kəndimizin müdafiəsində iştirak etdi.Bizim kənd rotamızda kənd Horadizdən və rayonumuzun bir çox yerlərindən də qulluq edən döyüşçülər vardı.Hərbi hissələrimiz,rotamız həqiqətən də kəndimizin,rayonumuzun müdafiəsində çox fəal iştirak etmişlər.
Torpaqlarımızın qorunması üçün çox çətin,ağır günlərimiz, əziyyətlərimiz olmuşdur.Rayonumuzda üç könüllü hərbi hissə yaradılmışdı.Rayonumuzun qeyrətli oğlanları hərbi hissələrə yazılaraq silahlanıb torpaqlarımızı düşməndən məharətlə qoruyurdular.Füzuli rayonunun bütün dağlarında,təpələrində erməni postlarına ,döyüş mövqelərinə tuşlanmış silahlar yerləşdirilmişdi.Ermənilər demək olar ki,çarəsiz vəziyyətdə idilər,lakin o vaxt ölkəmizdə baş verən hadisələr,qarşıdurmalar ermənilərin fəallaşmasına səbəb oldu. Füzulinin strateji yüksəkliklərindən ermənilərin strateji postlarına tuşlanmış silahlar yoxa çıxırdı,haralarasa aparıldı.Ölkəmizin bir tərəfində torpaqlarımızın qorunmasına cavabdeh olan korpus komandiri Əlikram Hümbətovun rəhbərliyi altında Talış Muğan Respublikası yaratmaq istəyirdilər,o biri tərəfdə isə Ləzgi Sadvalcılar torpaqlarımızın bir hissəsini Rusiyaya birləşdirmək istəyirdilər.Gəncə də Sürət Hüseynov dövlət çevrilişinə cəhd edirdi.O vaxtkı hakimiyyət baş verənlərin qarşısını ala bilmirdi.O vaxtlar da biz ermənilərdən güclü idik.Lakin bütün qüvvələrimizi düşmən əleyhinə cəmləşdirən bir lider yox idi.Hərbi hissələrə kömək edilmirdi.Bakıda mitinqlər gedirdi.Belə bir vəziyyətdə ermənilər,Qarabağda olan Rus qoşunlarının köməyindən istifadə edərək,bütün qüvvələrini birləşdirərək hardasa beş-bir nisbətində bir-bir rayonlarımıza hücum edirdilər.Köməksiz vəziyyətdə qalan hərbi hissələrimiz itkilər verərək geri çəkilməyə məcbur olurdular.Ermənistan ordusu torpaqlarımızı hissə-hissə işğal edirdilər.Çoxlu faciələr törətdirdiər.Beləliklə,birinci Qarabağ müharibəsində təxminən 14 min şəhidimiz oldu,4 minə qədər itkin düşənlərimiz,30 minə yaxın yaralımız.Torpaqlarımızın 20 faizi işğal olundu.Bir milyondan çox əhalimiz öz evlərindən,torpaqlarından qaçqın düşürdülər.Xalqımızın Ümumili lideri Heydər Əliyev,xalqın tələbi ilə hakimiyyətə gələrək atəşkəs və sabitlik yaratdı.Ölkədə baş verə biləcək çevirilişlərin, özbaşınalıqlarının qarşısı alındı.Ölkəmiz ordu quruculuğuna başladı.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz,2020-ci ilin 44 günü ərzində erməni işğalçılarını məhv edərək,qovaraq noyabr ayında torpaqlarımızı işğaldan azad edərək Ermənistanı təslimçilik aktına qol çəkməyə məcbur etdilər.Hal-hazırda şükürlər olsun,böyük Allaha ərazi bütövlüyümüz təmin olunub.Rayonlarımızda bərpa,quruculuq işləri gedir.Soydaşlarımız yavaş-yavaş öz doğma yurdlarına qayıdırdılar.Bütün bunlara görə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə,veteranlarımıza Allah can sağlığı versin.

Mənbəyə görə Rafiq Paşayevə təşəkkür edirik.

Müəllif: Sərvanə DAĞTUMAS,

ədəbiyyatşünas

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Şuşam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünyaya sülh lazımdır

Dünyaya sülh Lazımdır

Sübh ağarıb. O mavi səmanın bağrında hələ süzülməkdə olan ay, Zühra ulduzu və az sonra dünyanı nurla bürüyəcək Günəş. Hər şey nə qədər gözəldir, həyat nə qədər qiymətlidir!
Sərin külək əsir, quşlar mədhiyə oxuyur. Kəpənəklər çiçəklərin üzərində uçur, arılar bal yığır, su xışıltısı musiqiyə bənzəyir, ətraf gül, reyhan ətiri ilə doludur. Bu gözəllik insan üçündür – Tanrıya minnətdarlıqdan başqa nə edə bilərik?
Bir tərəfdə işə tələsən insanlar, məktəbə gedən uşaqlar, dua kimi səslənən babalarımız, nənələrimiz, qapımızdan gələn körpə ağlamaları, küçələr, mədəniyyət obyektləri, bağlar — hər kəs əslində bu Vətən üçün çalışır!
Bu həyat gözəldir!
Amma niyə bu qədər gözəl məkanlarda qan tökülür? Niyə insanlar bir-birinə zərər verir?
Əfqanıstan, Suriyanın, Fələstinin taleyi; yandırılan evlər, körpə ağlamaları, ölən uşaqlar, anasız təkim, körpə yıxıntılar… Hər bir insan ürəyi bu səhnələrə necə dözə bilər?
Onsuz da dünyamızın bir insanı ədalətsiz öldürmək — bütün bəşəriyyəti məhv etmək kimidir. Ədalətli insanı xilas etmək — bütün insanlığı xilas etmək kimidir. Amma hələ də bəzi insanlar bu gerçəyi unudub, qapqara qəlblə masumları, uşaqları hədəf alırlar.
Şükürlər olsun, insani dəyərləri qoruyanlar, Fələstin xalqını dəstəkləyənlər, yardımlar gətirənlər hələ var. Amma bu fikirsiz cinayətlər qarşısında susmaq olmaz!
Əgər bir damla su göl olur,
ən kiçik dualar birlikdirsə,
Fələstin xalqına həmrəyliyimizlə yeni ümidlər doğa bilər.
Əlimizi uzadaq, birlikdə böyük güc olaq.
Susmaq qaldıqca, o od bizə də yaxınlaşar.
Hər birimiz insan övladıyıq. Fələstin xalqına edilən zərər — bu bizim də dərdimizdir.
Əgər dünya bir olsa,
ölkələr birləşərək insanlıq üçün dua etsə,
ümidlər canlanar, yenidən gül-çiçəklərlə dolu yerlər bərpa olar. Gələcək nəslin üzü gülər.
Zaman çətin, düşmənlər amansız olsa da, birgə olsan, bu qaranlıq odu söndürmək olur.

Labər RUSTAMOVA,
Özbəkistan Yazıçılar Birliyinin üzvü.

Tərcüməçi: Cahangir NAMAZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü və Özbəkistan üzrə təmsilçisi.