“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi yekunlaşdı – Təbrik
“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onlar müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından seçiliblər.
3-cü yerə Turan Uğurun “Əbabil Quşu”, Həmid Piriyevin “Müjdə”, Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayələri,
2-ci yerə Elnur Məmmədlinin “Kəkələmə”, Ömər Xəyyamın “10410-cu gün” hekayələri layiq görülüb.
1-ci yeri isə Sərvanə Dağtumasın “Körpənin intiharı” kiçik hekayəsi qazanıb.
Qalibləri təbrik edən münsiflər heyətinin üzvləri xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılar tərəfindən davam etdirildiyini təqdirəlayiq hesab ediblər.
Qalib hekayələr geniş oxucu kütləsinə “Azərbaycan” jurnalının növbəti sayında təqdim ediləcək.
Füzuli rayonunun Xələfşə kəndinin gənc müharibə iştirakçıları: Vətənləşən oğullar
Müharibə və onun yarattığı travmalar insan ruhunda necə izlər buraxır? İnsan torpaqdan yaranıb, yenidən torpağa qayıdacaq. Ölümlə bərabər yaşayır insan. Torpaq uğrunda vuruşur, torpağa qarışır. Hər an tətikdə olan, ölümü gözləyən əsgərin də bədəninin yarısı torpağa qarışıb. Yəni sanki əsgər həm qazi, həm də şəhiddir. Bir tərəfi şəhid, bir tərəfi qazi. Qazinin yarısı şəhiddir, cismi qazidir, ruhu şəhiddir. (Qazinin ruhu şəhid olub) Ona görə onlara “canlı şəhid” deyirik. Bir saniyə əvvəl sağ olan əsgər bir saniyə sonra həyatda olmur. Əsgər torpaqla qovuşur, torpaqda özünü “əridir”, torpağın “elementinə” çevrilir. Torpaq kimlikdir, yaddaşdır, öz kökümüzə bağlılıqdır. Qazi şəhidin bir hissəsini özündə daşıyır, həyatla ölümün ortasında ruhu kəsişir, ürəyi döyünür. Müharibə içində olan insan artıq torpağa qarışmış, fərdiliyini itirmiş varlıqdır, hissədir. Müharibədə atılan güllələr ancaq bədənləri parçalamır, həm də ruhları parçalayır. Müharibə yalnız döyüş meydanında deyil, həm də insanların ruhunda gedir. İnsanın ruhu da, ürəyi də cəbhədir. (“metafizik cəbhə”) Döyüşən oğullardır, yaralanan analar, atalar. Oğullar cismən şəhid olanda analar, atalar da ruhən şəhid olurlar. Ruhlar yalnız məzarlıqda yatan cansız cəsədlərdən ibarət deyil. Bədəni dəfn olunmayan nə qədər kəfənsiz, duasız “ruhlar” (arxa cəbhənin qəhrəmanları) var aramızda. Bizimlə eyni coğrafiyada yaşayan, arzuları itkiləri ilə birlikdə dəfn olunan, kəfənsiz, duasız “ruhlar”. Müharibənin yaratdığı travmaların ailələrdə buraxdığı izi anlamaq mənim üçün çox da çətin deyil. Dayım Mahir Allahquliyev Birinci Qarabağ müharibəsində şəhid olub, digər dayım Mahmud Allahquliyev Birinci Qarabağ müharibə veteranıdır. Şəhidlərin geridə buraxdığı izləri, qazilərin sükutunu, yaralı ruhların naləsini, müharibənin vurduğu zərbələri ifadə edən hər cümləm, hər fikrim mənim üçün həm elmi, həm də subyektiv əhəmiyyət daşıyır. Şəhid danışır, ancaq eşidən yoxdur, qazi susur, ancaq səsi duyulur. Şəhidin cismi ölür, nəşi torpağa qarışır, xatirəsi qalır. Qazi həyatdadır, ruhu isə keçmişdə qalıb, hələ də müharibənin təsirindədir, tam bərpa baş verməyib. Müharibə cəbhədə başlayır, ancaq cəbhədə bitmir, qazinin şəxsi həyatında, daxili dünyasında dərin və sağalmaz izlər buraxır. Qazi müharibədən sonra da həyatı ilə “vuruşur”, cəbhəsi də “ürəyidir”. Qazi şəhidin bir hissəsini özündə daşıyır, həyatla ölümün ortasında ruhu kəsişir, ürəyi döyünür. Qazi cismən müharibədən sağ çıxıb, ancaq daxilən başqa bir müharibənin içindədir. Müharibədən sağ çıxan qəhrəmanın qəlbi və ruhu necə? Bədəni kimi sağdırmı?! Füzuli rayonunun tarixi və qədim kəndlərindən biri olan Xələfşə kəndi şəhidləri və qaziləri ilə tanınır. Kənd 1-ci Qarabağ müharibəsində beş şəhid verib, çox sayda qazi və müharibə veteranı yetişdirib. Kəndin gənc nəslinin nümayəndələrindən bəziləri 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. Gəlin, Füzuli rayonunun Xələfşə kəndinin gənc qazilərinin keçdiyi ağır, amma şərəfli döyüş yolu ilə qısa da olsa tanış olaq:
Qasımov Ənvər Malik oğlu44 günlük Vətən müharibəsi iştirakçısı, Murov və Kəlbəcər döyüşlərində iştirak edib, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Kərimov Fuad Fikrət oğlu “Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Fərəcov Ceyhun Qacay oğlu Suqovuşan, Qubadlı və Laçın istiqamətlərində döyüşlərdə iştirak edib, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Ağayev Mirsərvan Seyran oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Əhmədov Elvin Surəddin oğlu “Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ağayev Ağa İlham oğlu “Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Milli poetik kodların çağdaş təzahürü: Elroman Əlizadənin “Bayatınamə” şeirində bayatı janrının interpretasiyası
Bayatı janrı poeziyamızın ən qədim, sadə və anlaşıqlı janrlarından biri hesab olunur. Müasir Azərbaycan ədəbiyyatında bayatı janrına müraciət milli ənənələrin davamı olmaqla yanaşı, bu janrın xalqın yaddaşında və mədəni kodlarındakı xüsusi yerinin ifadəsidir.Müasir poeziyamızın gənc nümayəndələrindən biri hesab olunan şair Elroman Əlizadə bayatılar silsiləsindən ibarət “Bayatınamə” şeirində bayatıların yalnız strukturuna deyil, eyni zamanda semantik kodlarına müraciət edir. Şeir milli poetik kodların, bayatı janrının müasir interpretasiyası kimi çıxış edir. Tədqiqat zamanı məqalədə əsas diqqət Elroman Əlizadənin “Bayatınamə” şeirinə yönəlib.
Bayatı məhəbbət və ayrılıq mövzularını, dərin duyğuları, emosional yaşantıları daha aydın ifadə edə bilən poetik janrdır, xalqın ruhuna yaxınlığı ilə fərqlənir. Bayatının qafiyə quruluşu aaba şəklindədir, şeir dörd misralı, yeddi hecalıdır. Bu janrda yazılmış nümunələrdə zaman və məkan şərti xarakter daşıyır, eyni zamanda mətnin daxili aləmi keçmişə yönəlik olur, tarixiliklə fövqəlzamanlıq birləşdirilir. Bədii təfəkkürün məhsulu olan bayatılarda reallığın olması əsas şərtdir. Belə ki, şüuraltında kodlaşdırılan ənənələr cəmiyyətə nüfuz edir və mühit daxilində yaşadılır. Bu səbəbdən bayatılar sosial davranışların tənzimlənməsində və psixoloji gərginliyin minimuma endirilməsində mühüm rol oynayır. Zahirən monoloji, daxilən dialoji formada olan bayatılarda lirik qəhrəman daxili ikiləşmə prosesindən keçir, ikinci “mən”i ilə ünsiyyət qurur və ruhani aləminə yönəlir. Filologiya elmləri doktoru, professor Asif Hacılı “Bayatı poetikası: struktur, semantika, praqmatika” adlı monoqrafiyasında yazır: “Lirik qəhrəman kənarı daxildə, dünyanı özündə, həyatın qanunlarını öz ani yaşantılarında görür. Bayatının belə eqosentrik mahiyyəti nitq subyektini əsas qüvvə kimi ortaya çıxarır (eposda isə aparıcı qüvvə – müstəqil epik personaj və nəql edilən kənar hadisələrdir) və bayatı sintaksisi mətndəki subyekt tipi ilə təyin olunur”. Qapalı və ənənəvi janr hesab edilən bayatılarda fərdi hisslər real səhnələrlə yenidən mənalandırılır. Lirik qəhrəman (əsas subyekt-söyləyici şəxs) ümumiləşdirilmiş obraz və konkretliyini itirmiş fövqəlsubyektdir. O, özünü oxucuya üçüncü şəxs kimi təqdim edir, yəni “müəllif” ikiləşir, həm söyləyici, həm də lirik qəhrəman cildində çıxış edir. Asif Hacılının fikrincə, “Bu obraz formal olaraq mətn “müəllif”i ilə eyniləşir (təbii ki, şifahi sənətdə müəllif özünəməxsusluğu nəzərə alınmaqla). Lakin lirik “mən”lə müəllifin qovuşuqluğu mütləq deyil və bəzən bayatı mətninə “kənar” sözlər, başqa şəxslərin nitqi də daxil edilir. Ancaq bu “kənar” şəxslər də əslində “müəllif” obrazının – lirik qəhrəmanın fərqli psixoloji transformasiyalarının (metampsixoz), daxilən ikiləşməsinin nəticəsidir.Belə hallarda söyləyici özündən təcridlənir, özü haqqında başqa şəxs kimi danışır (ikinci və ya üçüncü şəxs kimi)”. Bayatılarda lirik qəhrəman ətraf aləmi antropoloji cəhətdən dəyərləndirərək, hər şeyi şəxsləndirir. (təşxis) Bu poetik nümunələrin daxili aləmi ənənəvi formullar (modellər) – ana, bacı, ata, qardaş, dost, düşmən, çay, dərə və s. əsasında qurulur. A. Hacılıya görə, “Formul konkret əsərdən üstün və əslində bədii mətni yaradan semantik amildir. Belə demək mümkünsə, bayatını elə bayatı (formul) yaradır, daha doğrusu, bayatı elə bayatı haqqında olur, formulun ifadəsi kimi gerçəkləşir”.
Müasir poeziyamızın gənc nümayəndələrindən biri olan Elroman Əlizadənin yaradıcılığında xalq ruhuna yaxınlıq, milli ənənələrə, keçmişə bağlılıq hissi, xalq mahnılarına (“Sarı gəlin”, “Pəncərədən daş gəlir”, “Küçələrə su səpmişəm”) və atalar sözlərinə müraciət motivləri (“Axır qəmin olsun”, “Güvəndiyim dağlara qar yağdı”, “Atsan atılmaz, satsan satılmaz”, “Od olmayan yerdən tüstü çıxmaz”, “Cücəni payızda sayarlar”, “İnanan daşa dönsün”, “Ölənlə ölmək olmaz”) aydın şəkildə hiss olunur. Şair ritmik musiqi təsiri bağışlayan, paralellizm və təkrarlardan ibarət, sevgi, ayrılıq, yaddaş itkisi, tənhalıq kimi bir sıra mövzularla zəngin şeirlərin müəllifidir. Məsələn, “Altıncı hiss”, (və ya “Sevgi elegiyası”. Bədii dillə riyazi dilin sintezi, rəqəmlərlə poetik oyun, xalq mahnısının (“Sarı gəlin”) şeirə gətirilməsi, dəyər-dəyərsizlik qarşılaşması. (səni ucaldıb kitab edən, müqəddəs bilən, qoruyan birini səni kiçildərək, səninlə sıradan biri kimi davranıb sənə xitab edən birinə dəyişmisən) Şair şeirdə sevgidən sonluğa doğru geriyə saymağa başlayır, melodik və ritmik musiqi atmosferi yaradır, sevginin tədricən azalıb yox olmasına işarə edir. (dekreşendo-səsin tədricən azalması) Şairin həyatından gündüz, yəni işıq, nur getdiyi üçün gündüz, işıq onun üçün mənasını itirib, işığı da qaranlıq kimi qəbul edir) “Sənsizliyin baş hərfi”, (xatırlamaq və unutmaq dilemması, xatirələrdə yaşayan, (“kitabın arasında”) amma daha canlılığını, saflığını itirmiş (“qurudulmuş”) sevginin poetik təsviri, tənha qalan bədənin və duyğuların metaforik ifadəsi. Şair ayrılıq və boşluq hisslərini bir nöqtədə, yəni ilk hərfdə cəmləyir, yalnız fiziki deyil, həm də emosional tənhalığa işarə edir. Həmçinin, ayrılığı başlanğıc nöqtəsi kimi verməklə hər ayrılığın bir başlanğıc olduğunu da ifadə etmiş ola bilər. Şeirdə sanki “S” hərfinin səsi eşidilir və bu hərf leqato (fasiləsiz, axıcı və rabitəli ifa üsulu) səs effektini yaradır, “S” səsi səssiz, uzanan, ardıcıl bir melodik xətt kimi “yataqda tək qıvrılan bədən”lə paralel gedir və bu təsvir tənha ton və zərif toxunuş (“subtile”) yaradır. “S” hərfinin səs tembri incə və xışıltılı olduğu üçün oxucu şeirin hər misrasında bu səsi həm vizual, həm də akustik olaraq, duya bilir) “Axır qəmim”, “O qədər uzağıq ki”, “Məktub”, (burada ev metaforası daxili evə-ruha, ürəyə işarədir) “Ağac”, (“O qədər ağlamışdım, kirpiyim oruc olsa, cəhənnəmlik olardım”) “İki Tanrı”, (“İki tanrım var mənim, biri səndən üstündü,biri sənin büstündü”) “Tanrının gözü”, “Arzu”, (“Kim deyir ki, tabutu sevgililər daşımır? çiynimdə aparmışam. O gün tabut boş idi, səni geyib əynimə əynimdə aparmışam”) “Pəncərədən daş gəlir”, “Sənsizliyə riayət et”, “Bağışla”, “Qadınsan”, “Gedənlərin tanrısı”, “Unutqan”, (“Mənim dalğalarımda mənsiz niyə üzmüsən?”) “Bu bazar”, “Səhv sevgi”, “Bayatınamə”. Elroman Əlizadənin yaradıcılığı bugünə qədər akademik səviyyədə tədqiq olunmayıb. Tədqiqat zamanı əsas diqqət Elroman Əlizadənin “Bayatınamə” şeirinə yönəlib.
Folklorun qəlbində müasir aşiqin səsi – ayrılığın laylası
Bayatı janrına müraciət edən şair Elroman Əlizadə “Bayatınamə” şeirində duyğularını, fərdi görüşlərini, milli poeziya ənənələrinə bağlılığını daha təbii və təsirli dillə ifadə edə bilir, sevgini və ayrılığı bayatının misralarına, poetik cövhərinə hopdurur, janrın çoxqatlı struktur imkanlarından istifadə edərək, ənənə ilə müasirliyi vəhdətdə təqdim edir. Onun yaradıcılığında bayatı sevgi və ayrılıq mövzularının poetik təqdimatı, təkrarlar və paralel strukturlar kimi ifadə olunur, folklor element və motivləri fərqli şəkildə işlənir. “Bayatınamə” şeiri bayatı formasında yazılıb, monoloq üzərində qurulub, nakam məhəbbət, hicran və ayrılıq duyğuları ön plandadır. Şeirin lirik qəhrəmanı aşiq obrazıdır. O həsrət çəkir, çarəsizdir, ümidlə ümidsizlik arasında çırpınır, daxilən tənhadır və bu vəziyyətlə barışmaq üçün mübarizə aparır, itki ilə barışmağa çalışır. Lirik qəhrəman daxili “mən”i ilə söhbətləşir, hisslərini ruhunun süzgəcindən keçirərək, yaşadığı duyğulara anlam verməyə və baş verənləri dərk etməyə çalışır. Bayatının klassik strukturu qorunub saxlanılır, lakin ona psixoloji və fəlsəfi qatlar əlavə edilir. Şeir poetik məktub təsiri bağışlayır, bədii dili axıcı, çağdaş və orijinaldır. Bayatı nümunələri arasında emosional bağlılıq və bütövlük mövcuddur. Bayatıları postmodernist kontekstdə işləyən müəllif janrı fərdi poetikasına və eksperimental axtarışlarına uyğunlaşdırır. Hər bayatı bir fikrin davamıdır. Heca vəzninin elementləri nəzərə çarpsa da şeir sərbəst vəzndə yazılıb, bayatı silsiləsindən çox kompozisiyalı şeiri xatırladır. “Bayatınamə” şeirinin ilk bəndində aşiqlə məşuqə həm cismən, həm də mənəvi olaraq, ayrılığın astanasında qalıblar. Lirik qəhrəmanın həyatının mərkəzində sevgi dayanır və sevgisizlik onun heçliyidir. O, sevgini o qədər müqəddəs və dərin duyğu kimi qəbul edir ki, onu “göy” ilə eyniləşdirir. (kosmik transpozisiya – insan sevgisinin kainata köçürülməsi, kainatla eyniləşdirilməsi) Şeirdə “göy” metaforik mənada ucalıq, sonsuzluq və müqəddəsliyin simvoludur. “Göy” məfhumu ilahiləşmiş sevgilidir, yəni İlahi güc “sən”də cəmlənib. “Göy” kişi (Tanrı) arxetipidir, yəni sevgi Tanrı ilə eyniləşdirilir. Lirik qəhrəmana görə, həyatın səsi də, ürəyin ritmi də, küyü də “sənsən”. (Nəsiminin “İnsanpərvərlik konsepsiyası”) O, başqasının toyunda öz ölümünü yaşayan bir “mən” olur. (“buxarlanmış” subyekt) Deməli, toy mərasimi məna yükünü itirir, çünki yalnız bir varlıq qalıb – O. Subyekt öz “mən”ini sevdiyi şəxsin varlığında əridir, özünü fəda edir. Bayatı nümunəsində sevginin məhvedici gücü, məşuqənin ilahiləşməsi və aşiqin metafizik ölümü ifadə olunub. (fədakarlığın semiotikası) Onun dünyasında sevgi “göy” kimi uca və toxunulmazdır, adi bir hissdən daha artıq – kainatı anlamağın açarıdır. (metafizik səviyyə) Sevgi varlığın mərkəzində dayanır: sevdiyi şəxs olmasa, nə “göy”ün, nə də yerin mənası qalar. Burada fantaziya ilə reallıq bir-birinə qarışıb, gerçəkliklə bağlantı qopur. Şeirin lirik qəhrəmanı tərk edilib və ruhən parçalanıb, özünü ölmüş biri kimi hiss edir, hətta öz ruhunu “dəfn edib”. Nəticədə “duasını oxumaq” da oxucuya qalar:
Göylərdə yaşayan qız, yerdə mən, göydə sənsən. Sən indi göydəsənsə, deməli, göy də sənsən. Əzizim, göy də sənsən, Ən gözəl küy də sənsən. Mən ölmüşəm, toyunda Gəlin də, bəy də sənsən.
Lirik qəhrəmanın qəlbi həm yaralı, həm üsyankar, həm də həssasdır, dərin sevginin təsiri altında öz keçmiş “mən”indən uzaqlaşaraq hisslərini ifadə edir. Sevgi onun üçün həm ilham, həm də təlaş mənbəyidir. Bayatılarda ayrılıq ağrısı və insan psixikasındakı mürəkkəblik ustalıqla qələmə alınıb. Şeirdə işlənmiş “daş”, “yaş”və “baş” kimi elementlər göydən gələn əzabı, emosional ağırlığı və duyğuların fırtınasını simvollaşdırır. Şeirdə “meydan” ictimai həyatın və mövcud sistemin simvoludur. Belə ki, subyekt öz fərdiliyini itirir, ictimai qaydalara və gözləntilərə boyun əyməyə məcbur qalır:
Gedişinlə özünü öyə-öyə haqlısan Göydən yerə daş yağsa, yerdən göyə haqlısan. Əziziyəm, yaş yağar, Meydanlara baş yağar. Üzümü göyə tutsam, Göydən yerə daş yağar.
Lirik qəhrəman həyatının mənasını və ekzistensial varlığını belə sorğulayır, çünki sevdiyi insan ondan uzaqdadır. (coğrafi deyil, duyğusal məsafə baxımından) Sevgi hissi insanı yaşada da bilər, yox edə də bilər. Qəhrəmanın həyatının mərkəzinə qoyduğu sevgi hissi itdikcə, tədricən öz “mən”ini də itirir. İnsan ruhunun kövrəkliyi ilə bərabər, sevgi hissinin dağıdıcı tərəfi də şeirə güclü dramatik təsir qatır. O, sevgisiz özünü natamam və yarımçıq hiss edir, özgə ilə “bütövləşmək” istəyir, əsl sevgini tamamlanmaqda görür. Bayatıda sevgi anlayışı sərhədləri aşmayan, eyni zamanda bu sərhədlər olmadan da yaşaya bilməyən mürəkkəb bir sistem kimi təqdim olunur:
Həddi qədər sevmədi, həddini də yar aşdı, Sənə gülmək yaraşdı, mənə ölmək yaraşdı. Əziziyəm, yar aşmır, Sərhədləri yar aşmır. Sənə mənsiz yaraşan Mənə sənsiz yaraşmır.
“Daşlaşmış” dualar – “yaşlanmış” hisslər
Elroman Əlizadənin “Bayatınamə” şeirində bayatılar insanın daxili mübarizəsini və təkrar dönüşlərini ifadə edir. Şeirin hər bəndində lirik qəhrəmanın dünyasında tərk edilmənin yaratdığı psixoloji dağınıqlıq və sarsıntı aydın şəkildə hiss olunur. O, sevdiyi şəxsi həyatının mərkəzinə qoyur, sevgi onu bu həyata bağlayan tək səbəbdir və bu səbəb də ortadan qalxanda qəhrəman depressiyaya düşür, “əyyaş”a çevrilir, həyatında psixoloji çöküş başlayır. Burada “əyyaş” mənəvi sərsəmliyin simvoludur. Şeirin əvvəlində sevgili göylə eyniləşdirilir, orta bəndlərdə əzablarını çəkinmədən dilə gətirən qəhrəmanımız sonuncu bəndlərdə bütün inamını itirir, sanki ümidi, hətta sevgisi, ruhu “daşlaşır”:
Dedin səni unudub ta ən başa dönmüşəm, Sən unudan yol üstə mən əyyaşa dönmüşəm. Əzizim, yaşa dönsün, Baharım qışa dönsün. Dedin başa dönmüşəm, İnanan daşa dönsün…
Gənc şair Elroman Əlizadə “Bayatınamə” adlı bayatılar silsiləsindən ibarət şeirində folklorun bədii-estetik yükünü şəxsi hisslər kontekstində dəyərləndirərək, bədii müstəviyə daşıyır və oxucunu həm yaddaşın, həm də duyğunun dərin qatlarına endirməyi bacarır. Şeirdə folklor elementləri müasir lirika ilə birləşərək, şəxsi duyğuların ictimai yaddaşla vəhdətini yaradır. Müəllif xalqın poetik yaddaşına, milli şüuruna söykənərək, həm bayatı janrının strukturunu qoruyur, həm də bayatıya lirik monoloq səviyyəsində fərdi, psixoloji və fəlsəfi məna yükləyir. Şeirdə ritmik musiqinin təsiri aydın sezilir, səs effektləri emosional kontrastları ustalıqla ifadə edir. (leqato, kreşendo – səsin tədricən artması) “Bayatınamə” şeirində “əziziyəm” ifadəsi konotativ mənada “başqasına görə mövcud olan, amma tanımadığımız və inkar etdiyimiz daxili “mən”imizdir. Semioloji kontekstdə “əziziyəm” ifadəsi ilə lirik qəhrəman özünü ifadə edir, başqasının dünyasında yerini müəyyən edir. “Əziziyəm” həm də mövcudluğun inkarı, özünütəsdiqin ifadəsi, emosional və ontoloji üsyanın assosiasiyasıdır. (“Mən sənə görə varam”) Lirik qəhrəman yalnız o vaxt özünü “əziz” biri kimi qəbul edir ki, o sevilir, əks halda o, ontolojj tənhadır. “Əziziyəm” həm də varlığın ikiləşməsi və kodlanmış arzuların ifadəsidir. “Bayatınamə” şeirində bayatı janrı poetik təfəkkürün fəlsəfi dərinliyi ilə birləşir, zaman faktoru kosmik-məcazi mənada işlənir, kosmik metaforlara (göy, daş, yağış) yer verilir. Bayatının formal çərçivəsinə uyğun yeni lirika nümunələri yaradılır. Şeirdə göy-yer qarşılaşması, toy mərasiminin ölüm mərasimi ilə əvəzlənməsi, (dualizm prinsipi) lirik qəhrəmanın “əyyaş”a çevrilməsi sevginin əzablı və metafizik qatlarını ifadə edir. (emosional fırtına) Lirik qəhrəman yalnız fərdi eksperimentlərini deyil, eyni zamanda xalqın emosional yaddaşına çağırış edir, milli poeziya ruhunu müasir formada yaşadır. Şeirdə folklor motivləri yenidən canlandırılır, folklor həm struktur, həm semantik baza kimi ifadə olunur, müasir poeziyamıza transformasiya edilir və nəticədə yeni poetik dil formalaşır. Bu baxımdan Elroman Əlizadənin “Bayatınamə” şeirini çağdaş poeziyamız üçün ciddi nümunə hesab edirik.
Könüllü ruhun səngər səsi: Tarix yazan kənd- Xələfşə
(Xələfşə Rotası Haqqında) Xalqımızın tələbi ilə rus qoşunları ölkəni tərk edirdilər. Belə bir zamanda milli ordumuz yaranırdı.1992-ci ilin fevral ayında əslən qonşu Cuvarlı kəndindən olan Zahir Həsənov Müdafiə Nazirliyinin əmri ilə könüllü hərbi hissə yaratmağa başladı.Xələfşə kəndimizdən də torpaqlarımızı sevən oğlanlar həmin hərbi hissəyə yazılaraq kəndimizin,rayonumuzun müdafiəsinə qoşuldular.Kəndimizdən hərbi hissəyə yazılaraq torpaqlarımızın müdafiəsində iştirak edən vətənpərvər döyüşçülər aşağıdakılardır:
Paşayev Rafiq Tofiq oğlu,leytenant idarəçi
Ağayev Seyfəli Mirələm oğlu,tağım komandiri
Həmzəyev Əhmədalı Yusif oğlu,döyüşçü
Qasımov Malik Şamxal oğlu,döyüşçü
Məmmədov Millət Səbzəli oğlu,döyüşçü
Ağayev Mirsadə Ağa oğlu,döyüşçü
Abdullayev Şahin Xəlifə oğlu,döyüşçü
Əhmədov Nofəl Əyyub oğlu,döyüşçü
Şirinov Əmirxan Çərkəz oğlu,döyüşçü
Şərifov Ceyhun Bəhmən oğlu,döyüşçü
Paşayev Rasim Tofiq oğlu,döyüşçü
Şərifov Zamin Bəhmən oğlu,döyüşçü
Həmidov Şaxlar Arif oğlu,döyüşçü
Kərimov İxtiyar İsa oğlu,döyüşçü
Məmmədov Qulu Orduxan oğlu,döyüşçü
Hüseynov Fərzəli İsvahan oğlu,döyüşçü
Şirinov Mürşüd Pəhlivan oğlu,döyüşçü
Sadıqov Rövşən Sadıq oğlu,döyüşçü
Cəfərov Oqtay Hədis oğlu,döyüşçü
Fərəcov Elçin(Seyfəddin) Əhliman oğlu,döyüşçü
İlqar(Xavər müəllimənin oğlu)döyüşçü
Hüseynov Abbas İsvahan oğlu,döyüşçü
Şirinov Ağasət Siyasət oglu, döyüşçü
Kərimov Namiq Kərim oğlu,döyüşçü
Qasımov Bəbir Şamxal oğlu,döyüşçü
Şirinov Fərman Pəhlivan oğlu,döyüşçü
Şirinov Yalçın Pəhlivan oğlu,döyüşçü
Qeyd edim ki,Kamil Hacıoglu da bir neçə ay kəndimizin müdafiəsində iştirak etdi.Bizim kənd rotamızda kənd Horadizdən və rayonumuzun bir çox yerlərindən də qulluq edən döyüşçülər vardı.Hərbi hissələrimiz,rotamız həqiqətən də kəndimizin,rayonumuzun müdafiəsində çox fəal iştirak etmişlər. Torpaqlarımızın qorunması üçün çox çətin,ağır günlərimiz, əziyyətlərimiz olmuşdur.Rayonumuzda üç könüllü hərbi hissə yaradılmışdı.Rayonumuzun qeyrətli oğlanları hərbi hissələrə yazılaraq silahlanıb torpaqlarımızı düşməndən məharətlə qoruyurdular.Füzuli rayonunun bütün dağlarında,təpələrində erməni postlarına ,döyüş mövqelərinə tuşlanmış silahlar yerləşdirilmişdi.Ermənilər demək olar ki,çarəsiz vəziyyətdə idilər,lakin o vaxt ölkəmizdə baş verən hadisələr,qarşıdurmalar ermənilərin fəallaşmasına səbəb oldu. Füzulinin strateji yüksəkliklərindən ermənilərin strateji postlarına tuşlanmış silahlar yoxa çıxırdı,haralarasa aparıldı.Ölkəmizin bir tərəfində torpaqlarımızın qorunmasına cavabdeh olan korpus komandiri Əlikram Hümbətovun rəhbərliyi altında Talış Muğan Respublikası yaratmaq istəyirdilər,o biri tərəfdə isə Ləzgi Sadvalcılar torpaqlarımızın bir hissəsini Rusiyaya birləşdirmək istəyirdilər.Gəncə də Sürət Hüseynov dövlət çevrilişinə cəhd edirdi.O vaxtkı hakimiyyət baş verənlərin qarşısını ala bilmirdi.O vaxtlar da biz ermənilərdən güclü idik.Lakin bütün qüvvələrimizi düşmən əleyhinə cəmləşdirən bir lider yox idi.Hərbi hissələrə kömək edilmirdi.Bakıda mitinqlər gedirdi.Belə bir vəziyyətdə ermənilər,Qarabağda olan Rus qoşunlarının köməyindən istifadə edərək,bütün qüvvələrini birləşdirərək hardasa beş-bir nisbətində bir-bir rayonlarımıza hücum edirdilər.Köməksiz vəziyyətdə qalan hərbi hissələrimiz itkilər verərək geri çəkilməyə məcbur olurdular.Ermənistan ordusu torpaqlarımızı hissə-hissə işğal edirdilər.Çoxlu faciələr törətdirdiər.Beləliklə,birinci Qarabağ müharibəsində təxminən 14 min şəhidimiz oldu,4 minə qədər itkin düşənlərimiz,30 minə yaxın yaralımız.Torpaqlarımızın 20 faizi işğal olundu.Bir milyondan çox əhalimiz öz evlərindən,torpaqlarından qaçqın düşürdülər.Xalqımızın Ümumili lideri Heydər Əliyev,xalqın tələbi ilə hakimiyyətə gələrək atəşkəs və sabitlik yaratdı.Ölkədə baş verə biləcək çevirilişlərin, özbaşınalıqlarının qarşısı alındı.Ölkəmiz ordu quruculuğuna başladı.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz,2020-ci ilin 44 günü ərzində erməni işğalçılarını məhv edərək,qovaraq noyabr ayında torpaqlarımızı işğaldan azad edərək Ermənistanı təslimçilik aktına qol çəkməyə məcbur etdilər.Hal-hazırda şükürlər olsun,böyük Allaha ərazi bütövlüyümüz təmin olunub.Rayonlarımızda bərpa,quruculuq işləri gedir.Soydaşlarımız yavaş-yavaş öz doğma yurdlarına qayıdırdılar.Bütün bunlara görə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə,veteranlarımıza Allah can sağlığı versin.
Abdullayev Əhmədalı Yusif oğlu 1967-ci ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olmuşdur.
O, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmuş, vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşmuşdur. 2020-ci ildə baş vermiş Vətən müharibəsində göstərdiyi igidliyə və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamı ilə aşağıdakı medallarla təltif edilmişdir:
“Vətən müharibəsi iştirakçısı” medalı “Cəsur döyüşçü” medalı “Füzulinin azad olunmasına görə” medalı “Xocavəndin azad olunmasına görə” medalı Cəsur döyüşçü Əhmədalı Abdullayev 31 yanvar 2025-ci il tarixində yüksək qan təzyiqi səbəbilə vəfat etmişdir.
Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Məlumat üçün döyüşçülərin, qazilərin sevimli müəllifi İlhamə Fərəcova-Əhmədovaya təşəkkür edirik.
“Mahirin sükutuna səs verən şair: Əlisafa Quliyevin “Məzarsız şəhidin sükutu” şeiri haqqında” Şair Əlisafa Quliyevin “Məzarsız şəhidin sükutu” şeiri qəhrəmanlıq, şəhidlik, itki və həsrət motivləri kontekstində yazılıb, post-müharibə ədəbiyyatının dəyərli nümunələrindən biridir. Şeir 1968-ci il iyunun 11-i Cəbrayıl rayonunun Xanağabulaq kəndində dünyaya gəlmiş və 1993-cü il avqustun 23-ü Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində gedən döyüşlərdə (“İnçə” körpüsündə) qəhrəmancasına həlak olmuş məzarsız şəhidimiz Allahquliyev Mahir Məhəmməd oğlunun əziz xatirəsinə həsr olunur. Mahir Allahquliyev yaşasaydı, 57 yaşı tamam olacaqdı. “Məzarsız şəhidin sükutu” şeirində Dağtumas kəndində kəsilən həyat ipinin səsi və bir ailənin parçalanması təsirli dillə ifadə olunub. Şeiri ilk dəfə şair-publisist və qiraətçi Arzu Heydərova Balsəs səsləndirib. Əlisafa Quliyev “Məzarsız şəhidin sükutu” (Cəbrayıl şəhidi Allahquliyev Mahir Məhəmməd oğlunun əziz xatirəsinə həsr olunur) I bənd Dağtumas uğrunda gedən döyüşdə, Altı igidimiz canından keçib. Mahirlə birlikdə altı silahdaş, Şəhidlik zirvəsin, haqq yolun seçib.
II bənd Yenicə olmuşdu toyu Mahirin… Bu yerdə tükənər sözü şairin. “Vətən” dedi, sındırmadı sözünü, Yolda qoydu anasının gözünü.
III bənd Bətnində körpəsi – nazlı nigarı, Nigaran baxırdı dağlara sarı. Altı qəhrəmandan yox idi xəbər, Hər biri vətənə sadiq, mötəbər.
IV bənd Neçə ildə bircə xəbər gəlmədi, Ananın, bacının üzü gülmədi, Мahir şəhid oldu, Mahir ölmədi, Onun şəhidliyin ana bilmədi.
V bənd İnçə körpüsündə döyüşən igid, İyirmibeş yaşlı məzarsız şəhid, Xanağabulağa qayıdaydı kaş, Övladı Sadiqə olaydı sirdaş!
VI bənd Bəy otağındakı yanmış xalçası, Adını yazdığı dəmir parçası, Alnında donubdu şəhid yazısı, Bitəydi illərin ağrı-acısı.
VII bənd Həsrət ilə köçdü dünyadan ana, Rəhmət diləyirəm Allahdan ona, Davanı zəfərlə yetirdik sona, Qovuşduq Mahirin səssiz ruhuna…
Ədəbiyyatın qəbul edə bilmədiyi yazıçı Qaraqanın “Gözəlçə” hekayəsində intihara aparan yol
Qaraqan (Elxan Zeynallı) həm yazıçı, həm də repçi kimi fəaliyyət göstərib. HOST (hava, od,su, torpaq) rep qrupunun üzvü olub. O, yeraltı (underground) ədəbiyyatın nümayəndəsidir. Onun yaradıcılığında oxucu, dinləyici həyatın hər üzü ilə tanış olurdu. Sevginin, nifrətin, kədərin, qəzəbin nə olduğunu öyrənirdi. Qaraqanla tanış olan, onu dərk edən kütlə hər şeyə “niyə?” sualını verərək, həyatını yaşayır, həyatı sorğulayır. Qaraqanın yaradıcılığı neçə insana ilham verdi, dayaq oldu. Onun üçün rep və qələm bir vasitə idi. O, bu yolla insanların paslanmış və qəlibləşmiş düşüncələrini dəyişməyə çalışırdı. Gördü ki, dəyişmək çətin bir prosesdir, ölkədən getməyi seçdi.
Onun kitabları illərlə orta məktəblərdə qadağan olundu, onu oxuyanlara, dinləyənlərə töhmət verildi, çünki o doğruları deyirdi, çəkinmirdi. Cəmiyyət tərəfindən doğru danışanlar dışlanıb, ancaq bugün orta məktəb dərsliyində onun gənc yazıçı kimi adının çəkilməsi böyük uğurdur. Mən oxucuları onun “Gözəlçə” hekayəsi ilə tanış edəcəm.
“Gözəlçə” hekayəsi şüur axını ədəbiyyatıdır. Yazıçı bizi qəhrəmanın baxça, məktəb daha sonra universitet həyatı ilə tanış edir. Bunların fonunda qəhrəmanın ailə həyatı, uşaqlıq travmaları paralel verilir. Əsəri oxuyanda qəhrəmanın ilk başda narsist olduğunu düşünürsən. O, özünü çoxundan üstün görürdü. Həmişə onu çox istəyiblər. Valideynləri ona gözəlçə, mələk deyiblər. Baxçada onunla mübahisə edən yoldaşlarında günah görmürdü, düşünürdü ki, bu, onların paxıllığının əlamətidir.Vaxtını güzgüyə baxmaqla keçirirdi, özünü ideal hesab edirdi, sinif yoldaşlarının onun üçün darıxdığını düşünürdü.
Daha sonra məlum olur ki, adsız gözəlçəmiz gözəllik müsabiqəsindən uğurla keçə bilməyib. Hekayədə incə bir nüans var. Atanın işlətdiyi ifadə: “qızım, gözəllik müsabiqəsi hara, sən hara?”. İplər həmin an çözülür. O, dəqiqə başa düşürsən ki, xanım atasından dəyər görmür, dəyərsizlik, sevgisizlikdən əziyyət çəkir, küçümsənir, aşağılanır. O qədər əziyyət çəkir ki, özünün yazmış olduğu eyni ssenarini qəbul olduğu Tibb Universitetində də davam etdirir. Ailədən görmədiyi sevginin onun qəlbində yaratdığı boşluq onu kölgə kimi izləyir, təhsil həyatına belə mane olur. İlk toxumu əkən valideyndir, əgər valideyn əkdiyi toxumun bəhrəsini görmək üçün ona qulluq etməsə, sağlam böyüməsi üçün əlindən gələni etməsə, o necə gəldi böyüyəcək, ya da ümumiyyətlə böyüməyəcək, quruyacaq, məhv olacaq, bəhrə verməyəcək.
Xanımın tələbəlik həyatı ilə tanış olanda düşünürsən ki, erotomaniyadan əziyyət çəkir. Bəli, elədir ki, var. Narsizm öz yerini erotomaniyaya verir. Xəstəlik getdikcə şiddətlənməyə başlayır. Erotomaniyanın digər adı qarşılıqsız sevgi sindromudur. Xəstəlik dəyərsizlikdən yaranır, eyni zamanda şizofreniya və ya paranoidliyin fonunda davam edir. Elə bilir ki, qrup yoldaşı onu sevir. Sevgi qazanmaq üçün bu travmasını yaratdığı fəsadları həmin tələbəylə kompensasiya edir, atasından görmədiyi sevgini, diqqəti tələbə yoldaşından görmək istəyirdi və “görürdü də”. Əslində, o bütün bunları bilərəkdən etmirdi, o, xəstəliyinin fərqində deyildi. Tələbə yalnız misalların həlli zamanı ondan yaralanmağa çalışırdı, başqa vaxt ona o qız maraqlı deyildi. Qəribədir, insanlar səndə çatışmayan cəhətləri, anormal davranışları səndən qabaq duyur, hiss edir, görür. İş o yerə gəlib çatdı ki, həmin oğlanın sevgilisi oldu, nişanlandı. Qəhrəmanımız isə onun bu addımını qısqanclıq kimi qiymətləndirirdi.
Sonra nə oldu? “Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib”. Gözəlçə o qədər öz dünyasına qapanıb orda elə xülyalar qurmuşdu ki, intihar cəhdinin fərqində belə deyildi. Hətta, bu hərəkətinə intihar adını belə qoymamışdı. Ən acınacaqlısı o idi ki, ana-atası onun dünyasından xəbərsiz idi, əlbəttə səbəbkarlar onlar idilər. O, tələbəni itirdiyi üçün intihar etmişdi. O, tələbəni sevmirdi, onun üzərindən xəyallar qururdu, qaranlıq dünyasını dadlı xülyalarla işıqlandırmaq istəyirdi. Onun sonuncu ümidləri də öldü, qurmağa xəyal qalmadı, çünki o tələbə nişanlandı. Gözəlçə daxili aqressiyasının fərqində belə olmadı. Hər intihar etmiş şəxsin bir keçmişi, yaşanmışlığı var. Və onu o nöqtəyə gətirib çatdıran şəxslər var.
Bizim gözəlçəmiz şizofreniya xəstəsi idi. Narsizm-erotomaniya-şizofreniya. O, müalicə aldığı xəstəxananı iş kimi qəbul edirdi, özünü də həkim kimi təsəvvür edirdi. Öz xəyal dünyasını özü istədiyi kimi qururdu. “Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də…”
Gözəlçəmiz niyə bu həddə gəlib çatdı? O, doğurdan da mı “dəli” idi? Bəlkə, əsl dəlilər dəli insanı dəli edən dəlilərdir?
Gülşən Lətifxanın “Azər və Aida adası” romanında siyasi motivlərin fonunda saf və təmiz hisslərin tərənnümü
Romanın qəhrəmanı Aida xeyir-dua verilməyən bir ailənin ocağında dünyaya göz açmışdı. Ondan dünyaya gəlib-gəlməməsi barədə fikir soruşmamışdılar. Bəlkə də, soruşsaydılar, o, dünyaya gəlməyə razılıq verməzdi, qarışıq gendən doğulmaz istəməzdi…
Biz səsyazma adlı “qəhrəmanın” vasitəsilə Aidanın taleyi, həyatı, keçdiyi yaş mərhələləri ilə tanış oluruq. Aidanın sirdaşı səsyazma cihazı oldu. Son vəsiyyətini, son sözlərini, son arzularını onunla paylaşdı, diktofon onun duyğularına, acılarına şahidlik etdi.
Aida (adının mənşəyi yunan mifologiyasında yeraltı dünyanın və ölülərin allahı hesab olunan Aiddən gəlir) emosional, həssas, depressiv, sentimental qızdır. Melanxolikdir, özünə qapalıdır. Həm də tək uşaqdır, bu da xarakerinə təsir göstərir. O düşünür ki, insan sirlərini ən yaxşın rəfiqəsinə belə deməməlidir. Aida sirləri vaqona bənzədir. Onun ailədə aldığı travmalar, istənilməyən bir övlad olaraq, dünyaya gəlməsi, qarışıq genden olduğu üçün ona dırnaqarası baxılmağı, cəmiyyət tərəfindən qəbul edilməməsi xarakterinə və taleyinə, sözsüz ki, təsir edir.
Onun düşdüyü mühitdə erməni qanı daşıdığına görə dışlanan gənc qızın həyatda tutunacaq yeganə dalı, budağı Azər (adının mənası “od”, “atəş”) idi. Aida tək sevgisi olan Azəri gözündə ideallaşdırmışdı. Azərin həm daxili, həm də xarici cəhətlərini təsnif edərək, belə nəticəyə gəldi ki, (onun gözündə) dünyada Azərdən mükəmməl, ideal insan yoxdur.
Aidanın ata babası İbrahim məcbur qalıb izdivaca razılıq verdi. Onun dilindən bir ifadə işlənir: “Atası qarğıyan oğula Allah oğul verməz”. Maraqlıdır, bəs sonra niyə Allah Murada iki oğul bəxş etdi? Özü də türk gəlinindən. Görəsən, ilk başda erməni olduğu üçün qəbul etmədiyi gəlininin ailəsi ilə niyə mehribanlaşdı? Görəsən, niyə o qəbul etmədiyi qız nəvəsi Aidanın çayına möhtac qaldı? Erməni gəlinindən başqa kimsənin dəmlədiyi çayı içməyən İbrahim kişi vəfatından öncə İçərişəhərdəki evini niyə Aidaya vəsiyyət etdi?
Avtoritar bir tərbiyə üsulundan istifadə edən İbrahim kişinin oğlunun ailəsini qəbul etmək istəməməsi normal idi. O, həm də fanatikdir, övladlarına dindar ad qoyur, donuzu görən gözü yoxdur. O, rayonlulara da xor baxırdı. Qızının salyanlı ilə evlənməsini qəbul edə bilmirdi. Görəsən, İbrahim kişi bakılı olub nə üstünlük qazanmışdı? Ruqiyyə xanım desən, zor gücünə qaçırıb arvad etmişdi. Nəvəsinin qız olmağını utanc hesab edirdi, oğul nəvəsi olmağı başıucalıq. Qızının razılığı olmadan kiməsə durub söz vermişdi. Elə bilirdi ki, qızı acizdir? Kişinin sözü bir olar. İlk başda dedi ki, onu heç vaxt bağışlamayacam. Sonra…Məlum məsələ..
Ermənilərin əsərdə çörəyə laqeyd yanaşması, oxucuda ikrah hissi oyadır. Ümumiyyətlə, onlar çörək hazırlamaq üçün xəmiri ayaqları ilə yoğururlar. Belə bir “xalqın” çörəyi tapdalayan zaman öpüb gözünün üstünə qoymaması normaldır.
Romanda Zeynəb Xanlarovanın konserti təsvir olunub. Erməni qadından bir sitat: “Bizdə sizin xalq mahnılarınızı çox sevirlər, çünki onlar bizim musiqimizə oxşayır”. Maraqlıdır, ermənilərin musiqiləri bizim musiqilərimizə doğurdan da mı oxşayır ? Xeyr, çünki elə bizim musiqilərdir. Sadəcə erməni qadın “oğurluq” etdiklərini dilə gətirə bilmir. Hətta o, türk xörəklərini də (məsələn, “İmambayıldı”) milli erməni xörəkləri kimi təqdim edir. Erməni qadınları alt paltarını kişilərinin gözünün önünə sərib qurutmaqdan da çəkinmirlər.
Romanda ən gözəl obrazlardan biri “Xəzər dənizi”dir. Azər və Aida onu 3-cü babaları adlandırırdı. Əslində isə Aidanın 2 babası vardı: Xristofor və Xəzər dənizi. Cütlük bütün sirlərini Xəzərə etibar etmişdi, onu sirr saxlayan, əbədi biri kimi təsvir edirdilər.
Azər düşünürdü ki, ağ qərənfil gəlinə oxşayır , gəlin kimi məsum və cazibədar görünür. Buna görə də, Aidaya hər dəfə ağ qərənfil gətirirdi. Ağ qərənfil təmziliyin, saflığın rəngidir. Təəssüf ki, Aida bu saflığını qoruya bilmədi, lakin təmiz, saf olmayan Aidanın bədəni oldu, ruhu yox…
“Krunk” terror təşkilatının əsərdə adı çəkilir. Bu təşkilat haqqında bəs tarix nə deyir? Krunkun hərfi mənası “durna”dır. Abxaziyada yaradılan “erməni mədəni və xeyriyyə cəmiyyəti”dir. Bu təşkilat erməni maraqlarını təmsil edirdi və erməni maraqlarına xidmət edirdi. Bu təşkilata Daşnaksütun (Erməni İnqilabi Federasiyası) partiyası dəstək verirdi. Məhz bu dəstəkdən sonra “Krunk” yaradıldı. Romana qayıtsaq, Aidanın dayısı Rubenin də təşkilata üzv olduğu göstərilir. Rubenin təşkilata üzv olması ona baha-başa gəlir. Ruben elə bir böhranlı situasiya yaşayır ki, daxilindəki nifrət “fışqırır”, ürəyindən zəhər “süzülür”. Öz bacısı qızı Aidaya təcavüz edir. Rubendə hər cür psixoloji problem var idi: yetərsizlik duyğusu, natamamlıq kompleksi, təcavüzkarlıq duyğusu, cinayətkarlıq..
Əsərin ən təsirli səhnəsi təcavüz səhnəsi idi. Aida ilk gecəsini Azərla yaşadı, lakin o, sonacan həyat yoldaşına sadiq qala, “namusunu” qoruya bilmədi. Öz dayısı tərəfindən ləkələndi. Aidaya təsir edən onun dayısı tərəfindən deyil, onun bir erməni tərəfindən zorlanması idi. Bu hadisə onun intihar qərarını qətiləşdirdi, intihar addımının gerçəkləşməsini sürətləndirdi. O, çirkli əl dəymiş bədənindən, qanında daşıdığı çirkli qanından xilas yolunu intiharda gördü. Onun doğulduğu ev onun məhvinə səbəb oldu. Aidanın təcavüz travması onu intihara sövq etdi. Ruben istəyirdi ki, Aidanın bakirəliyi türk tərəfindən deyil, erməni tərəfindən pozulsun. Sonda Rubeni cəhənnəmə öz bacısı-Aidanın anası vasil elədi.
Aida təhqir olunmuşdu, ata qohumları tərəfindən erməni, ana qohumları tərəfindən türk qanı daşıdığı üçün aşağılanmaqdan, yüklənməkdən, qəbul edilməməkdən bezmişdi, usanmışdı. Axı, o, öz istəyi ilə dünyaya göz açmamışdı. Gülşən Lətifxan romanı yazmaqla demək istəyirdi ki, əgər erməni ilə qohum olursansa, bu, sənə baha-başa gələcək. Ailəyə düşən həmin nifaq toxumu-erməni qızı ilə türk kişisinin izdivacı bütöv bir ailənin məhvini sürətləndirəcək, öz “içinizə” düşən erməni yavaş-yavaş sizi “çürüdəcək”.
Bu izdivacdan ən çox zərbə alan həmin ailədə dünyaya gələn övladlardır. Onlara niyə travma yaşadırsınız? Öz genlərinə görə, niyə ittiham edirsiniz? İnsanlar sevir və sevərək, bir dam altında yaşamağa qərar verirlər, sonra isə sevdikləri üçün, sevgilərinin daha məhsuldar olması üçün övlad dünyaya gətirirlər. Aidanın ailəsində isə bu cür olmadı. İki gəncin sevgisi onları məhv etdi, sevginin nəticəsində dünyaya gətirdikləri qızlarını elə sevginin nəticəsində də “öldürdülər”. Bu, taleyin ironiyasıdır.
Məqaləni erməni sovet yazıçısı Petroniy Qay Amatuninin sözləri ilə bitirirəm: “Ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər”.
“Akme” yunanca “hər şeyin ən yüksək dərəcəsi, zirvəsi, iti nöqtəsi” deməkdir. Nümayəndələri: Anna Axmatova, onun həyat yoldaşı Nikolay Qumilyov, Osip Mandelştam, Zen Keviç, İqor Sevelyanen.
Onların incəsənəti nəcib və zərif idi. Onlar adi, lazımsız hesab etdiyimiz şeyləri təsvir edirlər. Anna Axmatova: “Siz bilsəydiniz ki, mənim şeylərim hansı zibillikdən yaranır, özünüz təəccüb içində qalardınız”.
Yağış yağır, yarpaq ağacdan yerə düşür…Onlar bunu o qədər gözəl, nəcib, dəqiq təsvir edirlər ki, cansız varlıqlar (əsərlər) görürük ki, adilikdə gözəllikdir.
Akmeizm 1912-ci ildə Rusiyada “Üç şair” jurnalında yaranıb. Jurnalın əməkdaşları: Anna Axmatova, Qorodetski, Qumilyov, Zen Keviç, Mandelştam.
Akmeizm “Adamizm” termininin sinonimidir. “Adəm necə insan kimi dünyaya gəlirsə, əşyalara ad qoyursa, biz də həmin adları yenidən sizin üçün açıqlayırıq”. Onlar çalışırlar ki, ətraf mühit, təsvir olunan həyat əşya vasitəsilə gözəçarpan olsun, əşya özü-özlüyündə gözəllik təşkil edir. İnsanın çox da diqqət etmədiyi, bəsit hesab etdiyi şeyləri, adi, siravi əşyalar-güzgü, daraq və s. təsvir edirlər. Cərəyanın əsas iki xüsusiyyəti var: gözəçarpanlıq və aydınlılıq.
Onlar deyirdilər ki, bütün Yer kürəsi görünən formada təsvir olunmalıdır. Simvolistlər haradasa məna axtarırdılar, alt qatları, dərinliyi axtarırdılar. Akmeistlər isə deyirdilər ki, görüntü özü-özlüyündə gözəldir. Simvolistlər o qədər müəmmalı obrazlar yaradırlar ki, akmeistlər onlara cavab olaraq, deyirlər ki, olmayan şeyi dərinliyə gedib axtarma, dünya özü-özlüyündə gözəldir, gözəllik dünyanın özüdür, hər şeyin adi səviyyəsidir. Dünyada nə mövcuddursa, hamısı eyni hüquqa malikdir, nəyi görürsənsə, hamısı şeir predmeti ola bilər.
Nə gözəl görünürsə, bu həyatdadır. Anton Pavloviç Çexov deyirdi: “Bax, stolun üstündə külqabı var, istəyirsənsə, 10 dəqiqədən sonra bir “Külqabı” hekayəsini yazım”. Külqabı da dəyəri olan əşyadır, hər əşya incəsənət, ədəbiyyat predmeti ola bilər.
Markesin “Yüz ilin tənhalığı” əsərində belə bir fikir var: “Əşyaların da canı var, onların ruhunu oyatmağı bacarmaq lazımdır”. Bu fikir akmeizm cərəyanına gedib çıxır.(red.Sərvanə Dağtumas)
Akmeistlər sözə qarşı münasibətlərini dəyişdilər, onlar sözün özünün mahiyyətini açmağa çalışdılar. Simvolistlər isə sözün alt qatlarını araşdırıb gizli bir məna tapmağa çalışırdılar. Akmeistlər hesab edirlər ki, hər bir sözün öz sərhədi var, simvolistlər bu sərhədi yaradaraq, sözə çoxmənalılıq bəxş etdilər. Hər bir sözün əslində öz mənası var. Akmeistlər isə deyirdi ki, hər bir poetik sözün öz sərhədi var. Marina Svitayeva “Sevimlim” şeirindən nümunə verək: “Mənim xoşuma gəlir ki, mənimlə xəstələnməmisən. Mənim xoşuma gəlir ki, mən də səninlə xəstələnməmişəm”. Obraz olduğu hissi inkar edir: “Mən sevinirəm ki, heç bir vaxt Yer kürəsi ayağımızın altında titrəyib başımızı gicəlləndirməyəcək… Mən sənə toxunaraq, alovlanmayacam”. Sevir, amma sevgini inkar edir.
Qumilyovun Afrika haqqında “Zürafə” şeiri var: “Afrikanın çöllərində gözəl bir zürafə gəzir, ətrafdakı göllər zürafənin naxışlarını əks etdirir, həmin gölün ətrafında qarayanız bir qız tayfanın başçısına vurulur, gün batanda onlar mağaraya gedirlər, bir-birlərinə sevgi elan edirlər. Ətrafdakı çiçəklər də onlara elə bil gözəl qoxu bəxş edir ki, onların məhəbbətinə qatılır, amma sən o qədər bu dumanlı havanı udmusan ki, heç nəyi hiss etmirsən, mən nə cür sənə danışım ki, Afrikada belə bir gözəl zürafə gəzir, belə bir gözəl göl, çiçəklər mövcuddur. Sən ağlayırsan? Qulaq as, gözəl bir zürafə göl ətrafında gəzir”.
Akmeizm gördüyünü yazır, məna axtarmır. Cərəyanın nümayəndələri tərcümələrlə dolanırdılar, əsərlərini çap etdirmirdilər. Axmatova Babil şeirlərini rus dilinə tərcümə etmişdi, sonra onlar repressiyaya məruz qaldılar. Oğulları universitetdən çıxarıldı, sürgün olundu.
Kamal Abdullanın tərcüməsindən nümunələr:
1.Anna Axmatovanın ”Kleopatra” şeiri. “Antoninin ölü dodağında öpmüşdü, Avqustinin ayağına sərilmişdi, sabah körpələrə zülm olacaq, nə yaxşı ki, uyumağa lap az qaldı.(Sezar qalib gəlib, Antonini öldürüb-ilanla zəhərləyib)
2.Kumilyovun “Banilər” şeiri. Şeirdə Roma şəhərinin salınması təsvir olunur. Rom və Reme şəhərin əsasını qoyan iki qardaşdır.
Mənbəyə görə, BSU-nun professoru Rəhilə Quliyevaya təşəkkür edirəm.