USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Qəribə sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işarələriylə ifadə edər çox vaxt fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə öz dili eynidi. Ahəng qanunundan kənara çıxmağı sevməz. Dostlara etibar edər sözünü. Elə Sözüylə də tanıdar içindəki mənini. Tarixinə , kökünə çox bağlıdı. Türkçülüyə xidmət edir. Bütöv Azərbaycançılığı var. Təvazökardı və eyni zamanda diqqət mərkəzində olmağı da sevir. Laqeydliyə qarşıdı. Daim axtarışdadı və hər gün özünə hesabat verməyə alışıb. Sözünün arxasında durandı və dünyaya işıq tərəfdən baxır. Elə qələmi də . İmzası oxuculara yaxşı tanışdı. Yunus Oğuzdan danışıram. Oxucunu tarixiylə , köküylə üz -üzə qoyan , öz cığırından çıxmayan , sözünün çəkisini bilən nasir Yunus Oğuzdan. Yazdıqlarında ədalətə və həqiqətə sığınan yazıçı Sözə Tanrının gözüylə baxanlardandı. Axı böyük Sözə bəşəri sevgisi var. Tarixi bədiiləşdirmək , eyni zamanda yalansız, boyasız təqdim etmək elə də asan deyil.. Bu da böyük cəsarət tələb edir. Zənnimcı Yunus Oğuz bunun öhdəsindən peşəkarcasına gəlir . Bu baxımdan yazıçının bütün əsərləri geniş oxucu kütəsinin rəğbətini qazanıb . “Əmir Teymur” ,”Uçurum”, “Nadir şah”, “Cığır ” və başqa romanlar yazıçı təxəyyülünün məhsulu olsa da tarixi faktlara köklənib. . Yunus Oğuzun ədəbiyyatda öz dəst -xətti var və hadisələrə yanaşma tərzi tamam fərqlidi. Yazıçı təkrarı sevmir və daim axtarışdadı. Tarixə istinadən yazılan yazılar elə də asan ərsəyə gəlmir. Hamısı uzun axtarışların və zəhmətin bəhrəsidi. Bu yaxınlarda onun “Türk etnonimi və törələri ” adlı əsərini oxudum və yazıçının yazı manerasına heyran qaldım. Mən bu əsəri türk etnologiyası tarixində ən qiymətli tapıntı kimi dəyərləndirirəm. Türk etnonimi , törələr , qanunlar , ilk ailə anlayışı , ibtidai cəmiyyət, olum , ölüm , ruh , ibtidai inanclar , “Bozqurd “fəlsəfəsi, Oguz türklərinin yaşam tərzi və başqa bu kimi dəyərli tarixi faktlarla zəngin olan bu əsər soy -kökümüz haqqında oxucuya yeni məlumat verir . Eyni zamanda yazıçı orta əsr qadınının cəmiyyətdə öz yeri olduğunu və hadisələrdən kənarda qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə tutduğu mövqedən , onların mübarizəsindən söz açır. İsbat edir ki, türk qadını kölə yox, cəmiyyətin aparıcı qüvvələrindən biri olub. Yazıçı qədim türk dövlətlərinin yaranması , coğrafiyası , inkişafı , mübarizəsi haqqında da geniş məlumat verir .. Türk inanclarına görə Tanrı təkdi. Türk törəsinə görə hər kəsin cəmiyyət içində öz yeri və mövqeyi var. Türk ideologiyasına görə ailə ocaqdı. Xaqan başda olmaqla hər kəs törələrə uyğun hərəkət etməlidi. Qanunlardan kənara çıxmaq olmaz. Türk qanunlarında düzlük , ədalət , insanlıq hər şeydən öncə gəlir. Yazıçı bu əsərdə çox nüanslara toxunub. Müəllif mənbələrə əsaslanaraq həqiqətən ortalığa çox gərəkli və qiymətli əsər qoyub . Bu yazıçının zəngin tarixi biliyə malik olmasından xəbər verir. Əminəm ki, bu əsər də yazıçının başqa əsərləri kimi geniş oxucu kütləsi qazanacaq və seviləcək. Yunus Oğuz həm də “Olaylar” qəzetinin təsisçisidi , eyni zamanda gözəl publisistdi.. Ara-sıra şeirlər də yazır. Amma qələmi nəsrdə daha mükəmməldi. Bu da mənim fikrimdi. Qarşıdan Yunus bəyin doğum günü gəlir. Bu ərəfədə onu yeni yaşı münasibətilə qəlbən təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
2025-ci ildə görkəmli ziyalı yazıçı-nasir, dramaturq, tərcüməçi, redaktor, rəssam, pedaqoq, maarifçi, ictimai xadim Nağı Nağıyevin anadan olmasının 115 ili tamam olur. O, 2 roman, 4 povest, 6 səhnə əsəri, çoxsaylı hekayələr, miniatür yazılar, xatirələr və oçerklərin müəllifidir.
Nağı Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində Kərbəlayi Kərimin ailəsində anadan olub. Əvvəl mədrəsədə, sonra üsuli-cədid məktəbində təhsil alıbdır. 1925-1929-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunu oxuyub bitirib, bu illərdə Bəhruz Kəngərlinin rəssamlıq məktəbinin sirlərini öyrənib və pedaqoji, həmçinin rəssamlıq fəaliyyətinə başlayıbdır. O, 1935-1939-cu illərdə Bakıda Azərbaycan Pedaqoji İnstitunun Filologiya fakültəsində qiyabi təhsil alıbdır.
37-ci ilin repressiyası Nağı Nağıyevdən də yan keçməyib. Varlı ailədən olması, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti naziri Yusif bəy Tahirovun qızı ilə 1933-cü ildə evlənməsi bədxahların gözündən qaçmayıb. O, təqiblərə məruz qalıb, ancaq 1940-cı ildə Sov.İKP sıralarına daxil olması, 1941-cı ildə cəbhəyə getməsi onu repressiya maşınından xilas edib. Nağı Nağıyev qayğıkeş ailə başçısı olub, 8 övlad böyüdüb. Böyük söz ustası Nağıbəyli soyundan gəlsə də, dövrün tələblərinə uyğunlaşaraq Nağıyev soyadını işlədib.
O, 1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqının yeni təşkil olunmuş Naxçıvan filialının məsul katibi olub və 1951-ci ilə qədər bu ədəbi təşkilatın rəhbəri işləyib. 1945-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. Bu illərdə Muxtar respublikanın ədəbi həyatına rəhbərlik edən Nağı müəllim istedadlı qələm sahiblərinin, gənc qüvvələrin ədəbiyyat aləminə gəlməsinə ciddi qayğı göstərib. O, cəbhədən qayıtmış yazıçı və şairləri filial ətrafında toplayıb Naxçıvanda ədəbi yaradıcılığın inkişafını təmin edib. Bu illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi (1946-1949), Naxçıvan Radio Verilişləri Komitəsinin sədri (1949-1951), Naxçıvan Mətbəəsinin müdiri (1950-1951), Naxçıvan Rəssamlıq Emalatxanasının müdiri (1949-1951) vəzifələri də Nağı müəllimə tapşırılıb. 1946-cı ildə Naxçıvan Müəllimlər İnstitutunda N.Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq Nizami salonunun tərtibi və bəzədilməsi bir rəssam, sənət adamı kimi Nağı müəllimə etibar edilib. O, tapşırığın öhdəsindən məharətlə gəlib, otaq nəfis Şərq ornamentləri ilə bəzədilib, Nizami qəhrəmanlarının şəkilləri rəngli boyalarla işlənibdir. Beləliklə, o, Naxçıvan ədəbi mühitində, ictimai-siyasi və mədəni həyatının inkişafında böyük əmək sərf edib, çoxşaxəli fəaliyyəti ilə doğma diyara layiqli xidmət göstərib.
Onun yaradıcılığının yetkinlik dövrü Bakıda yaşadığı illəri əhatə edir. Nağı Nağıyev 1951-ci ildən etibarən mütəmadi olaraq 25 il Azərbaycan Dövlət Nəşriyyatında Bədii ədəbiyyat şöbəsinin müdiri, böyük redaktor vəzifəsində çalışıb. Həmin illərdə o, dövrünün görkəmli ədibləri Səməd Vurğun, Mir Cəlal Paşayev, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rəhimov, Süleyman Rüstəm və b. ilə sıx yaradıcılıq münasibətində olub və onların çoxsaylı əsərlərini bədii redaktə edib. Nağı Nağıyev Bakıda türk yazarları Nazim Hikmət və Əziz Nesinlə bir neçə dəfə görüşüb. O, Bakıda yaşayan Cənubi Azərbaycandan məcburi köçkün demokrat şairlər Balaş Azəroğlu və Əli Tudə ilə yaxın münasibətdə olub. Azərbaycan Nəşriyyatında işlədiyi illərdə də, o doğma torpaqla əlaqələrini davam etdirib, Naxçıvan ədəbi mühitinin İslam Səfərli, Cəfər Bağır, Əbülfəz Abbasquliyev, Məmməd Araz, Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Hüseyn Razi kimi gənc nümayəndələrinin əsərlərinin çap olunmasına yaxından köməlik göstəribdir.
N. Nağıyev fərdi təqaüdçü olaraq 71 yaşında (13.05.1981) uzun sürən xəstəlikdən sonra Bakı şəhərində dünyasını dəyişibdir. Onun adı oxucularının yaddaşında əbədilik yaşayır.
Nağı Nağıyevin bədii-publisistik əsərləri və tərcümələri ayrı-ayrı vaxtlarda jurnallarda, məcmuələrdə və müxtəlif həcmli kitablar şəklində dərc olunubdur. Görkəmli yazıçının sağlığında 9 kitabı – “Yer altında”povest (1954), “Nişanə” hekayələr (1956), “Dostlar” bir pərdəli pyes (1956), “Sumqayıtda”-oçerklər (1959), “İki tale” hekayələr (1961), “Həsrət” roman (1965), “Yaralı qız” hekayələr (1966), Seçilmiş əsərləri (1967), Seçilmiş əsərləri(1974) nəşr olunub.
Qeyd etmək lazımdır ki, böyük sənətkarın anadan olmasının 100 illiyi ərəfəsində onun əsərləri 2009-cu ildə üç cilddə nəşr olunub . Buraya yazıçının sağlığında çap olunmamış “Qaranlıq qovuşanda” romanı, “Cəmil və Gülnar”, “Fəhlə ürəyi” povestləri və “Səadət və Sədaqət”, “Hal əhlləri” pyesləri də daxil edilib. O da qeyd olunmalıdır ki, Nağı Nağıyevin Dövlət Ədəbiyyat və İncəsənət arxivində fondu qorunur. Bu fond materialları ilə tanışlıq da göstərir ki, sənətkarın ədəbi-bədii irsinin 40 faizi indiyədək nəşr olunmayıb, əlyazma şəklində qalıbdır.
Nağı Nağıyev Azərbaycan nəsrinin inkişafında özünəməxsus yer tutur. Görkəmli ədibin ədəbi-bədii yaradıcılığını iki dövrə ayırmaq olar:
1.Naxçıvan dövrü.
2.Bakı dövrü
Böyük söz ustası ilk növbədə Naxçıvan ədəbi mühitində formalaşıb, bu torpağın yetirmələri olan C.Məmmədquluzadə, H. Cavid, Əli Səbri, M.S.Ordubadi kimi söz ustalarının layiqli davamçısı olubdur. O, 1936-cı ildə Naxçıvanda yazdığı ilk hekayə ilə bədii yaradıcılığa başlayıb. Qeyd etmək lazımdır ki, hekayə janrı N.Nağıyevin bədii yaradıcılığında xüsusi ilə seçilir. Təsadüfi deyil ki, N.Nağıyevin bir neçə dəfə ancaq hekayələrinin yer aldığı kitabları (“Nişanə” 1954, “İki tale” 1961, “Yaralı qız” 1966) nəşr olunubdur. Hekayələr özü də ciddi məzmunlu hekayələr və satirik hekayə və felyetonlardan ibarətdir. Böyük sənətkarın hekayə formasında yazılmış xeyli miniatür yazısı da vardır. Hekayələrin bir qismi onun həyatının Naxçıvan dövründə qələmə alınıbdır. Bunlara “Ordenli uşaq” (1942), “Axtaran tapar”(1950), “Səbəb” (1951), “Paxıllıq” (1949) hekayələrini nümunə göstərə bilərik.”Ordenli uşaq” hekayəsi müəllifin müşahidələri əsasında yazılıbdır. N.Nağıyev müharibə vaxtı ön cəbhədə xidmət edərkən rotanın siyasi rəhbəri olubdur. Ağır yaralandığına görə ordudan tərxis olunub, 1942-ci ilin sonlarında doğma Naxçıvana qayıdıbdır. Amma müharibənin dəhşətləri onun xatirindən, yaddaşından silinməyib, dərin izlər qoyubdur. Müharibə vaxtı nəinki hərbiçilərin, hətta mülki vətəndaşların, kiçik yaşlı məktəblilərin faşizmə qarşı mübarizə əzmi bu qələm adamını çox mütəəssir edibdi. Ona görə də elə həmin ildə onu narahat edən bu mövzunu qələmə almış, beləliklə, “Ordenli uşaq” hekayəsi meydana çıxıb.
“Səbəb” hekayəsi kənd təsərrüfatında çalışan gənclərin şərəfli əməyindən, bu gənclərin başçısı Mübarizin təşkilatçılığından, işgüzarlığından bəhs edir. Onun 1949-cu ildə Naxçıvanda qələmə aldığı “Paxıllıq” adlı satirik hekayəsinin mövzusu insanda olan həsəd, paxıllıq hisslərinin tənqidinə həsr olunub. Burada üç hadisənin əsasında paxıllıq motivləri dayandığı üçün müəllif onları bir ümumi ad altında birləşdirib. Hekayə bu sözlərlə bitir:”Qoy hamı vaxtında başa düşsün ki, öyrənməkdə paxıl, öyrətməkdə mərd olmaq əsl insan sifəti imiş”. N.Nağıyev yaradıcılığında məişət məsələləri, əxlaqi tərbiyə mövzusunda yazılmış hekayələr də diqqəti cəlb edir. Məsələn, “Qonşular” satirik hekayəsində qonşu qadınların davakarlığı, boş bir söz üstündə ara qarışdırması tənqid olunur. “Yaralı qız” hekayəsində bəzi gənc qızların moda arxasınca qaçması, saçları dik görünsün deyə saçının arasında şüşə qab yerləşdirməsi və bunun zərərini görməsi tənqid olunub.
Qısa hekayələr adlandırıla bilən lətifə, təmsil xarakterli miniatür yazılar da N.Nağıyevin yaradıcılığında özünəməxsus yer tutur. ”Xoruz”, “Qurbanlıq”, “Quzunun çıxardığı nəticə”, “Canavar”, ”Bildirçin və torağayı”, “Sən də şükür elə”, “Keçinin dərdi”, “Oğru pişik” təmsillərində obrazlar heyvanlar olsa da, orada təsvir olunan mənzərə cəmiyyət hadisələrindən götürülübdür.
“Ədəb mağazası” lətifəsi daha ibrətamizdir. Burada deyilir: “Vaqonda ağsaqqal kişiyə yaxın oturub onu saymadan, çəkinmədən açıq-saçıq söhbət edən iki qıza kişi irad tutub dedi:-Bala, o söhbətləri ictimai yerdə bu cür ucadan yox, təklikdə danışarlar. Axı ədəbdən deyil!
Qızlardan biri kişini əla salaraq hırıldadı:-Əmi, ədəbi harada satırlar? De, gedək bir-iki kiloqram alaq.
Qoca pərt olsa da dedi:-Bala, ədəb mağazası hər uşağın öz evidir. Satıcıları da ata-anaları. Evə çatanda ata-ananızdan ədəbin yerini soruşun, əsirgəməzlər, verərlər.
-Əmi-bəlkə onlarla alverimiz baş tutmadı. Sən sat, nağd olsun.
Kişi təmkinini pozmadan dedi:-Öz ata-anası ilə alveri tutmayan adamdan müştəri olmaz, qızım!..
Nağı Nağıyevin yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Bu baxımdan onun keçən əsrin 60-cı illərində qələmə aldığı “Püskürən dərə” oçerki xüsusilə diqqəti cəlb edir. Bu əsərdə Culfa rayonu ərazisindəki Darıdağ mineral su yataqlarının öyrənilməsi, onun xalqın rifahı üçün istifadə olunması məsələləri işıqlandırılıb.
Dram janrında yazdığı bədii əsərlər də N.Nağıyevin yaradıcılığında mühüm yer tutur. Onun 7 pyesi nəşr olunub. Bu pyeslərin əksəriyyəti müxtəlif dövrlərdə tamaşaya qoyulub. 6 şəkilli pyesdən ibarət olan “Səadət və Sədaqət” adlı əsəri 1940-cı ildə Naxçıvanda qələmə alınıb. Bu əsər tamaşaya qoyulmaq üçün təsdiq edilib. Ancaq 1941-ci ildə müharibənin başlaması bu işi yarımçıq qoyubdu. Pyesin mövzusu kənd təsərrüfatında çalışan iki gəncin: Səadət və Sədaqətin səmimi məhəbbəti üzərində qurulubdur. Səadət mühəndis, Sədaqət isə baş sahənin rəisidir. Kooperativ sədri Orucov da Səadəti sevir, qısqanclıqdan ümumi işi sabotaj edir, Səadəti sevgilisi Sədaqətin gözündən salmağa çalışır. Sonda həqiqət qalib gəlir, Orucov ifşa olunur, sevgililər qovuşur, xoşbəxt olurlar.
Böyük sənətkarın Naxçıvanda qələmə aldığı ikinci dram əsəri “Ölümdən həyata” adlanır. Bu pyes bəzən qəhrəmanın adı ilə “Polad” adlanır (1944). Müharibədə iştirak edən,cəbhə həyatından yaxşı xəbəri olan dramaturq bu illərdə çox populyar mövzu olan faşizmə qarşı mübarizə mövzusuna müraciət edib. Əsərin baş qəhrəmanı Poladdır. O, ön cəbhədə düşmənə qarşı mərdliklə vuruşur. Casuslar onu ələ verirlər, Polad əsir düşür, əsirlikdən qaçır, partizan dəstəsinə qoşulur, sonda öz cəbhə yoldaşlarına qovuşur, onları ələ verən casus şəbəkəsini məhv edir. Bu əsər Naxçıvan Dövlət Dram Teatrında 1945-ci ilin 8 may tarixində ilk dəfə tamaşaya qoyulub və böyük əks-səda veribdir. Böyük uğur qazanan bu dram əsəri bir neçə müddət səhnədən düşməyib. Həmin dram əsəri Ordubad teatrında da tamaşaya qoyulub. “Ölümdən həyata“(1944) pyesindəki bəzi elementlərdən, obrazlardan (məs.Kuzmiç) müəllif sonrakı əsərlərində də istifadə edibdir. Bu mövzu müəllifə o qədər doğma olubdur ki, o eyni mövzu əsasında qələbənin 30 illiyi münasibətilə “Ələdüşməz görüş” adlı çox maraqlı hekayə (1975) də yazıbdır.
Tanınmış yazıçının özünəməxsus publisistik qələmi vardır. Bu baxımdan müəllifin “Sumqayıt”, “Poladəridənlər”, “Kimyaçı qızlar”, “Saz”, “Dnepr suları”, “Dostlar görüşəndə”, “İş işi göstərər”, “Püskürən dərə”, “Geoloqlar” adlı oçerkləri keçən əsrin 60-70-ci illərində Azərbaycanda iqtisadi-mədəni sahədə gedən canlanmanı bədii şəkildə əks etdirmək baxımından diqqəti cəlb edir. Eyni zamanda onun “Əsrarlı bir gecə”, “Kəndimiz”, “Kənd lövhələri”, “Düşüncələr”adlı xatirə əsərlərini də bu siyahıya aid edə bilərik.
İkinci Dünya Müharibəsindən sonra Naxçıvan ədəbi mühitinin poeziya qolundan fərqli olaraq nəsr qolu zəif inkişaf edib. N.Nağıyev ədəbi qüvvəllərin rəhbəri kimi bu boşluğu doldurmağa səy göstərirdi. Belə ki, müharibənin dəhşətləri xalqın həyatında ciddi izlər qoyub, arxa cəbhədə olsalar da insanlar hələ bu əzablardan qurtara bilməyibdilər. Ona görə yenicə hərbi xidmətdən yara alıb vətənə dönən N.Nağıyev də müharibənin odunu-alovunu unutmayıb. Qəlbini məşğul edən duyğuları kağıza köçürmüş və beləliklə, 1946-cı ildə isti-isti “Cəmil və Gülnar” povesti meydana çıxıbdı. Povestin əsas mövzusunu faşizmə qarşı mübarizə təşkil edir. Azərbaycan gənci Cəmil ön xətdə, döyüş cəbhələrində rəşadət göstərir, yaralanıb vətənə qayıdır. Bu povestdə müəllif yaxşı bildiyi, dəhşətlərinin şahidi olduğu cəbhə hadisələrinin materiallarından da istifadə edibdir. Ona görə də burada əsas qəhrəman Cəmilin müharibədə iştirakı, göstərdiyi şücaətlər də geniş şəkildə işıqlandırılıb. Ukrayna torpağında düşmənə qarşı ön cəbhədə mübarizə aparan Cəmil özbək əsilli əsgər yoldaşı Şirmətovla birgə kəşfiyyat tapşırığını yerinə yetirmək üçün işğal bölgəsinə keçir, düşmən mövqelərinin yerləşməsinə aid mühüm məlumatlar əldə edir, qoca Demyan Vasilyeviç Kuzmiçin qonağı olur, onun köməyindən istifadə edir. Amma kəşfiyyat yoldaşı yaralanır, yüngül yara almış Cəmil onu tək buraxmır, çiyninə alıb çətinliklə də olsa hərbi hissəyə çatdırır, beləliklə, mühüm döyüş tapşırığını yerinə yetirir. Cəmil ordudan tərxis olunur, təsərrüfat cəbhəsinə atılır, kənd həyatında fəal əməyi ilə rəhbərliyin rəğbətini qazanır, sevgilisi Gülnara qovuşur. Burada Cəmilin arxa cəbhədəki fəaliyyəti nisbətən zəif işıqlandırılıb. Qeyd edək ki, müəllif bu povestin materialları əsasında “Hal əhlləri” adlı 5 pərdəli komediya (1954) da yazıbdır. Eyni mövzuya o, keçən əsrin 60-cı illərində yenidən müraciət edib, bu mövzuda irəlidə haqqında geniş bəhs edəcəyimiz “Həsrət” adlı mükəmməl bir roman (1965) yaradıb.
Naxçıvanda yaşayarkən müəllifin yaratdığı ikinci nəsr əsəri “Yer altında” povestidir. 1949-cu ildə qələmə aldığı “Yer altında” əsərində Naxçıvan duz mədəni fəhlələrinin həyatı, əməyi, daxili aləmi öz dolğun əksini tapmışdır. “Povestdə Zakir və Validənin məhəbbət və sədaqəti, əməyə münasibətləri bədii boyalarla təsvir olunmuşdur” ( Surə Seyid. “Şərq qapısı” qəzeti və Naxçıvan ədəbi mühiti, Bakı: Elm və təhsil, 2014, s. 110). Bundan başqa povestdə Bəhrəm və Yusif kimi əmək adamlarının bol məhsul uğrunda mübarizəsi də inandırıcı və oxunaqlı bir dillə verilibdir.
Hekayə janrı ilə yaradıcılığa başlayan görkəmli nasir yaradıcılığının yetkin dövründə iki roman qələmə alıb. Bunlardan birincisi1965-ci ildə bitirdiyi “Həsrət” romanıdır. Müəllif romanın mövzusunu yaxşı bildiyi kənd həyatından götürüb. Bu oxunaqlı roman yeni həyat quruculuğu sahəsində xeyirlə şərin mübarizəsindən bəhs edir. Xeyir qüvvələrin təmsilçiləri Cəmil, Gülnar, Əkrəm, Dilşad, şər qüvvələrin nümayəndələri isə Çömçə Əli, Qiyas kimi mənfi tiplərdir. Əsərin baş qəhrəmanı Cəmil müharibənin alovlarından çıxıbdır. Bakıda Kənd Təsərrüfatı Nazirliyində işə başlayıbdır. Rayonda kadra ehtiyac çox olduğuna görə onu öz yerinə, öz rayonuna işə göndəriblər. Yuxarıda qeyd etdiyimiz kimi, bu mövzuya aid bədii əsər yaratmaq düşüncəsi hələ keçən əsrin 40-ci illərindən gənc nasiri məşğul edib. Ona görə o, əvvəlcə bu mövzuda “Cəmil və Gülnar” (1946) adlı povest qələmə alıb. “Həsrət” romanı oxucuda bir növ, “Cəmil və Gülnar” povestinin davamı təsiri bağışlayır.
Müəllifin ikinci romanı “Qaranlıq qovuşanda” adlanır (1967). Onu da qeyd etmək lazımdır ki, roman 1974-cü ildə “Azərbaycan” jurnalında “İfşa” adı ilə ixtisarla nəşr olunubdur. Maraqlı süjet xəttinə malik olan romanın mövzusu şəhər həyatından, inşaat işindən götürülüb.
Nağı Nağıyevin tərcüməçilik fəaliyyəti onun yaradıcılığında mühüm yer tutur. O, keçmiş Sovetlər Birliyində ümumittifaq oxucusu tərəfindən təqdir olunan mühüm bədii əsərləri rus dilindən dilimizə tərcümə edib. Onlar içərisində Andre Stilin “İlk zərbə” (1965), Oqulçanskinin “Həzi Aslanov” (1956), Aybəkin “Müqəddəs qan” (1959), B.Nemtsovanın “Vəhşi Bara” (1961), C.İkraminin “Hörümçək toru” (1964). M.Kolesnikovun “Çəhrayi sığırçınlar” (1969),. M.Xurşilovun “Sular şahiddir” (1959) romanlarının və “Min bir gecə” (IV cild 1976) nağıllarının nəşrini xüsusilə qeyd edə bilərik. Bundan əlavə, yazıçının bir çox xarici ölkə yazıçısının əsərlərini də ilk dəfə dilimizə tərcümə edib nəşr etdirib.
Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən olan böyük sənətkar Nağı Nağıyevin ədəbi-bədii irsinin dərindən öyrənilməsinə ciddi ehtiyac vardır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Şair-publisist Hikmət Məlikzadə onu belə xarakterizə edir: “O, hər yazısında bir həyat anı əks olunan və bu anın içində daim bir həyat sızıltısı hiss edən mətanətli, vüqarlı qadındır. Çətinlik onun üçün təkcə həyat acısı deyil, həm də mübarizlik faktıdır. O, dərdi həm də mübarizə aparmaq üçün bir vəsilə hesab edir, bir qətrə şərəfli ömür üçün məhz bir kərə şərəflə ölməyi hamıya məsləhət görür. Bu da onun Vətən sevgisidir- azad yaşamaq haqqıdır, yaxşıya da, pisə də insani münasibətidir…”
O, həm də incə, xeyirxah, yardımsevər və həssas xanımdır. Başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun həyat meyarıdır. Duyğusal, necə deyərlər, nəcib insanlara qarşı nəzakətli davranır və özü də nəzakətli münasibət gözləyir. Amma qəlbinin dərinliklərində çox narahatdır. Sanki hər bir sevincində bir kədər var. Gözəl, zərif, mülayim və utancaqdır. Fəqət intuisiyası çox güclüdür. Hər bir şəraitə asanlıqla uyğunlaşa bilir. Problemsiz bir həyat istəyir. Rahat olmaq və dincəlməyə çox vaxt ayırmaq isə ona çox az qismət olur. Uşaqlıq saflığını qoruyub saxlaya bilib, odur ki, hələ də onda uşaq səmimiyyəti var. Ümumiyyətlə, onun soyuq xasiyyəti yoxdur. Ətrafındakı insanlara qarşı mehribandır…
Deyir ki:- “Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra insanların öz fikirlərini azad və sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldı. Demokratiyanın əsas atributlarından olan müstəqil mətbuatın fəaliyyətinə də geniş meydan verildi. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində anarxiya, xaos baş alıb getdiyindən müstəqil mətbuat qisas, təhqir, nalayiq sözlər mənbəyinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, mətbuat aləmində də əsaslı dönüş yaradıldı. Demokratiyanı anarxiya kimi dərk edənlər tədricən mətbuatın həyatın aynası olduğunu anladılar. Tənqidlə təhqiri bir-birindən ayıra bilməyənlər getdikcə sıradan çıxdılar. Qəbul olunan qanunlar müstəqil mətbuatın fəaliyyətində əsaslı dönüş yaratdı. Məhz ulu öndərin demokratik prinsiplərin inkişafına verdiyi önəmin nəticəsi olaraq mətbuatdan senzura ləğv edildi.”
Hikmət Məlikzadə daha sonra sözünə davam edir: “Şəmsiyyə xanım jurnalistikaya – mətbuat camesinə göydən düşməyib, nə də bu əhatədə kiminsə kölgəsində daldalanıb “mən də varam” deməyib. Körpə ikən anası öz laylalarını ona məqalə, esse, oçerk, müsahibə janrında deyib. Ağlı kəsəndə, artıq bilib ki, söz nədir və onu hansı məcraya necə salmaq olar. Yeniyetmə çağlarından əlləri qabar tutan bu çevik xanım ilk məqalələrini yazanda mətbuata necə təsir etməyin yollarını öyrənib. Qələmindən hər dəfə dürr-inci töküb, yaşadığı dövrün həyat tərzini, məişətini, insana sevgisini əxz edə-edə barmaqları da qabar tutub. Radioda, müxtəlif qəzetlərdə çalışdığı vaxtlarda da onun içindəki sevdalar Vətənə töhfə vermək olub. Həmyaşıdları sevmək-sevilmək haqda düşünəndə, o, qələmini özünə yar sanıb, düşüncəsində sakit hücrələr yerləşdirib. İndi hansı rakursdan yanaşsaq, görərik ki, Şəmsiyyə xanımın qabarıq həyat tərzi dərdin bir ayrılıq sistemi olduğuna işarə vurur. Bəlli olur ki, arzular çox vaxt insanı istədiyi səmtə çəkmir. Elə xeyli vaxtdır fərqli təsir bağışlayan yazılarından da aydın ifadə olunur ki, həyatın insana aid etdiyi məqsəd elə bu vacib tər¬kib¬dədir. Əslinə qalsa, Şəmsiyyə xanımın sənət-peşə və həyatda çəkdiyi acılar bütün cə¬miy¬yətlərin çəkdiyi acılardır. Lakin fərq o acını necə çəkməkdə, o ağrının odunda necə əriməkdədir. Şəmsiyyə xanım öz fədakarlığına, öz abrına qısılaraq ağır ləngərlərin, iç deşən hayqır¬tıların, göz göynədən təlatümlərin, qəlb yırtan ağrıların, tük ür¬pədən dəhşətlərin… çaxnaqlarından elə keçib ki, ancaq özünü yandırıb, fikrinə ortaq etdiyi oxucunu isə sadəcə, düşündürüb. Bax, bu, əsl yaradıcı ruhun təlatümüdür…”
Bəli, bu dəfə sizə əməkdar jurnalist Şəmsiyyə Kərimova barədə danışıram. O, 24 noyabr, 1955-ci ildə Tovuzda anadan olub. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirərək, Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə qəbul olunub və orada sürücü-mexanik ixtisasına yiyələnib. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Komsomolun Mərkəzi Komitəsi onu Bərdə rayonuna göndərib. Bir müddət orada, “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışıb və 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutub. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. O vaxt “Azərbaycan gəncləri” qəzetinin BDU-nun jurnalistika fakültəsi ilə birgə açdığı “Jurnalist… jurnalist? jurnalist!” müsabiqəsinə göndərdiyi “Çərkəz qızı Tellinin nağılı” oçerki ilə müsabiqənin qalibi olub…
O, 1977-ci ildə indiki BDU-nun jurnalistika fakültəsini bitirərək, 1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində, radionun “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başlayıb. 1987-ci ildən isə “Azərbaycan gəncləri” qəzetində çalışıb. Baş verən məlum ictimai-siyasi proseslər nəticəsində komsomolun orqanı olan həmin qəzet fəaliyyətini dayandırdıqdan sonra, 1996-cı ildən “İki sahil” qəzetində işləyib. 2003-cü ildə “Naxçıvan” qəzetində şöbə müdiri vəzifəsinə təyin olunub. Hazırda isə “Yeni Təfəkkür” qəzetinin təsisçisi və baş redaktorudur. 2010-cu ildə milli mətbuatın 135 illiyində “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Qızıl qələm” media mükafatı laureatıdır…
“Uzun illər jurnalistika sahəsində çalışan bir insan kimi xüsusi olaraq qeyd etmək istərdim ki, dövlət başçımızın sərəncamları ilə son illər kütləvi informasiya vasitələrinə göstərilən yardımlar, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət hesabına ödənilməsi, jurnalistlərə fəxri adların, mükafatların verilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Dövlət başçımızın imzaladığı 22 iyul 2010-cu il tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamı mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması ardıcıl tədbirlərin davamı oldu. Dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət vəsaiti hesabına mənzil tikintisi faktı olmayıb. Bütün bunlardan sonra biz jurnalistlər daha məsuliyyətli, obyektiv olmalı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəldilməsi istiqamətində bütün imkanlardan səmərəli istifadə etməli, kimlərinsə təhriki ilə böhtan və qarayaxmalara son qoymalı, bu çirkin vasitələrdən əl çəkməyənlərin qarşısını almalıyıq.”- söyləyir.
Həyatda həmişə özü olmağa çalışıb, kimisə yamsılamaqdan xoşu gəlmir. İkiüzlülükdən uzaqdır, kimisə aldatmağa nifrət edir. Pisliyi sevmir- niyyəti saf və təmizdir. Mühafizəkar xanımdır, yeniliklərə və fərqliliyə çox da açıq deyil və köhnə ənənələrdən asanlıqla imtina edə bilmir. Hərəkətlərində çox diqqətlidir. Heç vaxt kiminsə ona görə əziyyət çəkməsini istəmir. Eləcə də, romantik xanımdır və bəd xəbərlərdən tez təsirlənir. Ləyaqətli və xarizmatikdir. Eyni zamanda şanslı adamdır. Amma bəxti gətirməyəndə həddən artıq narahat olur və kədərlənir. Xoş xasiyyətli, yumşaq ürəkli olsa da, bəzən tələsir. Güclü fantaziyası var, gözəl xəyallarla yaşayır. Ümid edir ki, dünya nə vaxtsa düzələcək. Haqq, ədalət qalib gələcək. Fəqət, haqq da, ədalət də bu dünyadan küsdükləri üçün az-az gözə dəyirlər…
…O gün Mətbuat Şurasında gənc jurnalistlər çıxış edərkən, onun gözlərindəki sevincin, qürur hissinin şahidi oldum. Bunu ancaq vicdan öhdəliyinin nə olduğunu bilənlər bacarır. Bəli, haqqında söhbət açdığım, əməkdar jurnalist Şəmsiyyə Kərimova vicdanlı insanlardan biridir…
Bir neçə aydan sonra bu gözəl xanımın 70 yaşı tamam olur. Qoy mənim bu söhbətim gələcək yubileyinə bir hədiyyə olsun!..
Ruhun şad olsun Vətən oğlu Daim qəlbimizdə yaşayacaq qəhrəman qardaşim. Sənin keçdiyin şərəfli həyat yolu, Vətən qarşısında göstərdiyin qəhrəmanlığın gənclərimizə bir nümunədir ,bir dərslikdir. Azərbaycan xalqı üçün, şəhidlərimiz ucalıq rəmzidir, qürurdur. Qürur dolu tarixi keçmişimizə dərindən nəzər salsaq, Vətənimizin qəhrəmanlar, mərd oğullar məskəni olmasını sən və şəhid qardaşlarım öz qanı canı bahasına bir daha təsdiq etdiz.
Qəhrəmanlıq – şəxsin fərdi xarakterik xüsusiyyətlərinin, tərbiyəsinin və genetik mənəvi zənginliyinin diktəsi ilə idarə olunan mürəkkəb bir keyfiyyət, əsl kişilik simvoludur! Səni kimi seçilmiş hünər sahibləri, zaman keçsə, dövran dəyişsə də, xalqımızın qan yaddaşında yenilməz qəhrəman obrazı kimi qalacaq və ürəklərdə əbədi olaraq yaşayacaqdır!
Biz həm cəmiyyət, həm də fərd olaraq sizlərə çox şey borcluyuq. Hər şeydən əvvəl isə onların özlərindən sonra qoyduqları böyük irsi – Qəhrəmanlıq İrsini,- toplamaq, öyrənmək, araşdırmaq və gələcək nəsillərə ötürmək lazımdır. Bu irs hələ uzun illər Azərbaycan xalqının ruhunu kükrədəcək, hər kəsə bu torpağın necə oğullar yetirməyə qadir olduğunu göstərəcək. Sübut edəcək ki, himnimizdə oxunan “Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu” sözləri əsla sadəcə söz deyil. Mən hər zaman inanıram ki,geci tezi ədalətli qərar qəbul ediləcəkdir ,sənə layiq olduğun adın veriləcəkdir . İnanıram ki Raquf Orucovun qəhrəmanlıqları layiqincə qiymətləndiriləcək , ona Milli Qəhrəman adı veriləcəkdir.
Etibar Əbilov: – “Atam dindar olub…Vaqif Səmədoğlu müqəddəs məkandan aldığı təsbehi Atama bağışlayır.Atam təsbehi öpüb gözünün üstünə qoyur.Əlibala Hacızadə ilə Söhrab Tahir də həmin gün bizdə idilər…”
Sumqayıtda “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi
Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə həsr olunmuş növbəti maarifləndirici tədbir – “Mənəviyyat dərsləri” təşkil olunub. Tədbir “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutub. Tədbirdə Sumqayıt Dövlət Universitetinin və Edu Company təhsil şirkətinin Sumqayıt filialının tələbələri iştirak ediblər. Gənclərlə keçirilən bu mənəvi maarifləndirmə dərslərinin əsas məqsədi milli kimlik şüurunun möhkəmləndirilməsi, ailə və cəmiyyət institutlarının əhəmiyyətinin vurğulanması, vətənpərvərlik ruhunun aşılanması və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının artırılmasıdır. Tədbirdə “Elin Səsi” İctimai Birliyinin sədri Elvin Talışınski, təşkilatın sədr müavinləri Əli Rzazadə və Abbas Qurbanov çıxış ediblər. Onlar öz məruzələrində Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlər, ailə institutunun cəmiyyətdəki rolu, şəhidlik məqamının müqəddəsliyi, valideyn və böyüklərə hörmət, milli-mənəvi dəyərlərin təbliği və qorunmasının əhəmiyyəti barədə geniş fikirlər bildiriblər. Elvin Talışınski çıxışında vurğulayıb ki, müasir dövrdə informasiya və texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda gənclərin mənəviyyatla bağlı maarifləndirilməsi xüsusi önəm kəsb edir. O qeyd edib ki, milli-mənəvi dəyərlərin itirilməsi milli kimliyin zəifləməsinə səbəb ola bilər və bu baxımdan cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də gənclərin bu dəyərlərlə silahlanması vacibdir. Digər çıxış edənlər – Əli Rzazadə və Abbas Qurbanov isə xüsusilə ailə dəyərlərinin qorunması, vətənə, dövlətə, şəhidlərə və valideynlərə hörmətin cəmiyyətin mənəvi dayanıqlığının əsasını təşkil etdiyini vurğulayıblar. Onlar gəncləri milli köklərə bağlı, vətənpərvər, sağlam mənəvi zəmində yetişməyə çağırıblar. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv şəkildə davam edib. Tələbələr çıxışçılara suallar verib, fikir mübadiləsi aparıb və milli-mənəvi dəyərlərin təbliğinə dair öz düşüncələrini bölüşüblər. “Əxlaq, ailə, şəhidlik və böyüklərə hörmət – bu dörd dəyər üzərində qurulan cəmiyyət güclü və dayanıqlı olur” – bu fikir tədbirin ümumi ruhunu əks etdirən əsas mesajlardan biri kimi yadda qalıb. Həmçinin tədbir iştirakçılarına layihə çərçivəsində nəşr olunan “Mənəviyyat axtarışında” adlı hekayələr toplusu paylanılıb. Qeyd edək ki, “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində ilk tədbir Azərbaycan Universitetinin tələbələri üçün keçirilmişdi. Layihənin məqsədi gənclər arasında milli-mənəvi dəyərlərə bağlılığı artırmaq, mənəviyyata yönəlik düşüncə tərzini formalaşdırmaq və cəmiyyətin mənəvi bütövlüyünü möhkəmləndirməkdir. Sonda Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin klub rəhbərləri, həmçinin Edu Company təhsil şirkətinin rəhbər şəxsləri milli-mənəvi dəyərlərimizin təbliği sahəsində göstərdikləri fəaliyyətə görə ictimai birlik tərəfindən təltif ediliblər.