LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA
PƏNAH MİKAYILOV
Pənah Abduləli oğlu Mikayılov 10.05.1935-ci ildə Laçın rayonunun Qoşasu kəndində anadan olmuşdur. Şair müəllim kimi Qabaqcıl maarif xadimi, Ali kateqoriyalı müəllim adlarına layiq görülmüşdür. 1999-cu ildə Sumqayıtda “Vətən həsrətli ömür” adlı şeirlər kitabı yayınlanmışdır. 1998-ci ildə qaçqın kimi məskunlaşdığı Sumqayıtda vəfat etmişdir.
GÖYÇƏNİN
Dostum Pənah Qurbanova
Sənəd məbədidi, ümid piridi,
Nəcabəti, əhli-halı Göyçənin.
Şirin xəyalımın nur beşiyidi
Müqəddəs yamacı, yalı Göyçənin.
Hüsnünə bağlıdı ruhumun canı,
Ordadı söz şahı, sənət sultanı.
Ələsgər Vətəni, Alı məkanı
Səcdəgahdı pir mahalı Göyçənin.
Yolunda sadağa canla başımdı,
Qüssəsi kədərim, qəm təlaşımdı.
Dostum, can-ciyərim, qan qardaşımdı
Əli kimi pür kamalı Göyçənin.
Kükrəsin dəryatək eşqi, ilhamı,
Nur saçsın ömrünə səadət şamı,
Pənahdan Pənaha qardaş salamı
Heç olmasın qilü-qalı Göyçənin.
05.02.1984
Laçın, Qoşasu.
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru