Kateqoriya arxivləri: Leyla Yaşar

Ölümün caynagında – Leyla Yaşar

Leyla YAŞAR – yazar.

Ölümün caynagında
– Salam !
– Salam . Nə lazımdı?
Sən kimsən ? Mən hardayam?
-Xatırlamadın?
– Yox. Bura haradı ? Gözlərimi niyə aça bilmirəm? Mənə nə olub? Heç nə hiss etmirəm . Əllərim hanı ? Bəs ayaqlarım? Niyə axı , niyə ayaga dura bilmirəm? Niyə susursan?
– Fikirləş , xatırlayacan .
– Fikirləşə bilmirəm!
– Mən sənin yer üzündə bitən zamanının son saniyəsiyəm.
– Nə zaman , nə saniyə ?
– Sən gözəl qonagını qarşılamaq üzərəsən.
-Qonaq, nə qonaq? Sən kimsən axı ? Nə istəyirsən?
– Sənə qoy düzünü deyim. Cənabi haqqın ölüm mələyiyəm!
– Niyə gəlmisən?
-Səni aparmaga.
– Mən getmək istəmirəm axı .
-Son anındı artıq . Bu yol hamınıza var . Gəldinizsə gedəcəksiniz demək .
– Hara və niyə aparırsan məni? Mənim yarımçıq işlərim çoxdu.
– Bu qədər zamana sıgışdıra bilmədin işlərini?
– Yox , təbiiki . İnsan övladı doguluşdan ölümünə qədər çarpışır.
– Mənim vəzifəm bu . Gəlib can alaram .
– Mən ölmək istəmirəm!
– Doguluşunda , ölümündə yaradanın əlində. O ol dedisə olar.
– Mən üsyan etmirəm . Doymadım axı bu həyatdan?
Hələ cavanam ölmək istəmirəm..
– Sənin vaxtın burda tamamdı artıq . Gözlərini aç , ətrafa doyunca bax , gülümsə .
Bu zaman ətrafda şeytan peyda olur .
– Kəlmeyi şəhadətini oxuma .Sən ölmürsən .
İki mələk görsənir . Biri sag , biri sol çiyninə qonur .
– Əməllərini yazacagıq.
Yenə şeytanın səsi gəlir .
– Ey insan , nəfəs al , nəfəsini artır , sən güclüsən , sənə heç kim qalib gələ bilməz!
Bu dünya sənindi , sən həmişə qalibsən , sən ölməyəcəksən !
-Sən kimsən?
– Mən sənin özünəm !
Gözlərini açır ətrafa baxır , budur yol kənarında uzanıb , hər yeri qanın içindədi . Əlin tərpətmək istəyir . Yox deyəsən qolu yoxdu axı . Bir az kənara düşüb . Nə baş verir burda?
– O kimdi aglayan? Niyə aglayır görəsən?
Bəs ayaqları hanı ? Aha o tərəfdə ayaqqabıları görsənir . Ayagı üstündə deyil .
Hamı ətrafa qaçır , nəsə axtarırlar . Burda nə baş verdiyini kimsə mənə deyəcək , ya yox?
– Ey insan, bu sənsən . Qəza törətmisən , yüksək sürət səni məhv edib .
Budur anası , aglaya – aglaya , öpə – öpə ayaqlarını tapıb gətirir .
– Ana, aya ana ayagımı bura qoy , bax bura . Qoy birləşsin ayaga durum .
Şeytanın səsi:
– Sən güclüsən , qalx ayaga !
Bəs bədənim hardadı axı ? Niyə bədən üzvülərim məndən uzaqdadı?
– Onlar artıq səni istəmirlər . Sən onlara sadiq olmadın . Düşünmədin ki bir gün səni tərk edə bilərlər .
– Mən , məən neynədim axı?
– Bax , anana, atana , bacına gör necə aglayırlar. Sən onlara da əziyyət verdin.
-Mən ölmək istəmirəm! Mən hələ cavanam!
– Hazırlaş gedirik.
Ruh yavaşcadan bədəni silkələyir .
– Ey bəni insan, mən gedirəm .
32 ildi səninlə agladım güldüm . Səninlə gəzdim . Cisminlə dost oldum . Bax görürsənmi heç nəyin sonu yoxdu . Və bir gün gəldi , mən cismini tərk edirəm!
Şeytanın məglubiyyət dolu qahqahaları ətrafa yayıldı . Get – gedə səs yavaşımaga başladı . Gözləri qapanmaga , bədən heydən düşməyə , hissiyyat məhv olmaga dogru gedirdi artıq . Heç nə qavramır , heç nə duymurdu. Bərkdən qışqırmaq istədi , yox səsi də çıxmır ,əlini qaldırmaq , sagollaşmaq istədi nə qədər etsə də əli qalxmadı .
Həqiqətənmi sonudu?
Qısa həyat yolu göz qabagına gəldi . Yaşadıqları , yaşatdıqları bir lentə düzülüb gözü önündən keçməyə başladı . Budur o balacadı anasını incidir , burda böyüyüb müəlliməsin dinləmir , sinif yoldaşının qələmini ogurlayıb , bax burda küçədə uşaqları döyür , bu lentə bax hələ qızı aldadır , yalvarışlarına məhəl qoymur , anasına qışqırır , atasının sözünə baxmır .. Nələr var burda nələr ..
Gedəcəksə bəs bu günahlar necə olacaq ?
Əzrayıl əlində xəncıriylə ona baxır :
– Hazlrsanmı ?
-Əslində yox, bu qədər günahla mən qorxuram getməyə .
– Qorxma , Allah bagışlayandı . De görək kəlmeyi şəhadətini .
– Əşhədü ən la illahə illəllah
-Əşhədü ənna Mühəmmədən rəsulullah
Quran sədası , hıçqırıq..
Əzrayıl bir can daha alıb gedir ..
Bu da bu dünyanın faniliyinə inanmayan ,sagollaşmaq istəməyən bir insanın uzun görsənən , əslində qısa olan ömürünün sonu…


Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yer üzünün cənnəti-Leyla Yaşar

Leyla YAŞAR – yazar

Yer üzünün cənnəti …
Fərəh taleyi kimi qaranlıga qərq olmuş həyətə girdi . Gözlərinin yaşını silib ,əlləri əsə -əsə qapını açdı. İçəri keçib bir – bir otaqların işıqlarını yandırdı .İllərin köhnəliyini , daşın – divarın nəmişliyini özündə saxlayan bu evdə böyümüşdü Fərəh . Yarıac – yarıtox, əziyyətli amma xoşbəxt bir həyat bəxş etmişdi ona yaradan ..Bəs sonra? O xoşbəxtlik birdən birə niyə uçarı quşa çevrilib uçub getdi görəsən? Nə qədər haraylasa da geri dönmədi?
Fərəhgil ailədə beş nəfər idilər . Ata – anası , bir bacısı ,bir qardaşı vardı Fərəhin .
Var idi , amma indi ?? Xatirəsi acı verdiyi qədər şirin olan bir tale .
Bir gün məktəbdən sevincərək geri dönən Fərəh həyətə girəndə gördüklərindən dəhşətə gəlmişdi .
Kəndlərində məktəb olmadıgından başqa kəndə təhsil dalıyca hər gün kilometrlərlə yol qət edən bu qızcıgazın o zaman yeddi yaşl vardı .Bacı qardaşları balaca olan Fərəh hər gün dərsdən gəlib onları öpüb qoxlayırdı.
Mehriban ,sakit ,kasıb ailədən idi Fərəh Ailədə olan o sevgi ,o mehribançılıq ailənin xoşbəxliyi idi .
Təzə – təzə xəbər yayılmışdı ki , mənfur qonşular müharibəyə başlayıblar.Hər kəs ehtiyyatlı olmaga çalışırdı.
Səhər – səhər anası onun məktəbə getməyini istəməsə də , Fərəh bu gün getməsi üçün icazə istəmişdi.
– Qızım ,bu gün dərsə getmə .Vəziyyət heç ürəkaçan deyil .
– Olar ana,bu gün gedim ? sabah getməyəcəm söz verirəm .
Anası balaca qızcıgazın elmə olan sevgisi qarşısında erimişdi.Qızının gələcəyinin parlaq olacagını hiss edirdi.Ona görədə heç nə deyə bilmədi. Qaçıb anasını öpən Fərəh çantasını götürüb dərsə yollanmışdı.Bu onun ailəsi ilə son görüşü idi .
Evə döndükdə ailə üzvlərinin yerdə qan içində görmək qədər dəhşətli heç nə ola bilməz.Fərəh körpəcə halıyla nələr yaşamışdı o anda ,bir Allah bilir. O da onlarla
” ölmüş” dü.Gah atasının ,gah anasının ,gah körpələrin yanına qaçan zavallı öz balaca aglıyla onlara kömək edirdi. Heç birinin qımıldanmadıgını görən Fərəh qorxmaga başlamışdı artıq .Qaçıb qonşuları Talıb babanı çagırdı.Cavab olmadıgından Nüsrət əmini , Lalə xalanı harayladı . Yox heç kim yox idi . Yaxınlıqda güllə səsləri eşidilirdi . Qorxuya düşüb evə qaçdı . Həyətdə səslər gəlməyə başladı. Balaca pəncərədən çölə baxdı . Əli silahlı əmilər idi . Öz aralarında nəsə danışırdılar . Budur biri evə dogru gəlir . . Fərəh qaçıb sınıq çarpayının altında gizləndi . Evdə salamat heç nə yox idi . Əvvəlcədən evi ələk – vələk etdikləri bəlli idi . Evə girən yaraqlı türkcə o birinə :
– Burda hamıını öldürmüşük , o biri həyətlərə baxaq dedi .
Çıxıb getdilər . Fərəhin ömürünü çalıb getdilər . Xəyallarını , ümüdlərini , taleyini məhv edib getdilər .
Geri qayıdan Fərəh göz yaşlarıyla ürəyini islada – islada sınıx -salxaq bir bel tapıb gətirdi . Uşaqların sevərək oynadıgı yerdə onlara balaca çala qazdı . Qucagına götürüb doyunca öpüb qoxladı . Ətirlərini qəlbinə , beyninə hopdurub balaca əlləri ilə onları bu çalaya qoydu .
Yaşından tez böyümüşdü Fərəh . Hər şeylə maraqlanır , uşaq aglıyla mükəmməl qərarlar verirdi . Çox səbrli , fərqli bir uşaq idi Fərəh . Bəlkədə Tanrı onu əvvəlcədən verəcəyi
bu “ mükafat” a hazırlayırdı.
Burada qalmagın təhlükəli oldugunu da yaxşı bilirdi . Onların üstünü torpaqlayıb yerdə əyləşdi . Sanki yuxuda idi . Dayanmadan hıçqıraraq agladı . Üzü gecəyə gedirdi . Cansız bədənlər yanında qalmaq onu qorxutmaga başlamışdı . Ona görə tez – tələsik onları basdırmalı idi . Birinci atasına yaxınlaşdı . Alnından öpdü . Sonra anasına yaxınlaşıb gözündən öpdü .
Buza dönmüş cəsədlər onu üşütməyə başladı . Onlara qəbir qaza bilməyəcəyini bilirdi . Nə edəcəyini də bilmirdi . Çox çarəsiz qalmışdı . Onları burda qoyub getməliydi . Son dəfə ata – anasının qana bulaşmlş soyuq bədənlərini qucaqladı . Onlara kömək edə bilmədiyi üçün üzr istədi . Arxaya baxmadan kənd boyu qaçdı . Yorulub əlindəki bayaq çarpayının altına girəndə götürdüyü bacısının balaca kuklasını bagrına basaraq agacların arasında oturdu . Qaranlıq düşmüşdü . Kəndi heyvanların səsi götürmüşdü . Onların səsi ilə bərabər ikiayaqlı heyvanların ( ermənilərin) səsi də gəlirdi.
Tale üzünə gülmüşdü bu balaca mübariz qızın . Əsgərlərimiz onu tapıb xilas etmişdilər .
İllərlə vətən eşqi ilə, ata – ana yangısı ilə yaşamışdı Fərəh.
Fərəhi tanıyanlar bu savadlı , talehsiz qızcıgazdan köməklərini əsirgəmirdilər . İllərlə üzərində qaçqın damgasıyla yaşayan Fərəhin bir arzusu vardl . Evlərinə dönmək .
Artıq ali təhsilini də almışdı . Jurnalist idi acı tale yaşayan o balaca qızcıgaz artıq .
Və günlərdən o gün gəldi. 44 günlük , ordumuzun zəfər çaldıgı müharibədən sonra həsrətlə evlərinə gedəcəyi günü gözləyən Fərəhin həsrətinə bu gün son qoyulmuşdu.
Otaqlar 7 yaşında qoyub getdiyi kimi idi . Hər yer dagınıq , sınıq – sökük . Yerə tullanmış əşyalardan bir ikisini qaldırdı . Hamısı nəmişlikdən tələf olmuşdu . İllərin izi vardı üzərlərində . 23 il.. Acılı , agılı, nakam illərin.
Fərəhin yolunu gözləmişdi bu həyətdə, bu kiçik sevgi dolu koma da . Evlərdə o sevginin istiliyi hələ də dururdu. Fərəh hər şeyə bir – bir yaxınlaşıb qoxusunu içinə çəkir, əllərilə sıgallayırdı . Budur anasının kasıb, amma ətir qoxulu yeməklər bişirdiyi mətbəx.. Yerə dagılmış kiflənib yumaga dönən ərzaqlar.
Fərəh həyətə düşməkdən qorxurdu. Ata – anasının cəsədinin necə oldugu bəlli deyildi. Amma o körpələr?..
Əlinə saralmış , amma 23 illik həsrəti özündə saxlayan ailə şəkilləri keçdi. Şəkilə baxıb özünü saxlaya bilmədi. Hönkür – hönkür agladı.
– Ay ana, keşkə mən də sizlə öləydim. Ruhum öldü sizlə. Bax burda basdırdım onu, siz yatan torpaqda .
-Qaçqın olmaq bilirsənmi nədi ay ata? Öz vətənində qaçqın olmaq qədər agrılı heç nə yoxdu .
-Qaçqın adını bizə kim qoydu , ay ana?
– Öz vətənimizdə niyə yad olduq , ay ata?
– Vaqonlarda yaşadıq, çətinliklə yaşadıq , yardımlarla yaşadıq .
Burunumuzda vətən qoxusu, qəlbimizdə vətən sevgisi, ata – ana , bacı – qarda nisgili ilə yaşaqdıq . Öz Vətənimzdə vətənimizi axatardıq . Doguldugumuz torpagımızın həsrətini illərlə çəkdik .
– Bilirininizmi, o qədər taleyimə qarşı çıxdım ki, niyə mən də sizlə ölmədim deyə?
Şəkillərlə danışa – danışa həyətə düşdü. Zərif , zəif əlli, şir ürəkli , 7 yaşlı Fərəhin qazdıgı çalaları axtardı ..Viranə qalmış həyətdə həmən yeri tapdı. Diz çöküb torpagı qoxladı, öpdü. Əllərilə yavaş – yavaş torpagı qazmaga başaldı. Bir möcüzə gözlədi. bir möcüzə.. Axtardı,axtardı uşaqların sümüklərini tapdı . Ürəyi əsə – əsə gətirdiyi torbaya yıgıb maşına qoydu. Kənd məzarlıgında basdıracaqdı .
Geri dönüb yenidən həyətə uzun – uzadı baxdı .baxdı .
– Sagol , mənim uşaqlıgım , sagol mənim varlıgım, sən sadiq oldun .bacı – qardaşımı qorudun …Yer üzününün cənnəti sən idin.. Atamın ,anamın ,bacı – qardaşımın hüzur tapdıgı ,mehribançılıgı , sevgisi ilə isitdiyi gözəl qoxulu Vətənimiz , Cənnət qoxulu torpagım…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Üşüyən“ ocaq… – Leyla Yaşar

Leyla YAŞAR

“Üşüyən“ ocaq..
Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu . Peçin içindəki közərən od sönmək üzrə idi. Alovlanmaga can atan köz , yorulur , kömürə dönürdü.
– Fevralın qarlı , şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı , görəsən?
– Bu nədi belə , stolun üstündə mürəbbə , çörək , yag , pendir, soyulmuş yumurta ? Nələr oldu bu evdə ?
– Hər səhər yuxudan durub ocagı alışdıran , o əli qabarlı ata , ona kömək edən məktəbli , qaraşın oglan hardadılar görəsən?
– Anasına kömək edən , o uzun saçlı , nazlı qəmzəli qızcıgaz hanı bəs?
– Xəmir yogurub , üstünü baglayıb isti peçin yanına qoyan , hərdən gəlib, xəmirin gəlib – gəlməməsini yoxlayan o xanım hardadı bəs?
Bunlar hara getdi birdən – birə? Lap darıxdım.
– Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada?
Ocaq yavaş – yavaş sönürdü. Közərən agacın içindən sanki göz yaşları süzülür , onu sönməsini tezləşdirirdi.
Üstündən bir neçə gün keçdi .
Deyəsən gələn var idi .
-Aha deyəsən qayıtdılar .
Yanılmışdı .
Həsrərlə qapıya boylandı .Burnuna tanış olmayan qoxu gəldi .
Budur evə yeni sakinlər gəldi .
– Ay aman, bunlar kimdi belə?
Nə səliqəsizdilər . Nə yaman bərkdən danışırlar . Deyəsən bayramlarıdı .İlahi , bu nədi belə?
Yaxınlaşıb peçin içinə deyinə – deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi . Nə qədər etsədə ocagı yandıra bilmədi .Hirslə peçə bir təpik vurub , öz dilində nəsə deyib , onu yerli dibli götürüb həyətə tulladı .Hikkəsi soyumadıgından zirzəmini açıb , onu zibil kimi ora necə atdısa , peç bir neçə yerdən zədələndi .
– O günlər harda qaldı ? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan ,qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldıgı günlər?
Atayla ogul onu ordan ehtiyyatla götürüb ,həyətin ortasında rəngləyərdilər , içinə quru odun yıgıb bir- iki gün ordaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər , ilk ocaqlarını çatardılar . Başına yıgışıb istisinə qızınardılar . Çox dogma idilər ona. Harda qaldı o günlər?
Zirzəmidə illərlə qalmaga məcbur oldu . Hərdən sevmədiyi zəhirmar yagan sifətlər gəlib zərblə qapını açar , nələrsə yıgıb gedərdilər . Təmizlik yagan zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər . Zirzəmidə ona xoş olmayan iylər bir – birinə qarışmışdı .
Həmişə yayda evin xanımı burdan gəlib bankaları çıxardıb , içərisini səliqə ilə doldurub gətirib yerinə yıgardı .
Qışda onun başına yıgışıb , o bankaları açıb elə ləzzətlə yeyərdilər ki..
İndi .. Bu nədi ,qıcqırmış şərab iyi , qapagı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi.
İllərdi bu acını ” yaşayan” peç artıq dözə bilmirdi .
İçində ocaq çatılmayan peç darıxmaga başlamışdı .Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi . Zirzəmidə mürgü vura – vura illəri bir – birinə calayırdı .

Bir neçə gündü çöldə eşidilən , yeri silkələyən səslər yavaş- yavaş azalırdı . Evin sakinlərinin səsi küyü kəsilmişdi . Yoxa çıxmışdılar deyəsən .
Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını , şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki . Zirzəmidə nə vardısa hamısını çölə yıgmışdılar . Bir tək ona əl vurmadılar . Nə yaxşı ki onu götürmədilər .
Və bir gün , həmın gün zirzəmin qapısı yavaşca açıldı . İçəri girən iki oglan onu qucaqlarına götürüb , dogma yerinə aparıb qoydular .
Yox bunlar köhnə sakinlər deyildi.Amma danışıq səsləri ona o qədər dogma gəlirdiki . Evin səliqəsi geri dönmüşdü .
– Aha , bu qaraşın oglan. Ocagı alışdırmaga çalışan qaragöz oglan . Həmən məktəbli , nə yaman dəyişib , əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib?
Ocagı sevgi ilə qalayıb , əvvəl peçi , sonra otagı qızdırdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə , ehtiyyatla toxunurdular .
Əsgərlər ocagın ətrafına yıgışıb əvvəl əllərini qızdırdılar , sonra qazan asdılar . Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan dogmalıq , ev sahiblərindən 30 ildi ayrı düşən “ üşüyən” ocagı isitməyə başladı .Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb , bir evi , bir eli isitdi .Alovun rəqs edə – edə yanıb , şölə saçdıgı o işıltı evə gözəl nəşə gətirdi .

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tale yükünü daşıyan qadın-Leyla Yaşar

Leyla YAŞAR

Tale yükünü daşıyan qadın

Ah qadın, qadın ..
Qadın anadı, qadın bacıdı,
qadın həyat yoldaşıdı, bibidi, xaladı, nənədi ..
Saymaqla bitməyən vəzifə daşıyan qadın.
Bax, o tində dilənən qadın, yaxşı–yaxşı bax zibil yığan qadın, əri tərəfindən döyülən qadın, övladı tərəfindən atılan qadın, söyülən qadın, pis yola düşən qadın…
Ah qadın, qadın…
Mental dəyərlər zəncirində boğulan qadın. Ər evindən kəfənlə çıxacaqsan deyə valideyinləri tərəfəfindən təhdid ediən qadın, ölsən də bu evə qayıtma, camaat nə deyər deyə sinəsindən geri itələnən qadın, sahib çıxılmayan qadın, namusumuzu kirlətdin deyib qardaşı tərəfindən öldürülən qadın …
Hələ gəl bir az da yaxından bax dostum, o qadın gecəsini gündüzünə qatıb çalışır. Bilirsənmi niyə? Uşaqların saxlamaq üçün. Soruşacaqsan ki, əri yoxdu? Var niyə yoxdu ki? Fərsizin biridi, bu zülm çəkir, o kef çəkir. Hələ o birinə bax əllərinin, ayaqlarının agrısından, zənbilini yerə qoyub oturub dincəlir ki, yenidən yoluna davam etsin. O ayrılıb yoldaşından, aliment ala bilmir. Əri deyir ki, mənim pulum yoxdur, canın cıxardı boşanmazdın. Ta edmir ki, mən səni bezdirdim, xəstə saldım, “öldürdüm”. Deməz axı… Qoy hamı günahı bu biçarədə görsün. Hələ o xısın–xısın danışan qara donlu arvadlara bax. Əziliblər, döyülüblər, sevgidən uzaq “yaşayıblar”. İndi ağıl verirlər ki, sən də bizim kimi döz. Biz dözdük arvad olduq. Elə bilirsən bizim atamıza, anamıza, söyməyiblər, elə bilirsən yağ içində böyrək kimi yaşamışıq? Qocaldıqca düzələcəlkər. Hamı da elə olur. Dözmək lazımdı bala. Elə bilirsən tək uşaq saxlamaq asandı? Adını qoruya biləcəksən? Ağılını başına yığ qayıt evinə, başını sal aşagı bir tikə çörəyini ye.
Niyə, nə üçün? Ölmək üçünmü doğuldumu bu qadın?
Bax o qoca qadını çölə atıblar. 4 oglu var. Zülümlə, əlinin qabarıyla, danlaq götürə-götürə böyüdüb onları. Bu gün atıblar çölə. O biri tərəfdə narkotik çəkən qadına bax, onun yanındakı siqaret tüstülədənə bax, o tində adını pis yola yazdran o gözəl qadına bax…
O tərəfdə 3 körpə uşaqla, uşaqların sayıdan çox zənbillə gələn o çəlimsiz qadına bax.
Sevgisiz yaşayan, özünü şən göstərməyə çalışa , deyib–gülən, qəlbi qan ağlayan qadına bax.
Boynunda qadınlıq damğasını asıb, bu adı nə olursa olsun qoruyub, doğrultmağa çalışan o adı saxlmaq üçün yaşamağa məhkum olan qadın.
Bəxtsiz, tale yüklü qadın…
Aglayıb göz yaşında bogulan qadın..
Qonşuda yenə aləm dəyib bir–birinə. Niyə? Heç ər arvad arasında olan şeydi. Ərinin ixtiyarı var. Arvadı bu gün dırnağına lak çəkib, bunu da qaynana görüb oğluna xəbər verib ki, bunun ipini yığ. Bu gün lak çəkəcək, sabah saçın rənglədəcək, o biri gün pis yola düşəcək. Belələrini biz çox görmüşük bala. Görə–görə gəlirik. Bizim ixtiyarımız nə idi qapıdan başımızı çıxardaq. Nolub bəyəm, pis arvad olmuşuq? Ər də arvadını “başa salır”.
Bax, o biri evdə qız təhsil almaq istəyir. Hər gün içib gələn atasının qeyrət damarı tutub: “Qız uşağı nədi, oxumaq nədi?” Bax o birisində qızın sevdiyi oğlan var. Qardaşı bilib, gedib oglanın payını verib, gəlib bacısını “başa salır”.
Gecə saat 2-də ipə paltar sərən qadındı? bax o gördüyün, uşaqlar indi yatıb, o da durub işini görür, saat 6- da ərini yola salmalıdı .
Bax gecə–gündüz o evdən ağlaşma səsi gəlir. Ana oglunu şəhid verib.
Ah qadın, qadın… Gecələri ağlayan, gündüzləri gülən qadın. Amansız qismətinin üzünə gülən qadın…
Zərif ad altında yaşayan qadın…
Adı qadın, əslində sonuncda arvad olan qadın… Əli qabarlı, üstü unlu, gözü yaşlı qadın… Xoşbəxtlik axtarışında olan qadın, səliqəli görsənməyə çalışan qadın, bütün günü istər evdə, istər işdə çalışan qiymətləndirilməyən qadın. Gecələri yatmayıb təkbaşına uşaq saxlayan qadın, tərbiyə edən qadın, Zülümlə yaşayan amma yaşadan qadın, ev quran qadın… Saymaqla bitməyən, dəyərləndirilməyən ,
yazılmamış vəzifələr…
Sevildiyini düşünüb xəyanət görüb ayrıla bilməyən qadın. Ayrılmağa gücü çatmayan, itirməyə qorxan, yaxınlarının yaxın durmadığı, kişiyə olar deyə cəmiyyətin qınadığı qadın… Bəxtsiz qadın…
Bax indi bildinmi qadın öz tale yükünü öz zərif, zəif çiyinlərində necə əzmlə, şərəflə daşıyır? Əzilərək, döyülərək, söyülərək, alçaldırılaraq “yaşayır”.
Qadınlarımızın qədrini bilək, onlarsız bu həyat heç nədir.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RUHUMUN QONAĞI- LEYLA YAŞAR

Leyla YAŞAR

RUHUMUN QONAĞI
Budur həyət darvazası açıldı. Boylanıram. Gecədi demək olar ki… Hərdən sərin hava üzümə dəyib geri qayıdır. Bir az külək var. Küləyin gətirdiyi cücülər dişləməmiş getmirlər. Onları qova – qova bir gözüm qapıda yerimdə qurcuxuram.
Aha, telefonun işigı yanır. Odu deyəsən. Axsam olanda Kürün qıragına gəzməyə gedir. Bir az hava alıb gəlir. Get gedə yaxınlaşır. Əlində çantası yavaş yavaş yellənir.
– Ay qızım, niyə yatmamısan, tək burda neynirsən?
Maman hanı bəs?
Çagır gəlsin dondurma almışam .
– Ay ata, indiyə mama qalar, çoxdan yatıb. Deyirəm gülürük.
Gəlib əynini dəyişib otururur .
Bir az nəfəs alıb, bir iki dittili öldürüb, uzanir divana.
Nə dondurması almısan, ay ata?
– Togruldan aldım, mamanın xoşu gələndəndi, şokaladlı.
Hə, onun payın qoyum soyuducuya, biz yeyək.
Arada pəncərədən mamamın səsi gəlir, Leyla kimlə danışırsan?
Dilim tutulur, cavab verə bilmirəm.
Üstündən bir az keçir. Oturub həmişəki kimi ata – bala dərdləşirik .
Mən suallar verirəm. O cavabarın: geniş, izahlı…
İnformasıya bazamız doludu bu gün. Çoxdandı görüşmürük axı .
Heç soruşmuram uşaqlar hanı ?
– yatıblar .
Bir az Yusifin diliylə danışırıq.
Deyirəm Yusif denən maşın , deyir ənn … deyib bərkdən gülür.
Səni yaman axtarır, ay ata. Deyirəm gələcək. Deyir o gələ bilmir. İnanmır gələsən .
Ortaya sükut çökür .
44 günlük müharibənin müzakirısinə başlayıram. Fikirləri mənə çox maraqlıdl. Sosial, siyasi, mədəni məsələlərin müzakirəsi bitmirki, bitmir.
Arada dayanıb, a qızım neysən, sən qarışma belə məsələlərə deyir.
Ay ata, elə bil agrımırsan ta?
Başın yelliyir.
Bir az keçir.
Çay içirsən? Təzə suyumizdan qaynatmışam, bəlkə kampot içəsən? Dil bogaza qoymuram. Yox heç nə lazım deyil. Bir az uzanım burda deyib planşeti əlinə alır. Bir az səhfələri çevirib, gözlərini qaranlıga zilləyir. İlqargil yatıb yəqin. Hə. İndiyə adam qalar?
Saat mürgü vurur. Əqrəbin neçənin üstündə dayandıgın seçə bilmirəm.
Bir az meh gəldi deyəsən. Dittili olmasa adam burda yatardı deyib gözünü yenidən planşetə yönəldir. O qapının işigi niyə helə yanır a qızım?
– nolub ki ay ata? Xarab olmuşdu Azad gəlib düzəltdi . Xarab olanda o gəlsə yaxşıdı.
Sükutu pozuram yenə – ay ata, Yusif səni yuxuda görür. Deyir dədə məni dindirmədi. Gülür yenə, denən nadinclik edirsən, səndən küsüb. Elə deyirəm, pis olur. Cıqa neynir ey? ( Aylin) Yusifi döymür? Yusiflə işiniz yoxdu ha! Yusif yaxşı oglandı! Bilsə gəlmisən sevindiyindən bilməz neynəsin. Bəlkə durguzum? Cavab vermir…
Sevdiyi sarı köynəyin geyib. Uzun uzadı üzünə baxıram. Ay ata, onu qoy o tərəfə gəlmişkən bir iki sual verim sənə. Ver, qulagım səndədi. Dayan ey, özün necəsən? – babatam ay ata. Sən yaxşı ol.
Hə saualını ver görək…
Hardaydın ay ata,hara getmişdin?
Elə bildik ölmüsən.sənə yas saxladlq. 10 ay keçib ay ata… bilirdik gələcən, inanmırdıq ölmüsən. Sən gedəndən hər şey qarış quruşdu. Hər gün sənlə dərdləşirəm. Gizlində aglayıram. Amma gəlmirsən. Yaxşı ki, gəldin. Sənlə bərabər çox şeylər getdi. Heç nə demədən, danışmadan qəfil getdin. Gecənin qaranlıgına bürünüb gözünü yumdun. Aparıb qoyduq torpagın altına gəldik. Tez tez ziyarətinə gedirik. Aglayıb, şəklinlə danışıb gəlirik. Yenə də səssizliq. Mən danışıram, o susur… Gecdi çıx yuxarı yat yerində, otaq sərin olar. Kondisioneri işlədirsiniz? Necədi soyudur? Yaxşıdı ay ata, yerin məlum.
Elza xalan necədi? Salam deyərsən? Haqqı çoxdu üsümdə. Bir ara ona da əziyyət verdim. Denən haqqın halal etsin.
Bibin necədi? Gəlib gedir? Yoxluyur sizi?
Mamanın toyuqları necədi? Yumurtlayır? Bişir Yusif yesin. Təzə çolpalar da alıb, ay ata. Bu arvad xoşu gəlir də əziyyət çəkməkdən, denən bax neynirsən.
Bəs ay qızım, maman kimlə qalır?
Gözüm dolur bu suala , indi mən səssiz qalmışam .
Ta gəlmisən ay ata, tək qalmaz. Tək niyə olur ki? Siz varsuz. Bizlə sən birsən ay ata, elə söz danışırsanki?
Bir az fikirə gedir. Düşünürəm, aha deyəsən təsir etdi. Qalacaq.
Gözüm yenə saatdadı. Saatın əqrəbi mürgülüyə – mürgülüyə 05 – in üstünə birtəhər gedib çatıb.
Sükutu o pozur. Qonşular necədi? Gəlib yoxluyan var sizi? – Hə ay ata, sagolsunlar.
Orxan necədi? İşləri necədi? –
Yaxşıdı. Sualdan yayınıram.
Mənə niyə verirsən bu sualları ay ata, sabah görəcən də hamını…
Dur çıxaq yuxarı mənim də yuxum gəldi ay ata, deyib özümü yuxulamış kimi göstərirəm. Bəlkə çıxa evə .
Şəhla xalan necədi?
– Yaxşıdı. Sənin yoxluguna çox pis olur, deyir sayan, axtaran o idi. Arxam dayagım getdi…
Bir iki sual da verir… cavablarım onu bir az hirsləndirsə də təmkinlə, dalıyca gedin ay bala, haqqımı yedirtmiyin deyir. Pis oluram, büruzə vermirəm.
Yaxşı mən gedim. Hara, ay ata? – deyib sanki hayqırıram…
Getməliyəm qızım . İşlərim var ..
Susur , soyuq gözlərində kədərlə ayaga qalxıb sagollaşır . Mamandan mugayat olun, Orxanla mehriban olun, Yusifi incitmə. Yusif yaxşı oglandı!
Son sözün deyib yox olur. Oturub key key baxıram. Divana. Saata, stola stula… yoxdu getdi… niyə saxlaya bilmədim deyib hönkürürəm. Niyə getdin ay ata?
Gözlərimi silib, yanımda mənə yuxulu – yuxulu baxan mamamla, Yusifi görürəm.
Ay mama, atam gəlmişdi, Yusif dədə gəlmişdi. Yazıqlar üzümə baxa baxa qalıb. Özümü topalayıb, üzümə su vurub, bayaqdan atamı keçirdə bilmədiyim evə keçirəm…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – Həsrətin izi ilə…

Leyla YAŞAR

Həsrətin izi ilə…

Uzanan , sonu bilinməyən bir yolu əlinə almışdı o bugün . Gedəcək, hey gedəcək , çatacaqdı o yol ayırıcına . 38 il bundan əvvəl ayrıldıgı o sevgi agacının altına . İllər öncə orda bir ömür qoyub gəlmişdi 12 illik sevgi ömürü . 17 yaşında , özüdə bilmədən , gözləmədən birdən – birə qıgılcımdan alova çevrilən adı dastan , özü həyat olan o sevgi 29 yaşında elə o agacın altındaca ümüd dolu bir yuxuya getmişdi .
67 illik ömrünün 12 ilini ömürdən gün sayırdı . Qalan ömürünü sadəcə nəfəs almışdı . 12 illik sevgisini yaşatmaq üçün .
Əlindəki taqətdən düşmüş əsanın torpagın bagrından qopardıgı naləyə qarışan , həzin layla kimi ətrafa illərin sevgisini yayan taqqıltısı qəsəbəni hüzun dolu bir sükuta qərq etmişdi .
Gedirdi , yox getmirdi qanadlanıb uçurdu . İllərdi yeriyə bilməyən ayaqları , əsa tuta bilməyən barmaqları ümüd çıragında isinmiş , sevgi bulagında yuyulmuşdu sanki .
38 il öncə bu qəsəbəni tərk etmişdi , etmişdi yox , tərk etməyə məcbur qalmışdı .
Müharibənin əsən yeli onu özüylə uzaqlara aparmışdı .
Son görüşünü xatırladı. Qovaq acagının altında üz – üzə dayanmışdılar. Gözlər danışır ,dillər susmuşdu. Kədər dolu , ümüdli ayrılıga qol çəkmişdilər o gün.
Xoşbəxt bir uşaqlıgı vardı . Sevgi dolu , hüzur dolu ailəsi , sevdiyi dostları , ən əsası qəlbinin başında yer ayırdıgı , İlknuru vardı .
Ata – anasının ömrü vəfasız oldu . Onu 18 yaşında ailəsiz qoydu . Evin tək oglu idi Ərturqut . Əziz – xələf , sevimli , sevgi ilə böyümüş , ətrafına nur saçan bir oglu .
Ata – anasının vaxtsız ölümü ona həyat dərsi oldu .
İstənilən vaxt ona arxadan zərbə vuracaq qədər qəddar olan bu həyatla dostlaşmaq məcburiyyətində qaldı . Amma yenə də həyat ondan amansız zərbələrini əsirgəmədi .
17 yaşında sevmişdi İlknuru . Yox , yox bu sevgi deyildi əslində .. Ərturqut üçün yeni dogan günəş idi . Sevgi mələyini bulaqda görüb bəyənmişdi Ərturqut . Bulagın saf sularına daha da gözəllik qatan , ürkək baxışlarıyla həyatdan qorxan , amma mübarizə aparmaga hər an hazır olan bu mələyi xatırladırdı İlknur . Ərturqut – qismətimi ilahi yer üzünə endirdi deyə , İlknuru öz həyat yolunun sakininə çevirmişdi .
Ruh əkizi saydıgı İlknuru bir neçə il izləmiş , qəlbində daşıdıgı , nura boyanmış , gözəlliklərə bürünmüş sevgisini etiraf etməyə cürəti çatmamışdı . Və bir gün ..
Özüylə kasıb , çətin tələbəllik illəriylə birgə daşıdıgı sevgisi ilə özündə cürət tapıb İlknurun qəlbinə bir uzun , möhkəm körpü salmaq qərarına gəldi . Tələbə , miskin , İlknura olan münasibətilə özünü dünyanın bəxtəvəri sayan Ərturqut utana – utana da olsa ona qəlbinin açarını verdi . O gün bu gün o açarı geri almadı , daha dogrusu almaq fikirinə düşmədi . O böyük sevgi 12 il sürdü.
İlknurun təhsili , ailəsində ard- arda yaşanan faciələr onların bir birinə baglanan sevgisini rəsmiləşdirilməsi yolunda qara tikana çevrildi .
Nişanlı cütlük toy xəyallarına qərq olarkən , müharibə qartal kimi şıgıdı . Ərturqutu ondan cismən ayırdı.
Çatır artıq , tanıdı , həmən agac . Qocalıb heydən düşmüş , budaqları sınmış , amma onların sevgilərini özündə bir əmanət olaraq saxlayan sevgi agacı . Adlarını yazdıqları qovaq agacı .. Dayanıb nəfəs aldı . Agaca yaxınlaşdı , heysiz qollarıyla onu qucaqladı , yox bu dəfə aglamayacaq .
Budur Ərturuqutu İlknurdan ayıran müharibə geri vermişdi . Bəs gəncliyini, məhv olmuş o gözəl həyatını da qaytara biləcəkdimi?
Müharibə , sonra əsirlik həyatı Ərturqutun beynindən , qəlbindən , ən əsası ruhundan İlknuru qopara bilməmişdi . İlknuru İlknursuz sevmişdi .
Ailə qurmayan Ərturqut qovaq agacına öz acı həyat hekayəsini danışırdı . Yoldan keçən bir agsaqqal onun agılında problem oldugunu düşünüb ona yaxınlaşdı .
Ag saç – saqqal içində nurani sifəti görsənən Ərturqutu görən kimi tanıyan Əlisahib kişi onu qucaqlayıb içini çəkə – çəkə agladı .
– İlknura gəldim , Əlisahib qardaş ! Onu bircə dəfə görə bilsəydim.
Əlisahib hönkürdü .
Tale bizə çox agır zərbə vurdu , Əlisahib qardaş . Bilmirəm bəlkə də həyatda deyil , amma inanıram ki onun sevgisi bax buradadı , agacın köksündə .
Əlisahib aram – aram danışmaga başladı.
– İlknur sən gedəndən sonra hər gün bu agacın altına gəlirdi . Hamı onu bura gələndə şaqqanaq çəkib gülən , gedəndə aglayan görürdü . İllərlə bu agacı özünə sirdaş bildi .
Səndən heç bir xəbər olmadıgını görən cavanlar elçilərini elçi daşının üstündə oturdurdular . Amma İlknur səni gözlədi , ailə qurmadı .Geri dönəcək deyib gördüyün o təpəyə hər gün çıxıb , saatlarla səni gözlədi . Aglamaqdan o gözəl gözləri tutuldu . Bilirsən
nə deyirdi?
– Bir gözki Ərturqutu gözləməyə mənimlə yoldaşlıq etmədi , onun dünyanı görüb – görməməsi mənə lazım deyil . Bəxtiqara İlknurun alın yazısı burada bitdi .
Sənsiz sənli dünyasına gözlərini əbədi yumdu .
Aglamaqdan gözləri şişmiş Ərturqutun son sualı ;
– Məzarına gedə bilərik?
Əlisahibin cavabı onu yerlə – yeksan etdi . Sən onun məzarına gəlmisən , Ərturqut .
– Bax , bu agac onun başdaşıdı . Onu burada dəfn etdik . Öz istəyi idi . Ərturqut mütləq bura gələcək deyirdi .
Torpagı qucaqlayan 67 yaşlı Ərturqut ömrünün qoruyub saxladıgı gözəl , mənalı , sevgi dolu illərini sevgi mələyinin yanında dəfn etdi . Əlisahib kişiyə çeviriilib :
– Mən öləndə məni də burada basdırın dedi.
-Qoy buradan keçən cavanlar bilsinlər ki dastana çevrilən nakam sevgilər bu həyatın qurbanlarıdı . Hər qovuşmayan sevgi arxasında bir həsrət izi buraxır.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Atanın mirası – Leyla Yaşar

Leyla YAŞAR – yazar.

ATANIN MİRASI
Yaşıl adlı qəsəbədə iki qardaş yaşayırdı .Valideyinlərini gənc ikən itirən bu qardaşların atalarından qalma bir balıçqı toru ,bir də sınıq – sökük qayıgı vardı.Qamışdan tiklən ,palçıqla suvanmış daxmalarının çıragı valideyinlərinin Qəfil adlı çayda bogulmasından sonra sönmüşdü.
Bir birinə bərk – bərk sarılan Səməndərlə , Kamandar əl – ələ verib bir tikə yavanlıqlarını tapıb dolanırdılar .
Daxmaları o qədər balaca , kasıb idiki qardaşlar növbə ilə yatırdllar.Biri çöldə yatanda,biri daxmada yatırdı.
Bir gün balıg ovuna gedən qardaşlar qəribə mənzərənın şahidi oldular.Qəfil çayı qurumuşdu .Qayıqları isə lilin içində itmək üzərə idi.Tez tələsik qayıgı sahilə çıxartdılar .Kor – peşiman oturub bir birinə baxmaga başladılar.
Birdən Kamandar gülməyə başladı, Səməndər də buna qoşuldu . Gözlərindən yaş gələnəcən güldülər .
Dayanıb ətrafa baxdılar . Gülməli vəziyyətdə idilər . Çaydan gündəlik balıq tutub , aparıb bazarda satıb ətzaq alırdılar . Dünəndən sifarişləri də var idi . Nə edəcəklərini oturub fikirləşməyə başladılar . Sükutu Kamandar pozdu :
– Bəlkə , bu çayın qurumagı bizim xeyirimizədi?
– Əlbəttə, deyə Səməndər cavab verdi . Yadındadı , atam həmişə deyirdi, hər işdə bir xeyir var . Kamandar başıyla hə cavabını verdi .
Durub şəhərə getməyi qərarlaşdırdılar . Həm bazara gedib baş verən hal qaziyanı dabışsınlar , həm də özlərinə bir iş tapsınlar .
Nədənsə axşamdan balıq tutmaq üçün qoyduqları tor yadlarına düşmədi .
Bu ekiz oglanları valideyinləri hüzur içində böyütmüşdü . Sevgi , mərhəmət, iradə cəmləşirdi bu uşaqlarda . Uşaqlıqdan həyatın çətin və xoş günlərinin də onlar kimi ekiz oldugunu , böyüdükcə bərkə – boşa düşə biləcəklərini, bundan qorxmuyub həyatı, insanları sevməyi öyrətmişdi atası onlara.
Onlar bazara gəlib müştərini tapıb üzürxahlıq etdilər .
Özlərisə tikintidə fəhlə işi tapılar .
Günlər beləcə keçirdi . Günü gündən işləri yaxşılıga dogru gedən qardaşlar artıq usta kimi işləyirdilər . İşlərinə məsuliyyətlə yanaşmaları , bacarıqları , tərbiyələri müdrüyyətin gözündən qaçmırdı .
Müdür onlarla hərtərəfli maraqlandıqdan sonra yanına çagırıb , tək qalmaqlarının çətin oldugunu , ailə qurmaq vaxtı oldugu haqqında onlarla söhbət etdi . Əgər qəsəbədə bəyəndikləri biri varsa , elçi getmək üçün hazır oldugunu gülə – gülə dedi.
Qardaşlar utandıqlarından başlarını aşagı dikdilər .
Onların uçuq – sökük daxmasına kim gələrdi?
Artıq bir neçə ay keçmişdi . İşə səhər gedib axşam gələn qardaşlar çay haqqında heç maraqlanmırdılar .
Beləcə günlər keçirdi . Qardaşlar artıq şəhərdə kirayə ev tutub qalırdılar . Aslan ( müdür) müəllimin etibarını qazandıqlarından ikisini də briqadir təyin etmişdi . İşlərinin öhdəsindən məharətlə gəlirdilər .
İkisinin də gözaltısı vardı. Aslan müəllim çox dirəndikdən sonra açıb demişdilər .
Bir gün Aslan müəllim onları otagına çagırıb ata bala kimi söhbət etmək istədiyini dedi .
Otaga gələn qardaşlar salam verib , Aslan müəllimin dəvətindən sonra əyləşdilər .
Baxın , oglanlarım , bura gəldiyiniz gündən öz bacarıgınız , məharətiniz gücünə bu səviyyəyə gəlib çatdınız . Mən gələn gündən sizin tərbiyənizə heyran oldum . Bəyəndiyiniz qızların evinə ata kimi elçi gedəcəm . Yox cavabı qəbul edilmir ha!- deyib qaşlarını düyünlədi . Qardaşlar bir – birinə baxıb gülümsədilər .
Aslan müəllim dediyini etdi . Elçi də getdi , onlara məclis təşkil edib toy da etdi.
Bir gün işdə qəribə bir xəbər dolaşmaga başladı . Sən demə Aslan müəllimin oglu 1 il bundan qabaq itgin düşübmüş . Bu gün başqa şəhərdən tapılıb .
Heç vaxt Aslan müəllimlə pərdəni aradsn götürməyən , onun ailəsi haqqında heç nə soruşmayan əkizlər müəllimə hər kəsin gözaydınlıgı verməsindən ürəklənib , otagının qapısını döydülər .
– Gəlin .
İçəri keçib belə bir xəbər eşitdiklərini , uşagın tapıdıgı üçün sevindiklərini dedilər .
Aslam müəllim hadisəni danışmaga başladı . Oglum Bəhruz çaya çimməyə gedibmiş dostlarıyla . Axşamı evə gəlmədi . Çox axtardıq tapmadıq . Əlimizi üzdük . Cəsədin də tapıb verə bilmədilər bizə . Səhəri gün birdən birə o çayın qurudugunu eşitdik . Sən demə orda balıqçıların yaşadıgı qəsəbə varmış . Axşamdan qoyduqları tora gedib ilişən oglumu çay geri çəkildikcə tor özüylə aparıb sahilə çıxarıbmış . Orda onu tapan meşəbəyi aparıb evində saxlayıb , neçə müddətdən sonra bu gün bizə xəbər verdi . Bəhruzun səsini bugün eşitdik . Sevincimizi təsəvvür belə edə bilməzsiniz.
Çayında çox qəribə adı varmış ha , Qəfil !
Qardaşlar bir birinə baxdılar . Həmən günü xatırlayıb gülümsündülər . Həqiqətən hər işdə bir xeyir var. Atalarından qalan o balıqçı toru onlara ömürlük çörək yetirmişdi..

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru