Kateqoriya arxivləri: Leyla Yaşar

LEYLA YAŞARIN HEKAYƏSİ

LEYLA YAŞARIN YAZILARI

“ Yaralı “ çəkmə
Müharibənin odlu – alovlu günləri olsa da , kənd əhalisi kəndi boşaltmamışdı . Öz dogma yurd – yuvalarını tərk etməməkdə israrlı görsənirdilər .
Hər gün eşidilən silah səsləri onları qorxutmur , əksinə qələbə əzmi ilə yaşayırdılar .
Asif meşəyə getməyə hazırlaşırdı . Odun ehtiyyatları tükənmək üzrə idi . Meşəyə belə vaxtı getmək təhlükəli oldugundan , o həmişə getdiyi cıgırdan yox , başqa istiqamətdən getməyi planlaşdırırdıç .
Baltasını götürüb meşəyə yollandı . Evdən çıxarkən hər kəslə sagollaşdı . Geriyə qayıtmaya da bilərdi , axı .
Tanımadıgı yeni cıgırla səssiz addımlarla irəlləməyə başladı . Yaxınlıqdan gələn vahiməli mərmi səsləri onu diksindirsə də , özünə təsəlli verib heç nə olmamış kimi yoluna davam edirdi .
Canlar alan müharibə , bitmək bilmirdi . Hərdən sərhəd kəndi oldugu üçün əsgərlər görsənərdi onların kəndində . Çox sevirdi əsgərləri . Özünün yaşı əsgərliyə çatmırdı . Əsgər görən kimi həsədlə baxırdı onların özlərinə , geyimlərinə . Əsgər gedəcəyi günü səbrsizliklə gözləyirdi .
Yolu azmamaq üçün getdiyi yerlərə işarələr qoyurdu . Hərdən gələn şıqqıltı səslərindən diksinir , sonra toxtayıb yoluna davam edirdi .
Payız fəsli oldugundan agaclar
paltarların ” soyunmaga” başlamışdılar . Ona görə hər yeri aydın görmək olurdu .
Aha, deyəsən qabaqda istədiyini tapmışdı . Baltanı bərk vura bilməyəcəkdi deyəsən , buralıq tam açıqlıq idi . Səsi aləmi götürəcəkdi . Eləcə yerə tökülən agacların qol budagından yıgıb tez uzaqlaşmalı idi . Çünki yaxınlıqdan silah səsləri ilə bərabər , qarışıq danışıqlar da eşidilirdi . Yolu da aza bilərdi , Çox irəli getmişdi deyəsən.
Deyəsən buralıga mərmi düşmüşdü . Hər yer darmadagın idi . Ayagını irəli atmışdı ki , gözünə əsgər çəkməsi dəydi . Ürəyi əsə – əsə yaxınlaşdı. Həmişə müqəddəs bildiyi çəkməni yaxından görmək istədi .Böyrü üstə düşən çəkməni qaldırmaq üçün aşagı əyildi . Və həmin anda , az qaldı ki ürəyi getsin. Çəkmənin içində qanlar içində , dizdən aşagı kəsilmiş əsgər ayagı var idi . Qanı qurumayan ayagın təzəlikcə bura düşdüyü açıq – aydın görsənirdi .
Asif nə edəcəyini bilmədi.
Bir az özünə gəlib , elə həmin yerdəcə çəkməni basdırmaga qərar verdi . Əlindəki baltayla torpagı bir qədər qazıb , çəkməni özünə bir tikə çörək qoyub gətirdiyi torbaya büküb , elə ordaca basdırdı . Sonra həmən yerə bir daş qoyub , baş tərəfinədə bir agac basdırdı ki yeri itməsin. Agacın üstünə baltanın tini ilə “ yaralı “ çəkmə yazdı .
Bir az çıl – çırpı topalayıb ordan uzaqlaşdı .
Axır ki , neçə – neçə ailələri başsız qoyan , evlərin çıragını söndürən lənətə gəlmiş müharibə bitdi .
Asif də artıq böyümüşdü . Bu gün sabah əsgər gedəcəkdi. Meşədə gördüyünü heç kimə danışmamışdı ,amma yadından da çıxmırdı . Hər gün o ayagın sahibinin ayaqsız necə yaşadıgını düşünür , pis olurdu . Bəlkə də heç həyatda deyildi , o
“ yaralı” çəkmənin sahibi ..
Bir gün kəndə səs düşdü . Əsgərlər gələcəkdi kəndə . Hamı onlara qələbə sevincini yaşadan o igidləri görmək istəyirdi . Müharibənin bitməsindən üç il keçməsimə baxmayaraq hələdə qələbə abu -havası hökm sürürdü .
Budur , əllərində bayraq bir neçə gənc , əsgər paltarında kəndin mərkəzinə dogru irəlləyir . Bütün kənd burda idi . Asifin boyu hündür oldugundan , əsgərləri daha yaxşı görür , ətrafındakılara məlumat verirdi .
Şəhid bulagının yanına gələn əsgərlər , əl -üzlərini yuyub qoyulan stullarda oturdular . Onlar artıq əsgər deyildilər . Əyinlərindəki geyimə görə hər kəs ;

  • Eşq olsun bizim ordumuza – deyib qışqırırdı .
    Bəzilərinin yaralı oldugu hiss olunurdu . Asifin diqqətini kənarda sakitcə oturub , uzaqlara qəmli – qəmli baxan oglan çəkdi .
    Bir – bir müharibə baglı xatirələrini danışan komandirin gözləri dolub – boşalırdı . Keçdikləri o şərəfli yolda ,qazandıqları qələbədə hər kəsin əməyi oldugunu söyləyir ,həm maddi , həm mənəvi cəhətdən onların yanında,olan kənd camaatına öz dərin minnətdarlıgını bildirirdi.
    Sonra bir – bir əsgərlər müharibə ilə baglı agrılı – acılı xatirələrini bölüşdülər .Asifin diqqətini çəkən o gəncə söz verildi .Utana – utana ayaga qalxan gəncin dizdən aşagı ayagının olamadıgını görən Asif hayqırmaq istədi. Özünü güclə saxlayıb , gəncin danışıgına diqqət kəsildi .
    Gənc dili – dodagı əsə əsə bir- iki kəlmə danışdı.Sonda üzünü meşəliyə tutub ;
  • Mənim yeriyən ayagım bu meşəlikdə gəzir .Mən onu sizlərə ənanət verdim.Keşkə bircə hara düşdüyünü biləydim.
    Asif qabaga şıgıyıb ,oglanı bərk – bərk qucaqladı .Ürəyi az qala yerindən qopub çıxacaqdı. Hər kəs nə baş verdiyini anlamaga çalışdıgından ,səs – küy aləmi götürmüşdü.
    Hamı Asifdən açıqlama gözləyirdi .
    Asif aglaya – aglaya ;
    -Arxamca gəlin – dedi.
    Hər kəs səssizcə onun arxasınca düşdü.
    Budur , Asifin çəkməni basdlrdıgı yer.
    İlahi ,gənc necə aglayırdı.
    Əlləri ilə həmən yeri qazıb ,çəkməsini çıxartdı.
    Maraqlıdı ,çəkmənin içində ayaq tam çürüməmişdi.
    Asifi qucaqlayan gənc necə minnətdarlıq edəcəyini bilmirdi.
    Asif onu sakitləşdirib;
  • Qardaşım ,bu gün çox xoşbəxtəm ,sənin əmanətini qoruyub saxlaya bilmişəm.Sənin o bir parçan ,bizim can parçamızdı ,qardaş.
    ” Yaralı ” çəkmə basdırılmaq üçün gəncə verilsə də,gənc onu götürmədi.
  • Vətənimə canım qurban olsun.
    Qoy mənim bir parçam bu meşəlikdə uyusun.
    ” Yaralı” çəkmənin basdırıldıgı yer o vaxtdan ziyarət yerinə çevrildi.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – 7 – də “yatan” ürək

Leyla YAŞAR – yazar.

7 – də “yatan” ürək ..
Yenə yuxudan hövlank ayıldı. Bütün bədənindən su axırdı. Saata baxdı.Saat 7 – idi .
Yuxuda yenə onu görmüşdü. 7 ildi hər gecə eyni yuxu görürdü.Çərəsizcə ona baxıb,imdad diləyən gözləri.
Ailə qurduqdan 7 il sonra həsrətinə son qoyulmuşdu .İllərlə gözlədiyi körpəsinə qovuşmuşdu.Necə sevinmişdi o gün.. Bəs sonra?..
Taleyi agır zərbəsini vurmuşdu ona.Sanki yanında bir cəllad daşıyırdı. O keçən 7 ildə də helə olmuşdu.Hər sevinəcəyi anın məqamında taleyi cəlladını göndərərdi .Bütün ümüdləri balta altına düşər , qırıq- qırıq olardı.
Bu gün də cəllad özünü yetirmişdi. 7 aylıq oglunun qan xəstəsi oldugunu öyrənmişdi.Nələr yaşamışdı ,o xəbəri alanda.Dünya başına fırlanmışdı.Özünü öldürmək,daşlara ,qayalara çırpmaq istəmişdi o anda.
Amma dayanmışdı,durmuşdu, o bir damcı ümüdə sıgınmışdı.Bəlkə deyə..
Allahına diz çökmüşdü,yalvarmışdı,göz yaşları sel olmuşdu,duaları qatara çevrilmişdi həmən gün .
Körpəsini qucagına alıb ,öpüb qoxlamışdı doyunca.Saniylərdən qorxmuşdu,dəqiqələrə yalvarmışdı,saatlara sıgınmışdı getməsinlər deyə ..
Hər dəqiqə gözü gözünə baxırdı körpəsinin.Nəfəsini içinə çəkir,sanki özündə saxlamaq istəyirdi.Toppuş əllərindın tutub,ovuclarının qoxusunu qoxlayırdl doyunca..
İllər bir – birini əvəz edirdi.Ana hər gün ölür,diririldi, körpəyə bir şey olacaq deyə .
7 yaşı vardı taleysiz Talehin.
Bu gün yenə amansız “cəllad “
özünü yetirmişdi.
Günahsız mələk xəstəxanaya çatırılmışdı.Bir tərəfdə çarəsiz ana ,bir tərəfdə naümüd ata.
Nə qədər çətinmiş ,İlahi valideyin olmaq.
Onda anlamışdı hər şeyi.
Beli bükülmüş ,çarəsizcə,ümüd dolu gözlərə baxa bilmək nə qədər agır dərd imiş ,İlahi.
Ümüd dolu gözlərə ümüdlə baxmaq cəsarət tələb edirdi,güc tələb edirdi.Taqəti kəsilən ata, ananın gücü yalnız gülümsəməyə çatırdı.
Uşaq məsum baxışlarıyla anasına tərəf çöndü:
– Ana ,mən sagalacam, deyilmi?
-Təbii ki ,mənim balam.
Ala gözlərdə işıq parıldadı.
Ata üzünü divara çevirdi.
Bu dəfə sual ona gəldi:
– Ata , anam deyir sagalacam, futbola gedə bilərik?
– Əlbəttə oglum.
Bu dəfə ana üzünü divara çevirmişdi. Agladıqlarını hiss etdirməsinlər deyə..
Ala gözlərdəki ümüd işıgı dünyanı işıqlandırırdı.
Vəziyyət get – gedə geriyə gedirdi.Həkim nə qədər acı olsa da dözümlü olmagı məsləhət görmüşdü.Bu məsum ,ümüd dolu gözlər hər an əbədi yumula bilərdi.
Hərəsi bir əlindən tutmuşdu.Təqətsiz əlləri ovuclarının içində saxlamışdılar.
Gözlərini o gözəl gözlərı dikmişdilər.O işıq yox idi artıq.Baxışlarıyla işıq vermək işıqlandırmaq istəyirdilər.Hərdən gözlərini açıb onlara gülümsəyən körpənin saçlarını sıgallayır,alnından , əlinədn öpürdülər.
İlahi,nə qədər çətin anlar idi, o anlar.Sevdiyin, ciyər paranı o vəziyyətdə görmək.Saniylər sonra əbədi olaraq ayrılmaq,son nəfəsini hiss etmək ,çarəsizcə dayanıb heç nə edə bilməmək.
Heysiz barmaqlara toxunmaq, öz canın hayında olub ,hərdən səndən kömək istəyən birinə göz yaşları içində gülümsəməyə məcbur olmaq çox çətindi, çox …
Saniyələlər keçdikcə ömründən ömür çalınmışdı o gün.. Gözlərini gözlərindən heç çəkmirdi.
Səhər saat 7..
Canından can qopan o gün.
Fəryadı xəstəxananı silkələmişdi o gün..
O gün bu gün ,7 ildi bu dünyanın sakini “deyildi” .
7 ildi hər gün səhər saat 7 də o yuxunu görür ,o ümüd dolu gözlərə çarəsizcə baxırdı .
Anlaya bilmədiyi sehirli 7 rəqəmi idi.Nə istəyirdi ondan?

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – İnləyən məzar…

Leyla YAŞAR – yazar.

İNLƏYƏN MƏZAR
Uzanan yollara baxan bir məzar daşı vardı…hündür təpəlikdə özünə məskən salmışdı..
burdan yayda gözəlliyə bürünən meşələrə, al -əlvan rəngə boyanan çəmənliklərə , sevinclə oynayan uşaqlara baxardı bu soyuq məzar daşı..Payız gələndə saralar solar, qışda qarın buzun altında buzlaşardı sanki,
nə gələni vardı , nə gedəni vardı,kimsəsi yoxdu bu məzar daşının …kimsə bilməzdi kimin yadigarıdı burda mışıl- mışıl uyuyan. Yaxınlıgına hərdən uşaqların topu gəlib düşərdi ..onlar da qorxa qorxa yaxınlaşıb götürərdilər topların. Bir də hərdən özü kimi bir kimsəsiz çoban gələrdi bu tənha məzarın yanına …qəmli qəmli tütək çalardı ..bu məzarın ana laylası da, Quran sədası da o qəmli musiqi idi…
Əslində kimsənin bilmədiyi ,sirlərlə dolu olan bu məzar daşı şəhid məzarıydı.. vətən yangısının qurbanı idi…atasının anasının yeganə göz qarası,bacısın ürək parası.,yarının can parası,övladının hər şeyi idi bu məzar daşı. Uzaq – uzaq ellərdə onu gozləyən neçə – neçə arxasınca həm aglayan, həm axtaran ,həm ümid edən ürəklər vardı…Qəlblər qəhrəmanı idi bu şəhid məzarı…
Nənəsi nəvəni dizi üstə oturdub ,oxşayıb atasının qəhrəmanlıqlarından tez tez danışardı .Babası atasının döyüş yoldaşlarının yanına aparardı ,anası gecelər xısın xısın aglayıb.,taleyinə boyun əyib, gözüyaşlı bagrına basar,oxşayardı onu; qayıdacaq can bala atan deyərdi, qayıda bilməsə bizə göylərdən baxacaq deyərdi, sən böyüyüb atan kimi olacaqsan deyirdi. Balaca qızarıb şişmış gözlərini silib, mən səni qoyub getməyəcəm ,atam kimi deyirdi…Anası onu hər dəfə qucaqlayıb ; – atan bizi qoyub getmədiki? ! O bizi qorumaga getdi deyərdi…
İllər keçdi …Tənha məzar daşı yenə də uzanan yollara qəmli qəmli baxırdı ,bir az olardı çoban laylasın çalıb getmişdi … Yaxınlıqdan maşın səsi gəldi, sanki məzar daşı işıqlandı… Bir yaşlı ,qoca babayla bir cavan oglan ona yaxınlaşırdı …yaşlı baba oglana nəsə danışırdı..Get – gedə səs aydınlaşırdı.: bax bala ,dediyim məzar budu, illərdi burda ziyarətsiz qalıb…gələni yox gedəni yox….sənin axtardıgın adam ola bilərmi ? … Cavan oglan ürəyi əsə- əsə , ürkək baxışlarını ad yazılan daşa yönəltdi…sanki ildırm vurdu onu…..Ola bilməz! Ola bilməz! Kişi bir anlıq qorxdu….Nə oldu mənim balam?. Bu ola bilməz! Mənim atam ölə bilməz! O qayıdacaq ..deyə hayqırırdı cavan ….Kişi onu sakitləşdirməyə çalışdı..bir az su verdi, oglan suyu içib daşı.qucaqladı…hönkürməyə başladı….Bu anda illərlə tənha qalıb, özünü məgrur tutan məzar daşı kiçilməyə , əyilməyə başladı sanki…Daşdam qəribə bir inilti qopdu ; daglara ,daşlara əks səda verdi…o artıq təhna deyildi…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – GECİKƏN ÜMİD

Leyla YAŞAR

GECİKƏN ÜMİD
Külək şəhəri silib süpürürdü. Süpürdüyü tozla yerlə göy arasındakı əlaqəni kəsmişdi. Göz – gözü görmürdü. Eşidilən ugultu qulaq batırırdı. Agaclar küləyin gücündən yıxılmamamaq üçün baş – başa verib inildəyirdilər. Yerə dəyən əşyaların nə oldunu belə aydınlaşdırmaq mümkün deyildi. Gündüzün saatı gecəni xatırladırdı. Göy qaşqabagını sallayıb, susqun qəzəbli baxışlarıyla küləyi izləyirdi. Yerində dinc dayana bilməyən külək buludlarla gizlənqaç oynayırdı.
Küləyin səsi şəhərin sakitliyini pozmuşdu. Ugulduyan külək qəzəbini yer üzündən çıxırdı.
Agaclara verdiyi əmrlə evlərin pəncərələrini döyür, bəzilərini sındırmaga nail olurdu.
Şəhər dünən başlayan, tügyan edən külək üzündən insan nəfəsinə həsrət idi. Hər kəs qapısını bərk – bərk baglayıb, hökümranlıq edən küləyin kəsəcəyi saatı gözləyirdi.
Tində axsaya – axsaya gələn qaraltl göründü. İnsan ya heyvan oldugu bilinmirdi. Sanki küləklə təkbaşına döyüşə çıxan bu canlı küləyə meydan oxuyurdu.
Qalibiyyətini sübut etmək üçün küləyin gücünə qarşı çıxır, yıxılır – durur, yenidən yoluna davam edirdi.
Küləyin artıq taqəti kəsilmək üzərə idi. Son nəfəsini alırdı. Artıq hakimiyyəti qovdugu buludlar ələ almışdı. Şəhərin küləyin ərköyünlüyündən, hikkəsindən yaratdıgı halı onları məyus etmişdi. Çox keçmədiki bu vəziyyət onları aglatmaga başladı.
Budur küləyə qalib gələn qoca, yagışla mübarizəyə başladı. Birtəhər daldanacaq tapıb gizləndi. Başını yuxarı qaldırıb dodagının altında deyindi bir az. Sonra sakitlışib sınıq bir stul tapıb oturdu.
Xəyalların aguşununa atdı özün. İllər öncə doguldugu, tərk etdiyi şəhər. Daha dogrusu tərk etməyə məcbur oldugu şəhər…
Əlləri əsə – əsə paltarının cibindən əzilmiş, bir az da islanmış siqaret tapdı. Yandırıb tüstüsünə büründü.
Taleyin yükü qəddini əymiş, amma sındıra bilməmişdi. Qəm yükünü illərlə özüylə dostcasına daşıyan bu qoca həyatda qalma səbəbini anlaya bilmirdi. Bədbəxt hadisələrin hədəf nöqtəsi olsa da taleyi onu xilas edə bilmişdi. Dəfələrlə uçurumun kənarından yıxılmaq anında hansısa bir əl onu götürüb kənara qoymuşdu.
Günlərlə küçələrdə ac -susuz qalan bu qoca ölümlə üz – üzə, göz – gözə gəlmiş, gülümsəyib keçmişdi.
Neçə gündür ki ac -susuzdu. Həmdəmi olan xəyal da onu tək qoyub artıq.
Sürünə – sürünə yagışın altına uzandı. Yagışın damcıları üzünə düşdükcə taleyinin üzünə gülümsünür, göy üzünü salamlayırdı.
Yagış bu misgin qocanı ayıltmaq üçün hərdən səngiyir, damlalarıyla ona həyat verməyə çalışırdı.
Qoca gözü göy üzündə ruhunu işıqlandlran günəşi axtardı. Son dəfə onu görmək istəməyən günəşi görmək istədi.
Artıq həyat nəbzinin son ritmini vurdugunu hiss edən qoca ətrafa baxdı. Uzaqda sönük bir parıltınının ona yaxınlaşdıgını gördü. Üzünü çevirib gülümsündü.

– Gecikmisən, dostum!
Qoca son sözünü deyib, gözlərini yumdu.
Gecikən ümid yavaş- yavaş kiçilib sonsuzluga qərq oldu …. 04.08.2021.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – TƏNHALIĞIN “RƏNGİ”

Leyla YAŞAR – yazar.

Tənhalıgın “rəngi”
Səhər tezdən ayılmışdı .
Gecəni də yaxşı yata bilməmişdi Durub çarpayısında oturdu.Əlləri əsə – əsə su töküb dərmanın birini götürüb agzına qoydu.Nə qədər etsə də bogazından keçmədi. Yenidən su töküb içdi.Birtəhər dərmanı bogazından keçirdə bildi.Az qalırdı ürəyi agzına gələ.
Deyəsən dərmanları bitmək üzrə idi. Yəqin kimsə qapını döyüb halını soruşacaq , xahiş edər dərmanlarını yaxınlıqdakı əczaxanadan alıb verər.
Nə etsin ? Tək yaşayır , həm də kimsəsiz. Qocalar evinə getmək istəmir , niyə orda kiməsə yük olsun axı ?
O da hər kəs kimi atalı – analı idi. Bacısı , qardaşı vardı. Müharibə , dəhşət saçan müharibə onu yetim qoydu.
Hadisələr yadına düşdükcə həm kövrəlir , həm də qəzəblənirdi. Lənətə gəlmiş müharibə birinci qardaşını aldı əlindən . Döyüşdə həlak olmuşdu . Bacısının əkiz tayı idi qardaşı. Bacı onun ölüm xəbərinə dözə bilmədi. Zəhər içib özünü öldürdü. Ata – anası bu böyük dərddən sonra çox yaşamadılar.
Atası ona cəbhəyə göndərdiyi məktubunda yazırdı;
– Oglum , qardaşının və bacının yoxlugu bizi yaşamaga qoymur. Bu fani dünyanın boşlugunu artıq dərk edirik. Anan da , mən də səni çox istəyirik. Özünü qoru, möhkəm ol!
Səni çox sevən atan və anan !
Məktubu hələ də saxlayırdı.
Bu məktub onun qol – qanadını qırmışdı.
Uzaq eldə ard – arda aldıgı xəbərlər onu sarsıtmışdı. Artıq kimsəsi olmadıgını dərk etmiş , özünü tənha sayırdı .
Müharibə bitdikdən sonra da vətənə dönmədi . Uzun illər Rusiyada qalıb , işləyib başını saxladı .
Elə orda tanış oldu Venerayla . Atası azərbaycanlı anası rus olan bu gözəl qız onu həyata bagladı.
Onun da atası ola – ola yetim yaşamaq adlı taleyi vardı . Anasının dediyinə görə Venera anadan olduqdan sonra atası Azərbaycana ata – anasına baş çəkməyə gəlmiş , bir daha geri dönməmişdi . Çox sonralar Venera atası haqqında öyrənə bilmişdi . Azərbaycana dönən kişi valideyinlərinə orda evli oldugunu demədiyindən , onu burada evləndiriblərmiş . Ailə qurandan sonra orda Veneranı da , anasını da unudan kişi öz həyatına davam edib , yaşayıbmış .
Venera atasının avtomabil qəzasında həlak oldugunu öyrənəndə uzun müddət özünə gəlməmişdi . İllərlə atasını axtaran qızcıgaz , bacı – qardaşını tapıb onlarla əlaqə yaratmaga çalışmışdı . Amma kimsə onu qəbul etməmişdi . Nə bibiləri , nə əmiləri ..
Çarəsiz qalan Venera atasının məzarına gedib , doyunca aglayıb geri dönmüşdü.
Həyat qəribədi , onunla tanış olanda Venera anasının taleyini yaşamaqdan qorxdugu üçün münasibətin uzatmagın mənasız oldugunu demişdi .
Amma zaman öz işini görürdü . Kazımın ona olan sevgisi , Veneranı şam kimi əridir , onu Kazıma daha baglayırdı .
Kazımla rəsmi ailə quran Venera , bir gün Kazımın vətənə getmək haqqında fikrini biləndə hönkürüb aglayır .
Düzdü Kazım onu qoyub getməyi düşünmürdü , amma Venera da anasını qoyub gəlmək istəmirdi .
Aralarında yaranan bu kiçik mübahisə get – gedə böyüyür , məcrasını aşırdı.
Sonda Kazım tək gəlməyi qərara aldı . Vətənə gələcəyinin qəti oldugunu Veneraya bildirəndə , Venera neçə gün özünə gələ bilmədi .
Nədən xatırladı bunları bu gün?
Ürəyi agrımaga başladı . Dərman içmək istədi . Əlini dərman qutusuna atanda yarıda saxladı , axı onun dərmanı qurtarıb ..
Yavaş – yavaş eyvana çıxdı . Təmiz hava üzünə dəydikcə sanki ürəyi bir az sakitləşdi . Stulu çəkib birtəhər əyləşdi .
– Yox , bu ürəklə zarafat etmək olmaz!. Bir az dincimi alım , təcili yardıma zəng vurum gəlsinlər .
Birdən xatırladı ;
– Venera ona bu günlərdə məktub göndərməlidi . Bəlkə elə bu gün göndərəcək? Göndərsə oxuyub bir az sakitləşər .
– Eh . Cavanlıq . Səhv dolu cavanlıq . Mən səni harda itirdim?
Venerayla sagollaşıb gələndən sonra geriyə dönə bilməmişdi .
Hardan biləydi axı , onu burda gözləyən həyatın böyük bir
“ hədiyyə” si var?
Vətənə dönəndə ilk işi ata – anasının , bacı – qardaşının məzarını ziyarət etmək oldu . Qohum qonşunun yıgışıb düzəltdirdiyi məzar daşları çökmüşdü .
Kazımın sag salamat olmagından kimsənin xəbəri yox idi . Ona görə də onun gəlişi toy – bayrama çevrildi . Adına qurban kəsən kim , qonaqlıq verən kim .
Veneranı bir müddət arxa plana tullamışdı . Hər həftə məktub yazan Veneraya cavab vermək belə aglına gəlmirdi .
Beləcə günlər birləşib ayları gətirirdi . İçkiyə qurşanan Kazım tək dam altında boş bir ömür sürürdü.
Yaxınları onu evləndirməyə çalışsa da heç cürə razılaşmayan Kazım bir müddət sonra nə etdiyinin fərqinə varmaga başladı.
İçkidən uzaqlaşıb özünə çəki düzən verdi . İradəsini topalayıb bir də içkiylə yoldaşlıq etməyəcəyinə özünə söz verdi .
Günlərin bir günü oturub Veneranın yazdıgı məktubları oxumaga başladı . Veneradan ayrıldıgı günlər topalanıb il olmuşdu . Kazım bunu hiss etməmişdi .
Venera əvvəlki məktublarında ümüdlə , sevgi dolu ürəklə onu gözlədiyini yazırdı . Get – gedə məktublarda Veneranın ondan incidiyi , hətta agladıgı özünü göstərirdi . Göz yaşları içində yazdıgı məktubların birində Kazımın onun atasıyla fərqi olmadıgını , anasının taleyini yaşadıgını yazırdı.
Kazım bu məktubun nə məna verdiyini araşdırmaga çalışdı.
Məktubu yenidən oxumaga başladı .
Venera yazırdı ;
– Əzizim Kazım , sənə yazdıgım məktublara niyə cavab vermədiyini dəfələrlə soruşmuşam . Yenə də cavab yazmırsan . Ümüd edirəm ki sag və salamatsan . Mən də səndən xəbər olsa yaxşı olaram . Göz yaşlarımı sənə göstərmək niyyətində deyiləm .Bilirsən mən atama oxşamışam qürurluyam! Anam mənə həmişə onun necə qürurlu biri oldugundan danışıb.
Kazım , mənə anamın taleyini yaşatdın . Nə vaxtsa bu məktubumu oxusan məni anlayacaqsan !
Kazım digər məktubları da birnəfəsə , təkrar – təkrar yenidən oxudu . Veneranın ona olan sevgisinə heyran qalmışdı .
Nə edəcəyini özü də bilmirdi . Özünü topalayıb Veneraya peşmançılıq məktubu yazmagı qərara aldı .
– Əzizim Venera , məni bagışla!
İmkan olan kimi gələcəm !
Məktubu aparıb yola salmaq üçün paltarını geyinib evdən çıxdı . Yagışlı hava vardı. Küçəni necə getdiyini hiss etmirdi . Fikri Veneranın yanında qalmışdı . Poçta çatıb məktubu yola saldı . Tələsik evə gəlib Veneradan gələn məktubları yenidən oxumaga başladı . Təkrar- Təkrar oxunan məktublar beynini dumanlandırmışdı .
– Görəsən Venera nə demək istəyirmiş ?
– Onunla anasının taleyini birləşdirən nə imiş ?
– İkisinin də xəyanət gördüyü insanın azərbaycanlı olması?
-Yoxsa yarıda qalan sevgi ?
-Və ya , uşaq söhbəti ?
Özü də bilmədən bu sualda ilişib qalırdı .
Ayrı yolu yox idi . Məktubuna verilən cavabı gözləməli idi.
Cavab çox gecikib onu intizarda qoymadı .
Paçtalyon məktubu gətirmişdi . Dərindən nəfəs alıb , ürəyi əsə – əsə məktubu açdı .
Venera yazırdı :
– Əzizim , Kazım . Mən artıq ailə qurmuşam . Məni narahat etmə . Qızını da uşaq evinə verdim. Hələlik bu qədər.
Kazım məktubu bir də oxudu . Başı hərləndi . Keçib stula özünü birtəhər yıxdı .
Özüylə danışmaga başladı;
– Venera erə gedib? Yox bu ola bilməz!
– Necə yəni ola bilməz ? Sən 1 ildi onu axtarmırsan.
– O məni unuda bilməz!
– Sən onu unutdun axı
– O məni dəli kimi sevirdi .
– Sən də onu dəli kimi sevirdin axı..
– Yox , inana bilmirəm !
– Nədən?
– O bunu edə bilməz !
– Edə bilər! O səni axtardı .
– Yenə də axtarmalı idi . Axı mən qızımız haqqında məlumatsız idim.
– Günahkar sənsən !
– Odu , odu , odu.
– Sənsən ! Kimsəni günahlandırma !
Başını iki əllərinin arasına alıb qulaqlarını tutdu . İkinci məni ilə danışmaq , dogruları qəbul etmək istəmirdi.
Həmən günü demək olar ki bu dünyada yox kimi hiss etdi özünü . Günlər keçdikcə yara dərinləşir , yeri su verirdi sanki .
Yenidən Veneraya məktub yazmagı qərara aldı . Bu minvalla dayanmadan həftədə iki dəfə məktub yazıb göndərdi . Cavabsız məktublar orduya çevrildi . 1 il məktublarına cavab gözlədi .
Bir gün gələn məktub onun dünyasını çökdürdü .
– Hörmətli vətəndaş , xahiş edirik bizi narahat etmiyin .
Kazım suallar içində tənha itib batmışdı .
Venerasını axtarmaga gücü qüvvəti də tükənmişdi .
Amma nədənsə ona elə gəlirdi ki bu məktublarda yanlışlıq var .
Beləcə illər ötür , saçına dən düşürdü . Tək – tənha ata ocagında həyatına davam edirdi .
Bir gün qapısını döyən paştalyonu görəndə sevindiyindən bilmədi nə etsin . Onu içəri dəvət edib məktubu aldı . Səbrsizlənib paçtalyonun yanındaca məktubu açdı . Yanılmamışdı , məktub Veneradan idi . Onu çox sevdiyini yazırdı . Çaş baş qalan Kazım nə edəcəyini bilmirdi .
Veneraya cavab yazsa da növbəti məktubda onun göndərdiyi suallara cavab yox idi .
İllərini beləcə məktublara xərcləyən Kazım , Veneranın sevgi dolu sözləri ilə həyatını yaşadı .
İllər keçdikcə Kazım ömürünü boşuna yelə verdiyini anlayırdı.
Maraqlısı o idi ki , Venera ona cavab yazmırdı . Nə adres , nə də qızı haqqında bir kəlmə belə söhbət açmırdı .
Tənhalıq özünü quzgun kimi çatdırmışdı .
Qocalıb əldən düşmüşdü. Əslində çox yaşlı deyildi . Sadəcə ruhu sanki o tərk edib getmişdi . Təklikdə bir tərəfdən onu çökdürmüşdü . Axır illər xəstəliklər də qonaq gəlmişdilər ona . Çaglrılmamış “ qonaqlar” artıq dogmalaşmışdılar onunla.
Bu gün də məktubun gəlmə vaxtı idi .
Özünü topalayıb saata baxdı . Az qalırdı , məktubu bir azdan yetişəcəkdi .
Durub mətbəxə keçdi . Gözləri ala – toran görürdü . Eyni fikirlər sanki onun beynini də qurutmuşdu .
Oturub düşünməyə başladı . Boşa verdiyi ömrünə heyfi gəldi .
Bu dəmdə qapı döyüldü . Cavan oglan gəlmişdi . İstədi məktubu qaytarsın , nə düşündüsə fikrindən vaz keçdi . Məktubu götürüb sagollaşdı . Birdən yadına düşdü ki dərman aldıracaqdı .
– Eh , keçdi deyib sınıq – sökük divanda əyləşdi .
Nədənsə məktubu könülsüz açdı bu dəfə . Özü – özünə təəccüb etdi .
Məktubda yazılanlar onu silkələdi :
– Salam , məktubu sizə uzaq eldən bir poçt işçisi yazır . Xahiş edirik birdə həmin ünvana məktub göndərməyin . O adresdə Venera adlı kimsə yoxdu . Ümumiyyətlə sizə göndərilən məktubları Venera göndərmir.
– Necə yanı?
Onu soyuq tər basdı :
– Bəs kim göndərir ? .- deyib ardını oxumaga başladı ;
Həmən qadın illər öncə Azərbaycana sizin dalinızca gedərkən avtomabil qəzası keçirərək xəstəxanaya düşüb . Günlərlə yazdıgı qalaq – qalaq məktubu bir tibb bacısına həvalə edib və sizə hər ayda göndərməyi xahiş edib .
Tibb bacısı o rəhmətə gedəndən sonra sizə onun ailə qurdugunu , qızınızın uşaq evinə verildiyini yalandan yazıb .
Sonradan Veneranın sizlə baglı məktublarını oxuduqca pis olub və onun məktublarını sizə göndərib . Bu illər ərzində Veneranı sizə görə yaşadıb .
Venera qəzaya düşəndə hamilə olub . Bəlkə də tibb bacısının yalanı burdan qaynaqlanıb . Mən bilmirəm . Sadəcə bu əhvalatı dünən mənə danışdı . Mən də qərara gəldim ki həqiqəti sizə çatdırım . Reallıg nə qədər acı olsa da qəbul ediləndi . Sagolun.
Məktub əlindən yerə düşdü . Həm onu “ öldürən” , həm
“ yaşadan” tibb bacısına söz tapıb deyə bilmədi .
Gözlərini bir anlıq yumdu .
Taleyinə yazılmış təhnalıgın
ag – qara “rəngi” bir lent kimi uzanıb sonsuzluga getdi .

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OXUCULARIN SEVİMLİSİ LEYLA YAŞAR

Leyla YAŞAR – yazar.

LEYLA YAŞARLA MÜSAHİBƏ

1. Leyla Yaşar əslində kimdir?
Leyla Yaşar dünyanı öz daxili dünyası ilə rəngarəng görməyə çalışan kitabxanaçı. Həmçinin hisslərini vərəqlərə həkk edən həvəskar yazar.
2. Neçə ildir kitabxanaçısınız?
8 ildi, ancaq 5 ilə az qalıb analıqdayam.
3. Oxucular razıdırmı sizdən?
Bəzi iradları çıxsaq, fərqlilik gördüklərini deyirlər.
4. İnsanlarla münasibətiniz necədir? Dostlarınız sizi necə biri olaraq tanıyırlar?
İnsanlarla yola getməyə çalışıram. Çox dostum yoxdu. Səmimi, sözün düzünü deyən, etibarlı biri kimi.
5. Bir kitabxanaçı kimi oxuduğunuz kitablar nələrdir?
Hal – hazırda mütaliəyə o qədər vaxtım olmur. Amma işlədiyim dövrdə kitabxanaya gələn yeni kitabları oxuyurdum. Ən çox dedektiv janra üstünlük verirdim.
Əslində janrın heç bir fərqi yoxdu. Əsas maraqlı və oxunaqlı olsun.

6. Dedektif janrda nəsə yazmaq fikriniz olub ürəyinizdən keçib maraqlıdır?
Bəli fikrim var. Hal hazırda yazdıgım yazılarım var ki, orda cinayətdən, cinayətkardan bəhs etmişəm.
7. Yazdıqlarınız haradasa çap olunub yoxsa elə yazmısınız evdə kiməsə oxumusunuzmu?
Yazdıqlarım saytlarda gedir. Qanunla.az, Hüquq.az, Karvan.news, Kulis.az, BİTİK.AZ, USTAC.AZ, YAZARLAR.AZ saytlarında və “Yazarlar” jurnalında müntəzəm çap olunuram.
8. Övladlarınız necə kitablara marağı var yoxsa hələ körpədir?
Balacadılar.( 4 yaş yarım, 2 yaş yarım ) Ancaq maraqları olduğunu hiss edirəm.
9. Allah min budaq eləsin analıq necə bir hissdir söznən ifadə etsəydiniz necə ifadə edərdiniz?
Çox sağ olun Gözəl bir hisdir. Özünü problemlər qarşısında sipər kimi hiss edirsən. Hər şey onlar üçün devizi ilə yaşayırsan.
10. Həyat problemləriylə baş edə bilmisinizmi olub problemlərə qarşı gücünüz tükənsin?
İnanın səmimiliyimə çalışdığım qədər problemlərin üzərinə qılınc çəkmişəm. Gücüm deməzdim tükənib ruhum yorulub sadəcə o da dincin alıb gücləlndirib məni.
11. Son olaraq sizi incitmədik ki oxucularınıza nə demək istərdiz?
Xeyr çox xoş oldu. Mən yazmağa onlar oxumağa davam etsinlər. İnşallah çıxardacağım kitabımla onları sevindirərəm. Dəyərli vaxtlarını ayırıb məni yazıları oxuduqları üçün hər birinə ayrı – ayrılıqda təşəkkür edirəm! Daha doğrusu kitablarımla.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

LEYLA YAŞARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tabutların “söhbət”i – Leyla Yaşar

Leyla YAŞAR – yazar.

Tabutların “söhbət” i

Yenə gətirib qoymuşdular onları, yenidən aparmaq üçün. Neçə gündü onları ” dinc” qoymurdular.
Birinci sagdakı tabut başladı söhbətə.
– Bu il bizim işimiz yaman ” agır” oldu.
Soldakı tabut fikrə daldıgından onu eşitmədi.
– Hey səninləyəm? Nə yaman dərin xəyala dalmısan?
– Bizdə xəyal var? Biz reallıgıq.
– Yadıma bilirsən nə düşdü?
– Nə?
– O gün ki ” qonag” ım.
– Hə ,onu məndə unuda bilmirəm.Uzaqdan gördüm
” qonag” ını.
– hə .- deyib ah çəkdi tabut.
Sən sonrasın görəydin.
– Nə oldu ki?
– Əslində bizdə nə yenilik var ki? Daşıdıgımız cansız bədənlərdi
” qonag” ımız.Üstümüzdə aglayıb göz yaşı tökərlər,bəzən qapagımızı açıb əzizlərinə son dəfə baxarlar .Bəlkə də bizə qargış edərlər ,bəlkə də əzizlərini incitmədən daşıdıgımız üçün təşəkkür edərlər bilmirəm.
– O gün nə olmuşdu ,demədin.
– Hə ,düz deyirsən .Çox çətindi danışmaq. O gün bir ” qonag” ım var idi. Şəhid idi. 3 aydı qar altında qalan nəşini daşıyırdım.Anasını bir görsəydin. Məni necə bəzəmişdi…Üstümə atdıgı qırmızı xalatları görsəydin.Evin tək oglu idi deyəsən,atası da yox idi .O zərif çiyinlərə toxundum mən.Bilirsənbu nə deməkdi? Qadın çiynində getdim məzarlıga mən.
– Eh , biz nələr görmədik? Tək ayaq daşıdıgım , baş daşıdıgım vaxtlar olub.
– Onu da düz deyirsən, o qədər yarı canlar daşımışıq ki?
-Bax yenə neçə tabut gətiriblər bura.Əvvəllər burda bizdən başqası olmazdı.
– Hə bu son ildə bizi çox ” yordu” lar.
– Elədi , hələ son vaxtlar yayılan xəstəliyə görə bizi nə qədər dərmanla yuyurlar.
– Əvvəllər ” qonaq” larımızın əksəriyyəti yaşlılar olardı.
– Sənə bir əhvalat danışım. O gün məni tez – tələsik gəlib apardılar.Bir cavan uşaq intihar edibmiş. Molla namaz da qılmadı.Aparıb tez basdırdılar.Məni də gətirib tulladılar bura, sanki yenidən lazım olmayacaqmışam.
– Eh , sən nə qoyub , nə axtarırsan? Bu dünya durduqca bizlər də olacagıq.İnsanın son yol yoldaşıyıq biz.
– Düzdü bir gün biz də olmayacayıq. Sınıb ,dagılandan sonra görən bizlərin son mənzili hara olacaq.
– Həyat budu dostum, sonu olan heç nə yoxdu!
Söhbətləri yarımçıq qaldı. Yenə
qara maşın gəlmişdi. Bu dəfə
” qonaq” ları çox idi deyəsən . İkisini də ehmalca maşına qoydular. Deyəsən başqalarını da aparacaqdılar.
– Görəsən nə baş verir?
– Bilmirəm , bax, bizdən başqa 12 tabut da var burda.
– Ay aman, nə olub belə?
– İndi biləcəyik,sakit ol.
– Deyəsən qəzadı.Təyyarə qəzası .Hərbiçilərdi ” qonag” ımız.
14 tabut yan – yanaydı.
– Sizlər də burdasınız ?
– Hə .
– Yaman agır dərddi.
– “Qonaq” larımız deyəsən elə – belə adamlar deyil?
– Hə..
– Yaxınlarına bax. Saçını yolan qadının ogludu mənim ” qonag” ım.
– Mənim ” qonag” ım o balaca uşaqların atasıdı.Bayaq məni qucaqlayıb doyunca agladılar.
– Bizlər onların sonuncu dəfə qucaqladıgı anası ,atası ,bacısı ,qardaşı ,
yoldaşı ,əzizləriyik.
– Nə yaman dərdlərə ortagıq biz.
Tabutlar bayraqlara büründü .Yola salındı .Hər biri öz son mənzilinə .
Yenə də çiyinlər dəyişəcək ,tabut bu çiyindən o birisinə keçəçək.Yollar gah uzanacaq, gah qısalacaq.
Kim bilir , bizlərin çəkdiyini . Həm
fiziki yük daşıyırıq, həm mənəvi.
– Nə olar, bizə qargış etməyin.Axı biz sizlərlə həmdərdik!

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HEYVANLARIN DOSTLUĞU – LEYLA YAŞAR

Leyla YAŞAR – yazar.

HEYVANLARIN DOSTLUĞU
Meşədə bu gün sakitçilik idi. Nədənsə heyvanlar gözə dəymirdi . Çox keçmədi ki astabasar dovşan balaca daxmasından çıxıb gərnəşdi.
– Hey, dostlar hardasınız?
Mən gedirəm şirin yanına .Sözünüz varsa deyin çatdırım.
Kəsyənin ciyiltili səsi gəldi:
– Ay dovşan ,şirə denən mənim evimə qarışqalara darışıb ,onlara əmr versin ,çıxıb getsinlər.
– Yaxşı deyərəm.
Ayrı heç bir heyvandan səs gəlmədi .
Dovşan yola düzəldi.Şirin onu niyə çagırdıgını bilmirdi .Canını qorxu almışdı.
Yolda canavarla rastlaşdı.
– Hara belə ,ay dovşan qardaş?
– Şirlə söhbətim var.
Canavar şaqqanaq çəkib güldü:
-Sənin şirlə nə söhbətin ola bilər ?
– Sən bilmərsən!
Dovşan Şirin yanına çatıb təzim etdi.
– Xoş gəldin ,dovşan.
Qorxa – qorxa şirə baxan dovşan ;
– Sag ol,şir qardaş!
– Bilirsən ,səni niyə çagırmışam?
– Yox,şir qardaş.
– İstəyirəm bu ildən hər kəslə mehriban olum.- deyib şir gərnəşdi.
– Get bütün heyvanlara bildir ki ,bu il yeni il bayramını birlikdə qeyd edəcəyik.Sabah bayramdı.Yolkanızı qura bilərsiniz.
Dovşanın sevindiyndən dili – bogazı qurumuşdu.Heç vaxt onlara bayram keçirtməyə imkan verməyən şirin insafa gəlməsi onu həm sevindirmiş,həmdə təəccübləndirmişdi.
Şirlə sagollan dovşan tullana – tullana meşəyə qaçdı.
– Hey, hardasınız? Sizə şad xəbərim var.
Dələ agacdan boylandı:
– Nolub orda?
– Yıgışın ,tez yıgışın.Sözüm var sizə.
Tülkü yaltaqcasına hırıldadı ;
– Nə olub ,ay dovşan qardaş ? Sənin bizə nə sözün olsa ,biz hazırıq.
Yavaş – yavaş heyvanlar yıgılmaga başladı.Dovşan hər kəsə göz gəzdirdi.Tısbaga yox idi.
– Hardadı tısbaga qardaş?
Hamı zürafəyə baxdı.Zürafə əlini gözününün üstünə qoyub,o tərəfə bu tərəfə baxdı.
– İndilərdə gəlib çatar .- deyib cavab verdi.
Heyvanlar səbrsizlənirdi.Nə baş verdiyini öyrənmək üçün dovşana dayanmadan sual verirdilər.
Dovşan tısbaganı gözlədiyini ,sonra danışacagını bildirdi. İt hirsləndi;
– Bir tısbagaya görə bu qədər heyvan burda duracaq?
Pələng onun səsinə səs verdi ;
– Bu ədalətsizlikdi.
Dovşan sakit səslə ;
– Sakit olun ,dostlar,gəlin mehriban olaq.Axı sabah bayramdı.
Bütün heyvanlar bir – birinə baxdı.
– Bayram ,nə bayramı ? .Şir bizə bayram keçirtməyə icazə vermir axı? .- deyə agacda oturan bayquş donquldandı.
Tısbaga gəlib çıxmışdı.
Dovşan onları sakitləşdirib şirin dediklərini onlara çatdırdı.
Qış yuxusuna getməyə hazırlaşan ayı sevinərək atılıb – düşməyə başladı.
– İndi dostlar yolkamızı qurmalıyıq .Hər kəs iş başına !
Şirin yanından gələn lovga dovşan əlini belinə qoyub ,hər kəsə bir iş tapşırdı.
Ayının qırdıgı şam agacını maralın buynuzuna qoyub meşənin ortasına gətirdilər.Qalırdı agacı bəzəmək.
Bütün heyvanlar iş başındaydı .
Dələnin daşıyıb gətirdiyi qozaları cüyür ,zürafəyə verir ,o da agacın yuxarısından asırdı.Yarım saat bəs etdi ki ,yolka hazır olsun.
Sonda canavarın hardansa tapıb gətirdiyi al- əlvan işıqları dələnin ,agacdələnin köməyi ilə yolkaya taxdılar.
Səhər bayrama hazırlaşmaq üçün heyvanlar azuqə toplamaq üçün meşəyə üz tutdular.Hər biri tapdıgını öz komasına qoyacaq,səhər süfrəyə düzəcəkdilər.
Yeni il səhərini qarla qarşıladılar.Yuxudan durub hər tərəfi aga bürünmüş görən heyvanlar tez- tələsik yolkalarının yanına qaçdılar.
Yolkaları necə gözəl olmuşdu.Ag qara bürünən agacda yanan işıqlar bərq vururdu. Sevindiklərindən atılıb- düşməyə başladılar.
Tez qaçıb tapdıqları qənimətləri ortalıga daşımaga başladılar. Ortalıqda yıgılan azuqədən gözəl bir süfrə açdılar.
Budur şirin nəriltisi aləmi başına götürdü;
– Ey ,dostlar,mənsiz yıgışmısınız?
Heyvanlar qorxularından titrəməyə başladılar.
– Qorxmayın,dostlar! Bu gündən sizinlə mehriban olacam.
– Nə gözəl yolkanız var.Bayramınız mübarək!
Heyvanlar sakitləşdilər.Sevinərək şirə baxdılar.
– Çox sagol şir qardaş,sənin də bayramın mübarək !.- ilk olaraq çaqqal dilləndi.Hər tərəfdən səslər ucaldı.Bir – birini təbrik edən heyvanlar ,bu gündən sonra mehriban olacaqlarına söz verdilər.Əl – ələ tutub mahnı oxumagı da unutmadılar:

“Süd kimi ag qar ilə
Çoxlu çoxlu bar ilə
Süd kimi ag qar ilə
Qış ilə ,bahar ilə
* * *
Yeni il gəldi,yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.
Yeni il gəldi,yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.”

Beləcə heyvanlar bayramı qeyd edib ,mehribancasına yaşamaga başladılr.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şaxta babaya məktub – Leyla Yaşar

Leyla YAŞAR – yazar.

Şaxta babaya məktub
(Kiçik qəlblərin böyük sevgisi)

Dekabr son günlərini yaşayırdı . Bayırda baharı xatırladan , zəif günəşli hava vardı.
Jurnalı götürüb yeyin addımlarla sinif otagına dogru irəllədi . Sevimli şagirdlərini hər gün görmək üçün belə səbrsizlənirdi.
Çox fərqli , maraqlı uşaqlar idi dərs dediyi sinfin uşaqları .
Bu ildən uşaqlara tarix fənninin incəliklərini öyrədirdi .
Çalışırdı dərs saatı maraqlı keçsin . Uşaqları yormasın . İcazə vermişdi , ona başqa sahələrdən də suallar verə bilərdilər . Hətta kiçik problemlərini belə onunla bölüşməkdə azad idilər . Bir sözlə uşaqlarla dost olmaga çalışmışdı , əməyi hədər getməmişdi .
Axşam aglına yeni fikir gəlmişdi . Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə uşaqlarla bir tədbir təşkil etsin .
Uşaqlaın buna çox sevinəcəklərinə əmin idi .
Sinifə girib uşaqlarla salamlaşdı . Şagirdlərin üzündə xoş təbəssüm yarandı .
-Necəsiniz?
Hər tərəfdən səs qalxdı:
– Yaxşıyıq !
– Siz necəsiniz? . – zəif bir səs otaga həzin musiqi kimi yayıldı . Günay idi . Hamı çönüb bu arıq , çəlimsiz qıza baxdı . Müəllimi gülmək tutdu .
– Yaxşıyam , qızım . Səsinə nə olub?
– Hər şey yaxşıdı , müəllim .
Yenə həmişəki kimi maraqlı keçən vaxtdan onları zəngin səsi ayırdı . Uşaqlar yerindən tərpənmək istəmirdi.
Uşaqlara yeni illə baglı planının ucundan – qulagından deyib onları tənəffüsə buraxdı .
Bu günə çatmayacaqdı onsuzda , sabah ətraflı məlumat verərəm deyib sinfdən çıxdı.
Bu gün başqa dərsi yox idi . Həyətdə bir az gəzişib evə gedəcəkdi . Birdən aglına bir fikir gəldi . Bu gün 5- ci sinif 4 dərsdən sonra evə gedəcək . Bəlkə müdriyyətdən icazə alıb 5- ci saatı uşaqlarla keçirtsin ?
– Yaxşı fikirdi, gedim görüm neynirəm. Sevincərək yuxarı qalxdı . Adil müəllim onu görüb təəccübləndi :
– Samir müəllim , nəsə olub?
Heç nə olmadıgını , uşaqlarla 1 saat məşgul olmaq istədiyini dedikdə direktor razılıgını bildirdi .
Sevinərək yenidən həyətə qayıtdı, zəngin çalınmasını gözlədi .
Uşaqlar yenidən onu görəndə sevindilər . Müəllimin yeni illə baglı planı onları çox sevindirmişdi .
– Oturun uşaqlar . Tədbirimiz iki hissəli olacaq . Həm deyib – gülmək , oynamaq , həm də …
– Nə ? Nə? Yerdən səslər ucaldı .
– Həm də şaxta babaya məktub yazacaqsınız , mən də onları şaxta babaya çatdıracam , o da cavablabdıracaq .
– Şaxta baba? O axı buralara gəlmir?
– Siz yazdıgınız məktuba mütləq cavab verəcək .- deyib bıgaltı gülümsündü .
– Nə zaman yazaq ?
– Elə indi.
Uşaqlar sevinə – sevinə parta arxasına qısılıb , öz istəklərini xəlvətcə ag vərəqə yazmaga başladılar .
– Tələsməyin uşaqlar , rahat – rahat yazın , səliqəli yazın ki , şaxta baba oxuya bilsin .
Özü də bilmədən agır bir işin altına girmişdi . Birdən uşaqların istəklərini yerinə yetirə bilməsə , necə olacaq?
Fikirdən Günayın səsi ayırdı onu.
– Müəllim mən yazdım , buyurun!
– Sagol , qızım , keç əyləş .
Uşaqlar bir – bir vərəqləri gətirib ona verirdilər . Ən axıra Zəhra qalmışdı . Bu sakit təbiətli , göygöz qız bütün uşaqlardan seçiirdi . Gözünün dərinliklərində yıgılıb qalmış kədər , uşagı yaşından daha böyük göstərirdi.
Vərəqləri səliqə ilə bir yerə topalıyıb , çantasına qoydu .
Sagollaşıb otaqdan çıxdı .
Məktublara əsasən tədbirin ikincu hissəsini təşkil edəcəkdi .
Bu gün çox yorgun idi .
– Bəlkə məktubları oxumagı sabaha saxlasın ? .- deyə düşündü . Bu fikirlə də oturdugu yerdəcə yuxuladı . Oglunun səsi onu şirin yuxudan oyatdı :
– Ata, ata, oyan .
Gözlərini birtəhər açıb ogluna baxıb , gülümsündü :
– Nə olub , ay dəcəl?
– Gör harda yatmısan?
– Harda?
– Stulda adam yatar? .- Bayram dodaqlarını incik şəkildə büzdü .
– Yox yatmaz . Agıllı balam indi dururam . Çox sagol ayıltıgın üçün .
Bayramın başını sıgallayıb otagına keçdi . Zərif əllərlə yazılmış məktubları ürəyi əsə – əsə oxumaga başladı .

Birinci məktub Muradın idi .
– Salam Şaxta Baba ! Necəsiniz? Bilirsiniz biz sizi çox görmək istəyirik . Samir müəllim bizə sizə məktub yazarsaq gedib çatacagını dedi . Mənim arzularım çoxdu , şaxta baba . Amma məni anam öyrədib həmişə nəyisə istəyəndə Allah babadan istəyirəm . Həm də dərslərimi yaxşı oxuyuram ki , Allah baba böyüyəndə arzularıma çatdırsın . Sizdən oyuncaq istəyə bilərəm ? Özüm üçün yox , qonşumuzda Əlvan adlı oglan üçün . Mən də bütün oyuncaqlarımı ona vermişəm .Su maşını istəyir , mənim olmadıgı üçün verə bilmədim . Xahiş etsəm onun üçün su maşını alarsınız? Əvvəlcədən təşəkkür edirəm , Şaxta baba!
Qonşunun ünvanını qeyd etməyi unutmamışdı Murad .

Fəridin məktubunu oxumaga başladı .
Şaxta babaya salam yazandan sonra Fərid də özü üçün heç nə istəmədiyini yazmışdı .Atasını körpə ikən itirən dayısı qızı Saraya kukla istəmişdi .

Çox maraqlı istəklər vardı bu ag vərəqlərdə . Müəllim uşaqlardakı qürura heyran qalmışdı .

Fateh yazırdı :
– Şaxta baba , əsgərlərimiz üçün əlcək gətirə bilərsiniz ?

Saleh yazırdı ;
– Əsgərlərimiz üçün isti geyimlər lazımdı , axı indi çox soyuqdu . Gətirə bilsəniz sevinərəm .

Oxudugu məktubların hamısında hər bir şeyin Allah babadan istəmək lazım oldugunu , həmçinin yaxşı oxumaq, valideyinə qulaq asmaq , böyüklərə hörmət etməklə nail olmaq olar deyə yazmışdı uşaqlar . Şaxta babadan istədikləri xlrda – para oyuncaqları ya qonşu , ya qohum üçün istəmişdilər .

Qızların məktubuna keçməmişdən gözündən eynəyi çıxardıb göz yaşını sildi . Uşaqlardakı böyük ürəyə məəttəl qalmışdı .
Qızlar da təxminən eyni məzmunda məktub yazmışdılar .
Maddi heç nə istəmirdilər Şaxta babadan.

Aygün yazırdı ;
– Salam Şaxta baba , necəsiniz? Məktubum sizə çatsa mənə kömək edərsiniz? Anam xəstədi ,atam bizi uşaq vaxtı qoyub gedib .Neçə dəfə yanına gedib evə qayıtmagını xahiş etsəm də geri dönməyib..Bəklə siz onun yanına getsəniz geri dönər ,anamla barşar ? Ayrı bir istəyim yoxdu. Əvvəlcədən təşəkkür edirəm.

Fidan yazırdı;
– Salam Şaxta baba, necəsiniz?Anam bizə deyib ki heç kimdən heç nə istəməyim . Nə lazım olsa o mənə alır . Həm də Allah baba bizə nə istəsək verir . Amma nə vaxtdı qar istəyirəm , yagmır . Siz olan yerdə qar varsa , gələndə bizə bir az gətirin , çox yox , bir az olsa bəsdi .

Samir müəllimi gülmək tutdu .

Həyat yoldaşının gətirdiyi pürrəngi çaydan bir qurtum içib oxumaga davam etdi .

Nazlının məktubu onu kövrəltdi .
Nazlı Şaxta babaya üzünü görmədiyi , rəhmətə getmiş anasını bircə dəfə görmək istədiyini yazmışdı .

Sahilə evdə tez – tez dalaşan ata – anasının mehribançılıgını istəmişdi .

Jalə atasının ona aldıgı , böyük qız oldugu üçün oynatmadıgı oyuncagı uşaq evinə aparıb vermək istədiyini, bu işdə Şaxta babanın köməyinə ehtiyacı oldugunu yazmışdı . Ata – anasının vaxtı olmadıgından onu uşaq evinə aparmadıqlarından Şaxta babaya gileylənmişdi .

Səbinə Şaxta babaya küçələrinin təmirsizliyindən , hər gün dərsə gələndə anasının əziyyətlə yuyub qurutdugu paltarlarının çirklənməsindən şikayətlənmişdi . Şaxta babadan xahiş etmişdi ki , bu işlə məşgul olanlarla görüşüb , onlara arzusunu çatdırsın .

Məktublardan o da məlum olurdu ki uşaqlar Şaxta babanın varlıgına inanmırlar . Ancaq şaxta baba obrazının kim oldugunu da dəqiq bilmirlər .

Uşaqların kasıb ailədə böyüdükləri , ancaq varlı tərbiyə ilə qidalandıqları məlum idi .

Uşaq agılları ilə hər şeyi oldugu kimi dərk edib , olanlara qane olmuşdular . Həmçinin bu balaca insanlara Vətən sevgisi , valideyin sevgisi , müəllimə hörmət , insanlara , heyvanlara mərhəmət hissi çox gözəl aşılanmışdı .
Həmçinin uşaqlarda Allaha olan sevgi xüsusi seçilirdi .

Ayşən məktubunda sevduyu pişiyinin ayagının sındıgını , Şaxta babanın ona gəlib baş çəkməsini istəmişdi .

Aysel Şaxta babaya yazırdı ;
– Əziz Şaxta baba , əgər gələsi olsanız əvvəlcədən məktub
yazın . Anam sizə dadlı yeməklər hazlrlasın . Baxın görün Azərbaycanın nə gözəl mətbəxi var! Başqa ölkələrdə bizim yeməklərin gözəlliyindən danışarsınız .

Mahirə yazırdı ;
– Şaxta baba biz bu il yeni ili Şuşada qeyd edəcəyik , Sizi də dəvət edirəm ! Gəlib gözəl Şuşamızı görə bilərsiniz .

Müəllimin sinəsi qürurdan qabardı .

Zəhra yazlrdı :
– Salam Şaxta baba , necəsiniz? Mən sizdən bir xahiş edəcəm . Mənim atam Şəhid olub. Mən onun üçün çox darıxıram . Düzdü onu görmək çox istərdim , amma bilirəm ki , o göylərdədi , yerə enə bilməz ! O Vətənimiz üçün canını fəda edib . Mən onunla fəxr edirəm ! Düzdü hər gecə aglayıram . Atamsız çox çətindi . Yox , yox bilirəm siz onu geri qaytara bilmərsiniz . Mən də onun yanına getmək istəmirəm! Axı mən balacayam . Oxuyub təhsil alacam , atam kimi hərbiçi olacam . Bax onda atam məni görəcək ,sevinəcək ! İndi də görür , amma mən onu görmürəm . Bilirsiniz , Şaxta baba , mən anamı istəyirəm . Yox , o ölməyib sagdı . Amma atamdan sonra bizi qoyub getdi.Hər gün aglıyır , başını divara vururdu . Atamsız qala bilmirdi . Bir gün onu atamın məzarı üstündə tapdılar . Vəziyyəti agır idi . Agıl xəstəxanasına yerləşdiriblər . Yanına gedirəm , məni tanımır .
– Əfqan ( atam ) nə vaxt qayıdacaq ? – deyir .
Deyirəm ana mənəm ,Zəhra , buda qardaşım Hikmət .
– Əfqan gələndə gələrsiniz – deyir .
Mən anamı istəyirəm . Hər gün Allaha dua edirəm , o sagalsın , bizi anasız qoymasın .
Şaxta baba , bəlkə siz onun yanına getsəniz , bizim onun uşaqları oldugumuzu desəniz o inanar.
Əvvəlcədən təşəkkür edirəm!

Samir müəllim hönkürtü ilə agladı . Tez özünü ələ alıb , fikrə getdi :
– İlahi , bu balaca ürəklərə nələr sıgırmış?

Sonuncu Fərəhin yazısı idi .
Şaxta babanı tarix dərsinə dəvət edirdi . Samir müəllimi əməllicə tərifləmişdi . Gəlib dərslərində oturmagı Azərbaycanın tarixini öyrənib , başqa ölkələrə gedəndə danışmagı tövsiyyə edirdi Fərəh .

Uşaqların iç dünyasına az – çox bələd olan müəllim onlarla qürur duydu .
Oturub onların istəklərini necə həll etmək yollarını axtarmaga başladı .

Bu gündən onlarla dost olacaq , onlara mənəvi , gücü çatdıgı qədər maddi dəstək olcaqdı . Balaca ürəklərdəki mətinlik , qürur , sevgi ona qüvvət verdi . Kiçik qəlblərin böyük sevgisi onu uşaqlara daha da dogmalaşdırdı . Kiçik qəlblərin “ böyük insanlıq dərsi” onu məmnun etmişdi.


Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – Həyat dərsi

Leyla YAŞAR – yazar.

HƏYAT DƏRSİ
Bəzən bezərsən ,bəzən yorularsan, səssizcə için – için aglıyarsan, yorularsan ,doyarsan ,amma əl çəkə bilməzsən !
Təkliyə çəkilib düşünərsən, dagı.arana, aranı daga daşıyarsan ,xəyallara dalarsan ,xatirələrlə dalaşarsan ,yenə də sakitləşib susarsan.
Bəzən hər şeydə özünü ,bəzən də başqalarını günahlandırıb taleyindən küsərsən.
Axtararsan – axtararsan çıxış yolu tapmazsan,ümüdsüzlüklə çırpışarsan, göz yaşlarını sel kimi axıdarsan qəhərdə bogularsan ,yenə də güclənib ayaga durarsan.
Çox qəribədi , dostum , həyatla dalaşa – dalaşa ,onu pisləyə – pisləyə sevərsən.
Səni agladar,amma yenə də yüyüyrüb onu qucaqlayarsan.
Heç buraxmaq istəmızsən onu, o səni buraxsa belə.
Birdən o qədər yorularsanki ,keşkə ölsəm canım qurtara deyərsən, amma barmagına bir tikan batan kimi tez çıxardıb sarıyarsan.
Ölümdən o qədər qorxarsanki ,həyatın yaşatdıqlarını bir saniyədə unudarsan.
Sevgidə xəyanət görərsən ,dostdan xəyanət görərsən , dogmalardan pislik görərsən ,amma yenə də həyatdı deyib keçərsən.
Əzilərsən,əyilərsən ,amma sınmazsan .
Büdrəyərsən, yıxılarsan ,qalxıb axsayarsan, sonda yüyürməyi bacararsan .
Həyat bir dünyadı , səni yaşadan dünya. Səni var edən dünya!
Həyat səni agladar dostum, aglıyarsan, göz yaşın qurumamış silərsən gülümsünərsən..
Həyat aglamaqdı ,həyat yıxılmaqdı , əzilməkdi ,düşməkdi ,qalxmaqdı dostum!
Yıxılarsan yenidən durarsan ,yenidən yıxılarsan ,yenidən tutunarsan durarsan …
Həyat sevməkdi ,sevgidi dostum!
Həyat xəyanətdi ,yara üstündə qaysaqdı ,dostum!
Həyat unutmaqdı,unudulmaqdı,xatırlamaqdı, xatirədi ,dostum!
Həyat boşluqdu,həyat xəyaldı,həyat ümüddü ,həyat çıraqdı, dostum!
Həyat mübarizədii, həyat iradədi ,həyat dözümdü, dostum!
Görəcəyin heç nədən qorxma ,dostum.
Bezəcəksən ,yorulacaqsan susacaqsan ,qışqıracaqsan , yıxılacaqsan ,duracaqsan amma yaşayacaqsan ,dostum!
Həyat devizin bu, nə qədər küssəndə ,aglasan da ,bezsən də mübarizəni yanından heç yerə buraxma.
Ürəyində sevgi ,yanında ümid ,üzündə sevinc ,amacın yaşamaq olsun , dostum !

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru