Kateqoriya arxivləri: Nəzakət Kərimova-Əhmədova

Qaytarılan torpaqların qayıtmayan oğulları-Nəzakət Əhmədova

Tarixə həkk olunan 44 günlük müharibə şəhidlərimizin mövludu və sentyabrın 27-sindən sonra isə şəhid olan igidlərimizin ailələrində olmaqla şəhid Milli Qəhrəman ailələrinə, analarına mənəvi dəstək olmağı özünə borc bilən İNK-nın Abşeron rayonu üzrə sədri ilə bir qrup şəhid anası Bakının rayonlarında və respublikamızın müxtəlif rayonlarında olmuşlar. Belə ki, Sumqayıt, Beyləqan, Biləsuvar, İmişli, Qəbələ, Şirvan, Lənkəran, Şabran, Xaçmaz, Quba, Kürdəmir və digər rayonlarda Bakının Binə, Ramana, Zabrat, Suraxanı, Binəqədi, Bakıxanov, Sabunçu, Masazır, Məmmədli və başqa qəsəbə və kəndlərində şəhidlərimizdən general Polad Həşimovun, İlqar Mirzəyevin Milli Qəhrəmanlarımızdan- Eldar Xəlilovun, Samir Xasıyevin, Mübariz İbrahimovun, qərargah rəisi kapitan Əsəd Həsənovun, Bakı Dövlət Universitetinin İqtisad Universitetinin fəxri tələbələri- Əsəd Əsədli və Nicat Əhmədovun, Cavid Cabbarzadə, Murad, Cəmil, Qoşqar Üzeyirov, Fizuli Salahov, tağım komandiri leytenant Ruslan Məmmədov, Vüsal Allahverdiyev, ilk şəhid həkim Turqut Xəlilbəyli, gizir Elmar Nəsirov, Tural Rəhimli, taborun qərargah rəisi baş leytenant Həsənağa Abdullazadə, Xəqani Əsgərov, Rüfət, Ülvi, Iman və Bəhram qardaşları və digər ləyaqətli vətənpərvər şəhid balalarımızın anım və mövludu günlərində analara mənəvi dəstək olaraq onların kədərinə şərik çıxmışıq. Maraqlı və təəccüblüdür ki, bütün analardan eyni sözləri eşidirik. ”Mən dedim, sən getmə tək oğulsan” heç xəbər də tutmadıq necə qaçıb gedibsə, budur, əsl vətənpərvər vətəndaşlıq! Gənclərimiz elə bil Ali Baş Komandanın əmrinə bənd idilər. Hamı bu yolun dönüşünün olmadığını bilərəkdən vətən uğrunda döyüşə atılaraq torpaqlarımızı otuz illik “məhbus”luqdan azad edərək canlarını qurban verərək şəhidlik zirvəsinə ucaldılar.Vətənimizin hər bir ləyaqətli insanı istər Birinci Qarabağ, istər Aprel döyüşlərinin, istərsədə 44 günlük müharibənin şəhid oğul və qızlarımızla fəxr edir, onlar və onların ailələri ilə qürur duyurlar. Müharibə onu göstərdi ki, eyni zamanda ailənin yalnız tək oğlu deyil, iki və üç oğul itirən atalar da şəhidlik zirvəsinə ucaldılar. Onlar valideynlərinin ,ailələrinin Vətən qarşısında başlarını uca etdilər.Belə ucalığa yalnız şəhidlik zirvəsində olmağı bilərəkdən dərk edənlər nail oldular. Ali Baş Komandan və birinci vitse prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Belə ki, qazilərin müalicəsini qardaş Türkiyədə və digər ölkələrdə davam etdirilməsinə, qazi və şəhid ailələrinə yardım məqsədilə yaradılmış ”Yaşat” fondunun təsis olunmasını təmin etmişlər. Eyni zamanda şəhid analarının təşəbbüsü və arzularına görə onların yaşadıqları yerlərdə, küçələrə, məktəblərə və digər məkanlara şəhidlərimizin adlarının verilməsi, xüsusi şəkil plakatları hazırlanıb küçə və yollarda nümayiş etdirilən xatirə bulaqlarının, abidə komplekslərinin açılışları da şəhidlərimizə olan dərin ehtiramım təcəssümüdür. Analar artıq göz yaşı tökməkdənsə şəhid balalarının xatirəsinin əbədiləşdirilməsinə nail olmağa cəhd göstərirlər. Bir çox rayonlarda bu işlər daha məqsədəmüvafiq şəkildə görülür. Bu günlərdə olduğumuz Şirvan, Qəbələ, Quba, Bərdə və başqa rayonlarda Şəhidlərin hər bir tədbirində rayon rəhbərləri iştirak edir. Şəhid ailələrinə maddi və mənəvi dəstək olurlar. Lakin ziyarət etdiyimiz bəzi məclislərdə şəhid analarının, qazilərin haqlı narazılıqları ilə də rastlaşırıq…

Unutmayaq ki, şəhidlər dağların başında ac-susuz düşmənlə əlbəyaxa olmuş, torpağın üzərində yataraq düşmənlə üz- üzə vuruşmuş, daim irəliyə getmiş, son anda şəhid olmuşlar! Torpaqlarımızı qaytaranların -qayıtmayan oğullarının ailələrinə yaxın olun, şəhid ailələrinin sizlərin mənəvi dəstəyinə böyük ehtiyyacları var!

PS: Eyni zamanda minlərlə Şəhidimizə təmənnasız mahnı bəstələyib, tədbirlərdə onların ailələrinə təqdim edən bəstəkar Ruslan Cəfərova hamının adından təşəkkür edirəm.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

İNK-nın Abşeron rayonu üzrə sədri,  “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Bakı Expo Mərkəzindən xoş xatirələr – Nəzakət Əhmədova         

Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

Bakı Expo Mərkəzindən xoş xatirələr               

Bildiyimiz kimi oktyabrın 6-10 na kimi Bakıdakı Expo Mərkəzdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq kitab sərgisi keçirildi. Sərgidə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının sərgilənən ekspozisiyaları da nümayiş etdirildi. Belə ki, bu pavilyonda dünya şöhrətli detektiv yazıçı, nasir publisist, Yazıçılar Birliyinin katibi , 20 milyon nüsxədən çox 6 yüz kitabı olan hüquq elmləri doktoru , professor Çingiz Abdullayev, İctimai Nəzarət Koalisiyasının idarə heyətinin Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri ,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse- prezidenti Rasim Məmmədov ,xalq yazıçısı Vahid Əziz, tanınmış ziyalılar, alimlər, xarici ölkə səfirliklərinin təmsilçiləri, öz kövrək mahnılarıyla geniş dinləyici kütləsinin sevimli müğənnisi Baba Dərələyəzli, Şəhid Milli Qəhrəmanların valideynləri ,ali və orta təhsil müəssisələrinin tələbələri ,yeni ailə quran gənc bəylə gəlinin çıxışlarını hamı diqqətlə dinləyir və digər pavilyonlardan da bu görüşlərə qoşulurdular. Türkiyə,Kolumbiya ,Özbəkistan və digər ölkələrin təmsilçiləri pavilyonumızda nümayiş etdirilən eksponatlar haqqında xoş ürək sözlərini bildirib ,təşkilata gələcək fəaliyyətində uğurlar arzuladılar. Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası İNK-nın” Şəhid Milli Qəhrəman ailələri departamentinin”sədri Tərlan xanım ,Şəhid Milli Qəhrəman Şükür Həmidovun  atası-İNK -nın Ağsaqqallar Şurasının sədri Nəriman Həmidov, Şəhid kapitan qərargah rəisi Əsəd Həsənovun anası- Abşeron rayonu üzrə” Şəhid və Milli Qəhrəman ailələri” departamentinin sədri Mələk xanım və digər Şəhid anaları onlara olan qayğı və diqqətə görə DAMM-ın vitse prezidenti, İNK-nın sədri Rasim Məmmədova öz dərin minnətdarlığını bildirdilər. Rasim müəllimin təşkil etdiyi yubiley işi ilə bağlı Şəhidlərin daş üzərində həkk olunmuş şəkilli suvenirləri və “ İlham Əliyev siyasətində Ictimai Nəzarət fəlsəfəsi” kitabları sərgi pavilyonuna xüsusi olaraq alqışlarla dəvət olunan qonaqlara hədiyyə olundu. Tədbirlərdə Ali Baş komandanımızın yeni tarix yaratdığından , Zəfərimizlə doğma Qarabağımızda gedən quruculuq işlərindən, İNK-nın rayon təşkilatlarının gördükləri əməli işlərdən, Şəhid Milli Qəhrəman ailələrinə mənəvi dəstək vermələrindən, onlara olan diqqət və qayğıdan söhbət açıldı. Tanınmış müğənni Baba Dərələyəzli “Nəhəng Gəmi”,” Türkiyə- Azərbaycan”,” İlham- Ərdoğan” mahnılarını ifa edərək dinləyicilərdə  kövrək hisslər oyatdı. Pavilyonun sərgisi ilə tanış olanlar arasında tanınmış ziyalılardan filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyi tərkibində Cəfər Cabbarlı komissiyasının sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Elmi Şurasının və Bakı Dövlət Universitetində Dissertasiya Şurasının üzvü Asif Rüstəmli ,xalq şairi Vahid Əziz gənc hüquqşünas, Respublika Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov və digər tanınmışlar bu  pavilyondaki  sərginin möhtəşəmliliyini hamının nəzərinə çatdırdı.Burada gənc vəkil Adəm Məmmədovun “Qətli sonu “və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi ,İslam Fəlsəfəsi şöbəsinin müdiri  Könül Bünyadzadənin” Könül dünyası” kitablarının təqdimatı da maraqlı oldu. Sonda xatirə şəkilləri və video kadrlar lentə alındı:

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

İNK-nın Abşeron rayonu üzrə sədri,  “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

TÜRKİYƏ YAZARLARI AZƏRBAYCANDA MƏDƏNİ ƏLAQƏLƏR İCTİMAİ BİRLİYİNİN QONAĞI OLUB

TÜRKİYƏ YAZARLARI AZƏRBAYCANDA MƏDƏNİ ƏLAQƏLƏR İCTİMAİ BİRLİYİNİN QONAĞI OLUB

Bu günlərdə Respublikamızın tarixi yerlərində- “Fəxri Xiyaban”da, muzeylərdə, Şəhidlər Xiyabanında olmuş bir qrup türkiyəli yazarlarla Azərbaycan Nəşriyyatında İNK-nın akt zalında görüş keçirilmişdir. Görüşü giriş sözü ilə “Azərbaycan-İraq Mədəni Əlaqələr İB”-nin sədri Dünya Sülh səfiri, BMT-nin üzvü Tahirə xanım Məmmədova açdı. O qonaqları salamlayaraq onlarla Türkiyədəki görüşləri barədə dinləyicilərə ətraflı məlumat verdi. Sonra Azərbaycanın və Türkiyənin himni səsləndirildi. Nümayəndə heyətinin rəhbəri Türkiyənin tanınmış şairi Coşkun Karabulut “Könül Yolçuları” adlanan platformanın üzvləri ilə Azərbaycana səfərindən danışdı. Sonra qonaqların çıxışlarına verildi. Şairlərdən Celal Bozkurt, Yusuf Ziya Yılmaz, Turğay Değirmancı, Hacıbayram Aslandaş, Şafak Elməddin Deniz, Zehra Selçuk Gül, Üzeyir Güleş, öz yeni şeirlərini söylədilər.

Xanım Seral Beyazgül Azərbaycanda Nazilə Gültacın yenicə çapdan çıxmış eyni adlı kitaba (“Könül Yolçuları” )  görə yazar dostuna minnətdarlığını bildirdi. Tədbirdə xeyriyyəçi Hacı İntiqam şair publisist Əyyub Şirvanlı, Rauf İlyasoğlu, Elçin Məmmədli, İradə Məlikova, Sevda İbrahimli bir neçə kitabın müəllifi Türkiyədə platformada iştirakçı olmuş, şairə Elmira Aslanxanlı Türkiyə-Azərbaycan dostluğuna Qarabağ Zəfərinə həsr olunmuş şerlərini və bu sətirlərin müəllifi Elmira Aslanxanlının “Qarabağ Azərbaycandır”  və “Dost Gəlişi” şeirlərini söylədilər. Tədbirdə Lerikdən gəlmiş Qazi Üzeyir Məmmədov, şair Nizami Kolanlı və Püstə Rəvan da iştirak edirdi. Görüşün sonunda qonaqlara Fəxri Diplomlar təqdim olundu. Nümayəndə heyətinin rəhbəri Coşkun Karabulut tədbir iştirakçılarına və təşkilatçı Tahirə xanım Məmmədovaya heyəti adından təşəkkür etdi. Sonda xatirə şəkilləri çəkildi. Qonaqlar Qarabağa-Şuşaya səfər edəcəklərini bildirdilər.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

İNK-nın Abşeron rayonu üzrə sədri,  “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR GÜNÜN TƏƏSSÜRATLARI

Vətən Müharibəsi Qəhrəmanı Vüqar Əhməd oğlu Ağayev

BİR GÜNÜN TƏƏSSÜRATLARI

İyulun son günlərində aldığımız acı xəbərin sorağıyla bir qrup şəhid anaları ilə Beyləqanın Qəhrəmanlı kəndində yola düşdük… 

27 yaşlı Yaqublu Fərman Telman oğlunun  – bu kəndin 17 – ci şəhidinin yas məclisinə…

Qrupumuza İNK-nın Abşeron rayonu üzrə “Şəhid anaları və Milli Qəhrəman ailələri” departamentinin sədri – şəhid qərərgah rəisi, kapitan Əsəd Fərhad Oğlu Həsənovun anası Mələk Xanım “Qadınlar Şurası”nın sədri – şəhid polkovnik – leytenant   Vüqar Əhməd oğlu Ağayevin  anası  Nənəxanım Ağayeva da daxil idilər. Yeri gəlmişkən Fizulinin azad olunmasında şəhid olan İsmayıl Qasımovun anası Mahirə Nəzərliyə bu səfərin təşkilində anaların pulsuz nəqliyyatla təmin olunmasında və şəhid analarına dəstəyini əsirgəməyən, 1-ci Qarabağ  müharibəsində 1-ci qrup əlil olmuş qazi Rövşən Cəfərovun həyat yoldaşı Könül Cəfərovaya da minnətdarlığımı bildirirəm.

 Qəhrəmanlı kəndinə çatdıqdan sonra  bizi dörd hərbiçi könüllü -qazilər Orxan Balakişiyev  və Məhərrəm Məhərrəmov, könüllü müharibə iştirakçıları  Asəf Əliyevlə  Sadiq Həziyev müşayiət edirdilər…

Kənddə  yolboyu  44 günlük Qarabağ müharibəsinin 17-ci şəhidinin gül-çiçəyə bürünmüş gülərüzlü plakatlarını gördükcə həm  kədərlənir, həm də bu igidlərimizlə qürur duyurduq. Təkcə bu  kənddən 17 şəhidin olması bizi çox təsirləndirirdi…

Kəndin küçələrində gənclərin  əllərində idman çantaları  ilə məşqə getmələri də nəzərimi cəlb etdi. Vətənimizin zəfərə nail olması elə belə hazırlıqlı gənclərin sayəsində olmuşdur…

 Budur, Fərmanın evində daxil olduq. Başda 27 yaşlı şəhid ata ilə 27 yaşlı şəhid oğulun şəkillərindən ibarət güşə və onların xatirə əşyaları olan stol və bayrağımız…

Sura ana bizim qəfil gəlişimizdən tutuldu və ata ilə oğulun birgə şəkillərini qucaqlayıb ağladı və oğlunu oxşadı… Biz İNK -nın üzvləri ilə şəhid analarından Fizulinin, Suqovuşanın, Qubadlının, Şuşanın, Talış kəndinin, Laçın dəhlizinin və başqa rayonların azad olunmasıda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalmış İsmayıl Qasımovun, Sübhan Abdurrəhmanlının,Tural Rəhimlinin,  Rəşid Həmidovun, Əsəd Əsədlinin, Teymur Məcidzadənin, Nurlan Atakişiyevin, Miqdad Abduləlimovun anaları Mahirə ana Mehriban ana, Süsən ana, Tənzilə  ana, Səidə və Yasəmən ana, Pərvanə, Mələk və Nənəxanım ana Sura anaya mənəvi dəstək olmaq üçün onun yanına gəlib şəhid ocağını ziyarət etməyi özlərinə borc bildiklərini dedilər. Könül xanımla və Aybəniz xanım ona təskinlik verərək şəhidliyin uca zirvə olmağı haqqında söhbət etdilər.

 Bütün şəhid analarının  bir istəyi var; onlara mənəvi  dəstək olmaqla diqqətdə saxlamaq. Analar mənəvi qayğıya ehtiyac duyduqlarını bir daha xatırlatdılar. Sura ana ilə xeyli söhbət etdikdən sonra analarla qonşuluqdakı  şəhid Vüsal Nadir oğlu Hüseynovun ailəsini ziyarət etdik. Bizi görən Nadir ata hönkürtü ilə ağladı, onun səsinə Aidə xanım otaqdan çıxıb bizi Vüsalın otağına apardı… Burada Vüsalın iki maketi, paltarlatı medalları və digər əşyaları səliqə ilə düzülmüşdü.  Aidə ana birdən onun boş qalan digər otağından Vüsalın son dəfə geydiyi köynəyi gətirdi… Və əlavə etdi ki, hər gecə onun iyini bu köynəkdın alıb yatıram. Onlara təskinlik verib  həyətdə xatirə şəkli çəkdirirdik ki, ana oğlunun maketini gətirdi ki, qoy Vüsalım da bizimlə olsun…

Fərmanın bacısı bizi şəhid ailəsi Yaqut müəlliməgilə  də  gətirdi. Onunla da görüş çox hüznlü oldu… Bütün şəhid anaları eyni fikri vurğulayırdı: “… onu saxlaya bilmədik, müharibə başlayan kimi dərhal cəbhəyə getdi…” Qəhrəmanlıqla döyüşən igidlərimiz çoxdan Ali Baş Komandanımızın əmrini gözləyirdilər. Gözləyirdilər ki, vəhşi faşist vandallarını Qarabağımızdan qovsunlar…  Şəhid anaları ona da təskinlik verərək dərdinə şərik olduqlarını söylədilər. Beləcə Sura ana ilə vidalaşıb rayonun “Şəhidlər Xiyabanı”na getdik… Sanki igid oğullarımız bizi gözləyirdilər. Tər gül-çiçəklərə bürünmüş bu ziyarətgahda bilmədik haradan başlayıb harada qurtaraq….

Ətrafdakı xatirə lövhəsində yüzlərlə şəhid elə bil bizə deyirdi ki, ayaq saxlayın, bizi də yad edin… Təkcə Beyləqanda nə qədər şəhid varmış! Bizə şanlı qələbə, zəfər bəxş edən  igid şəhidlərimiz… Onlara dualar oxuyub İmişliyə getdik. Burada Mələk ananın qərargah rəisi, kapitan oğlu Əsəd Həsənov və dostu Elmir Şəmsioğlu Bayramov uyuyurdu. Ziyarətgaha daxil olanda Əsədin atası Fərhadın burada olduğunu gördük, görüşdük səbr dilədik. Hər iki şəhidin məzarına tər çiçəklər qoyduq və Bakıya dönərkən yol boyu analar bir-bir yenə şəhidlərimizi  xatırladılar…  Kədər və qürur qarışıq bir gün keçirdik. Şəhid analarının belə görüşlərə çox ehtiyacları olduğuna şahidlik etdik. Onların hər şeydən çox həmsöhbətə ehtiyacları var…   Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun…

    31 iyul-2021 – Bakı.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏZAKƏT KƏRİMOVA -ƏHMƏDOVA ZİYADAR MÜKAFATINI TƏQDİM EDİB

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA ZİYADAR MÜKAFATINI TƏQDİM EDƏRKƏN.

Bu gün Azərkitab kitab təbliğatı mərkəzində baş tutan kitab təqdimatı zamanı Yazarlar jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova Əfşan Yusifqızına Ziyadar Mükafatı təqdim edib.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru