Qəbələnin bu kəndində 1992-ci ilin fevral ayının 20-sində anadan olmuş Vüqar da adicə kənd uşaqlarından biriydi. Lakin, 44 günlük müharibə onu minlərlə, milyonlarla insanlara şücayətinə, igidliyinə, qəhrəmanlığına görə tanıdı və hamının qəlbində, dilində fəxrlə, hörmətlə əbədi qaldı.
Səmədli Vüqar Vaqif oğlu 1998-ci ildə Qəbələnin Yengicə kənd məktəbinin 1-ci sinifinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbdə təhsil alıb.
2010-cu ilin aprelində həqiqi hərbi xidmətə gedib. Xidmətini Bakı şəhərində “N” saylı hərbi hissədə Sülhməramlı qüvvələrdə edib. 2011-ci ildə oktyabr ayında hərbi xidmətini başa vuran Vüqar ailələrindəki maddi çətinliyə görə Çeçenistanda tikintidə işləməyə getmişdi.
Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olduğunu eşidib, işini ataraq Vətənə qayıtmağı qərara alıb. Bir müddət karantində qalır, Vətənə gələndə artıq Vətən Müharibəsi başlanmışdı. O, oktyabrın birində evə gəlmədən hərbi komissarlığa gedir, könüllü yazılır.
Dörd gündən sonra, yəni oktyabrın 5-ində könüllü olaraq müharibəyə gedir. Bir neçə gün Ağcabədidə “N” saylı hərbi hissədə qalır və daha sonra mən buraya yatmağa yox, döyüşməyə gəlmişəm,- deyərək komandanlığa müraciət edir.
Kəşfiyyatçı kimi bu sıralara qatılır və Zəngilan, Qubadlı, Füzuli, Cəbrayılın düşmənlərdən azad olunmasında fəal iştirak edir. Daha sonra Şuşa uğrunda döyüşlərə qatılır.
2020-ci il noyabr ayının 2-sində Şuşanın Daşaltı kəndi uğrunda gedən ağır döyüşlərdə Şəhid olur. Noyabrın 3-ü, ertəsi gün onu doğulduğu Yengicə kəndində dəfn edirlər.
Şəhid Səmədli Vüqar Vaqif oğlu ölümündən sonra cənab Ali Baş Komandanın sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Bildiyimiz kimi Məmmədov Elcan Zöhrab oğlu 1989-cu Tərtərdə anadan olub. 1996-cı ildə ailəsinin Bakıya köçməsilə əlaqədar Bakıxanov qəsəbəsindəki 96 nömrəli tam orta məktəbin I sinifinə getmiş, 2007-ci ildə orta məktəbi bitirərək, həmin ildə də Texniki Universitetiə qəbul olunmuşdu.
2010-cu ildə ailə qurmuş, 2011-ci ildə universiteti bitirib, hərbi xidmətə yola düşüb. Xidmətini Cəlilabad rayonunun Göytəpə qəsəbəsində “N” saylı hərbi hissədə başa vurub və Bakıya ailəsinin və valideynlərinin yanına qayıtmışdır.
2013-cü il 2 apreldə qızı Ayan dünyaya gəlib. Ata kimi çox sevinib. Belə ki, 2015-ci ilin 5 iyulunda isə ikinci körpəsi-Ramal dünyaya göz açıb. 2018-ci ildə öz istəyi ilə xüsusi kurs keçərək leytenant rütbəsini alıb, Daşkəsən “N” saylı hərbi hissəsində işə başlayıb. İşlədiyi müddətdə əsgərlərin dərin rəğbətini qazanmışdı. Əsgərləri onun haqqında:-leytenant Məmmədov bizim komandir yox, böyük qardaşımız olub. Gözəl insan idi. Cibindəki son qəpiyini də bizim üçün, ehtiyaclarımızı ödəmək üçün xərcləyərdi.
Hər zaman xatırladırdı ki, nəyə ehtiyacınız olsa, çəkinmədən mənə deyin. Əvəzolunmaz komandir idi. Gülərüz, ürəyi təmiz, çox mehriban, hamının qeydinə qalan bir insan idi.
Paxıllıq nədi bilməzdi. O, həm də gözəl övlad, mehriban ailə başçısı, qayğıkeş ata, sevimli qardaş idi. 2020-ci ilin 8-i apreldə Goranboyun Tapqaraqoyunlu kəndinə təyinatı verildi. General Polad Həşimovun şəhid olduğu ay Elcan həmin döyüşlərdə iştirak etmiş, 2020-ci il 27 sentyabrında 44 günlük Vətən müharibəsi döyüşlərində Talış yüksəkliyi istiqamətində komandiri olduğu taborla bu istiqamətdə hücuma keçdi…
Maxenin dediklərindən:
-Bizdə ruh yüksəkliyi olsun deyə komandir həmişə çox öndə gedirdi, ardımca gəlin:-deyərdi. Döyüş zamanı ayağından yaralandı.
Maxe ona:-yoldaş komandir, Siz yaralısınız, qayıdın.
-Boş şeydir, mən yaralanıb qayıdım, sən yaralıb qayıt, bəs irəli kim getsin?
-Ardımca!-irəli işarəsini verdi. Ön cəbhəni yarıb keçdilər. İkinci cəbhəyə yaxınlaşarkən snayperlə başından vuruldu, şəhadətə qovuşdu.
Döyüş dostları:-Elcan çox gözəl igid idi, kaşkə sağ olaydı. Şəhidliyə ucaldı qəhrəmancasına.
Elcan deyirdi:-Uşaqlar bizimki buracandır, öldü var, döndü yoxdur! O, çox gözəl insan idi. Nə olur olsun, Vətənimiz sağ olsun!
Qəhrəmancasına döyüşdü və tabeçiliyində olanlara örnək oldu! Əsil qəhrəman nümunəsi kimi fəxr edin. Hücuma keçməzdən əvvəl həyat yoldaşına: -Ömrüm, oğlumla qızıma deyərsən ki, artıq ataları ilə fəxr edə bilərlər!..
Atası Zöhrab Məmmədov 1992-ci ildə I Vətən Müharibəsinin iştirakçısı olub. Elcan həmişə atasına deyərdi:-Sən ala bilməyən torpaqları Allah qoysa mən-oğlun alacağam!!!
Anası Sahilə xanımın dedikləri;
-Mənə deyirdi ki, ana vaxt gələcək səni barmaqla göstərib deyəcəklər…Mayor Elcan Məmmədovun anasıdı! Mənimlə fəxr edəcəksən!
Anası Sahilə xanımın:
-Mən onsuzda da balamla fəxr edirdim:-Həm bir övlad kimi, həm də gözəl bir vətənpərvər insan kimi.
Həyat yoldaşı:-Elcan həmişə mənə deyərdi:-Gülüm,
Gülüm, mən sənin qəhrəmanınam. Mənimlə həmişə fəxr edəcəksən.
Mənim adım gələndə hamı ayağa qalxıb sənə yol verəcək…
Mən yoldaşımla həmişə fəxr edirdim, qürur duyuram-bir insan kimi, bir yoldaş kimi!
Ailəmizdə həmişə söz düşəndə deyirdik: -Elcan tək bizdən yox, neçə illər sonra köməyə ehtiyacı olan əsgərlərdən, insanlardan-evdən yox, eldən getdi.
Elxan ağıllı övlad, qayğıkeş ata idi. Bütün arzularını, xəyallarını Vətənə qurban verdi.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda”, “Laçının azad olunması uğrunda” medalları ilə təltif olunmuşdu.
Bəli, şəhidlərimiz uzun illər həsrətində olduğumuz torpaqlarımızı azad edərək özlərinin yüksək arzularına çataraq Şəhid oldular.
Şəhidlər ölməz, Vətən bölünməz!
Elimizin minlərlə Şəhidindən biri olan Elcanımız barədə qısa da olsa, məlumatları oxucularıma çatdırmağı özümə mənəvi borc bildim.
Amilənin atası Amil müəllim uzun illər rayonda sayılıb seçilən, müxtəlif vəzifələrdə çalışmış hörmətli ziyalı idi.
O, övladlarının təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi ki, layiqli peşə sahibləri olsunlar, vətənpərvər, ailə ənənələrinə sadiq oğul-qızlar kimi böyüsünlər.
Ailədə iki oğul və iki qız böyüyürdü. Orta məktəbi bitirər-bitirməz qızlara elçilər çıxır, ana gizlicə onları: “hələ tezdir”-deyə qaytarırdı. Şəhər mühitində böyüsələr də ev işlərində ana qayğısı görən qızlar müxtəlif xörəklərin bişirilməsinə diqqət edirdilər. Amilənin böyük bacısı Nailə ondan fərqlənirdi belə ki, Amilənin oxumağa həvəsi olmadığı halda Nailə dərslərinə ciddi yanaşır, müxtəlif fənn olimpiadalarının qalibi olurdu.
Nailə məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul olundu. Amilə də bir il sonra məktəbi bitirdi, lakin təhsilini davam etdirmək fikri yox idi…
Bəli, elçilər nəhayət, məktəbi bitirən qızlar üçün qapını döyməyə başladılar.
Nailənin ərə getməyə fikri yox idi. O, yalnız ali təhsilini bitirərək, elmi işlə məşğul olmaq arzusunda idi.
Amilə isə ailə qurmaq üçün meylli olduğuna görə anasdı ona gələn elçilərə “fikirləşərik”-cavabını verdi.
Əlbəttə, “yaxşı, razıyıq” sözünü birdən deyə də bilməzdilər. Çünki, ailə qurmaq, getdiyi yerə uyğunlaşmaq, həmin ailənin daxili “konstitusiyasına “ əməl etmək üçün tam hazır olmaq lazım idi.
Özü də kənd həyatına alışmaq, ailədə qaynana, keçmişin zabitəli qaynatası, baldız və qayınlar olduğuna görə ana razılıq verməyə çətinlik çəkirdi, elçilər isə əl çəkmir, qızı alacaqlarını deyib dururdular.
Nəhayət, qohumlar arasında ümumi razılığa gəlindi, Amiləni nişanladılar. Olmağına oğlan da pis oğlan deyildi:- ali təhsilli mühəndis idi.
Nailə üçün də gələn elçilər fürsətdən istifadə edərək “həri”ni aldılar…
Günlərin xoş bir payız günündə gözəl bir çal-çağırla Amiləni rayona yaxın kəndlərdən birinə gəlin apardılar.
Qısa müddətdə Amilə getdiyi yerdə özünü hamıya sevdirə bildirdi. Ailədə hamı ataya hörmət edir, o, evə gələndə əl-ayağa düşürdülər. Çünki, uzun illər kolxoz sədri işlədiyindən hökmlü, zabitəli, cüssəli kişi idi. Ona yalan demək, sözünü iki eləmək, yanında yersiz hərəkətlərə yol vermək qətiyyən ağla belə gəlməzdi.
Amilə bu evə gəlin gələli ağzındakı “yaşmağ”ı hələ açmamışdı. Bunu özünə ayıb bilir, qaynata ilə danışmağa da cürət etmirdi. Hərdən qaynatasının “gəlin, çayın hazırdır?”- deməsinə də “bəli” deyirmiş kimi başını yelləyərdi. Gəlinin abır həyanı gözləməsi onu qaynatanın gözündə daha hörmətli edirdi.
İşdən yorğun gələn kişi birdən: “ay gəlin, ocağın üstündəki nədir elə qaynayır?”-deməsindən diksinən Amilə səssizcə qaynatasının yanına gəlib, yaşmağını aşağı saldı, ilk dəfə: -“su”-dedi və yenidən yaşmağını ağzına çəkib ona çay süzdü. Onun bu qəfil hərəkətinə qaynanası və baldızı xəfifcə qımışdılar.
Amilə hələ də anlamadı ki, onlar nəyə gülümsədilər. Belə söhbətlərdən biri də ertəsi gün baş verdi.
Həyat yoldaşı işdən çox yorğun qayıtdığından yeməyini yeyib, yataq otağına keçərək taxtında uzandı. Ev iki mərtəbəli olduğundan kənd evlərinə məxsus ikinci mərtəbədə də ayaqyolu və əlüzyuyan eyvanın yuxarı başında yerləşirdi. Amilə süfrəni yığışdırdı, qab-qacağı yuyub yerləşdirdi, ocağa iki odun da atdı ki, otaq gecə soyumasın. Sonra gedib əllərini yumaq üçün əlüzyuyanın yanına gəlmək istəyəndə gördü ki, ayaqyolunun qapısı aralıdır, içəridə yataq paltarında adam var. Əvvəlcə duruxdu, sonra elə bildi ki, yoldaşıdır, zarafatla ehmallıca çiyninə vurub-“elə bildim dədədir”-dedi, keçib əllərini yudu, sakitcə otağına qayıtdı, gördü əri taxtda yatıb. Əvvəlcə duruxdu, bir anlıq həyəcan keçirdi.
Sən demə bu sözləri elə qaynatasına deyibmiş… Təsəvvür edin, daha xəcalətdən qaynatanın üzünə çıxa bilərdimi?!
Günlərin bir günü Amilə baldızına dedi ki, o kiçik qozlardan gəl qoz mürəbbəsi bişirək . Bağlarında iri qoz, fındıq ağacları ilə yanaşı, bağdan keçən arxın o biri tərəfində də müxtəlif meyvə ağacları var idi. Bağda gəzməyi çox sevirdi Amilə.
Hər tərəf yaşıllıq idi. Elə mürəbbəni də burada bişirmək qərarına gəldilər. Baldızı evdən iri mürəbbə tiyanını gətirdi, Amilə şəkər tozunu tiyana tökdü. Ocaq hazırlandı; iki iri kərpic gətirib, üstünə tiyanı qoydular və şəkər tozuna hər kiloya bir stəkan su əlavə etdilər, hardasa 10 kiloluq mürəbbəyə hazırlıq gördülər. Ağaclardan yığdıqları göy qozları yudular. Ocağın altına bağdan topladıqları oduncaqları səliqə ilə düzdülər.
Quru çubuqlar yandıqca tiyandakı şərbət yavaş-yavaş qaynağa düşdü, yuyulmuş gömgöy qozları tiyana tökdülər. Xeyli gözlədilər, arabir qarışdırırdılar. Hərdən evə də gedib atanın işdən gəlib-gəlməməsini də yoxlayırdılar. Axı, ona qoz mürəbbəsi bişirirdilər. Həm də bu mürəbbə gəlin-baldızın ilk bişirdikləri mürəbbə olacaqdı.
Nəhayət, bişirdiklərini dadmaq istəyəndə…Vay, bu nədir? Acı zəhər! Bir-birinin üzünə baxdılar. Axı, onların yedikləri qoz mürəbbəsi çox ləzzətli, şirin idi.
Amilənin nitqi qurumuşdu, bilmirdi nə etsin…Baldızı tez evə qaçıb məsələni anasına danışdı. Ana elə qızını özbaşına, məsləhətsiz belə iş gördüklərinə görə danlayırdı ki, atası gəldi və “nə olub?”-deyə soruşdu. Qız qorxudan tez, “heç nə”, “anamdan söz soruşurdum”-dedi. Ana işdən gələn yorğun ərini yuxarı apardı.
Amilə həyəcanla baldızını gəlməsini gözləyirdi. Nə edəcəklərini hələ bilmirdi:-həm məsləhətsiz bu işi gördüklərinin, həm də xeyli miqdarda şəkər tozunu israf etdiklırinin, həm də bilmədikləri işə görə danlanacaqlarının həyəcanını keçirirdi ki, baldızı qaçaraq gəldi və Amilə, gəl tiyanı otlarına arasına çevirib tökək, heç kəs bilməsin,- dedi.
Eləcə də etdilər. On kiloya yaxın “mürəbbə”ni otların arasına töküb, tiyanı arxda yudular, səssizcə gətirib həyətdəki mətbəxə qoydular.
Əminliklə yəqin etdilər ki, kişi heç nə bilməyəcək. Çünki, onun dilinə düşsələr danlanacaqlar.
Bir neçə gün keçdi. Hava xoş idi. Amma bağı yaman vızıltı səsi bürümüşdü. Amiləgilin bundan xəbəri yox idi. Qaynatası arıların vızıltısını eşidib, öz-özünə-burda arılar olmur axı, bəlkə ağacda pətəkləri var-düşüncəsi ilə “hadisə yerinə” yaxınlaşdı.
Vay… burada nə qədər arı, milçək və başqa böcəklər var. Ehtiyatla arılardan uzaqlaşıb evə gəldi. Və… bağda gördüyündən baş aça bilmədiyini söylədi.
Amilə baldızına gözucu baxdı və baxışları toqquşanda hər ikisinin üzündə kədər dolu təbəssüm göründü.
İllər keçdi…Sonralar Amilə də, baldızı da qoz mürəbbəsinin bişirilməsini biləndə və onu bişirib süfrəyə qoyanda “naşı bacarıqlarını” xatırlayır və övladlarına danışıb gülürdülər.
1. Nəzakət Kərimova – Əhmədova, nədən həm Kərimova həm Əhmədova ?
56 ildir ki, mətbuatda mənim imzam Kərimova olub ata imzam ailə quranda Əhmədova olub şəxsiyyət vəsiqəmi dəyişəndə dedim ki, imzam qalsın dedilər olmaz Əhmədova yazmalıyıq mən “fb” da gördüm ki, həm Kərimova həm də Əhmədova Nəzakət var dolaşıqlıq olmasın deyə belə yazıram.
2. Mətbuat imzanız Kərimova ata imzanız Əhmədova sonradan yaradıcılığınıza bir təsiri olub Kərimova Əhmədova yazmaq necə bir hissdir?
Kərimova mənə atamı “hmədova isə həyat yoldaşımı xatırladır Nəzakət Kərimova “hmədova: Prezidentimizin sərəncamı ilə “İlin müəllimi” müsabiqəsində qalib olarkən Kərimova, ikinci sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldükdə isə Əhmədova imzası ilə təltif olunmuşam. Nəzakət Kərimova Əhmədova: Və bu imza ilə yazmağımla qürur duyuram.
3. “Tərəqqi” medalına layiq görülmək,,ilin müəllimi, müsabiqəsində qalib olmaq mətubatda 56 ilinizin ən gözəl dəyəridir necə bir duyğudur nəzakət xanım?
İstər “İlin Müəllimi”,istərsə də “Tərəqqi “medalını alarkən sevincimi təsəvvür edə bilməzsiniz . çox müsabiqələrin qalibi olmuşam ,pul mükafatları və diplomlar almışam. həmişə əvvəl həyəcan , sonra isə sevinc göz yaşları….bilirsiz müsabiqələrə gedəndə məni maddiyyat yox, mənəviyyat daha çox maraqlandırır..yüzlərlə pedaqoqların içində qalib olmağın sevincini təsəvvür edə bilməzsiz!!!” İlin müəllimi ” müsabiqəsində nəticəni gözləməyin həyacanı ağıla gəlməzdir! O vaxt qaliblərin adını televiziyada bir bir oxuyurdular ..biz ailəlikcə oturub baxırdıq ki görəsən müsabiqədən keçə bildimmi? növbə çatanda Kərimova Nəzakət Emin qızı adımı eşidəndə qonşuluqda yaşayan qızımın necə həyəcanla sevinc göz yaşları ilə gəlib məni qucaqlaması hələ də gözümün önünə gəldi! Çünki nəticəni bütün rayon pedaqoqları və bölgələrdəki dostlarım da gözləyirdi İndi təsəvvür edin zənglərə cavab verib qurtara bilmirdim….bu hissləri keçirənlər bilər.. “Tərəqqi “medalı ilə təltif olunmağımı da bilmirdim səhər tezdən təhsil şöbəsinin müdiri bu xoş xəbəri verəndə dərsə gedirdim …Məktəbə çatanda gördüm ki artıq televiziyadan müxbirlər həyətdə məni gözləyirlər…Əlbəttə zəhmətinə ,uzun illərin əziyyətinə dəyər verib qiymətləndirmək unudulmaz gözəl və kövrək hisslərdir…
4. Müəllimlik ali peşədir şagirdlər necə nəzakət müəlliməsindən razıdırlarmı?
Razı olmaya bilərlərmi?! Onları sevərək vətənpərvər, cəmiyyətə faydalı şəxsiyyət kimi təqdim etmişəmsə…
5. Ailənizdə necə narazılıq edən olub ədəbiyyaçı olmağınıza görə narazılıq olsun istəməsinlər?
Əksinə bütün fəaliyyətimin arxasında uğurlarımın sevincinə ilk sevinib məni ruhlandıran həyat yoldaşım oğlum qızım, sağlığında isə atam, anam bacılarım elə bu gün də uğurlarıma yaxın bildiyim həmkarlarım ,keçmiş iş yoldaşlarım sevinclərimə şərik olur,mənə mənəvi dəstək verirlər. Bu sahədə özümü qismən xoşbəxt hesab edirəm Atam dünyasını dəyişəndə depresiyaya düşdüm uzun müddət Respublika xəstəxanasında müalicə aldım həkimlər mənim müalicəmi yalnız diqqətimi nəyəsə cəlb etməyi lazım bildilər..Və mən o zamandan elmi işlə məşgul oldum…sonra nəvəmin vaxtsız ölümü məni çox sarsıtdı və fikirdən onkoloji xəstəliyə düşdüm..uzun müddət marağım həyata söndü…
6. Ailə də neçə uşaq idiniz Allah rəhmət eləsin atanız necə biri idi övladlarına qarşı sərt adam idi atanızda müəllim idi?
Allah razı olsun ailədə 8 uşaq olmuşuq. hamımız təhsil almışıq. Atam təhsilimizə qarşı çox diqqətli idi. BVM veteranı idi (jurnalda qeyd etmişəm) Sərtliyi təhsilimizlə bağlı olub.
7. Nəvənizin neçə yaşı var idi ruhu şad olsun xəstə idi yoxsa adı nə idi nəzakət xanım nəvənizə həsr ediyiniz yazılar var?
Nəvəm sağ qalsaydı 21 yaşı olacaqdı gözəl şeirləri, rəsmləri mətbuatda jurnalda dərc olunmuşdu..onu anadan olandan (2000 ci il 4 oktyabr)özüm saxlamışdım. 5 yaşında uziyə salanda (OMD də) bildik ki böyrəyi multikistoz imiş.. Cavadzadə dedi ki, bu ilin sonuna kimi qala bilər .((Amma mən onun müalicəsi ilə daha ciddi məşgul oldum havalanırdım ki belə zəkalı dünya görüşlü uşagı necə itirə bilərik!! Yaxşi həkim tapmaq üçün hacı nurana müraciət etdim. Allah ona kömək olsun rayona gəlib evimizdə çəkiliş apardı və çəkilişdən sonra bir səxavətli mərhəmətli oğul nəvəmin Türkiyədə böyrəyini dəyişmək üçün yardım edəcəyini deyib uşağı gətirməyi xahiş etdi..İrandan böyrək də köçürmək üçün razılıq aldı və Gülhanədə(45 min ə) əməliyyata gedərkən həkimdən göndəriş almağa getdik. həkim dedi ki, yaşla çəki düz gəlmir narkozdan çıxa bilməz!!təsəvvür edin !!!Nə hala düşdüm. qalan illərinə görə fəaliyyətimi kənara qoyub yalnız onunla oldum …Çoox duyğusal uşaq idi..birdən nəsə demək istəyirdi ama susurdu..yalvarıb soruşurdum deyirdi Bakıya bulvara gedərdim ..həmən taksi tutub gətirir gəzdirib aparırdım…onun bütün arzularını yerinə yetirmişəm deyə özümdə rahatlıq tapıram(((…mayın 20 sində dedi ki, nənə həkimlərimin yanına apar…biz Bakıya urologija xəstəxanasına gəldik analizləri verdik kreatinin cavabını görəndə dəli oldum 676!!!!dedim cavab səhv olar..həkim dedi olduğudur!mən hər dəfə müayinəyə gətirəndə onun kreatinini aşağı salmaq üçün müalicə alırdıq 300 lə 400ə yaxın olurdu həkimdən soruşdum ki neçə olanda insan ölə bilər demişdi 400..Birdən görürəm ki hansı həkimə gedirik hamısına üzrxahlıq edir, halallıq alır!!!((((sən demə Bakiya halallıq almaq üçün gətirdib. rayona qayıtdıq 21 ində rayona təhsil naziri gəlmişdi konfransa məni dəvət etdilər getmək istəmirdim…asimanım dedi ki, nənə get mən yaxşıyam…getdim konfrans qurtarıb yola çıxırdım qızım zəng etdi ki, tez gəl asimanın vəziyyəti pis oldu. 22 si söhbət edə edə gülə gülə dünyasını dəyişdi. 13 yaşında. yoldaşım da asimanın ölümünə dözə bilmədi ayaqları yığıldı gəzə bilmədi..sonda yatağa düşdü 3 ildir ki , dünyasını dəyişdi. qızım da oğlundan sonra depresiyaya düşdü.. tam sağlam olduğu halda pis vəziyyətdə idi həkimlər onun mühitini dəyişməyi dedilər ona görə də Bakıda işə qoyduq cəmiyyət içində şəhərin hay küyündə olmaq onu qismən də olsa fikirdən ayıra bildi qızım.
8. Bu dərd qəmin yaradıcılığınıza təsiri olub…
Əlbəttə sevib həyatımla bağlandığım əzizimi itirəcəyimə görə ağır zərbə aldım.
9. Dəstəkçilərinizdən biri də yoldaşımdı dediniz o da yazmağa cəhd edirdi yoxsa işi başqa idi…
O da müəllim idi bir məktəbdə işləyirdik..O yalnız mənim yazılarımı köşkdən birinci alırdı ilk oxucum idi.. çox maraqlı idi ona mənim həvəslə maraqlanıb fəaliyyət göstərdiyim ictimai işlər…heç vaxt mənim hərtərəfli pedaqoji fəaliyyətimə zidd olmayıb əksinə mənə mənəvi dəstək idi həmişə…
10. Yenə o dərd həmişə sizi göynədir ağladır o dərdən sonra sizi güldürən nələrsə oldumu həyatınızda..?
Bəli bu dərd bu gündə mənimlədir…həyat yoldaşım gözəl ömür sürüb nəvə toyu da gördü. amma nakam nəvəmin arzuları çox idi yazıb qoyub ki, həcc ziyarətinə gedəcəyəm.. O zaman teleaparıcı leyla xanımdan çox xoşu gəlirdi zaurla görüşmək arzusu vardı….Mübarizin şəhid olduğu gün sarılıb ağladı və ona şeir yazdı həmin şeir mətbuatda çap olundu, tədbirlərdə söylənib..mən biləsuvarda Şəhid anaları ilə ev muzeyində olarkən həmin şeiri şəhidimizin anası Tamara xanıma təqdim etdim ….ani təbəssüm gülüş olsa da o daim ürəyimdədir. İnanırsız qohumlarım mənim uşaqlara münasibətimin sevgimin soyuq olduğunu hiss edirlər ,çünki ondan sonra uşaqlara sevgim qalmayıb…bəzən xoşladığım uşaqlar olub onda elə bilirəm ki, asiman məni görür …qısqanır…
11. Son günlər nələr yazırsınız mövzularınız nələrdir yeni kitab düşünürsünüz inşallah həccə gedərsiniz Allah niyyətləriniz qəbul olar ?
Son il, son aylar və günlər Şəhidlərimiz Qazilərimiz Müharibə Veteranları ilə keçirdiyimiz tədbirlər, ziyarətlər, Şəhid anaları ilə regionlara olan səfərlərimizdən, kitab təqdimatlarından müxtəlif görüşlərdən və s yazıram. Ümumiyyətlə Respublika qəzetinin baş redaktoru, mərhum Teymur Əhmədov həmişə təkid edirdi ki, Xatirə kitabı yazım… Müharibəyə görə ləngidim..Yəqin nə vaxtsa ömür vəfa etsə kitabı da yazacağam. Pedaqoji fəaliyyətimin 40 ilə yaxın dövrünü N. Nərimanovun Bakıdakı ev muzeyinin filialı kimi yaradıb təşkil etdiyim və rəhbəri olduğum muzey işinə həsr etmişəm.. İctimai işlərə olan marağım, həvəsim mənim həyatda olmağıma stimul verir ömrümü həsr etmişəm bu maraqlı sahəyə. hər hansı bir mövzu məni maraqlandırırsa onu oxucularımla bölüşməyə tələsirəm… mənim çox yaxın dostum var onunla fikirlərimi bölüşürəm… ədəbi fəaliyyətimdə onun roluna güvənirəm.
12. Qızınızın dövlət qulluçusu olduğunuzu dediniz o da sizin kimi bu işlərin öhdəsindən gələ bilir yəqin ki o da sizin kimi həvəslidir bu işlərə?
Qızımın öz marağı var işi və 2 oğlunun təhsili ilə məşguldur ev işləri…
13. Bəs bu sahəyə maraq haradan yarandı maraqlıdır bu işlərin öhdəsindən gəlmək çətin deyildi indi geri dönüb baxdığınızda bu sahəyə maraq sizdə təssüf hissi yaradıb yoxsa?
Əksinə belə işlərdən mənəvi rahatlıq duyuram həyatım mənalı və maraqlı keçir sanki ömrümə ömür qatılır…
14. Dostlarınızla aranız necədir? Dostlarınız sizə qarşı vəfalıdır?
Mən özüm dostlara etibarlı və sədaqətliyəm,mehribanam çalışıram ki ,kimin nə problemi olsa köməklik edim…Dostlarımın vəfalı olmasına gələndə bəzən olur da…Amma əksəriyyəti vəfalıdır.
15. Mütailə edirsiniz? Edirsinizsə kimləri mütailə edirsiniz yeni gənclik qane edir sizi təbii ki söhbət yazarlardan gedir?
Günü bu gün də mütaliəsiz qala bilmərəm ..Allahdan arzu edirəm ki ,kitab təqdimatlarından mənə hədiyyə edilən kitabları oxuyub qurtara bilim… Yeni gənclik deyəndə indi hamı şeir yazır. Gənclər öz üzərlərində çox çalışmalı, yaşlı nəsildən çox məsələləri öyrənməlidirlər. Mənim bütün sahələrə marağım var, siyasət,iqtisadiyyat, mədəniyyət və incəsənət, elmin müxtəlif sahələri. Gənclərin ədəbi fəaliyyəti məni qismən qane edir…
16. Sizin kitablarınızın təqdimatı olmuşdumu yoxsa?
Mən hələ kitab yazmağa vaxt tapa bilmirəm başlasam qısa müddətdə yazacağam söz!
17. Son olaraq sizə öz minnətdarlığımı bildirirəm oxucularınıza son sözünüz?
Birinci növbədə sizə təşəkkür edirəm ki ,mənə vaxt ayırdınız və sizə də oxucularıma da can saglığı,xoşbəxtlik ,ailə səadəti,yeni -yeni yaradıcılıq uğurları arzulayıram.
Bu gün “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri, İNK-sı Abşeron rayon şöbəsinin sədri, “Tərəqqi”medallı, “İlin müəllimi” fəxri adını qazanmış, fəal ictimai xadim Nəzakət xanım Kərimova – Əhmədovanın doğum günüdür. Ad günü münasibəti ilə Nəzakət Kərimova – Əhmədovanı təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarıız bol olsun, Nəzakət xanım!
GECİKMİŞ ÇİÇƏKLƏR Yeni dərs ilinin başlamasından xeyli keçmişdi. Məktəbin direktoru Nazilə müəlliməyə sabahkı tədbirin ssenarisini hazırlamağı tapşırmışdı. O bilirdi ki, tədbirin daha maraqlı və uğurlu alınmasının yalnız Nazilə müəlliməyə etibar etmək olardı. Gecədən xeyli keçmişdi… Bayırda külək əsirdi. Bir az keçməmiş narın yağış yağmağa başladı. Nazilə çox həyəcan keçirirdi. Görəsən, görüş necə alınacaq? Proqramı hazırlayarkən diqqətdən kənarda nəsə qalmadı ki? Bir anlıq sabahkı görüş gözünün önündə canlandı. Hər şey yerli yerində nəzərdə tutulduğu kimi gedirdi.. O, çox narahat idi. Birdən atasının ürəyi yenə ağrıyar, tədbir yarımçıq qalardı. Bütün suallar xəyallarından gəlib keçdi… Nəhayət, qonşunun xoruzunun banlanması onu xəyallardan ayırdı. Səhər açılırdı. O işə hələ o isə hələdə yata bilməmişdi. Məktəbin akt zalı ağzına kimi görüş iştirakçıları müharibə veteranları, müəllim və şagirdlərlə dolmuşdu. Hamı qonağı səbirsizliklə gözləyirdi. Nazilə atasını böyük vətən müharibəsinin veteranı və məktəbin sayılıb seçilən hörmətli müəllimi kimi ön cərgədə veteranların yanında oturtdu. Bu böyük izdiham qonağı qarşılamaq üçün həyəcan içində idi. Akt zalının qapısının ağzında gənclər, məktəblilər gül- çiçəklə bayraqlarla gözlərini küçə qapısına zilləmişdilər… Budur, qara maşın məktəbin həyətinə daxil oldu. Hamı gələn qonağı rayona yeni təyin olunmuş məhkəmənin sədrini alqışlarla qarşıladı. Onu akt zalına dəvət etdilər. O, asta addımlarla yuxarıda ona ayrılmış stulda əyləşdi.Hamı onu alqışladı. Nazilənin atası, gələn qonağa diqqət elədi. Onun ağa ayağını çətinliklə çəkməsinə də nəzər yetirdi, amma yenə də öz özünə fikirləşdi, yox bu ola bilməz! Ürəyində ağrı hiss etdi. Havası çatmadı. Nazilə atasının halbahal olduğundan narahat oldu. Yanına gəlib pəncərəni araladı ki,otaq da havalansın. Atası isə düşüncələrə qərq olmuşdu. Axı ,müharibədən 40 ilə yaxın bir dövr keçib, bir də axı Oqtay ağır yaralanmışdı. Hətta döyüşçülər onun öldüyünü deyirdilər. Məktəbinin rəhbəri onu görüş iştirakçılarına təqdim etdi. Bakıdan rayonumuza yeni təyin olunmuş hakimin eyni zamanda Böyük Vətən Vüharibəsində Kerç uğrundakı döyüşlərdə yaralandığını dedi. Sözü ona verdi o ,danışdıqca Nazilənin atası təəccüb və sevinc içində gözünü ondan çəkə bilmirdi. Birdən qonağın da gözləri ona sataşdı. Danışdıqca, o həyəcanlı anları xatırladıqca ,zənnində yanılmadığını hiss etdi. Sözünü kəsərək ,pıçıltıyla direktordan ön sırada oturanın kim olduğunu soruşdu. Adil müəllimdir ,-dedi.. Məktəbimizin tarix müəllimi Adil adını eşitcək- o, mənim cəbhə yoldaşımdır, dedi- Nazilə atasının da bayaqdan narahatlığının səbəbini indi anladı. Zalda gözlənilməz həyəcan yarandı Oqtay Adilə və Adil də Oqtaya sarıı tələsdi… Onlar qucaqlaşıb sevincdən ağladılar… Axı Adilə döyüşçülər Oqtayın öldüyünü demişdilər. Həyatda müharibə vaxtı nə qədər gözlənilməz anlar, möcüzələr olurmuş. Nazilə tədbirin sonunda atası və Oqtay əmi ilə( ona əmi deyə müraciət etdi) söhbətlərinin necə doğmayana, səmimi olduğundan sevinərək təkidlə onu evə gəlməyə dəvət etdi. Oqtay tələsdiyinə, bu rayona yeni gəldiyinə görə; işim çoxdur-deyib Adil müəllimlə sağollaşarkən; Mütləq ailəlikcə gələcəyinə söz verib rayona qayıtdı. Adil müəllim yol boyu döyüşdə yaralı dostunu al qan içində yaxınlığındakı həkim məntəqəsinə apardığını, oraya təhvil verib,artıq burada qala bilmədiklərindən döyüşçülərlə yollarına davam etdilər. Özünün də yaralanmasını bir daha xatırladı,-bir müddət sonra Oqtayı xəbər alanda onun ölməsi xəbərini alarkən hönkür- hönkür ağladığını da yada salarkən yenə həmin hisslərə qapandı.Birdən yenə ürəyi sancdı…Nazilə atasını evə gətirdi. Ona çay çörək verib evlərinə getdi. Oqtay da cəbhə dostunu tapdığına çox sevindi. Evə çatan kimi bu günün sevincini evdəkilərlə böldü, kiçik nəvəsi Elxan babasından xahiş etdi ki, onu da Adil əmigilə aparsın. Baba məni kəndə aparanda oradakı bulağı göstərərsən? Əlbəttə, mənim balam, Adil əmi ilə meşəyə apararam. Oradan güllər də yığarsan- dedi.Görüşdən bir müddət keçdi. Adil rayona xəbər göndərib onları qonaq çağırdı, amma işin çoxluğundan başım açılan kimi münasib vaxt tapan kimi gələcəyik dedi.Nəvə babasının yadına saldı ki, gedəndə Adil əmiyə də gül aparacağam. Nəhayət, Oqtay vaxt tapıb evə xəbər göndərdi ki, hazırlaşın, kəndə qonaq gedirik. Elxan sevincdən atılıb düşürdü. Səbirsizliklə babasını gözləyirdi. Qapının zəngi çalınan kimi sevinclə qaçıb açmaq istəsə də nənəsi onu qoymadı. Nənə qapını açanda tanımadığı adamın ona uzatdığı kağızı alıb, oxudu. Üzü tutuldu, sarsıldı. Nəvəsi tez nənə kəndə gedirik. Babam tez gəlsəydi, dedi- Nənə heç nə demədi. Oqtay evə gələndə hadisəni öyrənib. çox pis hala düşdü. Nəvəsi isə hələ də başa düşmürdü ki, nə baş verir- Baba, niyə ağlıyırsan, nənəm də cavab vermir, gedək də indi gedə bilmərik işim var. Ama söz verirəm ki, səni mütləq aparacağam dedi. Həmin gündən bir müddət sonra Oqtay ailəliklə kəndə yola düşdülər. Ürəyində özünü elə hey danlayırdı ki, kaş Adil çağıranda gedəydik, nə biləydi ki, Adilin ürəyi bu tezliklə onun ömrünə son qoyacaq… Yol boyu Elxan əlindəki gül dəstəsinə sevinir, Oqtay isə ona heç nə demir, ürəyində kədərdən sarsılırdı. Kəndə çatanda qəbiristanlığın yerini yolun kənarında dayanmış gəncdən soruşdu və maşını oraya sürüb saxladı. Elxan duruxdu. Babasına baxdı. Heç nə anlamadı. Sonra Adil əmisinə gətirdiyi gülləri babasının işarə etdiyi məzara qoydu. Bəli, müharibə Adili həyatdan vaxtsız apardı, Oqtayın ayağını ömürlük şikəst etdi. Balaca Elxan bunları anlamaq iqtidarında deyildi. Babasına təkidlə edərək bulağa getməyi istəyirdi. İllər keçdi…. Balaca Elxan böyüdü. Orta məktəbi bitirib,Ali məktəbə qəbul olundu: Babası artıq dünyasını dəyişmişdi. Onu hərbi xidmətə çağırdılar. Orduda xidmət edərkən dostlarına uşaqlıqda şahidi olduğu bu hadisəni danışarkən anladı ki, həqiqətən döyüş dostları bir birinə qardaşdan da yaxın olurlar. Suyunu, çörəyini bərabər bölürlər amma bircə şeyi hələ də unuda bilmirdi ki, vaxtında çiçəkləri Adil əmiyə verməyə imkan olmamışdı. Hərbi xidmətdən qayıdan Elxan əvvəl babasının məzarlarını ziyarət etdi, sonra isə vaxtilə sağlığında çatdıra bilmədiyi qərənfilləri Adil əmisinin məzarı üstünə qoyarkən bir də uşaqlıq xatirəsi yadına düşdü…
“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI Mən Kərimova (Əhmədova) Nəzakət Emin qızı Xudat şəhərində ziyalı ailəsində anadan olmuşam. ADU-nun tarix fakultəsində sonra isə hüquq fakultəsində (ikinci ixtisas) təhsil alan atam müxtəlif dövlət vəzifələrində çalışmış, sonda uzun müddət Xudat şəhər 1 nömrəli məktəbin direktoru olmuşdur. 1941-45-ci il BVM-də yaralanaraq mühüribə əlili olmuşdur. (52 yaşında vəfat edib.) Onun pedaqoji fəaliyyəti, fəal çalışması məndə də pedaqoq olmaq həvəsi yaratdı və mən də müəllim olmağa qərar verdim. APU- nin pedaqoji fakultəsini bitirməmişdən elmi – metodiki məqalələrim mətbuatda dərc olunmaga başladı… Odur ki, mənim dövri dövlət qəzet və jurnallarındaki yazılarıma görə elmi araşdırmalar aparmaq üçün o vaxtkı Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitunun (ETPEİ) dissertanturasına qəbul olunmaq təklifinə razı oldum. Jurnalistikaya olan həvəsimə görə Jurnalist Sənətkarlıgı İnstitunda da təhsil aldım. İstər respublika, istərsə də ETPEİ -nin elmi-praktik konfranslarında,elmi müsabiqələrdə fəal iştirakıma, məruzə-çıxışlarım maraq kəsb etdiyinə və qalib olduguma görə müxtəlif diplom, Fəxri Fərman və pul mükafatlarına layiq görülmüşəm. Pespublika üzrə keçirilən “Pedaqoji Mühazirələr”də l-ll və Ill yerlərin diplomlarını almışam… Dövri mətbuatda-qəzet və jurnallarda kitablarda yüzlərlə yazım dərc olunmuş, tele -radioda (AzTV də əsasən) silsilə verilişlərdə maraqlı mövzularda çıxışlarım olmuşdur… Pedaqoji sahədə çalışan müəllimlərə kömək məqsədilə redaksiyaların sifarişı ilə dərs nümunələri, sinifdənxaric və məktəbdən kənar tədbirlərin ssenarilərim qəzet və jurnallarda dərc olunmuşdur. Pedaqoji fəaliyyətimlə baglı uzun müddət məktəbli – gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində işin məqsədyönlü təşkili üçün işlədiyim Xudat şəhər N.Nərimanov adına 2 nömrəli məktəbdə “N.Nərimanovun Bakıdakı ev muzeyi “nəzdində Xatirə muzeyini yaratmış və 40 ilə yaxın muzeyimə rəhbərlik etmişəm. İctimai əsaslarla işlədiyim muzeyə Bakı muzeyi 450 eksponat bagışlamışdır. Müxtəlif respublikarın Mədəniyyət Nazirliklərinə yazaraq Nərimanovla baglı sənədlər, vidio -lentlər, kitab və bukletlər, foto şəkillər toplayaraq eksponatların sayını beş minə çatdırdım. Muzeyə on minə yaxın müxtəlif peşə adamları, nərımanovçu akademik və alimlər, məktəblilər, hərbiçilər, deputatlar, aktyorlar ,idmançılar, tələbələr və b. ziyarət etmişlər. Muzey xətti ilə üzvlərin Bakıdakı ev muzeyində, tarixi yerlərdə, AzTV-nın müxtəlif redaksiyalarında olmuş, AMEA-nın, APU-nun tanınmış alımləri ilə maraqlı görüşlərini təşkil etmiş, Fəxri Xiyabana,Ş əhidlər Xiyabanına və onların arzularına uygun yerlərə səyahətini keçirmişəm. Təsadüfi deyil ki, vaxtilə muzey üzvü olmuş gənclərimin bir çoxu hazırda hərbiçi olaraq Vətənimizin keşiyindədirlər. 44 günlük Müharibədə bir neçə məzunumuz da Şəhidlik zirvəsinə ucalmışlar… Ölkə başçımızın sərəncamı ilə “İlin Müəllimi” müsabiqəsində iştirak edərək qalib olmuş, pul mükafatına sahib olmuşam. 2014 – cü ildə Prezidentimizin sərancamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Hazırda ictimai -siyasi fəaliyyətimi davam etdirir, Dünya Azərbaycanlılarınin Mədəniyyət Mərkəzi İB (DAMM İB) Sabitlik və İnkişaf Mərkəzi İB (SİM İB) və İctimai Nəzarət Koalisiyasının Fəxri üzvü, Abşeron rayonu üzrə sədri olmaqla -Şəhid Milli Qəhrəman ailələri və Qazilərlə iş aparır, bu təşkilatın sədri tanınmış ictimai xadum Rasim Məmmədov və təşkilatın üzvləri ilə şəhidlərin anım mərasimlərində iştirak edərək onlara mənəvi dəstək olur, problemlərinin həllində köməklik göstəririk. Burada da fəaliyyətimiz barədə mütəmadi olaraq saytlarda, mətbuatda yazılar verirəm. “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceriyəm.
“ZƏFƏR GÜNÜ” TƏDBİRLƏRİ DAVAM EDİR Azərbaycan- İraq Mədəni Əlaqələr İB-nin sədri, Dünya Sülh səfiri, BMT-nin üzvü Tahirə xanım Məmmədovanın təşəbbüsü ilə İB-in ofisində “Zəfər günü” keçirildi. Görüşdə vaxtilə SSRİ Ali Sovetinin deputatı olmuş” Qırmızı Əmək Bayrağı” və “Oktyabr İnqilabı” ordenləri ilə təltif olunmuş əmək veteranı Zivər Əli qızı Səfərova Ümummilli Liderimiz Heydər Əliyevlə olan şəxsi görüşlərindən, ona adi bir fəhlə olaraq verdiyi dəyərdən, Ali Sovetə deputat seçildiyindən çox həyəcanla, xoş günlərindən gözəl görüş iştirakçılarına məlumat verdi. O, danışdıqca həmin anları bizə də yaşatdı. Bayram münasibətilə hamını təbrik etdi. Görüşdə Moskvadan dəvət olunmuş İlqar İsmayılovun da çıxışı maraqlı oldu. O, ölkəmizdən kənarda müxtəlif ölkə və şəhərlərin diasporlarındakı görüşlərindən, çıxışlarından böyük maraq və həyəcanla danışdı. Təşkilatdan faydalı məsləhətlər aldı. Yaşadığı Şuşa şəhərindəki uşaqlığından Füzulinin Horadiz qəsəbəsindəki xoş günlərindən söhbət açaraq oraya gedəcəyini bildirdi. Təşkilatın sədri Tahirə xanım xatirə olaraq ona özünün yazdığı “Qarabağ dünən və bu gün” kitabını və “Güllələnmiş ,Viran edilmiş Qarabağ mədəniyyəti” sənədli filminin diskini hədiyyə olaraq təqdim etdi. Görüşdə Püstə Rəvan “Həkəri” qəzetinin baş redaktoru ,Azərbaycan İraq Mədəni Əlaqələr İB-nin mətbuat xidmətinin rəhbəri Rauf İlyasov, ”Elm və təhsil” jurnalının baş redaktoru tanınmış jurnalist Pərixanım Mikayıl qızı Muradova, Nəcibə Ağamalıyeva və başqa qonaqlar maraqlı çıxışları ilə yadda qaldılar. “Təzadlar“ qəzetinin məsul işçisi Elçin Məmmədli Söhrab Tahirlə olan görüşündən kadrları nümayiş etdirməklə Məmməd Arazın ”Ana“ şeirini coşğu ilə söylədi. Pərixanım Muradovanın “Şəhid mundiri” və Firudin bəy Köçərliyə həsr etdiyi kitabların təqdimatı oldu. Onun 109 şəhidə həsr etdiyi 22 bənddən ibarət şeirindən bir parçanı sizlərlə bölüşmək istəyirəm: “Adları düzülüb baxın yan yana, Can qurban etdilər Azərbaycana. Hansını söyləyim,hansını deyim, Gör neçə igidim susuz verib can. Hansı şəhidimdən, qazimdəm yazım? Xudayar, Cəbrayıl, Daşqınmı deyim, Yoxsa ki, Teymuru deyim, ağlayIm? Hansı qəhrəmanının adını çəkim? Azər, Muxtar, Munis, Rəşadmı deyim? Babaxan, Asiman, Elşadmı deyim? Səyyad, Rufizim, Cavidan balam, Nakam iki qardaş İmanla Bəhram. Dünyaya bir gəlib, bir də getdilər, Analar qəlbini viran etdilər. Ruslan, Ramil, Nicat, Abbas, Elməddin, Elnur, Yasər, Qüdrət, Mənsur, Tacəddin. Elməddin, Nurlan, Mirzə, Kamil, Hafiz, İntiqam , Dönmədi geriyə dedi qana – qan. Bilmirəm hansının adın söyləyim, Başıma haranın külün ələyim? Vüsalı, Elvini, Ceyhunu deyim? Yoxsa Kamran, Həmdəm, Şahmurad deyim? Hər şəhid evində ana ağlayır. Nakam qız, gəlinlər şəhidlərinə Saçların ağardıb, qara bağlayır. “ Sonda Tahirə xanım Zivər xanıma və Pəri xanıma təşkilatın üzvlük vəsiqəsini təqdim edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi. İNK-nın sədri, ictimai xadim Rasim Məmmədov tədbir iştirakçılarını salamlayıb onlara işlərində uğurlar dilədi.