Etiket arxivi: NƏZAKƏT ƏHMƏDOVA

Nəzakət Eminqızının kitabları

Nəzakət Eminqızı son beş ildə (2020 -2025) məşhurlaşmış yazarlardan biridir. “Yazarlara dəstək” layihəsi çərçivəsində onun son 5 ildə çap olunmuş kitablarını təqdim edirik:

Təqdim edir: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Şəmsiyyə haqqında xatirələrim çoxdur

“Güləyən qız”

Şəmsiyyə haqqında xatirələrim çoxdur. Onun haqqında yazmaq istərkən ilk tanlşlığımızı yadıma saldım. Hələ 1981-ci ildə ilk dəfə görüb tanış olduğum arıq, cılız, amma gözəl bir qız gözümün önünə gəldi. Jurnalist Sənətkarlığı İnstitutunda oxuyurduq. Mehriban, gülərüz bu xanımla soyadımızın eyni olması da bizi yaxınlaşdırdı. Sonralar sorağı radionun “Gənclik”redaksiyasının hazırladığı verilişlərdən, qəzetlərdən gəldi. Mən eyni zamanda ETPEİ-nin dissertanturasında elmi işlərlə məşğul olduğumdan, həm də rayonda yaşayıb işlədiyimdən onunla təmasda ola bilmədim. Və… uzun illərdən – 35 ildən sonra təsadüfən onu “Azərbaycan” Nəşriyyatında tapdım. Baxmayaraq ki, biz bir binada çalışlrdıq, bilməzdim ki, o, 2-ci mərtəbədə “Yeni Təfəkkür” qəzetinin baş redaktoru vəzifəsində çalışırmış!.. Uzun ayrılıqdan sonra bizim görüşümüzü təsəvvür edə bilməzsiz! Biz bir-birimizdən ayrllmaq belə istəmirdik, kövrəldik, sevincdən nə edəcəyimizi belə bilmədik! Dedik, danışdıq, güldük. Şəmsiyyə xatirə şəklimizi çəkrib mediada paylaşdı…

Ötən illərin acılı-şirinli günlərini xatırladıq. O, elə bir dünyadır ki, onu yaxından tanıyanlar çox gözəl bilir. Aramızda yaş fərqi olsa da doğru, dürüst məsələləri onunla birgə araşdırırıq. Deyib-gülən, əhli-hal dost, sirdaşdır. Hərdən incisəm də tez barışıram, çünki ondan incikli qala bilmirəm də. Doğrusu, bəzən haqsızlıq görəndə fikrini sərt bildirir. Mənim xeyrimdə, şərimdə birlikdə olub. Onunla birlikdə istirahət etməyin özgə aləmi var! Otən illərin birində Mətbuat Gününü bizdə – Xaçmazın Xudat şəhərində birlikdə keçirdik. Onunla Əməkdar jurnalist, hələ Az.TV-dən tanıdığım Flora Sadıqova da gəlmişdi, yaddaqalan gün keçirdik. Şəmsiyyənin çox sadə xasiyyəti var, o, gah samovar qaynadır, gah da həvəslə onunla görüşə gələn bacılarımla kabab çəkir və gördüklərini telefona köçürürdü. (sonra onları sosial mediada da paylaşmışdı.) Demək, gülmək, lətifələr danışmaq… Beləcə, bir unudulmaz yay gününü xoş əhvalla bayram etdik…


Bütün paylaşımlarında üzü gülür bu güləyən qızın. Amma o gülüşlərin arxasında gizlənən dərin kədəri hiss etməmək olmur. Bunu mən çox gözəl hiss edirəm.
Şəms belə Şəmsdir. Getdiyi yerə işıq saçan, hamıya diqqətlə yanaşan, səmimi, mehriban, qaygıkeş, zəhmətsevər, sözünü yerində deməyi bacaran! Geyimini, ədəb-ərkanını gözləyən, daim gülərüz olsa da kədərini gizlətməyi bacaran tovuzlu bacım!
Əməkdar jurnalist, bir çox mükafatlar sahibi olan Şəmsiyyə Kərimova haqqında danışmaqla bitməz, çox söz demək olar.
Mən onu yubileyi münasibətilə öz adımdan, ailə üzvlərim adından, çoxsaylı həmkarlarım adından ürəkdən təbrik edir, ona yeni-yeni bol ugurlar, can saglığı arzulayıram! Neçə belə illərdə, xoş günlərdə görüşək! Allah daim üzünü güldürsün, əzizim!

Yenidən görüşmək ümidilə;

Nəzakət Əhmədova,
AYB, AJB-nin üzvü, “Tərəqqi” medallı, “İlin müəllimi”

Ölməzlər… Unudulmazlar…

Ölməzlər… Unudulmazlar…

Bu günlərdə repressiya qurbanlarından olan HÜSEYN CAVİDin Anım günü ilə bağlı, (24.X.1882 – 05.XII.1941)
AYB-nin “Natəvan” klubunda keçirilən növbəti tədbir də, həmişəki kimi, maraqlı oldu. Belə ki, “Repressiya qurbanlarına Heydər Əliyev qayğısı; Hüseyn Cavidi anırıq” adlı tədbirdə H.Cavidin VƏTƏNƏ QAYIDIŞı ilə baglı tarixi anlara dönüş oldu, dahi şəxsiyyətlər xoş xatirələrlə anıldılar.
Tədbirin təşkilatçısı və aparıcısı, “Video-İnterneyşnl Prodüser” Mərkəzinin təsisçisi və Baş direktoru, AJB, AYB və AAB-nin üzvü, jurnalist, yazıçı-publisist Aygün Hacıyeva idi. O, qonaqları salamladıqdan sonra,
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra, A.Hacıyeva tədbirin məğzindən danışdı, qonaqları cavidsevərlərə təqdim etdi.
AYB-nin “Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi”nin rəhbəri Əsəd Cahangir H.Cavidin həyat və yaradıcılığı haqqında geniş çıxış etdi, ədibin əsərlərini sadalamaqla yanaşı, hər bir əsər haqqında ətraflı məlumat verdi.
Qeyd edək ki, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu olmuş, bu istiqamətdə ciddi cəhdlər göstərilmiş və bu işin həyata keçirilməsi üçün xüsusi komissiya təşkil edilmişdir. Verilmiş tapşırığı yerinə yetirmək üçün əsas məsuliyyət o dövrdə məsul vəzifədə çalışan polkovnik Həmid Cəfərovun üzərinə düşmüşdür.
Uzun müddət H.Əliyevin yanında çalışan, hər kəsin çox hörmət bəslədiyi şəxsiyyət – Həsən Həsənov ötən illərin tarixi həqiqətlərini, şahidi olduğu hadisələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Polkovnik Həmid Cəfərov, H.Cavidin nəşinin gətirilməsi ilə birbaşa əlaqəli olduğundan, həmin anın yaşantılarını iştirakçılarla bölüşdü. O, tədbirə gətirdiyi əyani vəsaitləri- foto şəkilləri nümayiş etdirməklə iştirakçıları tam məlumatlandırdı.
1930- cu illərin sonlarında görkəmli şair və yazıçılarımızın, alim və incəsənət adamlarımızın, öndə olan ziyalılarımızın repressiyası başlanmışdı. Onları
“xalq düşməni”, “pantürkist” və s. adlandıraraq məhv etməyə cəhd göstərənlər məqsədlərinə nail olurdular. Əslində repressiya hələ 30- cu illərdən əvvəl başlamışdı, lakin sonra kütləvi şəkil aldı. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və yüzlərlə belə ölməz sənətkarları məhv etməklə daşnaklar gizli niyyətlərini həyata keçirdilər. Lakin dahi şəxsiyyət Heydər Əliyev xalqımızın “qaymaqlar”ı olan bu ziyalılarımızı dəyərləndirərək onların əməli fəaliyyətlərini yülsək qiymətləndirmiş, xalqımızın layiqli övladlarının üzərinə vurulan damğanın götürülməsinə nail olmuşdur.
Ulu Öndər N.Nərimanovun, M.Müşfiqin, H.Cavidin, Ə.Cavadın və digərlərinin əməli
fəaliyyətini xalqa faktlarla çatdırmış, onların vəhşi daşnak siyasətinin əsassız qurbanları olduqlarını təsdiqləmişdi. Həsən Həsənov xatirələrində bu məqamları bir daha yada saldı…
Qeyd etdiyimiz kimi, polkovnik Həmid Cəfərov komissiya heyəti ilə, Heydər Əliyevin 1982-ci ilin 12 oktyabrında verdiyi qərara əsasən, Hüseyn Cavidin nəşinin tapılıb gətirilməsi üçün Maqadana, oradan da İrkutskinin Şevçenko kəndinə yola düşüb. O, çıxışında qeyd etdi ki, “buradakı kütləvi məzarlıqda 40 min şəhid uyuyurdu. Uzun araşdırmalardan sonra məlum oldu ki, H.Cavid ölümündən əvvəl buradakı Əlillər Evində qalırmış, buranin acınacaqlı şəraiti barədə Stalinə məktub yazmışdı. Bəlkə də, yerini dəyişdirməsəydilər məzarı tapılmazdı…”.
H.Cavid və digər agıllı, savadlı, istedadlı ziyalılarımızı məhv etməkdə o rejimin məqsədini mərhum akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında belə yazırdı: “Milli kadrları tamamilə məhv etmək, ilk növbədə, dünyaca məşhur, daim düşünən, mütaliə edən yeni fikirli alimləri, mütəfəkkir və intellektləri aradan götürmək!”
Bəli, H.Cavid də məhz belələrindən idi!
Həmid Cəfərov 59 nömrəli məzarın açılmasını böyük həyəcanla gözlədııklərinı və indi də o həyəcanı yaşadığını bildirdi. O, ilk dəfə belə hadisənin şahidi oldugunu etiraf etdi, nəşin necə çıxacağını intizarla gözlədiklərini söylədi.
Nəhayət ki, ekspertlər saat yarımlıq axtarışdan sonra məzarı açdılar.
H.Cəfərov onu da qeyd etdi ki, əvvəlcədən tabutu
hazırlamağı (2m×1m) sifarış etmişdilər. Lakin tabut 1,70smx0,90sm ölçüdə hazırlanıb gətirilmişdi (təyyarəyə tabutu yerləşdirmək üçün).
Budur, məzar açıllr, ədibin kəlləsi və digər sümükləri ehmalca tabuta qoyulur. Ətrafdakı fəxri qarovul ədibin şərəfinə 40 yaylım atəşı açır. Və sonda ədibin nəşi 40 ildən sonra dogma yurduna — Azərbaycana gətirilir. Bakı aeroportunda təntənə ilə qarşılayanlar arasıında ədibin qızı Turan xanıım da olur. O, atasının nəşinin Bakıya gətirilməsınə nail olan H.Əliyevə və onun təşkil etdiyi komissiyanın üzvlərinə dərin minnətdarlıgını bidirir.
H.Əliyevin sərəncamına əsasən, Naxçıvanda, Bakıda ədibə heykəllər ucaldıldı. Bakıda H.Cavidin ev muzeyi açıldı və
ömrünün sonuna kimi Turan xanım muzeyin direktoru oldu.
Turan xanımla 10 ildən çox çalışan, 10 monoqrafiyanın müəllifi olan İsgəndər Atilla da öz xatirələrini danışdı.
Çıxış edənlər – yazıçı Sabir Rüstəmxanlı, DSX-nın sabiq polkovniki Sücəddin Abdullayev, Bakıdakı H.Cavid adına 36 nömrəli məktəbin direktoru Gülarə Zəkiyeva, AYB-nin əməkdaşları olan Xatirə Fərəcli və Südabə Sərvi, həmçinin başqaları tədbirlə baglı maraqlı məqamlardan söz açdılar. Sonda xatirə şəkilləri çəkildi.

NƏZAKƏT ƏHMƏDOVA,

AJB- nin və AYB- nın üzvü, “Yazarlar”, “Carçı” və “Xəzan” jurnallarının əməkdaşı


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

LƏNKƏRANIN İGİD ŞƏHRİYARI ANILDI….

LƏNKƏRANIN İGİD ŞƏHRİYARI ANILDI….

Bu ğünlərdə şəhid anası Təranə xanımın dəvətilə Lənkərandakı Mədəniyyət Mərkəzində oldum.Burada” Şəhidlər bizim qürur yerimuz,fəxrimizdir” layihəsinin Vətən müharibəsi şəhidi Şəhriyar Vidadi oglu Həbibinin xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə çoxlu sayda şəhid ailələri,qazilər,Lənkəran şəhər İH- nin məsul işçiləri,əlaqədar təşkilatların nümayəndələri,Osaküçə kənd məktəbinin müəllim və şagirdləri,dəvət olunmuş qonaqlar,şəhidin ailə üzvləri iştirak edirdilər.Foyedə şəhid .Şəhriyar Həbibiyə həsr olunmuş eksponatlar nümayiş etdirilirdi..
Tədbir Müstəqil Azərbaycanımızın memarı və qurucusu olan H.Əliyevin və müstəqilliyimiz,azadlığımız,ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükütla başladı,sonra Dövlət Himnimiz səsləndi..
Tədbirin aparıcısı Cəfər Fətullayev sözü layihənin rəhbəri,H.Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqovaya verdi. O, qısa və şərəfli ömür yaşayan, Vətən müharibəsi şəhidi Şəhriyar haqqında danışarkən,Vətəndən- Vətənə həsrət qalan böyük ustad Məmmədhüseyn Şəhriyarı yada saldı:
Heydər baba,yalan dünyadır,
Süleymandan,Nuhdan qalan dünyadır,
Oğul,dogub dərdə salan dünyadlr,
Hər kimsəyə nə veribsə alıbdlr,
Əflatundan bir quru ad qalıbdlr.
Ustad Şəhriyardan böyük bir söz xəzinəsi qaldı,qəhrəman Şəhriyardan isə düşməndən azad olunmuş Vətən torpagl!
Reyhanə xanım dostu operator Tural Əliyevlə birgə,fədakar şəhid anası Təranə xanımın xatirələri əsasında Şəhriyar Həbibi haqqında sənədli film hazırladıqlarını və onun burada təqdim ediləcəyini bildirdi.
Film nümayiş olundu.Filmdə ananın kövrək xatirələri,qəhrəmanımıza dərs deyən müəlllimlərin,oxuduğuOsaküçə məktəbinin direktorunun,döyüş dostlarının,qazi və qohumllarının xoş xatirələri kadrlardan- kadrlara keçdikcə,tədbir iştirakçılarında kövrək hisslər yaradırdl.

Şəhriyarın döyüş yolu,şəhidlik zirvəsinə ucaldıgı anlar,dəfn olunması yad edildikcə şəhid analarınln hıçqırıqları zalı bürümüşdü..
Lənkəran şəhər İH başçısının Humanitar məsələlər üzrə müavini Ülviyyə Əliyeva rayonun şəhid ailələri ilə,qazilərlə,şəhidlərin xatirələrinin əbədiləşdirilməsi sahəsində gördükləri əməli işlərdən danışaraq, onlara səbr dilədi,tədbirin təşkilatçılarına minnətdarlıgını bildirdi.
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona birliyinin sədri,şəhidlərə həsr olunmuş” Payızın 44 anı” kitabının müəllifi Qafar Cəfərli,yazıçı -alım,şəhid Şəhriyar barədə də kitabında ana ilə müsahibəsini əks etdirən Jalə xanım Cəfərova,şəhidin ali təhsil aldıgı BDU- nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov,BDU- nun fizika fakultəsinin professoru Tərlan Hüseynov,həmin fakultənin Astrofizika kafedraslnın dosenti Zahir Səmədov və şöbə mütəxəssisi Ələkbər Hüseynov Şəhriyar haqqında,onun nümunəvi,ədəbli,tərbiyəli savadlı bir tələbə oldugundan söhbət açdılar.
Rayonda işlədiyi kollektivin də hörmət və nüfuzunu qazandıgından danışıldı.Vətənpərvərliyini şübut edən Şəhriyar hamının dərin sevgisini qazanmışdı!
Onun istər dəfnində,istər anım və dogum günləri mərasimlərində BDU – nun müəllim və tələbə heyəti ilə ,rayon təşkilatlarının hamılıqla iştirak etmələrinin şahidi olmuşuq!Bu günkü tədbirdə də qonşu rayonların nümayəndələrindən başqa Bakıdan da gələn çoxsaylı nümayəndələrin olması bir daha şəhidlərimizə olan sevginin bariz göstəricisidir!!Şair Qulaməli Hüseynovun şəhid Şəhriyara həsr etdiyi şeri bədii- qiraətçi Təhminə Əliyeva söylədi.
“Milli Mədəniyyətin Təbliği”İB – nin sədri Jalə Cəfərova Şəhriyarın şəkli olan suveniri anaya təqdim etdi.” Vətən ugrunda”qəzetin baş redaktoru Rövşən Əhmədlinin də çıxışı Şəhriyarın döyüş yolundan oldu.
Eyni zamanda Şəhriyara həsr olunmuş mahnının təqdimatı oldu.(sözləri Reyhanə xanıma,musiqisi ABİ- nin bölgə üzrəLənkəran şöbəsinin məsul katibi, bəstəkar Zəminə Tariyelqızına məxsus)Mahnını Aygün Hüseynova oxudu.Qeyd etdiyim kimi video- klipin müəllifi operator Tural Əliyevdir.

Sonra söz Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Şura sədri, “Tərəqqi” medallı” İlin müəllimi”,” Qızıl Ürək” ordenli yazar- publisist Nəzakət Əhmədovaya verildi.O, ilk növbədə təşkilatın prezidenti,dünya şöhrətli yazııçı Çingiz Abdullayevin və l – ci virse prezidenti Ruhiyyə Poladovanın salamını ,ürək sözlərini iştirakçılara və Təranə anaya çatdırdı.O,çıxışında şəhidlərimizə rəhmət,qazilərimizə can saglıgı,analara səbr dilədi! Tədbirin təşkilatçılarına minnətdarlıgını bildirdi.Sonda xatirə şəkiləri çəkildi,şəhidin məzarl ziyarət olundu.
Şəhidlər ölməz ,Vətən bölünməz!

Müəllif: Nəzakət EMİNQIZ

AJB – nin üzvü, “Yazarlar” jurnalının əməkdaşı, yazıçı – pubisist.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YENİ TƏQDİMATLAR…

YENİ TƏQDİMATLAR…
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Aventliyinin maliyyə yardımı ilə”C.Cabbarlı- ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsinin fəaliyyət proqramına uyğun olaraq C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatınıın klassiki,dahi dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və bədii irsinin təbliği məqsədi ilə yazıçının müxtəlif bədii janrlarda yaratdığı əsərlərdən ibarət “Seçilmiş əəsərləri” adlı kitabın, eləcə də sənətkarın həyat və yaradıcılıgı haqqında bir sıra maraqlı məlumatların toplandığı “Böyük sənət fədaisi” adlı kitabçanın təqdimat mərasimi keçirilib.
Cəfər Cabbarlı ədəbi fəaliyyətə uşaq yaşlarında başlasa da sonralar yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş,səhnəmiz
üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının yaradıcılarıından biri kimi şöhrətləndirmişdir.Yazıçı zəngin və hərtərəfli yaradıcılıq yoly keçərək,ədəbiyyatın həm şeir,həəm dram,həm də nəsr janrlarından bacarıqla istifadə etmiş,eyni zamanda istedadlı jurnalist ,tərcüməçi vəkino xadimi kimi tanınmışdır.
Kitaba yazıçının Cümhuriyyət öncəsi qardaş Osmanlı türklərinin tarixi mücadiləsinə həsr etdiyi ” Ulduz” və ya” Trablis müharibəsi”(1917) pyesləri,eləcə də bir slra hekayələri daxıl edilmişdir,Digər kitabçada isə oxucular ədibin həyatının önəmli məqamları,eləcə də yaradıcılıgının müxtəlif dövrlərində yaşanan və yaxın zamanadək oxuculara naməlum qalan bir sira ziddiyyətli ,tarixi anları ilə tanış olacaqlar.
C.Cabbarlı adına Mədəniyyət ,Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri,C.Cabbarlı ev- muzeyinin direktoru Qəmər Seyfəddinqızı tədbiri açaraq kitablar haqqında məlumatları dinləyicilərə çatdırdl,Sonra sözü AMEA- nın N.Gəncəvi adına Ədəbiyyat Unstitunun şpbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmliyə verdi.Asif müəllim ədib haqqında elə maraqlı məlumatlar verdi ki,dinləyicilər onları ilk dəfə eşidirdilər!Çıxışına əlavə edərək Qarabaga səfərimizdən danışarkən qeyd etdi ki 1919 – cu ildə yazıçı Şuşada olarkən ona Qarabağ atı və xalça da baglşlamlşlar….Çıxışa davam edənlərdən AMEA- nın N.Gəncəvi adına Ədəbiyyat İnstitunun şöbə müdiri,filologiya elmləri doktoru Tahirə Məmməd,BDU- nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova,gənc alimAytən xanım və digər ziyalılar dahi yazıçının həyat və yaradlcılıgı,eləcə də yenicə işıq üzü görən kitablar haqqında əhatəli çıxışlar etdilər.DAMM- nin EŞ sədri,AJB- nin üzvü,” Yazarlar” jurnalının əməkdaşı,yazar- publusist Nəzakət Eminqızı,” Günaz” az saytının redaktoru Rəsmiyyə Heybətagaqızı C.Cabbarlıya həsr olunmuş şeirlərdən parçalar söylədilər.Donda xatitə şəkilləri çəkiıdi. Fotolar:


Müəllif: Nəzakət EMİNQIZ

AJB – nin üzvü, DAMM-nin EŞ – nın sədri, “Yazarlar” və “Carçı” jurnallarının əməkdaşı, yazıçı – pubisist.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

NƏZAKƏT EMİNQIZI – ZƏFƏR YOLUNA SƏFƏRDƏN DÜŞÜNCƏLƏR…

ZƏFƏR YOLUNA SƏFƏRDƏN DÜŞÜNCƏLƏR….
44 günlük müharibədən sonra haqqında qəhrəmanlıqları ilə tarix yazan şəhidlərimiz,qazilərimiz barədə yüzlərlə yazılar oxumuş, filmlərə baxmış,görüşlər keçirmişik.
200 illik düşmən təcavüzünə məruz qalaraq, ,talan olmuş yurd- yuvamıza,yandırılmış,güllələnmiş evlərimizə baxdıqca içimizdə böyük yangı vardı. Bütün agrı acılara ,uzaqgörən siyasəti ilə Ali Baş Komandanımız və Müzəffər Ordumuz “Dəmir yumrug”u ilə son qoydu.
Yeri gəlmişkən ,bu günlərdə Şuşamıza , dəmirdən Şuşi yazılmış sözü qıraraq üçrəngli bayragımızı asan , adı dillər əzbəri olan,Vətən müharibəsinin cəgavəri polkovnik Rəşad Aslanovla olan görüşdə çıxış edənlər və Rəşad zəfərimizdən, maraqlı anlardan söhbət açdılar.İnanılmaz,aglasıgmaz faktlardan,o sıldırım qayalardan necə keçərək qələbəyə nail olduqlarından danışdılar .Fantastik igidlik göstərən şəhidlərimiz,qazılərimiz bir daha yad edildilər.Rəşadın və onun kimi ogulların məxsusi igidliyi bir daha nəzərə çatdırıldı.
Nizami Kino Mərkəzində nümayiş olunan “Zəfər Salnanəsi-2″sənədli filmlərdə də 1988 ci ildən 2020 ci ilədək olan müharıbəni əks etdirən kadrlarda xalqımızın başına gətirilən müsibətlərə,soyqırımlara sarsıntı keçirmədən ,kövrəlmədən baxmaq olmurdu! Filmlər adamı həmin illərə aparır,agrı – acıları yenidən yaşayaraq,gözyaşlarına məruz edirdi….
Şuşa haqqında,Laçın Kəlbəcər,Fizuli,Zəngilan,Xocalı,Xocavənd, Qubadlı və digər işgal olunmuş ərazilərə dair məlimatları televiziyadan almışdıq.Müharibə dövründə televiziyanın qarşısında duraraq Prezidentimiz işgal olunmuş ərazılərimizin ,hər bir rayonun ordumuz tərəfindən azad edilməsinin xəbərini verərkən sevincdən göz yaşları tökmüşdük.
İndi Qarabagımızda sürətlə gedən tikinti – təmir,yenidənqurma, bərpa, və abadlıq işlərini də televiziyada görürdükcə,ürəyimizdə Şuşaya Laçına getmək arzusu oyanmışdı Növbəti yıgıncaqda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin. (DAMM) l vitse prezidenti Ruhiyyə Poladovanın təşəbbüsü və rəhbərliyi ilə bu arzumuzu reallaşdırdıq.İdarə heyətinin üzvləri Ramil Məlikov, ” Carçı ” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva və bu sətirlərin müəllifi xoşməramlı səfərə çıxdıq.Yolboyu rayonlarımızdan keçdikcə cərgəyə düzülmüş şəhidlərimizin üzügülər şəkilıərinə baxır və düşmənə lənətlər yagdırırdıq,. Fizuliyə çatanda yolun kənarlnda şəhidinin xatirə lövhəsinin yan yörəsini abadlaşdıran ailə ilə görüşdük,başsaglıgı verib,şəhidlərimizin ruhuna dualar oxuduq..
Budur, düşmən tərəfindən vəhşicəsinə xarabazara çevrilmiş,yandırılmış saysız hesabsız evlər…
Yolboyu bunları gördükcə ürəyimiz agrıdan dözə bilmirdi!!! Aglamaqdan bu mənzərələri düşüb çəkə də bilmirdik! İlahi, bu dərəcədə vəhşilik olarmı??! Hələ burada yaşayan əhalinin başına nələr gətirmişlər bu qaniçən vandallar! Bir anlıq qulagıma insanların bagırtısı ,qışqırıb kömək istəmələri ,körpələrin hayqırmaları,od tutub yanan şəhərin naləsi gəldi.
Düşüncələrə qapılmışdıq,bunu hiss edən Ramil mügənni Əglatun Qubadovun ” Yol gedir düz Şuşaya” mahnısını qoşdu…Yolüstü Fizulidəki aeroporta da baxdıq…
Zəfər yolu bizi Şuşaya aparırdı!.İlk dəfə idi bu yolu getdiyimizdən gördüyümüz mənzərələr bizi valeh edirdi!!..Budur,illərlə arzuladıgımız,həsrətində oldugumuz Şuşaya çatdıq!
Burada sürətlə gedən quruculuq işləri,abadlıq,əsaslı təmir və bərpa işlərini gördükcə ürəkdən fərəh hissi keçirirdik…Asan xidmətin əzəmətli binasında son bərpa işlərində,şəhərin hər addımında,küçələrdə gedən tikinti abadlıq işlərində yüzlərlə insan, texnika böyük sürətlə çalışırdı.Maraqlısı o idi ki,Asan xidmət və poçtda 56 şuşalı üçün iş yeri də nəzərdə tutuldugunu öyrəndik. Deyildiyinə görə .Şuşa şəhəri on yeddi məhəllədən ibarət olub.Biz Natəvanın,Üzeyir Hacıbəyovun ,Bülbülün güllələnmiş büstlərini,GövhərAga məscidini,Vaqifin Məqbərəsini ziyarət etdikdən sonra,İsa Bulagına enmək istədik.Lakin orada da təmir işlərində son tamamlama getdiyindən bulagı görə bilmədik,çünki bir neçə gündən sonra Şuşaya gələcək dost ölkələrin prezidentlərinin səfərinədək bu işlər yekunlaşmalı idi.
Qısa müddətdə belə bir quruculuq və bərpa işlərinin görülməsini,insanların yüksək fəallıqla işləmələrini gördükcə adamda qürur hissi yaranır.Murdarların zəbt edib yaşadıqları evlər uçurulur,yerində müasir tipli binalar ucaldılırdı.Bütün işlər operativ həyata keçiriirdi…Yolların ətrafında gül- çiçək əkənlər kim,su,elektrik,kanalizasiya xətlərini quraşdıranlar kim,küçələrin asfaltlaşdırılmadında çalışanlar kimlər – hər tərəfdə iş görən yüzlərlə insanın üzlərindəki sevinc hisslərini gördükcə yorgunlugumuz keçirdi. Dagıdılmış, viran qoyulmuş binaların üzərində döyüşçülərimizin adları hələ də oxunurdu.Tarixi abidələrimizin dagıdılmış divarları üzərində xatirə lövhələri vurulmuşdu. Bunların Heydər Əliyev Fondu tərəfindən bərpa olunacagına dair tikinti şirkətlərinin məlumatları da nəzərimizi cəlb etdi.Hər addımda bu sürətli quruculuq işlərini gördükcə Ali Baş Komandanımız,əziz Prezidentimiz İlham Əliyev və onun xanımı, H.Əiyev Fondunun Prezidenti Mehriban xanıma möhkəm can saglıgı və əməli fəaliyyətlərində bol ugurlar diləyirdik! Dünyanın heç bir ölkəsinin rəhbəri qısa zamanda ərazilərini 200 illik əsarətdən qurtarmaqla yanaşı,belə sürətli bərpa və yenidənqurma iqtidarında ola bilməz!Var olsun Ali Baş Komandanımız və Müzəffər Ordumuz! Onun uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsinin qələbəsi ilə,24 saatlıq antiterror döyüşləri ilə Zəfər çaldı!
Şuşanın görməli yerlərini gəzdikdən sonra,Cıdır Düzünə çııxdıq və mərd ogullarımızın şəhidlik zirvəsinə ucalmış ərazini seyr etdik.Deməklə inanılmaz olan, o sıldırım qayalara dırmaşaraq ,qalın meşələrdən keçib düşməni məhv edən şəhidlərimizin qan izləri qalan daşların üzərinə gül- çiçək qoyduq.Heç agla gəlməz sıldırım qayalara baxdıqca ixtiyarsız olaraq göz yaşlarında bogulurduq….Hələ o çətin və çıxılmaz yerlərdən yaralı və şəhid dostlarını çıxararkən əsil qəhrəmanlıq göstərmələrini yada saldıq.Hər daşın üzərindəki qara izlər burada gedən qanlı döyüşlərdən xəbər verirdi…Çox agrılı və acılı xatirələrlə oranı tərk edərkən,burada keçiriləcək türksoylu dövlət başçılarının görüşünə hazırlıqla baglı yeri quraşdırırdılar.Burada da sürətli işlərin görülməsi bizi fərəhləndirdi…Bir sözlə, bütün quruculuq işlərinin canlı şahidi olmagımızla qürur duyduq.
Oradan Laçına yola düşdük.O Laçına ki, illərlə arzusundaydım. Əziz oxucum,elə şeylər var ki,onlları sözlə ifadə etməkçox çətindir.Gördüklərimiz,canlı şahidi olduqlarımız bizdə qürur hissi yaratmışdı.Oonuda qeyd edim ki Laçına Məhəbbət Kazımovun yanıqlı ” Laçınım” mahnısını dinləyə – dinləyə gedirdik.dəfəələrlə bu mahnıya qulaq asmışdımsa da fərqinə varmamışdım,adıcə mahnı kimi dinləmişdim.AmmaLaçının füsunkar gözəlliklərini,dagıdılmış,yandırılmış,gülllələnmiş evlərini,mədəniyyət mərkəzlərini gördükcə mahnıdakı yangını qəlbən dərk etdim.Çox təəssüfləndim ki,bu günki azad Laçına getmək ona və onun kimi buranın həsrətilə qaçqın düşən, didərginlik həyatını yaşayaraq dünyasını dəyişənlərə də qismət olmadı..
Hələ keçən əsrin əvvəlində Laçının Sus kəndindən, yurd- yuvalarından qovularaq didərgin düşənlərin arasındakı uşaqların içində nənəm Nəcimə də var idi.Onun acı taleyi ilə baglı hekayəm mətbutda dərc olunmuşdu.Bunu uşaq vaxtı bilməmişdim.Onu eşitmişdim ki,köçkün düşdükləri Susay kəndində onlara qarabaglılar deyirdilər.Sonralar bildim və Laçına getmək istəyimin həyata keçəcəyi günü intizarla gözləyirdim.Yeri gəlmişkən,bu arzumu yerinə yetirən idarə heyətimizin sədri Ruhiyyə xanıma və Ramil bəyə ,bizim Laçında layiqincə qarşılanmagımızı təşkil edən ,DAMM-nin Laçın rayonu üzrə sədri ,qazı Akif bəyə və qohumu Nazim müəllimə dərin minnətdarlıgımızı bildirirəm.
Dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə dağlar qoynunda,əsrarəngiz gözəlliklərə bürünmüş meşələrdə, tam təmirli,mətbəxi müasir mebellə ,əşyalarla təmin olunmuş evlər hədiyyə hədiyyə edilmişdi.Bizi belə bir 3 otaqlı evə qonaq etdilər. Laçına gecə çatdıq.Və o yüksəklikdəki evdən dagların qoynunda,yamyaşıl meşələrin içində tikilmiş möcüzəli ,geniş eyvanlı qırmızı damlı evləri gördükcə sevincdən gözlərimiz yaşarırdı.Laçının saf havası,evlərdən gələn və meşədəki quşların şən səsləri adama ləzzət verirdi.
Səhər yeməyimizi yedikdən sonra Nazim müəllim bizi müşayiət edərək Laçının görməli yerləri ilə tanış etdi.İlk növbədə ona Laçındakı ” Simurq”kitabxanası üçün hədiyyə gətirdiyim yüzə yaxın kitab və jurnalları ora təhvil verəcəyimu bildirdim.Biz oraya- Laçındakı kluba getdik.Onu da qeyd edim ki,.buradakı Mədəniyyət Evini və Milli Kitabxananı da vəhşilər gülləbaran edərək,xarabaya çevirdiklərinə görə kitabxana üçün burada müvəqqəti olaraq otaq ayrılmışdı.Bizi kitabxanın əməkdaşı Natəvan xanıım gülərüzlə qarşıladı.Həyətə çıxaraq qarşıdakı böyük dagıdılmış binaları ürək agrısı ilə göstərdi ki, ora bizim viran qalmış yerlərimizdir.Orada təmir- bərpa və tikinti işləri qurtaran kimi kitabxanamız da yenidən oz yerinə köçürüləcək.Kitabları təhvil verərkən Ruhiyyə xanım,Ramil bəy və ” Carçı ” jurnalının baş redaktoru Gülnarə xanım da hər bir kitab və jurnallar barədə Natəvan xanımı məlumatlandırırdılar.Natəvan xanıma əməkdaşı oldugum”Yazarlar”jurnalının təsisçisi və redaktoru Zaur Ustacın təşəbbüsünə qoşuldugumu və bu təşəbbüsə digər ziyalılarımızın da qoşulacagını bildirdim.Burada da xatirə şəkilləri çəkdirdik.Natəvan xanım bizə dərin minnətdarlıgını bildirərək ,kitabxananın zənginləşdirilməsində iştirakımıza görə təşəkkür etdi.
Laçına gəlib, Həkəri çayının kənarındakı istirahət mərkəzinə baxmamaq günah olardı(.Maraqlııdır ki,buradaki evlərin damları qırmızı şiferlə vurulub.Öyrəndik ki, buradakı Sənaye Parkında mebel və dam örtükləri hazırlayan sexlərdən istifadə olunur Bundan əlavə heyvandarlıq sahəsi də inkişaf etdirilir.Belə ki, Sus ,Zabux kəndlərində səkkiz yüzə yaxın sakin işlə təmin olunmuşdur.Eyni zamanda 34 həftəlik peşə hazırlıq kurslarında da yerli sakinlər təcrübə qazanıırlar.)Həkəri çayının ətraflna Bakıdan və digər bölgələrdən çoxlu sayda ailəvi gələn qonaqlarla dolu idi.Oradan qayıdarkən yolun kənarında, budaqları əriklə dolu agacın yanından keçəndə həyətdə cavan bir xanımı gördük.O ,bizi görüb yanımıza gəldi.Söhbətimiz elə şirin alındı ki,elə bil onu çoxdan tanıyırıq.O,Təranə xanım, bizə buradakı məktəbdə işlədiyini bildirdi.Bakıda məskunlaşdıgı evdən buraya köçdüklərini və burada daimi qalacaqlarını bildirdi.Gülərək -buranın caf havasını,gözəl meşələrini ,buz bulaqlarını qoyub necə getmək olar,- dedi.Onun sözündə gördüyümüzə görə həqiqət vardı.Buralar cənnət məkandır! Təranə xanıma bir neçə kitab və” Carçı” jurnalını hədiyyə etdik.
İstər Şuşada,istər Laçında və istərsə də Qarabagımızın işgaldan azad etdiyimiz digər rayon və
kəndlərimizdəki dagıntıların yenidən tikilməsinə və bərpasına milyardlarla manat ziyan vuran mənfur düşmən lənətə gəlsin!
Sag olsun ,var olsun Azərbaycanımızı dünyada düşmənə Zəfəriylə tanldan Ali Baş Komandanımız! Qalib Ordumuza eşq olsun!
Biz zəfər çalmaqla ölkəmizin qüdrətini,nəyə qadir oldugumuzu dünyaya bildirdik!Budur,müdrik rəhbərin uzaqgörən siyasətinin qələbəsi!Budur müzəffər ordumuzun gücü!Vətənimizin hər qarışını öz qanları ilə azad edən, ər ogullarımız olan şəhidllərimizin ruhu bu gün şaddır! Onlara rəhmət,qazilərimizə şəfa diləyərək Bakiya qayıdırıq. Dagların başındakı bulduzerlərə,texnikanı işlədənlərə baxaraq Şuşadan Laçına çəkilən qisa yolun çəkilişində çalışan çoxsaylı insanlarla sagollaşırıq.Müharibədə qələbəmizin əldə olunmasında iştirak edən hər bir kəs qəhrəmandır! Onlar ” Dəmir Yumruğ”un ətrafında möhkəm birləşməsəydilər (düşmənlərdə minlərlə fərari oldugu halda,bizdə minlərlə könüllü iştirak edirdi) biz qələbə qazana bilməzdik!Bir daha zəfəri qazanan Ali Baş Kömandanımıza, məğlubedilməz Ordumuza eşq olsun! Zəfər yolu ilə səfərimizi başa vursaq da yeni səfərlərə imza atdıq! Fotolar:

Bakı- Şuşa-Laçın- Bakı. iyun 2024.

Müəllif: Nəzakət EMİNQIZ

AJB – nin üzvü, DAMM-nin EŞ – nın sədri, “Yazarlar” və “Carçı” jurnallarının əməkdaşı, yazıçı – pubisist.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏBƏDİYYƏT ZİRVƏSİNƏ UCALANLAR…

ƏBƏDİYYƏT ZİRVƏSİNƏ UCALANLAR…
Bu gün ATU- nun akt zalında, Politexnik Universitetin şəhid məzunu,evin yeganə oglu Zeynallı Rəşad Qiyas oğluna həsr olunmuş ” Rəşadətli ömür” filminin nümayişi keçirildi. Filmdə Rəşadın yaşadıgı həyat, gənclərə örnək ola biləcək qəhrəmanlığı barədə dəqiq məlumatlardan istifadə olunmuşdu. Filmin ərsəyə gəlməsində zəhməti olanlara – ideya müəllifi Emilya Səfərəliyevaya, quruluşçu rejissor Elmar Əli Oruca, ssenari müəllifi Çımnaz Ağakişiyevaya, quruluşçu operator Emin Rəhimova, dron operatoru Nicat Tahirliyə, rejissor assisenti Nicat Əhmədova bütün izləyicilər adından dərin minnətdarlığımızı bildirirəm. Filmə kövrəlmədən baxmaq olmadı. Yüksək peşəkarlıqla çəkilmiş filmdəki hadisələr və evə gəlməsinə 3 gün qalmış səhid olması xəbəri hamını aglatdı. Atası onunla üryinə damırmış kimi 3 gün əvvəl yanına gedəndə, Rəşad deyib ki,niyə əziyyət çəkib gəldiniz. 3 gündən sonra gələcəkdim də.Sağollaşandan sonra yenidən qayıdıb atası ilə son dəfə görüşüb. Ata həmin anları həyəcanla danışır… Filmdə onun təhsil aldığı, l Qarabağ şəhidi Paşa Nəzərov adına 60 nömrəli məktəbin müəllimləri, ali təhsil aldıgı universitetin müəllimləri Rəşad haqqında onun nümunəvi şagird, nümunəvi tələbə olduğundan fəxrlə söhbət açmışlar. Anası Hafizə xanımın, atası Qiyas kişinin kövrək hisslərlə oğlu ilə fəxr etmələrindən və onu vətənpərvər bir oğul kimi böyütmələrini iştirakçılara çatdıra bilmişlər! Film haqqında geniş danışmaqdansa ona baxmağı məsləhət görərdik.
Rəşad haqqında bizim yaradıcı alim,filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova geniş məlumat verdi… Şəhidlərə həsr etdiyi “KİÇİK DÜNYANIN BÖYÜK İNSANLARI” adlı nəfis tərtibatda hazırladıgı kitabda Rəşad haqqında da ətraflı məlumat vermişdir.

Çıxış edənlər-Rəşadın anası Hafizə xanım və atası Qiyas bəy, digər şəhid valideynləri ürək sözlərini, təşəkkürlərini yaradıcı heyətə bildirdilər.
Tədbirin təşkilatçılarından ATU- humanitar fənlər üzrə kafedrasının müdir müavini Həbib Mirzəyevə, həmin kafedranın müəllimi Zarina Tagıyevaya da təşəkkür edirik. Tədbirdə orta məktəb və universitetin tələbələrinin, şəhid valideynlərinin fəal iştirakı Rəşadın valideynlərinə mənəvi dəstək oldu!
Biz də onlara səbr diləyərək xatirə şəkilləri çəkdirdik.

Müəllif: Nəzakət EMİNQIZ

DAMMərkəzinin Ekspertlər Şurasının sədri,”Yazarlar”və “Carçı”jurnallarının əməkdaşı,AJB-nin üzvü,yazıçı- publisist.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏBƏDİYAŞAR LİDERİMİZ

ƏBƏDİYAŞAR LİDERİMİZ

Xalqın tarixən keçdiyi mürəkkəb və keşməkeşli yolda öndə addımlayan, onu vahid amal ugrunda birləşdirməyi bacaran bir lider, milli rəhbər kimi ulu öndər Heydər Əliyev özünün parlaq dühası ilə gələcəyi görür, tükənməz gücü və cəsarəti ilə yeni Azərbaycanın parlaq gələcəyinin planını qururdu. Belə fenomenal xüsusiyyət ona təkcə Ulu Tanrının bəxşişi deyildi, həm də özünün zəhmətkeşliyindən, coşqun yaradlcılıq həvəsindən, tükənməz təşkilarçılığından irəli gəlirdi. Azərbaycanın bugünkü nailiyyətləri, onun müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutması,xalqımızın yüksək rifaha qovuşması, cəmiyyətimizin milli birlik ideyası ətrafında slx birləşməsi Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin, dövlətçilik strategiyasının ən mühüm nəticələridir. Onun qətiyyət, cəsarət və fədakarlıqla yaratdığı təməl üzərində müasir Azərbaycan davamlı tərəqqiyə nail olmuş, onun layiqli varisi möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə yüksəlmişdir. Məhz həmin dövrdə azadlıq və müstəqillik ideallarının yüksəlişi xalqımlzln keçmiş sovet dövlətinə qarşı mübarizəsində həlledici rol oynadı. Lakin bu dövlətin süqutu ərəfəsində və ondan sonrakı ilk illərdə dünya şöhrətli Heydər Əliyevin imperiya rəhbəri M.S.Qorbaçov tərəfindən siyasi meydandan təcrid edilməsi Azərbaycanın bu həssas dövrünün çox çətinliklə keçməsini şərtləndirdi. Həmin dövrdə güclü və qüdrətli liderin olmaması, dövlət idarəçiliyinin naşı və iradəsiz adamların əlinə keçməsi xalqımızı hələ də agrısını çəkdiyimiz bəlalarla üzləşdirdi. Müstəqil dövlət quruculuğu üçün tarixi fürsət yarandlğı bir vaxtda respublikanın o vaxtkı başçılarından heç biri liderlik xüsusiyyəti göstərə bilmir, ya imperiyapərəst qüvvələrinin təsiri altında müstəqillikdən imtina etmək haqqında düşünür, ya da agılsız qərarları ilə cəmiyyəti xaosa, ölkəni fəlakətə sürükləyirdilər. Özünü müxalifət elan edən, lakin milli inkişaf strategiyası olmayan, siyasi bəsirətsizliyi və naşılığı ilə Azərbaycanı dərin böhrana salan AXC- Musavat qaragüruhu nəinki müstəqilliyi qoruyub saxlamaq iqtidarında deyildi, hətta siyasət dahisi, xalqın sevimlisi Heydər Əliyevin hakimiyyətə qayıdışının qarşısını almaq üçün ən yaramaz vasitələrə əl atırdı. Ölkənin vəziyyəti getdikcə pisləşir, Ermənistanın təcavüzü genişlənir, torpaqlarımız itirilirdi. Xalqın ümidlərini dogrulda bilməyən xəyanətkarlar dəstəsi xalqımıza, dövlətçiliyimizə böyük zərbələr vurdu. Xaos, anarxiya, talançılıq, özbaşnalıq, siyasi, iqtisadi, hərbi böhran son nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Xalqımız o anti-milli hakimiyyətə cəmi bir il dözə bildi. Öz həqiqi liderinin ətrafında sıx birləşən, onun yaratdıgı siyasi təşkilata-Yeni Azərbaycan Partiyasına ürəklə qoşulan vətənpərvər insanlarımız qurtuluş hərəkatınıın qələbəsinə inanırdı. 1993-cü ildə xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyevin o ağır, çətin vəziyyətdə dövlətçıılıyi xilas etmək missiyasını öz üzərinə götürməsi milli dövlətçiliyin bərpasından sonra xalqımızın bu qüvvələr üzərində çox böyük qələbəsi,möhtəşəm zəfəri oldu.

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM-nın Ekspertlər Şurasının sədri.“

NƏZAKƏT EMİNQIZININ YAZILAR


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏZAKƏT EMİNQIZI. GECİKMİŞ ÇİÇƏKLƏR. KİTAB PDF.

NƏZAKƏT EMİNQIZI. GECİKMİŞ ÇİÇƏKLƏR. KİTAB PDF:

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri,“Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, SİM İB -in Fəxri üzvü.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

AZƏR TURANIN YAZILARI

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

MURAD MƏMMƏDOV. ÖMRÜN PAYIZ DUYĞULARI.

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

UNUDULMAZ GÖRÜŞLƏR

NƏZAKƏT EMİNQIZININ YAZILARI

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində(DAMM)tanınmış ziyalılar,xarıcı ölkələrdə yaşayan həmkarlarımız,yazıçı,şair,elm və incəsənət adamları ilə keçirilən hər bir görüş yaddaqalandır.Belə ki bu yaxınlarda Fransada yaşayan türk əsilli yazıçı-şairə,sülh carçıısı Karolina Levent Turunc və onun yaxın rəfiqəsi,İstanbulda yaşayan məşhur türk kino aktrisası Səbahat Adalar ilə möhtəşəm tədbirlərimiz oldu.Onlarla Mərkəzimizdə təşkil etdiyimiz görüşdə “Yazarlar” jurnalının təsisçisi və redaktoru Zaur Ustac,’Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB -nin sədri Rada Abbas,”Təzadlar”qəzetinin redaktoru Asif Mərzili,həmin qəzetin nəzdində fəaliyyət göstərən tele-studiyanın aparıcısı Yasəmən Məmmədli və digər ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Qonaqlar respublikamızda keçirilən Beynəlxalq konfransdakı çıxışlarından,paytaxtımızın gözəlliyindən,insanlarımızın qonaqpərvərliyindən agız dolusu fəxrlə danışdılar..
Fransalı yazıçı şairə Karolin Turunca ədəbi yaradıcılıgındakı ugurlarına və fəal iştirakına görə DAMM- nin Fəxri Diplomunu təqdim etdik.Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşərdi ki, Karolina xanım Uluslararası Engrellər,Yaşlılar ,Kimsəsizlər, Fedarasyonu UTEF Paris başqanıdır ..O,bir-birindən maraqlı “”Şərqlə Şimal arası”,”Çöl zanbagı”və s.kitabların müəllifi ,İstanbulda dərc olunan “Özgür İfadə”qəzetinin yazarıdır.Təsadüfən həmin gün onun ad günü olduguna görə hər bir kəs onu təbrik etməklə yanaşı hədiyyələr-“Xarıbülbül “döş nişanları ,Rada Abbasın “Zəngəzur:Sabaha hesablanmış işgal” video diski də bagışlandı.
Türkiyənin məşhur kino aktrisası Səbahat Adalara da müxtəlif hədiyyələr-onun xoşladıgı.müxtəlif kitablar,döş nişanı bagışlandı .Sonra aparıcı Yasəmən xanım onları studiyaya dəvət edərək maraqlı yaddaqalan bir veriliş təşkil etdi.
Ardınca onları AYB -nə apardıq.Burada AYB-nin katibi ,hörmətli yazıçımız Elçin Hüseynbəyli xarıcı qonaqlarımızla ədəbi yaradıcılıq sahəsində aparılan işlərdən ,əməli fəaliyyətlərindən maraqlı məlumatllar verdi. Elçin müəllim kino aktrisaya mono tamaşa üçun özünün yazdıgı kitabı hədiyyə verdi.Eyni zamanda Karolin xanıma da öz yaradıcılıgıyla baglı kitab hədiyyə etdi.Qonaq xanımların onları maraqlandıran suallarına ətraflı cavab verən Elçin müəllim onlara fəaliyyətlərində ugurlar arzuladı.Xatirə şəkilləri çəkildi.
Şəhərimizdə qonaq olan xarici turistləri ilk növbədə tarixi abidələrimiz ,mədəniyyət mərkəzləri, Qız Qalası,İçəri şəhər ,qədim memarlıq nümunələri maraqlandırır. Bunları nəzərə alaraq həmin gün İçərişəhərdə “NUR Art House”qalareyasının dəstəyi ilə “Azərbaycan xalçaçıları”İB- nin üzvü, istedadlı xalçaçı-rəssam Natiq Nəcəfzadənin “Zəfər:qədim və müasir naxışlarda” adlı xalça eskizləri sərgisinin baglanışında iştiraklarını da təmin etdik.
Xovsuz və xovlu xalça eskizləri xalqımızın milli kimliyini və Zəfərə aparan keşməkeşini özünəməxsus bədii ifadəsi ilə həm rəng,həm də sözlə təsvir edərək sülh ,sabitlik,firavanlıq və qəhrəmanlıq keyfiyyətlərimizin təcəssümüdür.Xalça bizim yaşam tərzimizin,Vətənə məhəbbətimizin,iqtisadi durumumuzun,adət-ənənələrimizin canlı obrazıdır.Qonaqlarımız xalçaları seyr etmiş və çıxışlarında gördüklərindən məmnun olduqlarını bildirmişlər.Onu da deyim ki, Karolin x.Turunc Fransaya qayıdan kimi Bakı təəəssüratlarını həm radiodakı çıxışında ,həm də fransada çıxan qəzetdə dərc etdirmişdir.Hal hazıra kimi hər iki xanım bizimlə sıx əlaqə saxlayır,yaradıcı ədəbi ugurlarının sevinclərini bizimlə bölüşürlər.Belə ki ,Karolin xanım Çındə,Misirdə və digər ölkələrdə keçirilən konfranslarda,tədbirlərdə etdiyi hər bir çıxışı haqqında maraqlı məlumatlar verir…..

FOTOLAR :

Bu günlərdə Sankt Peterburqdan DAMM -nə dəvətimizi qəbul edib gəlmiş Petroqrad rayonunun Sankt Peterburq üzrə deputatı ,oradakı Azərbaycan İcmasının sədri Məsimov Sabirlə keçirdiyimiz görüş də yaddaqalan oldu.Sabir bəy Bakıya sinif yoldaşları.ilə birlikdə.60 illik yubileylərini. birgə keçirmək məqsədilə gəlmişdir…Biz də fürsətdən istifadə edərək onu təşkilatımıza qonaq dəvət etdik.Sabir müəllim ona verilən hər bir sualın dolgun cavabını da verməklə gördüyü işlərdən danışdı…Sonra onun bu sahədə gördüyü işlərlə maraqlananları da məlumatlandırdı.
Belə ki,o,yaşadıgı şəhərdə böyük nüfuz sahibi olmaqla Rusiyanın müxtəlif təltiflərinə layiq görülmüşdür.O,Böyük Vətən Müharibəsində Leninqradın müdafiəsində qəhrəmanlıq göstərən cəsur pilotlların şərəfinə xatirə adidəsinin açılışına nail olmuşdur..Mərmər lövhə üzərindəki ilk ad Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin adıdır.,hansı ki,o həmin yerdə dəfn edilmişdur…
Kompleksin açılışında şəhərin meriyası,tanınmış ziyalılar məktəblilər və ictimaiyyət nümayəndəlləri fəal iştirak etmişlər.
22 il ard -ardınca Sankt Peterburq üzrə deputat seçılən Sabir bəy Azərbaycan İcmasına da sədrlik edir.Ətraflnda “Xanqızı Natəvan”İctimai Birliyinin sədri Könül xanım kimi bacarıqlı,işgüzar ,yeri gələndə sözünü deyə bilən cəsarətli xanım var…Xanqızi Natəvan”Birliyinin təmsilçiləri müxtəlif ölkələrdə oldugu kimi Azərbaycanda da fəaliyyət göstərir. Bakıda bu birliyin sədri Yasəmən Möhübbətqızıdır..Onu da qeyd edək ki,bu birliyə özünün seçdiyi sahədə ugurları ilə fərqlənən ,tanınmış ziyalılar üzv ola bilərlər.
Sabir bəyin xahişini nəzərə alaraq dünyaşöhrətli yazıçı,MM -in deputatı,hörmətli Çingiz Abdullayevlə görüşünü təşkil etdik.Sabir bəy çapına nail oldugu”İçərişəhər” kitabını Çingiz müəllimə hədiyyə etdi,Çingiz müəlllim də ona və bizə yenicə çapdan çıxmış kitablarını hədiyyə verdi.
Rusiyadakı əməli fəaliyyətinə, orada yaşayan azərbaycanlı soydaşlarımızla yaxın əlaqə saxlayaraq səmərəli fədakarlıgına görə DAMM- nin Fəxri Diplomunu ona Mədəniyyət Mərkəzinin l Vitse-Prezidenti Ruhiyyə xanım Poladova təqdim edərək gələcək işlərində ugurlar arzuladı.
Eyni zamanda Sabir bəylə “Təzadlar”qəzetinin nəzdində olan televiziyanın səriştəli aparıcısı Yasəmən Məmmədli onunla müsahibə apardı və həmin veriliş yutub kanalında nümayiş olunur….
Sonda xatirə şəkilləri çəkildi..

FOTOLAR:

Ümummilli liderimiz H.Əliyevin anım .günləri hər yerdə keçirilir. Belə bir tədbir də C.Cabbarlının ev muzeyində keçirildi.Təbdirin təşkilatçısı görkəmli şairin nəvəsi Qəmər Seyfəddinqızidır..
Tədbirə müxtəlif muzeylərin rəhbərləri,tanınmış şairlər,elm adamları ictimaiyyət. nümayəndələri ,universitet tələbələri və b.dəvət olunmuşdu.Giriş sözüylə çıxış edən Qəmər xanım H.Əliyevin və Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə işə başladı..Respublikamızın himni səsləndirildi.
Sonra Qəmər xanım H Əliyevin C.Cabbarlıya olan diqqətindən ,video -roliki nümayiş etdirməklə hamının nəzərinə çatdırdı.

FOTOLAR:


-Tələbələrin söylədikləri ,bir birindən maraqlı səslənən şeirləri,C.Novruz fondunun əməkdaşı,”Gün az.az saytının redaktoru Rəsmiyyə Heybətagaqızının özünə məxsus ahəngiylə söylədiyi şeirlər və digər çıxışlar ulu öndərə olan sonsuz məhəbbətdən xəbər verirdi….Qəmər xanım tədbir iştirakçılarına bu ocaga gəldiklərinə görə təşəkkür etdi…

… və nəhayət 11 dekab tarixində DAMM olaraq “N” saylı hərbi hissədə Müzəffər Ordumuzun mənsubları ilə birlikdə Ulu Öndərin anım tədbirlərinə qatıldıq. Bir vaxt görkəmli Azərbaycan oğullarına dünyanın dörd bir yanında heykəllər ucaldan dahi Azərbaycan oğlu, böyük siyasətçi Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdük. Ruhu şad olsun! Var olsun Ümummilli Liderimizin şah əsəri Azərbaycan!!!

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri,“Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, SİM İB -in Fəxri üzvü.

NƏZAKƏT EMİNQIZININ YAZILAR

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru