Könül Bünyadzadənin “Sufi fenomenologiya” (II cilddə) kitabının təqdimatı keçirilib

Könül Bünyadzadənin “Sufi fenomenologiya” (II cilddə) kitabının təqdimatı keçirilib

Bu gün Prezident kitabxanasında tanınmış filosov alim, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomenologiya” (II cilddə) kitabının təqdimatı keçirildi.

İlk olaraq qeyd edim ki, kitabın elmi, ədəbi zəhmətindən göründüyü kimi, müəllif əsər üzərində uzun illər işləyərkən xeyli mənbələri araşdırmış, özünün fəlsəfi yanaşmalarını müqayisələr məcmusunda tədqiqat müstəvisinə gətirərək, ortaya mükəmməl, sanballı nəşr qoymuşdur.

Tədbiri giriş sözü ilə açan Prezident kitabxanasının direktoru, prof. Afət Abbasova kitab haqqında özünün maraqlı fikir və mülahizələrini açıqladı. Kitabın müəllifi Könül Bünyadzadə əsər üzərində işlədiyi zaman çoxlu sayda məxəzlərdə rastlaşdığı elmi baxışlara münasibətindən və digər maraqlı məqamlardan söz açdı.

Tədbirdə görkəmli elm xadimlərindən akademik, AMEA-nın vitse prezidenti İradə Hüseynova, Milli Məclisin deputatı, Fəlsəfə doktoru Fazil Mustafa, BDU-nun dosenti Qəmər Mürşüdlü və AMEA Əlyazmalar İnstitutunun dosenti Şəhla Məcidova (kitabın rəyçiləri), AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov, Əməkdar jurnalist, Tahir Talıblı, eləcə də AMEA-nın digər əməkdaşları kitabın Azərbaycan Fəlsəfə tarixində yeri və rolu, milli dəyərləri ətrafında maraqlı fikirlər səsləndirdilər.

Müzakirələr səmimi söhbətlərin müşayiətilə kitabxananın İncəsənət ədəbiyyatı zalında, çay süfrəsi ətrafında da davam etdirildi.

Belə bir maraqlı tədbirin təşkili və yüksək səviyyədə keçirilməsində böyük zəhməti olan Prezident kitabxanasının direktoru, prof. Afət xanım Abbasovaya və zəhməti keçən əməkdaşlara sayğılarımız sonsuzdur…

Məlumatı hazırladı: Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir