Ölkələri Öyrənirik – 6 – Ukrayna | Ukrayna Haqqında Məlumat| 2022
Salam əziz izləycilər. Bu video da Ölkələri Öyrənirik – 6 – Ukrayna adlı video hazırladım. Bu videoda sizə Ukrayna haqqında məlumat verəcəm. Videoda Əhali ərazi prezident əsgər sayı bayraq mənası qonşu ölkələri və s. Haqqında məlumat var. Bu video Ukrayna və Rusiya arasında müharibədən çıxan şəkillər və məlumatlar var.
Ukrayna partizanları De, kimdir gecənin bağrını dələn? Düşmənin üstünə ley kimi gələn? Kimin qüdrətinə güvənir Vətən? Kimdə sədaqət də, mərdlik də vardır? O bizim qəhrəman partizanlardır!
De, kimin səsindən titrəyir dağlar? Barmaqla göstərir onu uşaqlar? Kimin yuvasıdır meşələr, bağlar? Kimin hər zəfəri bir yadigardır? O, bizim qəhrəman partizanlardır!
Kimdir qartal kimi qayada yatan, Pəncəsi düşmənin gözünə batan? De kimdir döyüşdə yüzə yüz atan? De, kimin qalası sıx ormanlardır? O bizim qəhrəman partizanlardır!
De, kimin yurdudur sünbüllü çöllər? Kimindir banduru söylədən əllər? Kimindir yanağı lalə gözəllər De, kimin sevdası bir ilk bahardır? O bizim qəhrəman partizanlardır!
De, kimdir düşmənə min tələ quran? Tarasın qəbrində keşikçi duran? De, kimdir Karmelyuk əlilə vuran? Bizim ukraynalı qəhrəmanlardır, O bizim qəhrəman partizanlardır!
De, kimdir adına qardaş dediyim? Qəmimə, nəşəmə sirdaş dediyim? De, kimdir vətəndaş, yoldaş dediyim? Bizim Koroglu tək pəhləvanlardır. Bizim ukraynalı partizanlardır!