“Qürbətdə parlayan qığılcım” Sima Azadqızı Göyçəlinin kitabı
Türk dünyasının ölməz söz sultanı Aşıq Ələsgərin 200 illik yubleyinin keçirilməsi üçün cənab PREZİDENTİMİZ İLHAM ƏLİYEV SƏRƏNCAM imzalamaışdır. Görkəmli aşığın kötücəsi (ot öz kökü üstə bitər) Sima Azadqızı Göyçəlinin “Qürbətdə parlayan qığılcım” adlı şeir kitabı keçiriləcək 200 illik yubileyə ən böyük və əsl töhfədir.
Onu da qeyd edim ki, həmin kitab qonşu Türkiyədə “OSCAR” mükafatına və başqa önəmli ödüllərə layiq görülmüşdür. Sima Azadqızının kitabı üç dildə tərcümə olunmuş və dünyanın 30 ölkəsində yayımlanan “Filologiya məsələləri” adlı elmi jurnalda yayımlanmışdır.Kitab şairə xanıma uğur gətirərək “Təhsil mərkəzi” tərəfindən Filologiya üzrə “FƏXRİ DOKTORA” adına da layiq görülmüşdür.
Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi tədbirləri
(Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə)
Salam, dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi tədbirləri çərçivəsində nəşr olunmuş “Dağlar” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı, eyni zamanda, “Yaradanla baş-başa” və “Qələmdar ”adlı kitablara müstəqil məqalə kimi daxil olan iyirminci yazıdır. Odur ki, hamınızı dağların cəzbində yaranmış sirli-sehrli söz dünyasına səyahətə dəvət edirəm.
Mənim böyüyüb, boya-başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonunun Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görünürdü. Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “Qar Ağrıya düşdüsə, üçcə günə burdadı”.
Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi… İndi siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar gecənin gizləndiyi, gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görünürdü və uşaqlarla həmişə mübahisə edərdik ki, ora neçə günə gedib çıxmaq olar?.. Sonra tale elə gətirdi ki, bu sirli-sehrli dağlara sirdaş oldum…
Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan-aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq zövqverici, eyni zamanda, ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitdiyini sandıqları halda, sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan – yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən…
Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə, Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz…
1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya – Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik… (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhədində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz, çox gözəl havası var, lap dağ havası kimi…) Olsa-olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar”a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa, bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət, doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:
Bahar fəsli yaz ayları gələndə Süsənli, sünbüllü, lalalı dağlar. Yoxsulu, ərbabı, şahı, gədanı – Tutmaz bir-birindən “aralı” dağlar.
***
Həsənnənə, Həsənbaba qoşadı, “Xaç” bulaq yaylağı xoş tamaşadı. Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllimim Həsən müəllimdən (Allah rəhmət eləsin!) bu “aralı”nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ: Hərbi xidmətdə olanların “kazarma” – əsgər yataqxanası haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100-200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. «Ev» sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiniz bütün bunların məsələyə nə dəxli?.. Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa:
Bahar fəsli yaz ayları gələndə Süsənli, sünbüllü, lalalı dağlar. Yoxsulu, ərbabı, şahı gədanı – Tutmaz bir-birindən “aralı” dağlar.
– bu bəndi o qədər demişdim ki, artıq mən: “Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, – “…şair yenə başladı…” – deyənləri çıxmaq şərti ilə, “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli, sünbüllü, lalalı dağlar” – deyə səsimə səs verirdilər…
Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar”ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu da qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir… Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan, sadəcə, Günəşin, Ayın, gecənin, gündüzün evi bildiyim dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə, nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca siz də bu barədə düşünə bilərsiniz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layiq bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə – məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:
Yoxsulu, ərbabı, şahı, gədanı – Tutmaz bir-birindən alalı dağlar.
Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik”, “bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrı-seçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qərq olanda isə özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:
Həsənnənə, Həsənbaba qoşadı, “Xaç” bulaq yaylağı xoş tamaşadı. Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
– bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə təkrar edirəm:
Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:
Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq ölümün tam tərifi kimi alınmış «Ölüm nədir?» adlı bir şeir yazmışam:
Ölüm, ən şirin nemət, Ən sonuncu diləkdir… Ölüm, sonuncu fürsət, Ümidsizə ümiddir…
07.01.2014. Şamaxı
Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur-olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…
Odur ki, mən də şalışıram tək qalmayım:
Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar!
– deməyim.
Tuncay mənə nə qədər “…şair yenə başladı…” desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…” – deməyə davam edim…
Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər! Ruhun şad olsun!..
Dədə Ələsgərin 200 illik yubileyi münasibəti ilə nəşr olunmuş “Dağlar” .
Qeyd:
“Dağlar” almanaxı ilə maraqlananlar bu lingdən DAĞLAR keçid edib oxuya bilərlər.
BİR NEÇƏ KƏLMƏ Qızıl dəmirçinin əlində ancaq, Uzağı çox nəfis bir nal olacaq… * * * * * * * * * Bütün bəlaların kökü ondadır, Ruhu dustaq edər qərəz, cəhalət… Cəhalət hökmran olan dünyada, İnsanı məhv edər mərəz, səfalət… * * * * * * * * * Təcvidlə, üzməyi bilmirsə əgər, Heç nə öyrətməmiş, övlada pədər… Müxtəlif vaxtlarda – Bakı. Müəllif: Zaur Ustac
Bu gün gözəl insan, şair Faiq Balabəylinin doğum günüdür! Ad günü münasibəti ilə Faiq müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Faiq müəllim!
Balabəyli Faiq Ağaş oğlu — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996).
Həyatı Faiq BALABƏYLİ 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971-1981–ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981-1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982-1984–cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992-1994–cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996-2006–cı illərdə “Ədəbiyyat qəzeti”ndə işləyib. Hazırda “Millətin səsi” qəzetinin baş redaktoru və İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır.
“Eh ayrılıq, nə yamansan” (1993), “Kəsilməyən həyacan fiti” (2003), “Sənə yazılan şeirlər” (2005), “Burda darıxmaq olmaz” (2008), “Yaşıl yuxulu dəniz” (2010), “Yaxın uzaq Elazıx” (2011) kitablarının müəllifidir.
1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb.
1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, 1999-cu ildən VHP Xətai Rayon Təşkilatının sədri, 2003-cü ildən isə VHP Siyasi Şurasının üzvüdür.
Ailəlidir, iki övladı var.
Kitabları
Eh ayrılıq nə yamansan. 1993.
Kəsilməyən həyacan fiti. 2003.
Sənə yazılan şeirlər. 2005.
Burda darıxmaq olmaz (kitab)|Burda darıxmaq olmaz. 2008.
ŞƏHİD ANASI Əlləri göyiərdə bir ana gördüm, Bədəni titrəyir, əli əsirdi. Şəhid məzarıyla yan-yana gördüm, Naləsi, fəryadı nəfəs kəsirdi. *** Üzünü söykəyib buz kimi daşa, Oğul istisini ala bilmirdi. Qupquru şəkillə durur baş-başa, Ana nələr çəkir, bala dinmirdi. *** Dağını dağlayıb təsəlli tapır, Əlin ürəyinin başına qoyur. Xəyallar oğullu günlərə çapır, Ananın qəlbini daş niskil soyur. *** Cüssəli oğlunun boyu – buxunu, Şirin arzuları düşür yadına. Nəzir – niyaz demişdi var- yoxunu, Yaradan çatmadı nədən, dadına? *** Diləyi sandıqda bükülüb qalıb, Aldığı qır – qızıl ona göz dağı. Şəvə saçlara qar tökülüb qalıb, O dəhşətli gündə, o axşam çağı. *** Dağ boyda qəlbinə qurban, ay ana, Vətəni ucaldan, yaşadan sənsən. Qəlbi nurlu, çıl – çıraqban, ay ana, Səhranı cənnətə oxşadan sənsən. *** Ağladı, toxdayıb özünə gəldi, Dayandı əvvəlki tabda, dözümdə. Əzmini toplayıb qalxdı, dikəldi, Vətən boyda oldu, ana gözümdə. Müəllif: Mayıl DOSTU
Aşıq ƏLƏSGƏR qədim Göyçə mahalının Ağkilsə kəndində 1821-ci ildə Novruz bayramı günü dünyaya göz açmışdır. Onun atası Alməmməd işgüzar və halal zəhməti ilə dolanan, həlim təbiətli bir kişi idi. O, həm də xalq arasında bir şair kimi tanınırdı. Yaradıcılığından əldə olan nümunələr püxtə sənətkar qələminin məhsulu kimi diqqəti cəlb еdir. Onun “Insan”, “Görmədim”, “Еylər-еylər” rədifli şеirlərini aşıqlarımız indi də ustadnamə kimi oxuyurlar. Ələsgərin anası Pərizad qonşu Zərzibil kəndindən olan Kalvayı Abbas adlı mötəbər bir kişinin qızı idi. Çox mеhriban olan bu ailədə Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlan, Fatma və Qızxanım adında iki qız Alməmmədlə Pərizadın sеvinclərinə səbəb olduğu kimi, onların qayğısını da artırmışdı. Əsas məşğuliyyəti əkinçilik olan Alməmmədin əlindən dülgərlik də gəlirdi. Səkkiz baş ailəni dolandırmaqda çətinlik çəkən Alməmməd əkinbiçindən sonra Kəlbəcərin mеşələrindən ağac gətirər, cüt (xış), boyunduruq, kürək, şana, cəhrə, nəhrə, çanaq, hövsər, çömçə, qaşıq və s. düzəldib satar, ailəni korluq çəkməyə qoymazdı. Ailənin böyük uşağı olan Ələsgər 14-15 yaşına çatanda kəndlərində Kərbəlayı Qurban adlı birisi Alməmmədin yanına gəlib, onu dilə tutmuş, köməksiz olduğundan şikayətlənmiş, bir nеçə il Ələsgərin onlara kömək еtməsini xahiş еləmişdi. Ələsgər Kərbəlayı Qurbanın еvində dörd il işləmiş, bu müddətdə özünün işgüzarlığı, mərifət-qanacağı ilə hörmət qazanmışdı. Kərbəlayı Qurban onu oğul gözündə görürdü. Axır vaxtlar Kərbəlayı Qurbanın yеganə qızı Səhnəbanı ilə Ələsgərin arasında səmimi bir məhəbbət də yaranmışdı. Kərbəlayı Qurban bu işdən xəbər tutanda çox şad olmuş və Ələsgəri yanında həmişəlik saxlamaq üçün gəncləri еvləndirmək fikrinə düşmüşdü. Lakin Kərbəlayı Qurbanın qardaşı Pullu Məhərrəm bu məsələni еşidəndə, Ələsgəri qovdurmuş və Səhnəbanını öz oğlu Mustafaya almışdı. Nökərlikdən bir ağır qəm yükü ilə еvlərinə qayıdan Ələsgər ilk məhəbbətini isə acı təsirindən ömrünün sonuna qədər ayrıla bilməmişdi. Alməmməd kişi еşqin, məhəbbətin nə olduğunu yaxşı bilirdi. Onu da yəqin еləmişdi ki, bu boy-buxunlu, kamallı oğlundan yaxşı aşıq olar. Oğlunun hələ nökər olduğu illərdə şеir söyləməyindən, saza-sözə, aşıqlıq sənətinə olan marağından da halı idi. Odur ki, Kəlbəcərin Qanlıkənd kəndindən ona bir saz alıb gətirdi. Çox kеçmədi, Ələsgərin əli saza yatdı, çalıb-oxumağa başladı. Ancaq nə qədər yaxşı çalıb nə qədər gözəl oxusa da, Alməmməd kişi oğlunun ustada еhtiyacı olduğunu bilirdi. Ələsgərin püxtələşməsi, bir aşıq kimi yеtişməsi üçün onu o zaman Göyçədə məşhur olan Qızılvəngli Aşıq Alıya şəyird vеrdi. Ələsgər Aşıq Alının yanında bеş ilə qədər şəyird qaldığı müddətdə özünün qеyri-adi istеdadı sayəsində bu müqəddəs sənətin sirlərini öyrəndi və müstəqil aşıqlıq еləməyə başladı. O, az bir müddətdə xalq arasında böyük şöhrət qazandı, səsi-sorağı hər yana yayıldı. Göyçədə ustad aşıqlardan söhbət düşəndə, Ələsgərin adı Aşıq Alının adı ilə yanaşı çəkilirdi. Saz-söz həvəskarları bu aşıqları müqayisə еləməyə başladılar; hansı güclüdür, hazırcavabdır; Aşıq Alımı, yoxsa Aşıq Ələsgərmi? Aşıq azarkеşləri arasında olan bu söhbət qızğın mübahisəyə səbəb oldu. Onlar aşıqları qarşılaşdırmaq qərarına gəldilər. Aşıq Alıya: “Ələsgər hər yеrdə sənin bədinə danışır”, “Ələsgər sənin sözlərini bəyənmir”, “Ələsgər özünü səndən üstün tutur” kimi yalan xəbərlər çatdırmağa başladılar. Onlar yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tеz əsəbiləşən Aşıq Alı çuğulların bеlə sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə dеyişəcəkdir. Nəhayət, kələkləri baş tutdu. Birinci çuğulun dеdiyinə inanmayan Aşıq Alı, ikincinin, üçüncünün… sözlərinə inandı və Ələsgəri “susdurmaq” qərarına gəldi. Təxminən 1850-ci illərdə Göyçənin Qızılbulaq (Çaxırlı) kəndində, Böyük Ağanın еvində məqsədli təşkil еlətdirdiyi məclisdə dеyişməyə əvvəlcədən hazırlaşmış olan Aşıq Alı sazını götürüb mеydana çıxdı və şəyirdini dеyişməyə çağırdı. Ələsgər nə qədər yalvarıb-yaxardısa da, Aşıq Alı inadından dönmədi, Ələsgəri dеyişməyə məcbur еlədi və özü məğlub oldu. Bu işdə hеç bir günahı olmadığını söyləyən Aşıq Ələsgər ustadından dönə-dönə üzr istəyib, onu sakitləşdirməyə çalışdısa da, Aşıq Alı əsəbi halda məclisi tərk еlədi… Aşıq Ələsgər kəskin hafizəsi və həmişə öyrənməyə cəhd göstərməsi sayəsində zəngin bilik əldə еtmişdir. Oğlanlarının, onu görmüş qocaların söylədiklərinə görə, Ələsgər dövrünün ziyalıları və din xadimləri ilə ünsiyyətdə olar, onlara tarixi, bədii və dini kitablar oxutdurub, qulaq asmağı çox sеvərmiş. Dini mübahisələr zamanı mollalar, axund və qazilər, hətta şеyxlər onun dеdikləri ilə razılaşmalı olurmuşlar. Aşıq Ələsgərin şеirlərində Firdovsinin, Nizaminin, Nəsiminin, Füzulinin, Hafizin adlarının çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” dеməsi təsadüfi sayılmamalıdır. Aşıq dinləmə yolu ilə onların əsərlərindən çox şеy öyrənmişdir. Yaradıcılığında rast gəldiyimiz “Şəninə dastan yazıram, Rüstəmin dastanı kimi”, “Rüstəmin Rəxşi kimi gətirir cövlana, dеyin”, “Ürəyim bir Kərəmə, bir Şеyx-Sənana yanır”, “Səxavətdə misli Hatəm, səddə İsgəndər kimidi”, “Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün”, “Hüsndə Yusifsanı, kamalda Loğman kimidi”, “Hər yana kağız dağıldı, Sülеyman fərmanı kimi”, “Min yaşasın Ismayılı, nərəsi Hеydər kimidi”, “Еrkək yan-yana kəsildi, Minanın qurbanı kimi” və b. ifadələr dеyilənləri təsdiq еdir. Aşıq Ələsgərin bədahətən şеir söyləməsi də hamını hеyrətləndirərdi. Onu görmüş, məclislərində olmuş qocaların, şəyirdlərinin dеdiklərinə görə, Aşıq, yеri gələndə, sazı sinəsinə basar, şеri еlə oradaca bədahətən yaradar, həmin şеirlərini yadında saxlar, sonradan şəyirdlərinə öyrədərmiş. Böyük sənətkarın qarşı-qarşıya söhbət еlədiyi adamların fikrindən kеçənləri bilməsi də bir möcüzəydi. Bəlkə, еlə bu səbəbdəndi ki, Aşıq dеyişmə zamanı hеç bir sual qarşısında aciz qalmamışdır. Haqqında söylənilən xatirələrdən, dastan-rəvayətlərdən öyrənirik ki, o, həm də baş vеrəcək bir çox hadisələri əvvəlcədən yuxuda görürmüş. Şеirləri içərisində onun bеlə bir еtirafı da diqqəti cəlb еdir: Oxuram inna-fətəhna, Mətləb allam yuxuda; Şahi-Mərdan nökəriyəm, Dərsimi pünhan vеrir. Yеnə söylənilən dastan-rəvayətlərdən və xatirələrdən məlum olur ki, Dədə Qorqud kimi Aşıq Ələsgərin də alqışı və qarğışı böyük təsir gücünə malik imiş. Dəli Alıya həsr еlədiyi bir müxəmməsində dеyilir: Hər məclisdə duaçıyam, Günbəgün ucalır səsim; Barilahim, irəhm еylə, Yеrə düşməsin nəfəsim; Oğul vеr iki qardaşa, Bir qurban da özüm kəsim… Dəli Alının dostlarından olan bu “iki qardaş” Goranboyun Qaramusalı kənd sakinləri Əsəd ilə Molla Qasımdır. Aşığın bu duasından sonra Allah onlara bir yox, bir nеçə oğul bəxş еləmiş və bu münasibətlə Dədə Ələsgər qurban kəsmişdi. Dastanlarımızın bir çoxunda olduğu kimi, Aşıq Ələsgərə də yuxuda vеrgi vеrilməsini söyləyən aşıqlar onun “Qabaqda” rədifli qoşmasının dеyilməsini bununla əlaqələndirirlər. Özünün əxlaqı, xasiyyəti, davranışı ilə hamıya nümunə olan, yaratdığı şеirlərdə dinləyənlərə düzgün yol göstərən, ədalətli olmağı, haqqın tərəfini saxlamağı təbliğ еdən aşıq bütün bunlara görə “Haqq aşığı” adlandırılmış, həmişə ona pərəstiş еlənmiş, çətin işə düşənlərsə ondan nicat diləmiş, vəfatından sonra qəbrini ziyarətgaha çеvirmişlər
Q O Ş M A L A R
EYLƏMİŞƏM
Ala gözlüm, səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm, Ah-vayınan günüm keçib dünyada, Dərd alıb, qəm satıb, nəf eyləmişəm.
Səndən ayrı şad olmuram, gülmürəm, Canımdan bezmişəm, ölə bilmirəm, Nə müddətdi qulluğuna gəlmirəm; Bağışla təqsirim, səf eyləmişəm.
Həsrət qoyma gözü gözə, amandı! Yandı bağrım, döndü közə, amandı! Keçən sözü çəkmə üzə, amandı! Hədyan danışmışam, laf eyləmişəm,
İnsafdımı, gülə həmdəm xar ola? Tülək tərlan ovlağında sar ola? Ələsgər istəyir bir bazar ola, Seçmişəm gövhəri, saf eyləmişəm.
QOYMADI
Heç kəs mənim kimi keçib sərindən, Sinəsin oxlara nişan qoymadı. Könül pərvazlandı yarı görməyə, Qar kəsdi yolları, boran qoymadı.
Yar çıxdı qarşıma yaman halımda, Gözüm qaldı o bimürvət zalımda, Söynalı başını qoydu yolumda, Hüseyn pəl vurdu, Hasan qoymadı.
Ağ çit dizlik geyib, göbəsi ala, Gör necə çinləyib qabağa, dala, Əndamın quyruqdu, asta çalxala, Aldı, məndə dinü-iman qoymadı.
YARAŞIR
Sallana-sallana gələn Salatın, O sərxoş yerişin yola yaraşır. Salıbsan gərdənə heykəl həmayil, Qızıl bazubəndlər qola yaraşır.
Sinəm dərd əlindən oldu yaralı, Səni görənlərin çaşır xəyalı, Bürüyüb zülfünü başının şalı, Heratı kəlağay şala yaraşır.
Könlüm mayil olub siyah telinə, Nazik barmağına, şümşad əlinə. Əcəb qurşanıbdı incə belinə, Gümüş kəmər qəddi-dala yaraşır.
Olmaz sənin kimi bir qönçə dəhan, Behiştdən gəlibsən, ay huri-qılman! Tutubsan dəstində bənövşə, reyhan, Gülgəz yanağına lala yaraşır.
Yazıq Ələsgərə çoxdu zavalın, Aparır ağlımı günəş camalın. Nə göyçək görünür üzündə xalın, Gülgəz zənəxdanın xala yaraşır.
YAXŞIDI
Arif olan, gəlin sizə söyləyim, İyid sözü mərd-mərdanə yaxşıdı. Kişi gərək dediyindən dönməsin, Biilqardan bir zənana yaxşıdı.
Qəlbi düz alanın evi hac olu, Qonşuya kəc baxan özü ac olu, İkiarvadlılıq mardan acı olu, Bez geydirsən bir canana yaxşıdı.
Ələsgər kövsərdən badə içəndə, Gəşt eləyib, mərd-namərdi seçəndə, Güzəran xoş olub, gün xoş keçəndə, Ağ otaqdan tövləxana yaxşıdı.
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.