Kateqoriya arxivləri: www.USTAC.az

TƏRANƏ ARİFQIZI – BİLMİRƏM

Təranə Arifqızı – Əliyeva.

BİLMİRƏM

Gözümdən həsrətin elə axır ki,
İnci tək dağılır,yığa bilmirəm.
Ölmüş ürəyimin daş divarını,
Sevgiylə əridib, yıxa bilmirəm.
* * *
Ovunmaq istədim, telə dolmuşam,
Mizrabı yandırıb, zilə dolmuşam,
Elə kövrəlmişəm, elə dolmuşam,
Daha yağış olub yağa bilmirəm.
* * *
Qan damır sən dolu bəbəklərimdən,
Elə ələnmişəm ələklərimdən,
Qismətim yox imiş çörəklərindən,
Küt oldum, təndirdən çıxa bilmirəm.
* * *
Misra göyərtmişəm, şeir bitibdi,
Bir pəri könlündə şair itibdi,
Tanrının əlinə əlim yetibdi,
Neyləyim, başqa əl sıxa bilmirəm.
* * *
Çıxmazda qalmışam, əlac gəzirəm,
Sevgi dəryasında mən aç gəzirəm,
Tanrı, möhtacınam, Merac gəzirəm,
Qəlbindən başqasın yuxa bilmirəm.
Müəllif: Təranə Arifqızı


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALLAHA ƏMANƏT – NÜBAR ELDARQIZI

Nübar Eldarqızı, şair-publisist.

(Esse)

Anam iflic idi,7 il çəkdi…
7 il nə çəkdi,bir özü bildi,
Bir də Allah!
Küçədə,bazarda,toyda,hüzürdə görünməyəndə
hamı zənn etdi ki,ölüb.
-Əslində ölmüşdü,ömrü gedirdi…
Çox işləməkdəndi yəqin ki,əvvəl sağ əli dayandı,
Sonra yorulub sağ ayağı da yerimədi.
Daha sonra dili danışmaq istəmədi,sözlər yavaş-yavaş uçub getdi…
Axırıncı iki söz qalanda bildik anamın sözlərinin qurtaqdığını…
Anası rəhmətə gedəndə anamın 7 yaşı varmış.Qadın körpə qızını Allaha əmanət edib köçmüşdü.
Allah qızcığaza yaxşı baxdı,yetimlikdən çıxardı.
Könül verdi,aşiq oldu,evləndi,ev-eşik oldu…
Bu dəfə Allah yoruldu.
Gördü ki,sağlam ata,sağlam ana,uşağını atan,ata-anasını atan,hamı “Allaha əmanət ol!” deyir…
Son 7 ildə Allah anamızı bizə tapşırdı.
O da hər gün Allahı və anasını yad edirdi.
Doğma atasından,ögey anasından hələm-hələm danışmazdı.
-Bu evliliyə qarşı olan varsa,ya indi desin,ya da əbədiyyətə qədər sussun!
Anam susmağı tərcih etdi…
İtirməkdən qorxduğu üçün bütün sevdiklərindən əvvəl ölmək istəyirdi anam.
Əvvəllər itkin qardaşını həmişə deyib ağlardı:
-Gəl,ay qardaş eyyy…

Qardaş,ürəyim qardaş,
Arxam,qirəyim,qardaş,
Sən dəmi atdın məni,
Sənə nə deyim,qardaş?!

Dərd çəkən idi qadın.
Elə çəkirdi ki,heç baca elə tüstü çəkməzdi.
Qurunun oduna yanan yaşın tüstüsü də onun təpəsindən çıxırdı…
İflic olandan sonra atamdan utanmağa başlamışdı,
İşləyən əli ilə hərəkətsiz qolunu tutub atama göstərir,
və üzrxahlıq edərcəsinə ağlayırdı.Yəni,günah bunlardadı,yoxsa mən ölənəcən sənin qulluğunu edəcəkdim…
Uşaq olanda böyük oğlum bir gəfə soruşmuşdu:- Ana,sənin anan hambal işləyirdi?
O ki,varsa güldüm,sonra bir o qədər ağladım…
-Bəli,qul idi,əzik idi,ürəyi bütöv, sözü keçən,hökmü yeriyən olmamışdı anam!..
Atam da,elə biz də qədrini-qiymətini bilmədik onun.
Sonradan o ağır,azdanışan,sərt kişi:-Bədbəxtin qızı elə deyirdi!..deyirdi…
Görəcəkli günləri sonda imiş onun da…
Anamın xəstəliklərini hələ indi-indi kəşf edirik; təzyiqi yuxarı olurmuş…zobu da varmış…bəlkə də son vaxtlar gözü görmürdü…
Özümüzdəki əlamətlərlə tutuşdururuq onun hallarını…
Bir arzusu da vardı:-Sizi öz əllərimlə köçürmək istəyirəm,deyirdi…
(Altı qızdan ikisini ər evinə özü yola salmışdı.)
Olmadı…
O bizi yox,biz onu köçürdük,Allahın əmanətini onun özünə qaytardıq…
Müəllif: Nübar Eldarqızı



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏTİN ŞEİRLƏRİ

Ceyhun Fikrət – şair.

DANIŞDIM

Danışdım hər şeyi, danışdım sənə,
əsl həqiqəti, bilmədən güldün,
dünya da fanidir, söylədim sənə,
bir anlıq dayanıb, dəlisən dedin.

Baxdın bu həyatın, gedişatına,
bilmədin bu həyat, müvəqqətidir,
düşündün həmişə, yaşayacaqsan,
amma bilmədin ki, həm də ölüm var.

Dünyaya aldandın, yaşadın necə,
dünyaya aldanan, elə uduzar,
düşünər dünya da, həmişə vardır
amma vaxt vədəsi, yetişər bir gün.

Dünyada nə etdin, hesabı vardı
soruşacaqlar ki, nələr etmisən,
mən olmayacağam, gülüb gedəsən,
danışdıqlarımı, biləsən nağıl.

YENƏ QAR YAĞIR

Yenə qar yağır,
düşüncələrə.
Uşaqlar da sevinib,
qəmin divarlarından uzağa baxırlar.
Parçalanmış hisslərlə,
bir-birlərinə qar atırlar.
Yenə qar yağır,
pəncərədən bir kişi baxaraq,
qarın maşına vuracağı zıyanı düşünür ,
kədərlənir.
Bir kişi zibil yeşiklərində,
çörək axtarır,
göy üzünə baxaraq,
nəsə pıçıldayır.
Onu çağırır,
bizə rəhim elə deyir.

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI – PDF:



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL – “QIZ SƏNİ ŞAİR EDƏCƏM” – ŞEİR

Lalə İsmayıl – şair.


“QIZ SƏNİ ŞAİR EDƏCƏM”

(Deyir, deyib ki “qız, səni şair edəcəm”)
Olmasın heç sözdə kəsər,
“Qa”ki dedin, yağlı əsər,
Böylə yazır cümlə bəşər,
Yaz! səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Cibin məmnun, beş üç manat,
Gözün xumar, sərxoş həyat,
Yum gözünü, xumarlan, yat!
Yaz səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Cismi qoy şöhrət yoluna,
Şöhrət can qatar quluna,
Çalmasan da tax qoluna-
Saz, səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Ocaq çatmısan içimdə,
Olmaz Huri sən biçimdə,
Boğacam sərvət içində
Az, səni şair edəcəm,
Qız, səni şair edəcəm!
* * *
Dəb olacaq cızmaqara,
Oxu bəmdən “para, para”,
Əcəlim ol, çəksin dara
Naz, səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Köz söndürər kömür satan,
Pasa dönər dəmir tutan,
Lalə haqqsan, budur xatan,
Söz, səni şair edəcəm,
Qız, səni şair edəcəm.

22 .02 .2021. -Bakı.

Müəllif: Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL HAQQINDA

Lalə İsmayı– İsmayılova Lalə Barat qızı

LALƏ İSMAYIL HAQQINDA

Lalə İsmayı– İsmayılova Lalə Barat qızı 02 fevral 1972 – ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan rayonun Yuxarı Yeməzli kəndində anadan olmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayır. Təhsil sahəsində çalışmaqla yanaşı, ədəbi yaradıcılıqla da məşğuldur.

Müntəzəm olaraq ölkəmizdə və onun hüdudları xaricində yazıları dərc olunur. Şeirlərində milli ruh, xalqa yaxınlıq, folklora bağlıq qabarıq şəkildə hiss olunur.

Ailəlidir. Üç övladı var.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SİMA AZADQIZI GÖYÇƏLİ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

“Qürbətdə parlayan qığılcım” Sima Azadqızı Göyçəlinin kitabı

Türk dünyasının ölməz söz sultanı Aşıq Ələsgərin 200 illik yubleyinin keçirilməsi üçün cənab PREZİDENTİMİZ İLHAM ƏLİYEV SƏRƏNCAM imzalamaışdır. Görkəmli aşığın  kötücəsi (ot öz kökü üstə bitər) Sima Azadqızı Göyçəlinin “Qürbətdə parlayan qığılcım” adlı şeir kitabı keçiriləcək 200 illik yubileyə ən böyük və əsl töhfədir.

Sima Azadqızı Göyçəli

Xəbər verildiyi kimi, həmin kitab qonşu Türkiyədə “OSCAR” mükafatına və başqa önəmli ödüllərə layiq görülmüşdür. Sima Azadqızının kitabı üç dildə tərcümə olunmuş və dünyanın 30 ölkəsində yayımlanan “Filologiya məsələləri” adlı elmi jurnalda yayımlanmışdır. Bütün bunlarla bərabər Sima Azadqızı Göyçəlinin “Qürbətdə parlayan qığılcım” adlı şeir kitabı “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.

“ZİYADAR” MÜKAFATI SIMA AZADQIZI GÖYÇƏLİ N: 059 24.02.2021. – BAKI.

Biz də Sima xanımı həm yeni kitabının işıq üzü görməsi , həm də ödüllərə layiq görülməsi münasibət ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NEYNİRDİN ŞAİRİ YARADIB, ALLAH – MUSA ƏLƏKBƏRLİ

Musa Ələkbərli – şair, naşir.

NEYNİRDİN ŞAİRİ YARADIB, ALLAH
Bağladın həyata min sirli bağla,
Qəlbinə coş dedin, gözünə ağla.
Bir belə ağrıyla, bir belə dağla
Neynirdin şairi yaradıb, allah?!
* * *
O, dönə bilmirsə kor ağacına
Ya batan gəminin dor ağacına.
Quş olub uçmursa dar ağacına
Neynirdin şairi yaradıb, allah?!
* * *
Aldanıb kimisə öyəcəkdisə,
Sonra öydüyünü söyəcəkdisə.
Kükrəyib “Həqq mənəm” deyəcəkdisə
Neynirdin şairi yaradıb, allah?!
* * *
Ərzi hökmdara yetməyirdisə,
Dərdi, şikayəti bitməyirdisə.
Zindana könüllü getməyirdisə,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Qılınctək kəsməyən şeirə nə deyim,
Şeirdən gələcək xeyirə nə deyim?
Bu bitib-tükənməz sehrə nə deyim,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Onu zaman-zaman oda salırsan,
Öldürüb sonra da yada salırsan.
Səndəmi şeirlə nəfəs alırsan,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Günəşə calanan hörükmü gəzdin,
Zamana od vuran körükmü gəzdin,
Yoxsa öz dərdinə şərikmi gəzdin,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Yurdu dərd bürüdü, ələm götürdü,
Ürəyi yananlar qələm götürdü.
Yeri də, göyü də bu qəm götürdü
Neynirdin şairi yaradıb, allah?!
* * *
Sirrinə müvafiq elmin yoxdumu,
O elmə yönəlik filmin yoxdumu,
Bizə bundan artıq zülmün yoxdumu?
Neynirdin şairi yaradıb, allah?!
* * *
Ömrümüz-günümüz bir yuxu, röya,
İllər ötüb keçdi… Yaşadıq guya?!
Şeirlə düzələn deyilsə dünya,
Neynirdin şairi yaradıb, allah?!
Müəllif: Musa Əəkbərli


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSA ƏLƏKBƏRLİ HAQQINDA

Musa Ələkbərli, şair, naşir.

MUSA ƏLƏKBƏRLİ HAQQINDA

Musa Əəkbərli 1950-ci ildə aprelin 25-də Gədəbəy rayonu, Ataxal kəndində anadan olub. Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nin filologiya fakültəsini bitirib. Gənclik nəşriyyatında yeniyetmələr üçün ədəbiyyat redaksiyasının redaktoru vəzifəsində işləyib. Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. “Pərvanə ” ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələr edib. “Məndən şer istə”, “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Gözümdə ağlayan bulud” və s. kitabların müəllifidir. Bir çox kitabların redaktoru olub, ön sözyazıb. Hazırda ədəbi yaradıcılığını davam etdirir. “Şur” nəşriyyatının direktorudur.

Sona Xəyalın Musa Ələkbərli haqqında kitabı PDF:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİN ŞÜKÜR – ZAUR USTAC

Zaur Ustac, şair-publisist.

MİN ŞÜKÜR
(Dildən dilə süzdürənə min şükür)
Bir yaqut gizlidi sədəf dalında,
Misli yox ölçülə sərraf dalında,
Min kəlmə şəlləyib əlif dalında,
Dildən dilə gəzdirənə min şükür…
* * *
Dədəm, babam nəğmə deyib, söz qoşub,
Kəsə gedib, doğru deyib, düz qoşub,
Məclis qurub, min oxuyb, yüz qoşub,
Teldən telə gəzdirənə min şükür…
* * *
Ustac deyər, hardan gələr bilinməz,
Ha deyilə, yeri dolar bilinməz,
Gülər gözdən qəm süzülər bilinməz,
Eldən elə gəzdirənə min şükür…
20.10.2016.  Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru