Kateqoriya arxivləri: Yazar Etibar Həsənzadə

Etibar Həsənzadənin “Şuşa İli” çərçivəsində “Şuşa – Zəfərin zirvəsi” başlığı altında hazırladığı ədəbi-bədii videokomozisiyasının təqdimatı keçirilib

İyulun 4-də Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində daşkəsənli gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Etibar Həsənzadənin “Şuşa İli” çərçivəsində “Şuşa – Zəfərin zirvəsi” başlığı altında hazırladığı ədəbi-bədii videokomozisiyasının təqdimatı keçirilib.

Təqdimat Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır!” fərdi layihəsi çərçivəsində ərsəyə gəlib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ziyalıları, şəhid valideynləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əhəd Abıyev tədbir iştirakçılarını salamladıqdan sonra gənc yazar Etibar Həsənzadəni ötən dövrlərdə əldə etdiyi zəngin yaradıcılıq uğurları münasibətilə təbrik edib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Gənc yazar Etibar Həsənzadə məhdud imkanlı olmasına baxmayaraq, onun əsl ziyalı, maarifçi obrazı, həyata, Vətəninə bağlılığı bütün gənclərə nümunədir. Etibar Həsənzadənin onlarla bədii kitabı işıq üzü görüb, əsərləri nüfuzlu nəşrlərdə ölkəmizdə və xaricdə yayımlanıb. O, bir çox nüfuzlu təşkilatların mükafat və diplomları ilə təltif olunub.

Sonra Şuşa ilə bağlı videokompozisiyaya baxış keçirilib. Etibar Həsənzadənin şeirlərini aktyor Əjdər Zeynalov, Əməkdar artistlər Sərvər Əliyev və Kəmalə Məmmədova səsləndiriblər.

Tədbirdə çıxış edən qazi Ceyhun Əliyev və digər rayon ziyalıları Etibar Həsənzadənin yaradıcılığı haqqında xoş sözlər söyləyib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Məktəblilər isə Etibar Həsənzadənin şeirlərini oxuyublar.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Molla Pənah Vaqif – Xumar-xumar baxmaq göz qaydasıdır

MOLLA PƏNAH VAQİFİN YAZILARI

Xumar-xumar baxmaq göz qaydasıdır
Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeyri xəzanədəndir.
***
Nədəndir sözümə cavab verməmək?
Həm camal gizləyib, üz göstərməmək.
Gecələr gözlərim xabı görməmək,
Ol siyah nərgisi-məstanədəndir.
***
Mən ha səni nuri-ilahi sannam,
Camalının şöləsinə dolannam,
Atəşinə mərdü mərdanə yannam,
Bu xasiyyət mənə pərvanədəndir.
***
Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, apar sən o gül üzə,
Soruşsa yar ki, bu kimdəndir bizə?
Söyləgilən: — Sizin divanədəndir.
***
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.
***
Müştaqdır üzünə gözü Vaqifin,
Yolunda payəndaz üzü Vaqifin,
Sənsən fikri, zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.

Müəllif: Molla Pənah VAQİF

MOLLA PƏNAH VAQİFİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bakıda “Astola Hotel”də Yazar Etibar Həsənzadə ilə görüş baş tutub

Yazar Etibar Həsənzadə

27.04.2022-ci il tarixində “İmanlı Vatan Evladı Derneği”nin Genel Başkanı Mustafa Nazilli bəy və Genel Başkan Yardımçısı İbrahim Keskin bəylə Bakıda “Astola Hotel”də Yazar Etibar Həsənzadə ilə görüşüb. Çox səmimi bir ortamda keçən görüş zamanı Mustafa bəy Etibara özünün İVED-ə həsr olunmuş şeirinin yazıldığı plaketi hədiyyə edib. Görüşün sonunda Etibar Həsənzadə Mustafa bəyə və İbrahim bəyə öz təşəkkürünü bildirib.

Biz də YAZARLAR olaraq, Etibara yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Etibar bəy!

Mənbə: Yazar Etibar Həsənzadə

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru