“QƏHRƏMAN ŞUŞAM” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB. ANTALOGİYANIN TƏRTİB OLUNMASINDA FƏAL İŞTİRAK EDƏN BİR QRUP YAZAR “VİDADİ TURAN AĞDAMLI” DİPLOMU İLƏ MÜKAFATLANDIRILIB:
1. Cəfərov Azər Məmmədcəfər oğlu Təxəllüsü Azər Məmmədcəfərli
2. Bahar Cavadova Həbib qızı Təxəllüsü Bahar Cavadova
3. Nuruyev Qurban Təbiət oğlu. Təxəllüs Qurban Təbiət oğlu
4. Cəlilova Nəzakət Cəlil qızı Təxəllüsü Nazı Yazar
5. Nuruyeva Rahilə Talıb qızı Təxəllüsü Rahilə Nuriyeva
6. Sevil Qafarova Əlimuxtar qızı Təxəllüsü Sevil Əlimuxtarqızı
Harada kitab, ədəbiyyat, incəsənət, mədəniyyət adına bir layihə varsa, Səlim Babullaoğlu imzası mütləq orada var! Mənə görə bunlardan ən möhtəşəmi, hələ də sönməz ulduz kimi parlayanı (bu layihənin bəhrələrini hələ uzun illər çoxlu nəsillər dadacaq və bərəkətindən faydalanacaq) “Atv kitab” – “Parlaq imzalar” olub… Bu gün əlavə təqdimata ehtiyacı olmayan Səlim Babullaoğlunun doğum günüdür! Şad gününüz mübarək, əziz və gözəl insan! Hər yeni saat, yeni gün, yeni il, uğur gətirsin inşəAllah! Başdan ayağa söz adam, şeir adam, kitab adam! Allah can sağlığı versin!!!
Bu gün bir qrup yazar 9 sentyab Şuşada keçiriləcək XURŞİDBANU NATƏVAN 190 yubiley tədbirlərində iştirak etmək üçün Şuşa şəhərinə yola düşüb. Yubiley tədbirləri ilə bağlı əlavə məlumatlar veriləcək.
Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusu, silahlı qüvvələridir. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir.Azərbaycan Ordusunun yaranmasının 104 yaşını Qələbə sevinci ilə qeyd edirik. Tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsində əldə etdiyimiz uğurlar Allahın qüdrəti, zamanın diqtəsdir. Dünyanın Azərbaycan maraqları , heyranlıqla dilə gətirilən:-Azərbaycannın öz torpaqlarını işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Vətən müharibəsinin 44 günə başa catmısı üçün Xalqımızın birliyi, Azərbaycan Respublikasının Prezdenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik məharəti və qətiyyəti, igid oğullarimizin göstərdikləri rəşadətlərlə Qürurlanırıq! Güclü Lider, Güclü Ordu, Güclü Xalqımızın birliyi Yurd yerinin həsrətinə son verdi! Xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək xoşbəxtlikdir. Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətinin yeni səhifəsi Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması, güclü liderin, Xalqın, Ordunun birliyinin təntənəsidir. Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə çaldı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu qələbəni dəmir yumruqla qazandıq. Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə apardı. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü, şəhidlərimizin qanı ilə azad etdik.Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza Qələbə sevincini yaşatdı. 28 illik Vətən həsrətinə son qoydu. Canlarından keçən şəhid oğullarımız, igid əsgər və zabitlərimiz, həkimlərimiz ,mülkü vətandaşlarımız xatirəsi xalqımızın, əzizlərinin ürəyində yaşayacaqlar! Şəhidlər və şəhid anaları qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik
Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir. Bu ürəyi bizdən 28 il əvvəl söküb çıxarmışdılar. Biz o ürəyi yenidən əsl sahibinə – bağrımıza qovuşdurduq. Şuşa bayraq deməkdir. Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir. Şuşa tarixi Azərbaycanın qədim mədəni mirasıdır. 250 il əvvəl Azərbaycan xalqının öz əlləri ilə inşa etdiyi Şuşa qalaları Ermənistanın çirkli əllərindən xilas edilərək əsl vücuduna qovuşdu . Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi liderliyi, dövlətin bu savaşa inanması, xalqın birlik və bərabərlik içində bu işə ürək qoyması ilə qüdrətli Azərbaycan Ordusu ürəyimizi alanların ürəyini sökdü. Şuşa Dağlıq Qarabağın bütövlüyünün simvoludur. Şuşa azad edildi, Azərbaycan dövlətçiliyinin və Silahlı Qüvvələrinin birliyinin simvolu olaraq üçrəngli bayraq oraya sancıldı. Hərbi-strateji mövqe, siyasi və psixoloji hədəf olan Şuşanın Bayraq Günündən 1 gün əvvəl azad edilməsi simvolika və dəyər baxımından çox əhəmiyyətlidir.Azərbaycan işğaldakı torpaqların azad olunması davam edəcək. Azərbaycan bu gücə və qüdrətə sahibdir. Azərbaycan ordusunun dünya döyüş tarixində görünməmiş rəşadəti, misli görünməmiş qəhrəmanlığı sayəsində, 5,5 km² əraziyə malik , alınmaz qala kimi qorunan bir şəhəri əliyalın 400 nəfərlik qüvvə ilə işğaldan azad edən tək bir orudu var : Azərbaycan ordusu!
Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanı 28 il yarımdan sonra azad etməsi bizim üçün:
-Qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış qürurumuzun qaytarlması; -Şəhidlərimizin ruhunun şad olması, Xocalının qısası;
-Qarabağda tam və qəti üstünlüyün əldə olunması;
-Azərbaycan ordusunun və dövlətinin nüfuzunun artması.
İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi ilə başa çatması demək idi! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun, Xalqimızın birliyi, Haqq işimizin nəticəsi QƏLƏBƏMİZDİR! Mənfur düşmənə verdiyimiz tarixi dərs Qürurvericidir. Güclü Lider, Güclü Ordu , Güclü Xalq Azərbaycan məktəbinin yetirməsi, Azərbaycan müəllim əməyinin bəhrəsidir. Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır.Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
VƏTƏNİN OLMAQ GƏRƏK! Gözün aydın Azərbaycan Dünyası! Güclü Lider, Güclü Dövlət, Güclü Xalq, Güclü Ordu od ələdi, bax başına düşmənin! Dünya sənin Qüdrətinə heyrət edir! Nümünəni Öyrənir!!!
Ədalətli, haqqlı olan kəslərə, Allah özü kömək edir!!! Gözün aydın Azərbaycan Dünyası!!! Qürur duyuruq, Azərbaycanlıyiq!!! Şuşada dalğalanır Bayrağımız!!! Ağır texnikasız , bir nəfəsə, Şuşani azad edibdir Ordumuz!!! Şuşa azad edildi, bəyan eylədi! ALİ BAŞ KOMANDANIMİZ!!!
Baş əyirik qarşınızda, Şəhid olan oğullarımız!!! Poladın ,Mill qəhrəmların, Zabitlərin, siravi Əsgərlərin, Şəhid övladların hesabını alan, Hikmətin , Maisin vardır Vətən!!! Yaxin,uzaq ellərdən dəstəyin var! Türkiyə,Pakistan kimi arxadaşın!!!
Öz xalqına arxalandın!!! Yumruq oldun, belini qırğın düşmənin! Qarabağ Azərbaycandır!!! Şuşamıza qayıtdıq, Qarabağa qayıtdıq!!! Dünyaya sübut etdik:- Biz haqlıyıq, Qürurlu!!! Ədalətli ,Qüdrətliyik!!! Vətəni canımızla Qoruyuruq!!! Bir birinə arxa dayaq,
Birliyimiz oldu dayaq!!! Qürürla dalğalanır:
–Qarabağda üç rəngli Bayraq!!! (Z.V)
Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq”- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması, İnsanlığın qorunmasına verdiyi töhfələr qürur vericidir.Vətəninə, dövlətinə sədaqətlə xidmət edərək, İnsanlar arasında barış, birlik, əməkdaşlıq, dünyada sülhün, əmin amanlığın bərqarar olmasına töhfələr verən, Azərbaycanınn inkişafına xidmət edən Vətən övladları Qürurvericidir! Onların dövlətə, dövlətçiliyə xidməti, Vətəninə olan sevgisi və xidmətləri sevindiricidir. Amal və istəyində Azərbaycan dövləti dayanan, fəaliyyətləri ilə Vətənimizin qüdrətinin artmasına öz töhfhəsini vermiş Azərbaycan oğulları! Şəhid oğulların, Qazilərin qanı ilə suvarılan müqəddəs səcdəgahımız Şuşa torpağı! Vətən sevgisi ilə yaşayan, Şuşanı azad etmək üçün Can verib, əza verən mənəviyyatlı, ləyaqətli oğullara borcluyuq! Şuşada keçrilən hər bir mərasim, tədbir, görüş torpağımızın dəyərini, məkirli düşmənin çirkin əməl və niyyətini Dünyaya çatdırmağa xidmət etməlidir. Bu yolda mən nə etmişəm,nə etməliyəm sualına cavab verməli olduğumuzu Unutmayaq!
“Vətən və İnsan sevgisi” layihəsinin rəhbəri kimi 44 günlük Vətən müharibəsi günlərində xüsusi vebnarlar, dəyirmi masa, görüşlər keçirmiş, “Azərbaycan Bayrağı Şuşada dalğalanır”,” Qarabağın döyünən ürəyi, mədəniyyət Mərkəzi Şuşa”, “ Tarix yazan Sərkərdə”, “Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır… yazıları ilə mətbuatda çıxışlar etmişəm.Ölkə Prezidenti İlham Əliyevin 2022-ci ili Şuşa İli elan etməsi ilə əlaqədar verdiyi məlum fərmanına əsasən “QARABAĞ 3-cü. Beynəlxalq Sosial və Humanitar Elmlərdə Müasir Araşdırmalar Konfransı ŞUŞA İLİ – 2022″ . mövzusunda keçirilən Konqrensin iştirakçı kimi iyun ayının 8 –də qəhrəman oğullarımızın azad etdiyi Şuşa şəhərində oldum, onların ruhuna düalar oxuyub, müqəddəs ruhların uyuduğu torpağa səcdə etdim , Şuşada Cıdır düzündə dalğalanan Azərbaycan Bayrağını görməyim ömrümün xoşbəxt, unudulmaz anlarıdır.Bir anda unudulmayan Şəhidlər qarşısında baş əyirik!!!
Qazilərimizə şəfa diləyirik!!!
Bol sərvətli, həm dövlətli, İnsanları Qabiliyyətli, Elmili, Zəkalı, Dühalı məmləkdir Azərbaycan! Qorunmalı! Bəşəriyyətin, İnsanlığın, Vətənin qorunması bu gün hər kəsin qarşısında duran, həllini gözləyən məsələdir. Müstəqil dövlətimizin qorunması dünyanın hər cür var dövlətindən, nemətindən qiymətlidir!
Zəfər yolu, Haqqin yoludur!
Vətən sevdalı oğulların yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!
Sözümüzün var kəsəri!!
Vətəndaşı olmalı, Qrunmalı,Orumalı!
Qarabağ Azərbaycandır, Möhrü Vurulmalı!
Qəlbimizdə Vətən Sevgisi olmalı! (Z.V)
Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq! Evimiz və son mənziliniz olan Vətən bizim namusumz, əcdadlarımızın, övladlarımızin Şərəf və Qürur yeridir!Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin qorunması üçün bir olmalı!
Əziz Vətən Övladları:-Bir olaq, Güclü olaq! Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək! Vətənimizə Dəstək Olaq! Azərbaycan dövləti, Azərbaycan Ordusu və Xalqın qətiyyəti, birliyimizin nəticəsi Qələbəmizin təminatıdır!
ADPU-nun ETM-nin elmi işçisi, Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi Layihəsi üzrə Milli məsləhətçi, Əməkdar müəllim. Akademik M.Mehdizadə mükafatı laureatı.
Rəşad Məcid “Şuşa” şeiri. Təqdim edir: Nuray Şahsuvarlı.
ŞUŞA Min şəhər adı var dillər əzbəri, Adların ən üstün adıdı Şuşa. Musiqi notudur cüt hecasıyla: Şu-Şa Dilimin şəhdidir, dadıdı Şuşa. * * * Ciyərdə nəfəsdir, damarda qandır, Ruha qanad verən sirli məkandır, Bilib eşidəndir, güc artırandır, Qoşundur, əsgərdir, ordudur Şuşa. * * * Qoynuna hər gələn yüz xəyal eylər, Qıraqda qalanlar qeylü-qal eylər, Birini coşdurar, birin lal eylər, Tilsimdir, ovsundur, cadudur Şuşa. 2021
Xumar-xumar baxmaq göz qaydasıdır Sevdiyim, ləblərin yaquta bənzər, Sərasər dişlərin dürdanədəndir. Sədəf dəhanından çıxan sözlərin Hər biri bir qeyri xəzanədəndir. *** Nədəndir sözümə cavab verməmək? Həm camal gizləyib, üz göstərməmək. Gecələr gözlərim xabı görməmək, Ol siyah nərgisi-məstanədəndir. *** Mən ha səni nuri-ilahi sannam, Camalının şöləsinə dolannam, Atəşinə mərdü mərdanə yannam, Bu xasiyyət mənə pərvanədəndir. *** Bir namə yazmışam can üzə-üzə, Badi-səba, apar sən o gül üzə, Soruşsa yar ki, bu kimdəndir bizə? Söyləgilən: — Sizin divanədəndir. *** Xumar-xumar baxmaq göz qaydasıdır, Lalə tək qızarmaq üz qaydasıdır, Pərişanlıq zülfün öz qaydasıdır, Nə badi-səbadan, nə şanədəndir. *** Müştaqdır üzünə gözü Vaqifin, Yolunda payəndaz üzü Vaqifin, Sənsən fikri, zikri, sözü Vaqifin, Qeyri söz yanında əfsanədəndir.
“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edir
* Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;
* Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;
* Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
* Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;
* Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;
* Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;
* İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini em.aliyev@culture.gov.az ünvanına göndərməlidirlər.
YALANÇI ŞƏHƏR Səndən xəbərsizik gör neçə ildı, Gözlərin yollara dikili qalıb. Qaçıb gələrdınmi, ayağın olsa. Qolların qoynunda bükülü qalıb. * * * Bəlkə ayağını özün kəsmisən, Atib gəlməyəsən bezib ağrıdan. Bizim yollarimiz kəsilməyib ki… Kəsik ayaqlardı ürək ağrıdan. * * * Ayaqlar kəsildi, cığırlar itdi, İtmiş cıgırlarla qalandı Şuşam. Ayağın olsaydı yenə gəlməzdin, Yalandı, yalandı, yalandı, Şuşam. Müəllif: Sehran Allahverdi
ŞUŞA Yolları bağlanıb düşüncə daşa, Baharı dönüncə şaxtalı qışa, Naxələf satqınlar keçincə başa, Dizləri qatlandı, yıxıldı Şuşa! * * * Namərdlər hiylədən toru hörüncə, Saldıran yağılar alıb girincə, Məzar sükutuna dalmış görüncə, Odlara qalandı , yaxıldı Şuşa! * * * Qəlbindən vuruldu, köksü didildi, Döyüldü dağ-daşı orden edildi, Qanla yoğrulmuşdu, sanki ödüldü, Erməni boynuna taxıldı Şuşa! * * * Verdik əlimizdən bizim olanı, Tuş etdik yurduma dərdi, bəlanı, Ələyib gözlərə falşı, yalanı, İllərlə lentlərdə baxıldı Şuşa! * * * Bircə gün qeyd edib işğal gününü, Sonra unuduruq səsi, ününü, Riyakar bir tarix biçir donunu, Böyüyən nəsilə nağıldı Şuşa! 08.05.2017. Müəllif: Təvəkkül Goruslu Məmmədov
QÜRBƏT KÖYNƏYİ Oxsa bu dərdin saçını, Körpə, dəcəl balan kimi. Pıçılda bir qulağına, Doğruları yalan kimi. * * * Qeyrət də çırpıb qapını, Adını süpürüb, gedib. Nə yaxşı ki, son gedişdə Üzünə tüpürüb, gedib. * * * Havalar ta istiləşir, Çıxar olmayan papağı. Birdən səni kişi bilib, Soruşarlar Qarabağı… * * * Ömrü Ağdam şərabı tək, Bala-bala çək başına. Təsəlli ver öz-özünə: “Mən neyləyim tək başına?!. * * * Eynimde qurbet koyneyi, Her gun tezelenir,veten. Sairler oz derdi ile Bele mezelenir,veten! * * * Əynimdə qurbət koynəyi, Hər gun təzələnir,vətən. Sairlər oz dərdi ilə Belə məzələnir,vətən! Müəllif: Balayar Sadiq
ŞUŞA MÖVSÜMÜ Tut bu səbrin yaxasından, Vur o daşa, vur bu daşa. Bir sətir Şuşa ətri səp, Ruhunda donan savaşa. * * * Qəlbindən bir dağ boylanır, Qeyrət gəzsin qoy o dağda. Qanını sürt gözlərinə, Güllər açsın Qarabağda. * * * Hünəri çixar köynəkdən, Qala qisas ocağını. Arzusu üşüyənlərə, Aç ümidin qucağını. * * * Güllə səsi gülə – gülə, Qoy sinəndə qapı açsın. Düşmən görsün cürətini, Ölümünü qapıb qaçsın. * * * Şükür,zəfər qoxuludur, Şəhidlərin təbəssümü. Qalıbdır gözü yollarda Könlümün ŞUŞA mövsümü ! Müəllif: Ülkər Nicatlı
BU YAZ DA GƏLƏ BİLMƏDİK… Gün-güzaran başımızı yenə qatdı, Biz sızladıq, namərd səndə at oynatdı, Bizsiz yenə yamacların şehə batdı, Bu yaz da gələ bilmədik… * * * Buzdan çıxdı, qırçınlandı bulaqların, Lalələndi, oda düşdü yanaqların, “Hardasınız”- pıçıldadı dodaqların, Bu yaz da gələ bilmədik… * * * Damarımda qaynamırsa qanım, Şuşam, Səni hələ hansı üzlə anım, Şüşam? Yolumuzdan yığ gözünü, canım Şuşam- Bu yaz da gələ bilmədik… 09 may 2012 Müəllif: Vahid Çəmənli
HÜNƏR GÖSTƏRMİSƏNMİ? (BU GÜN YARALI YERİMİZ OLAN ŞUŞANIN İŞĞALINININ İLDÖNÜMÜDÜR.) Dinlə sözlərimi: Ey vətən oğlu, Düşmən işğal edib, bağlayıb yolu. Qəlbində intiqam odlu, alovlu, Yandırıb, qisasa döndərmisənmi? * * * Bir vaxt Erməniylə can, qardaş kimi, Yeyərdin, içərdin dost, sirdaş kimi. Güllələr yağdırıb, qara daş kimi, Özünü döyüşə, kökləmisənmi? * * * Yağı, düşmən kəsibdi yollarını, Çalın, çarpaz bağlayıb qollarını. Vətənin, qeyrətli oğullarını, Düşmənlə, döyüşə səsləmisənmi? * * * Türklərə bir bəla, yaratdı Allah, Başları əzildi, olmadı islah. Durub keşiyində, əlində silah, Başına igidlər, cəmləmisənmi? * * * Səslə Koroğlumu, ya Babəkimi, Gəlsin şah Xətai, Qaçaq Nəbimi. Vətənə layiqli, bir övlad kimi, Qəlbində, məhəbbət bəsləmisənmi? * * * Partizan Mehdinin, olmuş əvəzi, Nümunə göstər sən, gəl Mübarizi. Gəray, Hüseynbala, qəhrəman Həzi, Onlar tək, bir hünər göstərmisənmi? * * * Əlif, Əlyar, Asif, İbadla, Yaqub, Şirin,Allahverdi, Yelmar, həm Raqub. Arxalı düşməni, edərək məğlub, Döyüşüb, heç ölmək istəmisənmi? * * * Qoru bu torpağı, torpaq sənindir, Doğma yer, yurd, yuva öz vətənindir. Döyüş meydanıdır, Qarabağ indi, Canını sipərə, döndərmisənmi? * * * Axdı torpağına, şəhid qanları, Gərəkdir, alınsın intiqamları. Vətənə xor baxan, kor nadanları, Malik: Şeirinlə, pisləmisənmi? Müəllif: Malik Tağızadə
“Bu gün Azərbaycan müsiqisinin beşiyi və şərqin konservatoriyası olan Şuşanın işğalı günüdü. Şuşa şəhərinin erməni faşistləri tərəfindən işğal olunduğunu unutmadıq və heç vaxt unutmarıq. Şuşaya qovuşacaq günümüz üzaqda deyil.” – Etibar Vəliyev MƏN ƏSGƏR ANDINI İÇİB GƏLMİŞƏM Çəkil yağı düşmən, Qarabağımdan. Şuşa qalasından, uca dağımdan. Çəkil qabağımdan, keç qabağımdan, Mən əsgər andını içib gəlmişəm. * * * Sülh deyib, sizlərə zaman vermişik. Sən demə zalıma aman vermişik. Apreldə cavabın yaman vermişik, Mən əsgər andını içib gəlmişəm. * * * Xocalı, Xocavənd, Xankəndi mənim, Zəngilan, Cəbrayıl başımda çənim, Ağdərə, Qubadlı yuxuma qənim, Mən əsgər andını içib gəlmişəm. * * * Ağdam, Fizulidən keçib gələrəm, Kəlbəcər, Laçına səcdə edərəm, Mən cavan Heydərəm, baba Heydərəm, Mən əsgər andını içib gəlmişəm. * * * Qələbə müjdəsi, sorağı məndə, Canım Azərbaycan, bayrağı məndə, Çəkiçi məndədi, orağı məndə, Mən əsgər andını içib gəlmişəm. * * * Xəstədi, düşmənin vardı mərəzi, Anamla etmişəm razi-niyazi, “Ya şəhid olaram, ya da ki qazi,” Mən əsgər andını içib gəlmişəm. 18.10.2016 Müəllif: Etibar Vəliyev
VƏTƏN OĞULLARI Vətən oğulları, başınız uca, Üzünüz bəxtiyar,daim ağ olsun. Vətənim yaşasın dünya durduqca, Millətim salamat,Vətən sağ olsun. * * * Vətənə arxasız, millətə dayaq, Gəlin, bu dözümdən usanaq, doyaq, Yağıya “toy” tutaq, əlacsız qoyaq, Həmləniz düşmənə, çarpaz dağ olsun. * * * Vaxtdır, pasın açın silah, yarağın. Sizdən alaq, böyük zəfər sorağın, Cənnətə döndərin yurdun torpağın, Vətən başdan-başa bağça,bağ olsun. * * * Cavanlar,ömrünüz açsın tər çiçək Özünüz yüz yaşan,bəxtiniz göyçək, Azad edin, doğma yurdlara köçək, Qürür,and yerimiz, Qarabağ olsun. Müəllif: Mayil Dostu