Kateqoriya arxivləri: “ZİYADAR” M.

O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN! – Aqşin Hacızadə

Aqşin HACIZADƏŞair.

O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!

(“…Zor ilə ayırdılar….” Ərdoğan)
Quzu kəsim şeir deyən dilinə,
O şeiri bir də söylə Ərdoğan!
Səs verəcək harayına qırx milyon,
Hədəfinə yaman dəyib, bax, yaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bircə bəndlik şeir ilə oyanıb,
Təbriz indi əyaq üstə dayanıb.
Əsrlərlə əsarətdən usanıb,
Çalxalanır, silkələnir bax bu an,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Haqdan deyir, sevmir haqqı, düzü də,
Bir şeytandı astarı da, üzü də.
Zamanıdı, dağılacaq özü də,
Bizi bizdən ayrı salan, ayıran,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Dilindəki şər-böhtandı, yalandı,
Erməniyə mehri-ülfət salandı.
İran ki var, İran deyil, ilandı,
Bu “ilana” qənim olsun o Quran, *
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Yox, dolmasın Araz daha lil ilə,
Axsın Araz o tay-bu tay gül ilə.
Biz ki, birik millət ilə, dil ilə,
Niyə axı ayrı qalsın bu məkan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
O tay bu tay Araz üstə yol salaq,
Bu birliyə alqış deyək, əl çalaq.
Bəsdir daha əsarətdə alçalaq,
Alçalmışıq düz iki yüz il, zaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bu ayrılıq əbədilik yad olsun,
Pişəvəri ruhu daim şad olsun, *
Ünvanımız bircə ünvan, ad olsun,
Hey bir olsun Azərbaycan sonacan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!

Türkiyə Respublikasının 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan

Qeydlər:
1. Müqəddəs Quran kitabı.
2. Seyid Cəfər Pişəvəri. 1945-1946-cı illərdə Milli Hökumətin rəhbəri.
12.12.2020.- Bərdə ş.
Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yuxulardan oyanmaq… – Qəşəm Nəcəfzadə

YUXULARDAN OYANMAQ…
(Kəramət Böyükçölə)
Anana demişəm,
Pişık çırmaqlayan dizindən danışmasın.
Əmiziyini xatırlatmasın,
Qolundakı xalını yadıma salmasın…
Doğum evində demişdim ki,
Körpəmiz dəyişik düşər.
Demişdi, qolunda qara xalı var, qorxma…
Bəs böyüyəndə,
Sən kimlə dəyişik düşdün, oğlum?
İndi deyirəm o xalı
Yaddaşımdan pozsun.
Bütün xatirələrini
Birdəfəlik büküb
Palazın alta qoysun.
Mənə
Bir dənə xatirəni göstərməsin.
Işə bax,
Göbəyin quruyub düşəndə
İlk kitabımın arasına qoymuşammış…
Bu axşam anan göstərdi mənə.
Süd dişini hələ də saxlayırammış,
Yapışıb kitabın son vərəqinə.
Evdə atıla –atıla yeriyərim ki,
Ayaq izlərini əzməyim.
Şirin yuxulardan oyanıram ki,
ləzzətlə səni gözləyim.
Evimiz elə böyükdü ki,
Anan məni axtarır evdə.
Oyunçağı olmayan uşaqlara bənzəyirik,
Yuxuya gedirik, hərəmiz bir güncdə.
Gəlib indi görsən, ağlarsan
Səpmişik evə sənin uşaqlıq şəkillərini,
Şəkillərlə oynaya – oynaya
Yuxu bizi aparıb…
Göbəyin və süd dişin ananın əllərində
Balaca süd şüşəsi yırğalanır sinəmdə…

Müəllif: Qəşəm Nəcəfzadə

QƏŞƏM NƏCƏFZADƏNİN DİGƏR YAZILARI

QƏŞƏM NƏCƏFZADƏ DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏQİBƏ QƏVVAS – ŞEİRLƏR

Rəqibə QƏVVAS – Şair, pedaqoq.

VƏSSALAM
Zaman bizi
dəyirmaninda üyüdüb,
Ələyində ələyib,
xəlbirindən keçirib
Mindirir karivana
tapsırır sarivanana
Göndərir gedər- gəlməzə

Gələn qala biıməyib,
gedən gələ bolməyib.
Yığdığın aparan yox ,
Dünya tamam dəyişib,
Dünyaya gələn az ,
gedən çox.
Qsrşıda iki yol var ,
Vənnət cəhənnəm yolu.
Hamı özü ilə aparır ,
Çiynində yazdırdığı,
Bir sağı,bir də solu.
Nə var ay insan,
nə qovhaqovdur,
nə qaphaqapdır,
Hamının ki yeri
Axırda gordur,
Vəssalam…

İSTƏYİR
Göylər məni yaman çəkir özünə,
Deyəsən verdiyin geri istəyir.
Ruhum səmaları ,cismim torpağı,
Payıma yazılan yeri istəyir.
* * *
Bu boyda dünyaya sığışmıram mən,
Sıxılır,darıxır ruhum bədəndə.
Deyəsən,azadlıq istəyir məndən,
Əslində yamanca yorğunam mən də.
* * *
Dünyanın şələsi elə ağırdır,
Yaman yorulmuşam çəkə bilmirəm.
Nə qoyub getməyə ixtiyarım yox,
Nə də ətəyimdən tökə bilmirəm.
* * *
Gözlərim dikilib ulduza,aya,
Xəyalım göylərdə piyada gəzir.
Yalın ayaqlarım qərib dünyada,
Nabələd yollarda karıxıb qalər.
* * *
Niyə cəzb eləyir məni bu göylər,
Niyə xəyalımı çəkir özünə.
Deyəsən tapmışam ,yanılmıramsa,
Düşmüşəm bir ,,gizli,, yolun izinə.

BİZƏ YETİM DEMƏYİN
Mənə yetim deməyim,mən şəhid balasıyam,
Qarayaylıq anamın ürəyi şan-şan olar.
Atam şəkildən baxar,ruhu sizdən inciyər
Axı narahat olsa,qəbri od tutub yanar.
* * *
Mən daha böyümüşəm, çox da ki beş yaşım var,
Atam gedənddə deyib evin kişisi sənsən
Nənəm hey ağıadıqca basır məni bağrına
Deyir gözümün nuru oğlumun əvəzisən
* * *
Ayam şəhid olandan sonra doğuldu bacım,
Otuz yaşlı anamın ismət qalası kimi.
Bacımsa tanıyacaq atamı şəkillərdən.
Meçə-neçə şəhidi şəhid balası kimi.
* * *
Bizə yetim deməyin,biz şəhid balasıyıq,
Tarixi yazanların xalqa əmanətiyik.
Məzarı da torpağa əsgər kimi düzülən,
Tarixin qsn yaddaşı,millətin qeyrətiyik.

İtkin düşən əsgərim qalib.
Başına dolanım ay dağım,dərəm,
Səndə itkin düşən əsgərim qalıb.
Üstüaçıq yatıb yaş torpaq üstə,
Evimin dirəyi ,sərvərim qalıb.
* * *
Düşməndən qisası alıb dincəlir,
Meylini dağlara salıb dincəlir.
Balam şəhid adın alıb dincəlir,
Ruhumun qidası ,ülkərim qalıb.
* * *
Dumanı üstünə çək üşüməsin,
Elə bas bağrına bük üşüməsin.
Özün al qoynuna tək üşüməsin,
Dizimin taqəti,hünərim qalıb.
* * *
Özün laylasını çal rahat olsun,
Yaralı könlünü al rahat olsun.
Sən Allah qeydinə qal rahat olsun.
Səndə şəhid adlı əsgərim qalıb.

QADIN
(Nigar Rəfibəyliə)
Bir şair ömrünü yaşayan qadın,
Bir ana adını daşıyan qadın,
Bir ömür yoldaşı böyük ustadın,
Bu üçbucaqlının mərkəzində sən,
Bərabər hissənin tənbələnisən.
Ana bucağından qalan məsafə,
Şair bucğına bərabər gəlir.
Ömür-gün yoldaşı olan bucağdan
Könlümü oxşayan bir səs yüksəlir.
,,Ala gözlüm səndən ayrı gecələr,
Bir il kimi uzun olur eyləyim.,,

Müəllif: Rəqibə QƏVVAS

RƏQİBƏ QƏVVAIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2021-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına Zənzibar əsilli ingilis yazıçı Abdulrazak Gurnah layiq görülüb

ABDULRAZAK GURNAH – NOBEL MÜKAFATÇISI

2021-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına Zənzibar əsilli ingilis yazıçı Abdulrazak Gurnah layiq görülüb.

Bu barədə İsveç Akademiyasının üzvləri Stokholmda baş tutan xüsusi tədbirdə məlumat verib.

Tədbirdə qeyd olunub ki, Abdulrazak Gurnah “müstəmləkəçiliyin nəticələrinə və mədəniyyətlər və qitələr arasındakı uçurumda bir qaçqının taleyinə yanaşmada barışmaz və şəfqətli mövqeyinə görə” bu mükafata layiq görülüb.

İlkin mənbə:Edebiyyatqazeti.az

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Orxan ARAS – SƏN, DƏNİZ VƏ ŞEİR

Orxan ARAS

SƏN, DƏNİZ VƏ ŞEİR

Nə vaxt, əbədiyyət, əbədiyyətdə azadlıq, azadlıqda xoşbəxtliyə düşünsəm, Nazım Hikmətin o gözəl misralarını oxuyardım.

“Motorları maviliklere 
süreceğiz çocuklar..
Işıklı maviliklere süreceğiz!”

Şairin xoşbəxt uşaqları ilə birlikdə qayığa minirəm və bir quş kimi mavi dənizin üstündə uçuram.

Divanu Lügati’t Türkdə “təniz” olaraq adlandırılan bu mavi dünya, hansı şairi arxasınca aparmadı ki?

Tevfik Fikrət:

“Bir çocuk ruhu kadar 
şimdi münevver, lekesiz,
Uyuyor mai deniz”.

Yahya Kamal:

“Yürü! Hür maviliğin bittiği 
son hadde kadar!
İnsan, alemde hayal ettiği 
müddetçe yaşar”.

Orhan Vəli:

“Bakakalırım giden geminin ardından
Atamam kendimi denize, dünya güzeli
Serde erkeklik var, ağlayamam!”

Yalnız onlarmı? Cahit Sıtkı, Fazıl Hüsnü Dağlarca, Edip Cansevər, Turqut Uyar həmişə əbədiyyət, azadlıq və ya dənizin mavisində sevgililərinin gözlərini axtarmışlar. Mistik şair Nacip Fazıl təqvim vərəqindəki şəkildən mavi dənizi axtarır:

“Yüzüme o resimden,
Köpükler vurdu sandım.
Duymuş gibi tıkandım,
Ciğerimde bir yosun.
Artık beni kim tutsun.
Denizler oldu tasam,
Yakar onu bulmazsam!”

Laçında doğulan, amma dənizin mavisində eşqin rəngini görən şair Nazim Əhmədli də, Türkiyədəki şairlər kimi, eşqinin fəryadını  dənizlə bölüşür:

“ruhum əsir oldu, harda,
babam diksindi, məzarda;
ürcah oldum, uzaq yurda,
sevdim, uzaq bir dənizi”.

Uzaq dənizlər əslində, əlçatmaz arzulardır. Keşiş atası ilə birlikdə itən Əslilər, dəyişən və pisləşən bir dünyada yenidən doğulmaq arzusundadırlar. Həssas qəlbi olan şair, nəinki uzaq dənizi sevir, həm də göyə baxır, buludlarla danışır və xəyal dünyasında gələcəyin gözəl günlərini bir bostan kimi əkir:

“göydə bulud ləliyir,
damcı-damcı çiləyir;
fələk tumu ələyir,
mən də, bostan əkirəm;”

NAZİM ƏHMƏDLİNİN KİTABI

Nədənsə, hər dəfə Nazim Əhmədlinin şeirlərini oxuyanda ağlıma alman şairi Rilke gəlir. O da, solğun və utancaq sətirləri ilə şeirlərində şəkillərə fərqli mənalar verirdi. Simvolik reallıq, ən sadə formada, fərqli mənaları görünən varlıqlara aid etməkdir. Bir çiçək, bir uşaq və ya əsən bir külək, axan su, bir dağ zirvəsi Rilke və ya Nazim Əhmədli kimi şairlərin gözündə tamamilə fərqli formalar alır:

“daşı, ağacı qara,
göyüzü para-para;
suyu çəkilib hara
bir ölü dənizi var;”

Nazim Əhmədlinin şeirlərində zaman-zaman xalq şeiri üslubuna yaxın şeirləri də görmək mümkündür. Onun bəzi şeirlərini oxuyanda mənə elə gəlir ki, XVII əsrin böyük şairi Qaracoğlandan oxuyuram:

“gəl gizlicə çıxıb gedək,
bağçanızın gül yerinə;
mənə bir şeir bəstələ,
oxuyaq, bülbül yerinə;”

Sözlər öz yerindədir, axıcıdır və musiqisi ilə insanlara rəhbərlik edir. Belə sadə görünən çətin şeirləri yalnız ustad şairlər həyata keçirə bilərlər.
Qısa müddət əvvəl şair Nazim Əhmədlinin “Uzaq dənizi sevdim” kitabı Almaniyada nəşr olundu. Yusif Savalan kitabdakı qırx şeirin səkkizini tərcümə etmişdir. Qalan 32 şeiri mən tərcümə etdim və türkoloq K.H.Kielin redaktəsiylə kitab çap olundu. 

Nazim Əhmədli alman dilində nəşr olunan kitabında uzaq ölkələrdən, uzaq dənizlərdən və itkin sevdiklərindən bəhs edərkən, uşaqlıqda yaşadığı kəndin görüntüsünə diqqət çəkir. Onun hər şeirində uşaqlıq həsrətinin səsini eşitmək və görmək mümkündür. Kitabda əsasən təbiət, sevgi və mistisizm mövzusunda şeirləri olan şair Əhmədli insan ruhunu əhatə edən şeirlərində çox uğur qazanır. Şeirlərində işıq, ümid və gələcəyə inam onu bədbin bir ümidli şairə çevirir. Onda təbiətin rəngi daxili duyğularla qarışıb. Sevgi haqqında danışarkən, təbiətin daxili sistemindəki harmoniyadan daha çox simvolları nəzərdə tutur.

Şairin ana dilinə olan sevgisi yüksəkdir. Hisslərini şeirlə ifadə edərkən dili olduqca səlisdir. Zaman zaman yerli dildən istifadə edən şair, şeirlərinin bu şəkildə yadda qalmasını da asanlaşdırır. Bəzən bir güllə sanki insanla danışır kimi danışır. “Çiçəklər yetim qaldı” şeirində bir bitkinin şeirin axıcılığında özünü necə ifadə etməsi heyrətləndiricidir:

“deyir, nə dərdim qalıbdı,
külək bir ötüm qalıbdı;
çiçəklər yetim qalıbdı,
bulud naxır-naxır gedir;”

Torpağın, çiçəklərin, böcəklərin və quşların dilində danışan şair tez -tez gözlərini özünə çevirir:

“bilmirəm, nədir bu səs,
içim boşca bir qəfəs;
min ildi, nəfəs-nəfəs,
canımı bir dərd sökür;”

Əminəm ki, alman oxucular da Azərbaycandan gələn bu yəni melodik səsi eşidəcəklər. 

NAZİM ƏHMƏDLİNİN KİTABI

Müəllif: Orxan ARAS

ORXAN ARASIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Norveçli yazıçı məktəblilərə Nizami Gəncəvinin əsərlərindən danışıb

Norveçli yazıçı Raqnhil Thori Nizami Gəncəvinin əsərlərindən danışır

Norveçli yazıçı Nizami Gəncəvinin əsərlərindən danışdı

Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib.

Həftəsonu məktəbinin müəlllim, şagird və valideynlərinin iştirak etdiyi görüşə onlayn format vasitəsilə Azərbaycandan filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova, şair-pedaqoq Zaur Ustac, Yevlax rayon Nizami adına Malbinəsi kənd orta məktəbinin ibtidai sinif müəllimi İnarə Musayeva və şagirdləri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız qatılıblar.

Tədbirin qonağı qüdrətli söz ustadının əsərlərinin araşdırmaçısı, “Leyli və Məcnun” əsərindəki aforizimlərdən uşaqlar üçün kitab hazırlamış norveçli yazıçı Raqnhil Thori olub. Tədbiri giriş sözü ilə açan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Alıyev şairin irsinin zənginliyindən və yeni nəslin təlim-tərbiyəsində Nizami dəyərlərinin tədrisinin vacibliyindən danışıb.

Azərbaycan xalqının misilsiz ədəbi xəzinə yaratmış Nizami Gəncəvi kimi parlaq şəxsiyyətə malik olmasını böyük xoşbəxtlik adlandıran Raqnhil Thori belə mükəmməl irsi araşdırmağa başladığı üçün çox məmnun olduğunu, bu məqsədlə il ərzində iki dəfə Azərbaycana səfər etdiyini söyləyib. Yazıçı dahi şairin yaradıcılığı ilə ilk tanışlığının Gəncə şəhərində olarkən ona hədiyyə edilən “Leyli və Məcnun” poemasından başladığını və bu əsərdən çox təsirləndiyini nəzərə çatdırıb. Əlavə edib ki, “Leyli və Məcnun” poeması məhəbbət və qadın azadlığı mövzusunda dünyada yazılan ən gözəl əsərlərdən biridir. Fotolar:

Tədbir iştirakçıları Nizami Gəncəvi yaradıcılığının Avropa oxucusuna belə mükəmməl formada təqdim edilməsini milli ədəbiyyatımıza dəyərli töhfə və ədəbi irsimizin dünyada tanıdılması üçün gözəl vasitə kimi qiymətləndiriblər. Görüş məktəblilərin ifasında Nizami yaradıcılığından nümunələrin sələndirilməsi ilə yekunlaşıb.

Tədbirdən sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə Norveç Azərbaycanlıları Koordinasiya Şurası dahi şairin əsərlərindən və aforizimlərindən ibarət kitabın Norveç dilində nəşr olunması barədə qərar qəbul edib.


Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜLZAR – ZAUR USTACIN KİTABI (ŞEİRLƏR)

ZAUR USTACIN KİTABLARI

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qazi kimə deyilir? – Alimdən AÇIQLAMA

 Zaur UstacQazi, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist.

Qazi kimə deyilir? – Alimdən AÇIQLAMA

“Dilçilikdə tarixizmlər, arxaizmlər adı altında deyilən köhnəlmiş sözlərin bəziləri tarixin təkərinin fırlanmasından asılı olaraq – çərxi-fələyin tərsinə dövran eləməsi kimi – yenidən kütlə tərəfindən işlək dövriyyəyə daxil olub, ümumişlək sözlər sırasında öz yerini bərpa edir. Bu cür sözlər milli sözlər də ola bilər, alınma sözlər də. Belə sözlərdən biri də xüsusən də II Qarabağ müharibəsindən sonra ümumişlək səviyyədə müşahidə olunan ərəbmənşəli qazi ifadəsidir”.Bu sözləri Yenisabah.az-a açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev deyib. O qeyd edib ki, tarixin əski dönəmlərində qazi sözü təkcə adi söz kimi yox, həm də yüksək döyüşçülük, sərkərdəlik məharəti olan şəxslərə verilən (hərbi) titul kimi də mövcud olub:“Məsələn, ədəbiyyatımızda tuyuq janrının banisi kimi məşhur olan divan ustası Qazi Bürhanəddin Əhmədə verilən Qazi təxəllüsü həm də onun yüksək sərkərdəlik bacarığı hesabına qazandığı tituldur.Bu gün qazi kəlməsi ümumxalq kütləsi tərəfindən ümumişlək statusunu təzədən qazansa da, bu sözün özündə ehtiva etdiyi məna sərhədlərinin dar çərçivədə başa düşülməsi halları ilə rastlaşdığımdan bu söz üzərində ümumi bir açıqlama vermək istəyirəm. Belə ki, qazi sözünü sadəcə olaraq müharibədə döyüşüb sağlamlığını itirmiş, şikəst, əlil olmuş döyüşçülərə şamil etməklə sözün məna çevrəsini daraltmaq düzgün deyildir”. Alim bildirib ki, qazi sözü ərəbcədəki qəzənfər, qəz, qəzavət və s. sözlərlə eyni kökdən olub mənası qalib (qalib gələn, müzəffər olan) deməkdir:“ Deməli, qazi sözünün dilimizə tərcüməsi, leksik baxımdan ümumi mənası qalib əsgər, qələbə çalan döyüşçü kimi anlaşılmalıdır. Bu baxımdan da qazi ifadəsi təkcə yaralı döyüşçüyə, döyüşlərdə sağlamlığını itirən, əlil olan əsgərə deyil, ümumiyyətlə, qalib gəlmiş bir ordunun bütün əsgər və zabit heyətinin hər bir üzvünə şamil edilməlidir, müharibə qəhrəmanı olan əsgər, döyüşçü, zabit mənasında düşünülməlidir. Qanlı döyüşlərə qatılmaq isə el dilində mövcud olan bəxti-xuda kimi, hər kəsin öz alın yazısı, tale yazısı kimi fərdi ola bilər: şəhidlik zirvəsinə də ucala bilərsən, müharibə əlili də ola bilərsən, heç bir güllə yarası almayan, fiziki olaraq döyüşlərdən tam salamat çıxmış bir döyüşçü də ola bilərsən”.Həmsöhbətimiz sözlərinə görə, qazi olmaq o demək deyildir ki, mütləq yaralı, əlil döyüşçü olasan:“Bir sözlə, qazi sözü müharibəni şərəflə udmuş qəzənfər şəxsə-qalib döyüşçünün hər birinə döyüş zamanı sağlamlığına xətər toxunub-toxunmamasından asılı olmayaraq aiddir. Sağlamlığını itirən qazinin tibbi ekspertizanın rəyinə əsasən, əlillik dərəcəsi və s. alması prinsip baxımından məsələnin mahiyyətini dəyişmir. Bu artıq qazi olan şəxsin fərdi taleyi, qəzavü-qədərin qisməti olan alın yazısıdır”. Şakir Albalıyev eyni zamanda veteran sözünə də aydınlıq gətirib: “Veteran kimdir? Müharibədə gedən döyüşlərin iştirakçısı ümumi mənada veteran adlanır. Müharibə veteranı deyildikdə həmin müharibədə iştirak etmiş döyüşçülərdən ( əsgərdən, zabitdən) söhbət gedir. Həmin veteranlardan da döyüşlərdə sağlamlığını itirən şəxslər olur ki, onlara müvafiq qruplara bölünməklə həkimlər tərəfindən tibbi ekspertiza rəyi əlillik dərəcəsi verir. Deməli, müharibə iştirakçısı sayılan kəslər hamısı müharibədə sağlamlığına ziyan dəyib-dəyməməsindən asılı olmayaraq ümumi olaraq veteran hesab olunur. Veteranların içərisindəki xüsusi bir qrup şəxslər – müharibə əlilləri də həmçinin veterandırlar. Başqa sözlə, bütün əlillər veteran (və ya müvafiq olaraq qazi) sayıla bilərlər, ancaq bütün veteranlar ( və ya qazilər) əlil sayıla bilməzlər. Veteran (eləcə də qazi) ifadəsi müharibə veteranları və əlillərini leksik-semantik baxımından öz əhatə dairəsinə alır. Yəni filankəs müharibə veteranıdır, eyni zamanda müvafiq olaraq neçənci qrupsa əlildir ifadəsini işlədib aydınlıq verə bilərik.. Sual verə bilərsiniz ki, I Qarabağ müharibəsi veteranları da qazi sayılır? Birmənalı şəkildə konkret cavab verirəm: Bəli! Yenə çaşqınlıq yarana bilər ki, axı qazi kəlməsi qalib döyüşçüyə-qalib bir ordunun əsgərinə verilən addır. Axı o döyüşlərdə torpaq itirmişdik, məğlub olmuşduq?! Burada da məsələyə geniş müstəvidən yanaşsaq, cavab tapa bilərik. Birincisi, bizim döyüşümüz tarixən haqq döyüşü olub, yəni doğma torpaqlarımıza göz dikib, işğalçılıq siyasəti yürüdən mənfur düşmənə qarşı haqq mübarizəsi aparmışıq. Doğma dədə-baba torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuşuq. Məhz həmin döyüşlərdə çoxlu qurbanlar verdik,qəhrəman oğullarımızı şəhid verdik. Qəhrəman əsgərlərimiz sağlamlıqlarını itirib əlil oldular və eyni zamanda topsuz, tüfəngsiz, texnikasız halda döyüşə-döyüşə geri çəkildik, arxalı köpək qurd basar məsəli sayaq, düşmənlərimiz havadarlarının hesabına bizi məğlub etmişdi. Yəni bizim ordumuzun döyüşçüləri qorxaqlıqdan, ya asanlıqla məğlub edilməmişdi. Kifayət qədər mübarizə aparmışdıq. I Qarabağ müharibəsində döyüşçülərimizin əzmkar mübarizəsinə aşağılayıcı tərzdə ədalətsizcəsinə qiymət vermək olmaz. Həmin döyüşüh sadəcə erməni-müsəlman müharibəsi şəklində düşünüb qiymətləndirmək çox sadəlövhlük olardı. Bu döyüşdə ermənilərin arxasında dünyanın güclü ölkələri dayanmışdı və bu səbəbdən də məğlub olmuşduq. Ancaq bu məğlubiyyət müvəqqəti idi və xalqımızın ruhunu məğlub edə bilməmişdilər. Ona görə də müharibə bitməmişdi və bizim yenilməz, məğlubedilməz ruhumuz toparlanmaqla, özümüzdə yenidən güc tapmaqla II Qarabağ müharibəsi adı ilə müzəffər bir döyüşə atıldı. Ən başlıcası, I Qarabağ müharibəsində döyüşün sonu olan məğlubiyyət olmadığından, üstəlik də II Qarabağ müharibəsi də həmin müharibənin tərkib hissəsi olmaqla qələbəmizlə nəticələndiyindən, bizim veteranlarımız qazi adlanırlar”.

“Ən başlıcası, I Qarabağ müharibəsində döyüşün sonu olan məğlubiyyət olmadığından, üstəlik də II Qarabağ müharibəsi də həmin müharibənin tərkib hissəsi olmaqla qələbəmizlə nəticələndiyindən, bizim veteranlarımız qazi adlanırlar”.Şakir ALBALIYEVFilologiya üzrə fəlsəfə doktoru.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təki sən səslə məni – Əntiqə Rəşid

Əntiqə RƏŞİD – jurnalist, yazar.

(Hekayət)

Gecənin hansı aləmi idi, bilmədi. Amma, bərk susadığının fərqindəydi. Durub işığı yandırdı . Yuxusu çəkildi. Otaq azca soyuq olduğuna görə, xalatı da geyinib mətbəxə tərəf addımladı. Mətbəxin də işığını yandırdı. Qrafindən billur stəkana su süzüb içdi. Lap sonuncu damlanı udanda qəflətən işıqlar söndü. Elə bil bir otaq yox, bütün yer üzü zülmətə qərq oldu.Stola, stula, qapıya çırpıla-çırpıla, əl havasına otağına dönməyə çalışırdı. Dodağının altında “bu vaxtı işığı keçirərlər?” deyib əsəbi şəkildə mızıldanaraq zala tərəf getdi. Bu anda qaranlığın içindən, dəhliz tərəfdən şirin, qayğıkeş bir səs “indi yandırıram işığı, gözlə”-dedi.Ürkütücü zülmətin içindən gələn o səs o qədər doğma gəldi ki…Gözlərini dəhliz tərəfə zillədi. Dəhlizə elə bil yeni bir qapı açıldı. Qapıdan gur işıq sürünə-sürünə evin içinə, otaqlara, mətbəxə, yataq otağına, zala doldu. Ev sanki işıq saçırdı. Bəmbəyaz, süd kimi işıq…Gözünü nura boyanmış evdən çəkib dəhliz tərəfə baxdı.Əynindəki qara gödəkcədən tanıdı…Odur!Dəhlizdə durub heyranlıqla, həsrətlə ona baxan oğlanın baxışlarından utandı, başını aşağı saldı. Bu zaman əynində çoxdan lap çoxdan dərzidə həvəslə tikdirib, geyindiyi, üstündə kiçik-çəhrayı çiçəkləri olan ağ paltarını görəndə təəccübləndi. “Nə vaxt geydim mən bunu…axı illər əvvəl…”Oğlanın səsi onu düşüncələrindən ayırdı:-Salam…-Salam..-Nətərsən? …Yaxşısan?…Niyə dillənmirsən?- …Nə deyim?- De ki,yaxşıyam, sən nətərsən ay yaraşıqlı oğlan, ay gözəl oğlan?-dedi və xəfifcə güldü.-Tanıdın məni?Qız başını aşağı-yuxarı yellədi.Yenə düşünməyə başladı.” Mən onun şəklini harda gördüm??? Ay Allah, gördüm eee, harda?”…- yenə yadına heç nə sala bilmədi…- Çox bəyəndinmi, məni?Qız pörtdü.” Bunu kim çatdırdı, tezcənə, yəqin komandir dedi”-düşündüyü an oğlan yenə gülümsədi:-Yorma özünü, mən özüm hiss elədim..-Hardan?-Mən polisəm axı. Hər şeyi hamıdan əvvəl bilirəm… Sənin neçə yaşın var?-21…Bəs sənin?-Mənim 24…Düşür, düşür- dedi və yenə ucadan güldü.-Düşmür! Sənin sevdiyin var!-.Hmmm… Komandir dedi eləmi?..Bəzən insanlar imkansızı sevir. Bilirsən, anlayırsan ki, o sənə aid deyil, sənə məxsus deyil, amma özünlə bacara bilmirsən… Bir qız vardı sinfimizdə, balaca vaxtı onu sevirdim…Çox gözəl idi. Sinfimizdə oğlanların hamısı o qızı sevirdi. Amma qız heç birimizi sevmirdi.Gözünə girməkdən yorulmuşduq. Əlinə kitab almayanlar qızın gözünün qabağında müəllimdən tərif alsın deyə yarışa girmişdilər, hər gün dərs danışırdılar. Hələ sinfimizdə bir oğlan vardı, qızlar bayramında onu təbrik etmək üçün Kirsin yaxasından ona qargülü yığıb gətirmişdi.-Qız o oğlanı sevdi?-Yox. Qız oğlandan gülü alan kimi aparıb müəlliməyə verdi. Onu təbrik elədi. Biz əsgərlikdən döndük ki,qız ailə qurub, amma xoşbəxt olmayıb. Evlərinə dönüb. Amma yenə də gözəl idi…-Yaxşı olub!-Elə demə…İndi burda sənə etiraf edirəm axı… mən onu çox sevdim. Lap çox…-Alaydın da…- qız narazı səslə dilləndi.-Nənəm məni asardı – dediyi anda qayğılı simasına yenə bir gülüş qondu.-Komandir sonra nə dedi?-Dedi ki, çox zarafatcılsan, hələ…- qız ucadan güldü. Elə gözəl, şirin güldü ki, oğlan da ona qoşuldu.-Nə dedi. de də…-Dedi ki, sonuncu döyüşdən əvvəl gülə-gülə deyirmişsən ki, komandir, Allah eləsin ölməyim, ölsəm biabır olacam. 2 aydı çimmirəm, bədənim “şaqqıldaq” bağlıyıb… Ermənilərin yanında xəcalətli qalacam….Yenə hər ikisi ucadan qəhqəhə çəkib güldü. Qız gülə-gülə oğlanı birdə süzdü. Qapqara, qıvıcıq saçları, qapqara gözləri-qaşları, ağğappaq mirvariyə bənzər dişləri, mirvarini “çəpər ” ə almış dolu dodaqları… Bığı da elə bil bu yaraşıqlı “ansambl”ın bir üzvü idi. Yenə düşünməyə başladı.”Mən onu harda görmüşdüm axııı…”-Belə oldumu, komandir? İndi məndə sənə komandirdən bir lətifə deyəcəm. Deməli, bizim komandir həmişə siqaret qutusunu döş cibinə qoyurdu. Elə ki, o lənətə gəlmişlər ermənilər onu əsəbləşdirdi, hirsəndirdi, komandir başlayırdı siqaretin axtarmağa. Əvvəlcə şalvarının arxa ciblərini eşələyərdi, sonra yan cibləri ”senzura”dan çıxarardı, ən sonra əlini döş cibinə atıb qutunu götürərdi. Gülməyimi zorla sıxıb saxlayırdım.- Niyə saxlayırsan ki… Güləydin də…- Dədəm (ata) bizə acıqlananda bizi vurmazdı, amma bir baxışları vardı,.. adamı ayaqüstə “öldürürdü”. Dərsimizi oxumayanda nənəm (Ana) “dərsimizi” oxlavla verirdi, heç vecimizədə olmurdu. Amma dədəmin baxışları!!!… Bax, komandirdə də elə bir baxış vardı … Əsəbləşəndə çəpəki, gözünün”quyruğu” ilə adama elə baxırdı, günahın olmasa da, adamı tər basırdı. Hamısı üçün elə darıxmışam…-Get görüş də, nə çətin işdi?Oğlan başını aşağı saldı, üzü yenə qayğılandı:-Axı, onlar mənim üçün heç darıxmırlar…Nə vaxtdandı adımı da çəkmirlər…Adımı ağızlarından eşitsəm yanlarına gedərdim. Bax, sən məni görmək istədin, gəldim…- Heç, kimdənsə qorxmusan?- Yox! Hə bir dəfə…Rusiyada hərbi xidmətə getmişdim. Elə bir hərbi-hissəyə düşdüm ki, özümdən başqa bir dənə azərbaycanlı yox idi. Onda rusların bir “dembl”i vardı. Məndən 2 metrdə uzun, enli sarı oğlanıydı. Yanında 4-5 nəfər də özü kimisi…Mənə əmr elədi ki, onun “batinka” sını silim. Hamısı diqqətlə mənə baxırdı. Sakitcə, batinkanı əlimə götürdüm və bütün var gücümlə onu rusun üzünə çırpdım. Rusun düz qaşının üstündən qan sanki fəvvarə vurdu. Rusun üzü, üstü-başı qan oldu. Yanındakı “cəngavərlər”də süst qalmışdılar. Özlərinə gələndə isə “demblin” qolundan yapışıb hamama tərəf apardılar. Bax, ilk dəfə onda insan qanı gördüm. Insan qanı axıtdım, deyə çox qorxmuşdum. Həmin gündən özümə söz verdim ki, idmanı öyrənim, mənə ilişənləri idmanla susdurum, qanını tökməyim.Heç nədən qorxmuram! Amma…Mən unudulanda, adım çəkilməyəndə çox həyəcanlanıram. Elə bilirəm öldüm… Həə, bir də ölməkdən qorxuram, unudularaq ölməkdən…- deyib yenə güldü-Bax sən, adımı çəkdin, çağırdın məni, məni görmək, söhbətləşmək istədin.. Mən də sevinə-sevinə gəldim. Amma deyəsən, getmək vaxtıdı.-Hara gedirsən?-Uzaqlara, burdan çox uzaqlara..- Hara eyyy, hara?Şuşaya?Oğlan duruxdu. Udqundu.Yenə üzü, gözlərləri kədərə büründü:-Yox, Şuşaya tərəf getmirəm, bir dəfə getmək istədim. Həm də Cıdırdan enib getmək istədim..Qız hövsələsizcəsinə:-Getmədin?-deyə soruşdu.-Yox… gedə bilmədim. Şuşadan elə bir qoxu, elə bir iy gəlirdi ki…O iy məni vurdu, ürəyim bulandı.-Bəs, şuşalılar deyir, Şuşadan qışda da gül-çiçək qoxusu gəlir. Təmiz hava. Cənnət şəhər…- Hə şuşalılar orda olanda elə idi… indi yox… Tez uzaqlaşdım ordan. İndi qalacaq yerim Kirsdədi.-Ordan Şuşa görünür?-Ordan bütün Qarabağ görünür…Bir dəfə elə kədərləndim. Çayın yaxınlığında 4 nəfərlə postda idik. Çaya yaxın bir dənə ağac vardı…. “ştıknoj”la ağacın gövdəsini oyub, ora adımızı yazmışdıq. Tez-tez ora da gedirdim, sonuncu dəfə gedəndə ağacı yerində tapa bilmədim… kəsib apamışdılar!Qız:Kədərlənmə…-dedi. Amma təsəlli üçün nə deyəcəyini kəsdirə bilmədi.Qızın kədərlənməsi oğlanı bir az özünə gətirdi. Ürəyi razı olmadı o kədərlənsin. Tezcə soruşdu:-Düzünü de, mən doğrudan göyçəyəm, yaraşıqlıyam? – Hər ikisi ucadan güldü.-Yaxşı, gözəl, mən getməliyəm!-Getmə!-Olmaz! Komandir bizə həmişə deyirdi ki, heç kəsin etibarından istifadə etmək olmaz! Etibar elədilər, buraxdılar, qayıtmasam, bir də səninlə görüşə gələ bilmərəm axı..-Nə yaxşı gəldin!-Nə yaxşı çağırdın!Otaq yavaş-yavaş toranlaşmağa sonra isə yenə zülmət qaranlığa qərq oldu.Qız yenə əl havasına yataq otağına keçdi. İndi hiss etdi ki, gözündən yuxu tökülür. Tir-tap özünü çarpayısına atdı. Heç əynindəki bozarmış köhnə xalatıda soyunmağa heyi olmadı.Səhər yuxudan duranda hiss elədi ki, başı “şişib” lap qazan boyda olub.Güzgünün qarşısına keçdi, özünü görəndə qeyri-ixtiyarı”bismillah ” dedi. Axı o axşam 22 yaşlı, ağ çiçəkli donu olan gənc-gözəl qız idi… “Bu nəydi Allah! Başım xarab oldumu?”-deyib, adəti üzrə dünəndən söndürdüyü kompyüteri açdı. İnterneti ələk-vələk elədi. Birdən qarşısına çıxan fotonu fotodan gülümsəyən qaragözlü oğlanı görəndə anidən ürəyi bərk-bərk çırpındı, Əlləri əsə-əsə şəkilə sığal çəkdi, kövrəldi. Şəkilin yanında yazılan sözləri oxuyanda isə hönkürtü ilə ağlamağa başladı.

“1991-cü ildə Şuşa uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. Subay id. Bu gün onun doğum günüdür! Ehtiramla anırıq!”

Müəllif:Əntiqə RƏŞİD

İlkin mənbə: adalet.az

ƏNTİQƏ RƏŞİDİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İmdat Avşar: “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim  həyatım boyu daşıyacağım ən şərəfli medalımdır…”

İmdat Avşar: “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim

 həyatım boyu daşıyacağım ən şərəfli medalımdır…”

Beş gündür ki, İstanbulun məşhur Sirkəci meydanında Uluslararası Dərgi günləri keçirilir. Türkiyədən və Türkiyənin hüdudlarından kənardan yüzlərlə dərginin qatıldığı bu fuar yazar Asım Gültəkinin əziz xatirəsinə həsr olunub. Asım Gültəkin Türk ədəbi mühitində sadəcə bir yazar olaraq deyil, özəlliklə gənclərin dərgi çıxarması üçün çalışan, gənc qələm adamlarını dərgilərdə yazmaq üçün yönləndirən və eyni zamanda fuarların keçirilməsinə öncülük edən bir isim kimi tanınmaqda və rəhmətlə anılmaqdadır. Dünya Dərgilər Birliyi (DERGİBİR) tərəfindən düzənlənən fuarda böyük Ahmet Kabaklının mənəvi mirası kimi əziz bildiyimiz, bu il 50-ci ildönümünü qeyd edəcək “Türk ədəbiyyatı” dərgisi də iştirak edir.

Cumhuriyyət dönəmində Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən biri olan və Türk dünyasının dörd bir yanından axışıb gələn ziyalıların müqəddəs ocaq bildiyi Türk Ədəbiyyatı Vəqfini yaratması və Vəqfin ayrılmaz bir parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis etməsi Ahmet Kabaklının ədəbiyyat və mədəniyyət tariximizdə gerçəkləşdirdiyi əvəzsiz xidmətlərindəndir.

Ahmet Kabaklı Türk ədəbiyyatı tarixində ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyat tarixçiliyi elmi məktəbinin yaradıcısıdır. Və baş redaktoru olduğu “Türk ədəbiyyatı” dərgisi ədəbi-elmi-publisistik yönləriylə milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb olmuşdur. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi 50 ildir ki, kəsintisiz yayınlanmaqla türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır.

Yarım əsrlik tarixi və zəngin ədəbi ənənələri olan dərgiyə yarım ildir ki, Ədəbiyyatımızın fədakar dostu və təbliğatçısı İmdat Avşar redaktorluq edir. İmdat bəyin baş redaktorluğu ilə işıq üzü görən hər bir buraxılış uzun illərin sınağından çıxmış təcrübəyə əsaslandığı, kökə bağlı olduğu kimi, eyni zamanda yeni ruhu, yeni nəfəsi ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük rəğbət və maraqla qarşılanmaqdadır.

Görüşlərin birində azərbaycanlı müxbir sayın baş redaktora belə bir sualla müraciət edir: “İmdat bəy, sizin yaradıcılığınızı izlədikcə Türkiyə, Azərbaycan, Qazaxıstan və eləcə də digər türk dövlətlərindən çoxsaylı mükafatlarla ödülləndirildiyinizi müşahidə edirik. Zəhmətlərinizin bəhrəsi olan bu mükafatlar hamısı Sizin üçün eyni doğmalıqdadırmı, yoxsa özəl olaraq ayrıca dəyərləndirdiyiniz biri varmı?”

Bədii yaradıcılığı, tərcüməçilik və redaktorluq fəaliyyəti ilə çağdaş türk ədəbiyyatında ədəbi-bədii, fəlsəfi-estetik fikrin formalaşmasında misilsiz xidmətləri olan İmdat Avşar müxbirin sualına belə cavab verir: Bəli, mən bu günə qədər Türk dünyasından çoxlu sayda mükafatlar almışam. Fəqət “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim mənim həyatımda aldığım və ömrüm boyu şərəflə daşıyacağım ən qiymətli medalımdır…”

Dəyərli baş redaktorun ruh yüksəkliyi ilə verdiyi bu cavab gördüyü işinə təkcə peşəkarlıqla deyil, həm də bu şəkildə qutsal bir görəv kimi yanaşması İmdat Avşarın hər addımıyla “Türk ədəbiyyatı”na böyük məsuliyyət və ədəbi vicdanla xidmət edəcəyindən xəbər verir.

Dərgidə yer alan araşdırmaların məntiqiliyi və elmi səviyyəsi, bir-birindən maraqlı informasiyaların dərin məna tutumu, bədii əsərlərin: hekayə və şeir güldəstəsinin poetik ifadə özəllikləri, elmi-publisistik mətnlərin, müsahibələrin xüsusi bir nizamla düzülüşü, dərginin məsuliyyətli baş redaktorla bərabər yüksək peşəkarlıqla çalışan yaradıcı heyətinin yorulmaz əməyini gözlərimiz önündə sərgiləyir.

Vəqfin başqanı dəyərli Sərhat Kabaklının və baş redaktor İmdat Avşarın gənc nəslə böyük etimad, qayğı və diqqətinin nəticəsidir ki, dərginin redaksiya heyəti əsasən, gənclərdən ibarətdir. Belə istedadlı gənclərdən olan Səadət xanım Örməcinin bu aydan etibarən Yazı İşləri Müdürü vəzifəsinə atanması da söylədiklərimizin bariz nümunəsidir. Gənclərin əlindən tutmaq, onların içində özgüvən yaratmaq, böyük işlər görəcəyinə inandırmaq və böyük işlər görməsi üçün meydan vermək yüksək insani məziyyətdir ki, bu mənada Sərhat bəyin, İmdat bəyin addımları olduqca təqdirəlayiqdir.

Hər bir sayından Azərbaycan elm və qələm adamlarının yaradıcılığına xüsusi yer ayıran “Türk ədəbiyyatı”nın Eylül (sentyabr) sayının Nizami Gəncəviyə həsr olunması elmi və ədəbi mühitimizdə böyük maraq və alqışla qarşılandı. Sentyabr sayının mətbuatımızda hələ də müzakirə mövzusu olduğu bir vaxtda oktyabr sayı oxucuların görüşünə gəldi. Payızın soyuğunu səhifələrinin istiliyi ilə unutduran və hər səhifəsində oxucunun gözləri önündə yeni pəncərə açan oktyabr sayı bizi Türk sənət dünyasının nadir bir İncisinin yaradıcılıq dünyasına səyahət etdirir.

1998-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən “dövlət sənətçisi” adına layiq görülən, “Dərdli bülbül” (1957), “Son nəfəs” (1958), “Qadın əsla unutmaz” (1968), “Ayrılıq” (1972) və s. kimi çoxsaylı filmlərin musiqisini hazırlamış, səs rəngini heç zaman itirməyən, türk klassik musiqisinin bənzərsiz ifaçılarından olan İnci Çayırlının Haqqa yürüməsinin ardından bu sayın onun sənət aləminə, yaradıcılıq dünyasına işıq tutması, sənətkarın əziz xatirəsinə həsr olunmuş yazıların bir-birilə vahid süjet əsasında bağlanması elə İnci xanımın Türk mədəniyyətinə bəxş etdikləri kimi kompozisiya təsiri bağışlayır. İnci Çayırlı dosyasını hazırlayan Osman Nuri Özpekelin və digər sənət dostlarının İnci xanıməfəndiyi doğma və unudulmaz xatirələrlə anması, yetirmələrinin sənətkarı “mənəvi Ana” kimi yad etməsi, qızı Canan Atalayın isə ona həm ata, həm ana, həm dost, həm sirdaş olan çiləkeş valideyninin ruhu qarşısında qələmə aldığı son dərəcə kövrək və səmimi yazısı bizim təsəvvürümüzdə İnci xanımın bir rəssam həssasiyyəti ilə çizilmiş fədakar Ana, böyük Müəllim, istedadlı sənətkar, anı yazarı və ən əsası ömrünü ləyaqətlə yaşamış mətin bir Cumhuriyyət qadını obrazını yaradır.  

Milli düşüncəli ziyalı İsa Kocakaplanın Mehmet Kurtoğlu ilə “Mehmet Akif və İstiqlal marşı” mövzusunda  son dərəcə maraqlı müsahibəsi Mehmet Akif şəxsiyyətini müxtəlif istiqamətlərdə dəyərləndirməklə yanaşı bu il Türkiyədə elan olunan “Mehmet Akif və İstiqlal marşı ili” çərçivəsində zamanla səsləşən mövzu olması baxımından da aktualdır.  Yeri gəlmişkən, bir məqamı vurğulamaq vacibdir ki, dəyərli alim İsa Kocakaplanın sözügedən mövzuda “İstiqlal marşı və Mehmet Akif Ersoy” kitabı 1999-cu ildən bəri Türkiyədə müxtəlif yayın evlərində dəfələrlə nəşr olunmuş, böyük marağa və müzakirələrə səbəb olmuşdur.

“Özbək şairi Erkin Vahid” məqaləsinin müəllifi Selahattin Tolkun son yüz ildə özbək poeziyasının yetirdiyi istedadlı nümayəndələrdən olan, əsərləri geniş xalq kütləsi tərəfindən oxunan və şeirlərinin bir çoxuna mahnı bəstələnən Erkin Vahidin yaradıcılıq yoluna işıq salır.

İsmayıl Alper Kumsar Ahmet Hamdi Tanpınarın indiyədək çap olunmuş əsərlərinə daxil olmayan “Münəvvər kimdir?” və “Kıyasıya para harcayanlar” adlı iki yazısını gün üzünə çıxararaq təhlil edir,Tanpınarın sanki bu günü görərək özünə ünvanladığı suallara verdiyi cavablar oxucuda böyük maraq doğurur.

Mahir İzə həsr olunmuş “İllərin İzi” adlı bioqrafik yazısında isə Şaban Kumcu Mahir İzin fitrətindəki müəllimlik istedadının və pedaqoji fəaliyyətinin maraqlı tərəflərini incələyir, onun dərslərində İstiqlal marşına, Çanaqqala şəhidlərinə həsr olunmuş şeirləri tələbələrinə öyrətməsi ilə ideoloji düşüncə və mənəvi dəyər aşılamağa, idrak və şüur qazandırmağa çalışdığını vurğulayır.

Ali Bilgenoğlu “Mehmet Akif İnanda Qərbliləşmə tənqidi və ənənənin mühafizəsi” yazısında Türk batılılaşması və çağdaşlaşma kimi məsələlərin ideoloji mahiyyətini təhlil edir.

Tanınmış türkoloq Camal Şafak Türklərin yayılmış olduğu arealın təbiətini, coğrafiyasını, abidələrini öyrənən Təhsin Parlakın gördüyü işlərin Türk dünyası üçün əhəmiyyətindən və bizə aid olmadığını zənn etdiyimiz bəzi mənəvi dəyərlərin Təhsin Parlak sayəsində bizə aid olduğunu öyrəndiyimizi ortaya qoyan, orijinal faktlara söykənən  “Türküstanda Kıran gözlü bir sirdaşım qaldı” adlı  olduqca maraqlı bir araşdırma yazısı ilə çıxış edir.

Gizem Ece Gönül Murathan Munganın “Hamamnamə” əsərində adət-ənənələrin və mənəvi dəyərlərin axtarışıyla əsrarəngiz bir sonuca varan Nagəhan Uçan Ekenin “Suyun yaddaşı” əsərini təhlil edərək bir əsərin fonunda digər əsərin panoramasını oxucuya təqdim edir.

Mehmet Ali Talayhan “Goygoyculuk” adlandırdığı araşdırma məqaləsində Məhərrəm ayında qapı-qapı gəzərək İmam Hüseyn və İmam Həsən üçün mərsiyələr söyləyən, qəsidə və ilahilər oxuyan goygoyculardan söhbət açır.

Nəsr bölümündə Zübeyde Andıç “Hesablaşma”, İrfan Uğur “Odda bitən dostluq”, Rukiye Aydın “Beli bükük ilə məzar daşı” hekayələri ilə oxucuların göüşünə gəlir. Poeziya bölümündə çağdaş Azərbaycan şeirinin istedadlı yaradıcılarından olan Qulu Ağsəsin “Sən və Mən” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur. Həmçinin Timur Kocaoğlu, Abdulmukaddes Kutlu, Mustafa Ruhi Şirin, Ziya Karatekin, Uğur Demirel, Ahmettahsin Erdoğan, Saygın Akanyeti, Mehmet Baş, Hayrettin Durmuş, Ahmet Suvacı, Rıdvan Yıldız şeir çələngi ilə oxucuları salamlayır.

         Akademik Ziya Avşarın nəşrə hazırladığı “Yunus Əmrə “Nəsihətlər” kitabı (“Risaletün-Nüshiyye”), Mustafa Özçelikin “Bana Seni gerek Seni”, Altın İşıkın “Ziya Gökalp” və İmdat Avşarın redaktorluğu və ön sözüylə işıq üzü görən Ülkü Olcayın “Düş ertesi” və sair kimi Türk ədəbiyyatı Vəqfində yenicə yayınlanan kitabların üz qabığının rəsmi və haqqında kiçik annotasiyaların dərginin müxtəlif səhifələrində yer alması oxucuda ədəbi ortamı izləməyə geniş imkan yaradır.

         Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, anı yazısının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin və böyük zəhmətinin uğurlu nəticəsi kimi “Türk ədəbiyyatı”nın Ekim (oktyabr) sayı da ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanır, başda çox əziz Sərhat Kabaklı, İmdat Avşar olmaqla; bütün redaksiya heyətini – İsa Kocakaplan, Emek Üşenmez, Necati Tonga, Gökhan Tunç, Saadet Örmeci, Aleyna Malkoç, Nuray Örnek, Atilla Ceylan və Halit Baykalın şəxsində bütün dostlarımızı gönüldən təbrik edir, Azərbaycandan qucaq dolusu salamlar və sayğılar göndərir, dərginin gələcək fəaliyyətində başarılar diləyirəm!

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru