İndi adamlar yox, yollar darıxır – Təranə Dəmir

İndi adamlar yox, yollar darıxır,
Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, kollar darıxır.
İndi həsrət əsir zamanın başı üstə,
Ayrılıqlar uzanıb gedir liman -liman, qatar-qatar..
Daş ömrü yaşayır bütün dünya,
Hara baxırsan daşdı.
Ürəklər daş, küçələr daş,
Binalar daş, hasarlar daş.
Başına daş yağır,
Yoluna daş çıxır, üzünə daş baxır.
İndi adamlar yox, xəyallar darıxır,
İçində məhəbbət, saçında sığal, ruhunda bahar .
Hərdənbir naguman sevdalar doğulur,
Boğazında ip, baxışında tərəddüd, qolunda qandal.
Üzü qışa gedir bütün arzular,
Başında qovğa, dilində külək,
Gözündə yağış, əynində sazaq.
İndi adamlar yox, kitablar darıxır,
Arasında yalın -yalavac misralar,
Nöqtələr, nidalar, suallar…

Bu gün Beynəlxalq Poeziya günüdür

Bu gün Beynəlxalq Poeziya günüdür

Böyük Oktavio Pas poeziya haqqında belə yazırdı:

“Poeziya – bilgidir, ruhun qurtuluşudur, gücdür, özünü unutmadır. Poetik akt dünyanı dəyişdirməyə qadirdir, çünki təbiəti etibarilə inqilabidir: o, ruhani məşqdir, daxili azadlığa aparan yoldur. Poeziya bu dünyanı mənalandırır, onu ucaldır; amma başqa bir dünya da yaradır. Poeziya – seçilmişlərin çörəyidir, çətin udulan loxmadır. Poeziya həm ayırır, həm də birləşdirir. Poeziya – həm səyahətə dəvətdir, həm də vətənə qayıdışdır. Poeziya – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir. Poeziya – səhrada duadır, mövcud olmayanla ünsiyyətdir: o, sıxıntıdan, ağrıdan və ümidsizlikdən qidalanır. O, duadır, peşmanlıqdır, epifaniyadır, fenomendir. Poeziya – ovsundur, cadudur, magiyadır. O – sublimasiyadır, kompensasiyadır, təhtəlşüurun konsentrasiyasıdır. Poeziya – irqi, milli və sinfi şüurun tarixi ifadəsidir. Poeziya tarixi inkar edir, bütün konfliktlər onda həll olunur və axırda insan başa düşür ki, o tarixin əlində oyun-oyuncaq olan elə-belə bir fani deyil. Poeziya – təcrübədir, hissdir, həyəcandır, fəhmdir, istiqamətləndirilməmiş düşüncədir. Poeziya – həm təsadüfün uşağıdır, həm də hesablamağın meyvəsidir. Poeziya – həm ali nitq hadisəsidir, həm də ibtidai dildir. O – həm qaydalara tabe olmaqdır, həm də yeni qaydalar yaratmaqdır. O – əcdadları yamsılamaq, gerçəkliyin üzünü çıxartmaq, İdeyanın kopyasının kopyasıdır. Çılğınlıqdır, ekstazdır, Loqosdur. O – uşaqlıq dünyasına qayıdışdır, itirilmiş cənnət üçün xiffətdir, cənnətdə cəhənnəm arzusudur. Oyundur, işdir, asketlikdir. Etirafdır. Anadangəlmə qabiliyyətdir. Görüntüdür, musiqidir, simvoldur. O – analogiyadır: poeziya içindən kainatın səsi gələn balıqqulağıdır, onun ritmləri, ölçüləri universal harmoniyanın əks-sədasıdır. Poeziya – təlimdir, mənəviyyatdır, tədrisdir, vəhydir, rəqsdir, dialoqdur, monoloqdur. Poeziya – xalqın səsi, seçilmişlərin dili, münzəvilərin sözüdür. Saf və murdardır, müqəddəs və lənətlənmişdir, xəlqi və elitardır, çılpaq və geyimlidir, şifahidir, yazılıdır, rəsm olunandır, o bütün sifətləri özündə birləşdirir, amma bəziləri deyirlər ki, onun öz çöhrəsi yoxdur, çünki poeziya boşluğu gizlədən maskadır – insanın gördüyü bütün işlərin şişirdilmiş böyüklüyünə parlaq bir sübut!”

Şairləri və poeziyasevərləri təbrik edirəm!

Müəllif: QİSMƏT

QİSMƏTİN DİGƏR YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Vurğuna

Səməd VURĞUN

Baharla birgə qədəm qoydu Azərbaycan torpağına, baharı gətirdi Azərbaycana… Səməd kimi doğuldu, Vurğun kimi böyüdü, Vəkillik etdi Azərbaycana… Yeni gündə gəldi dünyaya, yenilik gətirdi Azərbaycana, Azərbaycan ədəbiyyatına… Bu gün dahi söz adamının, böyük el sənətkarı Azərbaycan durduqca yaşayacaq, hər Azərbaycan kəlməsi deyiləndə, eşidiləndə, yazılanda yenidən doğulacaq, Azərbaycanın özü kimi qədim, dağları qədər vüqarlı, həmişəcavan, həmişəyaşar Səməd Vurğunnun anadan olduğu gündür. Doğum günündə böyük ustadı rəhmətlə anırıq. Ruhu şad olsun. Amin.

VURĞUN VƏTƏNDİ…
(Vurğuna)

Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….
* * *
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….
* * *
“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….

24.04.2016 . Bakı.

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahin Həmidi – … hər səhər

Bu gün xalq şairi Səməd Vurğunun doğum günüdür. Azərbaycan poeziyasının sərkərdəsi, dahi Cəməd Vurğunumuzun ruhu şad
olsun.

Vurğunun şeirinə baxıb
hər səhər

İnam həsrətini kökündən qırıb,
Kəsəkli yollara səpərdi elə.
İlham əllərini qoşalaşdırıb
Sevincdən üzünü öpərdi elə.

Düzlük dirdaş oldu nəğmə varına,
Əyriyə, yalana çox sinə gərdi.
Günəş isıqında yazdıqlarına
Lampa işıqında göz gəzdirərdi.

Xəyal qılıncını qoymazdı qına,
Gecələr ulduz tək parlayardı o.
Yurdunun bəxtəvər insanlarına
Nəğməli ömrünü paylayardı o.

Yadına salardı uşaqlığını,
Şeirlə düz keçib, dağlar aşardı.
Unudub yolların uzaqlığını
Şair səfərlərə hazırlaşardı.

Xəyalı durardı dağlardan uca,
Sevən adamlardı qohum-qardaşı .
Səsini unudmaz ömür boyunca
Böyük salonların kürsü yaddaşı.

Özünü vəyənə vurğun sayardı,
Torpağdan, insandan yazardı Vurğun.
Ana təbiətə bel bağlayardı ,
Baharı bağrına basardı Vurğun.

Yazardı alnından töküldükcə tər,
Adını tarixə yazdı tərlə o.
Sözləri dan üzü görənə qədər
Üsyana qalxardı gecələrlə o.

Nə ayı sayardı şair, nə ili,
Çox vaxsız düşmüşdü saclarına dən.
Böyük məhhbətlə şöhrət əyilib.
Öpürdü şairin yazan əlindən.

Nəğməydi alnından damcılanan tər,
Zəhmər ürəklərə yazdı adını.
Vurğunun şeirinə baxıb hər səhər
Günəş də gösdərir istedadını.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanım İsmayılqızı – Şair

Ayağında torpağın dadı.
Yanında arzuya çatmaz əllər.
Qarşısında diz çökmüş sevgi adamı.
İçində baş qaldıran ruh ağacı.
Ovuclarında ötənlərin hərarəti.
Dilində səssiz sözlər.
Yanağında, hıcqırıqdan çartlamayan
həsrətin nəmi.
Gözlərində, yaxşını pisdən seçən,
Vücudunu adlayıb keçən
xoşbəxtliyin qəmi.
Kipriyində buz bağlayan fırtına.
Ürəyində əzizlərin başdaşı.
Yaşına şillə vuran ağıl.
Təpədən-dırnağa dilsiz-ağızsız nağıl.
Göydən quyuya düşən nəfəs.
Adamsız SƏS.
Yarpağı atan budaq.
Kağızla qələm kimi bağlı dodaq.
Budur Şair.
Şair Odur.

Müəllif: Xanım İSMAYILQIZI

XANIM İSMAYILQIZININ YAZILARI

ÜZEYİR HACIBƏYOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TÜRK OĞLU TÜRKƏM MƏN

TÜRK OĞLU TÜRKƏM MƏN
Salam, ey mankurt qardaşlar,
Qoyunlaşan Qurd qardaşlar.
Atın keçə papaqları,
Qulaq asın bir an barı:

Göydən gəlib əslim ,soyum,
Mənəm,türk oğlu türkəm mən.
Günəş –mayam.bulud-suyum,
Mənəm, türk oğlu türkəm mən.

Atam—Tanrı, Anam—Bozqurt
Min adım var,yerim-min yurt.
Tatar,türkman,kırğız,başkırt,
Mənəm,türk oğlu türkəm mən.

Bölüyündən uzaq olan,
Öz içində yasaq olan,
Təklənib yalquzaq olan
Mənəm,türk oğlu türkəm mən.

Toprak– bizə vətən,ana-
Düşübdür min bir dastana.
Gündoğandan –Günbatana
Saran* türkoğlu türkəm mən! (*- tutan)

Qürbət bildim bu aləmi,
Sevdim onu ustad kimi.
Zamanı minib at kimi
Yoran türk oğlu türkəm mən!

Bir vaxt arzuma çatmışdım,
Cəngin daşını atmışdım.
Fil qulağında yatmışdım,
Duran* türk oğlu türkəm mən! (*oyanan)

Yadlaşıbdır bu kənd o kənd,
Altay,Təbriz, Kərkük, Dərbənd.
Parça-parça, böylə, bənd-bənd–
Viran türk oğlu türkəm mən!

Salam, ey mankurt qardaşlar,
Qoyunlaşan qurt qardaşlar,
Atın keçə papaqları
Tanıyın bu dostu,yarı.
Bölünşə də bir elimiz,
Yaşayır Tanrı dilimiz.
Açaq,açaq gözümüzü,
Tanıyaq öz-özümüzü–
Deyək: türk oğlu türkəm mən!
1989

Müəllif: İslam Türkay

İslam Türkayın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firdovsi Ələm oğlu Hacısoy

Olan yerdə

(qəzəl)

Sözü ver söz əhlinə, xiridarı olan yerdə,

Sözə məna verilər, söz dildarı olan yerdə.

Söyləmə hər nə gəldi, salma sözü sən nəzərdən,

Zinət ver sözlərinə, söz sərrafı olan yerdə.

Var ki, söz dağ aşırar, sanma ki, gücsüzdür, sözü,

Çox padişahlar susub, haqqın sözü olan yerdə.

Söz alar qiymətini, deyiləndə məqamında,

Düşər o, kəsərindən, qanmayanlar olan yerdə.

Firdovsi, mənalı danış, dinləsin hər bir kəs səni,

Sözə qiymət verilər, öz əyyarı olan yerdə.

22.06.2016.

Müəllif: Firdovsi Ələmoğlu

Firdovsi Ələmoğlunun yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nazim Əhmədli – YARPAQ

YARPAQ

Bu yarpaqdan bir köynək tik,
ilmələri yaşıl-yaşıl;
yaxasını ağca elə
düymələri yaşıl- yaşıl;

adımı da “ağ atlı” yaz,
gəlib məni oyatdı, yaz;
kürəyinə bayatı yaz,
kəlmələri yaşıl-yaşıl;

yaxşı toxu, qəşəng elə,
oxşamasın xəzan gülə;
naxışını üç rəng elə,
gölmələri yaşıl-yaşıl;

bulud ötür dəstə-dəstə
məndən bir şirin söz istə;
bir ağac var, yolun üstə,
meyvələri yaşıl-yaşıl.

baxışından sevgi yağır,
gedəndə, məni də çağır;
bulaq üstən qızlar baxır,
geymələri yaşıl-yaşıl;

ömür gödək, dünya qarı,
yarpaq könlümün qubarı;
ölmələri sarı-sarı,
gəlmələri yaşıl-yaşıl.

20.03.2025.

Müəllif: NAZİM ƏHMƏDLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rüstəm Behrudi şeir deyir

Rüstəm Behrudi şeir deyir:

RÜSTƏM BEHRUDİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"