Etiket arxivi: Şahin Həmidi

Şahin Həmidi – Çərşənbəm!

ÇƏRŞƏNBƏM

​Sevinclə bağrına basıb havanı,
Bahar yağışından içən Çərşənbəm!
Gəzib qapı-qapı eli-obanı,
Ürəkdən-ürəyə keçən Çərşənbəm!

​Tüstülər içindən gülüb şən çıxan,
Çiçəyi şən çıxan, gülü şən çıxan,
Yanan tonqalların içindən çıxan
Novruzun yanına qaçan Çərşənbəm!

​Oxşayıb nazını çəkər buranın,
İstəsə dumana bükər buranı,
Noğulun, badamın, şəkərburanın
Üzünə nurunu saçan Çərşənbəm!

​Eşqidir yerlərin, səmaların da,
Yağan yağışın da, yağan qarın da,
Sevən ürəklərin səmalarında
Dönüb qaranquşa uçan Çərşənbəm!

​Havadır, atəşdir, torpaqdır canı,
Doğmadır onunçün yurdun hər yanı.
Basıb öz bağrına Azərbaycanı
Bizi övlad kimi qucan Çərşənbəm!

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

                    

Şahin Həmidi – Bu qış gecəsinin yuxusu qaçıb

Bu qış gecəsinin yuxusu qaçıb

Aldım qadasını bu soyuq mehin,
Şaxtalı havanın sıxdım əlini.
Xoş gəldin çəmənə gecənin şehi,
Sən yaxşı bilirsən yerin dilini.

Hələ yuxudadır hər tərəf, hər yan,
Qaranlığı yora-yora gedirsən.
Dayan, ayaq saxla, ay sökülən dan,
Söylə, hardan gəlib, hara gedirsən?

Deyəsən zülmətin heç xoşu gəlmir
Küləyin sükütü pozan səsindən.
Şeytanın yoxdur ki, dini-imanı,
Dinləyib həz alsın azan səsindən.

Gecə yaddaşını heç saxlamayıb,
Elə bil qürbətdə qərib oxuyur.
Quşlar da dilini dinc saxlamayıb
Sübh çağı cəc-səsə verib oxuyur.

Vaxtın həyəcanı, duyğusu qaçıb,
Rahatlıq yol üçün bir oyun olub.
Bu qış gecəsinin yuxusu qaçıb
Gözəl bir səhərlə qol-boyun olub.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

            

Qibləyə dayanıb Şuşa qalası

Qibləyə dayanıb Şuşa qalası

Orduda bir istək, bir arzu vardı
Şuşa azad ola, özünə dönə.
Şəhidlər torpağı qanla suvardı,
Ruhunu əmanət etdilər sənə.

Səndə ocaqlar var, səndə pirlər var,
Kəramət üstündə bitmisən Şuşa.
Qoynunda o qədər gözəl yerlər var
Gözəllik içində itmisən Şuşa.

Həsrətin bir igid ömrü yaşadı,
Qaldıq torpağına, suyuna həsrət.
Düşmən talan etdi, səni daşıdı
İndi sevincini vətənə həsr et.

Qulaqlar məst olur Xanın səsindən,
Önündə baş əyir uca dağların.
Cümə məscidinin minarəsindən
Azan səsi gəlir namaz vaxtları.

Qədim türbələrin girib qol-qola
İsa bulağına dikib gözünü.
Mir Möhsün Nəvvabın ruhu şad olar
Gəzər başı üstdə Cıdır düzünün.

Çatdı muradına möhtəşəm arzu,
Natəvan bulağın könül açası.
Tökür dirsəyinə ovuc-ovuc su*
Qibləyə dayanıb Şuşa qalası.

  • Dəstəmaz almağı nəzərdə tutmuşam

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Şahin Həmidi – Səcdəyə getmişəm qibləyə tərəf

Səcdəyə getmişəm qibləyə tərəf

Əsdim külək kimi mehə qarışdım,
Açdım ürəyimi çənə, çiskinə.
Bu gecə şeh olub şehə qarışdım
Düşdüm bu çəmənin şehin üstünə.

Özüm şərik oldum öz sevincimə
Oyanıb yuxudan durdum ayağa.
Bu soyuq havanı yığdım içimə
Mən də buz bağladım başdan ayağa.

İçdim bu torpağın ürək yağını
Sevdim meşəsini xəzan qarışıq.
Ala toranlığın bu sübh çağını,
İçimdə yaşatdım əzan qarışıq.

Sıxmışam köksümə yamacı, yalı,
Şəhərdən gəlmişəm burda qalmağa.
Üzü təqvalıyam, ağzı dualı
Dəstəmaz almışam namaz qılmağa.

Düşməyir belindən sevgi şələsi,
Arzular düzülüb ürəkdə səf-səf.
Mənəm bu sökülən danın qibləsi
Səcdəyə getmişəm qibləyə tərəf.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Şahin Həmidi – Təbrizim

Gəl səni bağrıma basım, Təbrizim

Hana qur, sinəndə toxu, himnimi,
Gerçək say dilində, yuxu himnimi.
Qaldır bayrağımı, oxu himnimi.
Heç nədən çəkinmə, qorxma, əzizim,
Gəl səni bağrıma basım, Təbrizim.

Yerə haram qatıb “halal” etdilər ,
Səni tapdalayıb işğal etdilər.
Yarana duz basıb, xal-xal etdilər,
Vətən yollarında silinməz izin,
Gəl səni bağrıma basım, Təbrizim.

Qəlbinə ən yaxın sən bizi saydın,
Özünü Bakının varisi sandın.
Sözünü vətənə tamarzı sandın,
Bükülməz qolunam, qatlanmaz dizin,
Gəl səni bağrıma basım, Təbrizim.

Bir yumruq kimiyik, neçə dilliyik,
Biz bir obalıyıq, biz bir elliyik.
Demə ki Mərəndli, Ərdəbilliyik,
Biz də sizlərinik, sizlər də bizim,
Gəl səni bağrıma basım,Təbrizim.

Dinim imanımsan, həyam arımsan,
Səslənən sazımsan, dinən tarımsan,
Qəlbi şeir dolu Şəhriyarımsan,
Dünyaya səs salan milyonlar bizim
Gəl səni bağrıma basım,Təbizim.

Getdi sevincimiz, qaldı vay bizə,
Gah o tay dedilər, gah bu tay bizə.
Vətən hər tərəfdən verdi hay bizə.
Göstər düşmənini, başını əzim,
Gəl səni bağrıma basım, Təbrizim.

Gah mənim qışlağım, gah aranımsan,
Sirli,möcüzəli bir Quranımsan,
Bakımsan, Gəncəmsən Lənkəranımsan,
Qoy gəlim yanına, qoynunda gəzim
Gəl səni bağrıma basım, Təbrizim!

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahin Həmidi – … hər səhər

Bu gün xalq şairi Səməd Vurğunun doğum günüdür. Azərbaycan poeziyasının sərkərdəsi, dahi Cəməd Vurğunumuzun ruhu şad
olsun.

Vurğunun şeirinə baxıb
hər səhər

İnam həsrətini kökündən qırıb,
Kəsəkli yollara səpərdi elə.
İlham əllərini qoşalaşdırıb
Sevincdən üzünü öpərdi elə.

Düzlük dirdaş oldu nəğmə varına,
Əyriyə, yalana çox sinə gərdi.
Günəş isıqında yazdıqlarına
Lampa işıqında göz gəzdirərdi.

Xəyal qılıncını qoymazdı qına,
Gecələr ulduz tək parlayardı o.
Yurdunun bəxtəvər insanlarına
Nəğməli ömrünü paylayardı o.

Yadına salardı uşaqlığını,
Şeirlə düz keçib, dağlar aşardı.
Unudub yolların uzaqlığını
Şair səfərlərə hazırlaşardı.

Xəyalı durardı dağlardan uca,
Sevən adamlardı qohum-qardaşı .
Səsini unudmaz ömür boyunca
Böyük salonların kürsü yaddaşı.

Özünü vəyənə vurğun sayardı,
Torpağdan, insandan yazardı Vurğun.
Ana təbiətə bel bağlayardı ,
Baharı bağrına basardı Vurğun.

Yazardı alnından töküldükcə tər,
Adını tarixə yazdı tərlə o.
Sözləri dan üzü görənə qədər
Üsyana qalxardı gecələrlə o.

Nə ayı sayardı şair, nə ili,
Çox vaxsız düşmüşdü saclarına dən.
Böyük məhhbətlə şöhrət əyilib.
Öpürdü şairin yazan əlindən.

Nəğməydi alnından damcılanan tər,
Zəhmər ürəklərə yazdı adını.
Vurğunun şeirinə baxıb hər səhər
Günəş də gösdərir istedadını.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahin Həmidi – Çərşənbəm !

Torpaq çərşənbəsinə yetişdik.
İlaxır çərşənbəmiz hamımıza uğur, səadət və əmin-amanlıq gətirsin.
Bayramınız mübarək dostlar!

Çərşənbəm !

Sevinclə bağrına basıb havanı,
Bahar yağışından içən Çərşənbəm!
Gəzib qapı-qapı eli-obanı,
Ürəkdən-ürəyə keçən Çərşənbəm !

Tüstülər içindən gülüb şən çıxan,
Çiçəyi şən çıxan, gülü şən çıxan,
Yanan tonqalların içindən çıxan
Novruzun yanına qaçan Çərşənbəm !

Oxşayıb nazını çəkər buranın,
İstəsə dumana bükər buranı,
Noğulun, badamın, şəkərburanın
Üzünə nurunu saçan Çərşənbəm !

Eşqidir yerlərin, səmaların da,
Yağan yağlşın da, yağan qarın da,
Sevən ürəklərin səmalarında
Dönüb qaranquşa uçan Çərşənbəm !

Havadır, atəşdir, totpaqdır canı,
Doğmadır onunçün yurdun hər yanı.
Basıb öz bağrına Azərbaycanı
Bizi övlad kimi qucan Çərşənbəm !

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

          

Şahin Həmidi – Səlim Babullaoğluna

Azərbaycan yazıçılar birliyinln beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, dəyərli şair dostum Səlim Babullaoğlunun doğum günüdür. Bu münasibətlə şair dostimu təbrik edirəm. Ona uzun ömür, can sağlığı, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram.

Səlim Babullaoğluna

Bulid-bulud badəsini qaldırıb
Acqarına çəkdi başına payız.
Şimşək çaxdı, guruldadı ildırım,
Ələndi üstünə, başına payız.

Çox yazdın olar-olmaza dair,
Gözünə yaşamaq şətin göründü.
Ürəyini yeyib qurtaran şair,
Yaşaya-yaşaya mətin göründün.

Süzüldü qələmin alnının təri,
Şeirə qəlbini açan dil oldun.
Ömür dəftərinin səhifələri
Yazıla-yazıla miləmil oldu.

İşığı şam kimi titrək istədin,
Düşsün şölələri ağ saçlarına.
Sevgidən bir yeni ürək istədin,
Son qoysun arzunun tıxaclarına.

Sözə məhəbbətin birə min artıb,
Şükürlər edirsən Rəbbinə çoxlu.
Səbrin tükənməzdir, ümidin artıb
Yaşa, var ol, Səlim Babullaoğlu.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Nəvəym

Zaur Ustac

Gəzdim

Talış dilinə tərcümə

Nəvəym

Nəvəym vıjə-vıjə ın vətəni az,
Bandədə, hitədə nışonım mande.
Bovrəy reçinəti mardəm həni az,
Boçəvon vindero çəşonım mande.

Yayləğo dəvardim, ərono beşem,
Bılındə bandono bə çiməyn eşem,
Zəminım maç karde bəçəy dıl dəşem,
Vətən, detı çokə rujonım mande.

Nəvəym, nəve-nəve beşem tıbəsə,
Qəpım jəy dı sıği, sığ dəşe bə sə.
Çı vıli, aləfi holım xəbə səy,
Boəvon bo quş doy quşonım mande.

Şeirin müəllifi: Zaur Ustac

Talış dilinə tərcümə elədi : Şahin Həmidi

Namaz xalçasıdır şeir dəftərim

Namaz xalçasıdır şeir dəftərim

Məni güldürəndə gülmüşəm Allah,
Ən böyük sevinci özün ver mənə.
Yenə hüzuruna gəlmişəm Allah,
Bir mömin bəndəyəm, dözüm ver mənə.

Qəlbimdə ən böyük möcüzə şeir,
Sözü misra-misra tökür dilimdən.
Kor olmuş şeytana lənət tükənmir,
Azalmır Allaha şükür dilimdən.

Yaxşının dostuyam, pislərə yadam,
Duyğular qəlbimdə xoş avazlıdır.
Yenə sevicinə məs çəkir nidam,
Nöqtəmlə,vergülüm dəstəmazlıdır.

Dilimdə çevirim sözü qibləyə,
Yazmağı pozmağı bir adət edim.
Mənim tək dayanıb üzü qibləyə
Kağız da, qələm də ibadət edir.

Sevgimin gözündə yenə sökür dan,
Təsbehin qazancı zikrlər olsun.
Hər şeyə qadirdir böyük yaradan
Onun qüdrətinə şükürlər olsun.

Dayanıb arada bir nəfəs dərim,
Şeirə bir az da marağım artar.
Namaz xalçasıdır şeir dəftərim
Sərilib sözlərin ayağı altda.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru