MUSA ASLANXANLI – ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM


ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM
Tarixdən: “Xosrov şahənşah elan edilsə də, ətrafına ümid etmədiyindən Mədaini tərk etdi. Əvvəl Azərbaycana getdi, oradan Bizans imperatoru Mavrikinin sarayına… “
Bizans imperatorundan kömək alsın deyə, Xosrov nə edə biləcəyini, hansı güzəştlərə gedə biləcəyini düşünmüşdü… Bizansla müttəfiq olan Hun qoşunlarını özünə tərəfdaş edə biləcəkmi? Bizanzdan alınan türk torpaqlarıni da Bizansa qaytarar,təki taxt-taca sahib olsun… Daha nələr olacağını bilərmi?..
Bizans sarayında sığınacaq tapmış Xosrov, imperator Mavriki ilə danışıqlar apararaq, ona hərbi yardım göstərəcəyi təqdirdə, gürcü və ərmən vilayətlərini Bizansa güzəştə gedəcəyinə söz verdi…
Mavrik də düşündü ki, baxmayaraq ki, bu vilayətlərin əhalisi əsasən ər saklar, qıpçaqlar, oğuzlar-türklərdi, eyni dildə danışan əhalidi, ancaq onlarla hardasa dil tapmağı bacarar… Əqidəsi zəifləri,var-varidat hərislərini,vəzifə düşkünlərini öz tərəfinə çəkməklə, idarəetməsini yarada bilər… Qafqaz türkləri xristianlığı ilk qəbul edən ellər olsa da, Bizans elə bu dindən istifadə etməklə bu əraziləri özünə tabe etməyə çalışacaq…Artıq uzun illərdi ki, Bizans dövləti bu yolla- hətta xristianlığı parçalamaq yolu ilə, bəli, dini
paçalamaqla belə özəl məqsədinə çatmağa çalışır…Bizansda hazırlanmış xüsusi dini nümayəndələrin iştirakı ilə bu iş heç də pis getmir: Bu ərazilərin kilsələri Bizansın təsirində olacaq. Bu da bir imkandı…Bu imkanı əldən vermək olmaz… Bunları edə bilsə, idarəetmə asanlaşacaq…Hər necə olsa, illik vergiləri toplayacaq… Addım-addım da irəli gedə bilər. Bu ərazilərdə yaşayan qədim-qaim türk ellərindən Bizansı qoruyan yeni qoşun hissələri də yaranacaq… Bu qoşunlarla ən güclü düşmənlərlə də vuruşa bilərlər. Elə türklərin özü ilə də vuruşmaq olar!..
Bu ərazilərdə hələ Şumer dövründən güclü dövlətlər yaratmış, buradan Batiya, Doğuya yayılmış türklərin burada müstəqil dövlətlər yarada biləcəyini nə bizanslılar, nə də sasanilər nədənsə ağıllarına gətirmirlər, bəlkə də o fikri heç özlərinə yaxına buraxmaq istəmirlər… Tarixdən məlumatları yox kimi görünməyə çalışırlar…
Xosrov ümidli baxışlarla hökmdar Mavrikə baxaraq:
-Mənə hər hans bir tapşırığın olsa, oğul kimi yanındayam.
-Bilirəm, oğul kimi yanımdasan, danışdıq axı… Darıxma, qızım Məryəmlə toyunuz olsun, beləliklə, sən mənim ən yaxın ailə üzvüm olursan, mənim də borcum sənə yardım etməkdi. Toydan sonra Bizans qoşunu da hazır olacaq. Dediyin, kömək almaq istədiyin cəngavər hunlar da bizim qoşunun tərkibindədi, bizimlə müttəfiqdi… Hakimiyyət sənin olmalıdı, narahat olma…
…Bəhram Çubin bir ciddi müqavımətlə rastlaşmadan Mədainə daxil oldu. O, vəzirlə, saray əyanlarıyla ilk görüşdə:

-Mən intiqam almaq üçün gəlməmişəm, ancaq haqsızlığa etraz etməyə gəlmişəm. Mənə olan münasibətə aydınlıq gətirilməsini istəyirəm. Yaxşı, siz mənə olan haqsızlığa niyə etraz etmədiniz, siz Hörmüzün yanında deyildiniz? Mənə özümü tərifləmək yaraşmaz. Mənim İran üçün nələr etdiklərimi nədən unutdunuz?.. İpək yolun İrana biz qazandırmadıqmı? Bugün bu İranın istifadəsində zaman-zaman bizim türk ellərinin gücü ilə açılan yollar var!..İndi siz nə fikirləşirsiniz?.. Biz yollar açdıq,o yolların çoxu da böyük türk ellərindən keçən yollardı.Bunu fikirləşin… Söhbət tək mənə olan haqsızlıqdan getmir, döyüşən igid oğulları düşünün… Belə görürəm, siz yaxşılığa qiymət verməyi bacarmırsınız… Yaxşılığa pislik edənlərin də bir adı var… Xosrov Pərviz hanı? Kor edilmiş atanı atıb gedib, onu kor edənlərin onu qətlə yetirəcəklərini də düşünməyib?.. Hətta belə fikir yaranır ki, Xosrov Pərviz hakimiyyətə gəlmək üşün atasını kor edib…
Vəzir ayağa qalxaraq:
-Hörmətli Şahənşah, bu səhv fikirdi…Bu hadisələrdə Xosrov Pərvizin iştirakı olmayıb…
-Burada kim nə edib, ola bilər, siz məndən yaxşı bilərsiniz… Aydındı… Yaxşı, bizim Bizansa uduzmağımızın səbəbini düşündünüzmü? Bizans hunlarla-türklərlə dost oldu, müttəfiq oldu, biz də döyüşdə, əsasən hunların qarşısında dayana bilmədik…Uduzmağımızın səbəb budu!.. Hunlar deyəndə hunların ünlü sərkərdəsi Atillani da yadınıza salın. Avropa imperatoru Atillanı!.. Bunu da düşünün…
Yaxşı,nəyə görə mərhum Hörmüzün da olduğu nəsil türkzad adlanır? Bilərsiniz, babaları Ənüşürəvan Adil Xəzər xaqanının qizi ilə evlənmişdi. O da bunu bu əraziləri qorumaq, dövləti gücləndirmək üçün etmişdi. Bəs indi sizin türklərə münasibətiniz necədir?..
Siz türklərə dost münasibətinizdən necə danışa bilərsiniz, mənə deyin. Türklərə aid əraziləri ələ keçirmək, yer adlarını dəyişmək- buna dostluq deyəcəkniz?..
Bir eli öz yurdundan başqa yerə köçürməkdə sizin məqsədiniz nədir? Azərbaycanlılar-türklər yaşayan əraziyə farsları, kürdləri köçürüməklə qarşıdurma yaratmaqdı niyyətiniz?
Millətləri bir-biri ilə vuruşdururb, tamaşaya baxmaq, budu istəyiniz?.. Millətin əsəbləri ilə oynamayın! Xəbərdar edirəm, belə yaramaz əməllərə bir mənalı son qoyulsun!
Bu dediklərimi unutmayın!.. Ancaq indiki halda mən təqsirkar axtarıb,cəzalandırmaq fikrində də deyiləm… Sağlam münasibət, anlaşma olmalıdı idarəetmədə… Ədalətli idarə etmə güclü ölkə deməkdir.Qanunları pozanların uyğun cəzası verilməlidi… Kəndliyə şərait yaradılsın, kömək edilsin, torpağı becərə bilsin… Döyüşdə həlak olanların ailəsinə yüksək səviyyədə qayğı olmalıdı…
Qəbula gələn insanları diqqətlə dinləməli, problemlərini həll etməliyik.. Hansı eldən olmasından asılı olmayaraq bacarıqlı adamlar dövlətin idarə edilməsində iştirak etməlidi… Dövlət maraqları şəxsi maraqların ayaqları altında qalmalı deyil!.. Mən türkəm, İranı müdafiə edirəm, mənə qarşı, ümumən türklərə qarşı niyə haqsızlıq edirsiniz?! İranı qorumaq istəyirsinizsə, belə haqsız əməllərə son verin!.. Mən bu fikirlərlə şahənşahlıq taxtına əyləşdim…
…İlk olaraq Naxçıvanda Bəhram şahın adına sikkələr zərb edilib,dövrüyəyə buraxıldı…
Azərbaycandan, vilayətlərdən nümayəndələr Mədainə dəvət edildi. Yeni əmrlər yazıldı, tapşırıqlar verildi…
…Bəhram şah düşünür, kimlərlə, hansı dövlətlərlə dostluq münasibəti yaratmalıdı? Uzun illər Göy türklərlə vuruşub… hansı üzlə onlara yaxın getsin?… Qarşısında həlli çətin suallar var… Azərbaycan- doğma eli-ər sak elləri, Şumerlərdə tarix yazan kuti elindən-Albaniyadan Varaz Qor ona necə kömək edə bilər.Bayandur xan, Qazan xan, oğuz eli bu çətin məqamda ona necə əl uzada bilər?..
Düşdüyü vəziyyəti hər tərəfli düşünəndən sonra Bəhram Çubin ilk əvvəl Bayandur xana məktub yazdı.
“Oğuz elinə, Bayandur xana,salam. Siz oğuz eli olaraq zaman-zaman bizlə-ər saklarla bir hərəkət etmisiniz. Azərbaycan ocağının közü ilə zirvələrdə birlik, döyüş tonqalı qalayan şanlı elsiniz. Bu gün bizi birliyə,birləşməyə çağıran tonqallara daha çox ehtiyacımız var.
Mənə qarşı Sasani şahənşahı Hörmüz haqsızlıq etdi. Bu haqsızlıqla barışa bilmədim. Mədainə gəldim, indi şahənşah taxtındayam… Hörmüzün oğlu Xosrov kömək almaq niyyəti ilə Bizans hökmdarı Mavrikin sarayına sığınıb. Bildiyimə görə bir ortaq fikrə gəliblər, Bizans qoşunu şahənşahlıq taxtını Xosrova geri almaq üçün döyüşə hazırlaşır. Çox təəssüf ki o qoşunun tərkibində türklər də-Hun cəngavərləri də var… Mən də bir türk oğluyam, sasani deyiləm! Etraf edim ki, mən də özümüzə qarşı- göy türklərə qarşı vuruşmuşam.Ən böyük səhvimdi bu… Bilmirəm, məni bağışlayan olacaqmı?.. Səhvlərimi düzəltməyə imkan olacaqmı, bilmirəm…
Sizin Göyçə gölü sahillərindəki hərbi düşərgələrinizin olduğunu, Bizansla qarşılaşdığınızı, vuruşduğunuzu bilirik. Ölçüb-biçib, indi daha güclü, birləşmiş qüvvələrlə Bizansın üstünə getsəniz, mənə ən yaxşı kömək, yardım etmiş olarsınız… Bizans qoşununun bir hissəsi sizə görə bölünər, bizim üstümüzə bütün gücü ilə gələ bilməz… Bizansın diqqətini mümkün qədər bizdən ayirmağa çalışın. Hörmətlə: İran şahənşahı Bəhram Çubin.”
Məktub yaxın bir adamla Bayandur xana göndərildi…
Çapar ehtiyatla yola çıxdı. Xudafərindən keçdi, bir neçə elə- obaya döndü, soraq aldı… Bayandur xan Göyçə gölünün kənarındakı oğuz düşərgəsində idi…
Məktubu Bayandur xana təqdim etdilər. Məclis çağrıldı…Məktub oxundu, müzakirə edildi…
Bayandur xan:
-Bəhramın üstünə Bizansla bərabər hun qoşunu da yeriyəcək…Bu, milli faciədi!.. Bunun qarşısı alınmalıdı… Bacarsaq…
Ancaq ola bilər, ər sak eli ilə bərabər, türk elləri Bəhram Çubini müdafıəyə qalxsın.
Dədə Qorqud da məclisə üz tutdu:
-Oğuz eli, igidimizi yalqız qoymayaq… Bəhram təklənməsin!..
Biz ona arxa olmalıyıq, Tanrı yolun uğurlu etsın…
Qazan xan:
-Mən də Bəhram Çubinin təklifin qəbul edirəm. Bu bir imkan ola bilər, işğalçılara qarşı birləşmiş qüvvələrimizi yarada bilərik. Bizans ərazilərimizi işğal etmək üçün tez-tez basqın edir. Çavabını da alır… Güclənmiş, birləşmiş döyüş qüvvələri ilə Bizansa daha layiqli cavablarımız olmalıdı.
…Bəhram Çubin hərbi vəziyyətlə bağlı sərkərdə Mehranın məlumatlarını dinlədi. O,oğuz elindən, Bayandur xandan gələn cavab məktubunu da Mehranla oxuyub, müzakirə etdi.
Bəhram Çubin:
-Mehran, oğuz elinin köməyi bizə uğur gətirər, ancaq başqa türk elləri ilə də birlik yarada bilsələr, bir də əks tərəfin bizə qarşı türklərdən istifadəsinin qarşısı alınsa!..
Ancaq Mədaində vəziyyət Bəhram Çubinin xeyrinə deyildi.
Sasani-fars nəslindən olmayan bir şəxsin hakimiyyətə yiyələnməsi, əyanlarından haqq-ədalət tələb etməs, sarayın oturuşmuş təbəqəsinin ona qarşı hərəkətə gətirmişdi. Zahirən özlərin Bəhrama yaxın göstərsələr də gizlində ordu haqqında, ordunun harada yerləşməsi, Bəhramın nə etdiyi, nə edəcəyi haqda Xosrova məlumatlar göndərirdilər…
…Bizans hökmdarı Mavrikidən hərbi yardım alan Xosrov sərhədləri keçərək, Mədain istiqamətində yürüşə başlamışdır.
Bu zaman Bəhramdan üz çevirmiş, əllərinə sərvət toplamış bəzi İran feodalları ələ aldıqları adamlarla Xosrovun tərəfınə keçməyə başlamışdılar. Azərbaycanın- Atropatenanın Mədain şəhəri civarında, Qanzaka yaxınlığında baş vermiş həlledici döyüşdə, təəssüf ki o vaxt Bizansa müttəfiq olan hunların köməyi ilə Xosrovun ətrafında olan ordu qalib gəlmişdir…

Müəllif: Musa ASLANXANLI

                     AYB-in üzvü. Prezident təqaüdçüsü.

MUSA ASLANXANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zübeydə Heydərqızının doğum günüdür! – Təbrik!

YAZARLAR cameəsi adından AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİnin üzvü, tanınmış şair Zübeydə Heydərqızıdoğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun, ZÜBEYDƏ xanım!!!
Hörmətlə: Zaur Ustac

ZÜBEYDƏ HEYDƏRQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tolstoy, Qorki və Çexov

Tolstoy, Qorki və Çexov.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

VAQİF SULTANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HİKMƏT MUĞALOĞLUNUN DOĞUM GÜNÜNƏ TƏBRİK ƏVƏZİ

“LAL AXAN ÇAY”IN QÜRBƏT PIÇILTILARI

V.Q.Belinski həqiqi poeziyanı hər şeydən əvvəl həyat, sonra isə incəsənətin bir sahəsi kimi dəyərləndirirdi. Mayası həyatın özündən yoğrulmayan, həyat gerçəkliklərini əks etdirməyən söz yığınına poeziya deyilməz.

Ömrünün 40 ildən çoxunu Vətəndən uzaqlarda yaşayıb-yaradan, bir vaxtlar ümumi Vətənimiz Sovetlər İttifaqı dönəmində Bakıda ali məktəbi bitirib təyinatla Moskvaya işləməyə gedən Hikmət Muğaloğlu (Qurbanov) inanmazdı ki, ömrün ən gözəl çağları şimal ölkəsində keçəcək. O, həyatın sevincli, kədərli, həsrətli anlarını şeirə çevirərək qürbətdə ömür nəğmələri yaza-yaza bir bütöv ömür dastanı yaratmağa başladı. Doğulduğu torpaqdan, doğma insanlardan, el-obadan uzaq düşmək, həsrət, nisgil həyat eşqli insanları bərkidir, müxtəlif sınaqlara qarşı dözümlü edir. Axı “Vətənin bir qış günü qürbətin yüz baharından yaxşıdır” deyib ulu babalarımız. Hikmət müəllim də sözə könül verib qürbətdə Vətən baharı yaratmağı bacardı.

Xeyirxah, mənən zəngin insan, ikinci dünya müharibəsinin iştirakçısı, neçə-neçə şeir kitablarının müəllifi, gənc yazarların hamisi, istedadlı şair, vicdanlı pedaqoq, el ağsaqqalı kimi tanınan Surağat Qurbaninin ailəsində dünyaya göz açan körpəyə oddan-alovdan, qan-qadadan keçən zəngin təcrübəli ata Hikmət adını verəndə yanılmamışdı. Sözün ətrini, qədrini yaxşı bilən Surağat müəllim yeni doğulan oğlunun sözün hikmətini anlayacağını, atasının yolunu davam etdirəcəyini, estafeti etibarlı əllərə verəcəyini uzaqgörənliklə anlamışdı.

Həssas, duyğulu, Vətənə, elə bağlı, ancaq taleyinə qürbət yaşamaq yazılan insanlar ürəyinin lirik çırpıntıları ilə həmişə doğma elləri, yerləri vəsf edir, ən kiçik nüansı belə unuda bilmir, nəzərdən qaçırmırlar. Hikmət Muğaloğlu da ara-sıra uzaq ölkədən Vətənə qayıdanda tərəddüdlər burulğanında iki yolayrıcında qalır, “bəlkə heç getməyim o uzaqlara?”. Ancaq taleyin işinə, rüzgarın gərdişinə nə deyəsən?

Ömrünün çox hissəsini acgözlüklə “yeyən” qürbətdə doğulan övladlar, şipşirin nəvələr o yerləri də doğmalaşdırıb. Ona görə də o, bizə tez-tez “uzaqlardan Vətən nəğmələri – sanki bir yaralı durnanın səsi”ni göndərir:

Ikiyə bölünmüş bəxtim qapqara,
Bir üzü Vətənmiş, bir üzü qürbət.

Şairlər Tanrının sevimli bəndələridir, Vətənin, xalqın ağrı-acısını özləri tək çəkir, sevincini hamıyla bölüşürlər. O ürək ağrılarından ancaq sözə həssaslar xəbər tutur, sevinci isə hamı özününkü hesab edir, ancaq çoxları anlamır ki, ilahi sözün doğuluşu hansı əzablardan keçir. Təzadlarla dolu həyat əksliklərin savaş meydanıdır:

Biri qərib eldə torpağa gedir,
Biri torpağında dara çəkilir.

Və bu anda şairin duasını ulu Yaradan eşidirmi?

Allahım, sən mənə bir səhər aç ki,
Görüm ki, məhv olub haqqımı yeyən.
Günəşə güc verib bir atəş saç ki,
Qoy yansın Vətənin varına dəyən.

Bu dua isə bugünümüzün harayıdır: Tanrım “ heç kəsi qürbətə qovmasın çörək”. Uzaq qürbətdə – havası da bir çoxlarının ürəyi kimi soyuq diyarda Vətən oğlu Hikmət Muğaloğlu

“Hanı Bamsı Beyrək, Mübariz oğlum?
Dolsun dəlilərlə həm sağım, solum”

hayqırır, şəhid qanının müqəddəsliyinə and içir, təmənnası da “Vətən, qoy sonuncu şəhidin olum”dur.

Bəzən beynimi qəribə fikirlər zəbt edir. Düşünürəm ki, niyə bizim qəlbimizdə Vətən, torpaq sevgisi heç olmasa qürbətdə yaşayan həmvətənlərimizdəki qədər deyil? Bir çoxlarının bu suala cavabı məni qane etmir. Deyirlər ki, daimi Vətəndə yaşayanlar üçün Vətən adiləşir. Heç razı deyiləm. Vətən, torpaq, millət, ata-ana sevgisi necə adiləşə bilər? Hikmət müəllimin poetik düşüncələrində bu ilahi sevgilər qeyri-adidir, daha safdı, ülvidi, hamıya örnəkdi. Uzun müddət qərib şəhərdə (bir vaxtlar ümumi Vətənimizin paytaxtı olsa da) yaşayan Hikmət Muğaloğlu bizdən daha millidir, vətənsevərdir.

Şairin şeirlərini Azərbaycanın milli ruhunu, adət-ənənələrini, əhalinin məşğuliyyətini özündə əks etdirən etnoqrafik etüdlərə bənzədirəm. Doğulub boya-başa çatdığı coğrafi ərazinin – Balakən rayonunun, qədim yaşayış məskəni Katex kəndinin yolu, cığırı, dağı, yamacı, dərəsi, enişi, yoxuşu, Sarı qayası, Şah bulağı, Dəliçayı, münbit torpaqlı axıları (tarlaları) onun şeirlərində daha doğmadır, gözəllik və vüqar dünyasıdır. Vətənin “işıqfor sarı xurmaları”, şirələnən Ağagörməz, İryal armudu, yanağının bir tərəfi qırmızı, bir tərəfi sarı sinab almaları bu şeirlərdə hamıya gəl-gəl deyir, sürhüllünün, qaxac ətin iştahartıran ətri, dadı damaqları dadlandırır. O yerlər, o nemətlər Hikmət Muğaloğlunu azı yarım əsr geriyə – analı, atalı illərə, kənd uşağının isti odun sobalı, beş uşağın döşəmədə açılmış yataqda yan-yana uyuduğu, iki-üç qardaşın bir yorğan altında yatdığı günlərə səsləyir:

Ev-eşikdə gəzir Anamın ruhu,
Bir küncdə mütəkkə, döşək anbarı.
Beş cüt ayaq çıxıb yorğan altından
Uzanardı üzü sobaya sarı.

Keçər kino kimi analı günlər,
Qəhər qoymaz baxam axıra kimi.
Qoymazdı yatmağa doğma dirsəklər,
Fırladardı məni fırfıra kimi.

Hikmət müəllimin şeirlərində Azərbaycanın Şimal-Qərb bölgəsinin dialekt sözlərin – “əlvən” (tövlənin irəli çıxıntılı hissəsi, xalxal), “tambur” (qopuzaoxşar simli musiqi aləti), “lonçor” (arxın su götürmək üçün dəri yeri), “lələ” (böyük qardaş), “daşqa” (at arabası), “gap” (söhbət), “pərdi” (döşəmənin və tavanın atmaları), “calğa” (peyvənd edilmiş ağ tut ağacı), “şəhrə” (kənd küçəsi), “sibə” (çayların sahillərində daşqın və seldən qorunmaq üçün ağac budaqlarından bənd), “liley” (hayla, bayatı), “şulahın” (ağac budaqlarından hasar), “quva-quva” (uşaq oyunu) və s. izahı etnoqrafik lüğəti xatırladır.

Hikmət Muğaloğlu duyğular şairidir. Hər şeirində poeziyasevərləri nostalji hisslərə bələyir, sevincli, kədərli, xatirələr oxucunu şipşirin günlərə qaytarır. Kədərli günlərin şirini olmaz iradını bildirənlərin nəzərinə çatdırım ki, ahıl yaşa çatanda uşaqlıq illərinin kədəri də bal dadır. Şair Katex kəndinə quzeydən – Qafqaz dağlarından keşik çəkən, məğrur əsgərə bənzəyən Sarı qayanı sözün sehriylə müqəddəsləşdirir:

Üstümüzdə nəzərlərin, Sarı qaya,
Atamızın baxışıtək yaddaşımda baxışının vahiməsi,
Qorxa-qorxa süzər səni Poçt yolundan keçən yolçu.
Sarı qaya, qulağımdan getmir heç vaxt
Dəliçayın sənə ithaf yaz nəğməsi,
Kəndimizin talismanı,
Sən ay məğrur qarovulçu…

Hikmət müəllimin sevgi şeirləri də özünəməxsus bir həsrət dünyasıdır, qürbət yaşantılarıdır. Qürbətdə yaşayanların xatirələrində ilk kövrək sevgi hissləri həmişə təzə-tər qalır. Yığdığı bənövşələri “ümidlə oxşayıb” arxın sularına atan aşiq inanır ki, həzin pıçıltılı ləpələr boynybükük bahar çiçəyini elqızıgilin həyətinə aparacaq. Qeyri-adi sevgi məktubu. Görəsən lirik qəhrəmanın sözsüz sevgi etirafına cavab göndərdimi bənövşə həyalı gözəl?

Ayrılıqlar, qərib ellər, çətin yollar,
Matəm rəngli baxışlarda
eşqimizin əks-sədası…
…Qərib elin soyuğunda, çovğununda
odlu, kövrək ürəyimdə
deyiləsi sözüm qaldı…

Şairin sevgi şeirlərində kövrək həsrət notları, həzin xatirələr dominantlıq edir. Lirik qəhrəman görüş yerində sevənlərə qızmar Günəşli günlərdə, qarda, yağışda çətir tutan cökə ağacını, qoşa izli cığırları sözün qüdrətiylə doğmalaşdırır,“bəxtəvər” cökə ağacını əbədi yaşadır. Əmin olursan ki, ilk sevginin şahidi o ağac hələ də gənc Hikmətin yolunu gözləyir.

Heç özüm bilmirəm nə gəzirəm mən?
Hər tərəf bir rəngdə – qışın qarında.
Bahar gətirmişdin bu dünyama sən,
Bənövşə ətirli dodaqlarında…

Hikmət müəllim az qala bir qərinə əvvəl Moskva ilə Bakı arasında söz və sevgi körpüsünün bünörəsini qoyub – uzunluğu Ginnesin rekordlar kitabına düşəsi körpünün. Sevgisi möhtəşəm olanlar sevgi naminə nəhəng sədləri yarmağa, uzaqlıqları yaxınlaşdırmağa, həsrətliləri qovuşdurmağa qadirdirlər:

Sən nahaq dəyişdin Tanrı yazanı,
O qutu körpüydü aramızdakı.
Sən Xəzəri sevdin, mən Yauzanı,
Qatar “5” nömrəydi, – “Moskva – Bakı”.
O qutu körpüydü aramızdakı…

O ”körpü” bir eloğlunun məktubları saxlanılan qutuydu, elqızı məktublarla birlikdə “etibarsız” sevdiyinə qaytarmışdı. Uğurlu söz tapıntısıdır, el deyilmi?

Şair bir sevgi məktubu yazıb buludlara oxuyur ki, buludlar həzin və həlim yağışa dönüb sevdiyi qız yaşayan evin damını döysün, inci damlalar aşiqin baxışlarına çevrilib elqızının boynunu qucsun. Həm də sevginin mərhəmətinə fikir verin, sevən eloğlu istəmir ki, həsrətə hamilə buludlar leysan, yaxud dolu yağdırsın o evin damına. Bax, budur poeziya!

Hikmət Muğaloğlunun “şirin xatirələrlə dolu xəyal qatarı” bitib-tükənməyən uzaq yoldadı. Bu qatardakı 40 illik yaşantılar “bütöv bir ömrün nəğmələr”idi. Belə ömür yaşayanların söz və sevgi karvanı heç vaxt yalançı ilğımlarda, qarlı-tufanlı keçidlərdə yolunu itirib çarəsiz qalmır. Çünki əlahəzrət söz doğru yolu göstərən, işıqlandıran məşəldi, söz aşiqləri isə bu məşəlin sönməsinə imkan verməyən odlu-alovlu ürək daşıyanlar…

Müəllif: VAQİF OSMANLI

HİKMƏT MUĞALOĞLUNUN YAZILARI

VAQİF OSMANLININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Mirzəbəyli – Hanı…

Hanı…

Hanı sevgi qoxuyan,
Hanı çiçək adamlar?
Yarınağıl adamlar,
Yarıgerçək adamlar.

Göylərəmi çəkildi?
Buludamı büküldü?
Xəzan vurdu…
Töküldü
Ləçək-ləçək adamlar.

Yol göründü…
Yol-ümid.
Kimə məzar, kimə yurd…
Yedi bizi yarıqurd.
Yarıböcək adamlar…

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu axşam sevgi qoxuyur…

Bu axşam sevgi qoxuyur…

Bu axşam sevgi qoxuyur,
Sumqayıtda hər künc-bucaq.
Yağış, külək və yarpaqlar,
Avtobuslar… dayanacaq!

Səriliblər üzü üstə
Yollar duyğulu-duyğulu.
Səkiylə bir qız yürüyür,
Arxasınca zeytun kolu.

Çiçək kimi pardaqlanır
Binaların daş-divarı.
Heyrətindən xumarlanır
Odaların eyvanları.

İşıqforda sıralanır
Qırmızı da yaşıl kimi.
Hər ağac bir aşıq olub,
Dilləndirir “sarı sim”i.

Ürəklərə sığal çəkir
O qızın ayaq səsləri…
Bir də nə görsəm yaxşıdı –
Söyləmək mənə ar gəlir…

Müəllif : İBRAHİM İLYASLI

İBRAHİM İLYASLININ YAZILARI

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Елена Пастернак – Никогда

  • Никогда не давай денег кавалеру(правда папа сказал другое слово обозначающие мужчину с которым женщина состоит в сексуальной связи, но меня читают трепетные люди). Мужчина сам должен решать свои финансовые проблемы.
  • Но папа, он ещё не зарабатывает, я хочу ему помочь.
  • Если мужчина не зарабатывает, значит и женщину ему рано.
    Это я попросила у папы денег в долг, чтобы купить куртку своему парню, который был или поэт, или музыкант. Денег папа не дал, хотя мне, когда я просила для себя, он никогда не отказывал. Я сильно на него обиделась, злилась, кричала, что люблю этого безкурточного мальчика, что он мёрзнет и у него из-за этого сопливый нос. А я хочу ему помочь.
    Мой папа никогда ничего долго не объяснял: «нет и все», но в этот раз долго со мной говорил, что ни один мужчина не возьмет от женщины подарок, на который ей пришлось занимать деньги или в чем-то себе отказывать. Только потому, что женщина и так очень много незаметного делает для мужчины. Каждый день. А если мужчина не может позаботиться о себе, то и о тебе он не сможет. Женщина сама по себе подарок для мужчины.
  • Ага, – сказала мама, – наша дочь с ее характером тот ещё подарочек.
    Но папа так на неё посмотрел, что мама решила не развивать эту тему.
    Папа денег не дал, куртку я не купила, но вдруг посмотрела на кавалера другими глазами. Он не сильно хотел работать, сильно хотел развлекаться за чужой счет. Никогда за себя не платил и презирал «цивилов».
    Когда мой бывший муж меня сильно обидел, папа молча сменил в моей квартире замки. А когда дедушка решил со мной поговорить о женской мудрости и о том, что нужно терпеть и сохранять семью любой ценой. Папа так на него посмотрел, что дедушка решил не продолжать этот разговор.
    В моём детстве, когда мы ещё жили в Узбекистане, мы с папой любили ходить на рыбалку. И был такой участок пути к речке, где нужно пробираться по узенькой горной тропинке. Папа брал меня на руки, я обнимала его за шею и он нёс меня на спине. Потом, много лет спустя, мы с ним шли по этой тропинке и я поняла насколько это тяжело. И я спросила его об этом.
    И папа мне сказал:
  • Я знал, что не уроню, если ты будешь держаться. А ты никогда не отпускала.
    Однажды я подслушала разговор папы с его другом. Друг жаловался на своих детей. Какие они плохие, глупые и ничего не хотят делать и как плохо с ним поступают. А мой папа ему сказал: «ты отец, ты должен прощать».
    Месяц назад мой папа сильно заболел. И надо было просто ждать. А я не такая. Я не умею ждать. Я умею доставать деньги, переворачивать мир, побеждать драконов, искать и находить все равно что. А просто ждать я не умею. Мне невероятно тяжело ждать.
    Знаете, в жизни так мало ситуаций, когда мы по-настоящему чувствуем себя взрослыми. И ждать это про взрослость. У меня пока не получается.
    И когда я прошу папу выполнять все предписания врачей, а он не хочет, я на него злюсь. А он говорит, что не понимает зачем ему это нужно. А я ему говорю:
  • делай, как я сказала, у меня не хватает терпения тебе это объяснять.
  • Странно, – говорит папа, – а у меня хватало терпения объяснять тебе математику.
    Хорошие мои, мне сейчас не очень просто. Хотя врачи говорят, что все хорошо и нужно просто ждать. У меня к вам огромная просьба, пожелайте моему папе здоровья, а мне терпения, чтобы я перестала бегать по потолку и могла объяснить, что он мне очень нужен и я не отпущу, а он не уронит.
    Автор: Елена Пастернак

Первоисточник : Женский Журнал


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “SEVGİ DOLU ŞEİRLƏR”

ZAUR USTACIN “SEVGİ DOLU ŞEİRLƏR” KİTABINDAN:

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Anarın “Qatardan qalan adam” hekayəsi haqqında

Anarın “Qatardan qalan adam” hekayəsi haqqında

Anarın “Qatardan qalan adam” hekayəsi barədə əvvəlki statusumda yazmışdım: “Hekayə həqiqətən dərin mülahizələrə, müxtəlif versiya və yanaşmalara imkan verən, çoxlu və fərqli nəticələrə gətirib çıxaran dəyərli bədii nəsr nümunəsidir”.
Düzü, hekayənin bu qədər böyük reaksiya doğuracağını gözləmirdim. Həddindən artıq çoxlu rəylər oldu. Bəzi özünü ciddi ədəbiyyat adamları sayanların Anara qarşı içinin xıltını gizlədə bilmədən primitiv, üzdən tənqidlərini, yaxud hekayəni qaçaraq oxuyub mədhiyyə yazanların təriflərini qoyaq qırağa.
Fərqli qənaətlər də rastıma çıxdı. Yazıçı Mehriban Vəzir bir məqamı tutaraq öz mövqeyindən irəli gələn qənaətlər söyləmişdi. Feysbuk bu statusu niyə sildi, bilmədim. Burda bəlkə hansısa siyasi məqamlar, ölkə adları çəkilmişdi ona görə.
Amma ədəbiyyatşünas alim Asif Hacılının əsasən elmi yanaşmadan ibarət məqaləsi niyə yox oldu, bilmədim. Yaxşı ki, sayta vermişdik.
Sosial media üzrə mütəxəssis Fərid Pərdəşünasdan da səbəblərini öyrənməyə çalışdım. Bəzi incə detalları söylədi və bu iki yazının niyə silinməsinə gümanlarım yarandı.
Yazıçı Sərdar Amin də hekayə barədə məqalə yazdı. Sərdarın müşahidə etdiyi bir detalı Mehriban Vəzirin tutduğu nadir fərqli qənaətlər sırasına əlavə etdim: “Qatardan qalan adam”ın bizə yalnız ismi, bəllidir. İshaq! O da “Salmanzadə” soyadını Amerikada yəhudilərin biznesdə uğur qazanması zərurətindən “sünnət” edib “Salman” etmək istəyir. Mətnin ən uğurlu təqdimatı da elə bu istəyin sondakı cəzasıdır; öldüyü qəsəbədə müsəlman qəbiristanlığı olmadığından yəhudi məzarlığına təhvil verilir, yəhudilərə uyğun heç bir sənədi olmadığından yandırılaraq külü göyə sovrulur. Biznesə görə soyundan keçmək istəyən şərqli yandırılmalıdır. Bu, kiçik ideya deyil!
Ömrünün bir qərinəsini Yazıçılar Birliyində anarxiyanın qarşısını almaqla məşğul olan Anarın 86 yaşlı qəlbində belə bir iddia varsa, təbii alqışlanmalıdır”.
Görünən odur ki, hekayə təsadüfən bu qədər reaksiya doğurmayıb. Üzdən oxuyanlar da nəsə qeyri-adi məqamlar olduğunu hiss ediblər.

YAZARLARIN TRİBUNASI

TRİBUNADA: RƏŞAD MƏSCİD

I>>>> RƏŞAD MƏCİD – 60

Anar – Qatardan qalan adam

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağzı olub da dilini itirən xalqım – Südabə Məmmədova

Ağzı olub da dilini itirən xalqım

Cəlil Məmmədquluzadədən qeydlər…

Sözümü tamam etdim, ancaq bircə üzrüm var : məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dilini danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir.

Südabə Məmmədovadan qeydlər…

Bugünkü və keçmişdəki zamanı 

Publisistlərimizin yaşadığı dövrə nəzər salsaq görərik ki, onlar dil uğrunda vuruşaraq sözlərini kəsərli qələmləri ilə tarixə həkk ediblər.

Kimi sürgün həyat yaşayaraq, kimi də həyatına mürəkkəbləri ilə son qoyaraq.

 Nə üçün? Kim üçün? Dili üçün, Mənsəb üçün. Millət üçün.

Biz dil azadlığımızı necə tapdıq? Bu böyük vuruşmalar unuduldumu? Əsla unudulmamalıdır. Hər zaman azad dilimizdə danışarkən çətinlikləri aşan xalqın dilini görürük. Bəxtiyar Vahabzadə alovlu sözlər ilə nə demişdir?

Ey öz doğma dilində danışmağı ar bilən,
Fasonlu ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun.

Fikirlərim bəziləri üçün geri, bəziləri üçün də müqayisəsiz ola bilər. Əsil dilini sevən, keçmişdəki publisistlərinin qədrini bilən şəxsiyyətlər nə demək isdədiyimi çox yaxşı başa düşərlər .

Günümüzdə gənclər danışan, yazışan, bir sözlə ünsiyyət quran zaman Okey, Xaroşo, Yes, No prablem ifadələrindən istifadə edirlər.

Nədir bunlar? Dilimizi niyə baltalayırıq. Xarmaxuşul edərək rusun, ingilisin sözlərini qatırıq. Nədir bu gəncliyin halı? Okey yerinə Bəli yazmaq, demək məgər çox çətindir? Durub hələ sinəsini irəli çəkib baş ucalığı ilə Yes deyir. Gözəl dilin durarkən dilinə parazit salmağın nə yeri var. Müasirlikdir indi bu? Ya gəncliyin mükkəməl anlayışı? Hansıdı?

Heç biri, heç biri bu anlayışın bir mənası varsa da öz dilinə hörmətlə yanaşmamaqdır. Kimisi kor-koranə , kimisi də bilərəkdən. Korluq çəkənlər Manqurda dönür. Bilərəkdən edən də mənəviyyatını itirir.

Cəlil Məmmədquluzadədən qeydlər…

Tiflisdə müsəlmanların milli komitəsi yığılıb məsələ müzakirə etməli olur. Lakin məclisin hansı dildə aparılması məsələsi az qala böyük problemə çevrilir… “Biri dedi rusca, biri dedi Osmanlıca, biri də dedi ermənicə…”

Papaqlarımızı ortalığa qoyub fikirləşək, hardadı bizim vətənimiz?!

Gəlin, gəlin ey unudulmuş vətənin cırıq-mırıq qardaşları!

Südabə Məmmədovadan qeydlər…

Tarixə nəzər salaq : Çarizmin müstəmləkə rejimi və ağır senzurası milləti avam hala salaraq dilini əlindən alıb insanları  robotlara döndərdi. O dövrdə “Ağızı olub da, dilini itirən millət “ə Mətbuat publisistlərimiz nəfəsli mürəkkəbləri , yazıları və düşüncələri ilə xalqın dili və görən gözü oldular. O boyda əzab qarşısında camaata Ana dilini qaytarılıb.


Bunlar yada düşəndə İnsan heç qıyayrmı bir dənə belə olsa “Bəli” sözünü “Okey”lə əvəz etməyə?

Müəllif: Südabə MƏMMƏDOVA

SÜDABƏ MƏMMƏDOVANIN YAZILARI

Südabə Məmmədova digər mənbələrdə


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"