SÖZÜN RƏŞAD MƏCİD TAXTI

RƏŞAD MƏCİD – 60

SÖZÜN RƏŞAD MƏCİD TAXTI

Çağdaş ədəbiyyatımızın və mətbuatımızın ünlü siması, əbədi sözün yorulmaz ədəbi yolçusu, şair-publisist, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidi dünyaya gəldiyi gün (21 avqust), ömür təqviminin 60 illiyi münasibətilə təbrik edir və bu mübarək – özəl gündə ithaf söz çələngimi ən xoş arzularla dəyərli aydınımıza könül ziyarəti olaraq ehtiramla ünvanlayiram:

Üz-üzə, göz-gözə sehrinə düşüb,

Ayıla bilməyir gör neçə vaxtdı…

İlham pərisiylə heyrət bölüşüb,

Sandı söz məqamı ən uca taxtdı.

Gözləri yol çəkdi, nələr aradı…

Axı söyləmişdi: “Hələ ki vaxt var”.

Ruhun sığalında könül arındı,

Rəşad Məcid adlı sözdən bir taxt var.

Öz dünyasının da aranı, dağı,

Ormanı, çəməni, çeşmə, çayı var.

Çiskini, sazağı, laləzar çağı,

Gecəsi-gündüzü, günəş-ayı var.

Bir haqq yolçusudur söz cəfakeşi,

Üzə söyləyəndir sözün düzünü.

Dünyası ayırmaz yer ilə ərşi,

Üzüağ edəndir sözü üzünü.

Ocaq közdən bəlli, bulaq gözündən,

Mərdlik kökdən gəlir, dürüstlük zatdan.

Keçib Rəşad Məcid ulu izindən,

Sözü boy verməkdə qutsallıq – qatdan!..

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AĞDAM ŞƏHƏRİ

AĞDAM ŞƏHƏRİ

(Rəşad Məcidə)

Ekrandan səni gördüm,

Talan olmuş Ağdam şəhəri!

Mən də sənin kimi

Ev-ev, bina-bina, küçə-küçə

Yandım, töküldüm.

Qapı-qapı güllələndim,

Daş-daş, kərpiç-kərpiç söküldüm!

Xıncım-xıncım xıncıldım,

Dəyirman daşı altındakı

Dənə döndüm,

Mən bütün varlığımla

Sən oldum ,sənə döndüm!

Sərvətləri talanan,

Torpağı yağmalanan

Bədbəxt vətənədöndüm !

Müəllif: Gəray GÖYYURD

GƏRAY GÖYYURDUN YAZILARI

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Naibə Yusif – Həyat…

Günün, ayın ləçəyisən,
İllərin gül – çiçəyisən,
Düşən durna lələyisən…
Bağın da var, bəhərin də,
Həyat, acı qəhərin də.

Göz-göz arı pətəyisən,
Dünyamızın kötəyisən,
Kimlərin şah ətəyisən?…
Balın da var, zəhərin də,
Həyat, acı qəhərin də…

Bəzən yolun çaşar fələk,
Məzar olar arzu, dilək,
Kəhərdədir min-min kələk…
Atın da var, yəhərin də,
Həyat, acı qəhərin də…

Dünyamızın gərəyisən,
Suyu, duzu, çörəyisən,
Naibənin ürəyisən…
Çırpınır hey səhərində
Həyat, acı qəhərin də…
28.07.2017

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

LAÇINDAN BİR OVUC TORPAQ GƏTİRDİM

LAÇINDAN BİR OVUC TORPAQ GƏTİRDİM
(İxtisarla və redaktəsiz)

Bağışlasın şəhid oğullarımız,
Laçından bir ovuc torpaq götürdüm.
Gözün aydın olsun, ay laçınlı qız,
Mən sənə bir ovuc torpaq gətirdim.

Gözlərim büründü qəmə, qəhərə,
Səpdim məzarına bir ovuc Laçın.
Sən həsrət qalmışdın o doğma yerə,
Qoy barı məzarda eynini açım.

Dur, bir az azalsın sinəndə dərdin,
Əlimdən gələni elədim, nə qəm…
Həmişə oturub-durub deyərdin,
Laçının üzünü görsəm ölmərəm.

Yenidən nur saçdı ata ocağın,
Qohumu-qonşunu başla sorağa…
Səpdim məzarına bir ovuc Laçın,
Arzuna qovuşdun, di qalx ayağa.

Laçın həsrətiylə dərd çəkə-çəkə,
Duymazdın axşamdı, yoxsa səhərdi.
Bilsəydin Laçına gedirəm bəlkə,
Özün getməsən də,
Başdaşın qoluma girib gedərdi…

Bağışlasın şəhid oğullarımız,
Laçından bir ovuc torpaq götürdüm.
Gözün aydın olsun, ay laçınlı qız,
Mən sənə bir ovuc torpaq gətirdim…
28.07.2024.

Müəllif: Ələsgər Əlioğlu

Ələsgər Əlioğlunun yazıları

Digər mənbələrdə:>>>> Ələsgər Əlioğlu


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Маш, а давай жить вместе…

Маш, а давай жить вместе, – радостно предложил Григорий. В этот момент он как раз доедал третью порцию горохового супа.
Мария Васильевна замешкалась. Она тревожно заметалась по кухне, принялась греметь посудой.
Григорий выдержал паузу:

  • Маш, ты не ответила.
    Зрелая дама пожала плечами:
  • Гришенька, что за шутки? У нас и так все отлично. Зачем что-то менять?
    Мария бесшумно присела за стол. Она украдкой крутила массивный браслет на левой руке:
  • Гриш, ты замечательный. Мне безумно нравится с тобой разговаривать. И всё остальное с тобой тоже нравится. Когда мы видимся, я отдыхаю душой. Честно. Знаешь, даже с мужем я столько не ходила по кафешкам, не слушала уличных музыкантов. Мы торопились жить и не умели наслаждаться моментом. С тобой я снова чувствую себя женщиной. Счастливой и любимой. Пусть так и будет.
  • Ну, так давай жить вместе. Я не понимаю, почему ты против.
    Маша слегка наклонила голову и плотно сжала губы. Минуту она молчала, затем призналась:
  • Когда не стало Миши, я думала, что все отношения для меня закончились. Он был лучшим мужем. Заботливым, понимающим. Он был замечательным отцом – сын обожал его. Ради Миши я бежала с работы, часами стояла у плиты, приспосабливалась, старалась быть мудрой. Но тогда мне было 25, а сейчас – 52. Я не готова подстраиваться. Я разучилась.
  • Маш, конфеты и букеты не могут длиться вечно. Да, мы гуляем в парке. Да, ходим на концерты. Но иногда хочется отдохнуть на выходных: просто полежать на диване, посмотреть телевизор. Я хочу просыпаться по воскресеньям от запаха домашних пирогов. Я хочу нормальную семью.
  • Гриш, знаешь, как я сейчас живу? Покупаю готовую еду в гипермаркете через дорогу. Убираюсь раз в неделю – дома и так чисто. Если мы съедемся, ты готов наравне со мной убираться в квартире, готовить ужин?
  • Ты серьезно? Это же женские занятия. Может, возьмешь тогда в руки молоток?
  • Брала сотню раз, – вздохнула Мария Васильевна. – Я же как-то прожила одна 7 лет. И ты жил в одиночестве. Раз не погиб от голода, значит умеешь готовить.
    Маша заглянула в глаза Григорию:
  • Ты спросил о молотке. Отвечаю. Если нужно что-то отремонтировать, я делаю это сама. На крайний случай звоню сыну. Если он занят, вызываю мужа на час. Гриш, я ищу отношения для души. Никаких функций.
  • Душа, душа! Заело пластинку? – взбесился Григорий. – Придумала какую-то ерунду. Услышала бы тебя моя бывшая. Она и пироги пекла, и квартиру драила. Без жалоб и претензий.
  • А потом без жалоб и претензий подала на развод, – не выдержала Маша. – Прости.
    Хозяйка перевела дыхание и продолжила:
  • Мне 52 года. Я заработала на квартиру и машину, воспитала замечательного сына. Вечерами я читаю книги и рано ложусь спать. Теперь у меня есть любимый мужчина. Ты правда дорог мне, но я не готова жить вместе. Это перебор. Ты останешься?
  • Нет. Зря я потратил на тебя столько времени.
    Григорий ушел. Мария налила бокал белого полусладкого и набрала номер подруги:
  • Тань, у меня есть лишний билетик в кино. Составишь компанию?

Автор: Юлия Кириллова

Первоисточник : Женский Журнал


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahlar GÖYTÜRK – Yaşadım

Yaşadım
….
Yorulmazdım, riya gördüm yoruldum,
Bir xeyirxah iş görəndə duruldum.
Sadəliyə, gözəlliyə vuruldum,
Dəyişmədim, elə belə yaşadım.

Xərcləmədim sağa-sola ömrümü,
Bağışladım yurda, elə ömrümü.
Sevə-sevə verdim dilə ömrümü,
Deməyin ki, elə-belə yaşadım.

Gələn gedir, səfərim var sonucda,
Şahlar, bir xoş xəbərim var sonucda,
Bilirdim ki, zəfərim var sonucda
Mən bu ömrü bilə-bilə yaşadım.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ehtiram İlham – BİZLƏRİ

BİZLƏRİ

…Gör necə bir Vətən bəxş edib Tanrım,
Gözünün önündə görmür bizləri.
Gün yaxan qarına, qaynar qışına,
Qopan çovğununa vermir bizləri.

Yamanın yamanı, xasın xasıdı,
Sevincin düyünü, toyun yasıdı.
Özünü kim bilib, nə sayasıdı,
Adam yerində də sormur bizləri.

Başına döndüyüm dərd nə yaxşı var,
Belinə oturdub, dördnala çapar.
Əlinə nə keçib, Ehtiram, apar,
Onsuz da bir adam bilmir bizləri.

27.07.24.

Müəllif: Ehtiram İLHAM

EHTİRAM İLHAMIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

UMBERTO EKONUN “PRAQA MƏZARLIĞI” ROMANI

UMBERTO EKONUN “PRAQA MƏZARLIĞI” ROMANI

Umberto Ekonun “Praqa məzarlığı” romanı sui-qəsd, kimlik və Avropa tarixinin kölgəli tərəflərini, şəxsiyyətin mürəkkəbliklərini dərindən araşdıran düşündürücü şah əsər kimi seçilir. 2010-cu ildə nəşr olunan bu roman oxucuları 19-cu əsr Avropasını xarakterizə edən yalanların, süjetlərin və saxtakarlıqların mürəkkəb labirintində, mənəvi cəhətdən qeyri-müəyyən bir qəhrəmanın gözü ilə qaranlıq və cəlbedici səyahətə çıxarır.
“Praqa məzarlığı”nın mərkəzində insan təbiətinin ən qaranlıq tərəflərini təcəssüm etdirən saxtakar bir personaj olan Simon Simonini dayanır. Peşəkar saxtakar kimi, Simonini saxta sənədlər yaradır, reallığı manipulyasiya edir və öz çirkin məqsədlərinə xidmət etmək üçün mürəkkəb yalanlar toxuyur. Sürətlə dəyişən, siyasi çəkişmələr, dini gərginliklər və dərin qərəzli mühakimələrlə parçalanmış Avropanın fonunda qurulan roman, aldatma ilə tükənmiş dünyada kimlik və həqiqətin mahiyyəti məsələsini araşdırılır.
Hekayənin mərkəzində intriqaların və qaranlıq sirlərin ocağı kimi xidmət edən sirli bir yer olan eyniadlı Praqa qəbiristanlığı dayanır. Onun kölgəli hüdudları daxilində gizli görüşlər baş verir, ittifaqlar qurulur və pozulur, tarix hakimiyyətdəkilərin şıltaqlığına uyğun olaraq yenidən yazılır. Eko reallıq və fantastika arasındakı sərhədləri tutqunlaşdıran hekayəni ustalıqla hazırlayır, oxucuları həqiqəti örtən aldatma qatlarını açmağa çağırır.
Simonini obrazı vasitəsilə Eko oxucuları xüsusən də tənqidi təfəkkür və araşdırmanın olmadığı bir şəraitdə yalanların nə qədər asanlıqla təbliğ oluna və həqiqət kimi qəbul oluna biləcəyi ilə bağlı narahatedici reallıqla üzləşməyə dəvət edir. Üstəlik, Simonini öz qaranlıq keçmişi və parçalanmış mənlik hissi ilə mübarizə apararkən, romanda şəxsiyyət və mənlik suallarını araşdırılır. Hiylə və xəyanət torunda gəzərkən, Simonini hərəkətlərinin nəticələri və varlığının mənəvi qeyri-müəyyənliyi ilə üzləşməyə məcbur olur. Ekonun povesti sıx və çox qatlıdır, romanın bir çox mövzularını və incəliklərini tam qavramaq diqqətlə nəzərdən keçirməyi və əks etdirməyi tələb edir. Eko, tarixi hadisələri ilə uydurma elementləri birləşdirdikcə, oxucu heç bir şeyin göründüyü kimi olmadığını, həqiqətin əlçatmaz dünyasını görməyə başlayır.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəhrəmanov Mürşüd – Ağdam rayonu, Yusifcanlı kəndi – ən son görüntülər – AzTv.

Ağdam rayonu, Yusifcanlı kəndi – ən son görüntülər – AzTv. (Qəhrəmanov Mürşüd):

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

VAQİF SULTANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Narıngül Nadirin nəsr əsərləri və qadın dünyasına baxış

Narıngül Nadirin nəsr əsərləri və qadın dünyasına baxış

Xüsusən də, müasir dövrdə qadın yazıçılar ədəbiyyat tarixində mühüm rol oynayırlar və bu rolun zaman irəlilədikcə daha gözəçarpan boyalarla özünü əks etdirəcəyinə əminlik duyğusu içərisindəyik. Maraqlı fəlsəfi şeirləri ilə diqqətimi çəkdiyi üçün son zamanlar nəsr əsərlərinə də müraciət elədiyim yazıçılardan biri də Narıngül Nadir oldu. O, “İşıqda adiləşmək qorxusu”, “Qadın da ağac kimidir” şeir kitablarının və “Güzgüdəki qadın”, “Qar çiçəyi”, “Günəş üzlü qadın”, “Çilli qız” adlı nəsr kitablarının müəllifidir. Yazıçının istər şeir kitablarında, istərsə də nəsr əsərlərinin təkcə adlarına nəzər saldıqda belə oxucuya müəyyən mesajlar ötürülür. Belə ki, müəllifi maraqlandıran mövzuların əsasını elə qadın, onun həyatı, əldə etdiyi uğurlar, itirdiyi xoşbəxtlik, qazandığı sevinc –bir sözlə, qadın və onun taleyi məsələsi ön plandadır. Müəllif öz əsərlərində, həmçinin ailə münasibətləri, qadın hüquqları və onların təcrübələri kimi mövzularda da oxucuya unikal perspektivlər təklif edir, çətin vəziyyətlərdə qalan qadınların həyatına işıq olması üçün müəyyən yollar göstərir, onlara stimul ola biləcək baxış bucağı təqdim edir.
Belə əsərlərdən biri də onun “Çilli qız” povestidir. Əsərin baş qəhrəmanı sadə kənd qızıdır. O, yaşadığı mühitlə özü arasında böyük uçurum görür və bir növ xoşbəxtlik axtarışına çıxır. Müəllif yaşadığımız həyatı nağıla bənzədir və özü də qeyd edir ki, bu həyatda hamının öz nağılı var. Povestdə Azərbaycan xalq nağılları və nikbin sonluqla tamamlanan dastanlardan irəli gələn motivlər var. Belə ki, baş qəhrəmanın xoşbəxtlik axtarışında qarşısına bir çox əngəllər çıxsa da o sarsılmır, yoluna davam edir. O, pozitivdir və maneələri aşmasında elə bu həyata müsbət baxışın böyük rolu var. Fəlsəfə və psixologiyada belə bir qavram var ki, həyata necə baxsaq, o da zamanla bizə eynisini geri qaytarar.
Çilli qızı –Səmanı anası kənddə hansısa bir oğlana nişanlamaq üzrədir. Çünki o, öz övladlarını atasız böyütmək məcburiyyətində qalmışdır və qızlar böyüdükcə onları evləndirib rahatlığa qovuşacağına inanır. Amma Səmanın arzuları var. O, ali təhsil almaq, iş həyatına qarışmaq, üstəlik də, özünün sevdiyi kişi ilə evlənmək fikrindədir. Buna görə də bir sabah anası evdə yox ikən məktub yazaraq şəhərdə iş tapdığını və yaxın zamanda yaşadığı ünvanı onlara da xəbər edəcəyini bildirib evdən qaçır. Əslində, bu belə də olmuşdu. O, televiziyada gördüyü verilişdəki rəssama aşiq olmuş, onunla əlaqə saxlayaraq emalatxanada işə düzəlmək niyyəti ilə şəhərə yollanmışdı. İlk gün onun üçün çox uğursuz olsa da, sonrakı günlərdə keçmişlərində çox qəribə həyat hekayələri olan və elə bu həyat əhvalatının nəticəsi olaraq səfillərə miras qalmış evdə gecələyir. Onlar ər-arvad idilər və qadın Səmaya xoş davranır, ona evində nə qədər istəsə qalmasını söyləyir. Səma artıq emalatxanada işə düzəlmişdi və rəssamla da aralarında sevgi münasibətləri yaranmışdı. Amma tale onları ayırır və Səma rəssamla münasibətləri kəsildikdən sonra hamilə olduğunu bilir. O, uşağını dünyaya gətirir, şəhərdə dostlaşdığı rəfiqəsi ilə birgə ona baxırlar. Eyni zamanda hazırlaşıb universitetə də qəbul olur, böyük uğurlar, nailiyyətlər əldə edərək işlədiyi müəssisəyə rəhbər olma vəzifəsinə qədər yüksələ bilir. Günlərin birində o, rəssamla da yenidən qovuşur və onlar ailə kimi birləşib xoşbəxtliyi yenidən əldə edirlər.
Göründüyü kimi, qadın xarakter başına gələn bütün fəlakətlərin və çətinliklərin nəticəsi olaraq sonda əzəldən axtardığı xoşbəxtliyi əldə etməyə nail olur. Yazıçı həm də cəmiyyətdə qadının bəxtəvərliyini nə vaxtsa bir yuvaya sahib olmağında, onu tamamlayan, vəhdət halında hiss edə bildiyi əks cinsdə tapacağına inanır və oxucunu da inandırır.
Müəllif cəmiyyətdə gender rollarını və stereotipləri sorğulayır, qadının öz savadına, gücünə, çalışqanlığına, iş həyatında da qazana biləcəyi uğurlara inanması üçün onlara stimul verir. Əsərin ideyası da sosial normaların şübhə altına alınması və dəyişdirilməsi istiqamətindədir. Bir qadın yazıçı olaraq o, yaratdığı obrazın daxili dünyasına daha yaxından bələddir və onun həyat təcrübələrini yazaraq həm fərdi, həm də kollektiv yaddaşda qorunmasına xidmət edir. Bu isə sosial empatiyanı artıra, insanlar arasında anlaşma və həmrəyliyi gücləndirə bilər.
Narıngül Nadirin qadınları dilemma qarşısında qoyduğu, obrazları yarğılamadan onları sözün real boyaları ilə yaratdığı obrazlar “Yuva” povestində də yer almışdır. Əsərdə azad ruhlu qadınla evinə, ailəsinə bağlı olan qadının həyatı göstərilir və müqayisə edilir. Qadına da öz həyatını kənardan da izləyib dəyərləndirmə etməyi üçün ədəbiyyat vasitəsilə bir növ platforma yaratmış olur. Qadınlar eşq vasitəsilə həm mənəvi kamilliyə yüksələ, həm də onlar həyatın ən qaranlıq köşələrinə doğru yol ala bilərlər. Onların bir çox davranış biçimləri toplum tərəfindən qeyri-əxlaqi həyat tərzi kimi qarşılandıqda konfliktin əsası qoyulur. Yazıçıya da həyatın əksini güzgü kimi tutaraq bu konfkliktdə kimin daha haqlı olmasına hər kəsin öz “ədalət tərəzisi” qərar versin deyə mövzunu bir növ müzakirəyə çıxarır. Müəllif burada ölkədəki sosial vəziyyətə də nəzər salır. Əsərin baş qəhrəmanı olan kişi universitet bitirmiş savadlı adamdır. Ancaq o, ixtisasına uyğun iş tapa bilməməsi ucbatından ailəsinə yaxşı baxa bilmir, yaxud da, ona uyğun olmayan ağır işlərdə çalışaraq çox az miqdarda əməkhaqqı ilə qənaətlənməli olur. Buna görə də kişinin öz ailəsi olduğu təqdirdə onun xoşbəxtliyi məhz ailəsində axtarmamağına səbəb kimi yazıçı daha çox sosial vəziyyətin kişinin baxa bilmədiyi ailənin yanında gözükölgəli olmasına, yaxınlarına və hətta özünə belə yadlaşmasına səbəb ola biləcəyini də nümayiş etdirir. Əsərdə obrazların daxili dünyalarında tez-tez özlərinə ünvanladığı suallar oxucunu da bu barədə düşünməyə və özü ilə ünsiyyət quraraq həyatı qavrama prosesinin asanlaşmasına xidmət edir.
Yazıçı hekayələrində də kiçik mətnlərin içində dolğun xarakterlər yaratmağa nail olmuşdur. Onun “Pulqabı”, “Qara”, “Professor’, “Uğur böcəyi” və s. kimi hekayələri oxucunu düşündürür və cəmiyyətdə daha ədalətli yanaşmanın inkişafına töhfə verir, sosial dəyişikliklər üçün ilham qaynağı olur.
Müəllif “Pulqabı” hekayəsində qadının ədalət anlayışını sorğulayır və hətta daxili dünyasında dürüstlükdən uzaq düşən qadında belə mərhəmət və vicdan duyğularının onu yanlış hərəkətlərdən döndürəcəyinə inanır. Ədəbiyyat şəfqəti və vicdanı müxtəlif yollarla müəyyən edir və sorğulayır. Şəfqət başqalarının əzablarına qarşı həssaslıq və kömək etmək istəyi olaraq görülə bilsə də, vicdan insanın əxlaqi dəyərlərə görə özünü qiymətləndirməsi kimi başa düşülür. Bu hekayə də sözügedən anlayışların necə qəbul olunduğunu və obrazların timsalında onların oxucudakı təsirini müəyyən edir. Əsərdə obrazın daxili konfliktləri, mənəvi dilemmaları vasitəsilə onun vicdan anlayışı sorğulanır.
“Professor” hekayəsində savadlı qadının elm arxasınca gedərkən öz şəxsi xoşbətliyinə gecikdiyini, yəni, qadının bir növ öz gənclik, gözəllik və ailə qurmaq şansını elmə qurban etdiyinin təəssübünü çəkir. Qadın sayılıb seçilən elm adamı olsa da şəxsi həyatında xoşbəxt deyil. Son zamanlar isə eyni qrupda oxuyan və onu sevən oğlanı tez-tez xatırlamağı da buna işarədir. Bir zamanlar fikrini təkcə elmə yönəltmək üçün vaz keçdiyi eşq həyatını qadın yenidən bərpa etmək qərarına gəlmişdir, buna görə də o, bir zamanlar onu sevən oğlana zəng edib onun iş yerində görüş təşkil edirlər. Qadın oraya gedərək daha böyük xəyal qırıqlığına uğrayır. Belə ki, artıq onu sevən adamın başqası ilə çox xoşbəxt ailə həyatı var. Qırılmış ümidlərini də götürüb yenidən öz tənha həyatına geri dönür. Hekayədə onu gəncliyində sevən oğlan simvolik olaraq bir növ qadının gənc və gözəl çağlarını da ifadə edir. Yəni, hər anın öz hökmü olduğuna və həyata gecikən insanın onu geri döndürmək iqtidarında olmadığına işarədir.
Müəllif “Uğur böcəyi” hekayəsində də qadınlar üçün həssas nüansa toxunur. Hər nə qədər elmdə, iş həyatında irəliləmiş bir qadın olsa da onun sevdiyi bir əks cinslə vəhdət halında olmağa ehtiyacı olduğunu vurğulamağa çalışır.
Ümumiyyətlə, yazıçının nəsr əsərləri qadın dünyasını, onun həyata baxış tərzini, qadın və cəmiyyət konfliktlərini öyrənmək baxımından əhəmiyyətlidir.

Müəllif: İlahə Səfərzadə

İlahə Səfərzadənin yazıları

Narıngül Nadirin yazıları


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"