Etiket arxivi: Ağdamlı

Əli şəfalı, qəlbi nurlu – Rizvan həkim

Əli şəfalı, qəlbi nurlu – Rizvan həkim

Rizvan Əli oğlu Eyvazov 3 aprel 1933-cü ildə Ağdam rayonunda müəllim ailəsində anadan olmuşdur. Atası, Əli müəllim Azərbaycanda ilk dəfə Orden almış müəllimlərdən biridir (“Qommunist” qəzeti, 17 may 1939-cu il). O, Böyük Vətən Müharibəsi illəri də olmaqla uzun zaman Ağdam, sonra isə Beyləqan (Jdanov) rayonlarının Maarif şöbəsinin müdiri, ömrünün son 25 ilini isə Ağdamda yeganə Beynəlmilər orta məktəbi olan 2 nömrəli tam orta məktəbin direktoru işləmişdir. Qabaqcıl Maarif Xadimidir. Anası, Abıhəyat xanım ömrünün sonuna kimi müəllimə işlımiş, dəfələrlə Azərbaycan Qadınlar Qurultayına nümayəndə seçilmişdir.
R.Eyvazov Ağdam şəhər 1 nömrəli orta məktəbi “Qızıl medal”la, 1958-ci ildə isə N.Nərimanov adına Tibb İnstitutunun (hazırkı Tibb Universiteti) müalicə-profilaktika fakultəsini “Fərqlənmə diplomu” ilə bitirmişdir. Onun çox asanlıqla institutda qalıb işləmək imkanı olsa da, ancaq doğma rayonu Ağdama qayıdaraq poliklinikada terapevt həkim kimi fəaliyyətə başlamışdır. Hətta müəyyən müddətdə həmin poliklinikanın baş həkimi olsa da O, ömrünün axırınadək elə həmin tibb müəssisəsində rayon və hətta ətraf rayonların əhalisinin sağlamlığı keşiyində ləyaqətlə duraraq, sözün həqiqi mənasında “Əli şəfalı, qəlbi nurlu” həkim kimi ad qazanmışdır.
Rizvan həkim haqqında olan xatirələrə nəzər saldıqda görsənir ki, onun tələbəlik illəri də çox maraqlı və yaddaqalan keçmişdir. Yeri gəlmişkən ağdamlı məhşur cərrah Elxan həkimin (Allah cansağlığı versin) söylədiyi bir xatirəni yada salmağa dəyər: 1965-ci ildə Tibb İnstitutuna qəbul olmuşdum. Sentyabrın 1-də ilk dərsimiz İnstitutda ən ciddi və mühüm fənn olan Anatomiyadan məhşur “Dairəvi zal”da mühazirə idi. Professor bizi instituta qəbul olunmağımız münasibəti ilə təbrik etdikdən sonra, mühazirəyə başlamadan əvvəl dedi: “Bu dərsimizi institutumuzu fərqlənmə ilə bitirmiş, hərtərəfli tələbə olmuş, ağdamlı Rizvan Eyvazova həsr edirəm”. Böyük qürur hissi keçirdim, artıq bu yüksəkliyin şərhə ehtiyacı yoxdur!
Rizvan həkim o vaxtlar üçün çox da asan olmayan SSRİ-nin “Səhiyyə əlaçısı” və həm də “Əla dərəcəli həkim” kimi sözün həqiqi mənasında bütün ömrünü xəstələrin müalicəsinə həsr etmişdir. Məhz onun praktik həkimlik peşəsini yüksəklərə ucaltması sayəsində onlarla gənc, o cümlədən ondan sonra gələn ailə üzvləri də bu şərəfli yolu tutmuşdurlar. Beləki, həyat yoldaşı və bir ailənin 7 övladından altısı bu peşəni ləyaqətlə davam etdirmiş və hazırda da davam etdirməkdədirlər.
Həkimliyi ilə yanaşı O, “Ağdam və ağdamlı” adını daima yüksəldən, ədalətli, prinsipial, obyektiv kəskin xasiyyətili və həm də mərhəmətli olmuşdur. Əbu Turxan demiş: “İti qılınc küt qılıncdan daha mərhəmətlidir”. Haqsızlıq qarşısında heç vaxt susmayan, bir şəxsiyyət kimi indi də yaddaşlarda qalmaqdadır. Heç vəchlə Qarabağ hadisələrinə dözə bilmədi və təəssüf ki, tez 1991-ci ilin yanvar ayının 6-da rəhmətə getmiş və Ağdamın Qaraağacı qəbirstanlığında böyük izdihamla dəfn olunmuşdur.
“Belə insanlar ölmürlər-onlar xatirələrdə yaşayırlar”.
Allah rəhmət eləsin!

Dərin ehtiramla, Əli Yunisov

ƏLİ YUNİSOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VƏTƏN DEYİB BAYRAĞA AND İÇMİŞƏM

VƏTƏN DEYİB BAYRAĞA AND İÇMİŞƏM

Baxma mənim sən bu cavan yaşıma,
Bilirsən ki, nələr gəlib başıma.
Haqqı, ədaləti mən qorumuşam,
Nəzər salarsanmı ömür yoluma.
Buda bir taledi bilirsənmi sən,
Vətən deyib yaşayıram hələdə.
Demə ki, ağarıb başında saçın,
Axı qar olubdu dağ zirvəsində.
Bəs niyə qırışdı alnın deyirsən,
Vətən həsrəti var axı qəlbimdə.
Vətən deyib düşmənlə vuruşmuşam,
Cavanlığım keçdi mənim səngərdə.
Ömür sürdüm o soyuqda, şaxtada,
Əyilmədim mən düşmənin önündə.
Bunları bilirmisən, bir desənə,
Yuxusuz olmuşam hər an səngərdə.
Güllələr başımın üstündən gedib,
Vahimə olardı o döyüşlərdə.
De sən mənə, cavab verim mən sənə,
Asanmıdı günlərlə yuxusuzluq.
Baxma mənim sən bu cavan yaşıma,
Bilirsən ki, nələr gəlib başıma.
Gecə gündüz mən səngərdə olmuşam,
Xəstələnmək nədi mən bilməmişəm.
Mən bunlardan heç şikayət etmədim,
Mən ömrümü bu vətənə vermişəm.
Vətən azadlığın mən görmək üçün,
Üç oğlumla səngərdə vuruşmuşam.
Sənanımı şəhid verdim bu yolda,
Kədər verdi bu ömrümə həyatda.
Qorumuşuq müqəddəs yurd yerlərin,
Amalımız oldu azad vətənin.
Haqqı ədaləti düşmən itirdi,
İşğal olan yurd yuvalar bizimdi.
Car çəkdik ki, biz də bu haqsızlığı,
Bəşəriyyət anlamadı dərdləri.
Düşünürdük azad edək vətəni,
Başa sala bilirəmmi mən səni.
Vətən azadlığı amalım olub,
Ömrüm bu yollarda saralıb solub.
Görürsən yaşaram mən bu həyatda,
Amalım olubdu ədalət haqda.
Buda bir taledir ömür yolumda,
Beləcə yaşaram mən bu həyatda.
O günləri xatırladım yenədə,
Bu gün Rəvan əsgərliyə gedəndə.
Yolu açıq olsun, el əsgərinin,
Ehtiyacı var bunlara vətənin.
Babasıyam bu həyatda qururlu,
Lazımdı ki, bu vətəni qorusun.
Zəiflərə arxa olmaq peşəmdi,
Güclü olub bu vətəni qorumaq.
Yalançıyla aram olmayıb mənim,
Haqq yolunda ucalıb mənim səsim.
Abadlaşsın qoy həmişə ölkəmiz,
Hər an zəfərlərdən gəlsin səsimiz.
Mərhəmətdə sədaqətlə ölçülər,
Vətən oğlu vətən üçün can verər.
Haqq ədalət bizim şuarımızdır,
Bu yol bizi səadətə aparır.
İndi görürsənmi hələ cavanam,
Ağarsada bu gün başımda saçım.
Görürsən ki, ağır yollar keçmişəm,
Vətən deyib bayrağa and içmişəm.

Müəllif: Hacı Əkbər Rüstəmov

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I